Korinfar retard 20 mq N50 tablet

Dərman formasıTablet
Farmakoloji təsirƏsasən damar təsirli selektiv kalsium kanalı blokatorları. Dihidropiridin törəmələri
İstehsal ölkəsiXorvatiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,27 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KORİNFAR RETARD uzunmüddətli təsirə malik örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nifedipine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20,00 mq nifedipin vardır. Köməkçi maddələr:laktoza monohidrat, kartof nişastası, mikrokristallik sellüloza, povidon K25, maqnezium stearat. Örtük: hipromelloza, makroqol 6000, makroqol 35000, xinolin sarısı boya maddəsi (E104), titan dioksid, talk.

Təsviri

Dairəvi formalı, hər iki tərəfi qabarıq, sarı rəmgli örtüklü tabletlərdir. Eninə kəsiyində bircins sarı rəngli kütlədir.

Farmakoterapevtik qrupu

Əsasən damar təsirli selektiv kalsium kanalı blokatorları. Dihidropiridin törəmələri. ATC kodu: C08CA05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Nifedipin – 1,4-dihidropiridin törəməsi olan “ləng” kalsium kanallarının selektiv blokatorudur (LKKB). Preparat koronar və periferik arteriyaları genişləndirir, ürəyə postyüklənməni və oksigen təchizatını azaltmaq hesabına miokardın oksigenə olan tələbatını azaldır. Koronar qan dövranını gücləndirir, “oğurlanma” fenomeni inkişaf etmədən işemik nahiyələrin qanla təchizatını yaxşılaşdırır, kollateralların fəaliyyətini aktivləşdirir. Periferik arteriyaları genişləndirərək, ümumi periferik damar müqavimətini (ÜPDM), miokardın tonusunu, postyüklənməni, miokardın oksigenə olan tələbatını aşağı salır və sol mədəciyin (SM) diastolik boşalmasının davametmə müddətini uzadır. Preparat sinoatrial və atrioventrikulyar düyünlərə demək olar ki, təsir göstərmir. Antiaritmik və proaritmogen təsirə malik deyil. Venaların tonusuna təsir nümayiş etdirmir. Nifedipin böyrək qan dövranını gücləndirir və mülayim natriumurezin meydana çıxmasına səbəb olur. Preparat mənfi xrono-, dromo- və inotrop təsir göstərir ki, bu da simpatoadrenal sistemin reflektor aktivləşməsi və periferik vazodilatasiyaya cavab olaraq, ürək yığılmaları tezliyinin (ÜYT) yüksəlməsi ilə müşayiət olunur. Əsasən müalicənin əvvəlində baroreseptor reflekslərinin aktivləşməsi nəticəsində ürək ritmini və ürək atımını aşağı salır. Nifedipinlə uzunmüddətli müalicə müddətində ürək ritmi və ürək atımı göstəriciləri, müalicənin əvvəlində olan göstəricilərə qayıdır. Nifedipin antihipertenziv və antianginal təsirlərə malikdir. Arterial hipertenziya zamanı preparat, vazodilatasiya və ÜPDM-in aşağı düşməsi hesabına arterial təzyiqin azalmasına səbəb olur. Sutkada 1 dəfə istifadə edildikdə, nifedipin yüksəlmiş AT-in (arterial təzyiqin) 24 saat müddətində nəzarətini təmin edir. Normal AT-ə malik olan pasiyentlərdə nifedipin təzyiqə heç bir təsir göstərmir və ya əhəmiyyətsiz dərəcədə təsir göstərir. Stenokardiya zamanı nifedipin periferik və koronar damar müqavimətini aşağı salır ki, bu da koronar qan dövranının, ürək atımının və zərbə həcminin artmasına və eləcədə, postyüklənmənin aşağı düşməsinə gətirib çıxarır. Bundan əlavə, nifedipin həm intakt, həm də aterosklerotik dəyişikliklərə məruz qalmış koronar arteriyaları genişləndirir, koronar arteriyaların spazmının qarşısını alır və işemiyaya məruz qalmış miokardın perfuziyasını yaxşılaşdırır. Nifedipin, koronar arteriyaların spazmı və ya aterosklerozu nəticəsində meydana çıxmasından asılı olmayaraq, stenokardiya tutmalarının və EKQ-də