Lopril H 20 mq / 12,5 mq N20 tablet

Dərman formasıTablet
Farmakoloji təsirACF inhibitorları. ACF inhibitorları və diuretiklər
İstehsal ölkəsiBosniya və Herseqovina

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,79 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatından istifadəyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun! İçlik vərəqəsini saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. Əlavə sualınız olarsa, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Bu dərman preparatı şəxsən sizə yazılmışdır və Siz onu başqalarına verməməlisiniz. Onların sizinlə oxşar xəstəlik simptomları olsa belə, preparat onlara zərər verə bilər. Əgər əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa və ya bu vərəqədə qeyd edilməyən əlavə təsirlə rastlaşsanız, bu haqda həkiminizə və ya əczaçınıza məlumat verin. LOPRİL H 10 mq/12,5 mq; 20 mq/12,5 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Lisinopril/Hydrochlorothiazide

Tərkibi

10 mq/12,5 mq-lıq tabletlər Təsiredici maddələr: 1 tabletin tərkibində 10 mq lizinopril (dihidrat şəklində) və 12,5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, mannitol, qarğıdalı nişastası, jelatinləşdirilmiş nişasta, maqnezium stearat, talk, susuz kolloidal silisium dioksid, sarı dəmir oksidi 20 mq/12,5 mq-lıq tabletlər Təsiredici maddələr: 1 tabletin tərkibində 20 mq lizinopril (dihidrat şəklində) və 12,5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, mannitol, qarğıdalı nişastası, jelatinləşdirilmiş nişasta, maqnezium stearat, talk, susuz kolloidal silisium dioksid, sarı dəmir oksidi E172, qırmızı dəmir oksidi E172

Təsviri

10 mq/12,5 mq-lıq tabletlər Açıq sarı-sarı rəngli, altıbucaqlı formada və iki tərəfi qabarıq, üzərində bölmə xətti olan tabletlərdir. 20 mq/12,5 mq-lıq tabletlər Açıq çəhrayı-çəhrayı rəngli, altıbucaqlı formada və iki tərəfi qabarıq, üzərində bölmə xətti olan tablet- lərdir.

Farmakoterapevtik qrupu

ACF inhibitorları. ACF inhibitorları və diuretiklər. ATC kodu: C09BA03.

Farmakoloji xüsusiyyətləri

LOPRİL H preparatının tərkibində lizinopril və hidroxlorotiazid adlanan iki təsiredici maddə vardır. – Lizinopril AÇF inhibitorları adlanan dərmanlar qrupuna aiddir. Preparat qan damarlarını genişləndirərək təsir göstərir. – Hidroxlorotiazid sidikqovucu dərmanlar qrupuna aiddir. Bu dərman su və duzları xaric etməklə orqanizmə kömək edir. Bu preparat qan təzyiqini aşağı salmaq üçün kompleks təsir göstərir.

İstifadəsinə göstərişlər

Yüksək qan təzyiqinin (hipertoniyanın) müalicəsi üçün istifadə edilir.

