LIPS 20 MG № 28 (TABLETKI) (<>) (TURCIYA)

Dərman formasıTablet
Farmakoloji təsirHMQ-KoA-reduktaza inhibitorları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,03 

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LİPS örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Rosuvastatin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq və ya 40 mq rozuvastatinə ekvivalent 20,80 mq və ya 41,60 mq rozuvastatin kalsium vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza (Avicel pH102), krospovidon (Kollidon CL), kalsium hidrofosfat dihidrat, maqnezium stearat. Örtük: hidroksipropilmetil sellüloza, mikrokristallik sellüloza, stearin turşusu, titan dioksid (E171), qırmızı dəmir oksidi (E172).

Təsviri

Lips 20 mq: dairəvi, çəhrayı rəngli, örtüklü tabletlərdir. Lips 40 mq: oval, çəhrayı rəngli, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

HMQ-KoA-reduktaza inhibitorları. ATC kodu: C10AA07.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Hipolipidemik preparatdır, 3-hidroksi-3-metilqlutarilkoenzim A-nı xolesterinin (Xs) sələfi olan meva- lonata çevirən HMQ-KoA-reduktaza fermentinin seçici, rəqabətli inhibitorudur. Rozuvastatinin əsas təsir hədəfi xolesterin (Xs) sintezinin və ASLP-in katabolizminin həyata keçirildiyi qaraciyərdir. Rozuvastatin qaraciyər hüceyrələrinin səthində ASLP reseptorlarının miqdarını artırır, ASLP zəbt olunmasını və katabolizmini yüksəldir, eyni zamanda ÇASLP-in sintezini inhibə edir, nəticədə ASLP və ÇASLP-in ümumi miqdarını azaldır. Rozuvastatin artmış Xs-ASLP, ümumi xolesterinin, triqliseridlərin (TQ) miqdarını azaldır, Xs-YSLP miqdarını artırır, həmçinin apolipoprotein B (ApoB), Xs-qeyri-YSLP, Xs-ÇASLP, TQ-ÇASLP miqdarını azaldır, apolipoprotein A-1 (Apo-1) səviyyəsini yüksəldir, Xs-ASLP/Xs-YSLP, ümumi Xs/Xs-YSLP, Xs-qeyri-YSLP/ Xs-YSLP və ApoB/Apo A-1 nisbətini azaldır. Rozuvastatin irq, cins və ya yaşdan asılı olmayaraq, hiperxolesterinemiyalı, hipertriqliseridemiyalı və ya hipertriqliseridemiyası olmayan yaşlı xəstələrdə (həmçinin şəkərli diabetli və ailəvi hiperxolesterinemiyalı xəstələrdə) effektlidir. Müalicəvi effekt rozuvastatinlə müalicəyə başladıqdan 1 həftə sonra əldə olunur, 2 həftədən sonra mümkün maksimal effektin 90%-nə qədər yüksəlir. Maksimal terapevtik effekt adətən 4 həftədən sonra təmin olunur və müntəzəm qəbul zamanı saxlanılır. Farmakokinetikası Sorulması Daxilə qəbul olunduqdan təxminən 5 saat sonra qan plazmasında maksimal qatılıq (C ) əldə olunur.max Biomənimsənilmə 20% təşkil edir. Rozuvastatinin sistem yayılması dozaya uyğun olaraq yüksəlir. Paylanması Rozuvastatin xüsusilə qaraciyərdə toplanır. V – təxminən 134 l-dir. Plazma zülalları ilə birləşməsid (xüsusilə albuminlə) 90% təşkil edir. Metabolizmi Az dərəcədə (10%-ə yaxın) metabolizmə uğrayır, sitoxrom P izoferment sistemi üçün dolayı substrat450 rolunu oynayır. Rozuvastatin metabolizmində iştirak edən əsas izoferment CYP2C9-dur. CYP2C19, CYP3A4 və CYP2D6 izofermentləri metabolizmə az dərəcədə cəlb olunur. Rozuvastatinin əsas metabolitləri N-desmetil və lakton metabolitləridir. N-desmetil metabolit rozuvastatinə nisbətən 50% az aktivliyə malikdir, lakton metabolitləri farmakoloji cəhətdən qeyri- aktivdir. Dövr edən QMQ-KoA-reduktazanın inhibə olunması üçün 90% farmakoloji aktivlik