işemik dəyişikliklərin tezliyini azaldır. Farmakokinetikası Absorbsiyası – yüksəkdir (90 %-dən artıq). Biomənimsənilməsi 50-70 % təşkil edir. Eyni zamanda qəbul edilən qida, preparatın absorbsiyasına təsir göstərmir. Preparat qaraciyərdən “ilk keçid” effektinə malikdir. Paylanması Preparatın 1 tabletinin (20 mq nifedipinə müvafiqdir) peroral yolla birdəfəlik istifadəsindən sonra, qan plazmasında nifedipinin maksimal konsentrasiyası (C göstəricisi) 0,9-3,7 saatdanmax sonra əldə olunur və onun göstəricisi orta hesabla 28,3 nq/ml təşkil edir. Preparat hematoensefalik və plasentar baryerlərdən keçir və ana südü ilə xaric olunur. Qan plazmasının zülalları (albuminləri) ilə 95 % birləşir. Metabolizmi Preparat qaraciyərdə tam metabolizmə məruz qalır. Nifedipinin metabolizmi əsasən, CYP3A4 izoferment və eləcədə, CYP1A2 və CYP2A6 izofermentlər vasitəsi ilə həyata keçirilir. Xaric olması Preparat böyrəklər vasitəsi ilə qeyri-aktiv metabolit şəklində xaric olunur (istifadə edilən dozanın 60-80 %-i). Preparatın 20 %-i ödlə xaric olunur. Yarımxaricolma dövrü (T göstəricisi) 2-5 saat1/2 təşkil edir. Kumulyativ effekti yoxdur. Xroniki böyrək çatışmazlığı, hemodializ və peritoneal dializ preparatın farmakokinetikasına heç bir təsir göstərmir. Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə ümumi klirens aşağı düşür və T artır.1/2 Uzun müddət (2-3 ay) istifadəsi zamanı preparatın təsirinə qarşı tolerantlıq inkişaf edir. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Uzunmüddətli təsirə malik/təsiredici maddəsindən tədricən azad olan nifedipin preparatlarının tablet formalarını yaşlı pasiyentlərdə (> 60 yaş) istifadə etdikdə, daha gənc yaşlı pasiyentlərlə və T göstəricilərinin artması qeyd olunmuşdur.müqayisədə C max 1/2 Qaraciyər funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlər Farmakokinetik tədqiqatlarda göstərilmişdir ki, qaraciyər sirrozundan əziyyət çəkən pasiyentlərdə nifedipinin T göstəricisinin əhəmiyyətli artması və ümumi klirensinin azalması1/2 qeyd olunur. Klinik tədqiqatın məlumatlarına əsasən, preparatın daxilə istifadəsindən sonra, normal qaraciyər funksiyaları olan pasiyentlərlə müqayisədə, qaraciyər funksiyalarının yüngül (Çayld-Pyu təsnifatına əsasən A sinfi) və mülayim (Çayld-Pyu təsnifatına əsasən B sinfi) pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə nifedipinin klirensi, müvafiq olaraq, 48 % və 72 % aşağı düşmüşdür. “Konsentrasiya-zaman” əyrisi altındakı sahə göstəricisinin (AUC) və C max göstəricisinin yüksəlməsi qeyd olunmuşdur ki, bu yüksəlmə də normal qaraciyər funksiyaları olan pasiyentlərlə müqayisədə, qaraciyər funksiyalarının yüngül pozğunluqları olan pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən A sinfi) müvafiq olaraq, 93 % və 64 % və qaraciyər funksiyalarının mülayim pozğunluqları olan pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən B sinfi) müvafiq olaraq, 253 % və 171 % təşkil etmişdir. Ağır qaraciyər çatışmazlığı qeyd olunan pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən C sinfi) nifedipinin farmakokinetikası öyrənilməmişdir. Böyrək funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlər Böyrək funksiyalarının pozulması olan pasiyentlərdə nifedipinin eliminasiyası ləngiyə bilər. Xroniki böyrək çatışmazlığı, hemodializ və peritoneal dializ proseduralarının aparılması, nifedipinin farmakokinetikasına heç bir təsir göstərmir. Preparatın kumulyativ effekti yoxdur. Uşaqlar və yeniyetmələr Farmakokinetik tədqiqatlar aparılmamışdır.

