LIZINOPRIL 10 MG N28 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Renin-angiotenzin sisteminə təsir edən vasitələr, AÇF inhibitorları |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,99 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LİZİNOPRİL QRİNDEKS 10 mq; 20 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Lisinopril
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq və ya 20 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr:prejelatinləşdirilmiş nişasta, qarğıdalı nişastasi, susuz kalsium hidrofosfat, mannitol, susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Təsviri
Lizinopril Qrindeks 10 mq Dairəvi formalı, ağ rəngli, iti kənarlı və bir tərəfində xətt (dörd hissəyə) olan yastı silindrik tabletlərdir. Lizinopril Qrindeks 20 mq Dairəvi formalı, ağ rəngli, iti kənarlı yastı silindrik tabletlərdir.
Farmakoterapevtik qrupu
Renin-angiotenzin sisteminə təsir edən vasitələr, AÇF inhibitorları. ATC kodu: C09AA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Lizinopril angiotenzinçevirici fermentinin (AÇF) inhibitorudur. AÇF, angiotenzin I-in vazokonstriktor fəallığa malik olan angiotenzin II maddəsinə çevrilməsini kataliz edən peptidildipeptidazadır. Angiotenzin II, həmçinin böyrəküstü vəzilərin qabıq maddəsində aldosteronun sekresiyasını stimullaşdırır. AÇF-in inhibə olunması qan plazmasında angiotenzin II- nin miqdarının aşağı düşməsinə, bu da renin plazmada aktivliyinin artmasına (reninin mənfi azad olmasının əks əlaqəsinin olmaması hesabına) və aldosteronun sekresiyasının azalmasına səbəb olur. Aldosteronun sekresiyasının azalması qan zərdabında kaliumun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Lizinoprilin qan təzyiqini aşağı salma mexanizmi, əsasən renin-angiotenzin-aldosteron sistemini inhibə edilməsi vasitəsilə həyata keçirilirsə də, lizinopril hətta qanda reninin səviyyəsi aşağı olan hipertenziv pasiyentlərə də antihipertenziv təsir göstərir. AÇF, bradikinini parçalayan kinaza II fermentinə oxşardır. Lizinoprillə müalicə müddətində bradikininin (yüksək vazodilatator xüsusiyyətlərinə malikdir) səviyyəsinin yüksəlməsinin əhəmiyyəti tam dəqiqləşdirilməyib və gələcək araşdırmanı tələb edir. Hipertenziyası olan pasiyentlərdə lizinoprilin istifadəsi, həm uzanıq, həm də ayaq üstə vəziyyətdə olan pasiyentlərdə, kompensator taxikardiya törətmədən, qan təzyiqinin təxminən eyni səviyyədə aşağı düşməsinə səbəb olur. Simptomatik ortostatik hipotenziya, adətən müşahidə olunmur, lakin su-elektrolit balansının pozğunluğu olan pasiyentlərdə bu vəziyyətin yaranması mümkün olduğu üçün, nəzərə alınmalıdır. Bir çox pasiyentlərdə, preparatın hipotenziv təsiri lizinoprilin birdəfəlik dozasının peroral qəbulundan bir saat sonra, müşahidə oluna bilər; lizinoprilin maksimal hipotenziv effekti 6 saatdan sonra müşahidə olunur. Preparatın hipotenziv effektinin, tövsiyə olunan gündəlik dozanın tətbiqindən sonra 24 saat müddətinə müşahidə olunmasına baxmayaraq, bəzi tədqiqatlarda kiçik dozalarla müqayisədə 20 mq və ya daha yüksək dozaların istifadəsi zamanı lizinoprilin təsirinin müddətinin uzanması və güclənməsi qeyd olunmuşdur. Qan təzyiqinin optimal aşağı düşməsinə nail olmaq üçün 2-4 həftəlik müalicə tələb oluna bilər. Uzunmüddətli müalicə zamanı lizinoprilin hipotenziv təsiri saxlanılır. Lizinoprilin istifadəsinin qəflətən dayandırılması, qan təzyiqinin kəskin yüksəlməsi ilə və ya qan təzyiqinin müalicədən əvvəl olan səviyyəyə nisbətən kəskin yüksəlməsi ilə əlaqədar deyil. Lizinoprilin yüksək dozalarını qəbul edən pasiyentlərdə, qan təzyiqinin aşağı düşməsi daha sürətli və daha uzunmüddətli olur. Yaşlı pasiyentlərdə və cavanlarda lizinoprilin effektivliyi və təhlükəsizliyi eynidir. İki böyük randomizəolunmuş nəzarət edilən klinik tədqiqatda ONTARGET (ONgoing Telmisartan Alone and in combination with Ramipril Global Endpoint Trial) və VA NEPHRON D (The Veterans Affairs Nephropathy in Diabetes) AÇF inhibitorlarının angiotenzin II reseptor blokatorları ilə birgə istifadəsi öyrənilmişdir. ONTARGET tədqiqatına anamnezlərində ürək-damar və ya serebrovaskulyar xəstəlikləri və ya hədəf-orqan zədələnməsinin sübutu olan 2-ci tip şəkərli diabeti olan pasiyentlər daxil edilmişdir. VA NEPHRON D tədqiqatında 2-ci tip şəkərli diabet və diabetik nefropatiyası olan pasiyentlər iştirak etmişdir. Bu tədqiqatlarda böyrək və/və ya ürək-damar funksiyasına əhəmiyyətli və faydalı təsir müşahidə edilməmişdir və öz növbəsində monoterapiya ilə müqayisədə hiperkaliemiya, kəskin böyrək zədələnməsi və/və ya hipotenziya riskinin artması müşahidə edilmişdir. Bu dərmanların oxşar farmakodinamik xüsusiyyətlərini nəzərə alaraq, bu nəticələr digər AÇF inhibitorlarına və angiotenzin II reseptor blokatorlarına də aid edilə bilər. Bu səbəbdən diabetik nefropatiyası olan pasiyentlər AÇF inhibitorlarını və angiotenzin II reseptor blokatorlarını eyni vaxtda istifadə etməməlidirlər. 