Mesartan 20 mq / 12,5 mq N56 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Angiotenzin II (AT1 - alt tip) reseptorlarının antaqonistləri kombinasiyada. AXC kodu:C09DA08 |
| İstehsal ölkəsi | Portuqaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
34,32 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MESARTAN örtüklü tabletlər Beynəlxalq patentləşdirilmiş adı: Olmesartan medoxomil/Hydrochlorothiazide
Tərkibi
Təsiredici maddələr: Mesartan 20 mq/12,5 mq:1 tabletin tərkibində 20 mq olmesartan medoksomil və 12,5 mq hidroxlorotiazid vardır. Mesartan 20 mq/25 mq: 1 tabletin tərkibində 20 mq olmesartan medoksomil və 25 mq hidroxlorotiazid vardır. Mesartan 40 mq/12,5 mq: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil və 12,5 mq hidroxlorotiazid vardır. Mesartan 40 mq/25 mq: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil və 25 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, maqnezium stearat, talk, hipremelloza, dəmir sari oksid, titan dioksid, makroqol MW 400, triasetin, qırmızı dəmir oksidi.
Təsviri
Ağ və ya sarimtıl rəngli, oval şəkilli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Angiotenzin II (AT1 – alt tip) reseptorlarının antaqonistləri kombinasiyada. AXC kodu:C09DA08.
İstifadəsinə göstərişlər
Mesartan iki aktiv maddədən-olmesartan medoksomil və hidroxlortiaziddən ibarət hipertenziya və ya yüksək qan təzyiqinin müalicəsində istifadə olunan dərman vasitəsidir. Olmesartan medoksomil angiotenzin II reseptorların antaqonistləri qrupuna daxildir. Olmesartan qan damarlarını normallaşdıraraq qan təzyiqini aşağı salır. Hidroxlorotiazid isə tiazid diuretikləri qrupuna aid maddədir. O, yığılan artıq mayeni sidiklə böyrəkdən xaric etməkdə orqanizmə kömək edərək, qan təzyiqini normallaşdırır. Yüksək qan təzyiqinin tənzimlənməsində Mesartan tabletinin effektivliyi sübut olunmuşdur. Dərman vasitəsinin qəbulu ilə yanaşı təzyiqin normallaşdırılması üçün artıq çəkidən azad olmaq, siqaret və alkaqolun qəbulunu tədricən dayandırmaq, qidalarda daha az duz istifadə etmək və müntəzəm olaraq üzgüçülük və piyada gəzmək məsləhət görülür.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Anuriya, hamiləliyin II və III trimestri. Diabetli xəstələrdə Aliskiren preparatı ilə birlikdə istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman vasitəsini qəbul etməzdən öncə aşağıda sadalanan problemlərdən hər hansı biri mövcud olarsa, həkimlə məsləhətləşmək lazımdır. Orta-ağır böyrək problemləri və ya son zamanlarda böyrək transplantasiyası olmuş xəstələr. Qaraciyər xəstəlikləri. Ürək çatışmazlığı və ya ürək əzələlərində və ürək qapaqlarında problemlər olan xəstələr. Bir neçə gün davam edən şiddətli qusma və ya diareya. Yüksək dozada diuretiklərlə müalicə alan xəstələr və ya az duz dietasında olan pasiyentlər. Böyrəküstü vəzdə problemi olan xəstələr (ilkin aldosteronizm). Diabet. Qırmızı qurdeəşənəyi xəstəliyi (autoimmun pozğunluqlar). Allergiya və ya astma. Yuxarıda qeyd olunan simptomlardan hər hansı biri müşahidə olunarsa həkim tərəfindən vaxtaşırı analizlər tələb oluna bilər. Mesartan qanda sidik turşusunun və lipidlərin səviyyəsini artıra bilər (oynaqların ağrılı şişkinliyi- podaqranın səbəbi). Eyni zamanda yuxarıda qeyd olunan simptomlardan hər hansı biri müşahidə olunarsa həkim tərəfindən vaxtaşırı qan analizləri tələb oluna bilər. Qanda elektrolitlərin miqdarı dəyişilə bilər və buna görə də həkim tərəfindən vaxtaşırı qan analizləri tələb oluna bilər. Elektrolitlərin dəyişilməsinin simptomları aşağıdakılardır: