Lavunat BID 200 mq / 28,5 mq 70 ml suspenziya
| Dərman forması | Suspenziya |
|---|---|
| Farmakoloji təsir | Beta-laktamaza inhibitorları da daxil olmaqla penisilin birləşmələri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,41 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LAVUNAT BİD daxilə qəbul edilən suspenziya hazırlamaq üçün quru toz Beynəlxalq patentləşdirilməmiş adı: Amoxicillin + Clavulanic acid
Tərkibi
Təsiredici maddə: hazır 5 ml (1dolu ölçü qaşığı) suspenziyanın tərkibində 200 mq amoksassillinə ekvivalent 241,062 mq amoksisillin trihidrat, 28,5 mq klavunat turşusuna ekvivalent 71,264 mq kalium klavunat vardır. Köməkçi maddələr:hidroksipropilmetilselluloza, aerosil 200, ksanthan kitrəsi (kəhrəba kitrəsi), natrium saxarin, moruq ətirləndiricisi TR 9570.
Təsviri
Ağ rəngli tozdur. İstifadə zamanı suspenziyanın rəngi bir qədər sarıya dəyişə bilər.
Farmakoterapevtik qrupu
Beta-laktamaza inhibitorları da daxil olmaqla penisilin birləşmələri. ATC kodu: J01CR02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Amoksasillin bir çox qram-müsbət və qram-mənfi mikroorqanizmlərə qarşı geniş spektrli antibakterial fəaliyyətə malik yarı sintetik antibiotikdir. Buna baxmayaraq, amoksasillin beta-laktamazalar tərəfindən parçalanmağa həssasdır və buna görə də, amoksasillinin tək fəaliyyət spektrinə beta-laktamaza fermentləri istehsal edən orqanizmlər daxil deyil. Klavunat turşusu, penisilinlərə və sefalosporinlərə davamlı mikroorqanizmlərdə rast gəlinən geniş spektrli beta-laktamaza fermentlərini təsirsiz hala gətirmək qabiliyyətinə malik olan, struktur olaraq penisilinlərlə əlaqəli bir beta-laktamdır. Xüsusilə, müqavimət inkişafında təsirli olan plazmid vasitəçiliyi ilə işləyən beta- laktamazlara qarşı yaxşı fəaliyyət göstərir. LAVUNAT preparatlarında klavunat turşusunun olması amoksisillini beta-laktamaza fermentləri tərəfindən parçalanmadan qoruyur və effektiv şəkildə amoksisillinə və digər penisilinlərə və sefalosporinlərə normal olaraq davamlı olan bir çox bakteriyalara qarşı amoksisillinin antibakterial spektrini genişləndirir. Farmakokinetikası Absorbsiyası LAVUNAT-ın iki komponenti, həm amoksasillin, həm də klavunat turşusu fizioloji pH sulu məhlulunda tamamilə dissosiasiya olunur.Hər iki komponent oral qəbul yolu ilə sürətlə və yaxşı sorulur.LAVUNAT-ın hər iki komponentinin farmakokinetikası oxşardır. Hər ikisinin ən yüksək serum səviyyələri oral qəbuldan 1 saat sonra baş verir. LAVUNAT-ın dozası iki dəfə artırıldıqda ikiqat serum səviyyələri əldə edilir. Həm klavunat turşusu, həm də amoksasillin zərdab zülalları ilə aşağı səviyyədə bağlanır və təxminən 70%-i serumda sərbəst qalır. Paylanması Ümumi plazmanın təxminən 25% -i klavunat turşusu və 18% -i amoksasillin zülallarla birləşir. Görünən paylanma həcmi amoksasillin üçün 0,3-0,4 l/kq, klavunat turşusu üçün isə təxminən 0,2 l/kq təşkil edir. Xaric olması Amoksasillinin orqanizmdən əsas böyrəklər vasitəsilə , klavunat turşusu isə həm böyrəklər, həm də orqanlar tərəfindən orqanizmdən xaric olunur.
