Nidoflor 15 q krem
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Antibiotiklərlə orta aktiv kombinəolunmuş kortikosteroidlər |
| İstehsal ölkəsi | Rumıniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,69 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NİDOFLOR xaricə istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Triamcinolone acetonide + Neomycin sulfate + Nystatin
Tərkibi
Təsiredici maddələr: 1 q kremin tərkibində 1 mq triamsinolon asetonid, 3,82 mq neomisin sulfat, 100000 BV nistatin vardır. Köməkçi maddələr: duru parafin, propilenqlikol, setil spirti, PEG 20 stearat, qliserol stearat və lauret-23, polisorbit 20, metilparahidroksibenzoat (E 218), təmizlənmiş su.
Təsviri
Sarıdan tünd sarı rəngə çalan bircinsli kremdir.
Farmakoterapevtik qrupu
Antibiotiklərlə orta aktiv kombinəolunmuş kortikosteroidlər. ATC kodu: D07CB01.
Farmakoloji xüsusiyyətləri
Nistatin antibakterial təsiri olmayan göbələk əleyhinə antibiotikdir. O Candida albicans, Coccidioides immitis, Cryptococcus neoformans, Histoplasma capsulatum, bəzi blastomiset və Sporotrichum-a qarşı fəaldır. Göbələyin hüceyrə membranı sterolları ilə birləşir, hüceyrə membranının seçici baryer kimi fəaliyyət göstərməsinin qarşısını alaraq hüceyrənin əsas maddələrinin itkisinə gətirib çıxarır. Neomisin sulfat müxtəlif qrammüsbət və qrammənfi bakteriyaların ştammlarına qarşı fəal olan aminoqlikozid qrupu antibiotikdir. Bakteriyanın hüceyrə membranından keçir, bakteriyanın ribosom 30S subvahidli spesifik reseptor zülalı ilə birləşir. Nəticədə peptid əmələ gəlmənin təsis edilməsinin gecikməsi, genetik kodun səhv şifrələnməsi və poliribosomların fəaliyyət göstərməyən monosomlara parçalanması yolu ilə zülal sintezinin azalması baş verir. Triamsinolon asetonid iltihab, qaşınma və allergiya əleyhinə təsirlərə malik yerli istifadə olunan sintetik qlükokortikoiddir.
İstifadəsinə göstərişlər
Nidoflor krem dəri infeksiyalarının (yerli kortikosteroidlər dəridə qızartı və qaşınmanı azaldır), həmçinin mikozlarla (məs., Candida) və ya neomisinə həssas mikroorqanizmlərlə superinfeksiyalaşmış və/və ya ağırlaşmış steroidlərə həssas dəri pozğunluqlarının müalicəsində istifadə olunur.
Əks göstərişlər
– Triamsinolon asetonidə, neomisin sulfata, nistatinə və ya preparatın hər hansı digər komponentlərinə qarşı hiperhəssaslıq; – virus infeksiyaları, parazit infeksiyaları, dəri vərəmi kimi dəri xəstəlikləri; – xoralı zədələnmələr; – sızanaq və ya rozasea (çəhrayı sızanaqlar); – göz qapaqlarına istifadəsi (qlaukoma riski); – perioral dermatit; – dəri atrofiyası; – 2 yaşa kimi uşaqlar (təhlükəsizliklə əlaqədar olan səbəblərə görə); – təbil pərdəsinin perforasiyası halında qulaq keçəcəyində istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nidoflor kremin uzunmüddətli və ya təkrar istifadəsi zamanı tətbiq olunan nahiyədə allergik reaksiyalar yarana bilər. Allergik reaksiyaların ilk simptomları büruzə verən kimi Nidoflor kremin istifadəsini dayandırmaq lazımdır. Bu preparatı uzun müddət böyük dəri nahiyələrinə, sarğıların altına və ya büküş nahiyələrinə istifadə etməyin. Bu əlavə təsirlərin yaranma ehtimalını artıra bilər. Nidoflor kremi 8 gündən artıq, üzdə isə 5 gündən artıq istifadə etməyin. Gözlər və ya selikli qişalarla təmasına yol verilməməlidir. Uzunmüddətli müalicə zamanı ağır infeksiyalar baş verərsə, antibioqramma məlumatlarına müvafiq olaraq sistem antibiotikoterapiya təyin olunmalıdır. Reinfeksiyanın qarşısını almaq üçün yerli gigiyena və profilaktika tədbirləri görülməlidir. Pediatriyada Uşaqlar bədən səthinin bədən çəkisinə nisbətinin böyük olmasına görə yuxarı yaşlı pasiyentlərlə müqayisədə yerli kortikosteroidlərə və onların toksik təsirinə daha həssas ola bilərlər. Kortikosteroidlərlə uzunmüddətli müalicə uşaqların boy və inkişafına mane ola bilər. Müvafiq olaraq uşaqların Nidoflor krem ilə müalicəsi ciddi tibbi nəzarət altında aparılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumatlar məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Yerli qlükokortikoidlər sistem şəklində sorulduğuna görə, Nidoflor kremin istifadəsi hamiləlik və laktasiya zamanı məsləhət görülmür, lakin əgər ehtiyac olarsa risk/fayda nisbəti qiymətləndirilməlidir. Ana südü ilə qidalandırma zamanı krem bilavasitə süd vəzilərinə sürtülməməlidir, çünki uşaq onu təsadüfən uda bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nidoflor krem nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya əhəmiyyətsiz təsir göstərir.
