Loenzar 30 mq N14 kapsul

Dərman formasıKapsul
Farmakoloji təsirXoraəleyhinə preparat. Proton nasosunun inhibitoru

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,58 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LOENZAR-SANOVEL 30 mq qastrorezistent və bağırsaqda həll olan mikropellet kapsullar

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazol vardır. Köməkçi maddələr: magnezium karbonat, mikroqranül qarışığı, saxaroza, nişasta, hidroksipropil sellüloza (HPC-31), hidroksipropil sellüloza (HPC-L), təmizlənmiş su, metakril turşusunun solopimeri (Eudrajit L30 D-55), talk, titan dioksid, polietilenqlikol 6000, polisorbat 80, kolloidal silisium dioksid.

Təsviri

Ağ və ya demək olar ki, ağ rəngli, enterik örtüklü, içərisində mikroqranullar olan qeyri-şəffaf, bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Xoraəleyhinə preparat. Proton nasosunun inhibitoru. ATC kodu: A02BC03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Lansoprazol H+-K+-ATF-azanı spesifik olaraq inhibə edərək xlorid turşusunun sekresiyasının qarşısını alır. Lansoprazol proton nasosunun inhibitoru kimi xarakterizə olunur. O, xlorid turşusunun sintezinin son mərhələsini inhibə edir. Farmakokinetikası Absorbsiyası yüksəkdir, biomənimsənilməsi 80 % təşkil edir. Qida qəbulu preparatın absorbsiyasını və biomənimsənilməsini (50 %) aşağı salır, lakin mədə sekresiyasına tormozlayıcı təsiri, qida qəbulundan asılı olmayaraq, sabit qalır. Peroral yolla 30 mq dozada istifadə edildikdən sonra, maksimal konsentrasiyaya çatma müddəti (TC ) 1,7 saat, maksimal konsentrasiya (C ) isə 0,75-1,15 mq/lmax max təşkil edir. Maksimal plazma konsentrasiyaları və əyri altındakı sahə (AUC) göstəricisi, qəbul edilən birdəfəlik dozaya təxminən proporsionaldır. 15 mq-dan 60 mq-a qədər dozalar intervalında farmakokinetikası xəttidir – konsentrasiyaları dozaya proporsionaldır, parametrləri sabitdir və kumulyasiyası müşahidə olunmur. Plazma zülalları ilə birləşməsi 97 % təşkil edir. Toxumalara, o cümlədən, mədənin parietal hüceyrələrinə yaxşı nüfuz edir. Paylanma həcmi 0,5 l/kq təşkil edir. Qaraciyərdən “ilk keçid” zamanı CYP2C19 izoferment vasitəsi ilə aktiv metabolizmə məruz qalır və bu zaman, sulfinil-, sulfon- və oksi-törəmələri əmələ gəlir. CYP2C19 izofermentin inhibitorudur. Yarımxaricolma dövrü (T ) təxminən 1,3-1,7 saat, yaşlı pasiyentlərdə 1,9-2,9 saat, qaraciyər1/2 funksiyalarının pozulması qeyd olunduqda – 3,2-7,2 saat təşkil edir. Orqanizmdən lansoprazolsulfon və hidroksilansoprazol şəklində ödlə (2/3), böyrəklər vasitəsi ilə 14-23 %-i xaric olunur (böyrək çatışmazlığı preparatın xaricolma sürətinə və miqdarına əhəmiyyətli təsir göstərmir).

İstifadəsinə göstərişlər

– Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi; – qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulu ilə əlaqədar mədə və onikibarmaq bağırsağın eroziv-xoralı zədələnməsi; – qastroezofageal reflyuks xəstəliyi (QERX); – Helicobacter pylori-nin eradikasiyası (kombinəolunmuş terapiyanın tərkibində); – Zollinger-Ellison sindromu və mədə turşusunun yüksək sekresiyası ilə müşayiət olunan digər patoloji vəziyyət.