2-ci tip şəkərli diabeti və xroniki böyrək xəstəliyi, ürək-damar sisteminin xəstəliyi və ya hər iki xəstəliyi olan pasiyentlərdə AÇF inhibitoru və ya angiotenzin II reseptor blokatoru ilə standart terapiyaya əlavə olaraq aliskirenin əlavə edilməsinin faydasını araşdıran ALTITUDE (Aliskiren Trial in Type 2 Diabetes Using Cardiovascular and Renal Disease Endpoints) tədqiqatı keçirilmişdir. Mənfi nəticələr riskinin artması səbəbindən tədqiqat vaxtından əvvəl dayandırılmışdır. Aliskiren qrupunda plasebo qrupu ilə müqayisədə ürək-damar ölümü və insult halları statistik olaraq daha çox, aliskiren qrupunda isə plasebo qrupu ilə müqayisədə daha çox arzuolunmaz əlavə təsirlər və maraq doğuran ciddi əlavə təsirlər (hiperkaliemiya, hipotenziya və böyrəklərin funksiyasının pozğunluğu) müşahidə edilmişdir. Farmakokinetikası Lizinopril tərkibində sulfhidril qrupu olmayan, AÇF-in aktiv peroral inhibitorudur. Sorulması Daxilə qəbul edildikdən sonra qanın plazmasında lizinoprilin maksimal konsentrasiyası təxminən 7 saat müddətində əldə olunur. Lakin, kəskin miokard infarkt xəstəliyi olan pasiyentlərdə, maksimal konsentrasiyaya çatma müddəti bir qədər uzana bilər. Bütün yoxlanılan dozaların (5-80 mq) istifadəsi zamanı, sidiyə ifraz olunmağa əsaslanan, lizinoprilin sorulma həcminin orta göstəricisi təxminən 25% təşkil edir və ayrı-ayrı pasiyentlərdə fərdi olaraq 6%-dən 60%-ə qədər dəyişir. Ürək çatışmazlığı olan pasiyentlərdə lizinoprilin mütləq biomənimsənilməsi təxminən 16% aşağıdır. Mədə-bağırsaq sistemində qidanın mövcüdluğu lizinoprilin sorulmasına təsir etmir. Paylanması Lizinopril qanda dövr edən AÇF istisna olmaqla, plazmanın digər zülalları ilə bağlanmır. Siçovullar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, lizinoprilin çox cüzi miqdarı hematoensefalik baryerdən keçə bilir. Metabolizmi və xaric olması Lizinopril metabolizmə məruz qalmır və preparatın absorbsiya olunan hissəsi orqanizmdən dəyişməz halda sidiklə xaric olur. Təkrar qəbulu zamanı lizinoprilin effekiv kumulyativ yarımdövrü 12,6 saat təşkil edir. Sağlam insanlarda lizinoprilin klirensi təxminən 50 ml/dəqiqədə təşkil edir. Preparatın çox hissəsi orqanizmdən erkən mərhələdə xaric olur, daha sonra preparatın yığılmasına səbəb olmayan aşağı konsentrasiya şəraitində uzun müddətli terminal mərhələsi başlayır. Terminal mərhələ sonuncu olaraq, AÇF ilə intensiv bağlanmanı əks etdirir və dozaya mütənasib deyil. Qaraciyər funksiyasının pozğunluğu Qaraciyər sirrozu olan pasiyentlərdə qaraciyər funksiyasının zəifləməsi lizinoprilin absorbsiyasının aşağı düşməsinə (təxminən 30%, bunu preparatın sidiyə keçməsi təsdiqləyir) və həmçinin, sağlam insanlarla müqayisədə preparatın klirensinin aşağı düşməsi nəticəsində lizinoprilin təsirinin güclənməsinə (təxminən 50%) səbəb olur. Böyrəklərin funksiyasının pozğunluğu Böyrək funksiyasının pozğunluğu hallarında lizinoprilin böyrəklər vasitəsilə xaric olması zəifləyir, lakin bu, yumaqcıq filtrasiyasının sürəti (YFS) 30 ml/dəq-dən aşağı düşdüyü halda klinik əhəmiyyət daşıyır. Böyrək funksiyasının yüngül və orta dərəcəli pozğunluğu halında (kreatinin klirensi 30-80 ml/dəq) “konsentrasiya-zaman” əyrisi altında olan sahə (AUC) orta hesabla 13% artdığı halda, böyrək funksiyasının pozğunluğunun ağır formalarında (kreatinin klirensi 5-30 ml/dəq) AUC altında olan sahə göstəricisi orta hesabla 4,5 dəfə artır. Lizinoprili orqanizmdən dializ vasitəsi ilə xaric etmək olar. Dializ klirensi 40-55 ml/dəq olduqda, 4 saat müddətində aparılan hemodializ nəticəsində qanın plazmasında lizinoprilin konsentrasiyası orta hesabla 60% aşağı düşür. Ürək çatışmazlığı Ürək çatışmazlığı olan pasiyentlərdə lizinoprilin təsiri sağlam insanlara təsiri ilə müqayisədə daha güclüdür (AUC göstəricisi orta hesabla 125% artır), lakin lizinoprilin sidiyə daxil olması ona dəlalət edir ki, preparatın sorulması sağlam insanlarla müqayisədə 16% aşağı düşür. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr YFS 30 ml/dəq/1,73 m -dən çox olan, hipertenziyalı 6 yaşdan 16 yaşa qədər pasiyentlər arasında aparılan tədqiqatlar zamanı, 0,1-0,2 mk/kq dozada lizinoprilin istifadəsindən sonra qan plazmasında preparatın konsentrasiyasının maksimal tarazlıq konsentrasiyası 6 saat müddətində əldə edilir və preparatın sidiyə daxil olmasına əsaslanan absorbsiya həcmi isə təxminən 28% təşkil edir. Bu göstəricilər, əvvəllər yaşlı pasiyentlərdən alınan göstəricilərdən fərqlənmir. Yaşlı pasiyentlər (yaşı 65-dən yuxarı) Yaşlı pasiyentlərdə preparatın qanda konsentrasiyası və AUC göstəricisi cavan pasiyentlərlə müqayisədə nisbətən yuxarıdır (təxminən 60%). Klinikaya qədər təhlükəsizlik tədqiqatları Klinikaya qədər standart tədqiqatlarda farmakoloji təhlükəsizlik, təkrar dozaların toksikliyi, genotoksiklik, mümkün kanserogenlik haqqında əldə edilən məlumatlar insanlar üçün xüsusi riski göstərməmişdir. Müəyyən edilmişdir ki, AÇF inhibitor qrupuna aid preparatlar dölün gec inkişafına mənfi təsir göstərir, dölün ölümünə və ya anadangəlmə qüsurlara, xüsusən də kəllə qüsurlarına səbəb olur. Fetotoksiklik, bətndaxili inkişafın ləngiməsi və açıq ductus arteriosus halları bildirilmişdir. Mümkündür ki, bu anomaliyalar qismən AÇF inhibitorlarının dölün renin- angiotenzin sisteminə birbaşa təsiri və qismən də ananın hipotenziyası və fetal-plasentar qan axınının və dölə oksigen/qida maddələrinin çatdırılmasının azalması nəticəsində yaranan işemiya ilə bağlıdır.
İstifadəsinə göstərişlər
Hipertenziya Hipertenziyanın müalicəsi. Ürək çatışmazlığı Simptomatik ürək çatışmazlığının müalicəsi. Kəskin miokard infarktı Kəskin miokard infarktından 24 saat sonra müalicəyə başlayan hemodinamik cəhətdən stabil pasiyentlərin qısamüddətli (6 həftə) müalicəsi. Şəkərli diabetin səbəb olduğu böyrəklərin fəaliyyətinin pozğunluğu 2-ci tip şəkərli diabet və ilkin nefropatiyası olan hipertenziyalı pasiyentlərdə böyrək xəstəliyinin müalicəsi.
