Natrium xlorid 0,9 % 5 ml N10 inyeksiya Borisov

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDuz məhlulları
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NATRİUM XLORİD 9 mq/ml inyeksiya üçün izotonik məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Sodium chloride

Tərkibi

Təsiredici maddə:1 ampulda (5 ml məhlul) 45 mq natrium xlorid vardır. Köməkçi maddə: inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Duz məhlulları. ATC kodu: B05CB01.

İstifadəsinə göstərişlər

Dərman vasitələrinin həll edilməsi və durulaşdırılıması.

Əks göstərişlər

Əsas dərman vasitəsinin və preparatın uyuşmaması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman vasitəsinin həll edilməsindən əvvəl Natrium xloridin 9 mq/ml izotonik məhlulunun bu dərman vasitəsinin həll edilməsi üçün istifadə olunmasının mümkünlüyünü yoxlamaq lazımdır. Preparatı ampul açıldıqdan və ya dərman formasının hazırlanmasından bilavasitə sonra istifadə etmək lazımdır. Ampullar, yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulub. Preparatın istifadə edilməyən qalığı məhv edilməlidir. Məhlulu, yalnız şəffaf və ampul zədələnmədiyi halda istifadə etmək olar. Mikrobioloji təhlükəsizlik nöqteyi nəzərdən həll edilmə/durulaşdırma zamanı alınan hazır dərman formaları aseptik qaydalara əməl edilməklə, dərhal istifadə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Natrium xlorid məhlulu əksər dərman vasitələri ilə uyuşur, bu səbəbə görə o, müxtəlif dərman vasitələrinin həll edilməsi və durulaşdırılması üçün istifadə edilir. Kortikosteroidlər və ya kortikotropinlə eyni vaxtda təyin edilməsi qanda elektrolitlərin səviyyəsinin davamlı nəzarəti tələb edir. Preparat kolloid hemodinamik qanəvəzedicilərlə uyuşur. Digər dərman vasitələri və ya elektrolitlərin konsentratları ilə qarışdığı zaman uyuşmazlığa vizual olaraq nəzarət etmək vacibdir. Görünməyən və terapevtik uyuşmazlıq ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, istifadə ediləcək həl edilən/durulaşdırılan preparatın tibbi təlimatı üzrə müəyyən edilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Natrium xloridin 9 mq/ml izotonik məhlulunun nəqliyyat idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq qabiliyyətinə təsiri həll edilən/durulaşdırılan preparatın istifadə təlimatı ilə müəyyən edilir.

İstifadə qaydası və dozası

Əsas dərman vasitəsinin yeridilmə üsulundan asılı olaraq venadaxili, əzələdaxili, dərialtı istifadə edilir. Yaraların, gözlərin, selikli qişaların yuyulması üçün steril şpris ilə ampulun möhtəviyyatını yığmaq və iynəni çıxarmaq və ehtiyatla şprisdən məhlulu buraxaraq yaranı, selikli qişanı və ya gözləri yumaq lazımdır. Preparatların həll edilməsi/durulaşdırılması üçün 9 mq/ml izotonik məhlul olan natrium xlorid preparatının istifadəsindən əvvəl verilən preparatların istifadə təlimatı ilə tanış olmaq vacibdir. 9 mq/ml izotonik məhlul olan Natrium xlorid preparatının istifadəsilə dərman formalarının hazırlanma prosesi zamanı aseptika qaydalarına (ampulun açılması, şprisin və ya digər digər dərman vasitələrinin doldurulması) riayət etmək vacibdir. Dozası Preparatın miqdarı həll edilən/durulaşdırılan dərman vasitəsinin konsentrasiyasından və ya elektrolitlərin konsentrasiyasından asılı olaraq seçilir.

Əlavə təsirləri

Dərman vasitələrinin həlledicisi kimi məsləhət görülən həcmlərdə istifadəsi zamanı əlavə təsirlər aşkar olunmamışdır. Bu vaxta qədər xaricə və yerli istifadəsi zamanı əlavə təsirlər müəyyən edilməyib.

Doza həddinin aşılması

Preparatın məsləhət görülən həcmlərinin yeridilməsi zamanı doza həddinin aşılması az ehtimal edilir.

Buraxılış forması

5 ml məhlul, şüşə ampulda. №10 (2×5) polivinil arakəsmə ilə içlik vərəqə ilə karton qutu qablaşmada, №10 karton arakəsmə ilə içlik vərəqə ilə karton qutu qablaşmada.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdən buraxılma şərti Resept əsasında buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Natrium xlorid 0,9 % 5 ml N10 inyeksiya Borisov” üçün ilk rəyi siz yazın.