Kotensin 8 mq / 10 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Kombinəolunmuş antihipertenziv və antianginal preparat |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,76 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KOTENSİN tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril tert-butilamin / Amlodipin
Tərkibi
KOTENSİN 4 mq/5 mq Təsiredici maddələr:1 tabletin tərkibində 3,395 mq təmiz perindoprilə ekvivalent 4 mq perindopril tert-butilamin və 5 mq təmiz amlodipinə ekvivalent 6,935 mq amlodipin bezilat vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik selüloza, natrium nişasta qlikolyatı, susuz kolloidal silisium (Aerosil 200), maqnezium stearat. KOTENSİN 8 mq/5 mq Təsiredici maddələr: 1 tabletin tərkibində 6,97 mq təmiz perindoprilə ekvivalent 8 mq perindopril tert-butilamin və 5 mq təmiz amlodipinə ekvivalent 6,935 mq amlodipin bezilat vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik selüloza, natrium nişasta qlikolyatı, susuz kolloidal silisium (Aerosil 200), maqnezium stearat. KOTENSİN 4 mq/10 mq Təsiredici maddələr: 1 tabletin tərkibində 3,395 mq təmiz perindoprilə ekvivalent 4 mq perindopril tert-butilamin və 10 mq təmiz amlodipinə ekvivalent 13,87 mq amlodipin bezilat vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik selüloza, natrium nişasta qlikolyatı, susuz kolloidal silisium (Aerosil 200), maqnezium stearat. KOTENSİN 8 mq/10 mq Təsiredic maddələr: 1 tabletin tərkibində 6,97 mq təmiz perindoprilə ekvivalent 8 mq perindopril tert-butilamin və 10 mq təmiz amlodipinə ekvivalent 13,87 mq amlodipin bezilat vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik selüloza, natrium nişasta qlikolyatı, susuz kolloidal silisium (Aerosil 200), maqnezium stearat.
Təsviri
KOTENSİN 4 mq/5 mq: ağ rəngli dairəvi tabletlərdir. KOTENSİN 8 mq/5 mq: ağ rəngli dairəvi tabletlərdir. KOTENSİN 4 mq/10 mq: ağ rəngli dairəvi tabletlərdir. KOTENSİN 8 mq/10 mq: ağ rəngli dairəvi tabletlərdir.
Farmakoterapevtik qrupu
Kombinəolunmuş antihipertenziv və antianginal preparat. ATC kodu: C09BB04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası KOTENSİN – AÇF inhibitoru olan perindopril və kalsium kanallarının blokatorlarına aid amlodipinin kombinasiyasıdır. Perindopril –angiotenzin-I-i damardaraldıcı angiotenzin-II-ə çevirən kinaza-ekzopeptidaza fermentinin (angiotenzi çevirici ferment -AÇF) inhibitorudur. AÇF eyni zamanda vazodilatator təsirli bradikinini qeyri-aktiv heptapeptidlərə qədər parçalayır. AÇF-in inhibəolunması angiotenzin II-nin əmələ gəlməsinin ləngiməsinə, plazmada reninin aktivliyinin artmasına (geri əlaqə prinsipi ilə) və aldosteron ifrazının azalmasına səbəb olur. AÇF bradikininin aktivliyini tormozladığından, onun blokada olunması kallikrein-kinin və prostaqlandin sisteminin aktivləşməsinə səbəb olur. Perindoprilin təsiri metaboliti perindoprilatın aktivliyi ilə əlaqədardır. Perindopril arterial hipertenziyanın bütün mərhələlərində effektlidir. O, sistolik və diastolik arterial təzyiqi bütün vəziyyətlərdə normallaşdırır. Perindopril ümumi periferik damar müqavimətini (ÜPDM) azaldaraq arterial təzyiqi endirir. Nəticədə ürək yığılmalarının