Əks göstərişlər

• Lizinoprilə, hidroxlorotiazidə və ya preparatın digər tərkib hissələrinə (bax: “Tərkibi”) qarşı allergiya (yüksək həssaslıq). • Anamnezində digər AÇF inhibitorlarına və ya sulfonamid dərmanlarına qarşı allergiyanın olması. Bunun sizə aid olub olmadığından əmin deyilsinizsə, həkiminizə müraciət edin. • Əllərin, ayaqların, topuqların, üzün, dodaqların, dilin və ya boğazın qəflətən şişməsi, xüsusilə əgər bu hal AÇF inhibitoru ilə müalicədən sonra olmuşdursa. • Böyüklərdə xroniki ürək çatışmazlığını müalicəsində istifadə edilən sakubitril/valsartan qəbul etmisinizsə və ya hazırda qəbul edirsinizsə, angionevrotik ödem (boğaz nahiyədəsində, dəri altında sürətli şişkinlik) riski arta bilər. • İrsi angionevrotik ödem. Bunun sizə aid olub olmadığından əmin deyilsinizsə, həkiminizə müraciət edin. • Kəskin böyrək problemləri. • Sidiyəgetmənin çətinliyi. • Kəskin qaraciyər problemi. • 3 aydan artıq hamiləsinizsə (bu dərmanın hamiləliyin ilkin dövründə qəbul edilməməsi məsləhətdir- “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın). • Əgər Siz diabetik xəstəsinizsə və yaxud sizdə böyrək funksiyası pozulmuşsa və aliskiren tərkibli preparatla qan təzyiqinin aşağı salınması üçün müalicə alırsınızsa. Əgər yuxarıdakı hallardan hər hansı biri Sizə aiddirsə, LOPRİL H tabletlərini qəbul etməyin. Əgər əmin deyilsinizsə, LOPRİL H tabletlərini qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda LOPRİL H tabletlərini qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın: – Dəri xərçəngi varsa və ya müalicə zamanı dəridə hər hansı törəmə yaranırsa. Hidroxlorotiyazidlə müalicə, xüsusilə yüksək dozalarla uzun müddətli istifadə bəzi dəri və dodaq xərçəngi (qeyri-melanoma dəri xərçəngi) riskini artıra bilər. Lopril H qəbul edərkən dərinizi günəşdən və UV şüalarından qoruyun. – Sizdə aorta və ya böyrək arteriyasının daralması (stenoz) varsa. – Ürək əzələnizin qalınlığında artım varsa (hipertrofik kardiomiopatiya). – Qan damarlarınızda probleminiz varsa (kollagen damar xəstəliyi). – Qan təzyiqiniz aşağıdırsa. Bunu xüsusilə ayağa duranda başgicəllənmə olduqda bilmək olar. – Böyrək probleminiz varsa və ya dializ qəbul edirsinizsə və ya üzərinizdə böyrək transplantasiyası aparılmışdırsa. – Qaraciyər probleminiz varsa. – Şəkərli diabet xəstəsisinizsə. – Yüksək qan təzyiqinin müalicəsi üçün aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə: – Angiotenzin II reseptorlarının blokatoru (həmçinin yaxşı tanınan sartanlar qrupu, məsələn, valsartan, telmisartan, irbesartan), xüsusilə, əgər sizdə diabet əsaslı böyrək problemləri varsa; – Aliskiren. – Mütəmadi olaraq həkiminiz sizin böyrək funksiyanızı, qan təzyiqinizi və qandakı elektrolitlərin miqdarını (məsələn, kalium) yoxlamalıdır. Həmçinin, “Əks göstərişlər” bölməsindəki məlumatlara baxın. – Son vaxtlar Sizdə ishal və qusma olmuşdursa (ürəkbulanma olmaqla). – Həkim Sizə pəhrizdə duzun miqdarına nəzarət etməyi tapşırmışdırsa. – Sizdə xolesterin səviyyəsi yüksəkdirsə və “ASLP-aferezi” adlanan müalicə almısınızsa. – Sistem qırmızı qurdeşənəyi (SQQ) keçirmisinizsə. – Mənşəcə qaradərilisinizsə, LOPRİL H preparatı qaradərili pasiyentlərdə digər irqlərin pasiyentlərindən daha az effektə malik ola bilər. Həmçinin “angionevrotik ödem” (əlin, ayağın, topuğun, üzün, dodaqların, dillin və boğazın şişməsi ilə müşayiət olunan kəskin allergik reaksiya) adlanan əlavə təsirinə daha daha asanlıqla məruz qala bilərsiniz. – Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, angionevrotikoödem (boğaz nahiyəsində, dəri altında sürətli şişkinlik) riski arta bilər: – Temsirolimus, sirolimus, everolimus və mTOR inhibitorları sinfinə aid olan digər dərmanlar (transplantasiya edilmiş orqanların imtinasının qarşısını almaq və xərçəng üçün istifadə olunur). – Racecadotril, ishal müalicəsində istifadə olunan dərman; – Vildagliptin, diabetin müalicəsində istifadə edilən dərman. – Görmə qabiliyyətinizdə azalma və ya göz ağrınız varsa. Bunlar gözün damar təbəqəsində maye yığılmasının (xoroidal effusion) və ya gözünüzdə təzyiqin artmasının simptomları ola bilər və Lopril H qəbul etdikdən sonra bir neçə saatdan bir həftəyə qədər baş verə bilər. Bu, müalicə edilmədikdə daimi görmə itkisinə səbəb ola bilər. Əgər əvvəllər penisilin və ya sulfanilamidə allergiyanız varsa, Sizdə bunun inkişaf riski yüksək ola bilər. – Əgər hamilə olduğunuzu (və ya olacağınızı) düşünürsünüzsə, həkiminizə məlumat verməlisiniz. – LOPRİL H preparatı hamiləliyin ilkin mərhələsində tövsiyə olunmur və 3 aydan artıq hamiləsinizsə, onu qəbul etməməlisiniz, çünki bu mərhələdə istifadə olunduqda, körpənizə ağır zərər verə bilər. Əgər yuxarıda qeyd edilən halların Sizə aid olub olmadığından əmin deyilsinizsə, LOPRİL H preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Həşərat sancması kimi allergiyaların müalicəsi Əgər Siz həşərat sancması kimi allergiyanın təsirlərini azaltmaq üçün müalicə (desensibilizəedici müalicə) alırsınızsa və ya almağa hazırlaşırsınızsa, LOPRİL H preparatını qəbul etsəniz kəskin allergik reaksiyaya səbəb ola bilər. Əməliyyat Əgər Siz cərrahi əməliyyat etdirməyə hazırlaşırsınızsa (stomatoloji əməliyyat da daxil olmaqla), ® ® LOPRİL H preparatını qəbul etdiyinizi həkimizə və ya stomatoloqunuza bildirin, çünki LOPRİL H preparatını qəbul edən zaman Sizə lokal və ya ümumi anesteziyaedici vasitə verilərsə, qan təzyiqiniz düşə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər digər dərman preparatları, o cümlədən reseptsiz buraxılan dərmanlar və dərman bitkiləri qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, bunu həkiminizə bildirin. ® ® Çünki LOPRİL H preparatı digər dərmanların, digər dərmanlar isə LOPRİL H preparatların effektivliyinə təsir göstərə bilər. Həkiminiz dozanı dəyişdirə və/və ya digər tədbirlər görə bilər. Xüsusilə, aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, bunu həkiminizə və ya əczaçınıza bildirin: – Qan təzyiqinizi aşağı salmaq üçün digər dərmanlar. – Angiotenzin II reseptorlarının blokatorları və yaxud aliskiren (“Əks göstərişlər” və “Ehtiyat tədbirləri” bölməsinə baxın) – Digər diuretiklər (məsələn, kalium, laksativlər, kortikosteroidlər (məsələn, prednizon), ACTH, amfoterisin (göbələkəleyhinə dərman) və salisil turşu törəmələri daxil olmaqla, qanda kaliumun azalması ilə əlaqəli dərmanlar (hipokaliemiya). – Əzələ ağrısı və artriti müalicə etmək üçün istifadə edilən aspirin, ibuprofen və ya indometasin kimi qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP). – Depressiya üçün preparatlar (trisiklik və tetrasiklik antidepressantlar). – Psixi problemlər üçün dərmanlar, o cümlədən litium. – Gündə 3 q çox aspirin (asetilsalisil turşusu) qəbul edirsinizsə. – Kalium əlavələri (duz əvəzediciləri daxil olmaqla), kaliumtutucu diuretiklər və qanınızda kaliumun miqdarını artıra bilən digər dərmanlar (məsələn, bakteriyaların törətdiyi infeksiyalar üçün trimetoprim və ko-trimoksazol; orqan transplantasiyasının qopmasının qarşısını almaq üçün istifadə edilən immunosupressiv dərman olan siklosporin və laxtalanmanın qarşısını almaq üçün, qanı durulaşdırmaq üçün istifadə edilən heparin). – Kalsium duzları və ya vitamin D əlavələri. – Şəkərli