NIPERTEN KOMBI 5/5 N28 TABLET

Dərman formasıTablet
Farmakoloji təsirÜrək-damar sistemi. β-Adrenoblokatorlar. β-Adrenoblokatorlar digər hipotenziv maddələrlə kombinasiyada. β-adrenoblokatorlar və kalsium kanalı blokatorları
İstehsal ölkəsiSloveniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,96 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NİPERTEN KOMBİ 5 mq/5mq; 5 mq/10 mq; 10 mq/5 mq; 10 mq/10 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Bisoprolol+Amlodipine

Tərkibi

Niperten kombi 5 mq/5 mq Təsiredici maddələr: bisoprolol fumarat 5 mq, amlodipin besilat 6,935 mq (5 mq amlodipinə ekvivalentdir). Niperten kombi 5 mq/10 mq Təsiredici maddələr: bisoprolol fumarat 5 mq, amlodipin besilat 13,87 mq (10 mq amlodipinə ekvivalentdir). Niperten kombi 10 mq/5 mq Təsiredici maddələr: bisoprolol fumarat 10 mq, amlodipin besilat 6,935 mq (5 mq amlodipinə ekvivalentdir). Niperten kombi 10 mq/10 mq Təsiredici maddələr: bisoprolol fumarat 10 mq, amlodipin besilat 13,87 mq (10 mq amlodipinə ekvivalentdir). Köməkçi maddələr: mikrokristallik sellüloza (Tip 122), nişasta natrium qlikolat (Tip A), susuz kolloidal silisium dioksid, maqnezium stearat.

Təsviri

Dairəvi, iki tərəfi qabarıq, kənarları çəp, ağ rəngli tabletlərdir (5 mq/5 mq dozalama üçün). Dairəvi, iki tərəfi bir az qabarıq, kənarları çəp, bir tərəfində CS nişanı olan ağ rəngli tabletlərdir (5 mq/10 mq dozalama üçün). Oval formalı, iki tərəfi qabarıq, bir tərəfində xətt olan ağ rəngli tabletlərdir (10 mq/5 mq dozalama üçün). Dairəvi, iki tərəfi bir az qabarıq, bir tərəfində xətt və kənarları çəp, ağ rəngli tabletlərdir (10 mq/10 mq dozalama üçün).