rozuvastatinin, yerdə qalan hissə isə onun metabolitlərinin hesabına təmin olunur. Xaric olması Rozuvastatinin qəbul olunan dozasının 90%-ə yaxın hissəsi dəyişilməmiş şəkildə nəcislə xaric olur (absorbsiya olunmuş və absorbsiya olunmamış şəkildə). Qalıq hissə sidiklə xaric olunur. Plazmadan yarımxaricolma dövrü T =19 saatdır. T preparatın dozasını artırdıqda dəyişmir. Plazma klirensinin½ ½ orta göstəricisi 50 l/saat təşkil edir (meyletmə əmsalı 21,7%-dir). Digər QMQ-KoA-reduktaza inhibitorlarında olduğu kimi, rozuvastatinin qaraciyər tərəfindən zəbt olunmasına Xs-nin membran daşıyıcısı yardım edir. O, həmçinin, rozuvastatinin qaraciyər eliminasiyasında vacib rol oynayır. Xüsusi klinik vəziyyətlərdə farmakokinetika Cins və yaş rozuvastatinin farmakokinetikasına klinik nəzərəçarpan təsir göstərmir. Müxtəlif etnik qrupa daxil olan xəstələrdə rozuvastatinin farmakokinetik göstəricilərinin öyrənilməsi zamanı avropalılarla müqayisədə yapon və çinlilərdə rozuvastatinin sistem qatılığının yüksəlməsi qeyd olunmuşdur.Qeyd olunan qrup xəstələrə rozuvastatin təyini zamanı bu hal nəzərə alınmalıdır.

İstifadəsinə göstərişlər

Birincili hiperxolesterinemiya (IIa tip, ailəvi heteroziqot hiperxolesterinemiya və qeyri-irsi hiperxolesterinemiya daxildir) və ya qarışıq hiperxolesterinemiya (IIb tip) zamanı pəhriz və digər qeyri- dərman müalicə üsulları (məs., fiziki məşqlər, bədən çəkisinin azaldılması) kifayət etmədikdə pəhrizə əlavə olaraq; Ailəvi homoziqot hiperxolesterinemiya zamanı pəhrizə və digər xolesterinsalıcı müalicəyə (məs., ASLP- aferez) əlavə olaraq, yaxud bənzər müalicə xəstə üçün münasib olmadıqda; Aterosklerozun proqressivləşməsinin qarşısını almaq məqsədilə (ümumi Xs və Xs-ASLP səviyyəsini azaltmaq məqsədilə).

Əks göstərişlər

Əgər Lipsə və ya preparatın tərkibində olan maddələrdən hər hansı birinə qarşı əvvəllər Sizdə allergiya baş vermişdirsə, hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, bu zaman preparatı istifadə etməməlisiniz. Lipslə müalicə müddətində hamilə qalsanız, dərmanın qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin. Lips qəbul edən qadınlar müvafiq qorunma üsulundan istifadə etməklə hamilə qalmaqdan qaçınmalıdırlar. Qaraciyər xəstəlikləri, ciddi böyrək problemləri, təkrarlanan və ya səbəbi məlum olmayan əzələ ağrılarınız olduğu hallarda, siklosporin adlandırılan dərman qəbul edirsinizsə (bu dərman orqan köçürülməsindən sonra istifadə olunur) və ya bu hallardan hər hansı biri Sizdə varsa və ya olduğuna şübhəniz varsa, preparatın istifadəsi əks göstərişdir.. Lipsin 40 mq dozası ( ən yüksək doza) aşağıdakı hallarda istifadə olunmamalıdır: Orta dərəcəli böyrək probleminiz varsa (şübhəniz varsa, həkiminizə söyləyin), qalxanabənzər vəzinizin çatışmazlığı varsa, təkrarlanan və ya mənşəyi məlum olmayan əzələ ağrılarınız və ya sancınız varsa (anamnezdə şəxsi və ya ailəvi əzələ problemləri və ya anamnezdə əvvəllər digər xolesterin azaldıcı dərmanlar qəbul etdiyiniz zaman yaranan əzələ problemləriniz olmuşdursa), davamlı olaraq və yüksək miqdarda alkoqol qəbul edirsinizsə, asiya mənşəlisinizsə (yapon, çinli, filippinli, vyetnamlı, koreyalı və hindli), xolesterininizi aşağı salmaq üçün fibratlar adlandırılan dərmanlar qəbul edirsinizsə, yaşınız 18- dən aşağıdırsa. Yuxarıda sadalanan hallardan hər hansı biri Sizdə varsa və ya olduğuna şübhəniz varsa, mütləq həkiminizə müraciət edin.