Mepril 1 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Sulfonil sidik cövhəri törəmələri qrupu hipoqlikemik dərman vasitələri (insulin istisna olmaqla). Qlimepirid |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,30 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
™ MEPRİL tabletlər ™ Beynəlxalq patentləşdirilməmiş adı: Glimepiride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq, 2 mq, 3 mq və ya 4 mq qlimepirid vardır Köməkçi maddələr: laktoza monohidrat, natrium nişasta qlikolyatı, mikrokristallik sellüloza (Avicel PH 101), povidon (PVPK 30), maqnezium stearat. Rəngləyici maddələr kimi: 1 mq-lıq tablet üçün – qırmızı dəmir oksidi (E 172); 2 mq-lıq tablet üçün – sarı dəmir oksidi (E 172) və indiqokarmin (E 132); 3 mq-lıq tablet üçün – sarı dəmir oksidi (E 172); 4 mq-lıq tablet üçün – indiqotin.
Təsviri
1 mq-lıq tablet: çəhrayı rəngli, uzunsov, iki tərəfində bölmə xətti olan tabletlərdir. Tablet iki bərabər hissəyə bölünə bilər. 2 mq-lıq tablet: yaşıl rəngli, uzunsov, iki tərəfində bölmə xətti olan tabletlərdir. Tablet iki bərabər hissəyə bölünə bilər. 3 mq-lıq tablet: krem rəngli, uzunsov, iki tərəfində bölmə xətti olan tabletlərdir. Tablet iki bərabər hissəyə bölünə bilər. 4 mq-lıq tablet: mavi rəngli, uzunsov, iki tərəfində bölmə xətti olan tabletlərdir. Tablet iki bərabər hissəyə bölünə bilər.
Farmakoterapevtik qrupu
Sulfonil sidik cövhəri törəmələri qrupu hipoqlikemik dərman vasitələri (insulin istisna olmaqla). Qlimepirid. ATC kodu: A10BB12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Peroral hipoqlikemik preparat olub sulfonil sidik cövhəri törəmələrinə aiddir. Mədəaltı vəzinin beta- hüceyrələrində insulin ifrazını stimulə edir, qanda qlükozanın miqdarını azaldır. Bundan başqa, Mepril mədəaltı vəzə təsir etmədən də qanda qlükozanın miqdarını azaldır. Həmçinin periferik toxumaların insulinə həssaslığını artırır. Sağlam könüllülərdə qlimepiridin minimal effektiv doza 0,6 mq təşkil edir. Qlimepiridin təsiri dozadan asılıdır və təkrarlana biləndir. Fiziki yükləməyə fizioloji reaksiya (insulin sekresiyasının azalması) saxlanılır. Şəkərli diabeti olan xəstələrdə optimal metabolik nəzarətə preparatın birdəfəlik qəbulu ilə 24 saat ərzində nail olunur. Farmakokinetikası Sorulması Qida qəbulu preparatın sorulmasına əhəmiyyətli dərəcədə təsir göstərmir. Gündə 4 mq dozada təkrar peroral qəbuldan təqribən 2,5 saat sonra maksimal plazma konsentrasiyası (C ) yaranır və 309 nq/ml təşkil edir.max Paylanması Qlimepiridin paylanma həcmi cüzidir (təqribən 8,8 l/kq) və albuminin paylanma həcminə təqribən bərabərdir. Plazma zülalları ilə birləşmə dərəcəsi yüksəkdir (99%-dən çox), klirens isə aşağıdır (təqribən 48 ml/dəq). Təkrar dozalanma rejiminə müvafiq olan zərdabda preparatın plazma konsentrasiyalarda orta yarımxaricolma dövrü təqribən 5-8 saat təşkil edir. Yüksək dozada qəbulu zamanı yarımxaricolma dövrü bir qədər uzanır. Biotransformasiyası Qlimepirid orqanizmdə tam metabolizmə uğrayır. Metabolizm nəticəsində 2 əsas metabolit – hidroksimetabolit (M1) və karboksimetabolit (M2) yaranır. Xaricolunması Birdəfəlik qəbuldan sonra preparatın 58%-i sidiklə, 35%-i nəcislə xaric olur. Dəyişilməmiş aktiv maddə sidikdə aşkar olunmur.
