Lozap 50 mq N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAngiotenzin II reseptorlarının antaqonisti
İstehsal ölkəsiSlovakiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,84 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LOZAP örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Lozartan

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq kalium lozartan vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, mannitol, krospovidon, kolloid susuz silisium dioksid, talk, maqnezium stearat; örtük: sepifilm 752 (ağ) (hipromelloza, mikrokristallik sellüloza, makroqol 2000 stearat, titanum dioksid), makroqol 6000.

Təsviri

50 mq-lıq tabletlər: hər iki tərəfində bölmə xətti olan ikitərəfli qabarıq, uzunsov ağ və ya ağımtıl örtüklü tabletlərdir. Farmakoterapevtik qrup Angiotenzin II reseptorlarının antaqonisti. ATC kodu: C09CA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Angiotenzin II güclü vazokonstriktor olub, renin-angiotenzin-aldosteron sisteminin (RAAS) əsas aktiv hormonu və arterial hipertenziyanın (AH) inkişafının əsas patofizioloji hissəsidir. Angiotenzin II seçici olaraq əksər toxumalarda (damarların saya əzələ toxumalarında, böyrəküstü vəzilərdə, böyrəklərdə və ürəkdə) yerləşən AT1-reseptorları ilə birləşərək bir neçə mühüm bioloji funksiyaları (vazokonstriksiya və aldosteronun ixracı daxil olmaqla) yerinə yetirir. Həmçinin, angiotenzin II saya əzələləri hüceyrələrinin inkişafını stimulə edir. Lozartan – angiotenzin II reseptorlarının (AT1 tipli) yüksək effektivliyə malik antaqonistidir. Lozartan və onun farmakoloji aktiv karboksilləşdirilmiş metaboliti (E-3174) sintezin mənbəyi və yolundan asılı olmayaraq in vitro və in vivo angiotenzin II-nin bütün fizioloji effektlərini bloklayır. Lozartan selektiv olaraq AT1-reseptorlarını bloklayır, lakin ürək-damar sisteminin funksiyasının tənzimlənməsində mühüm rol oynayan digər hormonların və ion kanallarının reseptorları ilə birləşmir və onları bloklamır. Bundan başqa, Lozartan bradikininin deqradasiyasına səbəb olan angiotenzin-çevirici fermenti (ACF, kininaza II) inhibə etmir. Beləliklə, birbaşa AT1-reseptorlarının blokadası ilə əlaqəli olmayan effektlər, məsələn, bradikininin təsiri ilə bağlı effektlərin güclənməsi, və ya ödemlərin güclənməsi lozartanın təsiri ilə əlaqəli deyil. Lozartan angiotenzin II yeridilməsi zamanı müşahidə edilən sistolik və diastolik arterial təzyiqin (AT) yüksəlməsinin qarşısını alır. Lozartanın 100 mq dozada qəbulundan sonra onun qan plazmasında maksimal konsentrasiyası zamanı qeyd olunan effektin təxminən 85% qarşısı alınır, birdəfəli və təkrar qəbulundan 24 saatdan sonra isə 26-39%. Lozartanın qəbulu dövründə mənfi geri əlaqənin (reninin sekresiyasının angiotenzin II tərəfindən blokadası) aradan qaldırılması qan plazmasında reninin aktivliyinin (PRA) yüksəlməsi ilə nəticələnir. QPR səviyyəsinin yüksəlməsi qan plazmasında angiotenzin II səviyyəsinin yüksəlməsinə səbəb olur. AH ilə pasiyentlərin 100 mq/gün dozada lozartan ilə uzunmüddətli (6 həftə) müalicəsi zamanı angiotenzin II qan plazmasında konsentrasiyasının 2-3 qat yüksəlməsi qeyd olunurdu. Bəzi pasiyentlərdə Cmax əldə olunduğu anda konsentrasiyanın daha da yüksəlməsi qeyd olunurdu, xüsusilə də qısamüddətli (2 həftə) müalicə zamanı. Lakin antihipertenziv aktivliyi və aldosteronun qan plazmasında konsentrasiyanın azalması müalicənin 2 və 6 həftəsindən sonra qeyd olunurdu ki, bu da angiotenzin II reseptorlarının effektiv blokadasının göstəricisidir. Lozartanın qəbulunun dayandırılmasından 3 gün sonra PRA və angiotenzin II konsentrasiyası preparatın qəbulundan əvvəl qeyd olunan başlanğıc səviyyəyə qədər azalırdı. Lozartan angiotenzin II-nin AT1-reseptorlarının spesifik antaqonisti olduğu üçün o, bradikininin inaktivasiyasına səbəb olan AÇF fermenti (kininaza II) inhibə etmir. 