Əks göstərişlər

• lansoprazola və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; • kəskin böyrək çatışmazlığı; • kreatin klirensinin 30 ml/dəqiqə olması; • bir yaşından kiçik uşaqlarda istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicəyə başlamazdan əvvəl və müalicə tamamlandıqdan sonra, xüsusilə, dispepsiya halları meydana çıxan və ya dəyişən orta yaşlı və daha böyük pasiyentlərdə bədxassəli törəmələri istisna etmək məqsədi ilə (lansoprazol simptomların maskalanmasına səbəb ola bilər və diaqnozun təsdiq edilməsini ləngidə bilər), endoskopik nəzarətin aparılması mütləqdir. Proton pompası inhibitorlarının istifadəsi daxil olmaqla, mədə şirəsinin turşuluğunun aşağı salınması, mədə-bağırsaq traktında mövcud olan patoloji bakteriyaların inkişafına gətirib çıxarır. Preparatların istifadəsi nəticəsində turşuluğun aşağı düşməsi, mədə-bağırsaq infeksiyalarının, məsələn, Salmonella, Campylobacter mikroorqanizmlərinin və xüsusilə, xəstəxanaya yerləşdirilən pasiyentlərdə Clostridium difficile mikroorqanizmlərinin inkişaf etmə riskinin bir qədər yüksəlməsinə gətirib çıxara bilər. Qastro-duodenal xoraların simptomları müşahidə olunan pasiyentlərdə, etioloji faktor kimi, H. Pylori infeksiyasının meydana çıxma ehtimalını nəzərə almaq lazımdır. H. Pylori infeksiyasının eradikasiyası məqsədi ilə, lansoprazolu antibiotiklərlə kombinasiyada istifadə etdikdə, göstərilən antibiotiklərin istifadəsi üzrə təlimatlara riayət etmək lazımdır. Bir ildən artıq müddət ərzində dəstəkləyici müalicə qəbul edən pasiyentlərdə preparatın təhlükəsizliyi barədə məhdud məlumatların mövcudluğunu nəzərə alaraq, müntəzəm şəkildə, müalicəni təkrar nəzərdən keçirmək və risk/fayda nisbətinin hərtərəfli qiymətləndirilməsini aparmaq lazımdır. Lansoprazoldan istifadə edən pasiyentlərdə çox nadir hallarda, kolitin meydana çıxması qeydə alınmışdır. Beləliklə, ağır və/və ya davamlı diareya qeyd olunduğu halda, müalicənin dayandırılması ehtimalını nəzərdən keçirmək tələb olunur. Lansoprazolun və absorbsiyası mədə turşuluğunun pH səviyyəsindən asılı olduğundan biomənimsənilməsi əhəmiyyətli dərəcədə aşağı düşən İİV proteazası inhibitorlarının, məsələn, atazanavirin və nelfinavirin birlikdə istifadəsi tövsiyə olunmur. Lansoprazolun və İİV proteazası inhibitorlarının birlikdə istifadəsindən qaçınmaq mümkün olmadığı hallarda, hərtərəfli klinik monitorinqin aparılması tələb olunur. QSİƏP-in istifadəsi ilə uzunmüddətli müalicənin aparılması tələb olunan pasiyentlərdə xora xəstəliyinin profilaktikası məqsədi ilə müalicə, yüksək risk qrupu pasiyentləri üçün (məsələn, əvvəllər mədə- bağırsaq qanaxması, perforasiya və ya xora qeyd olunan pasiyentlər, yaşlı pasiyentlər, MBT-nin (mədə- bağırsaq traktının) yuxarı şöbələrində əlavə effektlərin meydana çıxma ehtimalını yüksəldən dərman preparatlarının (məsələn, kortikosteroidlərin və ya antikoaqulyantların) eyni zamanda istifadəsi, mövcud xəstəliklərin ciddi faktorunun qeyd olunması və ya QSİƏP-in maksimal tövsiyə olunan dozalarının uzunmüddətli istifadəsi) məhdudlaşdırılmalıdır. Proton pompası inhibitorlarından (PPİ), məsələn, lansoprazoldan ən azı 3 ay müddətində, əksər hallarda 1 il ərzində istifadə edən pasiyentlərdə ağır hipomaqneziumemiyanın meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Hipomaqneziumemiyanın ciddi təzahürləri, məsələn, yorğunluq, tetaniya, sayıqlama, qıcolmalar, başgicəllənmə və mədəcik aritmiyası meydana çıxa bilər; bununla belə, həmin təzahürlər qəflətən başlaya bilər və nəzərə çarpmaya bilər. Orqanizmdə maqneziumun miqdarı bərpa olunduqdan və PPİ-nin istifadəsi dayandırıldıqdan sonra, ən çox zərər çəkən pasiyentlərdə hipomaqneziumemiya simptomları yaxşılaşmışdır. Tibb işçiləri, uzunmüddətli müalicənin aparılması nəzərdə tututlan və ya PPİ-ni diqoksinlə və ya hipomaqneziumemiyanın meydana