L-tiroksin 75 mkq N100 tablet

Dərman formasıTablet
Farmakoloji təsirHormon preparatları. Qalxanabənzər vəzinin hormon preparatı
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,16 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

L-TİROKSİN 75 Berlin-Hemi tabletlər L-TİROXİN 75 Berlin-Chemi Beynəlxalq patentləşdirilməmiş adı: Levotiroxin-sodium

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 53,2-56,8 mikroqram levotiroksin- natrium x H O (75 mikroqram levotiroksin-natriuma2 müvafiq) vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, mikrokristallik sellüloza, nişasta qlikolyatın natrium duzu (A tipi), dekstrin (qarğıdalı nişastasından), uzunzəncirli parsial qliseridlər.

Təsviri

Dairəvi, azacıq qabarıq, demək olar ki, ağ rəngdən azacıq bej rəngə qədər, bir tərəfində bölmə xətti olan və “75” yazısı olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Hormon preparatları. Qalxanabənzər vəzinin hormon preparatı. ATC kodu: H03AA01.

Farmakoloji xüsusiyyətləri

L-Tiroksin 75 Berlin-Hemi preparatının təsiredici maddəsi tireoid hormon Levotiroksindir. Preparat təbii hormonun təsirinə bənzər təsirə malikdir. L-Tiroksin 75 Berlin-Hemi preparatı orqanizmdə tireoid hormon olmadıqda onu əvəz etmək üçün və/və ya qalxanabənzər vəzinin üzərinə düşən yükün azaldılması üçün istifadə olunur.

İstifadəsinə göstərişlər

L-Tiroksin 75 Berlin-Hemi preparatı aşağıdakı hallarda istifadə olunur: – qalxanabənzər vəzinin funksiyasının azalmasının bütün formalarında tireoid hormon olmadıqda onu əvəz etmək üçün; – qalxanabənzər vəzidə aparılan zobun cərrahi əməliyyat vasitəsilə xaric olmasından sonra qalxanabənzər vəzinin normal funksional fəaliyyəti olduqda zob xəstəliyinin (qalxanabənzər vəzinin böyüməsi) təkrarlanmasının profilaktikası üçün; – qalxanabənzər vəzinin normal funksional fəaliyyəti fonunda xoşxassəli zob xəstəliyinin müalicəsi; – maddələr mübadilsənin normal vəziyyəti əldə edildikdən sonra tireostatik preparatlarla (qalxanabənzər vəzinin yüksəlmiş funksiyasını zəiflədən preparatlar) müalicə zamanı yanaşı terapiya qismində; -şişin residivinin və qalxanabənzər vəzinin hormonunun əvəz edilməsi üçün qalxanabənzər vəzinin bədxassəli şişi zamanı, xüsusilə cərrahi əməliyyatdan sonra.

Əks göstərişlər

– Levotiroksin-natriuma və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yük- sək həssaslıq; – aşağıda sadalanan xəstəlik və vəziyyətlər: – qalxanabənzər vəzinin müalicə olunmayan yüksəlmiş funksiyası. – müalicə olunmayan adrenokortikal çatışmazlığı; – müalicə tələb edən adrenokorti-kal çatışmazlığa səbəb olan müalicə olunmayan hipofizar çatışmazlıq; – yaxın zamanlarda keçirilmiş miokard infarktı; – ürək əzələsinin kəskin iltihabı (miokardit), ürək divarının bütün qatlarının kəskin iltihabı (pankardit). -Hamiləlik dövründə qalxanabənzər vəzinin hiperfunksiyasının müalicəsi üçün dərman preparatları (tireostatiklər) qəbul edildikdə L-Tiroksin 75 Berlin-Hemi preparatından istifadə etmək olmaz. – L-Tiroksin 75 Berlin-Hemi preparatını istifadə etməzdən əvvəl aşağıda göstərilən xəstəlik və vəziyyətləri istisna etmək və ya onları müalicə etmək lazımdır: – ürəyin işemik xəstəliyi; – ürək nahiyəsində ağrı və sinədə sıxılma hissi (stenokardiya); – yüksək arterial təzyiq; – hipofiz çatışmazlığı və/və ya böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı; – qalxanabənzər vəzidə nəzarət olunmayan tireoid hormon ifraz edən sahələrin mövcud olması (qalxanabənzər vəzinin avtonomiyası).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