20 və 100 mq lozartanın və AÇF inhibitorunun angiotenizin I, angiotenzin II və bradikininə dair effektləri müqayisə olunduğu tədqiqatda göstərilmişdir ki, lozartan angiotenzin I və angiotenzin II effektlərini blokə edir, lakin bradikininin effektlərinə təsir göstərmir ki, bu da lozartanın spesifik təsir mexanizmi ilə bağlıdır. AÇF inhibitoru isə, əksinə, angiotenzin I-ə olan cavab reaksiyanı blokə edərək və bradikininə olan reaksiyanı gücləndirərək angiotenzin II-ə olan reaksiyaya təsir göstərməmişdir ki, bu da lozartan və AÇF inhibitoru arasında olan farmakodinamik fərqi nümayiş etdirir. Lozartanın və onun aktiv metabolitinin qan plazmasında konsentrasiyaları və, həmçinin, lozartanın antihipertenziv effekti preparatın dozasının artırılması ilə yüksəlir. Lozartan və onun aktiv metaboliti angiotenzin II reseptorlarının antaqonisti olduğu üçün onların hər ikisi antihipertenziv effektin inkişafında mühüm rol oynayır. Farmakokinetikası Sorulması Daxilə qəbulu zamanı lozartan yaxşı sorulur və qaraciyərdən ilk keçidi zamanı aktiv karboksilləşdirilmiş və qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizmə uğrayır. Lozartanın tablet formasının sistemli biomənimsənilməsi təxminən 33% təşkil edir. Lozartanın və onun aktiv metabolitinin orta Cmax göstəriciləri müvafiq olaraq 1 və 3-4 saatdan sonra əldə edilir. Lozartanın qida qəbulu zamanı istifadəsi preparatın qan plazmasında konsentrasiyasına klinik əhəmiyyətli təsir göstərməmişdir. Paylanması Lozartan və onun aktiv metaboliti qan plazması zülalları (xüsusilə də albumin) ilə 99%-dən çox olaraq birləşir. Lozartanın paylanma həcmi 34 l təşkil edir. Siçovullar üzərində aparılan göstərmişdir ki, lozartan, demək olar ki, hematoensefalik baryerdən keçmir. Metabolizmi Venadaxili yeridilmə və ya daxilə qəbulu zamanı lozartan dozasının təxminən 14%-i aktiv metabolitə çevrilir. C14 ilə nişanlanmış lozartanın daxilə qəbulu və venadaxili yeriidlməsindən sonra dövr edən qan plazmasının radioaktivliyi ilk növbədə onun tərkibində olan lozartanın və onun aktiv metabolitinin konsentrasiyasından asılıdır. Lozartanın onun aktiv metabolitinə çevirilməsinin aşağı aktivliyi tədqiqatda iştirak edən pasiyentlərin təxminən 1%-də müşahidə edilirdi. Aktiv metabolit ilə yanaşı bioloji qeyri-aktiv metabolitlər, həmçinin, yan butil zəncirinin hidroksilləşməsi nəticəsində əmələ gəlir 2 əsas metabolit, və bir ikinci dərəcəli – N-2-tetrazol-qlükuronid. Xaric olması Lozartanın və onun aktiv metabolitinin plazma klirensi müvafiq olaraq təxminən 600 ml/dəq və 50 ml/dəq təşkil edir. Lozartanın və onun aktiv metabolitinin böyrək klirensi müvafiq olaraq 74 ml/dəq və 26 ml/dəq təşkil edir. Lozartanın daxilə qəbulu zamanı dozanın təxminən 4%-i dəyişilməz halda və təxminən 6%-i aktiv metabolit şəkilində böyrəklər vasitəsi ilə xaric edilir. 200 mq dozada daxilə qəbulundan sonra lozartan və onun aktiv metaboliti xətti farmakokinetikaya malikdir. Daxilə qəbulundan sonra lozartanın və onun aktiv metabolitinin plazma konsentrasiyaları polieksponensial olaraq son yarımxaricolma dövrü (T1/2) ilə müvafiq olaraq təxminən 2 və 6-9 saat azalır. Preparatın 100 mq dozada birdəfəli qəbulu zamanı lozartan və onun aktiv metaboliti orqanizmdə toplanmır. Lozartanın və onun metabolitləri böyrəklər vasitəsilə və bağırsaqdan öd vasitəsi ilə xaric edilir. C14 ilə nişanlanmış lozartanın daxilə qəbulundan sonra kişilərdə radioaktivliyin təxminən 35%-i sidikdə və 58%-i nəcisdə aşkarlanmışdır. C14 ilə nişanlanmış lozartanın venadaxili yeridilməsindən sonra kişilərdə radioaktivliyin təxminən 43%-i sidikdə və 50%-i nəcisdə aşkarlanmışdır. Xüsusi qrup pasiyentlərdə farmakokinetika Ahıl yaşlı pasiyentlər AH ilə ahıl yaşlı kişi pasiyentlərdə lozartanın və onun aktiv metabolitinin qan plazmasında konsentrasiyası AH ilə cavan yaşlı kişi pasiyentlərdə həmin göstəricilər ilə müqayisəli olmuşdur. Cins AH ilə qadınlarda AH ilə kişilər ilə müqayisədə lozartanın qan plazmasında konsentrasiyası 2 dəfə daha yüksək olmuşdur. Aktiv metabolitin konsentrasiyası kişilərdə və qadınlarda eyni olmuşdur. Qeyd olunan aşkar farmakokinetik fərq klinik əhəmiyyət kəsb etmir. Qaraciyər funksiyasının pozulması Qaraciyərin yüngül və orta ağırlıq dərəcəli alkoqol sirrozu olan pasiyentlərdə lozartanın daxilə qəbulu zamanı lozartanın və onun aktiv metabolitinin qan plazmasında konsentrasiyası sağlam kişi könüllülər ilə müqayisədə müvafiq olaraq 5 və 1.7 dəfə daha yüksəkdir. Böyrək funksiyasının pozulması Kreatininin klirensi (KK) 10 ml/dəq-dən yüksək olan pasiyentlərdə böyrəklərin normal funksiyası olan pasiyentlər ilə lozartanın qan plazmasında konsentrasiyası eyni olmuşdur. Lozartanın “konsentrasiya-vaxt” əyrisi (AUC) altında olan sahənin qaraciyərin normal funksiyası olan pasiyentlərdə hemodializdə olan pasiyentlərlə müqayisəsi zamanı hemodializdə olan pasiyentlərdə lozartanın AUC göstəricisi təxminən 2 dəfə daha yüksək olmuşdur. Lozartan və onun aktiv metaboliti hemodializ vasitəsi ilə xaric olunmur.