çıxmasına səbəb ola bilən preparatlarla (məsələn, diuretiklərlə) birlikdə istifadə edən pasiyentlərdə PPİ ilə müalicəyə başlamazdan əvvəl və müalicə müddətində vaxtaşırı, maqneziumun səviyyəsinin ölçülməsi imkanını nəzərdən keçirməlidirlər. Proton pompası inhibitorlarının istifadəsi, YDQQ (yarımkəskin dəri qırmızı qurdeşənəyi) hallarının çox tez-tez meydana çıxması ilə əlaqəlidir. Dəri üzərində, xüsusilə, gün işığının təsirinə məruz qalan nahiyələrdə zədələnmələr meydana çıxdıqda və onlar artralgiya ilə müşayiət olunduğu hallarda, pasiyent dərhal tibbi yardıma müraciət etməlidir və tibb işçisi, lansoprazolla aparılan müalicənin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirməlidir. Proton nasosu inhibitoru ilə aparılan müalicədən sonra meydana çıxan YDQQ, digər proton nasosu inhibitorlarının istifadəsi zamanı YDQQ riskinin yüksəlməsinə səbəb ola bilər. Xromoqranin A-nın (CgA) yüksək səviyyəsi, neyroendokrin şişlərin öyrənilməsi istiqamətində aparılan tədqiqatlara mane ola bilər. Həmin maneələrdən qaçınmaq məqsədi ilə, CgA-nın ölçülməsindən ən azı 5 gün əvvəl lansoprazolla aparılan müalicəni dayandırmaq lazımdır. İlkin ölçülmədən sonra CgA-nın və qastrinin səviyyələri nəzarət olunan diapazona qayıtmadığı halda, proton nasosu inhibitoru ilə aparılan müalicə dayandırıldıqdan 14 gün sonra, təkrar ölçülmələr aparılmalıdır. Turşuluğu tormozlayan istənilən preparatların uzun müddət ərzində (bir neçə il ərzində) gündəlik istifadəsi, hipo- və ya axlorhidriya nəticəsində sianokobalaminin (B vitamininin) malabsorbsiyasına12 gətirib çıxara bilər. Zollinger-Ellison sindromu və uzunmüddətli müalicənin aparılmasını tələb edən digər patoloji hipersekretor vəziyyətlər qeyd olunan pasiyentlərdə, bədən kütləsi aşağı olan və ya B12 vitamininin absorbsiyasının aşağı düşməsi üçün risk faktorları olan pasiyentlərdə (məsələn, yaşlı pasiyentlərdə) uzunmüddətli müalicə aparıldıqda və ya klinik simptomlar müşahidə olunduğu hallarda sianokobalamin çatışmazlığı ehtimalını nəzərdən keçirmək lazımdır. Orta dərəcəli və ağır qaraciyər pozğunluqları qeyd olunan pasiyentlərdə lansoprazolu ehtiyatla istifadə etmək lazımdır. Proton pompası inhibitorları, xüsusilə, yüksək dozalarda və uzun müddət ərzində (> 1 il) istifadə edildiyi hallarda, xüsusilə, yaşlı pasiyentlərdə və ya digər təsdiq olunmuş risk faktorları mövcud olduqda, bud sümüyü, bilək sümükləri və onurğa sütunu sümüklərinin sınma riskinin bir qədər yüksəlməsinə səbəb ola bilər. Müşahidəli tədqiqatlar onu təsdiq edir ki, proton pompası inhibitorları, ümumi sınıq riskinin 10-40 % yüksəlməsinə səbəb ola bilər. Həmin riskin yüksəlməsi digər faktorlarla əlaqəli ola bilər. Osteoporoz riski qeyd olunan pasiyentlər, qüvvədə olan klinik təlimatlara müvafiq müalicə qəbul etməlidirlər və kifayət qədər D vitamini və kalsiumla təmin olunmalıdırlar. Böyrək funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Qablaşma açıldıqdan sonra, möhtəviyyatını 1 il ərzində istifadə etmək vacibdir, istifadə olunmayan kapsulları qəbul etmək olmaz. Hər dəfə istifadə edildikdən sonra, flakonu möhkəm bağlamaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Lansoprazolun digər preparatlara təsiri pH-dan asılı sorulma ilə dərman vasitələri Lansoprazol mədənin pH-ı biomənimsənilmə üçün əhəmiyyətli olan preparatların sorulmasına təsir edə bilər. İİV proteazanın inhibitorları Lansoprazolu, biomənimsənilməsi əhəmiyyətli dərəcədə azaldığına görə pH-ı mədə turşuluğunun səviyyəsindən asılı olan atazanavir və nelfinavir kimi İİV proteazanın inhibitorları ilə eyni vaxtda istifadə etmək olmaz. Sağlam könüllülərdə lansoprazolun (gündə 1 dəfə 60 mq) atazanavirlə 400 mq dozada eyni vaxtda istifadəsi atazanavirin konsentrasiyasının əhəmiyyətli dərəcədə azalmasına (AUC və C -ın təqribənmax 90% azalması) səbəb olmuşdur. Ketokonazol