Susuzluq, ağızda quruluq, əzələ ağrıları və ya spazm, əzələlərdə yorğunluq, aşağı qan təzyiqi və ya hipotenziya, zəif hissetmə, halsızlıq, yorğunluq, yuxululuq və ya narahatçılıq, qusma, ürəkbulanma, sidiyin daha az xaric olunması, sürətli ürək döyünməsi. Sadalanan simptomlardan hər hansı biri müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır. Qan təzyiqini aşağı salan digər preparatlar kimi, beyin və ya ürək qan dövranı pozğunluqları olan xəstələrdə arterial təzyiqin kəskin düşməsi ürək tutması və insult təhlükəsi yarada bilər. Bu səbəbdən həkim tərəfindən xəstənin qan təzyiqi vaxtaşırı yoxlanılmalıdır. Əgər paratiroid hormon analizi tələb olunursa bu analizi etməzdən öncə olmesartanın istifadəsini dayandırmaq lazımdır. Əgər pasiyent idmanla məşğuldursa anti-dopinq testlərinin nəticələrində dəyişikliyə səbəb ola bilər. Əgər pasiyent praparatın təyini zamanı hamilədirsə və ya hamiləlik ehtimalı varsa həkimlə məsləhətləşmək lazımdır. Hamiləliyin ilkin dövründə və 3-cü aydan sonra uşağa olan ciddi mənfi təsirlərə görə Mesartanın istifadəsi məsləhət görülmür (bax.Hamiləlik və laktasiya). Dərmanın tərkibində olan olmesartan medoksomil, hidroxlorotiazid (hidroxlorotiazid ilə oxşar maddə olan sulfonamidə) və ya digər maddəyə qarşı hiperhəssaslıq hallarında dərman vasitəsi istifadə edilməməlidir. Hamiləliyin üçüncü ayından sonra və həmçinin erkən hamiləlik zamanı preparatın istifadəsi məsləhət görülmür (bax. Hamiləlik və laktasiya dövründə istifadəsi). Şiddətli böyrək problemləri olan xəstələrdə istifadə. Müalicə zamanı qanda kalium və natrium aşağı olduqda və ya yüksək kalsium və ya yüksək sidik turşusu müəyyən olunduqda preparat istifadə olunmamalıdır. Sadalanan simptomlar podaqra xəstəliyi və ya böyrəkdə daş yaranan zaman müşahidə olunur və müalicə zamanı yaxşılaşma olmur. Şiddətli qaraciyər problemlərindən əziyyət çəkən xəstələrdə, dəridə və gözdə saralma ilə müşaiyət olunan sarılıq xəstəliyi zamanı və ya öd kisəsinin drenajı (öddə tıxanma, öd kisəsi daşları) müşahidə olunan xəstələrdə istifadə. Yuxarıda sadalanan problemərdən hər hansı birinin pasiyentdə mövcud olduğu halda və ya şübhəli vəziyyətdə tablet istifadə olunmamalıdır. Dərman vasitəsinin istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Son dövrlərdə və hal-hazırda resept əsasında və ya reseptsiz buraxılan bütün dərmanlar haq- qında həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Aşağıdakı preparatların Measartan ilə birgə istifadəsi qanda kaliumun səviyyəsini artıra bilər. Kalium əlavələri (həmçinin kalium tərkibli duz əvəzediciləri) Diuretiklər (sidikqovucu dərmanlar) Heparinlər (qanı durulaşdırmaq üçün) İşlədicilər Steroidlər Adrenokordikotrop hormon (AKTH) Karbenoksolon (ağızın və mədə xorasının müalicəsi zamanı istifadə olunur) Penisillin G natrium (həmçinin benzilpenisiilin natrium adlanır və antibiotik qrupuna aiddir) Aspirin və salisilatlar kimi ağrıkəsicilər • Litiumun (əhval dəyişkənliyi və depressiyanın bəzi növlərinin müalicəsində istifadə olunur) Mesartan ilə eyni vaxtda istifadəsi litiumun toksikliyini artıra bilər. Əgər xəstə litium qəbul edibsə həkim tərəfindən qanda litiumun səviyyəsi yoxlanılmalıdır. • Qeyri-steroid iltihab əleyhinə preparatlar(iltihabın ağrı, şişkinlik və digər simptomlarının aradan qaldırılması üçün istifadə olunur, o cümlədən artritlərdə) ilə Mesartan birgə istifadəsi böyrək çatışmazlığı riskini artıra bilər. Eyni zamanda QSİƏ preparatları ilə birgə istifadə olmesartanın təsirini azalda bilər. • Digər