İstifadəsinə göstərişlər

– Arterial hipertenziya – Arterial hipertenziyası və sol mədəciyin hipertrofiyası olan pasiyentlərdə ürək-damar pozulmaları ilə bağlı xəstəliklərin və ölüm hallarının inkişafı riskinin azalması – Arterial hipertenziyası və 2-ci tip şəkərli diabeti və yanaşı proteinuriya >0,5 mq/gün olan pasiyentlərdə böyrəklərin xroniki xəstəliyi, kompleks müalicənin tərkibində antihipertenziv vasitə qismində – AÇF inhibitorları ilə müalicənin qeyri-effektiv olduğu və ya AÇF inhibitorlarına qarşı dözümsüzlük qeyd olunduğu halda xroniki ürək çatışmazlığı. AÇF inhibitorları ilə müalicəni qəbul edən xroniki ürək çatışmazlığı və stabil göstəriciləri olan pasiyentlərin lozartan preparatı ilə müalicəyə keçirilməsi tövsiyə edilmir.

Əks göstərişlər

– Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq – Şəkərli diabeti və/və ya böyrək funksiyasının orta və ya ağır dərəcəli pozulması (yumaqcıq filtrasiyasının sürəti (YFS) 60 ml/dəq/1,73m2 bədən səthinin) olan aliskiren tərkibli preparatlar ilə yanaşı istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Xüsusi göstərişlər” bölmələrinə bax); – Diabetik nefropatiyası olan pasiyentlərdə AÇF inhibitorları ilə yanaşı istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Xüsusi göstərişlər” bölmələrinə bax); – Qaraciyər funksiyasının ağır dərəcəli pozulmaları (Çayl-Pyu şkalası ilə 9 baldan yuxarı) (istifadə təcrübəsi yoxdur); – Hamiləlik və laktasiya dövrü; – 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən ediməmişdir).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

