Meksisoft 50 mq 2 ml N10 inyeksiya

Təsiredici maddə: EMOXYPINE SUCCINATE
Təsiredici maddəEMOXYPINE SUCCINATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirAntioksidant vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,21 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MEKSİSOFT venadaxili və əzələdaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ethylmethylhydroxypyridine succinate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

Təsviri

Rəngsiz və ya açıq sarımtıl şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Antioksidant vasitə. ATC kodu: N07XX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparat 3 -oksipiridin qrupuna aiddir. Sərbəst radikal proseslərinin inhibitorudur, membranopro- tektordur, həmçinin antihipoksik təsirə malikdir, orqanizmin stressə davamlığını artırır. Təsir mexanizmi antioksidant və membranoprotektor xüsusiyyətləri ilə əlaqədardır. Lipidlərin peroksidləşmə proseslərini tormozlayır, superoksidoksidazanın aktivliyini artırır, lipid-zülal nisbətini artırır, hüceyrələrin membranının struktur və funksiyasını yaxşılaşdırır. Membranla əlaqəli fermentlərin ( kalsiumla əlaqəli olmayan fosfodiesteraza, adenilatsiklaza, asetilxolinesteraza), reseptor komplekslərinin (benzodiazepin, QAYT, asetilxolin) aktivliyini modulyasiya etməklə onların liqandlarla birləşmə qabiliyyətinə, biomembranların struktur- funksiolnal təşkilinin qorunub saxlanmasına, neyromediatrların ötürülməsinə və sinaptik əlaqənin yaxşılaşmasına səbəb olur. Baş beyində dofaminin konsentrasiyasını artırır. Aerob qlikolizin kompensator aktivliyini gücləndirir və Krebs siklində hipoksiya səraitində ATF və kreatinfosfatın yüksəlməsi ilə oksidləşmə proseslərinin ləngimə dərəcəsini aşağı salır, mitoxondrilərin enerji sintezedici funksiyasını artırır. Patoloji hallarda müxtəlif zədələyici faktorların təsirinə qarşı orqanizmin rezistentliyini artırır(hipoksiya və işemiya, beyin qan dövranının pozğunluğu, etanol və antipsixotik dərman vasitələri ilə intoksikasiya). Koronar qan axınının kritik enməsi şəraitində kardiomiositlərin membranının struktur-funksiolnal təşkilinin qorunub saxlanmasına səbəb olur, membran fermentləri olan fosfodiesteraza, adenilatsiklaza, asetilxolinesterazanın aktivliyini stimulə edir. Kəskin işemiya zamanı müşahidə olunan asetilxolinesterazanın aktivləşməsinə kömək edir. Kəskin işemiya zamanı inkişaf edən aerob qlikolizin aktivliyini saxlayır və hipoksiya səraitində mitoxondrial oksidləşmə-reduksiya proseslərinin bərpa olunmasına səbəb olur, ATF və kreatinfosfatın sintezini artırır. İşemiyaya uğramış miokardın morfoloji strukturunun və fizioloji funksiyalarının tamlığnı təmin edir. Miokard infarktının klinik gedişini yaxşılaşdırır, aparılan terapiyanın effektliyini artırır, aritmiyanın meydana gəlmə tezliyini və ürəkdaxili keçiriciliyin pozulması tezliyini azaldır. İşemiyaya uğramış miokardda metabolik prosesləri normallaşdırır, nitratların antianginal aktivliyini artırır, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, kəskin koronar çatmamazlıq zamanı reperfuzion sindromun ağırlaşmalarını azaldır. Xroniki işemiya və hipoksiya səbəbindən baş verən proqressiv neyropatiya zamanı tor qişanın qanqlioz hüceyrələrinin və görmə siniri liflərinin qorunub saxlanmasına şərait yaradır. Tor qişanın və görmə sinirinin funksional aktivliyini yaxşılaşdırır, görmə itiliyini artırır. Kəskin pankreatit zamanı fermentativ toksemiya və endogen intoksikasiyanı azaldır. Baş beynin metabolizm və qan təchizatını, qanın mikrosirkulyasiyası və reoloji xüsusiyyətlərini yaxşılaşdırır, trombositlərin aqreqasiyasını azaldır. Hemolizin inkişaf etmə ehtimalını azaldaraq, qan hüceyrələrinin(eritrositlər və trombositlərin) membranını stabilləşdir. Ümumi xolesterinin və kiçik sıxlığa malik lipoproteidlərin miqdarını azaltmaqla hipolipidemik təsir göstərir. Farmakokinetikası Birdəfəlik və ya kurs şəklində istifadəsi zamanı qan plazmasında maksimal konsentrasiyaya(C )max çatma müddəti 0,58 saatdır. 400-500 mq dozada yeridilmə zamanı qan plazmasında C ― 2,5-max 4 mkq/ml təşkil edir. Paylanması Orqan və toxumalarda tez paylanır. Orqanizmdə saxlanma müddəti orta hesabla 0,7-1,3 saatdır. Metabolizm Qaraciyərdə qlükuronlaşma üsulu ilə metabolizmə uğrayır. 5 metaboliti aşkar edilmişdir: 1-ci metabolit – 3-oksipiridin fosfat (qələvi fosfatazanın təsiri ilə fosfat turşusu və 3- oksipiridinə parçalanır); 2-ci metabolit çox miqdarda əmələ gəlir və yeridilmədən 1-2 sutka sonra sidikdə aşkar edilir, farmakoloji aktivdir; 3-cü metabolit də böyük miqdarda sidiklə xaric olunur; 4-cü və 5-ci metabolitlər qlukuron turşusunun konyuqatlarıdır. Çıxarılması Qan plazmasından tez xaric olur və 4 saat sonra praktiki olaraq orda aşkar olunmur. Tez bir zamanda metabolitlər şəklində (12 saat ərzində 50 %) və az miqdarda dəyişilməmiş şəkildə (12 saat ərzində 0,3 %) sidiklə xaric olunur. Preparatın qəbulundan sonra ilk 4 saat ərzində daha intensiv xaric olunur. Sidiklə preparatın dəyişilməmiş və metabolitlərlə xaric olma göstəriciləri individual variabelliyə malikdirlər.