qan təzyiqini azaldan anti-hipertenziv preparatlar ilə birgə istifadə Mesartanın təsirini artıra bilər. • Yuxugətirici tabletlər, sedativlər və anti-depressantların Mesartan ilə birgə istifadəsi qan təzyiqinin qəfil düşməsinə səbəb ola bilər. • Baklofen və tubokurarin kimi relaksant preparatlar • Amifostin və xərçəng xəstəliyinin müalicəsində istifadə olunan metotreksat, siklofosfomid kimi digər preparatlar • Qanda lipidlərin səviyyəsini azaltmaq üçün istifadə olunan xolestiramin və xolestipol • Atropin və biperiden kimi antixolinergik preparatlar • Psixiatrik xəstəliklərin müalicəsində isitifadə olunan tioridazin, xlorpromazin, levomepromazin, trifluoperazin, siamemazin, sulpirid, amisulpirid, pimozid, sultoprid, tiaprid, droperidol və ya haloperidol. • Ürək xəstəliklərinin müalicəsində istifadə olunan xinidin, hidroxinidin, disopiramid, amiodaron, sotalol və üskükotu. • Ürək ritmində dəyişiklik edən mizolastin, pentamidin, terfenadin, dofetilid, ibutilid və ya eritromisin inyeksiyaları. • Metformin kimi oral qəbul edilən diabet əleyhinə preparatlar, və ya insulin. • Yuxarı qan təzyiqinin və ya aşağı qan şəkərinin müalicəsində istifadə olunan beta adrenergik reseptorları və diazoksid ilə birgə isitfadə zamanı Mesartan qanda şəkərin miqdarını artıra bilər. • Yüksək qan təzyini zamanı istifadə olunan metildofa. • Qan təzyiqini artırmaq və ürək döyüntüsünün yavaşımasını aradan qaldırmaq üçün istifadə olunan noradrenalin kimi preparatlar. • Ürək döyüntüsünün yavaşımasını və tərləməni aradan qaldırmaq üçün təyin olunan difemanil. • Podaqra xəstəliyinin müalicəsində istifadə olunan probenesid, sulfinpirazon və allopurinol kimi preparatlar. • Kalsium əlavələri. • Amantadin kimi virus əleyhinə preparatlar. • Orqan tranplantasiyası zamanı orqanizmin imtinasının qarşısını almaq üçün istifadə olunan siklosporin. • Tetrasiklin və ya sparfloksasin kimi antibiotiklər. • Göbələk infeksiyalarının müalicəsində təyin olunan amfoterisin. • Mədə turşuluğunun artmasının qarşısını almaq üçün istifadə olunan allüminium maqnezium hidroksid kimi antasidlər Mesartanın təsirini qismən azalda bilər. • Mədədə və bağırsaqda qidanın hərəkətliliyi artırmaq üçün isitifadə olunan sizaprid. • Malariya zamanı istifadə olunan halofantrin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Əgər pasiyent hamilədirsə və ya hamilə olma ehtimalı varsa bu barədə həkimə məlumat vermək lazımdır. Mesartan istifadə edən xəstələrdə hamiləlik müəyyənləşdirildikdə dərhal həkim tərəfindən preparatın istifadəsi dayandırılmalı və hamilələrdə istifadə olunan digər dərman vasitəsi təyin olunmalıdır. Eyni zamanda hamiləliyin 3-cü ayından sonra uşağa mənfi təsir ehtimalına görə preparat qəbul edilməməlidir. Laktasiya Laktasiya dövründə və ya uşağı əmizdirməyə başlamaq planlaşdırıldıqda həkimlə məsləhət- ləşmək lazımdır. Laktasiya dövründə Mesartan qəbulu məsləhət görülmür və həkim tərəfindən laktasiya zamanı istifadə edilə biləcək başqa preparat təyin edilməlidir. Hamiləlik və laktasiya zamanı hər hansı bir preparatı qəbul etməzdən əvvəl mütləq həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Yüksək qan təzyiqinin müalicəsi zamanı yuxululuq və başgicəllənmə müşahidə olunduğundan bu simptomlar keçənə qədər avtomobil və digər nəqliyyatı idarəetmə sistemləri istifadə olunmamalıdır. Məsləhət üçün həkimə müraciət etmək lazımdır. Diqqət: Preparatın tərkibində laktoza vardır. Şəkərə qarşı hiperhəssaslığı olan xəstələr Mesartan istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.