– Hiperhəssaslıq – Anamnezdə angionevrotik ödem (sifətin, dodaqların, udlağın/qırtlağın və/və ya dilin ödemi) olan pasiyentlərdə preparatın istifadəsinin ciddi nəzarəti aparılmalıdır. – Arterial hipotenziya və dövr edən qan həcminin (DQH) azalması – Diuretiklərin intensiv qəbulu, qida ilə xörək duzunun istifadəsinin məhdudluğu, ishal və ya qusma nəticəsinə yaranan hipovolemiya və/və ya qan plazmasında natriumun aşağı konsnetrasiyası olan pasiyentlərdə simptomatik arterial hipotenziyanın inkişafı mümkündür (xüsusilə də birinci dozanın qəbulundan sonra). Həmin vəziyyətlər Lozap preparatının istifadəsindən əvvəl tənzimlənməli və ya preparatın daha aşağı dozaları qəbul edilməlidir. – Su-elektrolit balansının pozulmaları – Su-elektrolit balansının pozulmaları şəkərli diabetlə müşayiət olunan və ya olunmayan böyrək funksiyasının pozulması olan pasiyentlər üçün səciyyəvidir, bu səbəbdən həmin qrup pasiyentlər ciddi nəzarət altında olmalıdır. 2-ci itp şəkərli diabet ilə yanaşı nefropatiyası olan pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatda lozartan qəbul edən qrupda hiperkaliemiyanın rast gəlinmə tezliyi plasebo qəbul edən qrup ilə müqayisədə daha yüksək olmuşdur. Bu səbəbdən qan plazmasında kalium səviyyəsinin və kreatininin klirensinin göstəricilərinin ciddi nəzarəti aparılmalıdır, xüsusilə də ürək çatışmazlığı və KK 30-50 ml/dəq olan pasiyentlərdə. – Kaliumqoruyucu diuretiklərin, kalium preparatlarının və kalium tərkibli duz əvəzedicilərinin Lozap preparatı ilə yanaşı istifadəsi tövsiyə edilmir. – Qaraciyər funksiyasının pozulması – Farmakokinetik tədqiqatların məlumatları göstərir ki, qaraciyər sirrozu olan pasiyentlərin qan plazmasında lozartanın konsentrasiyası əhəmiyyətli dərəcədə yüksəlmişdir, bu səbəbdən anamnezdə qaraciyər funksiyasının pozulması olan pasiyentlərə preparatın daha aşağı dozalarda təyini tövsiyə edilir. Qaraciyər funksiyasının ağır dərəcəli pozulmaları (Çayld-Pyu şkalası üzrə 9 baldan yuxarı) olan pasiyentlərdə lozartanın istifadəsinin təcrübəsi olmadığı üçün həmin qrup pasiyentlərdə preparatın istifadəsi əks göstərilmişdir. – Böyrək funksiyasının pozulması – RAAS-nin blokadası nəticəsində böyrək çatışmazlığının inkişafı daxil olmaqla böyrək funksiyasının pozulması (xüsusilə də böyrək funksiyası RAAS-dən asılı olan pasiyentlərdə, məsələn, ağır ürək çatışmazlığı və böyrək funksiyasının mövcud olan pozulmaları zamanı) haqqında məlumat verilmişdir. RAAS-nə təsir göstərən digər preparatların istifadəsi zamanı olduğu kimi böyrək arteriayalarının ikitərəfli stenozu və ya tək böyrəyin böyrək arteriyasının stenozu olan pasiyentlərdə qanda sidik cövhəri və kreatininin konsentrasiyasının yüksəlməsi halları qeydə alınmışdır. Böyrək funksiyasının qeyd olunan pozulmaları geri dönən olub müalicənin dayandırılmasından sonra azala bilər. Böyrək arteriayalarının ikitərəfli stenozu və ya tək böyrəyin böyrək arteriyasının stenozu olan pasiyentlərdə lozartan ehtiyatla istifadə edilməlidir. – Böyrək transplantasiyası – Yaxın zamanlarda böyrək transplantasiyasını keçirmiş pasiyentlərdə lozartanın istifadəsinin təcrübəsi mövcud deyil. – Renin-angiotenzin-aldosteron sisteminin ikili blokadası – AÇF, ARA II və ya aliskirenin yanaşı istifadəsi arterial hipotenziyanın, hiperkaliemiyanın və böyrək funksiyasının pozulmasının (kəskin böyrək çatışmazlığı daxil olmaqla) inkişafı riskini yüksəldir, bu səbəbdən lozartanın AÇF inhibitorları və ya aliskiren ilə yanaşı istifadəsi zamanı RAAS-nin ikili blokadası tövsiyə edilmir. RAAS-nin ikili blokadasının zəruri olduğu halda müalicə mütəxəssisin nəzarəti altında apaırlmalı və böyrək funksiyasının, su-elektrolit balansının və AT göstəricilərinin tez-tez və ciddi nəzarəti aparılmalıdır. – Şəkərli diabeti və/və ya orta və ya ağır dərəcəli (YFS < 60 ml/dəq/1,73 m2 bədən səthinə) böyrək çatışmazlığı olan pasiyentlərdə lozartanın tərkibində aliskiren olan preparatlarla yanaşı istifadəsi əks göstərilmişdir və digər pasiyentlərdə tövsiyə edilmir (bax: “Əks göstərişlər” bölməsi). – Diabetik nefropatiyası olan pasiyentlərdə lozartanın AÇF inhibitorları yanaşı istifadəsi əks göstərilmişdir, digər pasiyentlərdə isə tövsiyə edilmir (bax: “Əks göstərişlər” bölməsi). – Lozap preparatının qan zərdabında kaliumun yüksəlməsinə səbəb ola bilən preparatlar ilə yanaşı istifadəsi hiperkaliemiyanın inkişafına səbəb ola bilər. – Ürəyin işemik xəstəliyi (ÜİX) və serebrovaskulyar xəstəliklər – Digər hipotenziv preparatların istifadəsi zamanı olduğu kimi ÜİX və serebrovaskulyar xəstəliyi olan pasiyentlərdə AT-in kəskin şəkildə enməsi miokard infarktının və işemik insultun inkişafına səbəb ola bilər. – Ürək çatışmazlığı – RAAS-nə təsir göstərən digər dərman preparatlatının istifadəsi zamanı olduğu kimi böyrək funksiyasının pozulması ilə müşayiət olunan və ya olunmayan ürək çatışmazlığı olan pasiyentlərdə ağır arterial hipotenziyanın və kəskin böyrək çatışmazlığının inkişafı riski