İstifadəsinə göstərişlər
İnsulindən asılı olmayan (II tip) şəkərli diabet, pəhriz ilə müalicənin və fiziki hərəkətlərin effektsiz olduğu zaman istifadə olunur.
Əks göstərişlər
Qlimepiridə, digər sulfonilkarbamid törəmələrinə, sulfanilamidlərə və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. İnsulindən asılı (I tip) şəkərli diabet (məs., anamnezdə ketoasidoz olan şəkərli diabet ilə xəstələrin müalicəsi), diabetik ketoasidoz, diabetik prekoma və ya koma. Ağır böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə qlimeridin istifadəsi haqqında təcrübə yoxdur. Belə hallarda insulinə keçməsi zamanı optimal metabolik nəzarət təmin olunmalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müalicənin ilk həftələrində hipoqlikemiya riskinin artması müşahidə oluna bilər, hansı ki xəstə üzərində ciddi nəzarət tələb edir. Hipoqlikemiya yaranmasına səbəb olan faktorlara aşağıdakılar aiddir: – xəstənin həkim ilə qarşılıqlı əməkdaşlıq istəyinin olmaması və ya kifayət qədər bacarmaması (əsasən yaşlı xəstələrdə) – keyfiyyətsiz, qeyri-müntəzəm qidalanma – karbohidratların qəbulu ilə fiziki yükləmənin disbalansı – adəti pəhrizin dəyişdirilməsi – alkoqol qəbulu, xüsusilə də qida qəbulu olmadan – böyrək funksiyasının pozulması – qaraciyər funksiyasının ağır pozulması – Meprilin artıq dozalanması – karbohidratların mübadiləsinə və ya hipoqlikemiyaya cavab olan – kontrrequlyasiyaya təsir edən, kompensə olunmayan endokrin sisteminin bəzi xəstəlikləri (məsələn, qalxanabənzər vəzin funksiyasının pozulması, hipofizar çatışmazlığı və ya böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı) – digər preparatlarla eyni zamanda istifadəsi – göstəriş olmadan Mepril preparatı ilə müalicəsi. Meprillə müalicə zamanı qanda və sidikdə qlükoza miqdarına daimi nəzarət lazımdır. Qlikolizə olunmuş hemoqlobinin təyini də tövsiyə olunur. Meprillə müalicə zamanı qaraciyərin funksiyasının və periferik qanın (xüsusilə də leykositlərin və trombositlərin miqdarının) müntəzəm nəzarəti tələb olunur. Hipoqlikemiya riskini artıran faktorların təsiri zamanı, interkurrent müalicə və ya həyat tərzinin dəyişdirilməsi zamanı Mepril dozası və ya müalicə sxemini korreksiya etmək lazımdır. Yaşlı xəstələrdə, vegetativ neyropatiyadan əziyyət çəkən xəstələrdə və ya eyni zamanda β-adrenoblokatorlarla, klonidin, rezerpin, quanitidin və digər simpatolitik preparatlarla müalicə alan xəstələrdə orqanizmin adrenergik kontrrequlyasiya nəticəsində yaranan hipoqlikemiya simptomları az nəzərə çarpa və tamamilə müşahidə olunmaya bilər. Əksər hallarda hipoqlikemiyanın qarşısını tez bir zamanda karbohidrat (qlükoza və ya şəkər) qəbulu ilə almaq mümkündür. Digər sulfonil sidik cövhəri törəmələri qəbulu zamanı olduğu kimi, hipoqlikemiyanın qarşısının alınmasına baxmayaraq residiv baş verə bilər. Bununla əlaqədar olaraq xəstələr daimi nəzarət altında saxlanmalıdır. Stress vəziyyətlərində (məs., travma aldıqda, cərrahi əməliyyat zamanı, qızdırma ilə müşayiət olunan infeksion xəstəliklər zamanı) qanda qlükoza səviyyəsinin tənzimlənməsi pozula bilər və optimal metabolik nəzarəti təmin etmək üçün xəstənin müvəqqəti olaraq insulinə keçirilməsinə ehtiyac ola bilər. Sulfonil sidik cövhəri preparatlarının qəbulu zamanı Q-6-FD çatışmazlığı olan xəstələrdə hemolitik anemiya baş verə bilər. Qlimepirid sulfonil sidik cövhəri preparatları siyahısına daxil olduğuna görə Q-6-FD çatışmazlığı olan xəstələrdə ehtiyatla tətbiq olunmalıdır və