– L-Tiroksin 75 Berlin-Hemi preparatını qəbulundan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatı qəbul edən zaman xüsusilə ehtiyatlı olmaq lazımdır: – Pasiyent miokard infarktı keçiribsə və ya pasiyentdə ürəyin işemik xəstəliyi, ürək əzələsinin zəifliyi, ritm pozğunluğu (taxikardiya), ürək çatışmazlığı, kəskinləşmə olmadan ürək əzələsinin iltihabı və ya qalxanabənzər vəzinin uzunmüddətli hipofunksiyası mövcud- dursa, qanda hormonların həddən artıq yüksəlməsinə yol vermək olmaz. Bu səbəbdən qanda qalxanabənzər vəzinin hormonlarının miqdarına nəzarət etmək lazımdır. L-Tiroksin 75 Berlin-Hemi preparatının qəbulu ilə əlaqədar olan qalxanabənzər vəzinin hiperfunksi- yasının lap cüzi əlamətləri belə meydana çıxdıqda həkimə məlumat vermək lazımdır. – Qalxanabənzər vəzinin hipofunksiyası hipofizin patologiyası nəticəsində meydana çıxıbsa. Ola bilsin ki, bu vəziyyət böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı ilə əlaqədar- dır və qalxanabənzər vəzinin hormonu müalicəyə başlamazdan əvvəl (hidrokortizon müalicəsi) aradan qaldırılmalıdır. Müvafiq müalicə olmadan böyrəküstü vəzinin qabığının kəskin çatışmazlığının inkişafı mümkündür (adisson krizi). – Qalxanabənzər vəzidə nəzarət olunmayan qalxanabənzər vəzinin hormonlar ifraz edən sahələrin olmasına şübhə olduqda, müalicəyə başlamazdan əvvəl qalxanabənzər vəzinin müayinəsi aparılmalıdır. – Qadınlarda menopauzadan sonra, osteoporoz xəstəliyinin inkişaf riskinin artmasını nəzərə alaraq, qanda tireoid hormonun miqdarının artmasının qarşısını almaq məqsədilə, qalxana- bənzər vəzinin funksional vəziyyətinə tez-tez nəzarət etmək və preparatın daha kiçik vacib dozasının istifadəsini təmin etmək lazımdır. – Diabetdən əziyyət çəkən pasiyentlər “İstifadə qaydası və dozası” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” böməsinə nəzər salmaq lazımdır. – Pasiyent müəyyən antikoaqulyantlar (məsələn, dikumarin) və ya qalxanabənzər vəziyə təsir edən preparatlar (məsələn, yüksək dozalarda amiodaron, tirozinkinazanın inhibitorları (xərçəngin müalicəsi zamanı istifadə olunan dərman vasitələri), salisilatlar və furosemid) qəbul etdikdə, “İstifadə qaydası və dozası” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” böməsinə nəzər salmalıdır. – Qanda fosfatların miqdarının yüksəlməsinə görə, məsələn, “Sevalamer” dərman preparatı təyin olunan dializ proseduraları qəbul edən pasiyentlərə, Levotiroksinin effektivliyini müəyyən etmək məqsədilə qanın bəzi parametrlərinə nəzarət etmək tələb oluna bilər. L-Tiroksin 75 Berlin-Hemi preparatının qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Yanlış istifadə L-Tiroksin 75 Berlin-Hemi preparatını bədən kütləsini aşağı salmaq məqsədilə istifadə etmək olmaz. Qanda tireoid hormonların miqdarı normaya uyğun səviyyədə olduqda, tireoid hormonların əlavə qəbulu bədən kütləsinin aşağı düşməsinə səbəb ola bilməz. Preparatın əlavə qəbulu, xüsusən də bədən kütləsini azaldan bəzi preparatlarla birlikdə, ciddi və ya hətta həyat üçün təhlükəli əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər. Müalicənin dəyişdirilməsi L-Tiroksin 75 Berlin-Hemi preparatını qəbul edən pasiyentlərdə, bu preparatın tərkibində tireoid hormonlar olan hər hansı digər preparatla əvəz