İstifadəsinə göstərişlər
LAVUNAT -BID aşağıdakı qeyd olunan amoksasillinə davamlı beta-laktamaza hasil edən ştamlarla törənən bakterial infeksiyaların qısamüddətli müalicəsində tövsiyyə olunur: • Yuxarı tənəffüs yolları infeksiyaları (o cümlədən təkrarlanan badamcıq iltihabı(tonsillit), sinusit, orta otit ). • Aşağı tənəffüs yollarının infeksiyaları(o cümlədən xronik bronxitin kəskinləşməsi, pnevmoniya). • Böyrək və sidikçıxarıcı yolların infeksiyaları (o cümlədən sistit, uretrit, pielonefrit). • Dəri və yumşaq toxuma infeksiyaları (o cümlədən birləşdirici toxuma iltihabı olan selülit və heyvan dişləmələri kimi hallar ). • Diş və diş əti infeksiyaları (o cümlədən dentoalveolyar abses).
Əks göstərişlər
• Anamnezdə amoksisillin, klavulan turşusu, digər beta-laktamlar, penisillin və ya dərman tərkibindəki hər hansı inqrediyentə qarşı şiddətli allergik reaksiya (Bu reaksiyaya qaşınma , üz və ya boyun şişməsi daxil ola bilər) müşahidə olunduğu halda, • Anamnezdə amoksasillin/klavunat turşusu və ya penisillindən istifadə ilə əlaqəli sarılıq/qaraciyər çatışmazlığı olduğu halda, • Antibiotikdən qaynaqlanan yoğun bağırsaq iltihabı (kolit) müşahidə olunduğu halda, Lavunat müalicəsi dərhal dayandırılmalı, pasient həkim tərəfindən müayinə olunmalı və müvafiq müalicəyə başlanmalıdır. Bu vəziyyətdə pasientə antiperistaltik (bağırsaq fəaliyyətini dayandıran) dərman və LAVUNAT BİD qəbulu qəti qadağandır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
• Pasient qan laxtalanmasını dayandıran hər hansı preparat qəbul edirsə, • Pasientdə qaraciyər və böyrək çatışmazlığı varsa, • İnfeksion mononukleozanın səbəb olduğu qızılcayabənzər səpgi, boğaz ağrısı, yorğunluq və qızdırma əlamətləri müşahidə olunduqda, • Sidik ləngiməsi olan, əsasən parenteral müalicə alan şəxslərdə çox nadir hallarda kristalluriya müşahidə olunduqda (Bu halda adekvat miqdarda maye qəbulundan əmin olmaq lazımdır.) həkimə bu barədə məlumat vermək lazımdır. Müalicəyə başlamazdan əvvəl xəstənin anamnezində penisillin,sefalosporin və ya digər allergenlərə qarşı hiperhəssaslıq reaksiyaları haqqında əsaslı məlumat toplamaq lazımdır. LAVUNAT BİD uzunmüddətli qəbulu rezistent orqanizmlərin çoxalmasına səbəb ola bilər. Bəzi hallarda LAVUNAT BİD istifadəsi zamanı qaraciyər funksional testlərində dəyişiklik müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bəzi digər dərmanlarla birlikdə istifadə edildikdə LAVUNAT BİD –in təsiri dəyişə bilər. Aşağıdakı dərmanlardan istifadə edirsinizsə, həkiminizə bu barədə məlumat verin: • LAVUNAT BİD ilə eyni vaxtda Allopurinol (sidik turşusunun artması ilə xarakterizə olunan, oynaqlarda iltihab və ağrı ilə müşahidə olunan podaqranın müalicəsində istifadə olunur) istifadəsi allergik dəri reaksiyalarının yaranma ehtimalını daha da yüksəkdə bilər. • LAVUNAT BİD ilə eyni vaxtda Probenesid qəbulu (podaqra müalicəsində istifadə