diabet üçün dərmanlar (insulin və oral antidiabetiklər, məsələn, sulfonil sidik çövhəri qrupu). Tiazid diuretikləri qəbul edərkən dozanızı və ya antidiabetik dərmanınızı dəyişdirmək tələb oluna bilər. – Astmanı müalicə etmək üçün dərmanlar. – Burun və ya sinus hiperemiyası və ya digər soyuqdəymə dərmanları (aptekdən alınanlar da daxil olmaqla). – Bədənin immun reaksiyasını məhdudlaşdırmaq üçün dərmanlar (immunodepressantlar, məsələn siklosporin). – Allopurinol (podaqra üçün). – Aritmiyaəleyhinə preparatlar (məsələn Prokainamid). – Ürək dərmanları (məsələn, diqoksin) və ya ürəyinizin ritmini idarə etmək üçün digər dərmanlar. – Tərkibində qızıl olan, inyeksiya şəklində istifadə olunan dərmanlar (məsələn, natrium- aurotiomalat), adətən revmatoid artriti müalicə etmək üçün istifadə olunur. – Amfoterisin B inyeksiyası (mikozun müalicəsi üçün). – Karbenoksolon (qida borusunda, ağızda, ağız ətrafında xoranın və ya iltihabın müalicəsi üçün). – Kortikosteroidlər (steroid dərmanlar). – Kortikotropin (hormon). – Qəbizliyi müalicə etmək üçün dərmanlar (stimulyator işlədici dərmanlar). – Xolestiramin və kolestipol (xolesterinin səviyyəsini aşağı salmaq, ishalın qarşısını almaq və qaşınmanı azaltmaq üçün). – Miorelaksantlar, məsələn tubokurarin. – Trimetoprim (antibakterial). – Sotalol (β-adrenoblokator). – Lovastatin (xolesterinin səviyyəsini aşağı salmaq üçün istifadə olunur). – Dekstran sulfat (xolesterinin səviyyəsini aşağı salmaq üçün “ASLP-aferezi” adlanan müalicədə istifadə edilir). Aşağıdakı dərmanlar angionevrotik ödem riskini artıra bilər (angionevrotik ödem əlamətlərinə üzün, dodaqların, dilin və boğazın udma və ya nəfəs almada çətinlik törədərək şişməsi daxildir): – Trombolitik dərmanlar (toxuma plazminogen aktivatoru), adətən xəstəxanada verilir. – Transplantasiya olunmuş orqanların imtina olunmasının qarşısını almaq üçün ən çox istifadə edilən dərmanlar (temsirolimus, sirolimus, everolimus və mTOR inhibitorları sinfinə aid olan digər dərmanlar). “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın. – Rasekadotril diareyanı müalicə etmək üçün istifadə olunur. – Vildagliptin, şəkərli diabetin müalicəsində istifadə edilən dərman. – “Torsades de pointes” zamanı istifadə olunan dərmanlar. Aşağı qan təzyiqi spirt, barbituratlar və ya anestetiklər ilə ağırlaşa bilər. Ayağa qalxarkən başgicəllənmə hiss edə bilərsiniz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamilə olduğunuzu (və ya olacağınızı) düşünürsünüzsə, həkiminizə məlumat verməlisiniz. Həkiminiz hamilə olduğunuzu biləndən sonra LOPRİL H preparatının əvəzinə sizə digər preparatın qəbulunu məsləhət görəcək. LOPRİL H preparatı hamiləliyin ilkin mərhələsində tövsiyə olunmur və 3 aydan artıq hamiləsinizsə, onu qəbul etməməlisiniz, çünki bu hamiləliyin 3-cü ayından sonra istifadə olunduqda, körpənizə ağır zərər verə bilər. Əgər Siz uşağınıza süd verirsinizsə və ya buna hazırlaşırsınızsa, həkiminizə məlumat verin. Laktasiya dövründə anaların LOPRİL H preparatını qəbul etməsi tövsiyə olunmur və xüsusilə də uşağınız yeni doğulmuşdursa və ya yarımçıq doğulmuşdursa və Siz uşağa süd vermək istəyirsinizsə, həkiminiz sizin üçün başqa bir müalicə seçə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiriBu dərman xüsusilə də müalicənin başlanğıcında və ya doza tənzimləndikdə və ya spirtli içki ilə birlikdə qəbul etdikdə sizin avtomobil və ya texnikanı idarəetmə bacarığına təsir edə bilər. Əgər bu baş verərsə, avtomobili idarə etməyin və ya alətlərdən və texnikadan istifadə etməyin. Bundan öncə dərmanın necə təsir göstərməsini gözləməlisiniz.