mövcuddur. – Lozartanın ağır böyrək çatışmazlığı ilə müşayiət olunan ürək çatışmazlığı olan pasiyentlərin, ağır xroniki ürək çatışmazlığı (NYHA təsnifatı üzrə IV sinif) olan pasiyentlərin və, həmçinin, həyat üçün təhlükəli aritmiyalar ilə müşayiət olunan ürək çatışmazlığı olan pasiyentlərin müalicəsində istifadəsinin təcrübəsi məhduddur, bu səbəbdən həmin qrup pasiyentlərdə lozartan ehtiyatla istifadə olunmalıdır. – Xroniki ürək çatışmazlığı (XÜÇ) zamanı AÇF inhibitorları ilə istifadəsinin xüsusiyətləri – Lozap preparatının AÇF inhibitorları ilə istifadəsi zamanı əlavə təsirlərin inkişafı riski yüksələ bilər, xüsusilə də böyrək funksiyasının pozulması və hiperkaliemiya (“Əlavə təsirlər” bölməsinə bax). Qeyd olunan hallarda ciddi müşahidə və laborator göstəricilərin nəzarəti tələb olunur. – Aortal və mitral qapaqların stenozu, hipertrofik obstruktiv kardiomiopatiya – Hipertrofik obstruktiv kardiomiopatiya və ya hemodinamik əhəmiyyətli aortal və ya mitral qapağın stenozu olan pasiyentlərdə digər vazodilatatorların istifadəsi zamanı olduğu kimi, lozartan preparatının istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət edilməlidir. – Birincili hiperaldosteronizm – Birincili hiperaldosteronizm ilə pasiyentlərin RAAS blokadası yolu ilə təsir göstərən hipotenziv dərman vasitələri ilə müalicəsi, adətən, qeyri-effektivdir. Bu səbəbdən, lozartan preparatının istifadəsi tövsiyə edilmir. – 75 yaşdan yuxarı pasiyentlər – 75 yaşdan yuxarı pasiyentlərə Lozap preparatı ilə müalicə 25 mq/gün dozası ilə başlanması tövsiyə edilir. – Digər xüsusi göstərişlər və ehtiyat tədbirləri – AÇF inhibitorlarının, lozartanın və AT1-reseptorlarının digər antaqonistlərinin istifadəsinin təcrübəsi göstərdiyi kimi həmin preparatların hipotenziv effekti neqroid irqinə aid pasiyentlərdə digər irqlərə aid pasiyentlərlə müqayisədə daha zəifdir ki, bu da neqroid irqinə aid pasiyentlərdə reninin aşağı aktivliyi ilə bağlı ola bilər. Ehtiyatla Arterial hipertensiyası; yanaşı ağır dərəcəli böyrək çatışmazlığı ilə ürək çatışmazlığı; NYHA təsnifatı üzrə IV funksional sinfə aid ağır dərəcəli xroniki ürək çatışmazlığı; həyat üçün təhlükəli olan aritmiyalar ilə müşayiət olunan ürək çatışmazlığı; ürəyin işemik xəstəliyi; serebrovaskulyar xəstəlikləri; hiperkaliyemiya; 75 yaşdan yuxarı; dövr edən qan həcminin aşağı göstəriciləri; su-elektrolit balansının pozulması; böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrəyin arteriyasının stenozu; böyrək transplantasiyasından sonrakı vəziyyət ilə böyrək və ya qaraciyər çatışmazlığı (istifadə təcrübəsi yoxdur); aortal və mitral stenozu; anamnezdə angionevrotik ödem; birincili hiperaldosteronizm; hipertrofik obstruktiv kardiomiopatiya olan və neqroid irqinə məxsus olan pasiyentlərdə preparat ehtiyat ilə istifadə olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər hipotenziv dərman vasitələri ilə yanaşı istifadəsi zamanı lozartanın təsiri güclənə bilər. Əlavə təsir olaraq arterial hipertenziyanın inkişafına səbəb ola bilən digər preparatlar (məsələn, trisiklik antidepressantlar, antipsixotik preparatlar, baklofen və amifostin) ilə yanaşı istifadəsi arterial hipotenziyanın inkişafı riskini yüksəldə bilər. Lozartan P450 sitoxrom sisteminin CYP2C9 izofermentinin təsiri altında aktiv metabolitin – karboksil turşusunun – əmələ gəlməsi ilə metabolizmə uğrayır. Klinik tədqiqatda göstərilmişdir ki, flukonazol (CYP2C9 izofermentinin inhibitoru) aktiv metabolitin əmələ gəlməsini təxminən 50% azaldır. Müəyyən edilmişdir ki, lozartanın rifampisin (fermentlərin metabolizminin induktoru) ilə yanaşı istifadəsi aktiv metabolitin qan plazmasında konsentrasiyasının 40% azalmasına səbəb olur. Həmin effektin klinik effekti qeyri-müəyyən olaraq qalır. Preparatın fluvastatin (CYP2C9 izofermentinin zəif inhibitoru) ilə yanaşı istifadəsi zamanı metabolitin konsentrasiyası dəyişilməz olaraq qalır. RAAS-nə təsir göstərən digər dərman vasitələrinin istifadə təcrübəsi göstərir ki, kaliumqoruyucu diuretiklərin, kalium preparatlarının, tərkibində kalium olan duzların əvəzedicilərinin, qan plazmasında kaliumun səviyyəsini yüksəldə bilən digər preparatların (məsələn, trimetoprinin və heparin) yanaşı istifadəsi hiperkaliemiyanın inkişafına səbəb ola bilər. Bu səbəbdən həmin dərman vasitələrinin yanaşı istifadəsi tövsiyə edilmir. Litium preparatlarının AÇF inhibitorları ilə yanaşı istifadəsi zamanı litiumun qan plazmasında konsentrasiyasının geri dönən yüksəlməsi və onun toksiki təsiri haqqında məlumat verilmişdir. Çox nadir hallarda həmin məlumatlar litium preparatlarının ARA II preparatları ilə yanaşı istifadəsi zamanı qeydə alınmışdır, bu səbəbdən litium preparatları ilə yanaşı istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət edilməlidir. Qeyd olunan kombinasiyanın istifadəsinin zəruriliyi sübut edildiyi halda müalicə zamanı pasiyentlərdə qan plazmasında litiumun konsentrasiyasının müntəzəm monitorinqinin aparılması tövsiyə