Farmakoterapevtik qrupu

Ürək-damar sistemi. β-Adrenoblokatorlar. β-Adrenoblokatorlar digər hipotenziv maddələrlə kombinasiyada. β-adrenoblokatorlar və kalsium kanalı blokatorları. ATC kod: C07FB07 Farmakoloji xüssusiyyətləri Farmakodinamikası Bisoprolol Bisoprolol daxili simpatomimetik və membranstabilləşdirici təsirə malik olmayan selektiv β -1 adrenoblokatordur. Bronxların və damarların say əzələlərinin β -adrenoreseptorlarla, eləcə də,2 metabolizmin tənzimləməsinə iştirak edən β -adrenoreseptorlarla cüzi affinliyə (tropluq) malikdir.2 Bu səbəbdən bisoprololun β -adrenoreseptorlar iştirak etdiyi tənəffüs yollarının müqavimətinə və2 metabolik proseslərə təsir edəcəyini gözləmək lazım deyil. Onun β -adrenoreseptorlara seçici1 təsiri terapevtik diapazondan yüksək olan dozalara da səciyyəvidir. Xronik ürək çatışmazlığı olmayan ürəyin işemik xəstəliyi olan xəstələrdə birdəfəlik qəbul zamanı bisprolol ürək yığılmalarının tezliyini və zərbə həcmini azaldır, beləliklə, ürəyin qovulan qanın həcmi və oksigenə qarşı təlabatı azaldır. Uzunmüddətli qəbul zamanı ilkin mərhələdə yüksəlmiş ümumi periferik damar müqavimət azalır. Amlodipin Amlodipin dihidropiridin qrupunun ləng tipli kanallarının blokatoru olub, kalsium ionlarının kardiomiositlərə və damarların saya əzələsinin hüceyrələrinə daxil olmasını blokada edir. Amlodipinin antihipertenziv təsirin mexanizmi damarların saya əzələlərinə birbaşa relaksasiyaedici təsirlə bağlıdır. Stenokardiya zamanı amlodipinin dəqiq təsir mexanizmi müəyyən edilməsədə, preparatın antianginal effektində aşağıdakı 2 mexanizmin iştirakı mümkündür: 1. Periferik arteriollarının genişlənməsi ümumi periferik damar müqavimətini azaldır, yani ürəyə düşən sonrakı yük azalır. Reflektor taxikardiyanın yaranmamasına görə miokardın enerji və oksigenə qarşı təlabat azalır. 2. Əsas tac arteriyaların və tac arteriolların geninşlənməsini miokardın həm sağlam, həm də işemik zonaların oksigenlə təminatını yaxşılaşdırır. Buna görə hətta tac arteriyaların spazmı fonunda belə miokardın oksigenlə təminatı artır (Prinsmetal stenokardiyası və ya qeyri-stabil stenokardiya). Arterial hipertenziyası olan xəstələrdə amlodipinin birdəfəlik gündəlik dozası həm uzanılmış, həm də ayaqüstü vəziyyətdə 24 saat ərzində arterial təzyiqin klinik əhəmiyyətli dərəcədə azalmasını təmin edir. təsirin ləng başlanğıcı sayəsində amlodipin kəskin arterial hipotenziya yaratmır. Stenokardiyası olan xəstələrdə amlodipinin gündəlik dozası fiziki yükün yerinə yetirilməsinin ümumi müddətini artırır, stenokardiya tutması və ST seqmentinin depressiyasının inkişafının qarşısını alır (1 mm qədər), stenokardiya tutmalarının tezliyini azaldır, nitroqliserin tabletlərinin qəbulunu azaltmağa imkan verir. Amlodipin maddələr mübadiləsi və ya qan plazmasının lipidlərinə heç bir mənfi təsir göstərmir, buna görə də, bronxial astma, şəkərli diabet və podaqradan əziyyət çəkən xəstələrin müalicəsinə yaramır. Sabit kombinasiyalı preparatın farmakokinetik təsirləri Bu sabit kombinasiya iki təsiredici komponentin iki əlavə təsir mexanizminin antihipertenziv təsir göstərir: amlodipinin kalisum kanallarının blokatorunun vazoselektiv təsiri (periferik müqavimətin azalması) və β-blokator olan bisoprololun kardioselektiv təsiri (ürək qan axınının həcm sürətinin azalması). Farmakokinetikası Sorulması, paylanması Bisoprol Bisoprol daxilə qəbuldan sonra 90% sorulur və bioloji mənimsənilməsinə malik olur. Paylanma həcmi 3,5 l/kq təşkil edir. Bisoprololun qan plazmasının zülalları ilə birləşməsi təxminən 30% təşkil edir. Amlodipin Terapevtik dozalarda daxilə qəbul zamanı amlodipin yaxşı sorularaq, qanda maksimum qatılığa qəbuldan 6-12 saat sonra çatır. Hesablamalara əsasən qəti biomənimsənilmə 64/80% təşkil edir. Paylanma həcmi təxminən 21 l/kq-a bərabərdir. In vitro tədqiqatlar göstərdi ki, dövr edən amlodipinin təxminən 97/5%-i plazmanın zülalları ilə birləşib. Qida qəbulu ampodilinin biomənimsənilməsinə təsir etmir. Metabolizmi və xaric olması Bisoprol Bisoprol orqanizmdən iki yolla xaric olur. 50% qaraciyərdə inaktiv metabolitlərə qədər metabolizə olur və sonra böyrəklər vasitəsi ilə dəyişilməmiş şəkildə xaric olur. Qalan 50% böyrəklər vasitəsi ilə dəyişilməmiş şəkildə xaric olur. Ümumi klirens təxminən 15 l/s təşkil edir. Qan plazmasından yarımxaricolma müddəti 10-12 saat təşkil edir. Amlodipin Plazmadan yekun xaricolma müddəti təxminən 35-50 saat təşkil edir ki, bu, preparatın gündə bir dəfə təyin edilməsinə uyğundur. Amlodipin əhəmiyyətli dərəcədə qaraciyərdə inaktiv metabolitlərin əmələ gəlməsinə qədər metabolizə olunur, 10% son birləşmə şəklində və 60% metabolit şəklində sidiklə xaric olur. Xəttilik/qeyri-xəttilik Bisprololun kinetikası xəttidir və yaşdan asılı deyil. Qaraciyərinin və böyrəklərinin funksiyası pozulmuş xəstələrdə qəbulu Bisoprololun xaricolması böyrəklər və qaraciyərdə eyni dərəcədə baş verdiyi üçün qaraciyər funksiyası yüngül və ya orta dərəcədə pozulmuş xəstələrdə və yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə, bir qayda olaraq, dozaya düzəliş tələb olunmur. Qaraciyər funksiyası pozulması olan xəstələrin amlodipinin qəbulu ilə bağlı klinik tədqiqatlarda çox məhdud məlumatlar əldə olunub. Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin klirensi azalıb ki, bunun da nəticəsində yarımxaricolma müddəti uzanıb və AUC təxminən 40-60% artıb. Yaşlı xəstələrdə qəbulu Plazmada amlodipinin maksimum qatılıqlarına çatmasına qədər olan vaxt yaşlı və daha gənc xəstələrdə bənzərdir. Yaşlı xəstələrdə amlodipinin klirensinin azalmasına meyllilik qeydə alınıb, bu, AUC-un və yarımxaricolma müddətinin artması ilə müşayiət olunub. Durğun ürək çatışmazlığı olan xəstələrdə AUC-un və yarımxaricolma müddətinin artması öyrənilən yaş qrupu xəstələrində gözlənilən kimi olub.

İstifadəsinə göstərişlər

Dərman (bisoprolol/amlodipin) müəyyən səbəblərdən yaranan arterial hipertansiyon, xroniki miokard çatışmazlığı (xroniki stabil angina pektoris) üçün təyin edilir, belə xəstələrin vəziyyəti bərabər dozalarda ayrı-ayrı tabletlərdə amlodipin və bisoprololun eyni vaxtda istifadəsi ilə kifayət qədər idarə oluna bilər.

