MULTIVITA N5
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Vitaminlər. Polivitaminlər |
| İstehsal ölkəsi | Koreya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
46,20 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MULTİVİTA inyeksiya məhlulu hazırlamaq üçün liofilizat
Tərkibi
Təsiredici maddə: 1 flakonda 3300 BV A vitamini (retinol palmitat 1,815 mq), 200 BV erqokalsiferol, 10 mq tokoferol asetat, 100 mq askorbin turşusu, 3,81 mq tiamin hidroxlorid (3 mq tiaminə ekvivalntdir), 3,60 mq riboflavin natrium fosfat, 4,86 mq piridoksin hidroxlorid (4 mq piridoksinə ekvivalentdir), 40 mq nikotinamid, 15 mq dekspantenol, 60 μq biotin, 400 μq fol turşusu, 5 μq sianokobalamin vardır. Köməkçi maddələr:D-mannitol, polisorbat 20, polisorbat 80, natrium hidroksid.
Təsviri
Sarı rəngli liofilizəolunmuş tozdur.
Farmakoterapevtik qrupu
Vitaminlər. Polivitaminlər. ATC kodu: A11BA.
Farmakoloji xüsusiyyətləri
Farmakokinetikası Preparatın təsiri onun komponentlərinin ümumi təsirinə əsaslandığı üçün kinetik müşahidələrin aparılması mümkün deyil. Bütün komponentlər birlikdə markerlərin və biotədqiqatların köməyi ilə izlənə bilməz. Farmakodinamikası Askorbin turşusu vitamin C çatışmazlığını tamamlayır, metabolik, antioksidant təsir göstərir, oksidləşmə-reduksiya proseslərini nizamlayır. Bir çox biokimyəvi reaksiyalarda hidrogen daşınmasını nizamlayır, trikarbon turşuları siklində qlükozanın istifadəsini yaxşılaşdırır, toxumaların bərpasında və tetrahidrofol turşusunun əmələ gəlməsində, steroid hormonların, kollagenin sintezində iştirak edir. Hüceyrəarası maddənin kolloid vəziyyətini və kapilyarların normal keçiriciliyini saxlayır, proteolitik fermentləri aktivləşdirir, xolesterinin, piqmentlərin mübadiləsində iştirak edir, qaraciyərdə qlikogenin toplanmasına kömək edir, immunoloji reaksiyaları nizamlayır (anticisimlərin, komplementin C3-komponentini, interferonun sintezini aktivləşdirir), faqositoza kömək edir, infeksiyalara qarşı orqanizmin müqavimətini artırır. İltihab əleyhinə, antiallergik təsir göstərir. Vitamin A oksidləşmə-reduksiya proseslərini aktivləşdirir, purin və pirimidin əsaslarının sintezini stimulə edir, adenozinfosfor turşusunun sintezi üçün əlverişli şərait yaradaraq metabolizmin enerji təminatında iştirak edir. Qığırdaq və sümük toxumasında zülal sintezini artırır, epitelizasiyanı stimulə edir, hüceyrələrin səthi membranlarının qlikoproteidlərinin biosintezini nizamlayır, anticisimlərin əmələ gəlməsini gücləndirir, faqositozu nizamlayır, fotoresepsiyaya təsir göstərir. Erqokalsiferol vitamin D çatışmazlığını tamamlayır, fosfor-kalsium mübadiləsini nizamlayır. Erqokalsiferolun aktiv metabolitləri hüjeyrə membranından asan keçərək zülal sintezinə təkan verir, kalsiumun qana keçməsini asanlaşdırır. Qığırdaq hüceyrələrinin sümükdə inkişafını, kalsiumun plazmadan tutub saxlanılmasını və onun fosfatlar şəklində sümüklərdə toplanmasını normallaşdırır, böyrəklərdə kalsiumun, natriumun, fosfatların, aminturşuların normal reabsorbsiyası üçün lazmi şərait yaradır. Tiamin hidroxlorid vitamin B vitamini çatışmazlığını tamamlayır, antioksidant,1 qanqlioblokadaedici, immunostimuləedici təsir göstərir. Çox sayda dekarboksilazların kofermenti olan tiaminpirofosfat əmələ gətirərək fosforlaşır, piruvatın, alfa-ketoqlutaratın metabolizmində iştirak edir və karbon, zülal, yağ mübadiləsində həmçinin sinapslarda sinir