İstifadəsinə göstərişlər

– Beyin qan dövranının kəskin pozğunluğu (kompleks müalicənin tərkibində); – dissirkulyator ensefalopatiya; – vegetativ damar (neyrosirkulyator) distoniyası sindromu; – ateroskleroz mənşəli yüngül koqnitiv pozğunluqlar; nevrotik v ə nevroza bənzər vəziyyətlərdə həyəcan pozğunluqları; – kəskin miokard infarktı (ilk sutkalar) kompleks müalicədə; – nevrozabənzər və vegetativ-damar pozğunluğunluqlarının üstünlüyü ilə gedən alkoqolizmdə abstinent sindromun aradan qaldırılması; – antipsixotik dərman vasitələri ilə kəskin intoksikasiya; – qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri (kəskin nekrotik pankreatit, peritonit) kompleks müalicədə.

Əks göstərişlər

– Preparata qarşı yüksək fərdi həssaslıq; – kəskin qaraciyər və/və ya böyrək çatışmazlığı; – uşaq yaş dövrü; – hamiləlik; – laktasiya dövrü – effektivliyi və təhlükəsizliyi haqqında məlumat yoxdur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat 18 yaşa qədər uşaqlara kifayət qədər məlumat olmadığından təyin olunmur. Ehtiyatla Anamnezdə allergik xəstəliklər olduqda ehtiyatla təyin edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat benzodiazepin qrupundan olan anksiolitiklərin, epilepsiya əleyhinə preparatların (karbamazepin), parkinsonizm əlyhinə preparatların (levodopa) təsirini artırır. Etil spirtinin toksik effektlərini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Eksperimental tədqiqatlar zamanı teratogen, mutagen, embriotoksik təsiri aşkar olunmayıb. Hamiləlik və laktasiya dövründə təhlükəsizlik və effektivliklə bağlı adekvat və ciddi nəzarət olunan kliniki tədqiqatlar olmadığından preparatın göstərilən hallarda istifadəsi əks-göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət, konsentrasiya və cəld psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşgul olan zaman ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Preparat əzələ daxilinə və ya vena daxilinə (şırnaq , yaxud damcı üsulu ilə) yeridilir. İnfuzion yeridilmə zamanı preparat natrium xloridin 0,9 %-li məhlulunda həll edilir. Dozalar individual seçilir. Şırnaq üsulu ilə 5-7 dəqiqə müddətində, damcı üsulu ilə – dəqiqədə 40- 60 damcı sürətlə yeridilir. Maksimal sutkalıq doza 1200 mq-dan artıq olmamalıdır. Kəskin beyin qan dövranı pozğunluğunda ilk 10-14 gün gündə 2-4 dəfə 200-500 mq vena daxilinə damcı üsulu ilə, bundan sonra 2 həftə ərzində gündə 2-3 dəfə 200-250 mq əzələ daxilinə yeridilir. Dissirkulyator ensefalopatiya zamanı (dekompensasiya fazası) preparat 10-14 gün ərzində gündə 1-2 dəfə 200-500 mq dozada vena daxilinə şırnaq və ya damcı üsulu ilə yeridilir. Daha sonra 2 həftə ərzində gündə 100-250mq olmaqla əzələ daxilinə yeridilir. Diskulyator ensefalopatiyanın