Əks göstərişlər

Bisoprololla əlaqəli: – kəskin ürək çatışmazlığı və ya daxili inotrop müalicənin aparılmasını tələb edən ürək çatışmazlığının dekompensasiya epizodları dövrü – kardiogen şok – II və III dərəcəli atrioventikulyar blokada (kardiostimulyatorsuz) – sinus düyününün zəifliyi sindromu – sinoatrial blokada – simptomatik bradikardiya – simptomatik arterial hipotenziya – ağır bronxial asma – periferik arteriyaların ağır formalı okklyuziv xəstəliyi və ya Reyno sidnromunun ağır forması – müalicə olunmayan feoxromositoma (bax: bölmə “Xüsusi göstərişlər”) – metabolik asidoz Amlodipinlə əlaqəli: – ağır arterial hipotenziya – şok (kardiogen şok daxil) – sol mədəcikdən çıxış yollarının obstruksiyası (məsələn, qabarıq aorta stenozu) – kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı Niperten Kombi preparatı ilə əlaqəli: – bisoprolol, amlodipin, dihidropiridinin törəmələrinə və ya istənilən köməkçi maddələrə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əksi birbaşa göstərilmədiyi halda, bisoprolol komponentinə görə Niperten Kombi preparatı ilə müalicəni birdən dayandırmaq olmaz, çünki bu, ürəyin işemik xəstəliyi olan xəstələrdə xüsusilə ürəyin fəaliyyətinin müvəqqəti pisləşməsinə səbəb ola bilər. Niperten Kombi preparatı ilə müalicənin başladılması və dayandırılması bisoprolol koponentinə görə mütəmadi monitorinq tələb edir. Niperten Kombi preparatını bisoprolol koponentinə görə aşağıdakı xəstələrə ehtiyatla tətbiq etmək lazımdır: – qanda qlükozanın səviyyəsi əhəmiyyətli dərəcədə tərəddüd edən şəkərli diabet zamanı; preparat hipoqlikemiya simptomlarını maskalaya bilər; – ciddi pəhriz saxlanılan zaman; – davam edən desensibilizasiyaedici müalicə zamanı. Digər β-blokatorlar kimi bisoprolol allergenlərə qarşı həssaslığı artıra və anafilaktik reaksiyaların şiddətləndirə bilər. Epinefrinlə müalicə həmişə gözlənilən müalicəvi təsiri təmin etmir. – I dərəcə AV blokadası zamanı; – Prinsmetal stenokardiyası zamanı; – Periferik arteriyaların okklüzion xəstəliyi zamanı. Xüsusilə, müalicənin əvvəlində simptomların kəskinləşməsi baş verə bilər. Bisoprololun verapamil və ya diltiazem kimi kalsium antaqonistləri ilə, I sinif aritmiyaəleyhinə preparatlarla, eləcə də, mərkəzi təsirə malik antihipertenziv preparatlarla kombinəolunmuş qəbulu tövsiyə olunmur; əlavə məlumat almaq üçün “Dərmanların qarşılıqlı təsiri” bölməsinə baxın. Ümumi anesteziya keçirilən xəstələrə Ümumi anesteziyaya məruz qalan xəstələrdə β-adrenoreseptorların blokadası narkoz yeridilən, intubasiya zamanı və əməliyyatdan sonrakı dövrdə aritmiya və miokard işemiyasının əmələgəlmə tezliyini azaldır. Hazırda əməliyyata qədər β-blokatorlarla dəstəkləyici müalicə aparmaq tövsiyə olunur. Anestezioloq bradiaritmiya, relfektor taxikardiyanın zəifləməsi və qan itkisini bərpaedən reflektor qabiliyyətinin azalmasına səbəb ola biləcək digər dərman maddələri ilə potensial qarşılıqlı təsirlər səbəbi ilə β-blokada haqqında məlumatlı olmalıdır. Əməliyyat müdaxiləsindən əvvəl β-blokatorlarla müalicəni dayandırmağa ehtiyac olduğu zaman bunu tədricən həyata keçirmək və anesteziyaya təxminən 48 saat qalmışa qədər bitirmək lazımdır. Bronxial astması və ya ağciyərlərin xroniki obstruktiv xəstəlikləri olan xəstələrə Kardioselektiv β -adrenoblokatorların ağciyərlərin funksiyasına qeyri-seçici β-1 adrenoblokatorlardan daha az təsir göstərməsinə baxmayaraq, β -adrenoblokatorların qəbulu üçün1 qaneedici klinik səbəblər olmazsa, ağciyərlərin obstruktiv xəstəlikləri olan xəstələrdə istənilən β- adrenoblokatorların istifadəsindən çəkinmək lazımdır. Klinik ehtiyac olduğu zaman bisoprololu ehtiyatla tətbiq etmək lazımdır. AXOX (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) olan xəstələrdə bisoprololla müalicəni minimum mümkün doza ilə başlamaq lazımdır, xəstələrdə yeni simptomların (məsələn, təngnəfəslik, fiziki gərginliyə dözümsüzlük, öskürək) əmələ gəlməsinə diqqətlə nəzarət etmək lazımdır. Bronxial astma və ya simptomları əmələ gətirən ağciyərlərin digər xroniki obstruktiv xəstəliyi zamanı bronxların genişləndirici preparatları eyni zamanda başlamaq lazımdır. Bəzən astmalı xəstələrdə tənəffüs yollarının müqavimətinin artması qeydə alına bilər, buna görə də, β -stimulyatorların dozalamasının artırılması tələb oluna bilər.2 Psoriazı olan xəstələrə Psoriazı olan və ya anmnezində psoriaz olan xəstələr β-blokatorları (məsələn, bisoprolol) yalnız fayda/risk nisbətinin diqqətli qiymətləndirilməsindən sonra qəbul etməlidir. Feoxromositomalı xəstələrə Feoxromositomalı xəstələrdə bisoprololu yalnız α-reseptorların blokadasından əvvəl təyin etmək olar. Tireotoksikoz Bisprololla müalicə tireotoksikozun simptomlarını maskalaya bilər. Hipertonik kriz Amlodipinin hipertonik krizlər (AT-nin qəflətən kritik yüksəlməsi) zamanı effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib. Ürək çatışmazlığı olan xəstələrə Ürək çatışmazlığı olan xəstələrə amlodipin komponenti səbəbi ilə preparatı ehtiyatla təyin etmək lazımdır. NYHA üzrə III/IV sinfinə