Kseroform 3 q toz

Dərman formasıToz
Farmakoloji təsirYerli istifadə üçün antiseptik maddə
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,11 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KSEROFORM yerli istifadə üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Bismuth Tribromophenate

Tərkibi

Təsiredici maddələr: 1 flakonda 3 q bismut tribromofenol vardır.

Təsviri

Narın, sarı rəngli, zəif spesifik iyə malik tozdur.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün antiseptik maddə. ATC kodu: C05AX02.

Farmakoloji xüsusiyyətləri

Büzüşdürücü, quruducu, dezinfeksiyaedici dərman preparatı.

İstifadəsinə göstərişlər

Dərinin iltihabi xəstəlikləri zamanı, yanıqlar, ekzema, dermatitlər və s. dəri xəstəliklərində istifadə olunur.

Əks göstərişlər

Kseroform tozunun komponentlərinə qarşı həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Allergik həssaslığı olan insanların Kseroform tozunu ehtiyatla istifadə etmələri məsləhətdir. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Müşahidə olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Kseroform tozunun iltihablı yaraların müalicəsində istifadəsinin dölə və yenidoğulmuş körpəyə zərəri yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Heç bir təsiri yoxdur.

İstifadə qaydası və dozası

Təmizlənmiş yaranın üzərinə toz halında tətbiq olunur.

Əlavə təsirləri

Ayrı-ayrı hallarda fərdi reaksiyalar mümkündür. Qızartı, dəridə quruluq, ağrı müşahidə oluna bilər.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması haqqında heç bir məlumat yoxdur.

Buraxılış forması

3 q toz, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

 20 C-dən yüksək olmayan temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

6 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Bakıkimyaəczasənaye” (BKƏS) ASC. Bakı şəhəri, Nizami rayonu, Böyük Şor 29.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kseroform 3 q toz” üçün ilk rəyi siz yazın.