tərkibinə sulfonil sidik cövhəri daxil etməyən alternativ dərman preparatın tətbiqi düşünülməlidir. Meprilin tərkibində laktoza monohidrat vardır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələrdə bu preparat istifadə olunmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qlimepirid P 2C9-(CYP2C9) sitoxrom vasitəsilə metabolizmə uğrayır, bu da CYP2C9 induktorları (məs.,450 rifampisin) və ya inhibitorları (məs., flukonazol) ilə birgə istifadə zamanı nəzərə alınmalıdır. Meprillə eyni zamanda insulin, peroral antidiabetik preparatlar, AÇF inhibitorları, anabolik steroidlər və kişi cinsiyyət hormonları, xloramfenikol, kumarin törəmələri, siklofosfamid, dizopiramid, fenfluramin, feniramidol, fibratlar, fluoksetin, quanetidin, izofosfamid, MAO inhibitorları, mikonazol, flukonazol, paraaminsalisil turşusu, pentoksifillin (yüksək dozalarda parenteral yeridilmə), fenilbutazon, azapropazon, oksifenbutazon, probenesid, xinolonlar, salisilatlar, sulfinpirazon, klaritromisin, sulfanilamidlər, tetrasiklinlər, tritokvalin, trofosfamid, allopurinol, simpatolitiklər tətbiq olunması zamanı hipoqlikemik təsirin artması müşahidə oluna bilər. Meprillə eyni zamanda asetazolamid, barbituratlar, kortikosteroidlər, diazoksid, diuretiklər, adrenalin və digər simpatomimetik vasitələr, qlükaqon, işlədici maddələr (uzun müddət istifadə zamanı), nikotin turşusu (yüksək dozalarda), estrogenlər və proqestagenlər, fenotiazinlər, fenitoin, rifampisin, qalxanabənzər vəzin hormonları, saluretiklər, qalxanabənzər vəzin funksiyasını stimullaşdıran vasitələr, qlükokortikoidlər tətbiq olunması zamanı hipoqlikemik təsirin azalması və buna görə də qanda qlükoza miqdarının artması müşahidə oluna bilər. H -reseptorlarının blokatorları, β-adrenoblokatorlar, klonidin və rezerpin Meprilin hipoqlikemik təsirini həm2 gücləndirə, həm də zəiflədə bilər. β-Adrenoblokatorlar, klonidin, quanetidin və rezerpin kimi simpatolitik vasitələrin təsiri nəticəsində hipoqlikemiyaya cavab olan kontrrequlyasiya əlamətləri azala və ya tamamilə yox ola bilər. Alkoqolun həm birdəfəlik, həm də xroniki istifadəsi Meprilin hipoqlikemik təsirini azalda və ya artıra bilər. Mepril kumarin törəmələrinin təsirini həm azala, həm də artıra bilər. Öd turşuların sekvestrantları: kolesevelam qlimepiridlə birləşir və MBT-dən onun sorulmasını azaldır. Göstərilən preparatlardan eyni zamanda istifadəsinə ehtiyac olduqda qlimepiridi kolesevelamın qəbulundan ən azı 4 saat əvvəl qəbul edildikdə hər hansı bir qarşılıqlı təsir müşahidə edilmir. Beləliklə, qlimepirid kolesevelamın qəbulundan ən azı 4 saat əvvəl qəbul edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Mepril dölə mənfi təsir etdiyinə görə onun hamilələrdə istifadə edilməməlidir. Planlaşdırılmış hamiləlik zamanı və ya hamiləliyin başlanması zamanı qadını insulinlə müalicəyə keçirmək lazımdır. Qlimepirid ana südü ilə xaric olunur. Bununla əlaqədar olaraq laktasiya dövründə ya Mepril preparatın qəbulu dayandırılmalı və xəstə insulinlə müalicəsinə keçirilməlidir, ya da ana südü ilə qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicənin başlanğıcında, bir preparatdan digər preparata keçən zaman, Meprilin qeyri müntəzəm qəbulu zamanı hipo- və hiperqlikemiya əlaməti kimi, xəstədə diqqətin konsentrasiyasının azalması və ya psixomotor reaksiyaların sürətinin zəifləməsi müşahidə oluna bilər. Bu hal nəqliyyat və ya müxtəlif mexanizmləri idarəetmə zamanı nəzərə alınmalıdır.