olunur) zamanı həkimlə məsləhətləşmək tövsiyyə olunur. LAVUNAT BİD dozasını tənzimləmək qərarına gələ bilər. • LAVUNAT BİD ilə eyni vaxtda qanın laxtalanmasının qarşısını almağa kömək edən dərmanlar qəbul edirsə (məsələn, Varfarin) bəzi əlavə qan testləri tələb oluna bilər. • LAVUNAT BİD Metotreksatın (xərçəng və ya revmatik xəstəliklərdə istifadə olunur) fəaliyyətinə təsir göstərə bilər. • LAVUNAT BİD Mikofenolat mofetilin (orqan transplantasiyasında istifadə olunan dərman) fəaliyyətinə təsir göstərə bilər. • Digər antibiotiklərlə olduğu kimi, LAVUNAT BİD aşağı estrogen reabsorbsiyasına səbəb olan bağırsaq florasına təsir göstərə bilər və kombinəolunmuş peroral kontraseptivlərin təsirini azalda bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Müalicə zamanı hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Həkim tərəfindən təyinat olunmadan hamiləlik zamanı istifadə olunmamalıdır. Preparatın tərkibində olan hər iki təsiredici maddə ana südünə keçir. Laktasiya dövründə amoksasillin/klavunat turşusu yalnız ehtimal olunan fayda potensial riskdən üstün olduqda istifadə olunmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələri və mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri haqqında məlumat yoxdur.Buna baxmayaraq,istifadəsi zamanı ehtimal olunan əlavə reaksiyalar (allergik reaksiyalar,başgicəllənmə, qıcolmalar kimi ) nəqliyyat vasitələri və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Ümumi tövsiyə olunan gündəlik doza Gün ərzində 25/3,6 mq/kq olmaqla yüngül və orta dərəcəli infeksiyalarda (təkrarlayan tonzillit, aşağı tənəffüs yollarının infeksiyaları, dəri və yumşaq toxumalar kimi yuxarı tənəffüs yollarının infeksiyaları) istifadə olunur. Gün ərzində 45/6,4 mq/kq olmaqda daha ciddi infeksiyalarda (orta qulaq iltihabı və sinuzit kimi yuxarı tənəffüs yollarının infeksiyaları, bronxopnevmoniya kimi aşağı tənəffüs yollarının infeksiyaları və sidik yollarının infeksiyaları) istifadə olunur. 2 yaşdan yuxarı uşaqlar 25 / 3.6 mq / kq / gün 2 – 6 yaş 5,0 ml LAVUNAT-BID 200/28 (13 – 21 kq) mq oral suspenziya, gündə iki dəfə 7-12 yaş 10,0 ml LAVUNAT-BID (22 – 40 kq) 200/28 mq oral suspenziya, gündə iki dəfə 45 / 6.4 mg/kq/gün 2 – 6 yaş 10,0 ml LAVUNAT-BID (13 – 21 kq) 200/28 mq oral suspenziya, gündə iki dəfə 2 aydan 2 yaşa qədər uşaqlar 2 yaşdan kiçik uşaqlarda doza bədən çəkisinə uyğun olaraq tənzimlənməlidir. Bədən Yüngül/orta dərəcəli infeksiyalarda hər 12 saatdan Ağır dərəcəli infeksiyalarda hər çəkisi bir tətbiq ediləcək doza (mL) 12 saatdan bir tətbiq ediləcək (Kiloqramla) doza (mL) 2 0.6 1.2 3 1.0 1.6 4 1.2 2.2 5 1.6 2.8 6 1.8 3.4 7 2.2 4.0 8 2.6 4.6 9 2.8 5.0 10 3.2 5.6 11 3.4 6.2 12 3.8 6.8 13 4.0 7.4 14 4.4 7.8 15 4.6 8.4 İki aydan kiçik uşaqlar üçün LAVUNAT-BID 200/28 mq oral suspenziyanın dozasını tövsiyə etmək üçün kifayət qədər təcrübə yoxdur. İdarəetmə tezliyi və