mənsub ağır ürək çatışmazlığı olan xəstələrdə amlodipin qəbul edən qrupda ağciyərlərin ödem tezliyi plasebo qəbul edən qrupda olandan daha yüksək olub (bax: bölmə “Farmakoloji xüsusiyyətləri” (Farmakodinamika)). Kalsium kanallarının blokatorlarını, o cümlədən, amlodipini durğunluq ürək çatışmazlığı olan xəstələrə ehtiyatla təyin etmək lazımdır, çünki onlar gələcəkdə ürək-damar halları və ölüm riskini artıra bilər. Qaraciyər funksiyası pozulmuş xəstələrə Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin yarımxaricolma müddətinin uzanması və AUC qiymətinin artması qeydə alınır; dozalama üzrə tövsiyələr müəyyən edilməyib. Buna görə də, amlodipinin tətbiqini dozalama diapazonunda minimum doza ilə başlamaq lazımdır, eləcə də, müalicənin başlanmasını və dozanın artırılmasını ehtiyatla həyata keçirmək lazımdır. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın ləng titrlənməsi və xəstələrin diqqətli müşahidəsi tələb oluna bilər. Böyrəklərinin funksiyası pozulmuş xəstələrə Bu xəstə qrupunda amlodipini adi dozalarda tətbiq etmək olar. Qan plazmasında amlodipinin qatılığında dəyişiklik böyrəklərin funksiyasının pozulma dərəcəsi ilə əlaqəli deyil. Amlodipin hemodializ yolu ilə xaric olmur. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Bisporololla əlaqəli qarşılıqlı təsirlər: Tövsiyə olunmayan kombinasiyalar: – verapamil kimi və daha az dərəcədə diltiazem kimi kalsium antaqonistləri: yığılma qabiliyyəti və atriovertikulyar keçiriciliyə mənfi təsir göstərirlər. β-Adrenoblokatorlar qəbul edən xəstələrdə verapamilin vena daxilinə yeridilməsi ağır hipotenziyaya və antriovertikulyar blokadaya səbəb olur. – Klodinin və digərləri (metildopa, moksonodin, rilmenidin) kimi mərkəzi fəaliyyətə malik antihipertenziv maddələr: mərkəzi fəaliyyətə malik antihipertenziv maddələrin birlikdə qəbulu mərkəzi simpatik tonusun azaldılması yolu (ürək yığılmalarının və ürək atmasının tezliyinin azalması, damarların genişlənməsi) ilə ürək çatışmazlığını gücləndirə bilər. Kəskin dayandırma, xüsusilə də, β-blokatorların dayandırılmasına qədər, “rikoşet arterial hipertenziya” riskini artıra bilər. Ehtiyatla qəbul edilməli olan kombinasiyalar – Felodipin və nifedipin kimi dihidropiridin növlü kalsium antaqonistləri: birlikdə qəbul arterial hipotenziyanın inkişaf riskini artırır, ürək çatışmazlığı olan xəstələrdə mədəciklərin nasos funksiyasının sonrakı pisləşməsi riskinin artmasını istisna etmək olmaz. – I sinif aritmiyaəleyhinə maddələr (məsələn, xinidin, dizopiramid; lidokain, fenitoin; flekainid, propafenon): atrioventikulyar keçiricilik vaxtına, eləcə də, mənfi inotrop təsirin artmasına səbəb ola bilər. – III sinif aritmiyaəleyhinə maddələr (məsələn, amiodaron): atrioventikulyar keçiricilik vaxtına təsiri gücləndirir. – yerli təsirə malik β-blokatorlar (məsələn, qlaukomanın müalicəsi üçün göz damcıları): bisoprololun sistem təsirini gücləndirə bilər. – parasimpatomimetik preparatlar: birlikdə qəbul atrioventikulyar keçiricilik zamanını və bradikardiyanın inkişaf riskini artıra bilər. – Insulin və peroral diabetəleyhinə dərman maddələri: qanda qlükozanın səviyyəsinin azaldır. β-Adrenoreseptorların blokadası hipoqlikemiyanın simptomlarını maskalaya bilər. – anestetiklər: reflektor taxikardiyasının zəifləməsi və arterial hipotenziyanın inkişaf riskinin artması (ümumi anesteziya haqqında əlavə məlumat üçün “Xüsusi göstərişlər” bölməsinə baxın). – üskükotunun qlikozidləri: ürək yığılmaları tezliyinin azalması, atrioventikulyar keçiricilik vaxtının uzanması. – qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP): QSİƏP bisoprololun hipotenziv təsirini azalda bilər. – β-simpatomimetiklər (məsələn, izoprenalin, dobutamin): bisoprololla kombinasiya hər iki preparatın təsirini azalda bilər. – həm β-, həm də α-adrenoreseptorları fəallaşdıran simpatomimetiklər (məsələn, norepinefrin, epinefrin): bisoprololla kombinasiya bu preparatların damardaraldıcı təsirini α-adrenoreseptor maddəsi ilə aça bilər və arterial təzyiqin armasına səbə ola bilər. Belə qarşılıqlı təsirlər daha çox qeyri-selektiv β-blokatorlarla mümkündür. – Antihipertenziv dərman maddələri ilə, eləcə də, arterial təzyiqin mümkün düşməsi imkanı olan digər dərman maddələri ilə birlikdə qəbul (məsələn, trisiklik antidepressantlar, barbituratlar, fenotiazinlər) arterial hipotenziyanının inkişaf riskini artırır. İstifadəsi nəzərdən keçirilməli olan kombinasiyalar Mefloxin: bradikardiyanın inkişaf riskini artırır. Monoaminoksidazanın inhibitorları (MAO-B inhibitorları istisna olmaqla): β-blokatorların hipotenziv təsirini, eləcə də, hipertonik kriz riskini gücləndirir. Amlodipinlə əlaqəli qarşılıqlı təsirlər: Digər dərman maddələrinin amlodipinə təsiri: CYP3A4 izofermentinin inhibitorları: amlodipinin CYP3A4 izofermentinin güclü və ya orta inhibitorları (proteaza inhibitorları, azollar qrupunun göbələkəleyhinə preparatları, eritromisin və ya klaritromisin, verapamil və ya diltiazem kimi makrolidlər) ilə birlikdə qəbulu amlodipinin qatılığının