Əks göstərişlər
˗ Təsiredici maddəyə və ya hər hansı digər AÇF inhibitoruna və ya “Tərkibi” bölməsində sadalanan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq. ˗ Anamnezdə AÇF inhibitorlarının əvvəlki istifadəsi ilə əlaqəli angionevrotik ödem. ˗ İrsi/idiopatik angionevrotik ödem. ˗ Hamiləliyin ikinci və üçüncü trimestri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə baxın). ˗ Şəkərli diabet və ya böyrək funksiyası pozulmuş pasiyentlərdə aliskiren tərkibli preparatlarla eyni vaxtda istifadəsi (YFS <60 ml/dəq/1,73 m ) (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə baxın). ˗ Sakubitril/valsartan ilə eyni vaxtda istifadəsi. Lizinopril Qrindeks preparatının istifadəsinə sakubitril/valsartanın son dozasından sonra 36 saatdan tez olmayaraq başlamaq olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Simptomatik hipotenziya Ağırlaşmaları olmayan hipertenziv pasiyentlərdə simptomatik hipotenziya nadir hallarda müşahidə olunur. Lizinoprili istifadə edən hipertenziv pasiyentlərdə hipotenziya, əsasən hipovolemiya zamanı və ya diuretik vasitələrlə müalicə nəticəsində əmələ gələn renindən asılı ağır dərəcəli hipertenziyada, az duzlu pəhriz, dializ, diareya və ya qusma zamanı meydana çıxır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə baxın). Ürək çatışmazlığı olan pasiyentlərdə simptomatik hipotenziya böyrək çatışmazlığı zamanı və ya böyrək çatışmazlığı olmadıqda müşahidə olunur. Ağır dərəcəli ürək çatışmazlığı olan pasiyentlərdə simptomatik hipotenziya daha tez-tez meydana çıxa bilər, bunu yüksək dozalarda ilgək diuretiklərinin istifadəsi, hiponatriemiya və böyrək fəaliyyətinin funksional pozğunluğu təsdiqləyir. Müalicənin əvvəlində və ya doza seçimində simptomatik hipotenziyanın inkişaf riski yüksək olan pasiyentlərə ciddi nəzarət etmək lazımdır. Bu həmçinin, ürəyin işemik xəstəliyi və ya beyin qan dövranının xəstəlikləri olan, qan təzyiqinin həddindən artıq aşağı düşməsi miokard infarktı və ya beyin qan dövranı pozğunluğuna səbəb ola bilən pasiyentlərə aiddir. Hipotenziya zamanı pasiyenti arxası üstə uzandırmaq və zərurət yarandıqda, venadaxili infuziya şəklində fizioloji məhlul yeritmək lazımdır. Keçici hipotenziyanın yaranması, preparatın sonrakı istifadəsinə əks göstəriş deyil və orqanizmdə dövr edən mayenin dəyişdirilməsindən sonra qan təzyiqi yüksəldikdə, adətən, çətinlik törətmir. Normal və ya aşağı qan təzyiqi olan ürək çatışmazlığı qeyd olunan bəzi pasiyentlərdə lizinoprilin istifadəsi zamanı əlavə olaraq sistem qan təzyiqi aşağı düşə bilər. Bu effekt gözləniləndi və adətən müalicənin dayandırılması üçün səbəb deyil. Hipotenziya simptomatik olduqda lizinoprilin dozasını azaltmaq və ya istifadəsini tamamilə dayandırmaq tələb oluna bilər. Kəskin miokard infarktı zamanı hipotenziya Kəskin miokard infarktı olan pasiyentlərdə lizinoprillə müalicəyə vazodilatatorla müalicədən sonra ağır hemodinamik ağırlaşma riski olduqda başlamaq olmaz. Bu qrupa sistolik qan təzyiqi 100 mm c.s. və daha aşağı olan və ya kardiogen şok olan pasiyentlər daxildir. Keçirilmiş miokard infarktından sonra, sistolik qan təzyiqi 120 mm c.s. və ya daha aşağı olduqda, ilk üç gün müddətində preparatın dozasını aşağı salmaq lazımdır. Sistolik qan təzyiqi 100 mm c.s. və ya daha aşağı olduqda, dəstəkləyici dozanı 5 mq qədər və ya qısamüddətli 2,5 mq qədər aşağı salmaq lazımdır. Hipotenziya aradan qalxmadıqda (sistolik qan təzyiqi 1 saat 90 mm c.s. aşağı olduqda) lizinoprilin istifadəsini dayandırmaq lazımdır. Aorta və mitral qapaqların stenozu/hipertrofik kardiomiopatiya Digər AÇF inhibitorları kimi, mitral qapaqların stenozu və aorta qapaqlarının stenozu və ya hipertrofik kardiomiopatiya kimi, sol mədəcikdən çıxan yolların obstruksiyası olan pasiyentlərə lizinoprili ehtiyatla istifadə etmək lazımdır. Böyrəklərin fəaliyyətinin pozğunluğu Böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 80 ml/dəq) lizinoprilin başlanğıc dozasını pasiyentin kreatinin klirensinə müvafiq olaraq seçmək lazımdır (cədvələ baxın), sonra isə doza pasiyentin terapevtik cavabına uyğun olmalıdır. Bu pasiyentlərin gündəlik monitorinqinə qanda kaliumun və kreatinin səviyyələrinin nəzarəti daxil edilməlidir. Ürək çatışmazlığı olan pasiyentlərdə, AÇF inhibitorlarının istifadəsi zamanı müalicənin başlanması ilə əlaqədar olan hipotenziya, böyrək funksiyasının daha da pisləşməsinə səbəb ola bilər. Bu vəziyyətdə, adətən geridönən, kəskin böyrək çatışmazlığının inkaşafı barədə məlumatlar vardır. AÇF inhibitorları ilə müalicə alan böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu olan pasiyentlərin qanında, adətən müalicə dayandırıldıqdan sonra geridönən, sidik cövhərinin və kreatinin səviyyəsinin yüksəlməsi müşahidə olunur. Bu hal, əsasən böyrək çatışmazlığı olan pasiyentlərdə mümkündür. Pasiyentdə, həmçinin renovaskulyar hipertenziya mövcud olduqda, hipotenziyanın ağır formasının və böyrək çatışmazlığının inkişaf etmə riski artır. Bu pasiyentlərin müalicəsini həkimin ciddi nəzarəti altında preparatın kiçik dozalarından, dozaları dəqiq titrləyərək başlamaq lazımdır. Diuretiklərin istifadəsi, yuxarıda göstərilən halların inkişaf etməsinə imkan yaradan amil ola bildiyi üçün, lizinopril ilə müalicənin ilk həftələrində diuretiklərin istifadəsini dayandırmaq və böyrək funksiyasını yoxlamaq lazımdır. Əvvələr böyrək qan damarlarının xəstəliyi diaqnozu qoyulmamış, bəzi hipertenziv pasiyentlərin qanında sidik cövhərinin və kreatinin səviyyəsinin, adətən əhəmiyyət kəsb etməyən və geridönən, yüksəlməsi qeyd olunur, xüsusən də lizinoprili diuretik vasitələrlə birlikdə istifadə etdikdə. Bu hala, böyrək fəaliyyətinin pozulması olan pasiyentlərdə daha tez-tez rast gəlinir. Bu zaman, lizinoprilin və/və ya diuretik vasitənin dozasını aşağı salmaq və ya bu preparatların istifadəsini dayandırmaq lazımdır. Kəskin miokard infarktı zamanı böyrək disfunksiyasının əlamətləri olan pasiyentlərdə qan zərdabında kreatinin konsentrasiyası 117 mikromol/l-dən yüksək olduqda və/və ya 500 mq/24 saatdan çox proteinuriya olduqda lizinopril ilə müalicəni başlamaq olmaz. Böyrək disfunksiyasının əlamətləri lizinopril preparatı ilə müalicə müddətində meydana çıxdıqda (qanın zərdabında kreatinin konsentrasiyası 265 mikromol/l-dən yüksək olduqda və ya müalicənin əvvəlində olan göstərici ikiqat artdıqda), həkim lizinopril preparatı ilə müalicənin dayandırılmasını qiymətləndirməlidir. Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadası AÇF inhibitorlarının, angiotenzin II reseptorlarının blokatorlarının və ya aliskirenin eyni zamanda istifadəsi hipotenziyanın, hiperkaliemiyanın və böyrək funksiyasının zəifləməsi (böyrək çatışmazlığı daxil olmaqla) riskinin yüksəlməsinin təsdiqi vardır. Bu səbəbdən, AÇF inhibitorlarının, angiotenzin II reseptorlarının blokatorlarının və ya aliskirenin kombinasiyasının istifadəsi ilə RAAS-ın ikiqat blokadası tövsiyə edilmir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə baxın). Lizinopril preparatının istifadəsi ilə ikiqat blokada törədən müalicə mütləq vacib olduqda, blokadanı yalnız səhiyyə mütəxəssisinin nəzarəti altında və böyrək funksiyasına, qanda elektrolitlərin səviyyəsinə və arterial təzyiqin göstəricilərinə tez-tez və ciddi nəzarət edərək aparmaq olar. Diabetik nefropatiyası olan pasiyentlərə AÇF inhibitorlarını və angiotenzin II reseptorlarının blokatorlarını eyni zamanda istifadəsi tövsiyə olunmur. Yüksək həssaslıq/angionevrotik ödem Nadir hallarda, lizinopril daxil olmaqla, AÇF inhibitorları ilə müalicə olunan pasiyentlərdə üzün, ətrafların, dodağın, dilin, səs tellərinin və/və ya qırtlağın angionevrotik ödemi müşahidə olunur. Angionevrotik ödem müalicənin istənilən anı baş verə bilər. Belə hallarda, lizinoprilin istifadəsini dərhal dayandırmaq və yaranan simptomların tamamilə aradan qalxmasına qədər (pasiyentin evə buraxılması) müvafiq müalicə aparmaq lazımdır. Hətta, ödem yalnız dili əhatə etdikdə və tənəffüsə təsir etmədiyi hallarda, antihistamin vasitələrlə və kortikosteroidlərlə müalicə kifayət etməyə bilər və pasiyentlərə uzunmüddətli nəzarət tələb oluna bilər. Çox nadir hallarda dilin və qırtlağın ödemi səbəbindən angionevrotik ödemin ölümlə nəticələnən halları barədə məlumatlar vardır. Dilin, səs tellərinin və ya qırtlağın ödemi olan pasiyentlərdə tənəffüs yollarının obstruksiyası baş verə bilər, xüsusilə də anamnezdə tənəffüs yollarında cərrahiyyə əməliyyatı olan pasiyentlərdə. Belə hallarda, dərhal təxirəsalınmaz müalicəyə başlamaq lazımdır. Təxirəsalınmaz müalicəyə adrenalinin yeridilməsi və/və ya tənəffüs yollarının keçiriciliyinin təmin olunması daxildir. Mövcud olan simptomların tam və stabil aradan qalxmasına qədər pasiyentə nəzarət etmək lazımdır. AÇF inhibitorları digər irqlərdən olan pasiyentlərə nisbətən, qaradərili pasiyentlərdə angionevrotik ödem riskini daha çox yüksəldir. Anamnezlərində AÇF inhibitorlarının istifadəsi ilə əlaqəsi olmayan angionevrotik ödem olan pasiyentlərdə, AÇF inhibitorlarından istifadə etdikdə angionevriotik ödemin yaranma riski yüksələ bilər (“Əks göstərişlər” bölməsinə baxın). AÇF inhibitorlarının sakubitril/valsartan ilə eyni vaxtda istifadəsi angionevrotik ödem riskinin artması səbəbindən əks göstərişdir. Sakubitril/valsartan ilə müalicə lizinoprilin son dozasından sonra 36 saatdan gec olmayaraq başlamalıdır. Lizinopril ilə müalicəyə sakubitril/valsartanın son dozasından sonra 36 saatdan gec olmayaraq icazə verilir (“Əks göstərişlər” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri “ bölmələrinə baxın). AÇF inhibitorlarının rasekadotril, mTOR inhibitorları (məsələn, sirolimus, everolimus, temsirolimus) və vildaqliptin ilə eyni vaxtda istifadəsi angionevrotik ödem riskini artıra bilər (məsələn, respirator pozğunluqlarla və ya olmadan tənəffüs yollarının və ya dilin ödemi) (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri“ bölməsinə baxın). AÇF inhibitorlarını qəbul edən pasityentlərdə rasekadotrilin, mTOR inhibitorlarının (məsələn, sirolimus, everolimus, temsirolimus) və vildaqliptinin istifadəsi ehtiyatla başlanmalıdır. Hemodializ zamanı pasiyentlərdə anafilaktoid reaksiyalar Yüksək keçiricilik qabiliyyətinə malik membranlarla (məsələn, AN 69) aparılan dializ prosedurası ilə eyni zamanda AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə anafilaktoid reaksiyaların baş verməsi barədə məlumatlar vardır. Bu pasiyentlərin dializi üçün başqa tip membranın istifadəsi və ya digər qrupdan olan antihipertenziv vasitənin təyin olunması qiymətləndirilməlidir. Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) aferezi zamanı anafilaktoid reaksiyalar Nadir hallarda, dekstran sulfat ilə aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) aferezi zamanı AÇF inhibitorlarını qəbul edən pasiyentlərdə həyat üçün təhlükəli olan anafilaktoid reaksiyalar baş verə bilər. Hər aferezdən əvvəl AÇF inhibitorları ilə müalicəni qısamüddətli dayandıraraq bu cür reaksiyaların qarşısını almaq olar. Desensibilizasiya Desensibilizasiya zamanı (məsələn, pərdəqanadlılar həşəratlarının zəhərinə qarşı) AÇF inhibitorlarını istifadə edən pasiyentlərdə həyat üçün təhlükəli olan anafilaktoid reaksiyalar inkişaf edə bilər. Pasiyentlər, AÇF inhibitorlarının qəbulunu qısamüddətli dayandıraraq, bu reaksiyaların qarşısını ala bilər, lakin təsadüfən preparatların təkrar istifadəsi zamanı reaksiyalar yenidən meydana çıxır. Qaraciyər çatışmazlığı Çox nadir hallarda, AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli xolestatik sarılıqla başlayan və öz növbəsində, proqressivləşərək qaraciyərin sürətli gedişli nekrozuna və bəzən də ölümə səbəb olan sindrom meydana çıxa bilər. Bu sindromun mexanizmi aydın deyil. Lizinopril qəbul edən pasiyentlərdə sarılıq inkişaf edərsə və ya qaraciyər fermentlərinin fəallığı əhəmiyyətli dərəcədə yüksələrsə, lizinoprilin istifadəsini dayandırmaq və müvafiq tibbi müayinədən keçmək lazımdır. Neytropeniya/aqranulositoz AÇF inhibitorları qəbul edən pasiyentlərdə neytropeniya/aqranulositoz, trombositopeniya və anemiya hallarının inkişaf etməsi barədə məlumatlar vardır. Neytropeniya normal böyrək funksiyası olan və digər ağırlaşmaları törədən digər amillər olmayan pasiyentlərdə nadir hallarda yarana bilər. AÇF inhibitorlarının istifadəsi dayandırıldıqdan sonra neytropeniya və aqranulositoz aradan qalxır. Qan damarlarının kollagen xəstəliyi olan pasiyentlər, immunodepressantlarla, allopurinol və ya prokainamid preparatları ilə müalicə alan pasiyentlər və ya bu faktorların hər hansı kombinasiyasında, xüsusən də böyrək funksiyasında əvvəllər pozğunluqlar olduqda, lizinopril xüsusi ehtiyatla istifadə etməlidirlər. Belə pasiyentlərin bəzilərində, müəyyən hallarda hətta