İstifadə qaydası və dozası
Yalnız xaricə istifadə üçün. Böyüklərə və yaşlı xəstələrə Nidoflor kremi tez sorulması məqsədi ilə yüngül dairəvi masaj hərəkətləri vasitəsilə zədələnmiş dəri nahiyələrinə gündə 2-3 dəfə nazik qatla çəkmək lazımdır. Uşaqlara Nidoflor krem 2 yaşa kimi uşaqlarda istifadə edilməməlidir (həmçinin «Əks göstərişlər» bölməsindəki məlumatlara bax).
Əlavə təsirləri
Triamsinolon asetonidin təsiri ilə əlaqəli nadir hallarda: ikincili infeksiyalar, kobud, kövrək dəri, sızanaq, pustula, həddindən artıq tüklənmə (hipertrixoz), rozaseanın əmələ gəlməsi və kəskinləşməsi, perioral dermatit, dərinin incəlməsi, dərinin strukturunun və elastikliyinin dəyişilməsi, dəri dartılmaları, səthi damarların genişlənməsi. Uzun müddət ərzində kremin geniş miqyasda böyük dəri nahiyələrinə və ya yüksək sorulma səthinə (xüsusilə uşaqlarda, büküş nahiyələrinə və ya sarğıların altında) istifadəsi Kuşinq sindromu kimi adlanan, özündə bir neçə simptomu (məsələn, «ayabənzər sifət», zəiflik hissi, hiperqlikemiya) birləşdirən sistem kortikosteroid təsirə səbəb ola bilər. Neomisin sulfatın təsiri ilə əlaqəli: tezliyi məlum olmayan: ekzema, nefrotoksik, ototoksik. Nistatinin təsiri ilə əlaqəli: nadir hallarda: allergik reaksiyalar, yanma hissi, dəri qaşınması, keçici səpgi və sürtülən yerdə ağrı.
Doza həddinin aşılması
Yerli kortikosteroidlər yüksək dozalarda absorbsiya oluna və sistem təsirlərə səbəb ola bilər. Yerli kortikosteroidlərin uzunmüddətli və həddindən çox istifadəsi hipofizar-böyrəküstü vəzi funksiyalarının ləngiməsinə və müalicəni dayandırdıqdan sonra böyrəküstü vəzilərin geri dönən çatışmazlığının inkişafına səbəb ola bilər. Belə hallarda kortikosteroidlərin qəbulunu həkim nəzarəti altında dayandırmaq məsləhət olunur. Nidoflor kremin təsadüfən udulması halında simptomatik müalicənin aparılması vacibdir.
Buraxılış forması
Xaricə istifadə üçün krem. 15 q krem alüminium tublarda. Hər tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yuxarı olmayan temperaturda, original qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Antibiotice SA. 1, Valea Lupului, 707410 İasi, Rumıniya, AB Azərbaycanda rəsmi distribyutor «TETRADA» MMC – dir. AZ1102, 20 Yanvar küçəsi, 14; Bakı, Azərbaycan Теl.:(+994 12) 431-59-24, 431-05-41 Faks: (+994 12) 430-80-51 Е-mail: info@tetrada-az. www.tetrada-az.com
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.