oyanmasının ötürülməsi proseslərində əsas rol oynayır. Hüceyrə membranlarını peroksidləşmə məhsullarının toksik təsirindən qoruyur. Riboflavin natrium fosfat (Vitamin B ) metabolik təsir göstərir; flavinproteinlərin koenzimini-6 suksiatdehidrogenaza, sitoxromreduktaza, diaforaza, amin turşularının oksidazaları və s. kimi fermentlərin komponentləri olan flavinadeninmononukleotid və flavinadenindinukleotid əmələ + gətirərək ATF ilə qarşılıqlı təsirdə olur. Oksidləşmə-reduksiya proseslərini tənzimləyərək H ötürülməsində, toxuma tənəffüsündə, karbohidrat, zulal, piy mübadiləsində, gözün normal görmə funksiyasının saxlanılmasında, Hb və eritropoetin sintezində iştirak edir. Riboflavinlə aktivləşən piridoksalkinaza piridoksini (vitamin B ) aktiv forma olan piridoksal fosfata çevirir, triptofanın6 niasinə çevrilməsinə, eritrositlərin bütövlüyünün saxlanılmasına kömək edir. Qlütationreduktaza ksantinoksidazanın tərkibinə daxildir. Normal bağırsaq mikroflorası tərəfindən sintez olunur və özü onun saxlanılması üçün vacibdir. Piridoksin hidroxlorid (Vitamin B6) maddələr mübadiləsində əsas rol oynayır: mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətində zəruridir. Piridoksin fosforlaşmış amin turşuları qeyri oksidləşdirici mübadiləsinə təsir göstərən böyük miqdar fermentlərin koenzimidir ( həmçinin dekarboksilləşmə, transaminləşmə proseslərinə). Piridosid triptofan, metionin, sistein, qlutamin və digər amin turşuları mübadiləsində iştirak edir və həmçinin histamin mübadiləsində əhəmiyyətli rol oynayir. Piridoksin lipid mübadiləsinin normallaşdırılmasına kömək edir. Vitamin B (piridoksin, piridoksal, piridoksamin) orqanizmi qanda qlükozanın səviyyəsinin6 kəskin dəyişməsindən qoruyaraq (böyrəküstü vəzdən adrenalin atılır və şəkərin miqdarı qanda kəskin dəyişir) qlükozanın hüceyrədə effektiv istifadəsinə kömək edir. Nikotinamid PP vitamini çatışmazlığını tamamlayır. Nikotin adenin dinukleotid (NAD) və nikotin adenin dinukleotid fosfat (NADF) sintezini stimulə edir, mübadilənin bir çox növlərinin normal gedişini təmin etməklə protonları çoxsaylı oksidləşmə-reduksiya reaksiyalarına ötürür. Deksapantenol pantoten turşusunun çatışmazlığını tamamlayır, iltihabəleyhinə təsir göstərir, regenerasiya proseslərini, bağırsaq peristaltikasını stimulə edir. Orqanizmdə koferment A sintezinin substrat stimulyatoru olan aktiv metabolit-pantoten turşusu əmələ gətirir, bütün metabolik proseslərdə iştirak edir, kortikosteroidlərin əmələ gəlməsini, xolinin asetilləşməsini təmin edir, bağırsağın normal sekretor və kinetik funksiyasını saxlayır. Tokoferol asetat antioksidant təsir göstərir, hem-in və zülalların sintezində, toxuma tənəffüsündə, metabolizmin digər vacib proseslərində iştirak edir, eritrositlərin hemolizinin qarşısını alır, kapilyarların yüksək keçiriciliyinə mane olur. Biotin (vitamin H, vitamin B ) B qrupunun həll olan vitaminidir. Orqanizmdə biotin7 karbohidrat, zülal, piy mübadiləsində əhəmiyyətli rol oynayır, normal boy və hüceyrələrin inkişafinda həyati vacib hesab edilir, orqanizmə düşdükdə biotin karboksilazanın koenzimi vəzifəsini yerinə yetirir. İnsulinəbənzər təsir göstərir və qlükoneogenez prosesində iştirak edir (qlükoneogenaza sintezində iştirak edir), bunun da nəticəsində qlükozanın qanda miqdarının stabilləşməsinə kömək edir, sinir sisteminin funksiyasını yaxşılaşdırır. Biotin B qrupunun digər vitaminlərinin: fol