və itrakonazol Mədə turşusunun iştirakı olduqda, ketokonazolun və itrakonazolun mədə-bağırsaq sistemindən sorulması güclənir. Lansoprazolun təyin edilməsi, ketokonazolun və itrakonazolun subterapevtik konsentrasiyalarına səbəb ola bilər və bu kombinasiyadan çəkinmək lazımdır. Diqoksin Lansoprazolla diqoksinin eyni vaxtda istifadəsi diqoksinin qan plazmasında səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu səbəbə görə diqoksinin plazma səviyyəsinə nəzarət edilməli və diqoksinin dozasını lansoprazolla müalicə kursunun əvvəlində və sonunda tənzimləmək vacibdir. P450 ilə metabolizmə uğrayan dərman vasitələri Lansoprazol, CYP3A4 ilə metabolizmə uğrayan preparatların plazma konsentrasiyasını artıra bilər. Bu fermentlərlə metabolizmə uğrayan və kiçik terapevtik diapazona malik preparatları lansoprazolla ehtiyatla kombinasiya etmək lazımdır. Varfarin Proton inhibitorlarını və varfarini eyni vaxtda alan pasiyentlərdə beynəlxalq normallaşmış indeksin (BNİ) və protrombin vaxtının artması barədə məlumat vardır. NBİ-nin və protrombin vaxtının artması patoloji qanaxmaya və hətta ölümə səbəb ola bilər. Lansoprazol və varfarin alan pasiyentlərdə BMİ-nin və protrombin vaxtının yüksəlməsinə nəzarət etmək vacibdir. Teofillin Lansoprazol teofillinin plazmada konsentrasiyasını azaldır ki, bu da, onun istifadəsindən gözlənilən klinik effekti azalda bilər. Bu iki preparatı ehtiyatla kombinasiya etmək lazımdır. Takrolimus Eyni vaxtda istifadəsi zamanı lansoprazol qan plazmasında takrolimusun konsentrasiyasını artırır (CYP3A və P-qlikoproteinin substratı). Lansoprazolun ekspozisiyası takrolimusun orta ekspozisiyasını 81% artırmışdır. Lansoprazolla eyni vaxtda müalicənin əvvəlində və sonunda takrolimusun plazmada konsentrasiyasının monitorinqi məsləhət görülür. P-qlikoproteinlə nəql edilən dərman vasitələri P-qlikoproteinin (P-gp) nəqli zülallarının lansoprozolla inhibə olunması qeyd edilmişdir. Bu effektin klinik əhəmiyyəti məlum deyil. Digər preparatların lansoprazola təsiri CYP2C19-u inhibə edən preparatlar Fluvoksamin CYP2C19 inhibitoru olan fluvoksaminlə lansoprazolun kombinasiyası zamanı dozanın azaldılması nəzərdən keçirilə bilər. Lansoprazolun plazmada konsentrasiyası 4 dəfəyə qədər artır. CYP2C19 və CYP3A4-ü induksiya edən preparatlar Rifampisin və dəlikli dazıotu (Hypericum perforatum) kimi CYP2C19 və CYP3A4-ə təsir edən fermentlərin induktorları lansoprazolun qan plazmasındakı konsentrasiyasını nəzərə çarpacaq dərəcədə azalda bilər. Digər preparatlar Metotreksat Lansoprazolun metotreksatla eyni vaxtda yüksək dozada istifadəsi, metotreksatın və/və ya onun metabolitlərinin qan zərdabında səviyyəsinin artmasına və təsirinin uzanmasına səbəb ola bilər ki, bu da, metotreksatın toksikliyinə gətirib çıxara bilər. Sukralfat/Antasidlər Sukralfat/antasidlər lansoprazolun biomənimsənilməsini azalda bilər. Bu səbəbə görə lansoprazolu bu preparatların qəbulundan ən azı 1 saat sonra qəbul etmək lazımdır. Qeyri-steroid iltihabəleyhinə preparatlar Lansoprazolun qeyri-steroid iltihabəleyhinə preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri müşahidə edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə lansoprazoldan istifadənin təhlükəsizliyi müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı lansoprazol teratogen təsir göstərməsə də, ehtiyat tədbiri kimi hamiləlik və laktasiya dövründə zamanı lansoprazoldan istifadə edilməməlidir. Preparat qaraciyər funksiyasının ifadə edilmiş pozuntuları olan pasiyentlərə ehtiyatla təyin edilir. Bu halda birgünlük doza maksimum 30mq təşkil edir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə, yuxululuq və görmə qabiliyyətində dəyişikliklər kimi əlavə təsirlərin mümkünlüyü səbəbindən diqqət tələb edən fəaliyyətlərlə məşgul olarkən preparatın qəbuluna fərdi yanaşma tələb olunur.