edilir. Preparatın antihipertenziv effekti qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), həmçinin, siklooksigenaza-2-nin (SOQ-2) selektiv inhibitorları ilə yanaşı istifadəsi zamanı zəifləyə bilər. QSİƏP, məsələn, iltihab əleyhinə müalicə üçün istifadə edilən dozalarda asetilsalisil turşusu, SOQ-2 inhibitorları və qeyri-selektiv QSİƏP ARA II preparatlarının antihipertenziv effektini zəiflədə bilər. Böyrək funksiyasının pozulması olan bəzi pasiyentlərdə (məsələn, susuzlaşma ilə pasiyentlərdə, böyrək funksiyasının pozulması olan ahıl yaşlı pasiyentlərdə) ARA II preparatlarının və ya diuretiklərin QSİƏP ilə yanaşı istifadəsi böyrək funksiyasının daha da pisləşməsinə (adətən geri dönən olan kəskin böyrək çatışmazlığının inkişafı daxil olmaqla) və qanda kaliumun konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən həmin preparatların kombinasiyası ehtiyat ilə istifadə olunmalıdır, xüsusilə də ahıl yaşlı pasiyentlərdə. Mayenin lazımi olan həcminin daxil olunması təmin edilməli və, həmçinin, böyrək funksiyasının göstəriciləri müalicənin əvvəlində və gedişində nəzarət altında saxlanılmalıdır. Sübut edilmişdir ki, AÇF, ARA II inhibitorlarının və ya aliskirenin yanaşı istifadəsi zamanı RAAS-nin ikili blokadası RAAS-nə təsir göstərən bir preparatın istifadəsi ilə müqayisədə arterial hipotenziyanın, hiperkaliemiyanın yaranmasının və böyrək funksiyasının pozulmasının (kəskin böyrək çatışmazlığı daxil olmaqla) riskini yüksəldir. Lozartanın aliskiren və ya tərkibində aliskiren olan preparatlarla yanaşı istifadəsi şəkərli diabeti və/və ya orta və ya ağır dərəcəli böyrək çatışmazlığı (YFS < 60 ml/dəq/1,73 m2bədən səthi) olan pasiyentlərdə əks göstərilmişdir və digər pasiyentlərdə tövsiyə edilmir (bax: “Əks göstərişlər” bölməsi). Lozartanın AÇF inhibitorları ilə yanaşı istifadəsi diabetik nefropatiyası olan pasiyentlərdə əks göstərilmişdir və digər pasiyentlərdə tövsiyə edilmir (bax: “Əks göstərişlər” bölməsi). Lozartan digər hipotenziv vasitələr ilə yanaşı istifadə oluna bilər, beta-adrenoblokatorların və simpatolitiklərin effektini gücləndirir. Lozartanın diuretiklər ilə yanaşı istifadəsi additiv effekt göstərir. Lozartanın hidroxlortiazid, diqoksin, varfarin, simetidin, fenobarbital, ketokonazol, eritromisin ilə yanaşı istifadəsi zamanı farmakokinetik qarşılıqlı təsirlər aşkarlanmamışdır. Lozartan CYP3A4 izofermentinin inhibitorları (ketokonazol, eritromisin) ilə qarşılıqlı təsir göstərmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Lozartanın hamiləlik dövründəistifadəsi əks göstərişdir AÇF fermentinin inhibitorlarının hamiləliyin birinci trimestrində teratogen təsirinin riskinə dair epidemioloji məlumatlar kifayət qədər inandırıcı deyil, lakin döl üçün olan riski tam istisna etmək olmaz. ARA II preparatlarının istifadəsi ilə nəzarət olunan epidemioloji tədqiqatların aparılmadığına baxmayaraq həmin qrup preparatlar üçün analoji risklər səciyyəvi ola bilər. Hamiləliyi planlaşdıran pasiyentlərə müəyyən edilmiş təhlükəsizlik profili olan hipotenziv terapiyanın alternativ növləri təyin edilməlidir, ARA II preparatlarının istifadəsi ilə müalicənin davam etdirilməsi zəruri olduğu hallar istisna olmaqla. Hamiləlik təsdiq olunduqdan sonra ARA II preparatlarının qəbulu dərhal dayandırılmalı və ehtiyac olduğu halda alternativ AH müalicəyə başlanılmalıdır. Məlumdur ki, hamiləliyin I, II və III trimestrlərində ARA II preparatlarının istifadəsi dölün (böyrək funksiyasının pozulması, oliqohidramnion, kəllə sümüklərinin ossifikasiyasının pozulması) və yenidoğulmuşun orqanizminə (böyrək çatışmazlığı, arterial hipotenziya, hiperkaliyemiya) toksiki təsir göstərir. Hər hansı səbəblərə görə pasiyent hamiləliyin II trimestrində və ya hamiləliyin son mərhələlərində ARA II preparatlarını, həmçinin, lozartanı, qəbul etdiyi halda böyrəklərin funksiyasının və kəllə sümüklərinin vəziyyətinin nəzarəti məqsədi ilə dölün ultrasəs müayinəsinin aparılması tövsiyə edilir. Anaları hamiləlik zamanı ARA II preparatlarını qəbul etmiş uşaqlar arterial hipertenziyanın inkişafı riski olduğu üçün pediatrın nəzarəti altında saxlanılmalıdır. Laktasiya dövrü Təhlükəsizliyə dair kifayət qədər məlumat mövcud olmadığı üçün laktasiya dövründə ARA II preparatlarının qəbulu əks göstərilmişdir. Ana südü ilə qidalandırma dövründə müsbət təhlükəsizlik profili olan alternativ hipotenziv preparat istifadə olunmalıdır, xüsusilə də yenidoğulmuşun və ya vaxtından əvvəl doğulmuş uşağın qidalandırılması zamanı.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Lozap preparatının nəqliyyat vasitələrini idarə etmək və ya mexanizmlər ilə işləmək qabiliyyətinə təsiri tədqiq edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, hipotenziv preparatların qəbulu fonunda nəqliyyat vasitələrini idarə etdiyi və ya mexanizmlər ilə işlədiyi zaman baş gicəllənmə və yuxululuq inkişaf edə bilər, xüsusilə də müalicənin əvvəlində və ya preparatın dozasının artırılması zaman.