əhəmiyyətli dərəcədə artmasını səbəb ola bilər və arterial hipotenziyanın inkişaf riskinin artmasına səbəb ola bilər. Farmakokinetik parametrlərin belə variantlarının klinik mənzərəsi yaşlı insanlarda daha qabarıq ola bilər. Bununla əlaqədar, diqqətli tibbi müşahidə və dozaya düzəliş tələb oluna bilər. CYP3A4 izofermentinin induktorları: – Amlodipin və CYP3A4-nın əsas induktorları olan maddələrlə birlikdə qəbulu nəticəsində qan plazmasında amlodipinin qatılığını dəyişdirə bilər. Buna görə də, arterial təzyiqin monitorinqini aparmaq və ilk öncə güclü təsirə malik CYP3A4 induktorları (məsələn, rifamisin, dazıotu preparatları) ilə birlikdə qəbul zamanı, həm də ondan sonra dozaya düzəlişi nəzərdən keçirmək lazımdır. – Amlodipini qreypfrut və ya qreypfrut şirəsi ilə qəbul etmək tövsiyə olunmur, çünki bəzi xəstələrdə amlodipinin biomənimsənilməsi arta bilər və bunun nəticəsində hipotenziv təsir güclənə bilər. Dantrolen (infuziya): verapamilin qəbulundan və dantrolenin vena daxilinə yeridilməsindən sonra heyvanlarda hiperqlikemiyanın inkişafı ilə əlaqədar olaraq ölümlə nəticələnən mədəciklərin fibrilyasiyasının və ürək-damar çatışmazlığının inkişafı müşahidə olunub. Hiperkaliemiyanın inkişaf riski ilə əlaqədar olaraq, bədxassəli hipertermiyaya meylli olan və bədxassəli hipertermiya səbəbi ilə müalicə alan xəstələrdə amlodipin kimi kalsium kanalları blokatorlarının birlikdə qəbulundan yayınmaq lazımdır. Klaritromisin: klaritromisin CYP3A4 izofermentinin inhibitorudur. Klaritromisini amlodipinlə birlikdə qəbul edən xəstələrdə arterial hipotenziyanın inkişafın yüksəlmə riski mövcuddur. Amlodipinin klaritromisinlə birlikdə qəbulu zamanı xəstələrin vəziyyətini diqqətlə müşahidə etmək lazımdır. Amlodipinin digər dərman maddələrinə təsiri: Amlodipinin hipotenziv təsiri antihipertenziv xüsusiyyətlərə malik digər dərman preparatlarının müvafiq təsirlərini gücləndirir. Takrolimus: amlodipinlə birlikdə qəbul zamanı qanda takrolimusun qatılığının artma riski var. Takrolimusla müalicə qəbul edən xəstələrdə amlodipinin qəbulu zamanı takrolimusun toksikliyinin inkişaf riskini aradan qaldırmaq üçün onun qanda qatılığının monitorinqini keçirmək və lazım gələrsə dozaya düzəliş etmək tələb olunur. Rapamisinin mexaniki hədəf inhibitorları (mTOR): mTOR inhibitorları (məsələn, sirolimus, temsirolimus və everolimus) CYP3A4 substratlarıdır. Amlodipin CYP3A4 izofermentinin zəif inhibitorudur. mTOR inhibitorları ilə birlikdə qəbul zamanı amlodipin onların ekspozisiyasını artıra bilər. Simvastatin: amlodipinin 10 mq dozada və simvastatinin 80 mq dozada çoxsaylı birlikdə qəbulu, simvastatinlə monoterapiya ilə müqayisədə, simvastatinin qatılığının 77% artmasına səbəb olub. Amlodipin qəbul edən xəstələrdə simvastatinin dozasını gündə 20 mq-a qədər məhdudlaşdırmaq lazımdır. Siklosporin: sağlam könüllülərdə və ya digər qruplarda amlodipin və siklosporinin qarşılıqlı təsirinin tədqiqi aparılmayıb, siklosporinin dəyişkən minimum qatılığının artması (orta hesabla 0%-40%) müşahidə olunan böyrək transplantasiyasından sonrakı xəstələr istisnadır. Belə kombinasiyanın qəbulu zamanı böyrək transplantasiyası keçirmiş xəstələrdə qan plazmasında siklosporinin qatılığına nəzarət imkanını nəzərdən keçirmək, gərək olarsa, siklosporinin dozasını azaltmaq lazımdır. Klinik qarşılıqlı təsirin tədqiqatlarında amlodipin atorvastatin, diqoksin və ya varfarinin farmakokinetikasına təsir etməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Amlodipinin hamiləlik dövründə qəbulunun təhlükəsizliyi müəyyən edilməyib. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın yüksək dozalarda qəbulu zamanı reproduktiv toksiklik qeydə alınıb. Hamiləlik zamanı preparatın istifadəsinə yalnız çox ehtiyac olduqda, xəstəlik ana və döl üçün böyük risk törətdiyi zaman tövsiyə olunur. Laktasiya dövrü Amlodipin ana südünə keçir. Ananın qəbul etdiyi başlanğıc dozadan körpəyə keçən miqdar orta diapazonda 3-7%, maksimum 15% qiymətləndirilib. Amlodipinin körpələrə təsiri məlum deyil. Laktasiya zamanı preparatın istifadəsi tövsiyə edilmir. Fertillik Kalsium kanallarının blokatorlarını qəbul edən bəzi xəstələrdə spermatozoidlərin başcığında qayıdan biokimyəvi dəyişikliklər aşkar edilib. Bununla belə, hazırda amlodipinin fertilliyə potensial təsiri ilə bağlı kifayət qədər klinik məlumat yoxdur. Klinikayaqədərki tədqiqatda erkəklərdə fertilliyə arzuolunmaz təsirlər aşkar edilib. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Amlodipin nəqliyyat vasitəsi və ya digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə cüzi və ya orta dərəcədə təsir göstərə bilər. Amlodipin qəbul edən xəstələrdə başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma varsa, reaksiya qabiliyyəti zəifləyə bilər. Koronar ürək xəstəliyi olan pasiyentlərdə aparılan tədqiqatda bisoprolol sürücülük qabiliyyətinə təsir etməmişdir. Ancaq, fərdi pasiyentlərin müalicəyə verdiyi reaksiyaya görə nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri istisna edilə bilməz.