intensiv antibiotik müalicəsinə cavab verməyən ağır infeksiyalar inkişaf edə bilər. Bu pasiyentlərdə, lizinoprilin istifadəsi zamanı qanda leykositlərin miqdarını mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. Pasiyentləri, hər hansı bir infeksiyanın əlamətləri barədə həkimə məlumat verilməsi barədə xəbərdar etmək lazımdır. İrq AÇF inhibitorları digər irqlərdən olan pasiyentlərə nisbətən, qaradərili pasiyentlərdə angionevrotik ödem riskini daha çox yüksəldir. Qaradərili hipertenziyalı əhali arasında, əsasən reninin səviyyəsi aşağı olduğundan, lizinopril, digər AÇF inhibitorları kimi, digər irqlərdən olan pasiyentlərə nisbətən, qaradərili pasiyentlərdə qan təzyiqinin aşağı düşməsinə daha az təsir göstərə bilər. Öskürək AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli öskürəyin yaranması barədə məlumatlar vardır. Öskürəyin müvəffəqiyyətsiz, davamlı olması və müalicə dayandırıldıqdan sonra aradan qalxması xarakterikdir. Hər hansı səbəbdən əmələ gələn öskürəyin differensial diaqnostikasında AÇF inhibitorlarının törətdiyi öskürək nəzərə alınmalıdır. Cərrahi müdaxilələr/anesteziya Geniş cərrahiyə əməliyyatı keçirən və ya hipotenziyaya səbəb olan narkoz vasitələri istifadə edilən pasiyentlərdə, lizinopril reninin kompensator azad olmasından sonra angiotenzin II-nin əmələ gəlməsinə mane olur. Hipotenziyanın bu mexanizm vasitəsilə əmələ gəlməsini nəzərə aldıqda, orqanizmdə mayenin həcmini artırmaqla, hipotenziyanın qarşısını almaq olar. Hiperkaliemiya Bəzi pasiyentlərdə, lizinopril daxil olmaqla, AÇF inhibitorlarını qəbulu zamanı, qan zərdabında kaliumun səviyyəsi yüksələ bilər. Hiperkaliemiyanın inkişaf riski olan pasiyentlər – böyrək çatışmazlığı və şəkərli diabeti olan pasiyentlər, eyni zamanda kaliumqoruyucu diuretiklər, tərkibində kalium olan qida əlavələri və ya tərkibində kalium olan duzəvəzedicilər qəbul edən pasiyentlər və ya qan zərdabında kaliumun səviyyəsinin yüksəlməsinə səbəb olan digər preparatlar qəbul edən (məsələn, heparin) pasiyentlərdir. Yuxarıda adları sadalanan dərman vasitələrinin eyni zamanda istifadəsinə zərurət yarandıqda, qan zərdabında kaliumun səviyyəsinə müntəzəm olaraq nəzarət etmək lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Qan zərdabında kaliumun səviyyəsi AÇF inhibitorları aldosteronun ifrazının inhibə edilməsi səbəbindən hiperkaliemiyaya səbəb ola bilər. Normal böyrək funksiyası olan pasiyentlərdə bu təsir, adətən, əhəmiyyətsizdir. Bununla belə, böyrək funksiyası pozulmuş və/və ya kalium tərkibli qida əlavələri (o cümlədən kalium tərkibli duz əvəzediciləri), kaliumqoruyucu diuretiklər, trimetoprim/sulfametoksazol kimi tanınan trimetoprim və ya ko-trimoksazol və xüsusilə aldosteronun antaqonistləri və ya angiotenzin reseptorlarının blokatorlarını qəbul edən pasiyentlərdə hiperkaliemiya yarana bilər. Kaliumqoruyucu diuretiklər və angiotenzin reseptorlarının blokatorları qan zərdabında kaliumun və böyrək funksiyasının müntəzəm monitorinqi ilə ehtiyatla istifadə edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Şəkərli diabeti olan pasiyentlər Peroral antidiabetik preparatlarla və ya insulinlə müalicə alan şəkərli diabeti olan pasiyentlər, AÇF inhibitorları ilə müalicənin ilk aylarında qanda şəkərin miqdarına ciddi nəzarət etməlidirlər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Litium Litium və lizinoprilin kombinəolunmuş istifadəsi tövsiyə olunmur. Hamiləlik AÇF inhibitorlarını hamiləlik dövründə təyin etmək olmaz. AÇF inhibitorlarının sonrakı istifadəsi zəruri hesab olunduqda, hamiləliyi planlaşdıran pasiyentlər, AÇF inhibitorları ilə aparılan əvvəlki müalicəni hamiləlik dövründə istifadə üçün təhlükəsizlik profili müəyyən edilmiş alternativ antihipertenziv müalicə ilə əvəz etməlidirlər. Hamiləlik müəyyən olunduqdan dərhal sonra AÇF inhibitorlarının istifadəsini dayandırmaq və tələb olunduqda, alternativ müalicəyə başlamaq lazımdır (“Əks göstərişlər” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə baxın).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Angionevrotik ödem riskini artıran vasitələr Angionevrotik ödemin yüksək riski səbəbindən AÇF inhibitorlarının sakubitril/valsartan kombinasiyası ilə eyni vaxtda istifadəsi əks göstərişdir. AÇF inhibitorlarının mTOR inhibitorları (məsələn, sirolimus, everolimus, temsirolimus) və vildaqliptin ilə eyni vaxtda istifadəsi angionevrotik ödemin riskini artıra bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Antihipertenziv vasitələr Lizinopril preparatını digər antihipertenziv vasitələrlə (məsələn, qliseriltrinitrat, digər nitratlar və ya vazodilatatorlar) birlikdə istifadəsi zamanı qan təzyiqi daha çox aşağı düşə bilər. RAAS təsir edən vasitələr Kinik tədqiqatlar göstərir ki, AÇF inhibitorlarının, angiotenzin II reseptorlarının blokatorlarının və ya aliskirenin eyni zamanda istifadə olunması zamanı RAAS-a təsir edən preparatın tək istifadə edilməsi ilə müqayisədə hipotenziyanın, hiperkaliemiyanın və böyrək funksiyasının zəifləməsi (böyrək çatışmazlığı daxil olmaqla) kimi arzuolunmaz əlavə təsirlərin inkişaf etmə riski yüksəkdir (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakodinamikası” bölmələrinə baxın). Diuretik vasitələr Lizinopril ilə müalicəyə diuretik vasitə əlavə etdikdə antihipertenziv təsir güclənir. Diuretikləri istifadə edən pasiyentlərdə, xüsusilə diuretikin istifadəsini son zamanlarda başlayan pasiyentlərdə, müalicəyə lizinopril əlavə olunduqda, qan təzyiqi bəzən, əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Lizinopril müalicəsi zamanı simptomatik hipotenziyanın inkişaf etmə riskini aşağı salmaq üçün, lizinoprillə müalicəyə başlamazdan əvvəl diuretik vasitənin istifadəsini dayandırmaq lazımdır (“İstifadə qaydası və dozası” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). Tərkibində kalium olan qida əlavələri, kaliumqoruyucu diuretik vasitələr və ya kalium tərkibli duzlar Klinik tədqiqatlarda qan zərdabında kaliumun səviyyəsinin norma çərçivəsində qalmasına baxmayaraq, bəzi pasiyentlərdə hiperkaliemiya yarana bilər. Kaliumqoruyucu diuretiklər (məsələn, spironolakton, triamteren və amilorid), kalium tərkibli qida əlavələri və ya kalium tərkibli duz əvəzediciləri qan zərdabında kalium səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər. Lizinopril, həmçinin trimetoprim və ko-trimoksazol (trimetoprim/sulfametoksazol) kimi qan zərdabında kaliumun səviyyəsini artıran digər dərman vasitələri ilə eyni vaxtda istifadə edildikdə ehtiyatlı olmaq lazımdır, çünki trimetoprimin amilorid kimi kaliumqoruyucu diuretiklərə oxşar təsir göstərdiyi məlumdur. Bu baxımdan, lizinoprilin yuxarıda göstərilən preparatlarla kombinasiyası tövsiyə edilmir. Buna baxmayaraq, eyni vaxtda istifadəyə göstəriş olduqda, bu dərman vasitələri ehtiyatla istifadə edilməli və qan zərdabında kaliumun səviyyəsinin tez-tez monitorinqi aparılmalıdır. Lizinopril preparatını kaliumu orqanizmdən xaric edən diuretik vasitələrlə birlikdə istifadə etdikdə, diuretiklərin törətdikləri hipokaliemiya, aşağı düşə bilər. Siklosporin AÇF inhibitorları ilə kombinasiyada, hiperkalemiya inkişaf edə bilər, qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Heparin AÇF inhibitorları ilə eyni zaman istifadə edildikdə, hiperkalemiya inkişaf edə bilər, qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Litium Litium və AÇF inhibitorlarının eyni zamanda istifadə edilməsi ilə əlaqədar olan, qan zərdabında litiumun konsentrasiyasının və toksikliyinin geridönən yüksəlməsi barədə məlumatlar vardır. Lizinoprilin tiazidlər qrupundan olan diuretik preparatlarla eyni zamanda istifadəsi litiumun toksiklik riskini yüksəldə bilər və AÇF inhibitorlarının törətdikləri litiumun toksikliyinin artması riskini də yüksəldə bilər. Lizinopril və litiumun birgə kombinasiyası tövsiyə edilmir, lakin, bu dərman vasitələrinin eyni zamanda istifadəsinə zərurət yarandıqda, qan zərdabında litiumun səviyyəsinə ciddi nəzarət etmək tələb olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), asetilsalisil turşusu gündə >3 q AÇF inhibitorlarını QSİƏP-lə (məsələn, iltihab əleyhinə dozalarda asetilsalisil turşusu ilə, SOG-2 fermentinin inhibitorları və qeyri-selektiv QSİƏP-lə) eyni zamanda istifadə etdikdə antihipertenziv effektin aşağı düşməsi qeyd oluna bilər. AÇF inhibitorlarının QSİƏP-lə eyni zamanda istifadə olunması, kəskin böyrək çatışmazlığı və qan zərdabında kaliumun səviyyəsinin yüksəlməsi ilə müşayiət olunan, xüsusilə böyrək fəaliyyəti zəif olan pasiyentlərdə, böyrək fəaliyyətinin pisləşməsi riskinin yüksəlməsinə səbəb ola bilər. Bu effektlər, adətən, geridönən olur. Bu dərman preparatlarının eyni zamanda istifadəsi zamanı, xüsusilə yaşlı pasiyentlərdə, ehtiyatlı olmaq lazımdır. Pasiyentlərin kifayət qədər maye qəbul etməsini təmin etmək lazımdır və bu preparatların eyni zamanda istifadəsinə başladıqdan sonra mütəmadi olaraq böyrəklərin fəaliyyətinə ciddi nəzarət etmək tələb olunur. Tərkibində qızıl olan preparatlar AÇF inhibitorlarını tərkibində qızıl olan preparatların (məsələn, natrium aurotimomaleat) inyeksiyalarla eyni zamanda istifadə etdikdə nitratlaşma reaksiyalarının (vazodilatasiya simptomları, məsələn, dərinin qızarması, ürəkbulanma, başgicəllənmə və ağır dərəcəyə çata bilən hipotenziya) daha tez-tez yaranması barədə məlumatlar vardır. Trisiklik antidepressantlar/antipsixotik preparatlar/anesteziya üçün preparatlar AÇF inhibitorları ilə eyni zamanda bəzi anesteziya vasitələrindən, trisiklik antidepressantlardan və antipsixotik preparatlardan istifadə etdikdə qan təzyiqinin daha çox aşağı düşməsi baş verə bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Simpatomimetik preparatlar Simpatomimetik preparatlar AÇF inhibitorlarının antihipertenziv təsirlərini zəiflədə bilər. Diabet əleyhinə preparatlar Epidemioloji tədqiqatlar göstərir ki, AÇF inhibitorlarının diabet əleyhinə preparatlarla (insulin, peroral hipoqlikemik preparatlar) eyni zamanda istifadəsi, hipoqlikemiya riski törədərək, qanda qlükozanın səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Görünür, bu fenomen, kombinəolunmuş müalicənin ilk həftələrində və böyrək fəaliyyətinin pozğunluğu olan pasiyentlərdə meydana çıxır. Asetilsalisil turşusu, trombolitik preparatlar, beta-blokatorlar, nitratlar Lizinopril preparatını asetilsalisil turşusu (kardiologiyada istifadə olunan dozalarda), trombolitik preparatlar, beta-blokatorlar və/və ya nitratlarla birlikdə istifadə etmək olar. Uyuşmazlığı İstifadə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik AÇF inhibitorlarının istifadəsi hamiləliyin birinci trimestrində tövsiyə edilmir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələsinə baxın), hamiləliyin ikinci və üçüncü trimestrlərində – əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). AÇF inhibitorlarının hamiləliyin birinci trimestrində istifadəsi zamanı teratogen riski barədə əsaslı epidemioloji sübutlar yoxdur, lakin riskin nisbətən yüksəlməsini istisna etmək olmaz. AÇF inhibitorlarının sonrakı istifadəsi zəruri hesab olunmadıqda, hamiləliyi planlaşdıran pasiyentlər, AÇF inhibitorları ilə aparılan əvvəlki müalicəni hamiləlik dövründə istifadə üçün təhlükəsizlik profili müəyyən edilmiş antihipertenziv müalicə ilə əvəz etməlidirlər. Hamiləlik müəyyən olunduqdan sonra AÇF inhibitorlarının istifadəsini dərhal dayandırmaq və tələb olunduqda, alternativ müalicəyə başlamaq lazımdır. Məlumdur ki, hamiləliyin ikinci və üçüncü trimestrlərində AÇF inhibitorlarının istifadə olunması fetotoksiklik (böyrəklərin funksiyasının zəifləməsi, oliqohidramniya, kəllə sümüklərinin bərkiməsinin zəifləməsi) və neonatal toksiklik (böyrək çatışmazlığı, hipotenziya, hiperkaliemiya) törədir (“Klinikaya qədər təhlükəsizlik məlumatları” bölməsinə baxın). Pasiyent, hamiləliyin ikinci trimestrində AÇF inhibitorlarını istifadə etməyə başladıqda, dölün böyrək funksiyasına və kəllə sümüklərinin vəziyyətinə nəzarət etmək məqsədilə, dölün ultrasəs müayinəsini aparmaq lazımdır. Hipotenziyanın inkişaf etmə riskinin qarşısını almaq məqsədilə, AÇF inhibitorlarını qəbul edən anaların körpələrinə, diqqətlə nəzarət etmək tələb olunur (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). Laktasiya dövrü Lizinoprilin laktasiya dövründə istifadə barədə məlumatın olmadığı səbəbindən, bu müddət ərzində preparatın istifadəsi tövsiyə olunmur. Vaxtında və ya vaxtından əvvəl doğulmuş yenidogulmuş körpələri ana südü ilə qidalandıran qadınlara, daha yaxşı təhlükəsizlik profili olan alternativ müalicə təyin olunmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini idarə edərkən və mexanizmlərlə işləyərkən bəzən başgicəllənmə və ya yorğunluğun yarana bilməsini nəzərə almaq lazımdır.