İstifadə qaydası və dozası

LOPRİL H preparatını həmişə dəqiq şəkildə həkiminizin sizə bildirdiyi şəkildə qəbul edin. Əmin olmadıqda həkiminizə müraciət etməlisiniz. LOPRİL H preparatını qəbul etməyə başladıqda, həkiminiz qan analizi apara bilər. Sonra isə dərmandan düzgün miqdarda qəbul etmək üçün həkiminiz dozanı tənzimləyə bilər. Dərmanın qəbul edilməsi Tableti su ilə qəbul edin. Dərmanı hər gün eyni vaxtda qəbul etməyə çalışın. LOPRİL H preparatını yeməkdən əvvəl və ya sonra qəbul etmənizin fərqi yoxdur. LOPRİL H preparatını həkiminizin sizə bildirdiyi müddətə qəbul edin, bu uzun müddətli müalicədir. LOPRİL H preparatının hər gün qəbul edilməsinin davam etdirilməsi vacibdir. Birinci dozanın qəbulu Birinci dozanı qəbul edən zaman və ya doza artırıldıqda xüsusilə diqqətli olun. Bu qan təzyiqinin sonrakı dozalardan daha çox aşağı düşməsinə səbəb ola bilər. Bu başgicəllənməyə səbəb ola bilər. Əgər bu hal baş verərsə, uzanmaq faydalı ola bilər. Əgər narahat olsanız, mümkün qədər tez həkiminizlə əlaqə saxlayın. Böyüklər uçün Adi doza gündə bir tabletdir. Həkiminiz sizin üçün effektivliyi olan tablet yazacaq. Lazım gəldikdə, həkiminiz gündə bir dəfə olmaqla dozanı iki tabletə qədər artıra bilər. Uşaqlar üçün LOPRİL H preparatının uşaqlar tərəfindən istifadəsi tövsiyə olunmur.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, LOPRİL H tabletlərin də əlavə təsirləri ola bilər, baxmayaraq ki, bu təsirlər hamıda yaranmır. LOPRİL H preparatının tərkibində iki təsiredici maddə vardır: lisinopril və hidroxlorotiazid. Həmin ayrı- ayrı dərmanlara aşağıdakı təsirləri müşahidə olunsa, bu o deməkdir ki, bu əlavə təsirlər LOPRİL H preparatı ilə də baş verə bilər. • Lizinoprilin mümkün əlavə təsirləri Kəskin allergik reaksiyalar (nadir hallarda, 1000 nəfərdən 1 istifadəçiyə təsir edir). Əgər sizdə kəskin allergik reaksiya baş verərsə, preparatın qəbulunu dayandırın və həkiminizə müraciət edin. Əlamətlərə aşağıdakıların qəflətən özünü biruzə verməsi daxildir: – Üzün, dodaqların, dilin və ya boğazın şişməsi. Bu hal udmanı çətinləşdirə bilər. – Əllərin, ayaqların və ya topuqların kəskin və ya qəfil şişməsi. – Çətinləşmiş tənəffüs. – Dərinin qaşınması. Qaraciyər funksiyasının kəskin pozulmaları (nadir hallarda, 10000 nəfərdən 1 istifadəçiyə təsir edir). Əlamətlərə daxildir: dərinin və ya gözlərin saralması, sidiyin tünd rəngdə olması, iştahanın itməsi. Əgər bunlar baş verərsə, dərhal həkimə müraciət edin. Digər mümkün əlavə təsirlər Adətən (10 nəfərdən 1 istifadəçiyə təsir edir) – Baş ağrısı. – Qəfil ayağa qalxan zaman başgicəllənməsi hissi. – Hüşun itməsi. – İshal. – Qusma. – Öskürək. Böyrək problemləri (qan analizində dəyişiklik). Bəzən (100 nəfərdən 1 istifadəçiyə təsir edir) – Əhval ruhiyyənin dəyişməsi, o cümlədən depressiya. – İynəbatma hissi. – Başgicəllənmə. – Dadbilmənin dəyişməsi. – Yuxusuzluq. – Aşağıdakı xəstəlikləri olan insanlarda qan təzyiqinin çox böyük düşməsi baş verə bilər: ürəyin işemik xəstəlikləri, aortanın, böyrək arteriyasının və ürək qapaqlarının daralması, ürək əzələsinin qalınlığında artım. Əgər bu sizdə baş verərsə, xüsusilə tez ayağa qalxsanız, başınız gicəllənmə və ya zəiflik hiss edə bilərsiniz. – İnfarkt və ya insult. – Ürək ritminin pozulması. – Barmaqlarda və ya ayaqda rəngin dəyişməsi. – Burun axması. – Ürəkbulanma. – Mədə ağrısı və həzm pozğunluğu. – Qaraciyərin fəaliyyətini təyin edən analizlərdə dəyişiklik. – Səpgi – Qaşınma. – Erektil disfunksiya (impotensiya). – Zəiflik hissi. – Yorğunluq hissi. – Qanda bəzi maddələrin səviyyəsinin artması (sidik cövhəri, kreatin və ya kalium). Nadir hallarda (1000 nəfərdən 1 istifadəçiyə təsir edir) – Qan hüceyrələrində dəyişikliklər. Bu özünü yorğunluq və solğun dəri ilə özünü büruzə verir. – Çaşqınlıq hissi. – Qoxubilmənin dəyişməsi. – Ağızda quruluq. – Tünd qırmızı rəngli səpgilər. – Saç tökülməsi (alopesiya). – Psoriaz. – Qanın infeksiyalaşması. – Böyrək çatışmazlığı. – Kişilərdə sinənin böyüməsi. – Parxon sindromu. – Qanda natriumun səviyyəsinin azalması, bu zəifliyə, yorğunluğa, başağrısına, ürəkbulanma, qusma və qıcolmaya səbəb ola bilər. Çox nadir (10000 nəfərdən 1-dən az istifadəçiyə təsir edir) – Sümük iliyində problemlər, qan hüceyrələrinin və ya trombositlərin sayının azalması. Yorğunluq, – infeksiya, qızdırma, təngnəfəslik hiss edə bilərsiz və ya qançır müşahidə edə bilərsiz və ya sizdə – qanaxma daha asanlıqla ola bilər. – Vəzilərin şişməsi (limfa düyünləri). – Yüksək immun reaksiya (auto-immun xəstəliyi). – Qanda şəkərin miqdarının az olması (hipoqlikemiya). Bu özünü yorğunluq, tərləmə və ürəkdöyünmə – ilə özünü göstərir. – Bronxospazm. – Ağciyərin iltihabı (təngnəfəslik hiss edə bilərsiz). – Sinusit (gözlərin və yanaqların arxasında ağrı və dolğunluq hissi). – Eozinofil pnevmoniya. Əlamətlərinə aşağıdakılar birlikdə daxildir: – sinusit – qrip olma hissi – təngnəfəslik hissi – mədə və ya bağırsaq nahiyəsində ağrı – dəri səpgisi – əllərdə və ya ayaqlarda keyləşmə və sancma hissi, arabir sancma hissi. – Mədəaltı vəzin iltihabı. Bu mədədə orta-kəskin ağrıya səbəb olur. – Bağırsağın selikli qişasının şişkinliyi. Bu kəskin mədə ağrılarına, ishal və qusmaya səbəb ola bilər. – Tərləmə. – Kəskin dəri reaksiyaları. Simptomları qızartı, qabıqlama və dərinin soyulması ola bilər. Bu qızartılar ağız və burun boşluğunda da ola bilər. – Normadan daha az sidiyə getmə və ya azalma. Naməlum (mövcud məlumatlara əsasən tezliyi müəyyən olunmur) – Görmə, hissi və ya eşitmə hallüsinasiyaları. – Dəridə qızartı. Hidroxlorotiazidin mümkün əlavə təsirləri (tezliyi məlum deyil) – Dəri və dodaq xərçəngi (qeyri-melanoma dəri xərçəngi). – Tüpürcək vəzilərinin iltihabı. – Qan hüceyrələrinin və ya qanda trombositlərin sayının azalması. Yorğunluq, infeksiya, qızdırma, təngnəfəslik hiss edə bilərsiz və ya qançır müşahidə edə və ya sizdə qanaxma daha asan ola bilər. – İştahasızlıq. – Qanda şəkərin miqdarının artması. – Sidikdə şəkərin olması. – Qanda sidik turşusunun miqdarının artması. – Qanda maddələrin səviyyəsinin dəyişməsi (məsələn, natriumun və kaliumun aşağı olması). Əzələ zəifliyi, susuzluq, arabir iynəbatma, qıcolma, ürəkbulanma müşahidə edə bilərsiniz. – Qanda lipidlərin yüksək səviyyədə olması (xolesterin da daxil olmaqla). – Narahatlıq hissi. – Depressiya. – Yuxuya getmədə çətinlik. – Arabir iynəbatma hissi. – Huşun aydın olmaması. – Görmə qabiliyyətində əşyaların sarı görünməsinə səbəb olan dəyişiklik. – Qısa müddətə görmə sahəsində problemlərin yaranması. – Qızartı və qəflətən tutqun görməyə səbəb olan kəskin göz ağrısı. Əgər gözünüz qəflətən qızararaq ağrı verərsə, dərhal həkiminizə məlumat verin; görmə qabiliyyətinin daimi itirilməsinin qarşısının alınması üçün sizə müalicə lazım ola bilər. – Hərlənmə hissi (başgicəllənmə). – Zəiflik hissi (xüsusilə ayağa durduqda). – Dəridə qırmızı və ya bənövşəyi ləkələrə səbəb olmaqla qan damarlarının zədələnməsi. – Tənəffüsdə çətinlik. Ağ ciyərlərdə iltihab və ya maye olarsa, təngnəfəslik hiss edə bilərsiniz. – Mədə qıcıqlanması. – İshal. – Qəbizlik. – Mədaltı vəzin iltihabı. Bu mədədə yarımkəskin ağrıya səbəb olur. – Dərinin və ya gözlərin ağının saralması (sarılıq). – Dəri problemləri, o cümlədən gün işığına həssaslıq nəticəsində yaranan səpgi, qabar əmələ gəlməsi və dərinin soyulması ilə sürətlə inkişaf edən kəskin səpgi; ağızda qabar əmələ gəlməsi, mövcud qırmızı qurd eşənəyinin pisləşməsi-məsələn: reaksiyaların və ya qeyri-adi dəri reaksiyalarının əmələ gəlməsi. – Allergik reaksiya. – Əzələ qıcolmaları və əzələ zəifliyi. – Kəskin böyrək problemləri (qan analizində göstərilir). – Qızdırma. – Zəiflik. – Yüksək təzyiq (gözün damarlı qişasında maye toplanmasının mümkün əlamətləri (xoroidal effüzyon) və ya kəskin qapanan bucaq qlaukoması) səbəbindən görmə qabiliyyətinin azalması və ya gözünüzdə ağrı. Əlavə təsirlərin bu siyahısından narahat olmayın. Onların heç birinə məruz qalmaya bilərsiniz. Əgər əlavə təsirlərin hər hansı biri ağırlaşarsa və ya bu vərəqədə göstərilməyən əlavə təsirlər meydana çıxarsa, həkiminizə və ya əczaçınıza məlumat verin.