İstifadə qaydası və dozası

Dozalaması Niperten Kombi preparatının tövsiyə olunan dozası gündə bir tablet təşkil edir. Sabit dozaların bu kombinasiyası başlanğıc müalicəyə uyğun deyil. Arterial təzyiqə nəzarət üçün Niperten Kombi preparatının istifadəsi ilə müalicə təyin edilənə qədər xəstələrə müəyyən edilmiş dozalarda eyni zamanda monopreparatları təyin etmək lazımdır. Niperten Kombi preparatının dozasını monoterapiya zamanı tətbiq olunan dozalar nəzərə alınmaqla seçmək lazımdır. Sabit kombinasiyanın təsiredici maddələrindən istənilən birinin dozasının dəyişdirilməsi lazım olduqda (məsələn, ilk dəfə diaqnoz qoyulan xəstəliklər, xəstənin vəziyyətinin dəyişməsi və ya dərman maddələrinin qarşılıqlı təsiri ilə əlaqəli olan), dozalamanı müəyyən etmək üçün ayrı-ayrı komponentləri yenidən tətbiq etmək lazımdır. Müalicəni birdən dayandırmaq tövsiyə olunmur, çünki bu, xəstənin vəziyyətinin birdən pisləşməsinə səbəb ola bilər. Yaşlı xəstələr Dozaya düzəliş tələb olunmur, ancaq doza artırıldıqda ehtiyatlı olmağınız lazımdır (bax: bölmələr “Xüsusi göstərişlər” və “Farmakoloji xüsusiyyətlər” (Farmakokinetika)). Böyrək funksiyası pozulmuş xəstələr Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə dozaya düzəliş tələb olunmur. Amlodipin dializ vasitəsi ilə xaric olmur. Dializ prosedurunu keçən xəstələrə amlodipini xüsusi ehtiyatla təyin etmək lazımdır (bax: bölmə “Xüsusi göstərişlər”). Ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 20 ml/dəq) bisoprololun gündəlik dozası 10 mq-ı keçməməlidir. Qaraciyər fuksiyası pozulmuş xəstələr Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozalama üzrə tövsiyələr müəyyən edilməyib, buna görə də, belə xəstələrə dozanı ehtiyatla seçmək və müalicəyə dozalama diapazonunda minimum doza ilə başlamaq lazımdır (bax: bölmə “Xüsusi göstərişlər” və “Farmakoloji xüsusiyyətlər” (Farmakokinetika)). Ağır qaraciyər çatışmazlığı zamanı amlodipinin farmakokinetikası öyrənilməyib. Ağır qaraciyər çatışmazlığı zamanı bisprololun gündəlik dozası 10 mq-ı keçməməlidir. Uşaqlarda istifadəsi Niperten Kombi preparatının 18 yaşa qədər uşaqlarda təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. 18 yaşa qədər uşaqlarda Niperten Kombi preparatının istifadəsi tövsiyə olunmur. İstifadə qaydası Niperten Kombi tabletlərini qida qəbulundan asılı olmayaraq səhər qəbul etmək tövsiyə olunur. Onları çeynəmədən, qida qəbulundan asılı olmayaraq, bütöv şəkildə udmaq lazımdır.

