Migtrip 2,5 mq N6 tablet
| Dərman forması | Tablet |
|---|---|
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
26,60 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MİQTRİP 2,5 mq; 5 mq ağız boşluğunda həll olan tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Zolmitriptan
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 və ya 5 mq zolmitriptan vardır. Köməkçi maddələr:mannitol, krospovidon, kalsium silikat, aspartam (E951), portağal ətirləndiricisi, çiyələk ətirləndiricisi, limon turşusu monohidrat, maqnezium stearat (E470).
Təsviri
Ağ ya da demək olar ki, ağ, dairəvi hamar səthli ağız boşluğunda həll olan tabletdir. ATC kodu: N02CC03.
Farmakoloji xüsusiyyətləri
5HT -reseptorların selektiv aqonisti, miqrenəleyhinə preparatdır.1 5НТ -reseptorları ilə yüksək və 5HT -reseptorları ilə orta dərəcəli affinliyə malikdir.1B/1D 1A Zolmitriptan 5HT -, 5HT -, 5HT -reseptorlara, α -, α -, β -adrenoreseptorlara, H -, H -histamin2 3 4 1 2 1 1 2 reseptorlarına, muskarin reseptorlarına, 1 və 2 tipli dopamin reseptorlarına qarşı, əhəmiyyət kəsb edən farmakoloji aktivlik nümayiş etdirmir. Qan damarları və beyinin sərt qişasının damarları üçlü sinirin afferent lifləri ilə innervasiya olunur. Heyvanlar üzərində aparılan eksperimentlərdə, zolmitriptanın damarların 5НТ -reseptorları ilə aqonistlik xüsusiyyətləri hesabına, yeridil-1B/1D məsi nəticəsində vazokonstriksiya baş verir; bu hal kalsitonin geni, vazoaktiv intestinal peptidin və P substansiya peptidinin azadolmasının tormozlanması ilə assosiasiya olunur. Miqren tutması baş verdikdə damarların daralması və neyropeptidlərin azadolmasının inhibə olunması, vəziyyə- tin yaxşılaşmasına səbəb olur, xüsusilə, preparatı qəbul etdikdən sonra 1 saatdan gec olmayaraq, ağrının intensivliyinin aşağı düşməsi və miqrenlə əlaqəli ürəkbulanmanın, qusmanın, fotofobiya- nın və fonofobiyanın azalmasına səbəb olur. Periferik təsirinə əlavə olaraq, zolmitriptan miqren tutmalarının inkişaf mexanizmində iştirak edən, baş beyin gövdəsinin nüvələrinə təsir göstərir ki, bu da bir pasiyentdə bir neçə miqren tutmasının müalicəsi zamanı təkrar istifadənin davamlı effektini izah edir. Miqren tutması zamanı əsas effektor neyromediator kimi, vazoaktiv intestinal peptidin azadolması vasitəsi ilə, üçlü sinirin ortodrom lifləri və baş beyin damarlarının parasimp- atik innervasiyası ilə dəstəklənən reflektor oyanmanın aktivləşməsi hesabına vazodilatasiya qeyd olunur. Zolmitriptan bu reflektor oyanmanı və vazoaktiv intestinal peptidin azadolmasını bloka- daya alır. Farmakokinetikası Sorulması Daxilə qəbul edildikdən sonra zolmitriptan sürətlə və yaxşı absorbsiya olunur (minimum 64 %- i). 75% C 1 saat müddətində əldə edilir; qan plazmasında müəyyən olunan konsentrasiya növbətimax 4-6 saat ərzində zaxlanılır. Zolmitriptanın absorbsiyası qida qəbulundan asılı deyil. Birdəfəlik dozanı qəbul etdikdə, zolmitriptanın və onun aktiv metabolitinin 2,5-dən 50 mq-a qədər dozalar diapazonunda, AUC və C göstəriciləri dozadan mütənasib surətdə asılıdır.max Orta mütləq biomənimsənilmə təxminən 40 %-dir. Dəfələrlə təkrar istifadə edildikdə, preparatın kumulyasiyası müşahidə olunmamışdır. Paylanması Qan plazmasının zülalları ilə birləşməsi