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrəklərə təsiri Yüksək dozada LIPS, xüsusən də 40 mq, qəbul edən xəstələrdə zolaqlı strip testlərlə müəyyən olunan keçici , tubular və intermitent proteinuriya müşahidə edilmişdir. Bu kəskin və ya proqressivləşən böyrək xəstəliyi əlaməti deyildir. Postmarketinq çalışmalarda ağır böyrək simptomlarının tezliyi 40 mq dozada daha yüksəkdir. LIPS 40 mq qəbul edən xəstələrdə böyrək funksiyası müntəzəm olaraq yoxlanılmalıdır. Skelet əzələlərinə təsiri Rozuvastatinlə müalicə olunan xəstələrdə skelet əzələlərinə mialgiya, miopatiya və nadir hallarda rabdomioliz kimi təsirlər bütün dozalarda, xüsusilə 20 mq-dan yuxarı dozalarda müşahidə olunmuşdur. HMG-CoA reduktaza inhibitorları və ezetimiblə eyni vaxtda istifadəsi zamanı nadir hallarda rabdomioliz halları bildirilmişdir. Bu preparatları birlikdə istifadə edərkən diqqətli olmaq lazımdır. Digər HMG-CoA reduktaza inhibitorlarında olduğu kimi rabdomiolizin rastgəlmə tezliyi 40 mq dozada rosuvastatinin qəbulu zamanı daha yüksəkdir. Kreatinin kinazanın ölçülməsi Kreatinin kinazanın səviyyəsi ağır fiziki məşqdən sonra və ya kreatinin kinaza səviyyəsinin artmasına səbəb ola biləcək hər hansı bir vəziyyətdən sonra yalnış məlumat almamaq üçün ölçülməməlidir. İlkin yoxlamada kreatinin kinaza dəyərləri yüksəkdirsə (> 5xULN), təsdiq etmək üçün təkrar kontrol 5-7 gün ərzində aparılmalıdır. Təkrar test ilkin yoxlamanın dəyərlərinin > 5xULN olduğunu təsdiq edərsə, müalicəyə başlamaq olmaz. Müalicədən əvvəl Digər HMG-CoA reduktaza inhibitorları kimi, LIPS da miopatiya/rabdomiolizə həssaslıq faktorları olan xəstələrdə ehtiyatla istifadə edilməlidir, məsələn: • böyrək funksiyasının pozulması • hipotiroidizm • anamnezdə fərdi və ya ailəvi irsi əzələ xəstəlikləri • anamnezdə digər HMG-CoA reduktaza və ya fibrat inhibitorlarının (gemfibrozil və fenofibrat) istifadəsi ilə əlaqədar əzələ toksikliyi halları • alkoqol asılılığı • 70 yaşdan yuxarı yaş • plazmada rosuvastatinin səviyyələrini artıra bilən şərtlər • fibratlar (məsələn, gemfibrozil və fenofibrat) ilə eyni zamanda istifadə Belə xəstələrdə LIPS müalicəsinin faydası gözlənilən risk ilə müqayisədə ölçülməli və xəstə klinik müşahidə altında olmalıdır. Kreatinin kinaza səviyyəsinin ilkin dəyərləri əhəmiyyətli dərəcədə yüksək olarsa (KK> 5xULN), müalicəyə başlamaq olmaz. Müalicə zamanı Xəstələr əzələ ağrıları, halsızlıq, səbəbi bilinməyən qəfil qıcolmalar, qızdırma və ya yorğunluq kimi hallarda dərhal həkimə müraciət etməlidirlər. Bu hallarda xəstələrdə KK səviyyələri ölçülməlidir. Əgər KK səviyyələri əhəmiyyətli dərəcədə yüksəkdirsə (> 5xULN) və ya əzələ simptomları şiddətlidirsə və gündəlik həyatda diskomfort yaradırsa (KK (5xULN) olsa belə), müalicə dayandırılmalıdır. Simptomlar yox olarsa və KK səviyyələri normala çatarsa, xəstənin yaxından izlənməsi və ən aşağı effektiv dozanın istifadə edilməsi şərtilə LIPS ilə terapiyanın davam etməsi və ya digər HMG-CoA reduktaza inhibitorlarından istifadə edilməsi qərarı alına bilər. Asimptomatik xəstələrdə KK səviyyələrinin müntəzəm monitorinqi tələb olunmur. Çox nadir hallarda statinlərlə, o cümlədən rosuvastatinlə müalicə zamanı və müalicədən