tezliyi dəyişmədən periferik qan dövranı və böyrək qan dövranı sürətlənir (bu zaman qlomerulyar filtrasiya dəyişmir). Maksimal hipotenziv effekt preparatın birdəfəlik qəbulundan 4-6 saat sonra müşahidə olunur və 24 saat saxlanılır. Preparatın qəbulundan 24 saat keçdikdən sonra da AÇF-in aktivliyinin blokadası davam edir. Preparatın təsirinə həssas olan xəstələrdə arterial təzyiqin normallaşması reflektör taxikardiya ilə müşayiət olunmur. Preparatın qəbulunun dayandırılması hipertenziv reaksiyanın inkişafına səbəb olmur. Perindopril damargenişləndirici təsir göstərir, əsas arteriyaların elastikliyini bərpa edir, rezistent arteriyalardakı histomorfoloji dəyişiklikləri tənzimləyir, ürəyin sol mədəciyinin hipertrofiyasını geri inkişaf etdirir. Perindopril ürək-damar xəstəliklərinin ölüm riskini və ağırlaşmaların inkişaf tezliyini əsaslı şəkildə azaldır. Amlodipin – ləng tipli kalsium kanallarının blokatoru olub, dihidropiridin törəmələrinə aiddir. Miokardın və damarların saya əzələlərinin membranından kalsium ionlarının daşınmasını blokadaya alır. Amlodipinin hipotenziv effekti damarların saya əzələlərinə birbaşa genişləndirici təsiri ilə əlaqədardır. Amlodipin periferik arteriolları genişləndirir, ümumi periferik damar müqavimətini (ÜPDM), başqa adla postyüklənməni azaldır. Bu zaman ürək yığılmalarının sayı (ÜYS) sabit qalır, postyüklənmənin azalması miokardın enerjiyə və oksigenə olan tələbatının azalmasına səbəb olur. Amlodipin işemiyaya uğramış miokard sahəsində əsas koronar arteriyaları və arteriolları genişləndirir, vazospastik stenokardiyalı (Prinsmetal və ya variant stenokardiya) xəstələrdə miokarda oksigenin daşınmasını sürətləndirir. Arterial hipertenziyalı xəstələrdə amlodipinin birdəfəlik qəbul dozası arterial təzyiqin 24 saat ərzində nəzərəçarpan enməsinə səbəb olur. Amlodipinin təsiri tədricən baş verdiyindən kəskin hipotenziyaya səbəb olmur. Stenokardiyalı xəstələrə amlodipinin birdəfəlik dozası təyin olunduqda, ümumi fiziki yüklənmə müddəti uzanır, stenokardiya tutmalarının və nitroqliserinin istifadə tezliyi azalır, ST seqmentinin depressiyası müşahidə olunur. Amlodipin maddələr mübadiləsinə və qan plazmasında lipidlərin səviyyəsinə mənfi təsir göstərmir. Bronxial astmalı, şəkərli diabetli və podaqralı xəstələrə təyin oluna bilər. KOTENSİN stenokardiya tutmalarının tezliyini, miokard infarktı və insultun inkişafını, ürək- damar xəstəlikləri nəticəsində ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Farmakokinetika Müştərək istifadə olunan perindopril və amlodipinin farmakokinetik xüsusiyyətləri onların tək- tək istifadə olunduğu hallarla müqayisədə dəyişmir. Perindopril Sorulma və metabolizm Daxilə qəbul olunduqda sürətlə sorulur. C 1 saatdan sonra əldə olunur. Perindoprilinmax yarımparçalanma dövrü 1 saatdır. Perindoprilin qəbul olunan dozasının 27%-i hidrolizə uğrayaraq, aktiv metabolit olan perindoprilatı əmələ gətirir. Metabolizm nəticəsində yaranan digər metabolitlər qeyi-aktivdir. Perindoprilatın plazmada maksimal qatılığı (C ) 3-4 saatdanmax sonra əldə olunur. Qida qəbulu perindoprilin biomənimsənilməsini və perindoprilatın əmələ gəlməsini ləngidir. Perindoprilin