İstifadə qaydası və dozası
Mesartan həkimin təyin etdiyi qaydada qəbul edilməlidir. Əgər təyin olunmuş qaydadan əmin deyilsinizsə, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Mesartan əsas tərkibi 20 mq/12,5 mq, 20 mq/25 mq, 40 mq/12,5 mq və 40 mq/25 mq şəklində mövcuddur. Qan təzyiqi yalnız olmesartan medoksomil və ya yalnız hidroxlorotiazid ilə qeyri- adekvat tənzimlənən pasiyentlərdə gündə bir dəfə Mesartan (olmesartan medoksomil/hidroxloro- tiazid) təyin oluna bilər. Doza fərdi şəkildə təyin olunmalıdır. Qan təzyiqinin müalicəyə reaksiyasından asılı olaraq doza 2-4 həftə intervalında titrlənə bilər. Əgər qan təzyiqi təkcə olmesartan medoksomil ilə tənzimlənə bilmirsə, hidroxlorotiazid 12,5 mq ilkin dozada təyin edilə bilər və daha sonradan gündəlik doza 25 mq-ə qədər artırıla bilər. Əgər yüksək dozada hidroxlorotiazid monoterapiya şəklində istifadə olunubsa və xəstədə maye həcminin azalması və ya hiponatriemiya müşahidə olunarsa Mesartanın qəbuluna keçid zamanı qan təzyiqində qəfil düşmə müşahidə oluna bilər. Bu səbəbdən dərman vasitəsinin qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Mesartanın antihipertenziv təsiri hər iki komponentin birgə istifadəsi zamanı doza 20/mq 12,5 mq-dən 40 mq/ 25 mq aralığında olması ilə bağlıdır. Gündəlik doza 1 tabletdir. Gündəlik dozanı 1 tabletdən artıq qəbul etmək məsləhət görülmür. Mesartan digər antihipertenziv preparatlar ilə birgə təyin edilə bilər. Böyrək çatışmazlığı olan xəstələr Kreatinin klirensi>30 ml/dəq olan pasiyentlərdə Mesartanın gündəlik terapevtik müalicə sxemi saxlanılır. Daha ağır böyrək çatışmazlığı olan xəstələrdə tiazidlərə nisbətən ilgək diuretiklərinə üstünlük verilir. Belə ki, ağır böyrək çatışmazlığı olan xəstələrdə Mesartanın istifadəsi məsləhət görülmür. Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər çatışmazlığı olan xəsətələrdə dozaya düzəliş edilməsi zəruri deyil. Mesartanın qida və içki ilə qəbulu Mesartan qida ilə birgə və ya ayrıca qəbul edilə bilər. Mesartanın alkoqol ilə birgə istifadəsi zamanı başgicəllənmə və zəiflik halları müşahidə oluna bilər. Buna görə də dərman vasitəsinin alkoqol ilə birgə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Əlavə təsirləri
Bütün preparatlar kimi Mesartanın da istifadəsi zamanı bəzi xəstələrdə əlavə təsirlər yarana bilər. Daha ciddi əlavə təsirlər aşağıdakılardır: Bütün bədəni əhatə edən allergik reaksiyalar. Bu zaman bədəndə, üzdə, ağızda və ya qırtlaqda şişkinlik yarana bilər. Nadir hallarda bu tip reaksiyalar qaşınma və səpgi ilə müşayiət oluna bilər. Əgər bu kimi hallar baş verərsə, preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Həssas pasiyentlərdə və ya allergik reaksiya nəticəsində Mesartan qan təzyiqinin çox aşağı düşməsinə səbəb ola bilər. Çox az hallarda başgicəllənmə və huşun itməsi kimi əlavə təsirlər müşahidə oluna bilər. Bu kimi hallar baş verərsə Mesartan istifadəsini dərhal dayandırmaq, həkimə müraciət etmək və yataq vəziyyətinə keçmək məsləhət görülür. Mesartan iki təsiredici maddənin birləşməsindən ibarətdir. Aşağıda ilk olaraq sadalanan məlumatlar Mesartanın tərkib birləşməsinin istifadəsi zamanı yaranan əlavə təsirlərdir (yuxarıda qeyd olunanlardan başqa), ikinci sırada qeyd olunanlar isə ayrı-ayrı təsiredici maddənin