sonra immun mənşəli nekrozlaşan miopatiya (IMNM) halları bildirilmişdir, İMNM klinik olaraq statin terapiyası dayandırıldıqdan sonra belə davam edən proksimal əzələ zəifliyi və serumda kreatinin kinazanın səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunur. Klinik tədqiqatlar Lips-un müştərək istəfadəsi zamanı skelet əzələsinə təsirində artım göstərməmişdir. Bununla belə, digər HMG-CoA reduktaza inhibitorlarını fibrik turşu törəmələri, o cümlədən gemfibrozil, siklosporin, nikotin turşusu, azol qrupu antifungal preparatları, proteaza inhibitorları və makrolid qrupu antibiotikləri ilə birlikdə istifadə edən xəstələrdə miozit və miopatiya hallarının artması müşahidə edilmişdir. Gemfibrozil, müəyyən HMG-CoA reduktaza inhibitorları ilə istifadə edildikdə, miopatiya riskini artırır. Buna görə də, LIPS və gemfibrozilin birləşməsi tövsiyə edilmir. LIPS-u fibratlar (məsələn, gemfibrozil və fenofibrat) və nikotin turşusu ilə birlikdə istifadə edərkən əlavə lipid dəyişikliklərindən alınan fayda bu preparatların birlikdə təyin edilməsinin mümkün riskləri ilə qarşılıqlı dəyərləndirilməlidir. 40 mq LIPS-un fibratlar (gemfibrozil və fenofibrat) ilə birgə istifadəsi əks göstərişdir. Lips fusid turşusunun sistem preparatları ilə eyni vaxtda, həmçinin fusid turşusu ilə müalicə dayandırıldıqdan sonra 7 gün ərzində istifadə edilməməlidir. Fusid turşusunun sistem istifadəsi vacibdirsə, statin terapiyası müvəqqəti olaraq dayandırılmalıdır. Fusid turşusu və statinlərin kombinasiyası ilə müalicə alan xəstələrdə rabdomioliz (bir neçə ölüm halları daxil olmaqla) halları bildirilmişdir. Xəstələr əzələ zəyifliyi və ağrı simptomları hiss etdiyində dərhal həkimə müraciət etməlidirlər. Statinlərlə müalicə fusid turşusunun son dozası verildikdən 7 gün sonra başlana bilər. Ağır infeksiya hallarında fusid turşusunun uzun müddətli sistem istifadəsinə ehtiyac olan vaxtlarda LIPS- un istifadəsi hər konkret hal üçün ayrıca dəyərləndirilməli və ciddi nəzarət altında olmalıdır. LIPS, miopatiya və ya rabdomioliz fonunda böyrək çatışmazlığının inkişafına meyl göstərə bilən ağır vəziyyətlərdə (məsələn, sepsis, arterial hipotenziya, ağır cərrahi müdaxilələr, travma, ağır metabolik, endokrin və elektrolit pozğunluqları və ya idarə oluna bilməyən qıcolmalar) istifadə edilməməlidir. Qaraciyərə təsiri Digər HMG-CoA reduktaza inhibitorları kimi, LIPS alkoqoldan sui-istifadə edən və/və ya anamnezində qaraciyər xəstəliyi olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. LIPS ilə müalicəyə başlamazdan əvvəl və müalicənin başlanmasından 3 ay sonra qaraciyər funksiyası testləri aparılmalıdır. Serum transaminazalarının səviyyəsi normanın yuxarı həddindən 3 dəfə çox olarsa, preparatın tətbiqini dayandırmaq və ya dozasını azaltmaq lazımdır. Postmarketinq çalışmalarda ağır qaraciyər disfunksiyası riski (xüsusilə qaraciyər transaminazlarının aktivliyinin artması) 40 mq doza ilə müalicə zamanı daha yüksəkdir. Hipotireoz və ya nefrotik sindromun səbəb olduğu ikincili hiperxolesterinemiyalı xəstələrdə LIPS ilə müalicəyə başlamazdan əvvəl əsas xəstəlik müalicə edilməlidir. Etnik mənsubiyyətə təsiri Farmakokinetik tədqiqatlar göstərir ki, preparatın sistem təsirləri riski Asiya mənşəli xəstələrdə avropoid irqinə mənsub xəstələr ilə müqayisədə daha