İstifadəsinə göstərişlər

Arterial hipertenziya. Stabil stenokardiya və vazospastik stenokardiya (Prinsmetal stenokardiyası, variant stenokardiyası).

Əks göstərişlər

Preparatın istənilən komponentinə, digər dihidropiridin törəmələrinə qarşı yüksək həssaslıq. Mülayim və ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatına görə B və C sinfi). Kardiogen şok. Kollaps. İfadəolunmuş arterial hipotenziya (sistolik arterial təzyiq 90 mm civə sütunundan az). Bədxassəli hipertenziya. Miokard infarktının kəskin mərhələsi (ilk 4 həftə ərzində). Qeyri-stabil stenokardiya. Kəskin angina həmlələrinin müalicəsi. Sol mədəciyin çıxış traktının hemodinamik əhəmiyyətli obstruksiyası (ağır aortal stenoz daxil olmaqla). Mədə-bağırsaq tıxanıqlığı, ezofaqus obstruksiyası. Proktokolektomiyadan sonrakı ileostomiya. Bağırsağın iltihabi xəstəlikləri və ya Kron xəstəliyi. Rifampisinlə eyni vaxtda istifadəsi (fermentlərin induksiyası nəticəsində nifedipinin qan plazmasında effektiv səviyyəsinin əldə edilməsi mümkün olmadığı üçün). Hamiləlik. Laktasiya dövrü. 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib). Qalaktozaya qarşı nadir irsi dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası sindromu (preparatın tərkibində laktoza vardır).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Arterial hipotenziya, bədxassəli arterial hipertenziya (klinik istifadə təcrübəsi yoxdur), ürəyin işemik xəstəliyi (xüsusilə koronar arteriyaların ağır obstruktiv zəsələnməsi zamanı) və ya serebrovaskulyar xəstəliklər, xroniki ürək çatışmazlığı; beta-adrenoblokatorlarla və digər hipotenziv preparatlarla eyni vaxtda istifadəsi; ürək qlikozidlərilə eyni vaxtda istifadəsi; aortal stenoz, mitral stenoz, hipertrofik obstruktiv kardiomiopatiya; şəkərli diabet; qaraciyər funksiyasının yüngül dərəcəli pozulması (Çayld-Pyu təsnifatı üzrə A sinfi); bədxassəli hipertenziyalı pasiyentlərdə hemodializ (ağır arterial hipotenziyanın inkişafı riski); CYP3A4 izofermentinin inhibitorları və/və ya induktorları ilə eyni vaxtda istifadəsi (məsələn, fenitoin, karbamezepin, fenobarbital, antibiotiklər-makrolidlər, İİV proteazası inhibitorları, ketokonazol, antidepressantlar, fluoksetin, valproy turşusu və s.); ahıl yaş. Hamilə qadının klinik vəziyyəti nifedipinlə müalicənin aparılmasını tələb edən hallar istisna olmaqla, hamiləlik dövründə nifedipindən istifadə etmək olmaz (20 həftədən artıq hamiləlikdə preparat “rezerv terapiya” qismində istifadə edilə bilər). Ürək-damar xəstəlikləri Arterial hipotenziya Nifedipin periferik arteriyaları genişləndirir, arterial təzyiqi aşağı salır və bəzi hallarda şiddətli arterial hipotenziyanın meydana çıxmasına səbəb ola bilər. Arterial hipotenziyaya meylli pasiyentlərdə, xüsusilə, AT-in həddindən artıq aşağı düşməsi miokard infarktının və ya insultun inkişaf etməsinə gətirib çıxara bilən ürəyin işemik xəstəliyindən və ya serebrovaskulyar xəstəliklərdən əziyyət şəkən pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Şiddətli