istifadəsi zamanı yarana biləcək əlavə təsirlərdir. Digər əlavə təsirlər Əgər sadalananlardan başqa hər hansı bir zəif əlavə təsir baş verərsə, müalicəni davam etdirmək lazımdır. Əlavə təsirlər yayılma dərəcəsinə görə aşağıdakı şəkildə qruplaşdırılır. Tez-tez baş verən əlavə təsirlər 10 xəstədən 1-də Bəzən baş verən əlavə təsirlər 100 xəstədən 1-də Nadir hallarda baş verən əlavə təsirlər 1000 xəstədən 1-də Çox nadir hallarda baş verən əlavə təsirlər 10000 xəstədən 1-də Mesartanın qəbulu zamanı indiyə qədər müəyyən olunmuş əlavə təsirlər: Tez-tez baş verən əlavə təsirlər Başgicəllənmə, zəiflik, başağrıları, yorğunluq, döş qəfəsində ağrılar, qollarda, əllərdə, ayaqlarda və topuq nahiyəsində şişkinlik. Bəzən baş verən əlavə təsirlər Ürək döyüntüsünün tezləşməsi, səpgi, ekzema, başgicəllənmə, öskürək, abdominal nahiyədə ağrılar, ürəkbulanma, qusma, diareya, əzələ qıcolmaları və əzələ ağrıları, oynaqlarda, qollarda və ayaqlarda ağrılar, kürək ağrısı, kişilərdə ereksiya çətinilikləri, sidikdə qan. Qan analizinin nəticəsində müəyyən olunmuş, tez-tez müşahidə olunmayan əlavə təsirlər aşağıdakılardır: Qanda lipid səviyyəsinin qalxması, qanda sidik cövhərinin və ya sidik turşusunun artması, kreatininin artması, qanda kaliumun artması və ya azalması, qanda kalsium miqdarının artması, qanda şəkərin artması və qaraciyər disfunksiyası. Yuxarıda sadalanan əlavə təsirlər qan analizi zamanı müəyyənləşdilir və lazım olduqda həkim tərəfindən müvafiq tədbirlər müəyyən olunur. Nadir hallarda baş verən əlavə təsirlər Xəstənin özünü pis hiss etməsi, şüur pozğunluqları, dəridə qabarıqlıqlar və şiddətli böyrək çatışmazlığı. Qan analizinin nəticəsində müəyyən olunmuş nadir hallarda baş verən bəzi əlavə təsirlər aşağıdakılardır: Qanda sidik cövhəri nitrogeninin artması, hemoqlobinin və hematokritin aşağı düşməsi. Bu kimi əlavə təsirlər qan analizi ilə müəyyənləşdilir və lazım olduqda həkim tərəfindən müvafiq tədbirlər müəyyən olunur. Olmesartan medoksomil və ya hidroxlorotiazidin ilə birgə olmayan, tək istifadəsi ilə bağlı yaranan əlavə təsirlər. Olmesartan medoksomil: Tez-tez baş verən əlavə təsirlər Bronxit, öskürək, burun tutulması və ya axması, boğaz ağrısı, abdominal nahiyədə ağrı, həzm problemləri, diareya, ürəkbulanma, qastroenterit, oynaqlarda və ya sümüklərdə ağrılar, kürək ağrısı, sidikdə qan, sidik yolları infeksiyası, qripəbənzər simptomlar, ağrı. Qan analizinin nəticəsində müəyyən olunmuş tez-tez baş verən bəzi əlavə təsirlər aşağıdakılardır: Qanda lipid səviyyəsinin artması, qanda sidik cövhərinin və sidik turşusunun artması, qaraciyər disfunksiyası və əzələ hiperaktivliyi. Gec-gec baş verən əlavə təsirlər Bütün orqanizmə təsir göstərən və nəfəsalmada çətinliyə səbəb olan sürətli allergik reaksiyalar, həmçinin qan təzyiqinin qəfil düşməsi nəticəsində huşun itməsi (anafilaktik reaksiyalar), üzdə şişkinlik, stenokardiya (döş qəfəsi nahiyəsində ağrı və ya diskomfort hissi), pis əhval-ruhiyyə, dəridə allergik səpgilər, qaşınma, eksantema, dəridə qabarıqlıq. Qan analizinin nəticəsində müəyyən olunmuş gec-gec baş verən əlavə təsirlər: Qanda trombositlərin miqdarının azalması (trombositopeniya). Nadir hallarda baş verən əlavə təsirlər Böyrək funksiyalarının pozulması, enerji çatışmazlığı. Qan analizinin