Legend 400 mq 5 ml N5 flakon

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirAmin turşuları və törəmələri
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

49,90 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LEGEND 400 mq/5 ml inyeksiya məhlulu hazırlamaq üçün liofilizə olunmuş toz və həlledici Beynəlxalq patentləşdirilməmiş adı: Ademetionine

Tərkibi

Təsiredici maddə: 1 flakonda 400 mq ademetioninə ekvivalent olan 760 mq S-Adenozil-L- metionin 1,4-butandisulfonat vardır. Köməkçi maddələ (həlledici): inyeksiya üçün su, L-Lisin, natrium hidroksid.

Təsviri

Flakonda ağdan ağımtıla qədər toz və ampulda şəffaf sarımtıl həlledici.

Farmakoterapevtik qrupu

Amin turşuları və törəmələri. ATC kodu: А16АА02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası S-Adenozil-L-metionin (ademetionin) – orqanizmdə ademetionin çatışmazlığını aradan qaldırır və əsasən qaraciyərdə və beyində ademetioninin sintezini stimulə edir. Ademetionin zülalların hüceyrə membranı fosfolipidlərinin, hormonların, neyromediatorların və s-metilləşmə reaksiyalarında metil qrupunun donorudur. Transsulfatlaşma reaksiyalarında fizio- loji tiol birləşmələrinin-sistein, taurin, qlütationun (hüceyrə detoksikasiyasının oksidləşmə-re- duksiya mexanizmini təmin edir), KoA və s. törəməsidir. Dekarboksilləşmədən sonra aminopro- pilləşmə reaksiyalarında poliaminlərin-putressinin (hüceyrə regenerasiyasının və hepatositlərin proliferasiyasının stimulyatoru), ribosomların strukturuna daxil olan spermidin və sperminin törəməsi kimi iştirak edir. Ademetionin antixolestatik təsirə malikdir. Xolestazın (ödün sintezi və axınının pozulması) paycıqdaxili formasında effektivdir. Antixolestatik təsir hepatositlərdə fosfatidilxolin sintezinin stimulyasiyası nəticəsində membran polyarizasiyasının yüksəlməsi ilə əlaqədardır. Bu öd turşularının (ÖT) hepatosit membranları ilə assosiasiya olunan transport sistemlərinin funksiyalarını yaxşılaşdırır və ÖT-nın öd çıxarıcı yollara keçməsinə şərait yaradır. ÖT detoksikasiyasını stimulə edir-hepatositlərdə konyuqasiya olunmuş və sulfatlaşmış ÖT-nın miqdarını artırır. Taurinlə konyuqasiya ÖT-nın həll olunmasını və onların hepatositlərdən xaric olunmasını artırır. Sulfatlaşma böyrəklərdən eliminasiyanı, hepatosit membranından keçməni və ödlə xaric olunmanı təmin edir. Bundan başqa sulfatlaşmış ÖT qaraciyər hüceyrələrinin membranını sulfatlaşmamış ÖT-nın (qaraciyərdaxili xolestazda hepatositlərdə yüksək konsentrasiyalarda olur) toksiki təsirindən qoruyur. Antidepressiv təsir ademetionin ilə müalicənin ilk həftəsində başlayır və ikinci həftədə sabitləşir. Amitriptilinə rezistent olan təkrarlanan endogen və nevrotik depressiyalar zamanı ademetionin effektiv təsir göstərir. Depressiyaların