profilaktik kurs müalicəsi preparat 10-14 gün ərzində gündə 2 dəfə 200-250 mq əzələ daxilinə yeridilir. Ahıl yaşlı xəstələrdə yüngül koqnitiv pozğunluqlarda və həyəcan pozğunluqlarında preparat 14-30 gün ərzində gündə 1 dəfə 100-300 mq əzələ daxilinə yeridilir. Kəskin miokard infarktında kompleks müalicədə preparat nitratlar, beta-adrenoblokatorlar, angiotenzinçevirici fermentin inhibitorları, trombolitiklər, antikoaqulyant və antiaqreqantlar, eləcə də göstərişə uyğun simptomatik vasitələr daxil olan standart terapiyanın fonunda 14 gün ərzində vena və ya əzələ daxilinə yeridilir. İlk 5 gün ərzində maksimum effekt əldə etmək üçün preparatı vena daxilinə, sonrakı 9 gün ərzində əzələ daxilinə yeritmək tövsiyyə olunur. Vena daxilinə yeridilmə infuziya üsulu ilə, yavaş sürətlə (əlavə təsirlər olmasın deyə) 30-90 dəqiqə ərzində (100-150 ml 0,9 %-li natrium xlorid və ya 5 %-li dekstroza(qlükoza) məhlulu ilə) yeridilir. Ehtiyac varsa vena daxilinə şırnaq üsulu ilə 5 dəqiqə ərzində yeridilir. Preparat (vena daxilinə və ya əzələ daxilinə) gündə 3 dəfə hər 8 saatdan bir yeridilir. Sutkalıq terapevtik doza – 6-9 mq/kq/sutka, bir dəfəlik doza 2-3 mq/kq təşkil edir. Maksimal sutkalıq doza 800 mq-ı , bir dəfəlik doza 250 mq-ı aşmamalıdır. Antipsixotik dərman vasitələri ilə kəskin intoksikasiya preparat 7-14 gün ərzində gündə 200-500 mq əzələ daxilinə yeridilir. Qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri (kəskin nekrotik pankreatit, peritonit) preparat ilk gündən həm əməliyyatdan qabaq, həm də əməliyyatdan sonra təyin olunur. Yeridilən dozalar xəstəliyin forması və ağırlığından, prosesin yayılmasından, klinik gedişin variantlarından aslıdır. Preparatın dayandırılması yalnız davamlı müsbət klinik-laborotor effektdən sonra tədricən həyata keçirilməlidir. Kəskin ödemli (interstisial) pankreatitdə preparat gündə 3 dəfə 200-5—mq vena daxilinə damcı üsulu ilə ( 0,9 %-li natrium xlorid məhlulunda) və ya əzələ daxilinə təyin olunur. Nekrotik pankreatitin yüngül dərəcəsində preparat gündə 3 dəfə 100-200mq vena daxilinə damcı üsulu ilə ( 0,9 %-li natrium xlorid məhlulunda) və ya əzələ daxilinə təyin olunur. Orta ağır dərəcədə – preparat gündə 3 dəfə 200 mq vena daxilinə damcı üsulu ilə ( 0,9 %-li natrium xlorid məhlulunda) təyin olunur. Ağır dərəcədə – preparat ilk gün 800mq, gündə 2 dəfə olmaqla, sonra 200-500mq gündə 2 dəfə təyin olunur və tədricən doza aşağı salınır. Çox ağır dərəcədə – preparat gündə 800 mq başlanğıc dozada pankreatik şokun təzahürlərinin davamlı aradan qalxmasına qədər, vəziyyət stabilləşdikdən sonra gündə 2 dəfə 300-500 mq vena daxilinə damcı üsulu ilə ( 0,9 %-li natrium xlorid məhlulunda) təyin olunur, tədricən doza aşağı salınır.