yüksəkdir. Proteaz inhibitorları Müxtəlif proteaza inhibitorlarını ritonavirlə birlikdə istifadə edən xəstələrdə rosuvastatinin sistematik təsirinin artması müşahidə edilmişdir. Proteaza inhibitorları ilə müalicə alan İİV-a yoluxmuş xəstələrdə LIPS təyin edərkən, həm lipidlərin səviyyəsinin azalmasından alınan fayda, həm də plazmada rosuvastatinin konsentrasiyasının artması ehtimalı nəzərə alınmalıdır. LIPS-un müəyyən proteaza inhibitorları ilə birlikdə istifadəsi yalnız LIPS dozasının tənzimlənməsi zamanı tövsiyə olunur. İnterstisial ağciyər xəstəlikləri İstisnai hallarda uzunmüddətli statin müalicəsi zamanı interstisial ağciyər xəstəliyi halları bildirilmişdir. Təngnəfəslik, bəlğəmsiz öskürək və xəstənin ümumi halının pisləşməsi (yorğunluq, çəki itkisi və qızdırma) müşahidə oluna bilər. Xəstədə interstisial ağciyər xəstəliyinin inkişafı şübhəsi varsa, statin terapiyası dayandırılmalıdır. Şəkərli diabet Digər HMG-CoA reduktaza inhibitorlarında olduğu kimi, LIPS ilə müalicə olunan xəstələrdə zərdabda HbA1c və qlükoza səviyyəsinin artımı müşahidə edilmişdir. Şəkərli diabet üçün risk faktorları olan xəstələrdə LIPS-un istifadəsi zamanı şəkərli diabet hallarının artması bildirilmişdir. Bununla belə, statinlərin vaskulyar ağırlaşmaları azaltdığını nəzərə alaraq, bu risk statin terapiyasını dayandırmaq üçün səbəb olmamalıdır. Risk qrupuna daxil olan xəstələr (acqarına qan şəkəri 100-125 mq/dl (5,6- 6,9 mmol/L), BKİ > 30 kq/m2, triqliseridlərin artması, hipertoniya) yerli təlimatlara uyğun olaraq klinik və biokimyəvi nəzarət altında olmalıdır. Acqarına qanda qlükoza səviyyəsi 100-125 mq/dl (5,6- 6,9 mmol/l) olan xəstələrdə rosuvastatinlə müalicə diabet inkişaf riski ilə müşayiət olunur. JUPITER tədqiqatında acqarına qlükoza səviyyəsi 100 ilə 125 mq/dl arasında olan xəstələrdə şəkərli diabetin rastgəlmə tezliyi adətən rosuvastatin qrupunda 2,8%, plasebo qrupunda isə 2,3% olmuşdur. Uşaqlarda təsiri Rosuvastatin qəbul edən 6 yaşdan 17 yaşa qədər uşaqlarda ikincili cinsi yetişkənlik xüsusiyyətləri xətti böyümə (boy), bədən çəkisi, BKİ (bədən kütlə indeksi) və Tanner reytinqi ilə qiymətləndirilməsi zamanı iki illik dövrlə məhdudlaşır. İki illik tədqiqat müalicəsindən sonra boy, çəki, BKİ və ya cinsi inkişafa heç bir təsiri müəyyən edilmədi. Uşaqlarda və yeniyetmələrdə 52 həftəlik klinik tədqiqatlarda KK > 10x ULN artması və məşq və ya artan fiziki fəaliyyət nəticəsində əzələ simptomlarının rastgəlmə ehtimalı böyüklərə nisbətən daha tez-tez müşahidə edilmişdir. Laktoz keçirməzlik Preparatın tərkibində laktoza var. Preparat nadir irsi qalaktoza keçirməzliyi, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası problemləri olan xəstələrdə istifadə edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərmanı hazırda istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Bu dərmanlardan hər hansı birini qəbul edirsinizsə, həkiminizə bildirin: Siklosporin (məsələn, orqan köçürülməsindən sonra), varfarin (və ya bir başqa antikoaquiyant dərman vasitəsi), fibratlar (hemfibrozil, fenofibrat kimi), digər hipoxolesterinemik (xolesterin azaldıcı) dərmanlar (ezetimib kimi), həzm pozğunluğu zamanı istifadə olunan preparatlar (mədə turşuluğunu aradan qaldırmaq üçün istifadə edilir), eritromisin (antibiotik), doğuşa nəzarət tableti, hormonəvəzedici müalicə, lopinovir/ritonavir (IIV infeksiyasının müalicəsi üçün istifadə olunur). Lips bu dərmanların təsirini dəyişdirə bilər və ya bu dərmanlar preparatın təsirini dəyişdirə bilər. Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərmanı hazırda istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Dərmanı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik zamanı preparatı istifadə etməyin. Lipsi istifadə edən qadınlar münasib qorunma vasitələri ilə hamilə qalmaqdan qaçınmalıdırlar. Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçınıza bildirin. Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Laktasiya dövründə preparatı qəbul etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əksər insanlar Lipsi qəbul edərkən maşın və mexanizmləri idarə edə bilər, çünki, preparat insanların bu qabiliyyətlərinə təsir etmir. Bununla belə, bəzi insanlar preparatı qəbul edərkən başgicəllənmə hiss edə bilər. Əgər başgicəllənmə hiss etsəniz, nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

İstifadə qaydası və dozası

Lipsi hər zaman həkiminizin tövsiyə etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Tableti bütöv şəkildə su ilə udun. Preparatı gündə bir dəfə qəbul edin. Preparatı günün hər hansı vaxtında qəbul edə bilərsiniz. Lips tabletinin qəbulunu unutmamaq üçün onu hər gün eyni saatda qəbul etməyə fikir verin. Böyüklər üçün normal dozalar: preparatı yüksək xolesterin səviyyəsini aşağı salmaq üçün qəbul edirsinizsə: Başlanğıc doza: əgər əvvəllər hər hansı bir statin istifadə edilmişdirsə – 5 mq doza ilə, əgər əvvəllər başqa bir statin istifadə edilməmişdirsə – 5 mq və ya 10 mq doza ilə başlanmalıdır. Başlanğıc dozanın seçilməsi aşağıdakı hallardan asılıdır: Xolesterinin səviyyəsi, ürək tutması və ya insult keçirmə riskinin mövcudluğu, mümkün əlavə təsirlərə səbəb ola biləcək özəlliyin olub-olmaması. Həkiminizlə preparatın Sizə ən uyğun olan başlanğıc dozası barədə məsləhətləşin. Aşağıdakı hallarda həkiminiz Sizə ən aşağı doza, yəni 5 mq t əyin edə bilər: Asiya mənşəlisinizsə (Yapon, Çinli, Filippinli, Vyetnamlı, Koreyalı və Hindli), yaşınız 70-dən yuxarıdırsa, orta dərəcəli böyrək probleminiz varsa, əzələ ağrıları və sancıları yaşama riskiniz varsa (miopatiya). Dozanın artırılması və ən yüksək gündəlik doza Həkiminiz dozanın artırılmasına qərar verə bilər. Beləliklə, Sizin üçün ən münasib dozadan istifadə edə bilərsiniz. Əgər müalicəyə 5 mq doza ilə başlamısınızsa, həkiminiz dozanı əvvəlcə 10 mq-a, daha sonra 20 mq-a, lazım gələrsə, hətta 40 mq-a çatdıra bilər. Müalicəyə 10 mq doza ilə başlamısınızsa, həkiminiz bunu 20 mq-a, sonra isə lazım gələrsə, 40 mq-a çatdıra bilər. Dozanın hər yüksəldilməsi 4 h əftəlik intervallarla həyata keçirilir. Lipsin ən yüksək gündəlik dozası 40 mq-dır. Bu doza adətən, xolesterin səviyyəsi yüksək və ürək tutmaları və insult riski yüksək olan, eyni zamanda 20 mq doza ilə xolesterininin səviyyəsi kifayət dərəcədə düşməyən xəstələr üçündür. Lipsi ürək tutmalarının baş verməsini, insult və ya onunla bağlı sağlıq problemlərinizin riskini azaltmaq üçün istifadə edirsinizsə: Tövsiyyə edilən doza gündə 20 mq-dır. Bununla birlikdə, Sizdə yuxarıda göstərilən faktorlardan hər hansı biri olarsa, həkiminiz daha aşağı dozadan istifadə etməyinizə qərar verə bilər. 