dozası və onun plazmadakı qatılığı arasında xətti asılılıq mövcuddur. Paylanma Sərbəst perindoprilat üçün V = 0,2 l/kq-a yaxındır. Perindoprilatın plazma zülalları ilə birləşməd qabiliyyəti preparatın qatılığından asılı olub, 20% təşkil edir. Xaricolma Perindoprilat orqanizmdən böyrəklər vasitəsilə xaric olur. Onun sərbəst fraksiyasının yarımxaricolma dövrü (T ) 17 saat təşkil edir.1/2 Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası Yaşlı, böyrək və ürək çatışmazlığı olan xəstələrdə perindoprilatın xaric olması ləngiyir. Dializ zamanı perindoprilatın klirensi 70 ml/dəq. təşkil edir. Qaraciyər sirrozu olan xəstələrdə metabolizmə uğramamış perindoprilin klirensi iki dəfə azalır. Lakin əmələ gələn perindoprilatın miqdarı dəyişmədiyindən dozanın tənzimlənməsi tələb olunmur. Amlodipin Sorulma və metabolizm Amlodipin mədə- bağırsaq traktından yaxşı sorulur, 6-12 saatdan sonra qan plazmasında maksimal qatılığa (C ) çatır. Biomənimsənilməsi 64-80% təşkil edir. Qida qəbulu amlodipininmax biomənimsinilməsinə təsir göstərmir. Amlodipin qaraciyərdə metabolizmə uğrayaraq, qeyri- aktiv metabolitlər əmələ gətirir. Paylanma Plazma zülalları ilə birləşmə qabiliyyəti 97,5% təşkil edir. Xaricolma T 35-50 saat təşkil edir. Qəbul olunan dozanın 60%-i sidiklə (10%-i dəyişikliyə uğramamış1/2 şəkildə) xaric olur. Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası Yaşlı xəstələrdə amlodipinin klirensi azaldığından, AUC və T göstəricilərinin artması1/2 müşahidə olunur. Qaraciyərin funksional pozğunluğu və böyrək çatışmazlığı olan xəstələrdə amlodipinin xaric olması ləngiyir.
İstifadəsinə göstərişlər
– Arterial hipertenziya; – Ürəyin işemik xəstəliyi (stabil gərginlik stenokardiyası).
Əks göstərişlər
– Anamnezində əvvəllər AÇF inhibitorları ilə müalicə fonunda angionevrotik ödem olan xəstələr; – irsi və ya idiopatik angionevrotik ödem; – nəzərəçarpan (kəskin) hipotenziya; – şok (həmçinin kardiogen şok); – sol mədəciyin qanqovma traktının obstruksiyası ( məsələn, aortanın nəzərəçarpan stenozu); – qeyri- stabil stenokardiya (Prinsmetal stenokardiya istisna olmaqla); – kəskin miokard infarktından sonrakı ürək çatışmazlığı (ilk 28 gün ərzində); – hamiləlik; – laktasiya dövrü; – perindopril, amlodipin, peparatın tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq; – digər AÇF inhibitorları və kalsium kanallarının blokatorlarına qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yaşlı və böyrək çatışmazlığı olan xəstələrdə preparatın xaric olması ləngiyir, buna görə də kalium və kreatinin səviyyəsi tez-tez yoxlanmalıdır. Qaraciyərin funksional pozğunluğu olan xəstələrə preparat ehtiyatla təyin olunmalıdır. Çox nadir hallarda AÇF inhibitorlarının istifadəsi xolestatik sarılıq, qaraciyərin proqressivləşən fulminant nekrozu ilə müşayiət oluna bilər. Bu sindromun inkişaf mexanizmi məlum deyil. Sarılıq inkişaf edən və qanında qaraciyər fermentlərinin səviyyəsi yüksələn xəstələrdə AÇF inhibitorlarının istifadəsi dayandırılmalıdır. Nadir hallarda, AÇF inhibitorları qəbul edən xəstələrin üzündə, dodaqlarında, ağız boşluğunun selikli qişasında, səs tellərində, qırtlağında və ətraflarında angionevrotik