İstifadə qaydası və dozası
İstifadə qaydası Daxilə birdəfəlik dozada qəbul edilir. Gündə 1 dəfə qəbul edilən digər preparatlar kimi, lizinopril preparatı günün təxminən eyni vaxtında istifadə etmək lazımdır. Qida qəbulu lizinoprilin sorulmasına təsir etmir. Doza, pasiyentin vəziyyətinə və qan təzyiqinin cavab reaksiyasına müvafiq olaraq fərdi yolla seçilir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Lizinoprili monoterapiya vasitəsi kimi və ya digər antihipertenziv vasitələrlə kombinasiyada istifadə etmək olar (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamkası” bölmələrinə baxın). Dozalalanma rejimi Hipertenziya Başlanğıc doza Hipertenziyası olan pasiyenlər üçün adi başlanğıc doza 10 mq təşkil edir. Renin-angiotenzin- aldosteron sisteminin (RAAS) aktivliyi yüksək olan pasiyentlərdə (xüsusilə, renovaskulyar hipertenziyadan əziyyət çəkən, elektrolit defisiti və/və ya hipovolemiyası, ürək dekompensasiyası və ya hipertenziyanın ağır forması olan pasiyentlərdə) ilk dozaların qəbulundan sonra qan təzyiqi əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Belə pasiyentlər üçün tövsiyə edilən başlanğıc doza 2,5-5 mq təşkil edir və həmçinin müalicənin əvvəlində tibbi nəzarət tövsiyə edilir. Böyrək çatışmazlığı olan pasiyentlərə (cədvələ baxın) ən aşağı başlanğıc doza təyin edilməlidir. Dəstəkləyiciı doza Adi effektiv dəstəkləyici doza 20 mq təşkil edir. Bu dozanı gündə 1 dəfə qəbul etmək lazımdır. Bu dozanın istifadəsi zamanı 2-4 həftə müddətində arzuolunan terapevtik effekt əldə edilmdikdə, daha sonra dozanı artırmaq lazımdır. Nəzarət olunan klinik tədqiqatlarda istifadə olunan maksimal gündəlik doza 80 mq təşkil etmişdir. Diuretik preparatlarla müalicə alan pasiyentlər Lizinoporil preparatı ilə müalicənin başlanmasından sonra simptomatik hipotenziya inkişaf edə bilər. Bu vəziyyətə, diuretik vasitələrlə müalicə alan pasiyentlərdə daha çox rast gəlinir. Belə pasiyentlərdə hipovolemiyanın və/və ya duz defisitinin qarşısını almaq məqsədilə, ehtiyatlı olmaq tövsiyə edilir. Mümkün olduqda diuretik vasitənin qəbulunu, lizinoprillə müalicəyə başlamazdan 2- 3 gün əvvəl dayandırmaq lazımdır. Diuretik vasitələrlə fasiləsiz müalicə qəbul edən hipertenziyalı pasiyentlərdə lizinopril preparatı ilə müalicəni 5 mq dozadan başlamaq lazımdır. Böyrək funksiyasına və qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Lizinoprilin sonrakı dozalarını qan təzyiqinin aşağı düşməsinin səviyyəsindən asılı olaraq seçmək lazımdır. Lazım gəldikdə diuretik vasitə ilə müalicəni bərpa etmək olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). Böyrək çatışmazlığı zamanı dozanın seçilməsi Böyrək fəaliyyətinin pozğunluğu olan pasiyentlərdə lizinoprilin dozasını, cədvəldə göstərildiyi kimi, kreatinin klirensinə müvafiq olaraq seçmək lazımdır. Cədvəl. Böyrək çatışmazlığı zamanı dozanın seçilməsi Kreatinin klirensi (ml/dəq) Başlanğıc doza (mq/gün) 10 ml/dəq aşağı (o cümlədən, dializ 2,5 mq* prosedurası aparılan pasiyentlər üçün) 10-30 ml/dəq 2,5 – 5 mq 31-80 ml/dəq 5 – 10 mq * Preparatın dozasını və/və ya istifadəsinin tezliyini qan təzyiqinin aşağı düşməsinin səviyyəsindən asılı olaraq seçmək lazımdır. Dozanı, qan təzyiqi stabilləşənə qədər, tədricən endirmək və ya maksimal dozaya – gündə 40 mq – artırmaq mümkündür. 6 yaşdan 16 yaşa qədər hipertenziyalı pediatrik pasiyentlərdə istifadəsi Bədən çəkisi 20 kq-dan 50 kq-a qədər olan pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 2,5 mq, bədən kütləsi 50 kq-dan çox olan pasiyentlər üçün başlanğıc doza gündə 1 dəfə 5 mq təkşil edir. Bədən kütləsi 20 kq-dan 50 kq-a qədər olan pasiyentlər üçün maksimal doza gündə 20 mq olmaqla və bədən kütləsi 50 kq-dan çox olan pasiyentlər üçün maksimal doza gündə 40 mq olmaq şərti ilə fərdi qaydada seçilir. Pediatrik pasiyentlərdə 0,61 mq/kq-dan çox olan dozaların (və ya 40 mq çox olan dozalar) istifadəsi araşdırılmayıb. Böyrək funksiyası zəifləmiş uşaqlarda aşağı başlanğıc dozanın istifadə edilməsi və ya dozalar arasında intervalın uzadılması zərurətini qiymətləndirmək lazımdır. Ürək çatışmazlığı Simptomatik ürək çatışmazlığı olan pasiyentlərin müalicəsində lizinoprili diuretik vasitələrlə, tələb olunduqda isə ürək qlikozidləri və beta-blokatorlarla kombinasiyada istifadə etmək lazımdır. Lizinoprillə müalicəni başlanğıc doza gündə 1 dəfə 2,5 mq olmaqla başlamaq olar və preparatın qan təzyiqinə ilkin təsirini müəyyən etmək məqsədilə pasiyenti tibbi nəzarət altında saxlamaq lazımdır. Lizinoprilin dozasını artırmaq olar: ˗ 10 mq-dan artıq olmamaq şərti ilə; ˗ iki həftədən az olmayan intervala riayət etməklə; ˗ gündə 1 dəfə 35 mq-dan çox olmamaq şərti ilə, pasiyentin qəbul edə bilən ən yüksək dozaya qədər. Doza, pasiyentin klinik cavabından asılı olaraq fərdi seçilməlidir. Simptomatik hipotenziyanın yüksək inkişaf riski olan pasiyentlərdə, yəni duz çatışmazlığı və hiponatriemiyası olan və ya hiponatriemiyasız pasiyentlərdə, hipovoliemiyası olan və ya diuretik preparatlarla intensiv müalicə alan pasiyentlərdə, bu vəziyyətləri, lizinopril ilə müalicəyə başlamazdan mümkün qədər əvvəl, korreksiya etmək lazımdır. Böyrək funksiyasına və qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Kəskin miokard infarktı Pasiyentlər tövsiyə olunan standart müalicəni – trombolitik preparatlar, aspirin və beta-blokatorlar – qəbul etməlidirlər. Lizinoprili qliseriltrinitrat ilə birlikdə venadaxili və transdermal istifadə etmək olar. Başlanğıc doza (miokard infarktından sonra ilk 3 gün ərzində) Lizinopril preparatı ilə müalicəyə simptomlar yarandıqdan sonra 24 saat müddətində başlamaq olar. Sistolik qan təzyiqi 100 mm c.s. aşağı olduqda, müalicəyə başlamaq olmaz. Lizinoprilin daxilə qəbul edilən ilk dozası 5 mq, 24 saatdan sonra yenə 5 mq, 48 saatdan sonra – 10 mq və gündə 1 dəfə 10 mq təşkil edir. Sistolik qan təzyiqi aşağı olan (120 mm. c.s. və ya dana aşağı) pasiyentləri müalicənin əvvəlində və ya miokard infarktından sonra ilk 3 gün müddətində aşağı doza ilə – daxilə 2,5 mq – müalicə etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 80 ml/dəq) lizinoprilin başlanğıc dozasını kreatinin klirensinə müvafiq seçmək lazımdır (cədvələ baxın). Dəstəkləyici doza Dəstəkləyici doza gündə 1 dəfə 10 mq təşkil edir. Hipotenziya yarandıqda (sistolik qan təzyiqi 100 mm c.s. və daha aşağı), tələb olunduqda, sutkalıq dəstəkləyici dozanı – 5 mq – qısamüddətli aşağı salmaq olar – 2,5 mq qədər. Hipotenziya uzun müddət davam etdikdə (sistolik qan təzyiqi 1 saatdan çox 90 mm c.s. və daha aşağı), lizinoprilin istifadəsini dayandırmaq lazımdır. Müalicə 6 həftə davam etdirilməlidir, bundan sonra pasiyentin vəziyyətini qiymətləndirmək lazımdır. Pasiyentdə ürək çatışmazlığı simptomlarının inkişaf etdikdə, lizinopril ilə müalicəni davam etdirmək lazımdır. Şəkərli diabet səbəbindən böyrək fəaliyyətinin pozğunluqları 2-ci tip şəkərli diabetli və nefropatiyanın başlanğıc mərhələsində olan hipertenziyalı pasiyentlərdə lizinoprilin dozası gündə 1 dəfə 10 mq təşkil edir. Oturaq vəziyyətdə diastolik qan təzyiqinin 90 mm c.s. aşağı salmaq məqsədilə bu dozanı, lazım olduqda, gündə 1 dəfə 20 mq qədər artırmaq olar. Böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 80 ml/dəq) lizinoprilin başlanğıc dozasını kreatinin klirensinə müvafiq seçmək lazımdır (cədvələ baxın). Yaşlı pasiyentlər Klinik tədqiqatlarda preparatın effektivliyinin və təhlükəsizliyinin yaşla əlaqəli fərqi müşahidə olunmamışdır. Lakin, pasiyentin yaşı böyrək funksiyasının zəifləməsindən bilavasitə asılı olduqda, lizinoprilin başlanğıc dozasını müəyən etmək üçün, cədvəlin göstəricilərini nəzərə almaq lazımdır. Sonra preparatın dozası, qan təzyiqinin aşağı düşməsinin səviyyəsindən asılı olaraq seçilir. Böyrək transplantasiyasını keçirən pasiyentlər Yaxın zamanlarda böyrək transplantasiyanı keçirən pasiyentlərdə lizinoprilin istifadə təcrübəsi mövcüd deyil. Bü səbəbdən, bu halda lizinoprilin istifadəsi tövsiyə olunmur. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr 6 yaşdan yuxarı hipertenziyası olan pasiyentlərdə lizinoprilin istifadəsinin effektivliyinə və təhlükəsizliyinə dair məlumatlar məhduddur, lakin digər hallarda preparatın istifadə təcrübəsi yoxdur (“Farmakodinamikası” bölməsinə baxın). Lizinoprili uşaqlarda hipertenziyadan başqa göstərişlərdə istifadə etmək tövsiyə olunmur. 6 yaşa qədər uşaqlarda və ya ağır böyrək çatışmazlığı (YFS < 30 ml/dəq/1,73 m ) olan uşaqlarda lizinoprilin istifadəsi tövsiyə edilmir (“Farmakokinetikası” bölməsinə baxın).