arterial hipotenziya meydana çıxdığı halda, nifedipinin dozası aşağı salınmalı və ya preparatın istifadəsi müvəqqəti dayandırılmalıdır. Beta-adrenoblokatorlardan istifadə edən pasiyentlərdə arterial hipotenziyanın inkişaf etmə riski daha yüksəkdir. Nifedipinin və beta-adrenoblokatorların eyni zamanda istifadəsi AT-in həddindən artıq azalmasına və bəzi hallarda xroniki ürək çatışmazlığı simptomlarının ağırlaşmasına gətirib çıxara bilər və bu səbəbdən, preparatların birlikdə istifadəsi ciddi həkim nəzarəti altında aparılmalıdır. Fentanilin yüksək dozalarının istifadəsi ilə ümumi anesteziya altında aorto-koronar şuntlama əməliyyatı müddətində nifedipinlə və beta-adrenoblokatorlarla müalicə qəbul edən pasiyentlərdə ağır arterial hipotenziya və/və ya maye həcminin bərpa edilməsi üçün yüksək tələbat qeyd olunmuşdur. Müalicə müddətində pasiyentdə ümumi narkoz altında cərrahi müdaxilənin aparılması tələb olunduğu halda, həkim-anestezioloq aparılan müalicənin xarakteri barədə məlumatlandırılmalıdır. Fentanilin yüksək dozalarının istifadəsi ilə ümumi anesteziya altında cərrahi müdaxilənin aparılması planlaşdırıldığı halda, əməliyyatdan ən azı 36 saat əvvəl Korinfar retard preparatının istifadəsini dayandırmaq məsləhət görülür. Arterial hipertenziya Bədxassəli arterial hipertenziya zamanı nifedipin tərkibli preparatların klinik istifadə təcrübəsi yoxdur. Hipertonik kriz zamanı arterial təzyiqi aşağı salmaq məqsədi ilə Korinfar retard dərman vasitəsindən istifadə etmək məsləhət görülmür. Ürəyin xroniki işemik xəstəliyi Stenokardiya tutmalarını aradan qaldırmaq üçün və miokard infarktı keçirmiş pasiyentlərdə ürək- retard dərman vasitəsindəndamar ağırlaşmalarının ikincili profilaktikası məqsədi ilə Korinfar istifadə etmək olmaz. Qeyri-stabil stenokardiya və/və ya miokard infarktı LKKB-nin (nifedipin də daxil olmaqla) istifadəsinə başladıqdan sonra və ya preparatların dozalanması artırıldıqdan sonra, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə (xüsusilə, koronar arteriyaların ağır obstruktiv zədələnmələri qeyd olunduqda) nadir hallarda stenokardiya tutmalarının tezliyinin, davametmə müddətinin və/və ya ağırlıq dərəcəsinin artması və eləcədə, tək-tək hallarda miokard infarktının inkişaf etməsi qeyd olunmuşdur. Göstərilən vəziyyətin inkişaf etmə mexanizmi öyrənilməmişdir. Kəskin miokard infarktı və qeyri-stabil stenokardiya zamanı təsiredici maddəsindən sürətlə azad olan tablet formasında nifedipin preparatlarının istifadəsi əks göstərişdir. Kəskin miokard infarktı və qeyri-stabil stenokardiya zamanı təsiredici maddəsindən tədricən azad olan tablet formasında nifedipin preparatlarının klinik istifadə təcrübəsi yoxdur və bu səbəbdən, qeyd olunan xəstəliklərin müalicəsi üçün onların istifadəsi əks göstərişdir. Xroniki ürək çatışmazlığı (XÜÇ) XÜÇ qeyd olunan pasiyentlərdə LKKB-ni (o cümlədən, nifedipini) xüsusi ehtiyatla istifadə etmək lazımdır. Dekompensasiyaolunmuş XÜÇ zamanı Korinfar retard vasitəsindən istifadə etmək məsləhət