MOMORDIKA KOMPOZITUM № 1 (AMPULI) (IE ULAGAY ILAC SANAYII TURK AS IDOL ILAC DOLUM SAN VE TIC AS) (
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Müxtəlif həzm traktı və metabolizm məhsulları |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,41 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MOMORDİKA KOMPOZİTUM N əzələdaxili, dərialtı, dəridaxili, venadaxili inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddələr: 2,2 ml-in (1 ampul) tərkibində: Momordica balsamina D6 22,0 mq; Iodum D8 22,0 mq; Podophyllum peltatum D6 22,0 mq; Carbo vegetabilis D10 22,0 mq; Lycopodium clavatum D6 22,0 mq; Mandragora e radice siccata D8 22,0 mq; Argentum nitricum D12 22,0 mq; Veratrum album D4 22,0 mq; Mercurius solubilis Hahnemanni D8 22,0 mq. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Müxtəlif həzm traktı və metabolizm məhsulları. ATC kodu: A16AX.
İstifadəsinə göstərişlər
Mədəaltı vəzin xəstəlikləri və epiqastral sindrom. Pankreatitdə və mədəaltı vəzin funksiyasının pozulmalarında tənzimləyici antihomotoksik təsir göstərir.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik durulaşdırılmış məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya əczaçı ilə məs-ləhətləşin.
İstifadə qaydası və dozası
Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 ampul həftədə 1-3 dəfə. Uşaqlar 2-5 yaş.: ½ ampul həftədə 1-3 dəfə. 6-11 yaş.: ⅔ ampul həftədə 1-3 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər (12 yaşdan yuxarı uşaqlar): Gündəlik 1 ampul, sonra isə standart doza ilə davam etdi-rilir. Uşaqlar üçün: 2-5 yaş.: Gündəlik ½ ampul, sonra isə standart doza ilə davam edilir. 6-11 yaş.: Gündəlik ⅔ ampul, sonra isə standart doza ilə davam edilir. İstifadə qaydası Momordika kompozitum N, inyeksiya üçün məhlul d.a., d.d., ə.d. və ya v.d. yolla yeridilir. Şüşə ampulun açılma qaydası Şüşə ampulu kəsmək lazım deyil. Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın. Artıq qalan hissələr atılmalıdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu homeopatik dərman vasitəsinin də əlavə təsirləri ola bilər, lakin bu hamıda müşahidə olunmur.
Buraxılış forması
2,2 ml məhlul, ampulda. 10 və ya 100 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırırlır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qutusunda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondirmaq olmaz.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.