Əlavə təsirləri
Müalicə dövründə daha çox yaranan əlavə təsirlər istifadə nahiyəsində yüngül və keçib gedən dəri reaksiyalarıdır. Əlavə təsirlər MedDRA təsnifatına müvafiq sistem orqanlar və yaranma tezliyi üzrə sadalanmışdır: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozuntular Nadir hallarda – hemoqlobinin səviyyəsinin azalması, hematokritin səviyyəsinin enməsi. Çox nadir hallarda – sümük iliyinin funksiyasının zəifləməsi, anemiya, trombositopeniya, leykopeniya, neytropeniya, aqranulositoz, hemolitik anemiya, limdadenopatiya, autoimmun xəstəlik. Endokrin sistemdə baş verən pozuntular Nadir hallarda – antidiuretik hormonun müvafiq olmayan sekresiyası sindromu. Metabolizm və qidalanmada baş verən pozuntular Çox nadir hallarda – hipoqlikemiya. Psixikada baş verən pozuntular Bəzən – əhval-ruhiyyənin dəyişməsi, yuxunun pozulması, hallüsinasiya. Nadir hallarda – şüurun dumanlanması. Məlum deyil – depressiv sindromlar. Sinir sistemində baş verən pozuntular Tez-tez – başgicəllənmə, başağrı. Bəzən – paresteziya, vertiqo, dadbilmə hissinin pozulması. Nadir hallarda – iybilmənin pozulması. Məlum deyil – bayılma. Ürəkdə baş verən pozuntular Bəzən – ürəkdöyünmə, taxikardiya. Qandaşıyıcı sistemdə baş verən pozuntular Tez-tez – ortostatik effektlər (o cümlədən hipotenziya). Bəzən – miokard infarktı və ya serebrovaskulyar pozuntu (yüksək risk qrupunda olan pasiyentlərdə ifadəolunmuş hipotenziyanın nəticəsində yaranması mümkündür), Reyno fenomeni. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular Tez-tez – öskürək. Bəzən – rinit. Çox nadir hallarda – bronxların spazmı, sinusit, allergik alveolit/eozinofilli pnevmoniya. Mədə-bağırsaq sistemində baş verən pozuntular Tez-tez – diareya, qusma. Bəzən – ürəkbulanma, qarın nahiyəsində ağrı və ya həzmin pozulması. Nadir hallarda – ağızda quruluq. Çox nadir hallarda – pankreatit, bağırsağın angionevrotik ödemi. Qaraciyərdə və/və ya öd yollarında baş verən pozuntular Çox nadir hallarda – hepatosellülyar və ya xolestatik hepatit, sarılıq və qaraciyər çatışmazlığı. Dəridə və dərialtı toxumada baş verən pozuntular* Bəzən – səpgi, qaşınma. Nadir hallarda – övrə, alopesiya, psoriaz, yüksək həssaslıq/angionevrotik ödem: üzün, ətrafların, dodaqların, dilin, səs tellərinin və/və ya qırtlağın angionevrotil ödemi. Çox nadir hallarda – tərləmə, pemfiqus, toksik epidermal nekroliz, Stivens-Conson xəstəliyi, polimorf eritema, dərinin psevdolimfoması. Böyrəklərdə və sidik yollarında baş verən pozuntular Tez-tez – böyrək funksiyasının pozulması. Nadir hallarda – uremiya, kəskin böyrək çatışmazlığı. Çox nadir hallarda – oliquriya/anuriya. Reproduktiv sistemdə və süd vəzilərində baş verən pozuntular Bəzən – impotensiya. Nadir hallarda – ginekomastiya. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular Bəzən – yorğunluq, asteniya. Tədqiqatlar Bəzən – qanda sidik cövhərinin səviyyəsinin artması, zərdabda kreatininin səviyyəsinin yüksəlməsi, qaraciyər fermentlərinin aktivliyinin artması, hiperkaliemiya. Nadir hallarda – zərdabda bilirubinin səviyyəsinin artması, hiponatriemiya. *Bir və ya bir neçə daha sonra adı çəkilən simptomları birləşdirən kompleks simptomlar barədə məlumat verilmişdir: qızdırma, vaskulit, mialgiya, artralgiya/artrit, pozitiv antinuklear antitel (ANA), eritrositlərin çökmə sürətinin (EÇS) yüksəlməsi, eozinofiliya və leykositoz, fotohəssaslıq və ya digər dermatoloji reaksiyalar. Klinik tədqiqatların təhlükəsizlik məlumatları onu göstərir ki, hipertenziv pediatrik pasiyentlər tərəfindən bütövlükdə lizinopril yaxşı qəbul edilir və bu yaş qrupunda təhlükəsizlik profili böyüklərdə olduğu kimidir. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Bu yolla dərman vasitəsinin fayda/risk nisbətinə müntəzəm nəzarət edilir. Səhiyyə işçiləri istənilən şübhəli əlavə təsir barədə aşağıdakı ünvana məlumat verməlidirlər: AZ1065, Azərbaycan Respublikası; Bakı ş., Cəfər Cabbarlı k., 34. Faks: (99412) 596-07-16. Tel.: (99412) 596-05-20. e-mail: [email protected] Website: www.pharma.az
Doza həddinin aşılması
Preparatın istifadəsi zamanı insanlarda preparatla doza həddinin aşılması barədə məlumatlar məhduddur. Simptomları AÇF inhibitorlarından istifadəsi zamanı doza həddinin aşılmasının ehtimal olunan simptomları: hipotenziya, qan dövranında şok, elektrolit tarazlığının pozulması, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, ürək çırpınması, bradikardiya, başgicəllənmə, narahatlıq, öskürək. Müalicəsi Tövsiyə olunan müalicə – fizioloji məhlulun venadaxili infuziyası. Hipotenziya zamanı pasiyenti şok mövqeyinə yerləşdirmək lazımdır. Mümkün olduqda, angiotenzin II və/və ya katexolaminlərlə venadaxili infuziya şəklində müalicənin səmərəliliyini qiymətləndirmək lazımdır. Doza həddinin aşılması yaxın vaxtlarda baş verdikdə, lizinoprilin orqanizmdən xaric edilməsi istiqamətində tədbirlər aparılmalıdır (məsələn, qusma törətmək, mədəni yumaq, absorbentlərin və natrium sulfatın yeridilməsi). Lizinopril preparatını sistem qan dövranından hemodializ vasitəsilə xaric etmək olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Rezistent bradikardiya halında kardiostimulyatorlarla müalicə təyin olunmalıdır. Orqanizmin həyati vacib orqanlarının fəaliyyətinə, qanda elektrolitlərin və qanın zərdabında kreatinin səviyyəsinə tez-tez nəzarət etmək lazımdır.
Buraxılış forması
14 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Utilizasiyası zamanı xüsusi ehtiyat tədbirləri Xüsusi göstəriş yoxdur.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Qrindeks” SC. Krustpils k. 53, Riqa, LV-1057, Latviya. Tel.: +371 67083205. Faks: +371 67083505. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.