Əlavə təsirləri

– çox tez-tez (≥1/10) – tez-tez (≥1/100-dən <1/10-a qədər) – bəzən (≥1/1000-dən <1/100-ə qədər) – nadir hallarda (≥1/10000-dən <1/1000-ə qədər) – çox nadir hallarda (≥1/10000) – məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil). Əlavə rekasiyaların cədvəl siyahısı Orqanlar sisteminin sinifləri Əlavə təsir Tezlik Bisoprolol Amlodipin Qan və limfa sisteminin leykopeniya, trombositopeniya _ çox nadir funksiyasının pozulması hallarda İmmun sisteminin funksiyasının allergik reaksiyalar _ çox nadir pozulması hallarda Maddələr mübadiləsi və hiperqlikemiya _ çox nadir qidalanmanın pozulması hallarda Psixikanın pozulması yuxunun pozulması bəzən bəzən (yuxusuzluq), depresiya qorxulu yuxugörmələr, nadir hallarda _ hallüsinasiyalar əhvalın dəyişməsi (narahatlıq _ bəzən daxil olmaqla) şüurun dumanlanması nadir hallarda Sinir sisteminin funksiyasının başgicəllənmə, baş ağrısı tez-tez tez-tez pozulması ürəkgetmə nadir hallarda bəzən yuxululuq _ tez-tez titrəmə, hipesteziya, paresteziya, _ bəzən disgevziya hipertoniya, periferik _ çox nadir nevropatiya hallarda ekstrapiramid pozulmalar _ bilinmir Görmə orqanının funksiyasının gözyaşı mayesinin azalması nadir hallarda _ pozulması (əgər xəstə kontakt linza taxırsa, bunu nəzərə almaq lazımdır) konyunktivit çox nadir _ hallarda görmənin pozulması (diplopiya _ tez-tez daxil olmaqla) Eşitmə orqanının funksiyasının eşitmənin pozulması nadir hallarda _ və müvazinətin pozulması qulaqlarda küy _ bəzən Ürəyin funksiyasının pozulması bradikardiya bəzən _ ürək çatışmazlığının bəzən _ kəskinləşməsi AB-keçiriciliyinin pozulması bəzən _ güclü ürək döyünməsi hissi _ tez-tez aritmiya (bradikardiya, mədə _ bəzən taxikardiyası və ürək qulaqcığının fibrillyasiyası) miokard infarktı çox nadir hallarda Damarların funksiyasının əl və ayaqlarda soyuqluq və tez-tez _ pozulması keyləşmə hissi hiperemiya – tez-tez arterial hipotenziya bəzən bəzən qan damarlarının iltihabı _ çox nadir hallarda Tənəffüs sistemi, döş qəfəsi anamnezində bronxial astması bəzən _ orqanları və divarasının və ya tənəffüs yollarının funksiyasının pozulması obstruksiyası olan xəstələrdə bronxospazm allergik rinit nadir hallarda _ təngnəfəslik _ öskürək, rinit _ bəzən Mədə-bağırsaq traktının ürəkbulanma, defekasiya tez-tez tez-tez pozulması ritminin dəyişməsi (ishal və qəbizlik daxil) Qarın nahiyəsində ağrı, _ tez-tez dispepsiya qusma tez-tez bəzən ağızda quruluq _ bəzən pankreatit, qastrit, damaq _ çox nadir hiperplaziyası hallarda Qaraciyər və öd yollarının hepatit nadir hallarda çox nadir funksiyasının pozulması hallarda sarılıq, qaraciyər fermentlərinin _ çox nadir səviyyəsinin artması (əsasən, hallarda xolestaza işarə edən) Dəri və dərialtı toxumaların hiperhəssaslıq reaksiyaları nadir hallarda _ funksiyasının pozulması (qaşınma, üzə qan vurma. ekzantema) alopesiya (β-blokatorlar çox nadir bəzən psoriazın əmələ gəlməsinə və ya hallarda kəskinləşməsinə səbəb ola, yaxud psoriaza-bənzər səpgi törədə bilər ) purpura, dərinin solğunlaşması, _ bəzən hiperhidroz, qaşınma, ekzantema, övrə angionevrotik ödem, çoxformalı _ çox nadir eritema, ekfoliativ dermatit, hallarda Stivens-Conson sindromu, Kvinke ödemi, işığa qarşı həssaslıq səpgi nadir hallarda bəzən о toksik epidermal nekroliz – məlum deyil Skelet-əzələ və birləşdirici əzələ zəifliyi bəzən _ toxumanın funksiyasının aşıq baldır oynağın şişkinliyi _ tez-tez pozulması artralgiya, mialgiya, kürək _ bəzən nahiyəsində ağrı əzələ spazmları bəzən tez-tez Böyrəklər və sidik yollarının sidik ifrazının pozulması, _ bəzən funksiyasının pozulması nikturiya, sidik ifrazı tezliyinin artması Cinsiyyət orqanları və süd potensiyanın pozulması nadir hallarda bəzən vəzisinin funksiyasının pozulması (impotensiya) ginekomastiya _ bəzən Ümumi pozulmalar və yeridilmə asteniya bəzən tez-tez yerində narahatlıqlar yorğunluq tez-tez tez-tez şişkinlik _ çox tez-tez sinə nahiyəsində ağrı, ağrı _ bəzən hisləri, ümumi kefsizlik hissi Laborator və instrumental triqliseridlərin səviyyəsinin nadir hallarda _ məlumatlar artması, qaraciyər fermentlərinin səviyyəsinin artması (ALT, AST) bədən çəkisinin artması, bədən _ bəzən çəkisinin azalması

