Metilurasil 10 % 15 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirÇapıqlaşmaya səbəb olan müxtəlif vasitələr
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,72 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

METİLURASİL 100 mq/q xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Methyluracil

Tərkibi

Təsiredici maddə: 1 tubda (15 q) 1,5 q metilurasil vardır. Köməkçi maddələr:ağ yumşaq parafin, lanolin, təmizlənmiş su.

Təsviri

Sarı rəngli, xarakterik lanolin qoxulu məlhəmdir.

Farmakoterapevtik qrupu

Çapıqlaşmaya səbəb olan müxtəlif vasitələr. ATC kodu: D03AX.

Farmakoloji xüsusiyyətləri

Anabolik və anti katabolik aktivliyə malikdir, iltihabəleyhinə təsir göstərir. Yaralarda hüceyrə regenerasiyası proseslərini sürətləndirir, epitelizasiyanı, toxumaların böyüməsini və qranulyasi- yanı sürətləndirir. Fotoprotektor xüsusiyyətə malikdir.

İstifadəsinə göstərişlər

Dermatitlər, gec sağalan yaralar, yanıqlar (reparativ mərhələdə), dərinin eroziya və xoraları ( o cümlədən, şüa terapiyasından sonra), arxa keçəcəkdə və süd vəzilərində çatlar. Eləcə də, fotoqoruyucu vasitə kimi fotodermatitlərdə istifadə edilir.

Əks göstərişlər

Həddən artıq qranulyasiya. Kəskin və xroniki leykozlar, qanyaradıcı orqanlar siteminin digər bədxassəli xəstəlikləri, preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Həddən artıq toxuma artımı ilə müşayiət olunan dəri xəstəliklərində xüsusilə ehtiyatla istifadə etmək lazımdır: vegetasiyaedici qovuqcuq, vegetasiyaedici piodermiya, epidermodisplaziyanın verrukoz forması və s. Dərinin kəskin iltihabi xəstəlikləri və xroniki proseslərin kəskinləşməsi dövründə, dərinin geniş nahiyəsində-xolesterin mübadiləsinin pozulmasında və ağır qaraciyər xəstəlikləri zamanı dərman vasitəsini ehtiyatla istifadə etmək lazımdır. Dərman vasitəsinin istifadəsi zamanı xəstəliyin simptomları aradan qalxmadıqda və ya pasiyentin vəziyyəti pisləşdikdə, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək vacibdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dermatotrop vasitələrlə təyin etmək olar. Qlükokortikoidlərlə eyni vaxtda istifadəsi məlhəmin effektini zəiflədir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın istifadəsi ana üçün gözlənilən fayda dölə/uşağa olan potensial riskdən üstün olduqda mümkündür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Məlhəm dərinin zədələnmiş nahiyəsinə gündə 2 dəfə nazik təbəqə ilə yaxılır. Eroziyalar, xoralar və yaralar zamanı məlhəm əvvəlcədən antiseptiklər ilə işləndikdən sonra sürtülür. Müalicə müddəti xəstəliyin xüsusiyyətlərindən, dərman vasitəsinə qarşı dözümlülükdən və əldə edilən effektən asılı olaraq həkim tərəfindən müəyyən edilir.

Əlavə təsirləri

Qısamüddətli yüngül yanma hissi, allergik reaksiyalar. Əlavə təsirlər yarandıqda, eləcə də, bu içlik vərəqədə qeyd edilməyən hallar baş verdikdə, dərman vasitəsinin istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Nadir hallarda məlhəmin yüksək dozalarda uzunmüddətli istifadəsi zamanı periferik qanın tərkibinin dəyişməsi baş verir.

Buraxılış forması

15 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

о 20 С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3,5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Metilurasil 10 % 15 q məlhəm” üçün ilk rəyi siz yazın.