görülmür. Beta-adrenoblokatorların “ləğvetmə” sindromu Beta-adrenoblokatorların istifadəsinin dayandırılması, ehtimal ki, katexolaminlərə qarşı həssaslığın yüksəlməsi nəticəsində stenokardiyadan əziyyət çəkən pasiyentlərdə “ləğvetmə” sindromunun inkişaf etməsinə gətirib çıxara bilər (stenokardiya tutmalarının tezliyinin, davametmə müddətinin və/və ya ağırlıq dərəcəsinin artması). Nifedipinin təyin olunması beta- adrenoblokatorların “ləğvetmə” sindromunun inkişaf etməsinin qarşısını almır və hətta, periferik vazodilatasiyaya cavab olaraq, katexolaminlərin reflektor azadolması ilə əlaqəli sindromun güclənməsinə gətirib çıxara bilər. Nifedipin aritmiyaəleyhinə təsirə malik deyil və beta-blokatorların istifadəsi qəflətən dayandırıldığı halda, ürəyin ritm pozğunluqlarının meydana çıxmasının qarşısını almır. Beta- adrenoblokatorlarla müalicənin dayandırılması tələb olunduğu təqdirdə, nifedipini təyin etməzdən əvvəl beta-adrenoblokatorun dozasını tədricən aşağı salmaq lazımdır. Aortal stenoz/mitral stenoz/hipertrofik obstruktiv kardiomiopatiya Aortal stenoz, mitral stenoz və ya hipertrofik obstruktiv kardiomiopatiya qeyd olunan pasiyentlərdə vazodilatasiyaedici təsirə malik bütün digər dərman preparatları kimi nifedipin də ehtiyatla istifadə edilməlidir. Sol mədəciyin çıxış traktının hemodinamik cəhətdən əhəmiyyətli obstruksiyası qeyd olunan pasiyentlərdə (məsələn, ağır aortal stenoz zamanı) preparatın istifadəsi əks göstərişdir. Nifedipinin istifadəsindən sonra, obstruktiv kardiomiopatiya qeyd olunan pasiyentlərdə stenokardiya tutmalarının tezliyinin, ağırlıq dərəcəsinin və davametmə müddətinin artması riski mövcuddur. Göstərilən vəziyyətdə preparatın istifadəsinin dayandırılması tələb olunur. Periferik ödemlər Nifedipin preparatlarından istifadə etdikdə, periferik arteriyaların dilatasiyası ilə əlaqəli əhəmiyyətsiz və ya orta dərəcəli periferik ödemlər qeyd olunmuşdur. Ödemlər adətən, aşağı ətraflarda müşahidə olunur və bəzən, diuretiklərin istifadəsi ilə azalır. Eyni zamanda xroniki ürək çatışmazlığı qeyd olunan pasiyentlərdə nifedipinin istifadəsi ilə əlaqəli meydana çıxan periferik ödemlərin və sol mədəcik disfunksiyasının proqressivləşməsi simptomlarının hərtərəfli differensiasiyası aparılmalıdır. Şəkərli diabet Nifedipin preparatlarını şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə istifadə etdikdə, qan plazmasında qlükoza konsentrasiyasına nəzarət etmək tələb oluna bilər. Qaraciyər funksiyalarının pozulması Nifedipin preparatlarından istifadə etdikdə, nadir hallarda bəzi fermentlərin, məsələn, qələvi fosfatazanın, kreatinfosfokinazanın, laktatdehidrogenazanın, aspartataminotransferazanın (AST) və alaninaminotransferazanın (ALT) aktivliyinin, adətən müvəqqəti xarakter daşıyan, lakin, bəzən əhəmiyyətli dərəcədə şiddətli ola bilən yüksəlməsi qeyd olunmuşdur. Bu vəziyyətin nifedipinin istifadəsi ilə səbəb-nəticə əlaqəsi əksər hallarda müəyyən edilməmişdir, lakin, bəzi hallarda həmin əlaqə çox ehtimal edilir. Laborator göstəricilərin qeyd olunan dəyişiklikləri nadir hallarda klinik simptomatika ilə müşayiət olunur. Bununla belə, sarılıqla müşayiət olunan və ya sarılıqsız xolestazın meydana çıxma halları və eləcədə, nadir hallarda autoimmun hepatitin inkişaf etməsi təsvir olunmuşdur. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərin hərtərəfli müşahidəsini təmin etmək və zərurət yarandığı halda, preparatın dozasını aşağı salmaq və/və ya nifedipinin digər dərman formalarından istifadə etmək lazımdır. Böyrək funksiyalarının pozulması Böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə nifedipin preparatlarının istifadəsi təhlükəsizdir – nifedipinin dozasının korreksiyası tələb olunmur. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə bəzi hallarda qan zərdabında sidik cövhəri azotunun konsentrasiyasının və kreatinin səviyyəsinin tranzitor yüksəlməsi qeyd olunmuşdur. Bu vəziyyətin nifedipinin istifadəsi ilə səbəb-nəticə əlaqəsi əksər hallarda müəyyən edilməmişdir, lakin, bəzi hallarda həmin əlaqə çox ehtimal edilir. Bədxassəli hipertenziyadan əziyyət çəkən hemodializ proseduraları qəbul edən pasiyentlərdə dializ prosedurasından sonra meydana çıxan hipovolemiya (dövr edən qan həcminin azalması) nifedipinin antihipertenziv effektinin güclənməsinə səbəb ola bilər və AT-in kəskin aşağı düşməsinə gətirib çıxara bilər. Həmin pasiyentlərdə Korinfar retard preparatını xüsusi ehtiyatla istifadə etmək və zərurət yarandığı halda, preparatın dozasını aşağı salmaq lazımdır. Dərman preparatları ilə qarşılıqlı təsirləri Nifedipin CYP3A4 izoferment vasitəsi ilə metabolizmə məruz qalır. CYP3A4 izofermentini tormozlayan və ya induksiya edən dərman preparatları qaraciyərdən “ilk keçid” effektinə və ya nifedipinin klirensinə təsir göstərə bilər. Qan plazmasında nifedipinin konsentrasiyasını yüksəldən CYP3A4 izofermentinin zəif və ya mülayim inhibitorları olan dərman preparatlarına aşağıda göstərilənlər aiddir: – makrolidlər (məsələn, eritromisin); – İİV proteazasının inhibitorları (məsələn, ritonavir); – azol qrupundan olan göbələkəleyhinə preparatlar (məsələn, ketokonazol); – antidepressantlar (məsələn, nefazodon və fluoksetin); – kvinupristin/dalfopristin; – valproy turşusu; – simetidin. Nifedipini və yuxarıda göstərilən preparatları eyni zamanda istifadə etdikdə, AT-ə nəzarət etmək və zərurət yarandığı halda, nifedipinin dozasını korreksiya etmək lazımdır. Cərrahi müdaxilələr/ümumi anesteziya İnhalyasion anestetiklər AT-in aşağı düşməsinə səbəb ola bilər. Müalicə müddətində pasiyentdə ümumi anesteziya altında cərrahi müdaxilənin aparılması tələb olunduğu halda, həkim- anestezioloq pasiyentin nifedipin qəbul etməsi barədə məlumatlandırılmalıdır. Diaqnostik tədqiqatların aparılması Müalicə müddətində birbaşa Kumbs reaksiyası (hemolitik anemiya ilə birlikdə və ya anemiyasız) və antinuklear antitellərin laborator testləri aparıldıqda, müsbət nəticələrin əldə olunması mümkündür. Digər LKKB kimi nifedipin də in vitro şəraitdə