edilməsi, yalnız həkim nəzarəti altında və qanın parametrlərinə nəzarət etməklə həyata keçirilə bilər. Yaşlı pasiyentlər Yaşlı pasiyentlər üçün preparatı ehtiyatla dozalamaq (xüsusən, ürək xəstəlikləri mövcud olduqda) və pasiyentin vəziyyətinə tez-tez nəzarət etmək lazımdır. Uşaqlar və yeniyetmələr Böyrəküstü vəzinin funksiyasının tam inkişaf etməməsi səbəbindən az çəki ilə yarımçıq doğulmuş uşaqlarda levotiroksinlə müalicə zamanı xüsusən ehtiyatlı olmaq lazımdır. Levotiroksinlə müalicənin əvvəlində kəskin damar çatışmazlığı yarana bilər (“Əlavə təsirləri” bölməsinə bax). L-Tiroksin 75 Berlin-Hemi preparatını qida ilə birlikdə, xüsusilə də kalsiumla zəngin qida ilə (məsələn, süd və süd məhsulları) qəbul etmək lazım deyil, çünki bu zaman Levotiroksi- nin sorulması nəzərəçarpacaq dərəcədə aşağı düşə bilər. Soya tərkibli qida qəbul etdikdə qanda tireoid hormonların miqdarına tez-tez nəzarət etmək lazımdır. Soya pəhrizi zamanı və pəhrizin sonunda preparatın dozasının korreksiyası (preparatın həddən artıq yüksək do- zalarına ehtiyac yarana bilər) tələb oluna bilər, çünki soya tərkibli məhsullar, Levotiroksinin bağırsaqda sorulmasını pozaraq, preparatın effektivliyini aşağı sala bilər. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Hal-hazırda istifadə edilən dərman vasitələri barədə və ya bir müddət əvvəl istifadə edilmiş preparatlar barədə və ya istifadə edəcəyiniz dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. L-Tiroksin 75 Berlin-Hemi preparatı aşagıda göstərilən dərman maddələrinə və dərman preparatları qruplarına təsir göstərə bilər: – Metformin, qlimepirid, qlibenklamid və insulin kimi antidiabetik preparatlar (qanda şəkərin miqdarını aşağı salan dərman vasitələri): – şəkərli diabetdən əziyyət çəkən pasiyentlər müntəzəm olaraq qanda şəkərin miqdarına nəzarət etməlidilər, xüsusən qalxanabənzər vəzinin hormonları ilə müalicənin əvvəlində. Levotiroksin preparatının qanda şəkərin miqdarını aşağı salan dərman maddələrinin effektini zəiflətməsinə görə, bu dərman preparatlarının dozasının korreksiyası tələb oluna bilər. – Kumarin törəmələri (antikoaqulyantlar). L-Tiroksin 75 Berlin-Hemi preparatını kumarin törəmələri ilə (məsələn, dikumarol) birlikdə istifadə etdikdə qanın laxtalanma sisteminin göstəricilərinə müntəzəm olaraq nəzarət etmək lazımdır. Levotiroksin preparatının antikoaqulyantların təsirini gücləndirməsinə görə, bu dərman preparatlarının dozalarının aşağı salınması zərurəti tələb edilə bilər. L-Tiroksin 75 Berlin-Hemi preparatının təsirinə aşagıdakı dərman preparatları təsir göstərə bilər: – ion mübadiləsi qətranı – Qanda lipidlərin miqdarını aşağı salan dərman preparatları, qanda kaliumun konsentrasiyasını aşağı salan dərman preparatları (ion mübadiləsinə təsir edən qatranlar) Qanda lipidlərin miqdarını aşağı salan dərman vasitələrini (məsələn, kolestiramin, kolestipol və kolesevilam) və ya qanda kaliumun konsentrasiyasını aşağı salan dər- man preparatlarını (polistiren sulfon turşusunun kalsium və natrium duzları) L-Tirok- sin 75 Berlin-Hemi tabletlərinin qəbulundan, yalnız 4-5 saat sonra istifadə etmək olar. Bu dərman preparatları Levotiroksinin bağırsaqdan daxil olmasını tormozlayaraq, preparatın effektivliyinin aşağı düşməsinə səbəb