İstifadə qaydası və dozası
Mepril tabletləri bütöv, çeynəmədən, kifayət qədər maye ilə (məs., yarım stəkan su ilə) qəbul olunmalıdır. Tabletlər iki bərabər dozaya bölünə bilər. Preparat qida qəbulundan bir az əvvəl və ya qida qəbulu zamanı qəbul olunur. Meprilin dozası qanda qlükozanın səviyyəsinə görə müəyyən olunur. Ən az metabolik dəyişikliklərə nəzarət edə bilən qlimepiridin ən az dozasını seçmək lazımdır. Müalicə müddətində qanda və sidikdə qlükoza səviyyəsinə müntəzəm olaraq nəzarət edilməlidir. Qanda qlikolizə olunmuş hemoqlobin səviyyəsinin müntəzəm təyini də tövsiyə olunur. Preparatın qəbulunun unudulması sonrakı qəbul zamanı dozanın artırılması ilə müşayiət olunmamalıdır. Preparatın qəbulunun və ya qida qəbulunun unudulması, preparatın qəbulunun imkan olmaması kimi halları həkim əvvəlcədən xəstə ilə müzakirə edilməlidir və xəstə belə hallarda görülən tədbirlərin haqqında məlumatlandırılmalıdır. Başlanğıc doza və doza seçimi Müalicənin əvvəlində gündə bir dəfə 1 mq Mepril təyin olunur. Lazım gəldikdə gündəlik doza artıra bilər. Gündəlik doza qanda qlükozanın miqdarına daimi nəzarət olunaraq tədricən (1-2 həftəlik intervalla), qeyd olunan sxemdəki kimi artırıla bilər: 1 mq-2 mq-3 mq-4 mq-6 mq və ya 8 mq xüsusi hallarda. Yaxşı nəzarət olunan şəkərli diabetli xəstələrdə doza diapazonu Gündəlik doza adətən 1-4 mq təşkil edir. Bəzi xəstələrə 6 mq-dan yüksək gündəlik dozanın qəbulu effektiv ola bilər. Dozalanma rejimi Gündəlik dozanın qəbul vaxtı və tezliyi həkim tərəfindən xəstənin həyat tərzi nəzərə alınaraq müəyyən olunur. Adətən birdəfəlik gündəlik dozanın qəbulu kifayət olur. Preparatın tətbiqi tamdəyərli səhər yeməyindən əvvəl və ya səhər yeməyi zamanı, yaxud gün ərzində ilk qida qəbulundan əvvəl və ya qida qəbulu zamanı tövsiyə olunur. Preparatın tətbiqindən sonra yeməyin qəbulu buraxmamaq çox vacibdir. Metabolik nəzarətin yaxşıllaşdırılması insulinə həssaslığın yüksəlməsi ilə əlaqədərdır. Buna görə müalicə zamanı Meprilə tələbat azala bilər. Hipoqlikemiya əmələ gəlməsinin qarşısını almaq üçün dozanı vaxtında azaltmaq və ya qəbulu dayandırmaq lazımdır. Doza korreksiyası xəstənin çəkisinin dəyişildiyi zaman, həyat tərzinin dəyişildiyi zaman yaxud hipo- və ya hiperqlikemiya yaranmasına səbəb ola bilən digər faktorların təsiri zamanı həyata keçirilməlidir. Bir qayda olaraq Meprillə müalicə uzunmüddətli aparılmalıdır. Xəstənin başqa peroral hipoqlikemik preparatdan