ödem inkişaf edə bilər. Qarında ağrı, ürəkbulanma, qusma kimi əlamətlərlə təzahür edən bağırsaq angionevrotik ödeminin inkişafı ilə bağlı tək-tək hallar qeyd olunmuşdur. Bu əlamətlər AÇF inhibitorlarının qəbulu dayandırıldıqdan sonra aradan qalxmışdır. Dekstran sulfat istifadə etməklə ASLP aferez prosedurunun aparılması zamanı xəstələrdə anafilaktoid reaksiyanın başvermə riski yüksəlir. Belə xəstələrə AÇF inhibitorlarının təyin olunması məsləhət deyil. Preparatla müalicə alan xəstələrdə KOTENSİN-in istifadəsi ASLP aferezdən bir gün əvvəl dayandırılmalıdır. Allergik xəstəlikləri olan və desensibilizəedici müalicə kursu alan, həmçinin həşərat zəhərindən əldə olunan allergenlərlə immunoterapiya aparılan xəstələrə KOTENSİN ehtiyatla təyin olunmalıdır. Anafilaktoid reaksiyanın inkişaf riskini azaltmaq üçün, desensibilizəedici müalicəyə başlamazdan bir gün əvvəl preparatla müalicə dayandırılmalıdır. İmmunodepressantlarla, allopurinol və prokainamidlə müalicə olunan qırmızı qurdeşənəyi və sklerodermiyalı xəstələrdə (xüsusilə böyrək funksiyalarında pozğunluq olan) neytropeniya/aqranulositoz, trombositopeniya və anemiyanın inkişaf riski olduğundan Kotensin ehtiyatla istifadə olunmalıdır. Bu zaman dövri olaraq leykositlərin səviyyəsi yoxlanmalıdır. AÇF inhibitorları, ümumi dövredən qanın həcmi az olan (diuretiklər qəbul edən, tərkibində duzlar məhdudlaşdırılmış pəhrizdə olan, dializdə olan, qusma və ishaldan əziyyət çəkən xəstələr) və ya ağır reninasılı arterial hipertenziyası olan xəstələrdə arterial təzyiqin kəskin enməsinə səbəb ola bilər. Belə xəstələrdə arterial təzyiq, qanda kaliumun səviyyəsi və böyrəklərin funksional aktivliyi nəzarətdə saxlanmalıdır. Digər AÇF inhibitorları kimi perindopril də mitral dəliyin stenozu və sol mədəciyin çıxarıcı traktının daralması (aortal stenoz və ya hipertrofik kardiomiopatiya) olan xəstələrə xüsusi ehtiyatla təyin olunmalıdır. Böyrək çatışmazlığı zamanı (КК < 60 ml/dəq.) preparatın hər komponentinin dozasının ayrılıqda titrlənməsi məsləhət görülür. AÇF inhibitoru qəbul edən böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu olan xəstələrin qanında sidik cövhərinin və kreatininin səviyyəsinin keçici yüksəlməsi müşahidə olunmuşdur. Renovaskulyar hipertenziya zamanı, həmçinin, ağır hipotenziya və böyrək çatışmazlığı riski mövcud olub, bu kateqoriya xəstələrə preparatın təyini zamanı qanda kalium və kreatinin səviyyəsi mütəmadi olaraq yoxlanmalıdır. Neqroid irqinə mənsub olan xəstələrdə perindoprilin hipotenziv təsiri daha zəif meydana çıxa bilər (bu hal neqroid irqinə aid xəstələrdə reninin aşağı səviyyədə olması ilə əlaqədardır). AÇF inhibitorları ilə müalicə zamanı quru, qeyri-produktiv öskürək müşahidə oluna bilər. Bu hal preparatların qəbulu dayandırıldıqda keçir. Planlaşdırılmış cərrahi əməliyyatlardan 1 gün əvvəl Kotensinlə müalicə dayandırılmalıdır. Böyrək çatışmazlığı, şəkərli diabeti, hipovolemiyası, kompensəolunmamış ürək çatışmazlığı, metabolik asidozu olan, kaliumqoruyucu diuretiklər (spironolakton, eplerenon, triamteren və ya amilorid), kalium tərkibli əlavələr və duzlar, həmçinin kaliumun plazmada səviyyəsini yüksəldən digər