olur. – Sevelamer və ya lantan karbonat Sevelamer və lantan karbonat (dializ proseduraları qəbul edən pasiyentlərin qanında fosfatların miqdarını aşağı salmaq üçün istifadə olunan preparatlar) Levotiroksinin sorulmasını ləngidir və effektivliyini aşağı salırlar. Bu zaman, qalxanabənzər vəzinin funksiyalarını daha tez-tez müayinə etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmsinə bax). -Öd turşularını birləşdirən vasitələr Kolesevelam (qanda xolesterinin konsentrasiyasını azaldan preparat) levotiroksini bir- ləşdirir və beləliklə, levotiroksinin bağırsaqdan daxil olmasını azaldır. Bu səbəbə görə preparatı kolesevelamın qəbulundan 4 saat əvvəl qəbul etmək lazımdır. -Alüminium tərkibli antasid preparatlar, həmçinin dəmir və kalsium tərkibli preparatlar. L-Tiroksin 75 Berlin-Hemi tabletlərini alüminium tərkibli antasid preparatlardan (antasidlər, sukralfat), həmçinin dəmir və kalsium tərkibli preparatlardan ən azı 2 saat əvvəl qəbul et-mək lazımdır. Bu dərman preparatları Levotiroksinin bağırsaqdan daxil olmasını tormozlayaraq, preparatın effektivliyinin aşağı düşməsinə səbəb olur. – Propiltiourasil, qlükokortikoidlər, beta-blokatorlar (xüsusilə propranolol) Propiltiourasil (qalxanabənzər vəzinin yüksəlmiş funksiyasının müalicəsi üçün isti- fadə olunan preparat), qlükokortikoidlər (böyrəküstü vəzilərin qabıq maddəsinin hor- monları, “kortizon”) və β-blokatorlar (ürək yığılmasının tezliyini azaldan və arterial təzyiqi aşağı salan preparatlar) Levotiroksinin daha effektiv formaya – liotironinə çevrilməsini tormozlayaraq, L-Tiroksin 75 Berlin-Hemi preparatının effektivliyinin aşağı düşməsinə səbəb ola bilərlər. – Amiodaron, yodlaşdırılmış rentgen-kontrast maddələr Yüksək yod tərkibli amiodaron (ürək ritminin pozulmalarının müalicəsində istifadə olunan preparat) və yodlaşdırılmış rentgen-kontrast maddələr (rengenoloji diaqnostika üçün istifadə olunan bəzi preparatlar) qalxanabənzər vəzinin fəallığının həm artma- sına, həm də aşağı düşməsinə səbəb ola bilər. Qalxanabənzər vəzidə nəzarət olun- mayan tireoid hormonlar ifraz edən sahələrin olması ehtimal edilən düyünlü zob xəstəliyində, xüsusilə ehtiyatlı olmaq lazımdır. Amiodaron levotiroksinin daha aktiv formaya – liotironinə çevrilməsini inhibə edir və beləliklə, L-Tiroksin 75 Berlin-Hemi preparatının effektinə təsir edə bilər. Ehtiyac olduqda, həkim L-Tiroksin 75 Berlin- Hemi preparatının dozasına düzəliş edə bilər. Aşağıdakı dərman preparatları L-Tiroksin 75 Berlin-Hemi tabletlərinin təsirini gücləndirə bilər: – salisilatlar, xüsusilə 2 q/sutka dozadan artıq (qızdırmasalıcı və ağrıkəsici dərman preparatları); – dikumarol (qanda tromb əmələ gəlməsini tormozlayan preparat); – furosemidin (sidikqovucu maddə) yüksək dozalarda (250 mq) təyin olunması; – klofibrat (qanda lipidlərin miqdarını aşağı salan preparat); Kontraseptivlər və ya əvəzedici hormonal müalicə üçün preparatlar Kontraseptiv hormonal preparatların (“tabletlər”) qəbulu zamanı və ya menopauzadan sonrakı dövrdə hormonəvəzedici müalicə zamanı Levotiroksin preparatının istifadə- sinə ehtiyac yüksələ bilər. – Sertralin, xlorokin/proquanil Sertralin (depressiyaların müalicəsi üçün istifadə olunan preparat) və xlorokin/pro- quanil (malyariya və revmatoid