müddəti Gündə iki dəfə qəbul edilir. Müalicə müddəti göstərişə uyğun olmalı və 14 gündən çox olmamalıdır. Oral yolla istifadə üçün nəzərdə tutulmuşdur. Potensial mədə-bağırsaq problemlərini minimuma endirmək və LAVUNATın sorulma qabiliyyətinin maksimum olması üçün yeməkdən əvvəl qəbul edilməlidir. Müalicə parenteral yolla başlaya bilər və sonra oral yolla davam edə bilər. Hazırlanma qaydası Suspenziya həcmi Çəkisi Suspenziyaya əlavə olunacaq suyun həcmi 70 ml 6 g 66 ml 100 ml 8.57 g 93 ml LAVUNAT-BID 200/28 mq oral suspenziya hazırlamaq üçün ümumi suyun təxminən 2/3 hissəsi əlavə edilir və şüşə güclü şəkildə çalxalanır. Mayenin bir hissəsi əlavə olunduqda, tam dispersiyanı təmin etmək üçün 5 dəqiqə gözlədilir . Sonra qalan qalan maye butulkanın üzərindəki xəttə əlavə edilir və yenidən çalxalanır. Məhsulun tövsiyə olunan miqdarını qablaşmada olan 5 ml ölçü qaşığından istifadə edərək xəstəyə verilir. Quru toz otaq temperaturunda 25ºC-dən aşağı və quru yerdə saxlanmalıdır. Hazırlanmış suspenziya soyuducuda (2°C-dən 8°C-dək) saxlanmalı və 7-10 gün ərzində istifadə edilməlidir. Dondurucuda saxlanmamalıdır Böyrək/qaraciyər çatışmazlığı Glomerular filtrasiya sürəti >30 ml/dəq olan uşaqlarda dozanın tənzimlənməsi tələb olunmur. Glomerular filtrasiya sürəti 30 ml/dəqdən aşağı olan uşaqlarda LAVUNAT-BID 200/28 mq oral suspenziya tövsiyə edilmir. LAVUNAT-BID 200/28 mq oral suspenziya böyrək funksiyası formalaşmamış körpələrdə tövsiyə edilmir. Qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi ehtiyatla aparılmalı və qaraciyər funksiyalarına müntəzəm olaraq nəzarət edilməlidir. Doza tənzimlənməsi üçün kifayət qədər məlumat yoxdur. Pediatrik əhali 2 yaşa qədər uşaqlarda gündə 45 mq / 6,4 mq / kq-dan çox dozaya dair klinik məlumat yoxdur. 2 aydan kiçik xəstələr üçün klinik məlumatlar mövcud deyil. Geriatrik əhali Heç bir dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Bütün dərmanlar kimi, LAVUNAT BİD onun tərkib hissələrinə qarşı həssaslığı olan xəstələrdə bəzi yan təsirlərə səbəb ola bilər.Yan təsirlər aşağıdakı kateqoriyalarda müəyyən edilmişdir: Tez Tez • Selikli qişaya və dəriyə təsir edən göbələk infeksiyasının bir növü (mukokutanöz kandidoz) • Ürəkbulanma, xüsusilə yüksək dozaların qəbul zamanı • İshal • Ürəkbulanma • Qusma Bəzən • Başgicəllənmə • Baş ağrısı • Dispepsiya (mədə-bağırsaq funksiyasının pozulması) • Dəri qaşınması • Övrə • Qaraciyər tərəfindən istehsal olunan bəzi maddələrin (fermentlərin) artması Nadir hallarda • Multiformalı eritema •Hematuriya(sidikdə qan müşahidə olunması) Qan testlərində görünə bilən nadir yan təsirlər: • Qanın laxtalanmasında iştirak edən hüceyrələrin sayının azalması • Ağ qan hüceyrələrinin sayının azalması. • Sidikdə qan Məlum deyil • Angioödem (Üzün, dodaqların, ağızın, dilin və ya boğazın şişməsi, udma və ya nəfəs almada çətinlik). • Anafilaksiya ( Həddindən artıq