residivlərinin qarşısını alır. Ademetionin ilə müalicə qaraciyərdaxili xolestaz sindromu ilə müşayiət olunan qaraciyərin diffuz xəstəlikləri zamanı (sirroz, hepatit) biokimyəvi göstəricilərdə (qələvi fosfotazanın, transferazanın və s. aktivliyində, sərbəst bilirubinin səviyyəsində) dəyişikliklərin baş verməsinə və dəridə olan qaşınmaların azalmasına səbəb olur. Astenik sindromun ademetionin ilə mualicəsi zamanı xəstələrin 54%-də simptomların aradan qalxması, 46%-də isə simptomların intensivliyinin azalması müşahidə edilmişdir. Müalicə başa çatdıqdan sonra 3 ay ərzində preparatın antiastenik, antixolestatik və hepatoprotektiv təsirləri saxlanılır. Hepatotoksik təsirli dərman vasitələrinin (parasetomol və s.) qəbulu ilə əlaqədar olaraq meydana çıxan hepatopatiyalar zamanı ademetioninin effektivliyi sübut olunmuşdur. Qaraciyər zədələnməsi ilə müşayiət olunan opioid narkomaniyanın müalicəsi zamanı abstinent sidromunun klinik təzahürünün reqressiyası, qaraciyərin funksional vəziyyətinin yaxşılaşması, antidepressiv təsirin və mikrosomal oksidləşmə proseslərinin fəallaşması qeydə alınmışdır. Osteoartritdən əziyyət çəkən xəstələrə ademetioninin empirik təyini ağrı sindromunun azalmasına, proteoqlikanların sintezinin və qığırdaq toxumasının regenerasiyasının stimulyasiyasına səbəb olmuşdur. Farmakokinetikası Ademetionin venadaxili yeridildikdən sonra qısa müddət ərzində toxumalara paylanır. Yarımparçalanma müddəti təxminən 1,5 saat təşkil edir (T1/2-1.5 saat). Əzələdaxili yeridildikdə biomənimsənilmə 96%-dir. Plazmada pik konsentrasiya preparatın istifadəsindən 45 dəqiqə sonra müşahidə olunur. Plazma zülalları ilə cüzi dərəcədə birləşir. Hematoensefalik baryeri keçir. Yeridilmə üsulundan asılı olmayaraq onurğa mayesində ademetioninin konsentrasiyasının əhəmiyyətli dərəcədə artması müşahidə edilir. Qaraciyərdə metabolizmə uğrayır. Orqanizmə yeridilən dozanın təxminən yarısı böyrəklərlə (sidik vasitəsilə) dəyişilməmiş şəkildə xaric olur. Preparatın istifadəsinin təhlükəsizliyinə dair preklinik məlumat Toksikoloji araşdırmalar nəticəsində ademetioninin orqanlarda toksiki cəhətdən heç bir əhəmiyyətli dəyişiklik törətmədiyi müəyyən edilmişdir. Birdəfəlik və ya təkrari dozaların toksikliyi, reproduktiv toksiklik və mutagen təsiri üzrə aparılan tədqiqatlar nəticəsində heç bir toksiki təsir aşkar edilməyib. Ademetionin hamiləlik zamanı təyin edildikdə embrionun və ya dölün böyüməsi və inkişafına heç bir əlavə təsir göstərmir. Bununla belə nəzərə almaq lazımdır ki, ademetionin hamiləliyin I və II trimestrlərində yalnız mütləq göstəriş olduqda və həkimin birbaşa nəzarəti altında istifadə edilə bilər. Ademetioninin laktasiya dövründə təyininə yalnız birbaşa mütləq göstəriş olduqda yol verilə bilər.