Doza həddinin aşılması

Simptomları: β-blokatorlarla doza həddi aşılan zaman gözlənilən təzahürlərdən daha tez-tez rast gəlinəni bradikardiya, arterial hipotenziya, bronxospazm, kəskin ürək çatışmazlığı və hipoqlikemiyadır. Bugün arterial hipertenziya və/və ya bradikardiya və/və ya hipotenziya əlamətləri olan ürəyin işemik xəstəliyi olan pasiyentlərdə bisoprololla doza həddinin bir neçə aşılması halı (maksimum doza 2000 mq) məlumdur. Bütün pasiyentlər sağalmışdır. Bisoprololun yüksək birdəfəlik dozasına həssaslıqda böyük fərdi fərqliliklər var, bununla belə, ürək çatışmazlığı olan xəstələrin yüksək həssaslığa malik olması daha çox mümkündür. Əldə olan məlumatlar amlodipinlə doza həddinin əhəmiyyətli dərəcədə aşılması güclü periferik vazodilatasiya və ehtimal ki, reflektor taxikardiyaya səbəb ola bilər. Sistem arterial hipotenziya, eləcə də, şokun inkişafı və ölümlə nəticələnmə halları təsvir olunub. Müalicəsi: Niperten Kombi preparatı ilə doza həddi aşıldığı zaman müalicəni dayandırmaq, dəstəkləyici və simptomatik müalicə tətbiq etmək lazımdır. Gözlənilən farmakoloji təsir və digər β-blokatorlar üçün tövsiyələrdən çıxış edərək, klinik təsdiqlənmək şərti ilə, aşağıdakı ümumi tədbirləri görmək lazımdır. Bradikardiya zamanı: atropinin vena daxilinə yeridilməsi. Lazımlı təsir olmadığı zamanı izoprenalin və ya müsbət xronotprop təsirə malik digər preparatı ehtiyatla yeritmək olar. Bəzi hallarda transvenoz kardiostimulyatorun tətbiqi tələb oluna bilər. Arterial hipotenziya zamanı: mayelər və vazopressor preparatların vena daxilinə yeridilməsi. Qlükaqonun vena daxilinə yeridilməsi təsirli ola bilər. Amlodipinin doza həddinin aşılması səbəbi ilə klinik əhəmiyyətli arterial hipotenziya, ürək və tənəffüs funksiyalarının monitorinqi, xəstənin əl və ayaqlar yuxarıda olmaqla uzanıq vəziyyətə gətirilməsi, dövr edən mayenin həcmi və sidik ifrazatı həcminə nəzarət də daxil olmaqla, ürək-damar sisteminin funksiyasının dəstəklənməsinə istiqamətlənmiş fəal tədbirlərin görülməsini tələb edir. Damar tonusu və arterial təzyiqin bərpası üçün, əks göstəriş olmadığı təqdirdə, vazokonstriktorların tətbiqi faydalı ola bilər. Kalsium kanallarının blokadasının nəticələrini aradan qaldırmaq üçün kalsium qlükonatın vena daxilinə yeridilməsini təyin etmək olar. Atrioventrikulyar blokada zamanı (ikinci və ya üçüncü dərəcəli): xəstələrin vəziyyətinə diqqətlə nəzarət etmək, izoprenalin infuziyası və ya kardiostimulyatorun transvenoz qurğusunu tətbiq etmək lazımdır. Ürək çatışmazlığı zamanı: sidikqovucuların, inotrop preparatların, vazodilatatorların vena daxilinə yeridilməsi. Bronxospazm zamanı: izoprenalin, β -simpatomimetiklər və/və ya aminofillin kimi2 bronxodilatatorların təyini. Hipoqlikemiya zamanı: qlükozanın vena daxilinə yeridilməsi. Bəzi hallarda mədənin yuyulması təsirli ola bilər. Müəyyən olunub ki, 10 mq amlodipinin qəbulundan sonra 2 saat ərzində aktivləşdirilmiş kömürün qəbulu amlodipinin sorulmasının azalmasına səbəb ola bilər. Məhdud sayda məlumatlar bisoprololun dializin köməyi ilə pis xaric olduğunu göstərir. Amlodipin zülallarla yüksək birləşmək qabiliyyətinə malik olduğundan, dializ az təsirlidir.

Buraxılış forması

14 tablet, blisterdə. 2 blister qutuya istifadə üçün təlimatla birgə yerləşdirilir. Saxlama müddəti 3 il. İstifadə müddəti bitdikdən sonra istifadə etməyin. Saxlanma şərtləri 30°C yuxarı olmayan temperaturda saxlayın. İşıq və rütubətdən qorumaq üçün orijinal qablamada saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlayın!

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

KRKA, d.d., Novo mesto, Sloveniya Azərbaycanda Nümayəndəlik Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi. Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“NIPERTEN KOMBI 5/5 N28 TABLET” üçün ilk rəyi siz yazın.