turşusu, pantoten turşusu, sianokobalaminin sinergistidir. Biotinin purin nukleotidlərin sintezində iştirakı haqqında məlumat vardır. Biotin həmçinin zülal-kollagen sintezində iştirak edən kükürdün mənbəyidir və beləliklə də dərinin və onun törəmələrinin (tük, dırnaq) strukturuna müsbət təsir göstərir. Bağırsağın biomikroflorası tərəfindən sintez olunur. Fol turşusu – fol turşusu çatışmazlığını tamamlayır, homopoetik təsir göstərir. Orqanizmdə meqaloblastların yetişməsi və onların normoblastlara transformasiyası üçün lazım olan tetrahidrofol turşusuna çevrilir, purinlərin, pirimidinlərin mübadiləsində, nuklein turşularının sintezində, aminturşuların metabolizmində əsas rol oynayır. Sianokobalamin eritropoetik, metabolik təsir göstərir. Karbon, zülal, yağ mübadiləsində iştirak edir. Regenqerasiyanı artırır, qanyaranmanı, qaraciyərin və sinir sisteminin funksiyasını stimulə edir. Qanın laxtalanma sistemini aktivləşdirir, xolesterinin qanda miqdarını azaldır. Orqanizmdə dezoksiribozanın, dezoksiribonuklein turşusunun, kreatinin, metioninin əmələ gəlməsi üçün lazım olan, bir çox fermentlərin tərkibinə daxil olan kobomamid-kofaktoruna çevrilir.
İstifadəsinə göstərişlər
• Hipovitaminozların profilaktikası. Vitaminlərə tələbatın artdığı vəziyyətlər (cərrahiyyə əməliyyatından sonra vitamin çatışmazlığı halları, müxtəlif dərəcəli yanıqlar, sınıqlar, infeksion xəstəliklər o cümlədən parenteral qidalanma).
Əks göstərişlər
• hamiləlik və laktasiya dövrü • preparatın komponentlərinə yüksək həssaslıq
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Təyin olunan sutkalıq dozanı keçmək məsləhət görülmür. Uzun müddətli müalicə zamanı A, D vitaminlərinin kumulyasiyasının və toksik effektlərin qarşısını almaq məqsədilə laborator göstəricilərə nəzarət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Diakarbla, tiazid diuretikləri ilə, tetrasiklin hidroxloridlə uyuşmur. Preparatın effektivliyi kalsium duzları ilə qarşılıqlı təsir zamanı aşağı düşür. Preparatın bəzi komponentləri K vitamini ilə qarşılıqlı təsirə girir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatdan istifadə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idərə etmək mümkündür.
İstifadə qaydası və dozası
Böyüklər üçün: Məsləhət görülən doza-sutkada 5 ml. Preparat yalnız venadaxili istifadə olunur. Hazırlanma qaydası: şpris vasitəsilə 5 ml inyeksiya üçün su, 5%-li qlükoza məhlulu və ya 0,9%- li natrium xlorid məhlulu flakona yeridilir. Toz tam həll olanadək ehtiyatla qarışdırılır. Alınan məhlul sarı-narıncı rəngdə olur. Preparat şpris və ya 5%li qlükoza, ya da natrium xlorid məhlulunda olan infuziya ilə damcı üsulu ilə yavaş-yavaş gündə 1 dəfə venadaxili yeridilir. Müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən edilir.
Əlavə təsirləri
Allergik reaksiyalar
Doza həddinin aşılması
Simptomları: hipervitaminozun özünü göstərməsi: başağrısı, başgicəllənmə, yaddaşın pozulması, görmə qabiliyyətinin pozğunluğu, qıcolmalar, qusma, diareya, orqanizmin susuzlaşması, allergik reaksiyalar
Buraxılış forması
İnnyeksiya məhlulunun hazırlanması üçün toz. 713,78 mq 5 ml-lik ağzı flip-off (əlavə edilmiş plastmass qapaqlı alüminium əsas) tipli rezin tıxacla bağlanmış tünd rəngli şüşə flakonda. 5 və ya 10 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Dae Han New Pharm Co., Ltd, Cənubi Koreya Respublikası.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.