10-17 yaş arası uşaqlar üçün normal dozalar: Normal başlanğıc doza 5 mq-dır. Həkiminiz Sizin üçün Lipsin ən uyğun dozasını tapmaq üçün dərmanın dozasını artıra bilər. Preparatın ən yüksək gündəlik dozası 20 mq-dır. 6 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır. Dozanızı gündə bir dəfə qəbul edin. Lipsin 40 mq dozası uşaqlarda istifadə olunmamalıdır. Xolesterinin səviyyəsinə müntəzəm nəzarətlər: Xolesterinin səviyyəsinə müntəzəm olaraq nəzarət etmək üçün həkiminizin yanına getməyiniz çox vacibdir. Bu yolla Siz xolesterininizin lazım olan səviyyəyə düşdüyünə və bu səviyyədə qaldığına əmin ola bilərsiniz. Həkiminiz qəbul edəcəyiniz dozanı artıra bilər. Əgər Lipsin təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, bunu həkiminizə və ya əczaçınıza bildirin. Əgər lazım olduğundan artıq miqdarda Lips qəbul etmisinizsə: Əgər preparatı lazım olduğundan artıq miqdarda qəbul etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin. Xəstəxanaya gedərkən və ya başqa bir səbəbdən müalicə alarkən, müalicənizlə məşğul olan tibbi personala Lips qəbul etdiyinizi söyləyin. Qida və içkilərlə birlikdə qəbulu Preparatı acqarına və ya yeməkdən sonra qəbul edə bilərsiniz. Lipsi qəbul etməyi unutmusunuzsa Əgər preparatı qəbul etməyi unutmusunuzsa, narahat olmayın, növbəti dozanı öz vaxtında qəbul edin. Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Lipslə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər Preparatın qəbulunu dayandırmaq istəyirsinizsə, həkiminizlə məsləhətləşin. Preparatı qəbul etməyi dayandırsanız, xolesterinin səviyyəsi yenidən yüksələ bilər.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, preparatın tərkibində olan maddələrə qarşı həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. Bu əlavə təsirlərin nədən ibarət olmasını bilməyiniz vacibdir. Əlavə təsirlər ümumilikdə zəif olur və keçici xarakter daşıyır. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, preparatın qəbulunu dayandırın və dərhal həkiminizə məlumat verin və ya Sizə ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə müraciət edin: Üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinliklə (ödemlə) birlikdə və ya şişkinlik olmadan baş verən təngnəfəslik, üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinlik və bununla bağlı udmanın çətinləşməsi, dəridə səpgi və güclü qaşınma. Əzələlərinizdə gözlədiyinizdən daha uzun sürən qeyri-adi ağrı və ya sancı varsa, preparatın qəbulunu dayandırın və dərhal həkiminizə müraciət edin. Əzələlərdə hiss edilən bu simptomlar uşaq və yeniyetmələrdə böyüklərə nisbətən daha çox rast gəlinir. Digər statinlərdə olduğu kimi, çox az sayda insanlarda əzələlərdə narahatlıq yaradan təsirlər meydana çıxa bilər. Bu təsirlər nadir hallarda rabdomioliz adlandırılan və həyat üçün təhlükəli olan əzələ zədələnməsinə qədər inkişaf edə bilər. Çox ciddi ola bilən belə hallarla qarşılaşdıqda həkiminizə müraciət edin. Bu çox ciddi əlavə təsirlərin hamısı çox nadir hallarda meydana çıxır. Əlavə təsirlər aşağıdakı kateqoriyalarda göstərildiyi kimi sadalanmışdır: Çox tez-tez: 10 xəstənin ən azı birində meydana çıxa bilir. Tez-tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilir. Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa bilir. Nadir hallarda: 1000 xəstənin birindən azında meydana çıxa bilir. Çox nadir hallarda: 10 000 xəstənin birindən azında meydana çıxa bilir. Tez-tez: Aşağıdakılardan hər hansı birini hiss etsəniz, həkiminizə söyləyin: Baş ağrısı, qarın ağrısı, qəbizlik, nasazlıq, əzələlərdə ağrı, zəiflik, başgicəllənmə, sidikdə zülalın artması. Bu hal ümumiyyətlə preparatın qəbulu dayandırılmadan da öz-özünə normal vəziyyətə dönür (adətən 40 mq doza üçün). Digər HMQ-Ko A reduktazanın inhibitorlarında olduğu kimi, rozuvastatin ilə müalicə alan xəstələrdə də HbAICvə qan şəkəri səviyyəsində yüksəlmə müşahidə oluna bilər. Bəzən: Səpgi, qaşınma və ya digər dəri reaksiyaları, sidikdə zülalın artması. Bu hal ümumiyyətlə preparatın qəbulu dayandırılmadan da öz- özünə normal vəziyyətə dönür (adətən preparatın 5 mq,10 mq və 20 mq dozaları üçün). Nadir güclü allergik təsirlər: üzdə, dodaqda, dildə və/və ya boğazda şişkinlik, udmanın və nəfəsalmanın çətinləşməsi, səpgilərlə müşayiət olunan dəri qaşınması. Allergiya baş verdiyi halda, preparatın qəbulunu dərhal dayandıraraq, tibbi yardım üçün müraciət edin. Böyüklərdə əzələlərin zədələnməsi: əzələlərinizdə gözlədiyinizdən daha uzun sürən qeyri-adi ağrı və ya sancı varsa, preparatın qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin. Güclü qarın ağrısı (mədəaltı vəzinin iltihabı), qanda qaraciyər fermentlərinin səviyyəsinin artması, trombositopeniya. Çox nadir: Sarılıq (dəridə və gözlərdə saralma), hepatit (qaraciyərin iltihabı), sidikdə qan, əl və ayaq sinirlərində zədələnmə (hissizlik kimi), oynaq ağrısı, ginekomastiya, yaddaşın itməsi.Tezliyi məlum olmayan əlavə təsirlər: Diareya (ishal), Stivens- Conson sindromu (ağızda, gözlərdə, dəridə və genital nahiyədə ciddi ölçüdə səpgilərin olması), öskürək, təngnəfəslik, ödem (şişkinlik), yuxusuzluq və qorxulu yuxugörmələr kimi yuxu pozğunluqları, cinsi problemlər, depressiya, davamlı öskürək və/və ya təngnəfəslik və ya qızdırma ilə müşayiət olunan tənəffüs problemləri. Əgər bu içlik vərəqədə (istifadə üçün təlimatda) qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Doza həddinin aşılması və müalicəsi Doza həddinin aşılmasının spesifik müalicəsi yoxdur. Doza həddinin aşılması halında simptomatik müalicə aparılmalı və lazımi dəstəkləyici tədbirlər görülməlidir. Qaraciyər funksiya testlərinə və KK səviyyələrinə nəzarət edilməlidir. Hemodializ effektsizdir.

Buraxılış forması

Lips 20 mq 14 tablet, blisterdə. 1 blister və ya 2 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. Lips 40 mq 7 tablet, blisterdə. 4 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Ətraf mühiti qorumaq məqsədilə istifadə etmədiyiniz dərman vasitəsini çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın.Bu barədə əczaçınızla məsləhətləşin.Yararlılıq müddəti bitmiş və ya daha istifadə etməyəcəyiniz dərmanı əczaçınıza verin.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Merkez Laboratuarı İlaç San. ve Tic. A.Ş., Turkey. Taşdelen, Çamlık Mahallesi Sırrı Çelik Bulvarı, Ayça Sokak №6 Çekmeköy/İstanbul/Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

Welfar International LLC, Georgia. Poti Free Industrial Zone, Plot №545, Land plot internal № 1D-5/G, 4400 Poti, Georgia.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“LIPS 20 MG № 28 (TABLETKI) (<>) (TURCIYA)” üçün ilk rəyi siz yazın.