Əlavə təsirləri

Həzm sisteminə: ürəkbulanma, ağız boşluğunun selikli qişasında quruluq və ya ağızda metallik dad, meteorizm, diareya. Sinir sisteminə: yuxululuq, yuxuyagetmədə çətinlik Tənəffüs sisteminə: boğazda qıcıqlanma, döş qəfəsində diskomfort, hava çatmaması hissi (bir qayda olaraq preparatın yüksək sürətlə yeridilməsi ilə əlaqədardır və qısamüddətli xarakter daşıyır). Ürək-damar sisteminə: arterial təzyiqin qısamüddətli qalxması. Digər: allergik reaksiyalar, bədəndə “istiliyin yayılması” hissi, xoşagəlməz qoxu.

Doza həddinin aşılması

Aşağı toksiklik ilə əlaqədar olaraq doza aşımı ehtimalı aşağıdır. Təsadüfi doza aşımı zamanı yuxu pozğunluğu (yuxusuzluq), bəzi hallarda yuxululuq və sedasiya ola bilər. Venadaxili yeridilmə zamanı arterial təzyiqin qalxması mümkündür. Müalicəsi Adətən tələb olunmur – əlamətlər gün ərzində özü keçib gedir. Xüsusi ağır vəziyyətlərdə yuxusuzluq zamanı yuxugətirici və anksiolitik vasitələrdən birinin(nitrazepam 10 mq, oksazepam 10 mq, və ya diazepam 5 mq) daxilə qəbulu tövsiyyə olunur. Arterial təzyiqin həddindən artıq yüksəlməsi zamanı arterial təzyiqə nəzarət etməklə hipotenziv preparatlar təyin edilir.

Buraxılış forması

Əzələ və ya vena daxilinə yeritmək üçün məhlul 50 mq/ml. 2 ml və ya 5 ml üzərində kəsik üçün dairə və ya nöqtə olan 1-ci hidrolitik sinifdən neytral və ya işıqdan müdafiə olunan şüşə ampullarda. 5 ampul polivinilxlorid pərdədən və alüminium folqadan hazırlanmış konturlu -yuvalı qablaşdırmada. Preparat folqasız konturlu -yuvalı qablaşdırmada da ola bilər. 1 və ya 2 konturlu-yuvalı qablaşdırılma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti 3 il. Yararlılıq müddət bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “EkoFarmPlus” SC. Ünvan Moskva vilayəti, Serpuxovskiy rayonu, Obolensk qəsəbəsi, bina 89, ofis 1. İstehlakçıların iradlarını qəbul edən təşkilat “EkoFarmPlus” SC. 142279, Moskva vilayəti, Serpuxovskiy rayonu, Obolensk qəsəbəsi, bina 89, ofis 1. Telefon:/Faks: (495) 580-95-98.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Meksisoft 50 mq 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar