Nervoheel N50 tablet

Dərman formasıTablet
Farmakoloji təsirHomeopatik dərman vasitəsi
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,98 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NERVOHEL N tabletlər

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Acidum phosphoricum D4 60 mq, Strychnos ignatii D4 60 mq, Sepia officinalis D4 60 mq, Kalium bromatum D4 30 mq, Zincum isovalerianicum D4 30 mq. Köməkçi maddələr: maqnezium stearat, laktoza monohidrat.

Təsviri

Yuvarlaq, fasetli hamar səthli, bozumtul işıltılı ağ rəngli tabletlərdir. Sporadik olaraq qara nöqtələr müşahidə edilə bilər.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. ATC kodu: N07XX Digər sinir sistemi preparatları.

İstifadəsinə göstərişlər

Nevroloji şikayətlərlə müşayiət olunan ümumi tükənmə.

Əks göstərişlər

Preparatın tərkibində olan bir və ya bir neçə komponentə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nervoheel N yüksək keyfiyyətli bioloji dərman vasitəsidir. Tərkibində olan xüsusi komponentlər Nervoheel N-in yüksək tolerantlığını və effektivliyini təmin edir. Tərkibindəki 2 komponent ona səciyyəvi görünüş və qoxu verir. Tabletə rəng verən tərkibindəki tünd rəngli maddə Sepia-dır. Hiss etdiyiniz xüsusi qoxu isə effektivliyi ilə tanınan dərman bitkisi pişikotunun (Valerian) qoxusudur. Bu preparatın tərkibində laktoza (süd şəkəri) vardır. Əgər sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Əgər simptomlar davam edərsə və ya pisləşərsə, həkimlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.

İstifadə qaydası və dozası

Adi hallarda gündə 3 dəfə 1 tablet ağızda həll edilir.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu homeopatik preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin bu hamıda müşahidə olunmur. Ayrı ayrı hallarda keçici mədə-bağırsaq narahatlığı (məs. ürəkbulan- ma) və ya dəri allergiyaları (məs., səpgi və ya şişkinlik) bildirilmişdir.

Buraxılış forması

50 və ya 250 tablet, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden Rəsmi distribyutor Planeta PCC Djavadkhan Street, 24. AZ 1111, Baku City, Azerbaijan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nervoheel N50 tablet” üçün ilk rəyi siz yazın.