MAGNEXELAT B6 N60 TAB

Dərman formasıTablet
Farmakoloji təsirDigər mineral əlavələr
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,82 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MAQNEXELAT tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Magnesium hydroaspartate, Pyridoxine hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq maqnezium hidroasparaginat, 5 mq piridoksin hidroxlorid (B vitamini) vardır.6 Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium searat, hipromelloza.

Təsviri

Farmakoterapevtik qrupu

Digər mineral əlavələr. ATC kodu: A12CC05.

Farmakoloji xüsusiyyətləri

MAQNEXELAT preparatının təsiedici maddəsi maqnezium hidroasparaginat və B vitaminidir6 (piridoksin). Maqnezium hüceyrədə ion mübadiləsini tənzimləyir, kalsiumun qan damarları şəbəkəsində çökməsinin qarşısını alır, sinir-əzələ oyanıqlığını zəiflədir, sedativ təsir göstərir, sümük sisteminin inkişafına və minerallaşmasına təsir göstərir. Maqnezium çatışmazlığı həddən artıq fiziki və psixi yorğunluq, əsəbiliyin artması, stressə qarşı rezistentliyin zəifləməsi, əzələ gərginliyi, ürək ritminin pozulması və arterial hipertenziya ilə təzahür olunur. Böyüklər üçün maqneziuma olan tələbat təxminən 5 mq/kq/gün təşkil edir. Güclü çatışmazlıq zamanı, həmçinin güclü fiziki gərginlik, uşaqların intensiv boyatması dövrlərində, hamilə və döşlə uşaq əmizdirən qadınlarda maqneziuma olan tələbat 7-10 mq/kq/gün-ə qədər artır. B vitamini aminturşu mübadiləsi üçün vacibdir, karbohidrat və lipidlərin metabolizmində,6 həmçinin hemoqlobinin sintezində iştirak edir, mədə-bağırsaq traktında maqneziumun sorulmasını yaxşılaşdırır. Piridoksin çatışmazlığı göz, burun və dodaq nahiyəsində seboreyalı dermatitə, hipoxrom anemiyaya və qıcolmaların meydana çıxmasına (xüsusilə də uşaqlarda) gətirib çıxarır. Maqnezium B vitamini ilə birlikdə zülal sintezində və insan orqanizmində onların daşınmasında6 iştirak edir. B vitamini maqneziumun orqanizmdən xaric olmasını zəiflədir, plazmada və6 eritrositlərdə onun səviyyəsini artırır ki, bu da preparatın təsiredici maddələrinin daha effektli terapevtik təsirini almağa imkan verir. Maqnezium və B vitaminindən həmçinin oksalat-6 kalsium, böyrəkdaşı xəstəliyinin profilaktikasında da istifadə edilir.

İstifadəsinə göstərişlər

MAQNEXELAT preparatından əsasən maqnezium və B vitamininin çatışmazlığının6 profilaktikası və müalicəsi üçün istifadə edilir.

Əks göstərişlər

MAQNEXELAT preparatından hipermaqniemiya, B hipervitaminozu, kəskin böyrək6 çatışmazlığı, güclü arterial hipotenziya, atrioventrikulyar blokada, miastenia qravis və preparatın inqrediyentlərinə (xüsusilə də piridoksinə və/və ya B vitamininə) qarşı yüksək həssaslıq.6

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tövsiyə olunandan yüksək dozalarda qəbul edilən MAQNEXELAT işlədici təsir göstərə bilər. Preparatı levodopa ilə eyni vaxtda aparılan müalicə vaxtı gündə 1 tabletdən artıq qəbul etmək olmaz. Digər dərmanlarla qarşılıqlı təsiri MAQNEXELAT preparatının flüorxinolonlar və tetrasiklinlər qrupundan olan antibiotiklərlə, həmçinin peroral antikoaqulyantlarla – ilk növbədə varfarin törəmələri ilə, həmçinin tərkibində fosfatlar, dəmir birləşmələri və ya kalsium olan preparatlarla eyni vaxtda qəbul edilməsi mədə- bağırsaq traktından sorulmanın qarşılıqlı şəkildə zəifləməsinə gətirib çıxarır. Preparat levodopanın təsirini zəiflədir. Sikloserin, hidralazin, izoniazid, penisilamin və peroral kontraseptivlərin qəbulu B vitamininə olan tələbatın yüksəlməsinə gətirib çıxarır.6

Hamiləlik və laktasiya dövründə istifadəsi

Yalnız həkim göstərişi ilə qəbul etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri MAQNEXELAT tövsiyə edilən dozalarda psixomotor aktivliyə təsir göstərmir və nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini məhdudlaşdırmır.

İstifadə qaydası və dozası

Preparatı daxilə, qida qəbulundan sonra, az miqdarda su ilə qəbul etmək lazımdır. Maqnezium və B vitamininin çatışmazlığı zamanı: böyüklərə gündə 3 dəfə hər dəfə 1-2 tablet6 təyin edilir. Profilaktik məqsədlə: böyüklərə və 15 yaşdan böyük uşaqlara adətən gündə bir dəfə 1-2 tablet təyin edilir.

Əlavə təsirləri

Dərman maddəsini düzğün dozalandırdıqda əlavə reaksiyalar baş vermir. Yüksək dərəcədə həssas olan şəxslərdə, qida qəbulundan əvvəl qəbul edilən MAQNEXELAT preparatı ürəkbulanma, diareya və ya dərinin hiperemiyasına səbəb ola bilər.

Doza həddinin aşılması

Dərman maddəsinin doza həddinin tövsiyə edilən dozalara münasibətdə həddən artıq aşılması diareyaya və orqanizmin dehidratasiyasına səbəb ola bilər.

Buraxılış forması

10 tablet, blisterdə 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15ºC-25ºC temperaturda, orijinal qablaşdırmada, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biofarm Sp.z o.o., Polşa. Valjibski küç., 13 60-198 Poznan, Polşa.

Qeydiyyat vəsiqəsinin sahibi

Biofarm Sp.z o.o., Polşa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“MAGNEXELAT B6 N60 TAB” üçün ilk rəyi siz yazın.