İstifadə qaydası və dozası

Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Kapsulları bütöv, çeynəmədən qəbul etmək lazımdır. Preparatı sutkada 1 dəfə istifadə etdikdə, kapsulları səhər, qida qəbulundan əvvəl qəbul etmək lazımdır; həmçinin, preparatı axşam, şam yeməyindən əvvəl də qəbul etmək olar. Preparatın iki dəfə qəbulu üçün zərurət yarandıqda, kapsulları səhər yeməyindən və şam yeməyindən əvvəl təyin etmək lazımdır. Kapsulu bütöv qəbul etmək mümkün olmadığı halda, onun möhtəviyyatını az miqdar (təxminən 1 dolu xörək qaşığı) alma şirəsi ilə qarışdırmaq və çeynəmədən, dərhal daxilə qəbul etmək olar. Preparatı həmçinin, zond vasitəsi ilə yeritmək mümkündür. Onikibarmaq bağırsaq xorasının kəskinləşmə mərhələsi – sutkada 1 dəfə 30 mq, 2-4 həftə müddətində. Mədə xorasının kəskinləşmə mərhələsi – sutkada 1 dəfə 30 mq, 4-8 həftə müddətində. QSİƏP-in istifadəsi ilə əlaqəli mədə və onikibarmaq bağırsağın eroziv-xoralı zədələnməsi (QSİƏP ilə əlaqəli qastropatiya) – sutkada 30 mq, 4-8 həftə müddətində. Qastro-ezofageal reflyuks xəstəliyi (QERX), o cümlədən, reflyuks-ezofagit – sutkada 30 mq, 4-8 həftə müddətində. Helicobacter pylori infeksiyasının eradikasiyası – sutkada 2 dəfə 30 mq, antibiotiklərlə (klaritromisinlə və amoksisillinlə) birlikdə, 7-14 gün müddətində. Zollinger-Ellison sindromu – bazal turşuluğun hasilatı 10 mmol/saatda göstəricisinə çatana qədər doza fərdi qaydada seçilir. Preparatın tövsiyə olunan başlanğıc dozası – sutkada 1 dəfə 60 mq təşkil edir. Sutkalıq 120 mq dozanın istifadəsi tələb olunduqda, preparatı 2 dəfəyə qəbul etmək tövsiyə olunur. Müalicənin davametmə müddəti həkim tərəfindən müəyyən olunur. Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə və yaşlı pasiyentlərdə müalicəni dozaların yarısı ilə başlamaq və onları, sutkada 30 mq-dan artıq olmamaq şərti ilə, tövsiyə olunan dozalara qədər tədricən artırmaq lazımdır.

