Neurexan N50 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NEUREKSAN tabletlər
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Passiflora incarnata D2 0,6 mq; Avena sativa D2 0,6 mq; Coffea arabica D12 0,6 mq; Zincum isovalerianicum D4 0,6 mq. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat
Təsviri
Ağdan sarı ağ rəngə qədər dəyişən, yumru, kənarları kəsik, hamar səthli tabletlərdir.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi.
İstifadəsinə göstərişlər
Yuxu problemləri və əsəbi narahatlıq.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində laktoza vardır. Əgər sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
İstifadə qaydası və dozası
Gündə ən çoxu 12 dəfə olmaqla, hər yarım saatdan və ya 1 saatdan bir 1 tableti ağızda həll edərək qəbul etmək lazımdır; uzunmüddətli müalicə üçün gündə 1-3 dəfə 1 tablet istifadə edilir. İstifadə qaydası Tabletin ağızda həll olunduqdan sonra udulmasına icazə verilir. Uşaqlar üçün tabletlərin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbulundan kənar vaxtlarda qəbul edilməlidir. Qeyd: əgər davamlı, müəyyənləşdirilməmiş və ya təkrarlanan simptomlar müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Çox nadir hallarda (yəni 10000 xəstədən 1-dən azında) allergik (hiperhəssaslıq) dəri reaksiyaları baş verə bilər. Neureksan tabletlərinin homeopatik təbiətinə görə simptomların (ilkin ağırlaşma) müvəqqəti, lakin zərərsiz kəskinləşməsi baş verə bilər.
Buraxılış forması
50 tablet, polipropilen konteynerdə. 1 konteyner, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.