preparatlar (heparin) qəbul edən və yaşı 70-dən çox olan xəstələrdə preparat ehtiyatla istifadə olunmalıdır və qan zərdabında kaliumun səviyyəsi mütəmadi nəzarətdə saxlanmalıdır. Preparatı, peroral hipoqlikemik preparatlar və insulin qəbul edən xəstələrə təyin edərkən, qanda qlükozanın səviyyəsini mütəmadi nəzarətdə saxlamaq lazımdır. Ağ ciyər ödeminin inkişaf riski olduğundan ürək çatışmazlığı olan xəstələrə amlodipin ehtiyatla təyin olunmalıdır. Preparatın tərkibində laktoza olduğundan anadangəlmə qalaktozemiyası, qlükozo-qalaktoz malabsorbsiya sindromu, laktaza çatışmazlığı olan xəstələrə təyin olunmamalıdır. Renin-angiotenzin-aldosteron sisteminə təsir edən dərman vasitələri AÇF inhibitorları ilə istifadə edildikdə, ikili blokada yarada bilər. Ciddi əks təsirlər yarada bilər (hipotenziya, hiperkaliemiya, böyrəklərin funksiyasının azalması və s.). Pediatriyada istifadəsi Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Kotensinin effektliliyi və təhlükəsizliyi kifayət qədər öyrənilməmişdir. Buna görə də bu kateqoriya xəstələrdə istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kaliumqoruyucu diuretiklər, kalium əlavələri və ya kalium tərkibli əvəzləyici duzlar zərdabda kaliumun səviyyəsini əhəmiyyətli dərəcədə artırır. AÇF inhibitorları diuretiklərin törətdiyi kalium itkisini azaldır. Əgər güclü hipokaliemiya fonunda preparatların müştərək istifadəsi göstəriş olarsa, bu zaman preparatlar xüsusi ehtiyatla və qan zərdabında kaliumun səviyyəsini daim yoxlamaqla istifadə olunmalıdır. Litium preparatları ilə müştərək istifadə zamanı qan zərdabında litiumun qatılığının artması və toksik təsirin inkişaf etməsi müşahidə olunur. Perindopril və litium preparatlarının yanaşı istifadəsi məsləhət görülmür. Lakin müştərək istifadə göstərişdirsə, bu zaman litiumun zərdabda qatılığını diqqətlə nəzarətdə saxlamaq lazımdır. Estramustinlə yanaşı istifadə zamanı angionevrotik ödemin inkişaf riski yüksələ bilər. QSİƏP, həmçinin 3 q/gün dozadan artıq qəbul olunan asetilsalisil turşusu, AÇF inhibitorları ilə müştərək istifadə olunduqda qan plazmasında kaliumun səviyyəsinə additiv təsir göstərir, böyrək funksiyalarının pozulmasına səbəb olurlar. Qeyd olunan təsir geridönən xarakterə malikdir, lakin nadir hallarda, xüsusilə böyrəklərin funksional pozğunluğu olan və ya susuzlaşmadan əziyyət çəkən xəstələrdə kəskin böyrək çatışmazlığına səbəb ola bilər. Belə xəstələrdə müalicəyə başlamazdan əvvəl böyrəklərin funksional aktivliyi yoxlanmalı, lazım gəldikdə orqanizmin kifayət qədər hidratasiyası aparılmalıdır. AÇF inhibitorlarını şəkər əleyhinə preparatlarla (insulin, peroral hipoqlikemik preparatlar) yanaşı istifadə etdikdə hipoqlkemik təsir güclənə bilər. Sidikqovucular qəbul edən, xüsusilə ümumi dövredən qanın həcmi azalmış və/və ya elektrolit pozğunluğu olan xəstələrin AÇF inhibitorları ilə müalicəsi zamanı arterial təzyiqin kəskin enməsi müşahidə oluna bilər. Müalicəyə başlamazdan əvvəl sidikqovucuların qəbulunun dayandırılması, ümumi dövredən qanın həcminin bərpa olunması (və ya elektrolit balansının tənzimlənməsi), həmçinin perindoprilin kiçik başlanğıc dozalarda təyinatı və dozanın tədricən artırılması