allergik vəziyyət, o cümlədən, dəri səpgiləri, qaşınma və ya ürtiker). • Dərman qəbulundan 7-12 gün sonra baş verən səpgi, qızdırma, oynaq ağrısı, xüsusilə qoltuqaltı limfa düyünlərinin şişməsi (zərdab xəstəliyinə bənzər sindrom) ilə özünü göstərən allergik vəziyyət. • Dəri altında kiçik yuvarlaq qırmızı ləkələr, səpgilər və ya urtiker kimi allergik reaksiyalar • Dodaqlarda, gözlərdə, ağızda, burunda və cinsiyyət orqanlarda şiddətli qabarcıqlar və qanaxma ilə özünü göstərən nadir dəri xəstəliyi (Stevens-Conson Sindromu). • Toksik epidermal nekroliz ( Dəridə ağrılı qızartı ilə başlayan, iri qabarcıqlarla davam edən və dərinin təbəqələrinin geniş soyulması ilə başa çatan ciddi dəri reaksiyası. Qızdırma, titrəmə, əzələ ağrısı və ümumi narahatlıq bu vəziyyətlə müşayiət olunur ). • Bullyoz eksfoliativ dermatit. • Kəskin generalizə olunmuş ekzantematoz pustulyoz(KGEP). • Qanda qronulositlərin çökməsi ilə müşayət olunan arqanulositoz. • Narahatlıq, baş ağrıları, məşq zamanı nəfəs darlığı, başgicəllənmə, dərinin və gözlərin solğunlaşması və saralması (hemolitik anemiya) kimi simptomlarla müşayiət olunan anemiya növü. • Dilin rənginin tündləşməsi. • İnterstisial nefrit. • Sidikdə kristallar (kristalluriya) • Ürəkbulanma, qusma, iştahsızlıq, ümumi narahatlıq, qızdırma, qaşınma, dərinin və gözlərin sararması, sidiyin rənginin tündləşməsi ilə özünü göstərən qaraciyər xəstəlikləri (hepatit) • Qanın laxtalanmasında çətinlik • Dəri və gözləri sarı göstərə bilən bilirubinin (qaraciyərdə istehsal olunan maddə)artması nəticəsində yaranan sarılıq. • Keçici hiperaktivlik və qıcolmalar (yüksək dozada LAVUNAT BİD qəbul edən və ya böyrək problemləri olan xəstələrdə) • Dişlərin rənginin dəyişməsi. Yaxşı ağız gigiyenası dişlərin rəng dəyişməsinin qarşısını almağa kömək edə bilər. • Aseptik meningit • Qızdırma, vəzilərdə şişkinlik, anormal qan testi nəticələri (o cümlədən, ağ qan hüceyrələrinin (eozinofiliya) və qaraciyər fermentlərinin artması) (Eozinofiliya və sistem simptomları ilə dərman reaksiyası (DRESS)) Bu simptomlardan hər hansı biri müşahidə olunarsa, dərhal həkimə müraciət edin.
Doza həddinin aşılması
LAVUNAT BİD istifadəsi zamanı doza həddinin aşılması baş verərsə, bu halda mümkün qədər tez həkimə və ya əczaçıya məlumat verin.
Buraxılış forması
Daxilə qəbul edilən suspenziya hazırlamaq üçün quru toz həcmi 100 ml və ya 125 ml olan şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazırlanmış suspenziyanı soyuducuda (2-8°C temperaturda) saxlayın və 7-10 gün ərzində istifadə edin. Dondurucuda saxlamaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Atabay Kimya San. ve Tic. A.Ş. Dilovası OSB. 4. Kısım, Sakarya Caddesi No:28 Gebze-Kocaeli-TURKEY.
Qeydiyyat vəsiqəsinin sahibi
Atabay Kimya San. ve Tic. A.Ş. Acıbadem Köftüncü Sokak No: 1 34718 Kadıköy/İSTANBUL-TURKEY.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.