təbiətli xəstəliklərin müalicəsi üçün preparatlar) Levotiroksin preparatının effektivliyini aşağı salırlar. – Barbituratlar, rifampisin, karbamazepin, fenitoin Barbituratlar (qıcolmaların müalicəsi və anesteziya üçün istifadə olunan preparatlar, yuxugətirici preparatların müəyyən növləri), rifampisin (antibiotik) və karbamazepin (qıcolmaların müalicəsi üçün istifadə olunan preparat) və fenitoin (qıcolmanın müalicəsində və ürək ritminin pozulmasında istifadə edilən preparat) Levotiroksin preparatının effektivliyini aşağı sala bilər. – Proteaza fermentinin inhibitorları (HİV-infeksiyasının müalicəsi üçün istifadə olunan preparatlar) Levotiroksin preparatını proteaza fermentinin inhibitorları (lopinavir, ritonavir) ilə birlikdə istifadə etdikdə xəstəliyin simptomlarına və qalxanabənzər vəzinin funk- siyasına ciddi nəzarət etmək lazımdır. Lopinavir/ritonavirlə birlikdə istifadə edildikdə Levotiroksin preparatının effektivliyini aşağı düşə bilər. – Tirozinkinazanın inhibitorları (xərçəngin müalicəsi üçün dərman vasitəsi) Levotiroksinlə tirozinkinazanın inhibitorlarının (məsələn, imatinib, sunitinib, sorafenib, motesanib) eyni vaxtda istifadəsi zamanı həkim xəstəliyin simptomlarını ciddi mü- şahidə etməli və qalxanabənzər vəzinin funksiyasına nəzarət etməlidir. Levotiroksinin effektivliyi azala bilər; ehtiyac olduqda, həkim levotiroksinin dozasına düzəliş etməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Müalicəyə başlamazdan əvvəl hamiləlik, laktasiya, ehtimal edilən hamiləlik və ya hamiləli- yin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə qalxanabənzər vəzinin hormonları ilə lazımi müalicə xüsusilə vacibdir. Bu səbəbdən fasiləsiz həkim nəzarətində olmaq lazımdır. L-Tiroksin 75 Berlin-Hemi preparatının hamiləlik dövründə geniş istifadə olunmasına baxmayaraq, Levotiroksin preparatının hamiləliyin gedişinə və dölün və ya yenidoğulmuş körpənin sağlamlığına arzuolunmaz təsiri indiyə qədər aşkarlanmayıb. Hamiləlik dövründə və hamiləllikdən sonra qalxanabənzər vəzinin funksiyasına nəzarət etmək lazımdır. Hamiləlik dövründə qanda estrogenin (qadın cinsiyyət hormonu) miqdarı yüksək olduğuna görə, Levotiroksin preparatının dozasının korreksiyası tələb oluna bilər. Hamiləlik dövründə L-Tiroksin 75 Berlin-Hemi preparatını qalxanabənzər vəzinin hiper- funksiyasının müalicəsi üçün istifadə olunan preparatlarla (tireostatiklər) eyni zamanda istifadə etmək olmaz, çünki bu zaman tireostatiklərin daha yüksək dozalarda istifadəsi tələb oluna bilər. Tireostatiklər (Levotiroksindən fərqli olaraq) plasentar səddən keçib dölün qan dövranına daxil olaraq dölün qalxanabənzər vəzinin hipofunksiyasına səbəb ola bilərlər. Bu səbəbdən, hamiləlik dövründə qalxanabənzər vəzinin hiperfunksiyasını, tireostatiklərin, yalnız aşağı dozaları ilə müalicə etmək lazımdır. Levotiroksin preparatının, hətta yüksək dozalarından istifadə etdikdə belə, ana südünə nüfuz edən tireotrop hormonun miqdarı, əhəmiyyətsiz dərəcədə az olduğundan, preparatın laktasi- ya dövründə istifadəsi təhlükə törətmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri L-Tiroksin 75 Berlin-Hemi preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinin öyrənilməsi istiqamətində xüsusi tədqiqatlar aparılmayıb.