Meprilə keçirilməsi Mepril və digər peroral hipoqlikemik preparatların dozaları arasında dəqiq əlaqə yoxdur. Digər preparatlardan Meprilə keçən zaman doza 1 mq-dan başlanılmalıdır (hətta digər peroral hipoqlikemik preparatın maksimal dozasından Meprilə keçirilsə belə). Əvvəl istifadə edilən hipoqlikemik preparatın effektinin dərəcəsi və müddəti nəzərə alınmalıdır. Hipoqlikemiyanın yaranma riskini artıran, additiv reaksiyanın qarşısını almaq üçün preparatın qəbulunun dayandırılmasına ehtiyac yarana bilər. Metforminlə kombinasiyada istifadəsi Qlimepiridin və ya metforminin maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti qənaətbəxş olunmadıqda həmin peroral antidiabetik preparatların kombinasiyası ilə müalicəni başlamaq olar. Əlavə müalicə minimal dozadan başlanır qanda qlükoza səviyyəsindən asılı olaraq tədricən, qündəlik maksimal dozaya qədər, artırılır. Kombinəolunmuş müalicə ciddi tibbi nəzarət altında başlanmalıdır. İnsulinlə kombinasiyada istifadəsi Mepril preparatının maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti qənaətbəxş olunmadıqda eyni zamanda insulin təyin oluna bilər. İnsulinlə müalicə minimal dozadan başlanır və qanda qlükoza səviyyəsindən asılı olaraq tənzimlənilir. Kombinəolunmuş müalicə ciddi tibbi nəzarət altında başlanmalıdır. İnsulindən Meprilə keçirilməsi Xüsusi hallarda insulindən istifadə edilən II tip şəkərli diabet olan xəstələrə Meprilə keçirilməsi göstərilə bilər. Keçirilmə ciddi tibbi nəzarət altında aparılmalıdır. Xüsusi xəstə qruplarına aid əlavə məlumatlar Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə Meprilin istifadəsi haqqında məlumat məhduddur. Böyrək çatışmazlığı olan xəstələr Meprilin hipoqlikemik təsirinə daha həssas ola bilər. Ağır qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə preparatın istifadəsi əks göstərişdir. Ağır qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə adekvat metabolik nəzarəti təmin etmək üçün insulinə keçmək tövsiyə olunur. Pediatrik xəstələr 8 yaşa qədər uşaqlarda Meprilin istifadəsi haqqında məlumat yoxdur. 8 yaşından 17 yaşa qədər uşaqlarda monoterapiya kimi qlimepiridin istifadəsi haqqında məhdud məlumat var. Pediatrik xəstələrdə təhlükəsizlik və effektivlik haqqında kifayət qədər məlumat olmadığından bu qrupda preparatın istifadəsi tövsiyə olunmur. Yaşlı xəstələr Kişilərdə və qadınlarda, eləcə də gənc və yaşlı (65 yaşdan yuxarı) xəstələrdə farmakokinetika oxşar olmuşdur.
