Mufleksin 4 mq 2 ml N6 inyeksiya

Təsiredici maddə: THIOCOLCHICOSIDE
Təsiredici maddəTHIOCOLCHICOSIDE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirMərkəzi təsirli miorelaksant
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MUFLEKSİN 4 mq/2 ml əzələdaxili inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilmiş adı : Thiocolchicoside

Tərkibi

Təsiredici maddər: 2 ml (1 ampul) məhlulun tərkibində 4 mq tiokolxikozid vardır. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Səffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Mərkəzi təsirli miorelaksant. ATC kodu: M03BX05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası MUFLEKSİN – təbii qlikozid olan kolxikoziddən alınan mərkəzi təsirli yarımsintetik miorelaksantdır. Aparılan tədqiqatlarda tiokolxikozidin qamma-aminoyağ turşusu (QAYT) və qlisinergik reseptorlarına qarşı selektiv olaraq aqonist təsir göstərməsi sübüta yetirilmişdir. Tiokolxikozid onurğa beyini səviyyəsində QAYT reseptorlarını birbaşa aktivləşdirərək əzələlərin relaksasiyasına səbəb olur. MUFLEKSİN qlisinomimetik təsir fonunda sinir sisteminə müxtəlif səviyyələrdə təsir göstərərək yerli və eləcə də mərkəzi mənşəli əzələ spazmlarını aradan qaldırır. Preparatın kurareyəbənzər təsiri yoxdur, iflic törətmir, tənəffüs mərkəzinin fəaliyyətini ləngitmir və ürək- damar sisteminə təsir göstərmir. Farmakokinetkası Daxilə təyini zamanı preparat qana tez sorulur və 1 saat ərzində preparatın qan plazmasında konsentrasiyası maksimuma çatır. MUFLEKSİN qan plazmasının albuminləri ilə 13% birləşir, toxuma və mayelərə yaxşı paylanır. Tiokolxikozidin əzələdaxili 4 mq istifadəsindən sonra paylanma həcmi (Vd) 76 L təşkil edir. Tiokolxikozid qaraciyərdə deyil qanda metabolizmə uğrayır. Preparatın yarımparçalanma dövrü (T ) 2,5-5 saatdır.1/2 Preparatın təqribən 20% dəyişilməmiş halda yaxud metabolit şəklində böyrəklər vasitəsilə, 75-81%- i isə ödlə xaric olunur.

İstifadəsinə göstərişlər

MUFLEKSİN böyüklərdə və 16 yaşdan yuxarı yetişkinlərdə ani meydana gələn onurğa mənşəli ağrılı əzələ spazmalarının müalicəsində əlavə olaraq istifadə olunur.

Əks göstərişlər

Tiokolxikozidə yaxud kolxikozidə qarşı yüksək həssaslıq, əzələ zəifliyi, miasteniya, yüngül iflic. 16 yaşa gədər uşaqlar. Antikoaqulyantların istifadəsi və qanaxmalara meyillik zamanı preparatın əzələdaxili istifadəsi məsləhət görülmür. Hamiləlik və laktasiya dövrü Hamilə olmaq ehtimalınız varsa

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tiokolxikozid ağır böyrək çatışmazlığı zamanı təyin olunmur. Epilepsiya xəstəsisinizsə və ya epileptik tutma riski ehtimalınız varsa Mufleksin istifadəsi zamanı əmələ gələn maddələrdən biri, Mufleksin yüksək dozalarda istifadə edildiyində bəzi hüceyrələrdə zədələnmələrə (anormal xromosom saylarına) səbəb ola bilər. Bu xərçəng üçün risk faktorudur, həmçinin gələcək uşaqlarınıza və kişilərdə sonsuzluğa səbəb ola bilər. Bu səbəbə görə göstərilən dozalanmaya və müalicə müddətinə ciddi riayət edin. Preparatı yüksək dozalarda və 5 gündən artık istifadə etməyin. Mufleksin ilə müalicə zamanı qaraciyərə bağlı şikayətlər ola bilər. Əgər sizdə mədə ağrısı, sarılıq, iştahsızlıq, qusma, ürəkbulanma, qaşıntı, qızdırma və yorğunluq kimi əlamətlər baş verərsə, dərhal həkiminizi məlumatlandırın. Müalicə müddətində ishal olarsa Mufleksin istifadəsini dayandırın. Preparatın qəbulu zamanı nəqliyyat vasitələri və potensial təhlükəli mexanizmlərin idarə edilməsində diqqətli olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Eyni təsirli preparatlarla birlikdə istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası C-dir. Hamiləlik dövründə istifadə olunmur. Tiokolxikozid ana südündə aşkar olunur. Laktasiya dövründə preparat əks göstərişdir.

İstifadə qaydası və dozası

MUFLEKSİN ampul skelet əzələ spazmları və ağrıları zamanı 4 mq dozada gündə 2 dəfə 3-5 gün müddətində əzələdaxili istifadə olunur. MUFLEKSİN ampulun 3-5 gün ərzində istifadəsi məsləhət görülür. Əgər müalicənin davam edilməsinə ehtiyac olarsa preparatın peroral qəbulu məsləhət görülür. Fizioterapevtik prosedurlar ilə yanaşı istifadə zamanı arzuolunan miorelaksant effekti əldə etmək üçün preparat prosedurdan 1-2 saat əvvəl istifadə olunmalıdır. • Preparatdan istifadə fonunda diareya (ishal) yaranarsa, dozanı gündə 1 kapsula qədər azaltmaq lazımdır. • 16 yaşa gədər uşaqlarda istifadəsi haqqında məlumat yoxdur.

Əlavə təsirləri

Tiokolxikozidin istifadəsi zamanı qastrointestinal sistem tərəfindən qastralgiya və diareya yarana bilər. Nadir hallarda arterial təzyiqin azalması, qısamüddətli huşun itməsi ( şüurun dumanlanması) yaxud oyanıqlıq qeyd oluna bilər. Müalicə zamanı yüksək həssaslığı olan xəstələrdə dəri səpgiləri yarana bilər. BU HALLAR MEYDANA ÇIXARSA, HƏKİMƏ MÜRACİƏT ETMƏK LAZIMDIR!

Doza həddinin aşılması

Doza həddi aşıldıqda simptomatik müalicə aparmaq lazımdır.

Buraxılış forması

2 ml məhlul, ampulda. 6 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış formaları MUFLEKSİN kapsul 4 mq 10 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. MUFLEKSİN kapsul 8 mq 10 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, orijinal qutusunda , quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

İdol İlaç Dolum Sanayii ve Ticaret A.Ş. Davutpaşa Cad.Celalbey Sok. No.20 34020 Topkapı, İstanbul/Turkiyə. Qeydiyyatın sahibi Bilim Plaza, Kaptanpasa Mah. Zincirlikuyu Cad. №: 184.34440 Beyoglu-İstanbul Turkey. www.bilimpharma.com

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Mufleksin 4 mq 2 ml N6 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar