Lysobact N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAntiseptik vasitə
İstehsal ölkəsiBosniya və Herseqovina

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LİZOBAKT sorma tabletlər LYSOBACT Beynəlxalq patentləşdirilməmiş adı: Lysozyme hydrochloride+Pyridoxine hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq lisozim hidroxlorid, 10 mq piridoksin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, traqakant kitrəsi, maqnezium stearat, saxarin natrium, vanilin.

Təsviri

Ağ və ya sarımtıl rəngli, kənarları hamar, bir tərəfində qırılma işarəsi olan 8 mm diametrli dairəvi sıxılmış sorma tabletlərdir, tünd nöqtələrin olması istisna edilmir.

Farmakoterapevtik qrupu

Antiseptik vasitə. ATC kodu: R02AA20.

Farmakoloji xüsusiyyətləri

LİZOBAKT tabletləri tərkibində lizosim hidroxlorid və piridoksin hidroxlorid adlı iki aktiv komponentdən ibarət kombinəolunmuş oral antiseptikdir. Lizosim hidroxlorid zülal mənşəli ferment olub, bir sıra qrammüsbət və qrammənfi bakteriyalara, eləcə də göbələk və viruslara qarşı təsir göstərir. Lizosim hidroxlorid yerli qeyri-spesifik immunitetin tənzimlənməsində mühüm rol oynayır. İnsan orqanizminin təbii qoruyucu amilidir. Piridoksin hidroxlorid antiaftoz effekt göstərərək, ağız boşluğunun selikli qişasına qoruyucu təsir göstərir. Farmakokinetik xüsusiyyətləri Lizobaktın sorulması ağızdan başlayır. Orqanizmdə yaxşı paylanır, xüsusilə selikli qişalarda cəmləşir və metabolitlər şəklində xaric olur. Piridoksin plasentar maneəni keçir və ana südü ilə xaric olur. 4-piridoksik turşu şəklində sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Preparat ağız boşluğu, damaq və qırtlağın selikli qişasının infeksion-iltihabi xəstəliklərinin müalicəsi zamanı istifadə olunur: gingivit, stomatit, yuxarı tənəffüs yollarının çoxsahəli və ya qeyri-spesifik hissələrinin kəskin infeksion xəstəlikləri (kəskin larinqofaringit, yuxarı tənəffüs yollarının digər çoxsahəli kəskin infeksion xəstəlikləri, yuxarı tənəffüs yollarının qeyri-spesifik kəskin xəstəlikləri), aftoz xoralar, herpetik zədələnmələr (kompleks müalicənin tərkibində), ağız boşluğunun selikli qişasının müxtəlif mənşəli eroziyası.

Əks göstərişlər

− Dərman vasitəsinin hər hansı komponentinə qarşı yüksək həssaslıq (yumurta ağına qarşı olan allergiya daxil olmaqla); − 3 yaşadək uşaqlar; − Laktozaya qarşı irsi dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Allergik reaksiya müşahidə olunarsa, dərmanın qəbulu dayandırılmalı və həkimə müraciət olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

− Antibiotiklərin (o cümlədən, penisillin, xloramfenikol) və nitrofurantoinin eyni vaxtda Lizosim hidroxlorid ilə istifadə ediləndə təsirləri artır. − Estrogen, estrogen tərkibli kontraseptiv vasitələr, izoniazid, pirozinamid, penisillamin, immunsupressorlar piridoksin hidroxloridə olan tələbatı artırır. − Piridoksin hidroxlorid Parkinson xəstəliyinin müalicəsində levodopanın effektivliyini azalda bilər (karbidopa/levodopa kombinasiyasının effektivliyini azaltmır). − Piridoksin hidroxlorid diuretiklərin effektivliyini artırır. − Piridoksin hidroxlorid izoniazidin toksiki təsirini azaldır, o cümlədən, izoniazid və digər vərəm əleyhinə olan preparatlarının qəbulu zamanı müşahidə olunan qaraciyərin zədələnməsi. − Penisillamin, pirazinamid, immunodepressantlar piridoksin hidroxloridin təsirini azaldırlar. Hamiləlik və laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlar lizosim və piridoksinin teratogen təsirini göstərməmişdir. Piridoksin xlorid plasentar maneəni keçir və ana südü ilə xaric olur. Hamilə qadınlar üzərində aparılan müvafiq və yaxşı nəzarət edilən tədqiqatlar hamiləlikdə lizosim xlorid və piridoksin xloridin zərərli təsirlərini göstərmir. Hamiləlik və laktasiya dövründə təyin edilə bilər . Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsinin qəbulu avtomobil və texnikanı idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Yerli istifadə üçün yararlıdır. Tabletlər ağızda tədricən sorulur. Həll olmuş substansiyanı tam sorulması üçün mümkün qədər uzun müddət ağızda saxlamaq lazımdır. Müalicə müddəti 8 gündür. 3-7 yaş arası uşaqlar gündə 3 dəfə 1 tablet, 7-12 yaş arası uşaqlar gündə 4 dəfə 1 tablet, 12 yaşdan yuxarı uşaqlar və böyüklər gündə 3-4 dəfə 2 tablet.

Əlavə təsirləri

Dərman vasitəsi adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Nadir hallarda allergik reaksiyalar baş verə bilər.

Doza həddinin aşılması

Dərman vasitəsi ilə kəskin doza həddinin aşılması halları qeyd olunmayıb. Piridoksin hidroxlorid uzun müddət (bir neçə ay və ya il) yüksək dozalarda (>200 mq/sutka) istifadə olunduqda, periferik nevropatiya baş verə bilər (keyimə, iynəbatma, yuxarı və aşağı ətraflarda hissiyatın itməsi). Dərmanın qəbulu dayandırıldıqda bu əlamətlər aradan qalxır. Müalicə: dərmanın qəbulu dayandırılmalı, daxilə bol maye qəbul olunmalıdır (məcburi diurez).

Buraxılış forması

10 tablet PVX/alüminium blisterdə. 3 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılmışdır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Bosnalijek Əczaçılıq və kimyə Sənayesi ASC. Jukiceva 53, Sarayevo, Bosniya və Herseqovina.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Lysobact N30 tablet” üçün ilk rəyi siz yazın.