Əlavə təsirləri
Rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum deyil (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil). Qanyaradıcı və limfa sisteminə Nadir: trombositopeniya, leykopeniya, qranulositopeniya, aqranulositoz, eritrositopeniya, hemolitik anemiya və ya pansitopeniya müşahidə oluna bilər və preparatla müalicəni dayandırılmasından sonra adətən keçir. Məlum deyil: preparatın postmarketinq istifadəsi zamanı ağır trombositopeniya haqqında bildirilmişdir (trombositlərin miqdarı 10000/mkl-dən az olmuşdur). İmmun sisteminə Çox nadir: leykositoklastik vaskulit; təngnəfəslik, arterial hipotenziya və tək-tək hallarda anafilaktik şokla müşayiət oluna bilən yüngül dərəcəli hiperhəssaslıq reaksiyalar; Məlum deyil: sulfonil sidik cövhəriləri və sulfonamidlər qrupundan olan preparatlara qarşı çərpaz allergik reaksiyalar. Maddələr mübadiləsinə və qidalanmaya Nadir: hipoqlikemiya. Digər sulfonil sidik cövhərin törəmələrində olduğu kimi, davamlı hipoqlikemiya müşahidə oluna bilər. Hipoqlikemiyanın mümkün simptomları: baş ağrısı, aclıq hissi, ürəkbulanma, halsızlıq, yuxululuq, yuxunun pozulması, həyacanlıq, aqressivlik, diqqətin konsentrasiyanın pozulması, psixomotor reaksiyaların sürətinin azalması, depressiya, şüurun dolaşıqlığı, nitqin və görmənin pozulması, afaziya, tremor, hissiyyatın pozulması, başgicəllənmə, özünü idarəetmənin itirməsi, deliriy, mərkəzi mənşəli qıcolmalar, huşun itirilməsi. Bu simptomlar səthi tənəffüs, bradikardiya və koma ilə nəticələnə bilər. Həmçinin hipoqlikemiyaya cavab olaraq soyuq yapışqan tər, həyəcan hissi, taxikardiya, arterial hipertenziya, ürəkdöyünmə, stenokardiya, ürək aritmiya kimi adrenergik kontrrequlyasiyanın əlamətləri müşahidə oluna bilər. Ağır hipoqlikemiyanın klinik mənzərəsi insultun klinik mənzərəsini xatırlada bilər. Qeyd olunan bütün əlamətlər demək olar ki, hipoqlikemiyaya qarşı müalicə apardıqda tamamilə keçib gedir. Görmə orqanlarına Məlum deyil: müalicə zamanı (əsasən ilk dövrdə) qanda qlükoza miqdarının dəyişməsi ilə əlaqədar olaraq keçici görmənin pozulması yarana bilər. Həzm sisteminə Çox nadir: ürəkbulanma, qusma, epiqastral nahiyədə ağırlıq və ya diskomfort hissi, qarında ağrılar, diareya müşahidə oluna bilər. Hepatobiliar sistemə Çox nadir: qaraciyər funksiyasının pozulması (xolestaz və sarılıq ilə), hepatit, qaraciyər çatışmazlığı. Məlum deyil: qaraciyər fermentlərin səviyyəsinin artması. Dəri və dərialtı piy toxumasına Məlum deyil: qaşınma, səpgi, övrə, allergik vaskulit və fotohəssaslıq kimi allergik və yanlış allergik reaksiyalar yarana bilər. Bü cür yüngül reaksiyalar təngnəfəslik, arterial hipotenziya və bəzən şoka qədər proqressivləşən ciddi reaksiyalarla nəticələnə bilər. Övrə müşahidə edildikdə dərhal həkimə müraciət etmək lazımdır. Laborator müayinələr Çox nadir: qan zərdabında natrium miqdarının azalması Şübhəli əlavə reaksiyalar haqqında məlumat Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında əldə olunan məlumat vacibdir. O, dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam edilməsinə imkan verir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Artıq dozalanma zamanı müalicə həkiminə bu barədə məlumat verilməlidir. Xəstənin ürəkdöyünməsi və tənəffüsünə dəqiq nəzarət olunmalıdır. Hipoqlikemiyanın nəticəsi kimi yaranan koma zamanı xəstə mütləq hospitalizasiya edilməlidir. Süni olaraq qusma yaradılmalı, mədə yuyulmalı və aktivləşdirilmiş kömür təyin olunmalıdır.
Buraxılış forması
1 mq, 2 mq, 3 mq, 4 mq-lıq tabletlər. 15 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ali Raif İlaç San. A.Ş., Turkiye. İkitelli OSB Mahallesi, 10. Cadde, No 3/1A, 34306 Başakşehir, İstanbul, Turkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Ali Raif İlaç San. A.Ş., Turkiye. Yeşilce Mahallesi, Doğa Sokak No:4, 34418 Kağıthane, İstanbul, Turkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.