KRATAL № 20 (TABLETKI) (<>) (UKRAINA)
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Kombinəolunmuş kardioloji vasitə |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,12 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KRATAL tabletlər
Tərkibi
Təsiredici maddə:1 tabletin tərkibində 43 mq quru maddə hesabı ilə yemişan meyvələrinin qatı ekstraktı (Crataegiae fructus extractum spissum) (3,0-3,3:1), (ekstragent: etanol 70 % оb/оb), 87 mq quru maddə hesabı ilə şirquyruğunun qatı ekstraktı (Leonuriae herba extractum spissum) (4,5-5,6 :1), (ekstragent: etanol 70 % оb/оb), 100% quru maddə hesabı ilə 867 mq taurin vardır. Köməkçi maddə: mikrokristtallik sellüloza, natrium kroskarmelloza, maqnezium stearat, susuz kolloidal silisium dioksid.
Təsviri
Hər iki tərəfi qabarıq səthli, oval formalı, açıq boz rəngdən və ya açıq boraksdan tünd boraks rənginə qədər, çilli tabletlərdir.
Farmakoterapevtik qrupu
Kombinəolunmuş kardioloji vasitə. ATC kodu: С01ЕХ.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Kratal mülayim kardiotonik, antianginal, antioksidant, antiaritmik, antihipoksant və antiaqreqant təsir göstərir; renin-angiotenzin və kallikrein-kinin sistemini, lipidlərin peroksid oksidləşmə prosesini inhibə edir, sAMF-ın produksiyasına müsbət təsir göstərir. Qan təchizatını və miokardın funksional vəziyyətini yaxşılaşdırır, “koronar rezerv”i artırır, ürək əzələsinin yığılma və nasos funksiyasını yaxşılaşdırır, arterial təzyiqi azaldır və ürək yığılmalarının tezliyini normallaşdırır. Kratal üskükotu intoksikasiyanın əlamətlərini azaldır. İş qabiliyyətini yüksəldir, əhval-ruhiyyəni yaxşılaşdırır, sakitləşdirici, neyroprotektor təsir (somatoneqativ pozuntunu – qıcıqlanma, əhval- ruhiyyənin dəyişməsini aradan qaldırır) göstərir. Farmakokinetikası Preparatın komponentləri praktik olaraq, həzm sistemindən tamamilə sorulur. Taurinin və preparatın digər komponentlərinin qanda maksimal konsentrasiyaya çatma müddəti 2 saat təşkil edir. Kratal orqanizmin toxuma və mayelərində bərabər paylanır. Onun çox miqdarı sidiklə xaric olur, yarımxaricolma dövrü 6-8 saat təşkil edir.
İstifadəsinə göstərişlər
– Neyrosirkulyator distoniya; – aşağıdakı hallarda kombinəolunmuş terapiyanın tərkibində; – ürəyin xroniki işemik xəstəliyi zamanı; – postradiasion sindrom zamanı.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – Hamiləlik və laktasiya dövrü; – 18 yaşına qədər uşaqlarda istifadəsi; – təzahür edən bradikardiya və arterial hipotenziya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Məsləhət görülən dozanı aşmaq olmaz. Preparatla müalicə zamanı xəstəliyin simptomları itmədikdə və ya gücləndikdə, həkimlə məsləhətləşmək lazımdır. Şəkərli diabetli xəstələrdə, xüsusilə də, müalicənin əvvəlində qanda qlükozanın miqdarını daimi nəzarətdə saxlamaq lazımdır. Aşağıdakı hallarda dərhal həkimə müraciət etmək lazımdır: Topuqların və ya ayaqların ödemi, ürək nahiyəsində sol qola, qarın nahiyəsinin yuxarı hissəsinə və ya boyun nahiyəsinə yayılan ağrı, təngnəfəslik.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Nitratların, β-adrenoblokatorların, kalsium antaqonistlərinin, antihipoksantların, neyroprotektorların, ürək qlikozidlərinin antianginal effektini gücləndirir. Preparatı III sinif antiaritmik vasitələrlə, sizapridlə eyni vaxtda istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hazırda preparatın hamiləlik və laktasiya dövründə istifadəsi barədə məlumat yoxdur. Preparatın istifadəsi hamiləlik dövründə əks göstərişdir. Laktasiya dövründə qadınlara preparatın istifadəsinə ehtiyac olduqda, müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Kratal preparatı ilə müalicə dövründə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Müalicənin müddətini və dozanı həkim müəyyən edir. Preparat sutkada 3 dəfə 1-2 tablet olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Müalicə kursu 3-4 həftə təşkil edir. Uşaqlar Preparatın uşaqlarda istifadəsi barədə məlumat yoxdur.
Əlavə təsirləri
Yüksək həssaslıq, allergik reaksiyalar (o cümlədən, hiperemiya, səpgi, qaşınma, dərinin ödemi, övrə), dispeptik təzahürlər, ümumi zəiflik, yüksək yorğunluq, başgicəllənmə, yuxululuq, arterial hipotenziya, bradikardiya hallarının yaranması mümkündür. İstənilən əlavə təsirlərin yaranması zamanı pasiyent dərhal həkimə müraciət etməlidir.
Doza həddinin aşılması
Simptomları Hiperhəssaslıq reaksiyaları, allergik reaksiyaları, dispeptik reaksiyalar, ümumi zəiflik, yorğunluq hissi, başgicəllənmə, yuxululuq, arterial hipotenziya, bradikardiya. Müalicəsi Preparatın qəbulunun dayandırılması və simptomatik müalicənin aparılması.
Buraxılış forması
10 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
o 25 C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi EİM “Borşaqovskiy kimya-əczaçılıq müəssisəsi” İSC. Ukrayna, 03134, Kiyev ş., Mir k., 17.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.