Doza həddinin aşılması

Əgər Siz LOPRİL H preparatından həkiminizin təyin etdiyindən artıq miqdarda qəbul etsəniz, həkiminizlə əlaqə saxlayın və ya dərhal xəstəxanaya gedin. Aşağıdakı təsirlərin yaranması ehtimalı çoxdur: başgicəllənmə, ürəkdöyünmə. LOPRİL H tabletlərinin qəbulu yaddan çıxması Əgər dərmanın qəbulunu yaddan çıxarsanız, sonradan ikiqat doza qəbul etməyin, lakin müntəzəm qrafikdə istifadəyə davam edin. Əgər Siz hər hansı dozanı qəbul etməyi yaddan çıxarsanız, yadınıza düşən kimi onu qəbul edin. Lakin, növbəti dozanın qəbulunun vaxtı çatmışdırsa, yaddan çıxan dozanı qəbul etməyin və müntəzəm qrafikə və tövsiyə olunan üsula əsasən dərmandan istifadəni davam etdirin. LOPRİL H tabletlərinin qəbulunun dayandırılması Həkiminiz göstəriş verməyincə, yaxşılaşmış olsanız belə, bu dərmanın qəbulunu dayandırmayın. Bu dərmandan istifadə haqqında əlavə sualınız olarsa, həkiminizə və ya əczaçınıza müraciət edin.

Buraxılış forması

10 mq/12,5 mq, 20 mq/12,5 mq tabletlər 10 tablet, PVX/ alüminium blisterdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 tablet, PVX/ alüminium blisterdə. 3 blister (30 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdən buraxılma şərti Resept əsasında buraxılır.

İstehsalçı

Bosnalijek, Pharmaceutical and Chemical İndustry SC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina. Marketinq İcazəsi Sahibi Bosnalijek, Pharmaceutical and Chemical İndustry SC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Lopril H 20 mq / 12,5 mq N20 tablet” üçün ilk rəyi siz yazın.