aşağıdır (təxminən 25 %). Metabolizmi Qaraciyərdə metabolizmə məruz qalır və bu zaman 3 əsas metabolit əmələ gəlir: indol-asetat turşusu (qan plazmasında və sidikdə əsas metabolit), N-oksid və N-desmetil analoqları. N- desmetilləşmiş metabolit (183C91) aktivdir, digər iki metabolit isə qeyri-aktivdirlər. Zolmitriptana nisbətən, N-desmetil-metabolit (183C91) 2-6 dəfə yüksək 5HT -reseptorların1D aqonistlik aktivliyinə malikdir (heyvanlar üzərində aparılan eksperimentlərdən alınan məlumatlara əsasən). N-desmetil-metabolitin (183C91) qan plazmasında konsentrasiyası, zolmitriptanın konsentrasiyasının təxminən yarısını təşkil edir və bu səbəbdən, ehtimal etmək olar ki, bu metabolit Miqtrip preparatının terapevtik təsirini dəstəkləyir. Xaricolması Birdəfəlik peroral doza şəklində qəbul edilən preparatın 60 %-dən artıq hissəsi sidiklə (əsasən, indol-asetat metaboliti şəklində) və təxminən 30 %-i nəcislə, əsasən dəyişilməmiş şəkildə xaric olunur. Zolmitriptanın orta T -i 4,7 saatdır. Onun metabolitlərinin T -i təxminən eynidir ki, bu da1/2 1/2 onların əmələ gəldikcə xaricolmasını ehtimal edir. Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası Zolmitriptanın və onun aktiv metabolitinin AUC göstəricilərinin bir qədər artmasına (müvafiq olaraq, 16 % və 35 %), T -in isə 1 saat (3-3,5 saata qədər) uzanmasına baxmayaraq, sağlam1/2 könüllülərlə müqayisədə, orta və ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə zolmitriptanın və onun metabolitlərinin böyrək klirensi 7-8 dəfə aşağı düşür. Müxtəlif ağırlıq dərəcəli qaraciyər xəstəlikləri zamanı zolmitriptanın farmakokinetikasını qiymətləndirdikdə, sağlam könüllülərlə müqayisədə qaraciyərin orta dərəcəli pozğunluqlarında AUC göstəricisinin 94 % və C göstəricisinin 50 % artması və müvafiq olaraq, qaraciyərin ağırmax dərəcəli pozğunluqlarında 226 % və 47 % artması göstərilmişdir. Qaraciyər xəstəlikləri zamanı metabolitlərin (o cümlədən, aktiv metabolitin) əmələ gəlməsi azalır. Orta dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyent qrupunda 183С91 metaboliti üçün AUC və Cmax göstəriciləri 33 % və 44 %, ağır dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə isə bu göstəricilər 82 % və 90 % aşağı düşür. Orta dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyent qrupunda zolmitriptanın T -i1/2 7,3 saat, ağır dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə isə 12 saat təşkil etmişdir. Metabolitlərin T -i 5,7 saat, 7,5 saat və 7,8 saat təşkil etmişdir.1/2 Preparatın erqotamin ilə farmakokinetik qarşılıqlı təsiri qeyd olunmamışdır. Sağlam yaşlı şəxslərdə zolmitriptanın farmakokinetikası, sağlam cavan insanların farmakokinetikası ilə eynidir. Yalnız sərbəst zolmitriptanın istifadəsi ilə müqayisədə, zolmitriptanın erqotamin/kofein ilə eyni zamanda istifadəsi pasiyentlər tərəfindən yaxşı keçirilmişdir və mənfi reaksiyaların tezliyinin artmasına və ya arterial təztiqin (AT) dəyişməsinə gətirib çıxarmamışdır. Selegilin (MAO-nun inhibitoru B tipi) və fluoksetin (serotoninin geri tutulmasının selektiv inhibitoru) zolmitriptanın farmakokinetik parametrlərinə təsir göstərmirlər.
İstifadəsinə göstərişlər
Aura ilə müşayiət olunan və ya aura olmadan, miqren tutmalarının aradan qaldırılması.