nəticəsində müəyyən olunmuş nadir halda baş verən əlavə təsirlər: Qanda kaliumun artması. Hidroxlorotiazid Çox tez-tez baş verən əlavə təsirlər Qan analizinin nəticəsində qanda lipid və sidik turşusunun səviyyəsinin artması müşahidə olunmuşdur. Tez-tez baş verən əlavə təsirlər Çaşqınlıq hissi, abdominal nahiyədə ağrılar, mədədə narahatçılıq, köp, diareya, ürəkbulanma, qusma, qəbizlik, sidikdə qlükoza. Qan analizinin nəticəsində müəyyən olunmuş əlavə təsirlər: Qanda kreatininin, sidik cövhərinin və kalsiumun və şəkərin səviyyəsinin artması, qanda xlorid, kalium, maqnezium və natriumun səviyyəsinin düşməsi, hiperamilazemiya. Bəzən baş verən əlavə təsirlər İştahanın azalması və itməsi, nəfəsalmanın çətinləşməsi, anafilaktik dəri reaksiyaları (hiperhəssaslıq reaksiyaları), daha əvvəllərdən mövcud miopiyanın kəskinləşməsi, eritema, qaşınma, işığa qarşı dəri reaksiyaları, purpura, dəridə qabarcıqlar. Nadir hallarda baş verən əlavə təsirlər Tüpürcək vəzilərinin şişməsi və yara olması, leykositlərin miqdarının azalması, trombositlərin miqdarının azalması, anemiya, sümük iliyinin zədələnməsi, narahatçılıq, əhvalın pisləşməsi və ya depressiya halları, yuxu ilə bağlı problemlər, süstlük (apatiya), keyimə, qıcolma, görmədə rəng pozğunluğu, görmədə bulanıqlıq, gözdə quruluq, aritmiya, tromboz və ya emboliya, ağciyərlərin iltihabı, ağciyərdə maye toplanması, mədəaltı vəzin iltihabı, sarılıq, öd kisəsinin infeksiyaları,qırmızı qurdeşənəyi xəstəliyi simptomları (qaşıntı, səpgi, oynaq ağrıları, əllərin və barmaqların soyuq olması), allergik dəri reaksiyaları, dərinin soyulması və qabarcıqların əmələ gəlməsi,yoluxucu olmayan böyrək iltihabı (interstisial nefrit), hərarət, əzələ zəifliyi (bəzən hərəkətin çətinləşməsinə səbəb ola bilər). Çox nadir hallarda baş verən əlavə təsirlər Hipoxloremik alkaloz xəstəliyi, bağırsaq keçməzliyi və ya paralitik ileus xəstəliyi. Sadalanan simptomların kəskinləşdiyi halda və ya içlik vərəqində qeyd olunmayan hər hansı bir əlavə təsirlər baş verdikdə dərhal həkim və ya əczaçı məlumatlandırılmalıdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması halında və ya uşaq tərəfindən tabletin udulması zamanı dərman vasitəsi ilə birgə dərhal ən yaxın xəstəxanada təcili yardım şöbəsinə və ya həkimə müraciət olunmalıdır. Dərman vasitəsinin qəbulu unudularsa Dərman vasitəsinin qəbulu unudulduğu halda gündəlik normal dozanı qəbul etmək lazımdır. Unudulan dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz. Dərman vasitəsinin qəbulunun dayandırılması Həkimin göstərişi olmadan dərman vasitəsinin qəbulunu dayandırmaq olmaz. Dərman vasitəsinin istifadəsi ilə bağlı hər hansı bir sualınız olarsa, həkimə və ya əczaçıya müraciət olunmalıdır.
Buraxılış forması
8 tablet, blisterdə. 7 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Preparatın saxlanması üçün xüsusi şərait tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Ətraf mühiti qorumaq üçün dərman vasitəsi qida və məişət tullantıları ilə birgə atılmamalıdır.
Yararlılıq müddəti
3il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sofarimex-Industria Quimica Farmaceutica S.A, /Portuqaliya. Ünvan Industrias – Alto do Colaride – Agualva- 2735-213-Cacem, Portugaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.