İstifadə qaydası və dozası

Lozap preparatı qida qəbulundan asılı olmayaraq daxilə 1 stəkan su ilə qəbul olunmalıdır. Lozap preparatı digər hipotenziv preparatlarla yanaşı istifadə oluna bilər. Arterial hipertenziya (AH) Əksər pasiyentlər üçün Lozap preparatının standart başlanğıc və dəstəkləyici dozası 50 mq/gün təşkil edir. Maksimal antihipertenziv effekt müalicənin başlanmasından 3-6 həftə sonra əldə edilir. Bəzi pasiyentlərdə daha güclü effektin əldə edilməsi üçün doza maksimal gündəlik dozaya (100 mq/gün səhər) qədər yüksəldilə bilər. AH və sol mədəciyin hipertrofiyası olan pasiyentlərdə ürək-damar xəstəliklərinin və ölüm hallarının riskinin azaldılması Lozap preparatının standart başlanğıc dozası 50 mq/gün təşkil edir. Sonradan AT azalmasının dərəcəsini nəzərə alaraq hidroxlortiazidin aşağı dozalarda əlavə edilməsi və ya Lozap preparatının dozasının maksimal (100 mq/gün) dozaya qədər artırılması tövsiyə edilir. AH və proteinuriya > 0,5 q/gün ilə müşayiət olunan 2-ci tip şəkərli diabet ilə pasiyentlərdə böyrəklərin xroniki xəstəliyi Lozap preparatının standart başlanğıc dozası 50 mq/gün təşkil edir. 1 aydan sonra AT azalmasının dərəcəsini nəzərə alaraq Lozap preparatının dozası maksimal gündəlik dozaya (100 mq/gün) qədər artırıla bilər. Lozap preparatı digər hipotenziv vasitələr (məsələn, diuretiklər, ləng kalsium kanallarının blokatorları, alfa- və beta-adrenoblokatorlar, mərkəzi təsirli hipotenziv vasitələr), insulin və digər hipoqlikemik vasitələr (məsələn, sulfonil sidik cövhəri törəmələri, qlitazonlar və qlükozidaza inhibitorları) ilə yanaşı istifadə oluna bilər. Xroniki ürək çatışmazlığı (XÜÇ) XÜÇ olan pasiyentlər üçün kalium lozartanın başlanğıc dozası 12,5 mq/gün təşkil edir. Adətən, doza fərdi dözümlülüyün nəzərə alınması ilə 1 həftəlik interval ilə titrlənir (12,5 mq/gün, 25 mq/gün, 50 mq/gün, 100 mq/gün, maksimal dozaya (yalnız bu göstəriş üçün) qədər 150 mq/gün). Xüsusi qrup pasiyentlər Dövr edən qanın aşağı həcmi olan pasiyentlərdə (məsələn, yüksək dozada diuretiklərin qəbulu zamanı) lozartanın başlanğıc dozası 25 mq/gün-ə (50 mq-lıq tabletin yarısı) qədər azaldılmalıdır. Ahıl yaşlı pasiyentlərdə və böyrək funksiyasının pozulması olan pasiyentlərdə, dializdə olan pasiyentlər daxil olmaqla, başlanğıc dozanın müəyyən edilməsinə ehtiyac yoxdur. Anamnezdə qaraciyər xəstəlikləri olan pasiyentlərə Lozap preparatının daha aşağı dozalarının təyin edilməsi tövsiyə olunur.