arterial hipotenziya riskini azaldır. Simpatomimetik preparatlar AÇF inhibitorlarının hipotenziv effektini azalda bilər. AÇF inhibitorları və qızıl preparatlarının (aurotiomalat) yanaşı istifadəsi nitritoid reaksiyaya (sifətin qızarması, ürəkbulanma, qusma, arterial hipotenziya) səbəb ola bilər. Letal nəticələrə səbəb ola bilən mədəcik səyrimələrinin inkişaf riski ilə əlaqədar olaraq amlodipinin dantrolenlə birgə istifadəsindən çəkinmək lazımdır. СYР3А4 induktorları (rifampisin, solmazçiçək (Hypericum perforatum) preparatları, karbamazepin, fenobarbital, fenitoin, fosfenitoin, primidon) amlodipinin plazmada qatılığını azaldır. СYР3А4 inhibitorları (itrokonazol, ketokonazol) ilə birgə istifadəsi, amlodipinin plazmada qatılığının yüksəlməsinə və yan təsirlərin inkişafına səbəb olur. Bu zaman ehtiyatlılıq və amlodipinin dozasının tənzimlənməsi tələb olunur. Latent və nəzarət oluna bilməyən ürək çatışmazlığı olan xəstələrdə arterial hipotenziya və miokard funksiyalarının tükənmə riski olduğundan, belə xəstələrə preparatı beta- adrenoblokatorlarla (bisoprolol, karvedilol, metoprolol) müştərək təyin etdikdə ehtiyatlı olmaq lazımdır. Amlodipini tiazid diuretikləri, beta-adrenoblokatorlar, AÇF inhibitorları, uzun təsir müddətli nitratlar, nitroqliserin, diqoksin, varfarin, atorvastatin, sildenafil, antasid preparatlar, simetidin, QSİƏP, antibiotiklər və hipoqlikemik preparatlarla təhlükəsiz şəkildə müştərək istifadə etmək mümkündür. Baklofen preparatın hipotenziv təsirini gücləndirir, bu zaman arterial təzyiqin səviyyəsini nəzarətdə saxlamaq və preparatın dozasını tənzimləmək lazımdır. Kotensini digər qruplara aid hipotenziv preparatlarla, vazodilatatorlarla, nitrogliserin və digər nitratlarla müştərək istifadə etdikdə hipotenziv effektin güclənməsi müşahidə oluna bilər. Kortikosteroidlər və tetrakozaktid Kotensinin hipotenziv təsirini azaldır (kortikosteroidlər su və duzun orqanizmdə ləngiməsinə səbəb olur). Amifostin amlodipinin hipotenziv təsirini gücləndirir. Trisiklik antidepressantlar, antipsixotik preparatlar, anesteziyaedicilər və alfa- adrenoblokatorlarla (prazozin, alfuzozin, tamsulozin, terazozin) yanaşı istifadəsi hipotenziv təsirin güclənməsinə və ortostatik hipotenziyaya səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatla müalicə olunan xəstələr, avtonəqliyyat vasitələrini idarə edərkən və potensial təhlükəli mexanizimlərlə iş zamanı ehtiyatlı olmalıdırlar. Xüsusilə müalicənin başlanğıcında arterial təzyiqin enməsi ilə əlaqədar psixomotor reaksiyaların ləngiməsi baş verə bilər. Başgicəllənmə və yorgunluq halları ola bilər.
İstifadə qaydası və dozası
Preparat yaşlılara 1 tablet gündə bir dəfə olmaqla səhərlər yeməkdən əvvəl təyin olunur. Maksimal birdəfəlik və gündəlik doza 1 tabletdir. Lazım gəldikdə preparatın fərdi olaraq dozasının titrlənməsi və ya perindopril və amlodipinin sərbəst kombinasiyası ilə əvəzlənməsi məsləhət görülür. Kreatinin klirensi КК ≥ 60ml/dəq. olduğu hallarda dozanın tənzimlənməsi tələb olunmur. Kreatinin klirensi КК< 60 ml/dəq. olan xəstələrdə komponentlərin ayrılıqda dozasının titrlənməsi məsləhət görülür. Müalicə müddəti fərdi təyin olunur.