Əlavə təsirləri

Aşağıda qeyd edilən əlavə təsirlər, onların yaranma tezliyinə müvafiq Ümumdünya səhiyyə təşkilatının təsnifatına uyğun sadalanıb: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Tez-tez (≥ 1/100 – < 1/10) – Başağrı, başgicəllənmə; – ürəkbulanma, diareya, qarın nahiyəsində ağrı, qəbizlik, qusma, meteorizm, ağızda və ya boğazda quruluq, mədənin dibində jeleyəbənzər polip (xoşxassəli); – qaraciyər fermentlərinin səviyyəsinin artması; – övrə, qaşınma, səpgi; – yorğunluq. Bəzən (≥ 1/1000 – < 1/100) – Depressiya; – leykopeniya, trombositopeniya, eozinofiliya; – artralgiya, mialgiya, bud sümüyünün, biləyin və ya onurğanın sınması; – ödem. Nadir hallarda (≥ 1/10000 – < 1/1000) – Anemiya; – yuxusuzluq, halüsinasiya, şüurun dumanlanması; – narahatlıq, başgicəllənmə, paresteziya, yuxululuq, tremor; – görmənin pozulması; – qlossit, qida borusunun kandidozu, pankreatit, dadbilmənin pozulması; – sarılıq, hepatit; – purpura, petexiya, saçların tökülməsi, multiformalı eritema, fotosensibilizasiya; – interstisial nefrit; – ginekomastiya; – qızdırma, hiperhidroz, angiodistrofiya, anoreksiya, impotensiya. Çox nadir hallarda (< 1/10000) – Aqranulositoz, pansitopeniya; – anafilaktik şok; – kolit, stomatit; – toksik epidermal nekroliz, Stivens-Conson sindromu; – xolesterinin və triqliseridlərin səviyyəsinin artması, hiponatriemiya. Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil) – Hipomaqniemiya; – görmə halüsinasiyası; – kollagenli kolit; – yarımkəskin qırmızı qurdeşənəyi. GÖZLƏNİLMƏZ TƏSİRLƏR MEYDANA ÇIXDIQDA HƏKİMƏ MÜRACİƏT ETMƏK LAZIMDIR!

Doza həddinin aşılması

Lansoprazolun spesifik antidotu məlum deyil. Doza həddi aşıldıqda simptomatik müalicə aparılır.

Buraxılış forması

14 və ya 28 kapsul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış formaları Loenzar-sanovel 15 mq, mikroqranullu 30 kapsul.

Saxlanma şəraiti

25°С-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Flakon açıldıqdan sonra 12 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat şəhadətnaməsinin sahibi SANOVEL İLAÇ SAN ve TİC.A.Ş. Silivri İlcesi, Balaban Mahallesi, Cihaner sokağı, No:10, 34580, ISTANBUL/TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Loenzar 30 mq N14 kapsul” üçün ilk rəyi siz yazın.