Əks göstərişlər
– İdarə olunmayan arterial hipertenziya; – ürəyin işemik xəstəliyi (ÜİX); – angiospastik stenokardiya (Prinsmetal stenokardiyası); – anamnezdə beyin qan dövranı pozğunluğu və ya tranzitor işemik hücumlar; – erqotamin və ya onun törəmələri və ya 5НТ -serotonin reseptorların digər aqonistləri ilə1B/1D birlikdə istifadə; – digər əlavə impuls keçirilmə yolları ilə əlaqəli, WPW sindrom və ya aritmiyalar; – preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yaşlı pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır (yaşı 65-dən yuxarı olan pasiyentlərdə Miqtrip preparatının istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib). Miqtrip preparatı, aura ilə müşayiət olunan və ya aura olmadan, menstruasiya ilə assosiasiya olunmuş miqren zamanı güclü effektə malikdir. Pasiyentin cinsi və yaşı, tutmanın davametmə müddəti, preparatın istifadəsindən əvvəl ürəkbulanmanın olması və miqren tutmalarının profilaktikası üçün adi preparatların istifadəsi, preparatın effektivliyinə təsir göstərmir. Preparatı yalnız təsdiq olunmuş diaqnoz zamanı istifadə etmək olar. Preparatın istifadəsindən əvvəl, digər mümkün ciddi nevroloji vəziyyətləri istisna etmək lazımdır. Hemiplegik və ya bazilyar miqren zamanı Miqtrip preparatının istifadəsi barədə hal-hazırda heç bir məlumat yoxdur. Miqrendən əziyyət çəkən pasiyentlərdə, beyin qan dövranı pozğunluğunun inkişaf etmə riski yüksək ola bilər. 5НТ -serotonin reseptorların aqonistlərini qəbul edən1B/1D pasiyentlərdə, hemorragik insult, subaraxnoidal insult, işemik insult və beyin qan dövranının digər pozğunluqları qeyd olunmuşdur. Bu sinifdən (5НТ -serotonin reseptorların aqonistləri) olan preparatlardan istifadə etdikdə,1B/1D çox nadir hallarda koronar damarların spazmları, stenokardiya və ya miokard infarktının inkişaf etməsi qeyd olunmuşdur. ÜİX-in inkişaf etmə riski yüksək olan pasiyentlərə, preparatla müalicəyə başlamazdan əvvəl, ürək-damar sisteminin vəziyyətini müayinə etmək tövsiyə olunur. Çox nadir hallarda, anamnezlərində ürək-damar sistemi xəstəlikləri olmayan pasiyentlərdə, ciddi ürək-damar ağırlaşmaları inkişaf edə bilər. Miqtrip preparatının (5НТ -serotonin reseptorlarının digər aqonistləri kimi) istifadəsi zamanı,1B/1D ürək nahiyəsində atipik hissiyyat barədə məlumatlar var. Sinədə ağrılar və ya ÜİX-in simptomları meydana çıxdıqda, müvafiq tibbi müayinə aparılana qədər, zolmitriptan preparatının istifadəsini dayandırmaq lazımdır. Miqtrip preparatı (5НТ -serotonin reseptorlarının digər aqonistləri kimi), anamnezdə arterial1B/1D hipertenziyanın olmasından asılı olmayaraq, AT-in yüngül tranzitor yüksəlməsinə səbəb ola bilər; çox nadir hallarda, AT-in bu cür yüksəlməsi klinik əhəmiyyətli olur. Miqtrip preparatından (5НТ -serotonin reseptorlarının digər aqonistləri kimi) istifadə etdikdə, nadir hallarda1B/1D anafilaktik/anafilaktoid reaksiyalar qeyd olunmuşdur. Miqrenəleyhinə preparatların həddindən artıq istifadəsi, baş ağrısının meydana çıxma tezliyinin artmasına gətirib çıxara bilər ki, bu hal da potensial olaraq, müalicənin dayandırılmasını tələb edir. Miqtrip preparatını miqren tutmalarının profilaktikası üçün istifadə etmək olmaz. Qaraciyər funksiyaları pozulduqda istifadəsi Yüngül və orta dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyentlər üçün dozanın korreksiyası tələb olunmur. Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu olduqda, preparatın 24 saat ərzində qəbul edilən tövsiyə olunan maksimal dozası, 5 mq təşkil edir. Böyrək funksiyaları pozulduqda istifadəsi Böyrək funksiyalarının pozulması olan pasiyentlər üçün, Miqtrip preparatının dozalanma rejiminin korreksiyası tələb olunmur. Pediatriyada istifadəsi 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə Miqtrip preparatının istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Miqrenin profilaktikası üçün birlikdə istifadə olunan preparatların (beta-adrenoblokatorlar, dihidroerqotamin, pizotifen) Miqtrip preparatının effektivliyinə və ya arzuolunmayan effektlərinə təsirlərini təsdiq edən, heç bir məlumat yoxdur. Parasetamol, metoklopramid və erqotamin ilə birlikdə istifadə edildikdə, Miqtrip preparatının farmakokinetik parametrləri və tolerantlığı dəyişilməmişdir. Sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatların gedişində, Miqtrip preparatı və erqotamin arasında klinik əhəmiyyətli qarşılıqlı təsirin olmaması göstərilmişdir, lakin, nəzəri cəhətdən koronar vazospazmın inkişaf etmə riskinin yüksəlməsi mümkündür. Bununla əlaqədar, tərkibində erqotamin olan preparatların istifadəsinin dayandırılması və Miqtrip preparatının təyin olunması arasında intervala (minimum 24 saat) riayət etmək tövsiyə olunur. Miqtrip preparatının istifadəsi dayandırıldıqdan sonra erqotamin tərkibli preparatları 6 saatdan tez təyin etmək olmaz. Miqtrip preparatının qəbulundan sonra 12 saat müddətində 5НТ -serotonin reseptorlarının1B/1D digər aqonistlərinin istifadəsini istisna etmək lazımdır. Moklobemiddən (MAO fermentinin inhibitoru A tipi) istifadə etdikdən sonra zolmitriptanın AUC göstəricisinin bir qədər artması (26 %) və onun aktiv metabolitinin AUC göstəricisinin üçqat artması qeyd olunmuşdur. Bu səbəbdən, MAO fermentinin A tipli inhibitorlarını eyni zamanda qəbul edən pasiyentlər üçün, 24 saat müddətində qəbul edilən Miqtrip preparatının tövsiyə olunan maksimal dozası 5 mq-dan artıq olmamalıdır. Simetidin (sitoxrom P450 fermentlərin inhibitoru) istifadə etdikdən sonra, zolmitriptanın T1/2 göstəricisinin 44 % və AUC göstəricisinin 48 % artması qeyd olunmuşdur. Aktiv N-demetilləşən metabolitin T və AUC göstəriciləri ikiqat artmışdır, bu səbəbdən, simetidin qəbul edən1/2 pasiyentlər üçün, 24 saat müddətində qəbul edilən Miqtrip preparatının tövsiyə olunan maksimal dozası 5 mq təşkil edir. Zolmitriptanın qarşılıqlı təsirinin ümumi profilinə əsaslanaraq, onun CYP1A2 izofermentin inhibitorları ilə qarşılıqlı təsir ehtimalını istisna etmək olmaz. Bu səbəbdən, bu cür preparatlarla (fluvoksamin və xinolon sırasından olan antibiotiklər) birlikdə istifadə edildikdə, Miqtrip preparatının 24 saat ərzində qəbul edilən ümumi dozasını 5 mq-a qədər aşağı salmaq tövsiyə olunur. Rifampisin yeridildikdən sonra, zolmitriptanın və onun aktiv metabolitlərinin farmakokinetikasında klinik əhəmiyyətli dəyişikliklər qeyd olunmamışdır. Eyni zamanda istifadə edildikdə, dazıotu (Hypericum perforatum) preparatları ilə qarşılıqlı təsirin olması mümkündür; bu təsir arzuolunmayan effektlərin inkişaf etmə riskini artıra bilər (5НТ -serotonin reseptorlarının digər aqonistləri ilə istifadə zamanı olduğu kimi).1B/1D
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik dövründə istifadəsinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmayıb. Miqtrip preparatının hamiləlik dövründə istifadəsi, yalnız ana üçün gözlənilən müalicəvi təsiri döl üçün ehtimal edilən riskdən yüksək olduğu hallarda mümkündür. Laborator heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda zolmitriptanın teratogen təsiri aşkar edilməyib. Miqtrip preparatının laktasiya (ana südü ilə qidalanma) dövründə təyin olunması barədə qərarı ehtiyatla qəbul etmək lazımdır. Eksperimental tədqiqatlarda müəyyən edilmişdir ki, zolmitriptan, balalarını ana südü ilə qidalan- dıran heyvanların südünə nüfuz edir. Zolmitriptanın insanlarda ana südünə nüfuz etməsi barədə heç bir məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Miqtrip preparatını 20 mq-a qədər dozada qəbul etdikdə, psixomotor testlərin icra edilməsində əhəmiyyətli pisləşmə müşahidə edilməmişdir. Preparatın istifadəsinin pasiyentin potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinin pozulmasına gətirib çıxarma ehtimalı azdır, lakin, pasiyenti yuxuya meylliliyin inkişaf etməsi barədə xəbərdar etmək lazımdır.