Əlavə təsirləri
Əlavə reaksiyaların tezliyinin təyini: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, <1/10); bəzən (≥1/1000, <1/100); nadir (≥1/10 000, <1/1000); çox nadir (<1/10 000); tezliyi müəyyən olunmamış (mövcud qeydlər əsasında əlavə təsirlərin rastgəlmə tezliyinin dəyərləndirilməsi mümkün olmayan). Mərkəzi və periferik sinir sisteminə: tez-tez – yuxululuq, başgicəllənmə, vertiqo, baş ağrısı, paresteziya; bəzən – yuxusuzluq, hipesteziya, yuxu pozğunluğu, əhval- ruhiyyə düşkünlüyü, tremor, huşun müvəqqəti itirilməsi; çox nadir – periferik nevropatiya, huşun dumanlanması. Ürək-damar sisteminə : tez-tez – sifətin qızarması, hipotenziya, taxikardiya, ürək nahiyəsində ağrı; çox nadir – vaskulit, aritmiya (bradikardiya, mədəcik taxikardiyası və qulaqcıqların səyriməsi daxil olmaqla), miokard infarktı və insult (risk qrupu xəstələrdə güçlü hipotenziya ilə əlaqədar mümkündür). Həzm sisteminə: tez-tez – dadbilmənin pozulması, ağızda quruluq, ürəkbulanma, qusma, qarında ağrı, həzm pozğunluğu, ishal və qəbizlik; nadir – qan zərdabında bilirubinin və qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi; çox nadir- hipertrofik gingivit, qastrit, hepatit, xolestatik sarılıq, pankreatit. Duyğu orqanlarına: tez-tez – görmə pozğunluğu, qulaqlarda küy. Maddələr mübadiləsi tərəfindən: bəzən – bədən çəkisinin artması və ya azalması; çox nadir – hiperqlikemiya; tezliyi təyin olunmamış – qan zərdabında sidik cövhərinin səviyyəsinin yüksəlməsi, hiperkaliemiya. Tənəffüs sisteminə: tez-tez – preparatın qəbulu dayandırıldıqda keçən quru öskürək, təngnəfəslik; bəzən – burunda tıxanıqlıq, bronxospazm; çox nadir – eozinofil pnevmoniya. Dəri və dərialtı toxumaya: tez-tez – dəri qaşınması, səpgilər; bəzən – alopesiya, dərinin piqmentsizləşməsi, tərləmənin artması; çox nadir – eritema. Sümük- əzələ sisteminə: tez-tez – əzələ qıcolmaları; bəzən – artralgiya, mialgiya, döş qəfəsində və beldə ağrılar. Sidikçıxarıcı sistemə: bəzən – dizuriya, gecələr poliuriya, böyrək funksiyalarının pozulması; çox nadir – kəskin böyrək çatışmazlığı; tezliyi müəyyən olunmamış – qan zərdabında kreatinin səviyyəsinin yüksəlməsi. Cinsiyyət sisteminə: bəzən – impotensiya, ginekomastiya. Qanyaradıcı sistemə: çox nadir – leykopeniya, neytropeniya, trombositopeniya, aqranulositoz və ya pansitopeniya, qlükozo-6-fosfatdehidrogenaza fermentinin anadangəlmə çatışmazlığı olan xəstələrin hemolitik anemiyası, hemoqlobin və hematokritin azalması. Allergik reaksiyalar: tez-tez – övrə; bəzən – angionevrotik ödem; çox nadir – Kvinke ödemi, Stivens- Conson sindromu (bədxassəli ekssudativ eritema). Digər: tez-tez – periferik ödemlər, yorğunluq hissi, asteniya, əhval- ruhiyyənin aşağı olması.
Doza həddinin aşılması
Əlamətləri: ürəkbulanma, öskürək, narahatlıq, qusma, başgicəllənmə, yuxululuq, taxikardiya/bradikardiya, qıcolma, huşun dumanlanması, oliquriya, anuriya və su-elektrolit balansının pozulması ilə müşayiət olunan güclü hipotenziya. Müalicəsi: xəstənin horizontal vəziyyətdə yatırılması, vena daxilinə fizioloji məhlul, kalsium qlükonat, vazokonstriktorlar, angiotenzin II və/və ya katexolaminlərin yeridilməsi, elektrolit balansının tənzimlənməsi. Rezistent bradikardiya inkişaf etdikdə elektrokardiostimulyasiya tətbiq etməli. Perindopril hemodializ yolu ilə xaric oluna bilər (amlodipin hemodializə tabe olmur). Amlodipin hemodializ yolu ilə xaric edilmir.
Buraxılış forması
10 tablet, blisterdə 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yuxarı olmayan temperaturda, işıq və rütubətdən qorumaq üçün orijinal qablaşdırmasında, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Argis İlaç San. ve Tic. A.Ş. Batı Sitesi Mah., Gersan. Sanayi Sitesi 2307.Sokak No:80-82-84. Yenimahalle – Ankara/ Тürkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Helba İlaç İç ve Dış San. Tic. A.Ş., Çamlık Mahallesi Pamuk Sk. A Blok Apt. No:12-16/17. Ümraniye-İstanbul/Тürkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.