İstifadəsinə göstərişlər

 Xroniki hepatit.  Qaraciyərdaxili xolestaz (öd durğunluğu), o cümlədən hamiləlik zamanı.  Xroniki xolesistit, xolangit.  Qaraciyər zədələnmələri, o cümlədən toksik, alkoqol, virus və dərman mənşəli (antibiotiklər, şişəleyhinə preparatlar, vərəməleyhinə preparatlar, virusəleyhinə preparatlar, trisiklik antidepressantlar, peroral kontraseptivlər).  Qaraciyər sirrozu və sirrozönü vəziyyətlər.  Ensefalopatiya (o cümlədən qaraciyər çatışmazlığı ilə əlaqədar olan).  Depressiv (ikincili də daxil olmaqla) və abstinent sindromlar.

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq. 18 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ademetionin ilə digər dərman vasitələri, qida əlavələri və ya müxtəlif növ qidalar arasında hər hansı qarşılıqlı təsir aşkar edilməmişdir. Nəzərə almaq lazımdır ki, maksimal sutkalıq doza 1600 mq-dır və bu doza həddinin aşılmasına yol vermək olmaz. Ademetioninin uşaqlara təyini məsləhət deyil, belə ki, təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Venadaxili inyeksiya çox yavaş sürətlə yeridilməlidir. Məhlul istifadə edilməzdən dərhal öncə hazırlanır. Liofilizə olunmuş tozun rəngində dəyişiklik olarsa, istifadə edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı digər antidepressantlarla, xüsusilə trisiklik və monoaminoksidaza inhibitorları ilə birgə istifadə etmək olar. Ademetionin istifadə edildiyi zaman alkoqol qəbuluna yol vermək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ehtiyac olarsa hamilələrdə konkret klinik göstərişlərdə (məsələn, xolestaz, hamiləlik zamanı ürəkbulanma) ademetionin istifadə etmək olar. Hamiləliyin son aylarında ademetioninin istifadəsi zamanı əlavə təsirlər haqda məlumat yoxdur. Birinci trimestrdə yalnız mütləq göstəriş olarsa ademetionindən istifadə etmək olar. Laktasiya Laktasiya zamanı ademetionin yalnız fayda və risklərin dəyərləndirilməsinə əsasən təyin edilə bilər. Reproduktivlik Məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməyib.

İstifadə qaydası və dozası

Ümumi terapevtik dozalanma: 15-20 gün müddətində hər gün bir ampul venadaxili və ya əzələdaxili yeridilir. İstifadə etməzdən bilavasitə öncə liofilizəedilmiş toz (vakuum şəraitində qurudulmuş) həlledicidə həll edilməlidir. Venadaxili təyinat zamanı preparat yavaş-yavaş yeridilməlidir. Hər bir göstəriş üçün dozalanma fərdi olaraq həkim tərəfindən təyin edilir. Həkim tərəfindən hər hansı xüsusi təyinat olmazsa, preparat aşağıdakı dozalanmada təyin edilməlidir: Depressiv sindromlar 400 mq/sut dozada 15-20 gün ərzində venadaxili və ya əzələdaxili yeridilir. Qaraciyər patologiyaları 400-800 mq/sut dozada 2 həftə ərzində venadaxili və ya əzələdaxili yeridilir.

Əlavə təsirləri

Preparatın hətta yüksək dozalarda və uzunmüddətli istifadəsi zamanı belə nəzərəçarpacaq əlavə təsirlər müşahidə edilməyib. Dərman asılılığı kimi hallar aşkar olunmayıb. Yüksək tolerantlığına görə ademetionin hamilə qadınlar, yaşlılar və xroniki qaraciyər xəstəliyi olan xəstələr tərəfindən rahatlıqla istifadə edilə bilər. Yalnız nadir hallarda xüsusi həssaslığı olan xəstələrdə ademetionin yuxudan oyanma ritminin pozulmasına səbəb ola bilər. Yuxarıda göstərilən və ya hər hansı digər əlavə təsirlər baş verdikdə həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları müşahidə edilməyib.

Buraxılış forması

400 mq/5 ml inyeksiya məhlulu hazırlamaq üçün liofilizat və həlledici. İçərisində lioflizəedilmiş toz olan 5 şüşə flakon və içərisində 5 ml həlledici olan 5 şüşə ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Preparatı otaq temperaturunda (t≤30 C), işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Əgər flakondakı ağ tozun rəngi temperatur təsirindən dəyişibsə, preparat istifadə edilməməlidir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Biomedica Foscama Group S.p.A. Via Morolense, 87 – 03013 Ferentino (FR), İtaliya. Marketinq üzrə səlahiyyətli sahibkar BIH Pharmaceuticals MMC, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Legend 400 mq 5 ml N5 flakon” üçün ilk rəyi siz yazın.