İstifadə qaydası və dozası
Miqren tutmasının aradan qaldırılması üçün tövsiyə olunan doza 2,5 mq-dır. Simptomlar 24 saat müddətində saxlanıldıqda və ya yenidən meydana çıxdıqda, Miqtrip preparatının təkrar dozasının istifadəsi tələb oluna bilər. Bu zaman, təkrar dozanı ilk dozadan sonra 2 saat müddətində qəbul etmək olmaz. Miqtrip preparatını 2,5 mq dozada qəbul etdikdən sonra terapevtik effekt əldə olunmadıqda, növbəti miqren tutmalarının aradan qaldırılması üçün preparatı 5 mq dozada istifadə etmək olar. Klinik əhəmiyyətli effekt, Miqtrip preparatını qəbul etdikdən sonra, 1 saat müddətində meydana çıxır. Preparatın effektivliyi, tabletin tutma başladıqdan sonra hansı müddət keçdiyindən asılı deyil, lakin, Miqtrip preparatını miqren baş ağrısı başladığı andan mümkün qədər tez qəbul etmək tövsiyə olunur. Təkrar miqren tutmaları meydana çıxdıqda, 24 saat ərzində qəbul edilən Miqtrip preparatının ümumi dozası 10 mq-dan artıq olmamalıdır. Qaraciyər funksiyalarının yüngül və orta dərəcəli pozğunluğu olan pasiyentlərə dozanın korreksiyası tələb olunmur, qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu olduqda, 24 saat müddətində qəbul edilən preparatın, tövsiyə olunan maksimal dozası 5 mq təşkil edir. Böyrək funksiyalarının pozğunluğu olan pasiyentlərə, Miqtrip preparatının dozalanma rejiminin korreksiyası tələb olunmur.
Əlavə təsirləri
Bir qayda olaraq, Miqtrip preparatı pasiyentlər tərəfindən yaxşı keçirilir. Mənfi reaksiyalar yüngül və ya orta dərəcəlidirlər, tranzitor xarakter daşıyırlar və müalicə olunmadan spontan aradan qalxırlar. Ehtimal edilən mənfi reaksiyalar, daha tez-tez preparatın qəbulundan sonra 4 saat müddətində meydana çıxır və təkrar dozaların qəbulu ilə tezləşmirlər. Əlavə halların təsviri zamanı aşağıda göstərilən tezlik kriterilərindən istifadə olunur: tez-tez ≥ 1 %, lakin < 10 %; nadir hallarda ≥ 0,01 %, lakin < 0,1 %; çox nadir hallarda < 0,01 %. MSS-də və periferik sinir sistemində baş verən pozğunluqlar: tez-tez – hissiyat pozğunluqları, sinir-psixi asteniya, başgicəllənmə, ətraflarda ağırlıq və bərkimə hissi, udlaq, boyun və sinə nahiyəsində sıxılma (EKQ-də işemik dəyişikliklər ilə müşayiət olunmayan), paresteziyalar, yuxuya meyllilik, istilik hissi; nadir hallarda – baş ağrısı. Həzm sistemində baş verən pozğunluqlar: tez-tez – ürəkbulanma, ağızda quruluq; çox nadir hallarda – qarın nahiyəsində ağrı, hemorragik diareya, işemik kolit, dalaq infarktı, bağırsaq işemiyası və ya infarktı. Sümük-əzələ sistemində baş verən pozğunluqlar: tez-tez – mialgiya, əzələ zəifliyi. Ürək-damar sistemində baş verən pozğunluqlar: nadir hallarda – taxikardiya, ürək çırpınması; çox nadir hallarda – stenokardiya, koronar damarların spazmı, miokard infarktı, tranzitor arterial hipertenziya (çox nadir hallarda klinik əhəmiyyətli simptomlarla müşayiət olunan). Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: çox nadir hallarda – poliuriya, tez-tez sidiyə getmə. Allergik reaksiyalar: nadir hallarda – anafilaktik reaksiyalar, angionevrotik ödem, övrə.
Doza həddinin aşılması
Simptomları Miqtrip preparatının 50 mq dozada daxilə qəbul etdikdə, adətən sedativ effekt qeyd olunmuşdur. Müalicəsi Pasiyentlərin vəziyyətlərinə nəzarət minimum 15 saat (zolmitriptanın T -i 2,5-3 saatdır)1/2 müddətinədə və ya doza həddinin aşılması simptomları saxlanılana qədər davam etdirilməlidir. Spesifik antidot yoxdur. İntoksikasiya əlamətləri şiddətli olduqda, AST daxil olmaqla, intensiv terapiya tədbirləri, həmçinin ürək-damar sistemi funksiyalarına nəzarət və funksiyalarının dəstəklənməsi tövsiyə olunur. Hemodializ və peritoneal dializin zolmitriptanın zərdab konsentrasiyasına nə cür effekt göstərməsi məlum deyil.
Buraxılış forması
6 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30° С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboratories Lesvi S.L Ünvan Avda,Barselona 6908970 Sant Joan Despi Barselona, Spain.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.