İstifadə qaydası və dozası

Preparatı həkim və ya əczaçının təyinatına müvafiq olaraq istifadə etmək lazımdır. Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Müayinələrin nəticələrinə əsasən, preparatın fərdi sutkalıq dozası həkim tərəfindən müəyyən olunur. Dozası Fərdi müalicə üçün, məsələn, müalicəni başlamaq, yetkin pasiyentlərdə dozanı artırılmaq, eləcə də, uşaqların müalicəsi üçün təsiredici maddənin müxtəlif dozalı (50-150 mikroqram levotiroksin natrium) bölünən tabletlər mövcuddur ki, bu da, o deməkdir ki, pasiyentə sutkada 1 tablet qəbul etmək lazımdır. Müalicəni başlamaq, yetkin pasiyentlərdə dozanı artırılmaq, eləcə də, uşaqların müalicəsi üçün eytiyac olduqda, həkim az dozalı tabletləri təyin etməlidir. Əldə olan simptomatikadan asılı olaraq, aşağıdakı tövsiyələrə əməl etmək lazımdır: – qalxanabənzər vəzinin hipofunksiyasının müalicəsi üçün yetkin pasiyentlərə sutkada 25-50 mkq Levotiroksin-natrium təyin olunur. Həkimi təyinatına əsasən doza 2-4 həftə intervalı ilə 25-50 mkq artırılaraq sutkada 100-200 mkq Levotiroksin-natriuma çatdırıla bilər. – qalxanabənzər vəzidə aparılan urun cərrahi əməliyyat vasitəsilə xaric olmasından sonra zobun təkrarlanmasının profilaktikası üçün və xoşxassəli zob xəstəliyinin müalicəsi üçün sutkada 75-200 mkq Levotiroksin-natrium təyin olunur. – qalxanabənzər vəzinin yüksəlmiş funksiyalarının tireostatiklərlə müalicəsi fonunda köməkçi (əlavə, birlikdə aparılan) terapiya vasitəsi kimi sutkada 50-100 mkq Levotiroksin- natrium təyin. – Qalxanabənzər vəzinin bədxassəli şişi fonunda qalxanabənzər vəziyə cərrahi müdaxilə olunduqda sutkada 150-300 mkq Levotiroksin-natrium təyin olunur (2-4 tablet L-Tiroksin 75 Berlin-Hemi preparatına müvafiqdir). Tireoid hormonun daha aşağı dozalarının istifadəsi də kifayət edə bilər. Qalxanabənzər vəzinin hipofunksiyasından əziyyət çəkən uşaqlar (anadangəlmə və qazanıl- mış hipotireoz) – Qalxanabənzər vəzinin funksiyasının aşağı düşməsinin uzunmüddətli müalicəsində (anadangəlmə və qazanılmış hipotireoz), Levotiroksinin dəstəkləyici dozası, adətən, bədən səthinin hər kvadrat metri hesabına sutkada 100-150 mkq təşkil edir. – Orqanizmdə Levotiroksinin tez bərpa olması vacib olan, psixi və fiziki inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən yenidogulmuş və körpə uşaqlarda qalxanabənzər vəzinin anadangəlmə hipofunksiyasının müalicəsi üçün tövsiyə edilən başlanğıc doza ilk 3 ay müddətində bədən kütləsinin hər kiloqramına sutkada 10-15 mkq təşkil edir. Sonra doza klinik göstəricilərdən (xüsusən, qanda qalxanabənzər vəzinin hormonunun miqdarından) asılı olaraq, fərdi qaydada seçilir. – Qalxanabənzər vəzinin qazanılmış hipofunksiyasının müalicəsi üçün tövsiyə edilən başlanğıc doza sutkada 12,5-50 mkq Levotiroksinin təşkil edir. Hər 2-4 həftədən bir doza artırılaraq, hormonun əvəz olunması tamamlanana qədər, tam dozayatədricən çatdırılmalıdır. Bu zaman, qanda qalxanabənzər vəzinin hormonunun miqdarı əhəmiyyət kəsb edir. Yaşlı pasiyentlər, ürəyin işemik xəstəliyindən və qalxanabənzər vəzinin hipofunksiyasından əziyyət çəkən pasiyentlər Yaşlı pasiyentlərdə, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə və qalxanabən- zər vəzinin ağır və