Natalsid 250 mq N10 rektal şam

Təsiredici maddə: SODIUM ALGINATE
Təsiredici maddəSODIUM ALGINATE
Dərman formasıRektal şam
Farmakoloji təsirYerli istifadə üçün hemostatik vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,91 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NATALSİD rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Sodium alginate

Tərkibi

Təsiredici maddə:1 suppozitoriyanın tərkibində 250 mq natrium alginat (natrium alginat) vardır. Köməkçi maddə: bərk yağ (vitepsol (H 15, W 35 markalı), supposir (NA 15, NAS 50 markalı)).

Təsviri

Ağ qəhvəyi çalarlı və ya açıq qəhvəyi və ya açıq bozumtul qəhvəyi çalarlı, torpedoya bənzər suppozitoriyalardır, suppozitoriyanın səthində ərpin yaranması və kəsikdə hava boşluğunun və qıfa bənzər dərinləşmənin olması yol veriləndir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün hemostatik vasitə. ATC kodu: В02ВС.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparatın təsiredici maddəsi olan natrium alginat, qonur dəniz yosunlarından alınan təbii polisaxariddir. İfadəolunmuş hemostatik, iltihabəleyhinə və reparativ təsir göstərir. Farmakokinetikası Təsvir edilməyib.

İstifadəsinə göstərişlər

Xroniki anal çatlar epitelizasiya mərhələsində, xroniki qanayan babasil, proktosiqmoidit və düz bağırsaqda əməliyyatdan sonrakı dövrdə iltihabi əlamətlər.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 14 yaşa qədər uşaqlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsir qeyd edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Natalsid preparatı hamiləlik və laktasiya dövründə əks göstəriş deyil. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Rektal istifadə edilir. İstifadə edilməzdən əvvəl suppozitoriya konturlu qablaşmadan azad edilir. Suppozitoriyanı bağırsağın sərbəst boşaldılmasından və ya təmizləyici imalədən sonra düz bağırsağa yeridilir. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara sutkada 2 dəfə 1 suppozitoriya təyin edilir. Natalsid preparatı ilə müalicə kursunun müddəti 7-14 gün təşkil edir.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür. İçlik vərəqədə qeyd edilən istənilən əlavə təsir dərinləşdikdə və ya pasiyent içlik vərəqədə qeyd edilməyən istənilən digər əlavə effekt müşahidə etdikdə, bu barədə həkimə məlumat verməlidir.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları məlum deyil. Preparatı istifadəsi üzrə təlimata uyğun istifadə etdikdə, doza həddinin aşılması az ehtimal edilir.

Buraxılış forması

250 mq-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya, polivinilxlorid örtüklü, polietilenlə laminatlanmış konturlu-yuvalı qablaşdır- mada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “NİJFARM” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Natalsid 250 mq N10 rektal şam” üçün ilk rəyi siz yazın.