Əlavə təsirləri

Lozartanın əlavə təsirləri adətən keçici olub preparatın qəbulunun dayandırılmasını tələb etmir. Nəzarətli tədqiqatlarda essensial hipertenziyanın müalicəsi üçün lozartanın istifadəsi zamanı bütün əlavə təsirlər arasında yalnız başgicəllənmənin inkişafı tezliyi plasebo ilə müqayisədə daha yüksək olmuşdur (4,1% vs 2,4%). Hipotenziv vasitələr üçün xas olan dozadan asılı ortostatik təsir lozartanın istifadəsi zamanı 1%-dən az pasiyentlərdə qeyd olunurdu. Arzuolunmaz reaksiyaların rast gəlinmə tezliyi Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına müvafiq olaraq müəyyən edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 və <1/10); bəzən (≥ 1/1000 və <1/100); nadir (≥ 1/10000 və <1/1000); çox nadir (<1/10000); tezliyi məlum olmayan (əldə olan məlumatlara əsasən müəyyən edilməsi qeyri-mümkündür). Cədvəl 1. Plasebo-nəzarətli klinik tədqiqatların və qeydiyyatdan sonrakı nəzarətin nəticələrinə əsasən əlavə təsirlərin yayılma dərəcəsi Əlavə təsir İstifadəsinə göstərişlərə əsasən əlavə təsirlərin yayılma Digər dərəcəsi Hipertoniya Arterial Xroniki ürək Arterial Postmarketinq hipertenziya çatışmazlığı hipertenziya təcrübə və sol və II tip mədəciyin diabetlə hipertrofiyası yanaşı böyrək çatışmazlığı Qan və limfa sistemində baş verən pozğunluqlar Anemiya Tez-tez Tezliyi məlum deyil Trombositopeniya Tezliyi məlum deyil İmmun sistemdə baş verən pozğunluqlar Allergik reaksiyalar, Nadir anafilaktik reaksiyalar, angionevrotik ödem və vaskulit Psixikada baş verən pozğunluqlar Depressiya Tezliyi məlum deyil Sinir sistemində baş verən pozğunluqlar Başgicəllənmə Tez-tez Tez-tez Tez-tez Tez-tez Yuxululuq Bəzən Baş ağrısı Bəzən Bəzən Yuxunun pozulması Bəzən Paresteziya Bəzən Nadir Miqren Tezliyi məlum deyil Dadbilmə hissinin pozul- Tezliyi ması məlum deyil Eşitmə orqanlarında və labirintdə baş verən pozğunluqlar Vertiqo Tez-tez Tez-tez Qulaqda küy Tezliyi məlum deyil Ürəkdə baş verən pozğunluqlar Ürəkdöyünmə hissi Bəzən Stenokardiya Bəzən Bayılmalar Nadir Qulaqcıların fibrillyasiyası Nadir Beyin qan dövranının Nadir kəskin pozulması Damarlarda baş verən pozğunluqlar AT nəzərə çarpan Bəzən Tez-tez Tez-tez (ortostaik) enməsi (dozadan asılı ortostatik effektlər daxil olmaqla) Respirator sistemdə baş verən pozuntular Təngnəfəslik Bəzən Öskürək Bəzən Tezliyi məlum deyil Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Qarında ağrı Bəzən Bağırsaq keçməzliyi Bəzən İshal Bəzən Tezliyi məlum deyil Ürəkbulanma Bəzən Qusma Bəzən Qaraciyər və öd yollarında baş verən pozğunluqlar Pankreatit Tezliyi məlum deyil Hepatit Nadir Qaraciyər funksiyasının Tezliyi pozulması məlum deyil Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Övrə Bəzən Tezliyi məlum deyil Qaşınma Bəzən Tezliyi məlum deyil Səpgilər Bəzən Bəzən Tezliyi məlum deyil Fotohəssaslıq reaksiyaları Tezliyi məlum deyil Skelet-əzələ sistemində və birləşdirici toxumalarda baş verən pozğunluqlar Mialgiya Tezliyi məlum deyil Artralgiya Tezliyi məlum deyil Rabdomioliz Tezliyi məlum deyil Böyrəklərdə və sidik yollarında baş verən pozğunluqlar Böyrək funksiyasının Tez-tez pozulması Böyrək çatışmazlığı Tez-tez Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar Erektil disfunksiya/ Tezliyi impotensiya məlum deyil Ümumi pozğunluqlar və yeridilmə yerində reaksiyalar Asteniya Bəzən Tez-tez Bəzən Tez-tez Zəiflik Bəzən Tez-tez Bəzən Tez-tez Ödemlər Bəzən süstlük Tezliyi məlum deyil Laborator və instrumental müayinələrin nəticələrinə təsiri 4 5 Hiperkaliemiya Tez-tez Bəzən Tez-tez Alaninaminotransferazanın nadir (ALT) aktivliyinin yüksəlməsi Sidik cövhəri, kreatinin və Tez-tez kaliumun qan plazmasında konsentrasiyasının yüksəlməsi Hiponatriemiya Tezliyi məlum deyil Hipoqlikemiya Tez-tez Qırtlağın, səs tellərinin, sifətin, dodaqların, udlağın və/və ya dilin ödemi daxil olmaqla (tənəffüs yollarının keçiriciliyinin pozulması ilə nəticələnir); bəzi pasiyentlərdə Kvinke ödemi digər preparatların (AÇF inhibitorları daxil olmaqla) təyini ilə bağlı əvvəllər də qeyd olunurdu. Hemorragik vaskulit (Şenleyn-Genox xəstəliyi) daxil olmaqla. Xüsusilə də hipovolemiya ilə pasiyentlərdə, məsələn, ağır ürək çatışmazlığı ilə pasiyentlərdə və ya yüksək dozalarda diuretiklər qəbul edən pasiyentlərdə. 50 mq əvəzinə 150 mq lozartan qəbul edən pasiyentlərdə tez-tez rast gəlinir 2-ci tip şəkərli diabet və nefropatiya ilə pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatda hiperkaliemiya > 5,5 mmol/l lozartanın tablet formasını qəbul edən 9,9% və plasebo qəbul edən 3,4% pasiyentdə qeyd olunurdu. Müalicənin dayandırılmasından sonra adətən normaya qayıdırdı. Aşağıda qeyd olunan əlavə təsirlər lozartan qəbul edən pasiyentlərdə plasebo qəbul edən pasiyentlərlə müqayisədə daha tez-tez rast gəlinirdi: beldə ağrı, sidik yolları infeksiyaları və qripəbənzər vəziyyətlər. Böyrəklər və sidik yolları baş verən pozğunluqlar: Risk qrupuna aid pasiyentlərdə RAAS inhibisiyası nəticəsində böyrəklərin funksiyasının pozulması, böyrək çatışmazlığı daxil olmaqla, qeyd olunurdu. Böyrəklər baş verən pozğunluqlar müalicənin vaxtında dayandırılması nəticəsində geri dönən xarakter daşıya bilər.

Doza həddinin aşılması

Simptomları Lozartan preparatının doza həddinin aşılmasına dair kifayət qədər məlumat yoxdur. Preparatın farmakoloji xüsusiyyətlərinin təhlili göstərmişdir ki, doza həddinin aşılmasının əsas təzahürü başgicəllənmə, taxikardiya (parasimpatik (vaqus) stimulyasiya nəticəsində bradikardiya inkişaf edə bilər) və AT-nin klinik əhəmiyyətli enməsi, hansı ki, huşun itməsinə və kollapsın inkişafına səbəb ola bilər. Müalicəsi Klinik əhəmiyyətli arterial hipotenziya inkişaf etdiyi halda simptomatik müalicə aparılmalı və pasiyentin vəziyyəti nəzarət altında saxlanılmalıdır. Pasiyenti kürəyi üstünə uzandırmaq, ayaqlarını bir qədər qaldırmaq lazımdır. Ehtiyac olduğu halda dövr edən qanın həcmi artırılmalıdır, məsələn 0,9% natrium xlorid məhlulunun venadaxili yeridilməsi yolu ilə. Ehtiyac olduğu halda simpatomimetik vasitələr təyin oluna bilər. Lozartanın və onun effektiv metabolitinin hemodializ vasitəsi ilə xaric edilməsi az effektivdir.

Buraxılış forması

50 mq-lıq örtüklü tabletlər. PVX/PVDX/Al və ya Al/Al blisterdə 10 və ya 15 tablet. 2, 4 və ya 6 blister (15 tablet) və ya 3, 6 və ya 9 blister (10 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30℃-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Resept əsasında buraxılır.

İstehsalçı

Saneka Farmasyutikals a.c., Slovakiya Respublikası Nitrianska 100, 920 27 Qloqoves, Slovakiya Respublikası.

Qeydiyyat vəsiqəsinin sahibi

Sanofi SC, Rusiya Federasiyası. 125009, Moskva, Tverskaya k., 22, Rusiya Federasiyası.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Lozap 50 mq N30 tablet” üçün ilk rəyi siz yazın.