ya uzunmüddətli hipofunksiyasından əziyyət çəkən pasiyentlərdə qalxanabənzər vəzinin hormon preparatları ilə müalicəni ehtiyatla başlamaq lazımdır. Bu o deməkdir ki, preparatla müalicəni ən aşağı dozadan başlamaq və dozanı tədricən, uzun- müddətli intervallarla, qanda qalxanabənzər vəzinin hormonlarının səviyyəsinə tez-tez nəza- rət etməklə artırmaq lazımdır. Bədən kütləsi aşağı olan pasiyentlər və böyük ölçülü düyünlü zob olan pasiyentlər zobuToplanan təcrübəyə göstərir ki, bədən kütləsi aşağı olan və böyük ölçülü düyünlü olan pasiyentlərin müalicəsi üçün preparatın kiçik dozalarının istifadəsi kifayət edir. Tabletin bölünməsi Tableti, düz və möhkəm müstəviyə, bölünmə üçün çərtmə olan tərəfini yuxarı tutaraq yerləşdirmək lazımdır. Tabletin üzərindən sıxdıqda, tablet iki hissəyə bölünür. İstifadə qaydası Tabletin tam sutkalıq dozasını bütöv, kifayət qədər su ilə (bir stakan) qəbul etmək lazımdır. Preparatı səhər acqarına, səhər yeməyindən ən azı 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Preparatın acqarına qəbulu, yeməkdən əvvəl və ya yeməkdən sonra qəbulundan daha yaxşıdır. Körpə uşaqlara tam sutkalıq doza, ilk yemək qəbulundan ən azı yarım saat əvvəl, verilmə- lidir. Bu zaman, tableti az miqdar suda (10-15 ml) həll etmək və əmələ gələn suspenziyanı (hər dəfə istifadədən əvvəl təzəsi hazırlanmalıdır!) əlavə miqdar su ilə (5-10 ml) içirtmək lazımdır. Müalicənin müddəti Qalxanabənzər vəzinin hipofunksiyasında və qalxanabənzər vəzinin bədxassəli şişi zəminində qalxanabənzər vəziyə cərrahi müdaxilə olunduqdan sonra L-Tiroksin 75 Berlin- Hemi preparatı, adətən pasiyentin həyatı boyu qəbul edilr. Xoşxassəli zobda və zobun təkrarlanmasının profilaktikası məqsədilə preparatın istifadəsi bir neçə aydan və ya ildən başlayaraq, pasiyentin həyatı boyu istifadə oluna bilər. Qalxanabənzər vəzinin yüksəlmiş funksiyalarının müalicəsi fonunda yanaşı terapiya vasitəsi kimi L-Tiroksin 75 Berlin-Hemi preparatı, tireostatiklər (qalxanabənzər vəzinin yüksəlmiş funksiya-sını tormozlayan dərman preparatları) təyin olunana qədər istifadə olunur. Qalxanabənzər vəzinin normal funksiyasional fəaliyyəti fonunda xoşxassəli zob xəstəliyinin müalicəsi za-manı L-Tiroksin 75 Berlin-Hemi preparatı ilə müalicə müddəti 6 aydan iki ilə qədərdir. L-Tiroksin 75 Berlin-Hemi preparatı ilə müalicə müddətində gözlənilən nəticə alınmadıqda, həkim digər müalicə vasitələrindən istifadəyə keçməlidir. Preparatı aşağı dozada qəbul etdikdə və ya preparatın qəbulu ötürüldükdə ötürülən dozanı bərpa etmək üçün ikiqat doza qəbul etmək olmaz. Belə hallarda, preparatı növbəti qəbul etmək lazımdır.vaxtı təyin edilən dozada qəbul Müalicənin müvəffəqiyyətli olması üçün L-Tiroksin 75 Berlin-Hemi preparatını müntəzəm olaraq təyin olunan dozalarda istifadə etmək lazımdır. Xəstəliyin simptomlarının yenidən meydana çıxmasının qarşısını almaq məqsədilə, dərman preparatının qəbulunu heç bir halda özbaşına dəyişdirmək, yarımçıq saxlamaq və ya da- yandırmaq olmaz. Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi L-Tiroksin 75 Berlin-Hemi preparatının da əlavə təsirləri mövcuddur. Lakin bu təsirlər hər zaman və hər pasiyentdə meydana çıxmır. Dozaya dözümsüzlük, doza həddinin aşılması Ayrı-ayrı hallarda dozaya pasiyent tərəfindən dözümsüzlük və ya doza həddinin aşılması qeyd olunan hallarda, xüsusilə də müalicənin əvvəlində dozanı həddən artıq sürətlə artırdıqda, qalxanabənzər vəzinin hiperaktivliyinin tipik əlamətləri meydana çıxa bilər. Çox tez-tez (1-10 pasiyentdən birində) aşağıdakı hallar müşahidə edilə bilər: – ürəkdöyünmənin sürətlənməsi; – yuxusuzluq; – başağrı. Tez-tez (1-10 pasiyentdən birind)ə müşahidə edilə bilər: – ürək ritminin pozulması, əsasən, ürək yığılmalarının tezliyinin artması (taxikardiya); nervozluq. Nadir hallarda (1-10 pasiyentdən birində) müşahidə edilə bilər: – kəllədaxili təzyiqin yüksəlməsi (əsasən uşaqlarda). Məlum deyil – əldə olan məlumatlara görə tezliyi müəyyən etmək mümkün düyil: – yüksək həssaslıq; – ürək ritminin pozulması; – sinədə sıxılma hissi ilə müşayiət edilən ağrı (stenokardiya); – allergik dəri reaksiyaları (məsələn, səpgi, övrə); – narahatlıq; – əzələ zəifliyi, əzələ qıcolmaları; – levotiroksinin yüksək dozalarının istifadəsi fonunda əsasən, uzun müddətli mealicə zamanı osteoporoz, xüsusilə, postmenopauz dövründə olan qadınlarda; – istilik hissi, istiliyi pis keçirmə, az çəki ilə yarımçıq doğulan körpələrdə kəskin damar çatışmazlığı (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – menstrual siklin pozulması; – qusma; – çəkinin azalması; – əsmə (tremor); – yüksək tərləmə; – qızdırma. Preparatın istənilən komponentinə qarşı yüksək həssasıq. Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq olduqda, allergik dəri reaksiyaları (məsələn, səpgi, övrə) və tənəffüs sistemi tərəfindən baş verən allergik reaksiyalar yarana bilər. Yüksək həssaslıq reaksiyaları yarandıqda, preparatın istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Əlavə təsirlər meydana çıxdıqda həkimə müraciət etmək lazımdır. Həkim, preparatın sutkalıq dozasını aşağı salmağı və ya bir neçə gün fasilə verməyi müəyyən etməlidir. Əlavə təsirin əlamətləri aradan qalxan kimi müalicəni yenidən başlamaq tövsiyə edilir, bu zaman preparatın dozası ehtiyatla seçilir. Əlavə təsirlər aşkar edildikdə, o cümlədən bu içlik vərəqədə qeyd olunmayan əlavə təsir- lər, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə təsirlər barədə, məlumat verməklə dərmanın təhlükəsizliyi barədə daha çox informasiya əldə etmək mümkündür.

Doza həddinin aşılması

Yuxarıda qeyd olunan doza həddinin aşılması simptomları meydana çıxdıqda preparatın qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

25, 50 və 100 tablet olan orijinal qablaşdırma içlik vərəqə ilə birlikə karton qutuya qablaşdırılır. Bazarda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.

Saxlanma şəraiti

C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.25 Dərman vasitələrini məişət tullatılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarından azad olmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil olunur.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi BERLİN-HEMİ AQ, (Menarini Qrup). Qliniker Veq 125 , 12489 Berlin, Almaniya.

İstehsalçı

Berlin-Hemi AQ. Tempelxover Veq 83, 12347, Berlin, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“L-tiroksin 75 mkq N100 tablet” üçün ilk rəyi siz yazın.