KORTIKAS L 60 ML
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Allergiyaəleyhinə, iltihabəleyhinə, antihistamin vasitə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,46 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KORTİKAS L daxilə qəbul üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,05 mq betametazon, 1 mq loratadin vardır. Köməkçi maddələr: propilenqlikol, natrium benzoat, natrium siklamat, natrium saxarin, qliserin, susuz limon turşusu, çiyələk təravətləndiricisi, sorbitol məhlulu, şəkər, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Allergiyaəleyhinə, iltihabəleyhinə, antihistamin vasitə. ATC kodu: H02BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası KORTİKAS L müxtəlif mənşəli allergiya xəstəliklərinin müalicəsində istifadə edilən antihistamin və iltihabəleyhinə dərman vasitəsidir. İkili təsiri tərkibində olan allergiyaəleyhinə və iltihabəleyhinə xüsusiyyətlərə malik olan betametazondan və sedativ effekti olmayan antihistamin xüsusiyyətinə malik olan loratadindən ibarətdir Betametazon sintetik glükokortikoid olaraq immunsupressiv xüsusiyyətə malikdir. Güclü kortikosteroid olsa da, eyni zamanda zəif mineralokortikoid aktivliyə malikdir. Loratadin periferik H1-histamin reseptorlarının uzunmüddətli antihistamin təsirə malik olan seçici trisiklik blokatorudur. Farmakokinetikası Betametazon- daxilə qəbuldan sonra mədə-bağırsaq traktından tez bir zamanda absorbsiya olunur. Plazmada 20 dəqiqədən sonra müşahidə edilir, C 2 saata çatır və 24 saat ərzində yavaş-yavaş azalır.max Plazma zülalı ilə birləşməsi 64%- ə qədərdir. Bioloji T 36-54 saatdır. Qaraciyərdə metabolizmə1/2 uğrayır. Loratadin- daxilə qəbuldan sonra tam absorbsiya olunur, 30 dəqiqədən sonra təsiri başlayır və 24 saat ərzində davam edir. Qaraciyərdə metabolizmə uğrayır, sidiklə və nəcislə xaric olunur.
İstifadəsinə göstərişlər
Övrə, angionevrotik ödem, allergik renitlər, qidaya və dərman vasitələrinə allergik reaksiyalar, allergik kontakt dermatitlər, atopik dermatitlər, allergik konyunktivitlər.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Sistem göbələk infeksiyaları zamanı Betametazonun qəbulu əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kortikosteroidlərin uzunmüddətli qəbulu orqanizmin bəzi infeksiyalara həssaslığını artıra bilər.Müalicə zamanı xəstələrin immunizasiyası qadağandır. Müalicədən sonra xəstənin həkimin müşahidəsi altında qalması məsləhət görülür. Uzunmüddətli müalicənin dayandırılmasını tədricən həyata keçirmək lazımdır. Kortikosteroid preparatlarının uzunmüddətli (1-2 həftə və ya daha çox) istifadəsindən sonra qlaukomanın inkişaf etməsi, arxa subkapsulyar kataraktanın əmələ gəlməsi müşahidə oluna bilər. Müalıcə zamanı virus mənşəli xəstəliklərdən ehtiyatlanmaq lazımdır. Kortikosteroid prepatatları aşağıda qeyd olunan xəstəliklərin fonunda ehtiyatla təyin olunmalıdır: aktiv və latent vərəm, mədə və 12-barmaq bağırsağının xorası, böyrək çatışmazlığı, arterial hipertenziya, osteoporoz, miasteniya, absseslər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Betametazonun fenitoinlə, rifampisinlə, efedrinlə və fenobarbital ilə eyni vaxtda qəbulu onların terapevtik təsirini azalda bilər. Betametazonun ürək qlikozidlərlə eyni vaxtda qəbulu hipokaliyemiya yaradıb ürək aritmiyasına gətirə bilər, ona gorə də qan plazmasında kaliumun konsentrasiyası mütəmadi olaraq yoxlanılmalıdır. Betametazon kumarin tipli antikoaqulyantların təsirini həm azaldıb, həm çoxalda bilər, ona görə də dozanın korreksiyası lazım ola bilər. Betametazonun asetilsalisil turşusu ilə eyni vaxtda qəbulu hipoprotrombinemiyaya gətirə bilər. Qaraciyərin metabolizmini tormozlayan preparatlarla eyni vaxtda qəbulu ehtiyatla olmalıdır. KORTİKAS L -lə müalicə müddətində alkoqoldan istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İnsanlarda hamiləlik və laktasiya zamanı KORTİKAS L – in təyininə dair yetərli və ciddi araşdırmalar aparılmamışdır. Hamiləlik və laktasiya zamanı KORTİKAS L – in qəbuluna ehtiyac duyularsa, ana üçün gözlənilən müalicəvi təsir və döl və ya südəmər uşağa olan potensial risk ciddi şəkildə araşdırılmalıdır. KORTİKAS L südlə xaric olur. Laktasiya zamanı KORTİKAS L – in südəmər uşağa təsiri müəyyənləş- dirilməyib. Buna görə də yaxşı olar ki, ana südü ilə qidalandırma müvəqqəti olaraq (dərman vasitəsinin orqanizmdən xaric olmasına mütənasib olaraq) dayandırılsın.
İstifadə qaydası və dozası
6 -12 yaş uşaqlarda KORTİKAS L gündə 1-2 dəfə yeməkdən sonra 1 çay qaşığı (5 ml) daxilə qəbul edilir. Əgər preparatın dozasını azaltmaq, qəbulunu dayandırmaq və ya alternativ dərman vasitəsi ilə dəyişmək zərurəti yaranarsa, bunu tədricən və həkimin nəzarəti ilə etmək tövsiyə edilir.
Əlavə təsirləri
KORTİKAS L – lə müalicə zamanı əlavə təsirlər çox nadir hallarda baş verir. Mərkəzi və periferik sinir sisteminə: depressiya, başhərlənmə, düşünmənin pozulması, həyəcan, beyindaxili təzyigin artması, əsəbilik. Həzm sisteminə: diareya, iştahanın artması, ürəkbulanma, qusma, meteorizm, epiqastral nahiyədə ağrı, pankreatit, mədə xorası. Hematopoetik sistemə: hipokaliemiya.. Dayaq- hərəkət sisteminə: miopatiya, miasteniya, osteoporoz, sümüklərin sınması. Ürək- damar sisteminə: arterial hipertenziya, arterial hipotenziya, taxikardiya. Dermatoloji reaksiyalar: dermatit, qaşınma.
Doza həddinin aşılması
Əgər dərmanın doza həddi aşılarsa, hətta heç bir simptom olmasa belə, onu təyin etmiş həkimlə, xəstəxananın təcili yardım şöbəsi və yaxud regional Zəhərlənmə üzrə Nəzarət şöbəsi ilə əlaqə saxlayın.
Buraxılış forması
60 ml daxilə qəbul üçün məhlul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30° C-dən yüksək olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboratorios CASASCO S.A.I.C. Boyacá 237 – Buyenos Ayres, Arqentina.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.