trombositlərin aqreqasiyasının tormozlanmasına səbəb olur. Az saylı klinik tədqiqatlardan əldə olunan məlumatlarda trombositlərin aqreqasiyasının statistik əhəmiyyətli zəifləməsi və qanaxma müddətinin uzanması təsdiq edilmişdir. Ehtimal edilir ki, qeyd olunan dəyişikliklərin səbəbi – trombosit membranı vasitəsi ilə kalsiumun nəqlolunmasının blokadaya alınması ola bilər. Bu effektin klinik əhəmiyyəti məlum deyil. Nifedipin, spektrofotometrik metodla müayinə zamanı sidikdə vanilil-badam turşusunun konsentrasiyasının yanlış yüksəlməsinə səbəb ola bilər; lakin, yüksək effektiv maye xromatoqrafiya (YEMX) metodunun istifadəsi ilə aparılan müayinə nəticələrinə təsir göstərmir. Alkoqol Arterial təzyiqin həddindən artıq aşağı düşmə riskinin mövcudluğunu nəzərə alaraq, müalicə müddətində alkoqollu içkilərdən istifadə etmək məsləhət görülmür. Yaşlı pasiyentlərdə istifadəsi Böyrək funksiyalarının yaşla əlaqəli pozğunluqlarının yüksək ehtimalını nəzərə alaraq, yaşlı pasiyentlərdə nifedipin preparatlarından istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Müalicənin dayandırılması Nifedipin preparatlarının istifadəsinin dayandırılmasını tədricən həyata keçirmək lazımdır (“ləğvetmə” sindromunun inkişaf etmə riski mövcuddur).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farmakokinetik qarşılıqlı təsirləri Nifedipinin metabolizminə təsir göstərən dərman preparatları Nifedipin, bağırsağın selikli qişasında və qaraciyərdə yerləşən CYP3A4/5 izofermentləri vasitəsi ilə metabolizmə məruz qalır. Göstərilən ferment sistemini tormozlayan və ya induksiya edən dərman preparatları qaraciyərdən “ilk keçid” effektinə (daxilə qəbul edildikdən sonra) və ya nifedipinin klirensinə təsir göstərə bilər. CYP3A4 izofermentinin induktorları Rifampisin Rifampisin CYP3A4 izofermentinin güclü induktorudur. Rifampisinlə eyni zamanda istifadə edildikdə, nifedipinin biomənimsənilməsi əhəmiyyətli dərəcədə aşağı düşür və müvafiq olaraq, onun effektivliyi zəifləyir. Bu səbəbdən, nifedipinin və rifampisinin eyni zamanda istifadəsi əks göstərişdir. CYP3A4 izofermenti induksiya edən epilepsiyaəleyhinə preparatlar (məsələn, fenitoin, karbamazepin, fenobarbital) Fenitoin CYP3A4 izofermentini induksiya edir. Nifedipini və fenitoini eyni zamanda istifadə etdikdə, nifedipinin biomənimsənilməsi aşağı düşür və onun effektivliyi zəifləyir. Göstərilən preparatların kombinasiyasından istifadə etdikdə, nifedipinlə müalicəyə qarşı klinik cavaba nəzarət etmək və zərurət yarandığı halda, onun dozasını artırmaq lazımdır. Həmin preparatların eyni zamanda istifadəsi zamanı nifedipinin dozası artırıldığı halda, fenitoinin istifadəsi dayandırıldıqdan sonra, nifedipinin dozası aşağı salınmalıdır. Nifedipinin və karbamazepinin və ya fenobarbitalın potensial qarşılıqlı təsirinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır. Hər iki preparat qan plazmasında, quruluşuna görə LKKB ilə oxşar olan nifedipinin konsentrasiyasının aşağı düşməsinə səbəb olur və bunu nəzərə alaraq, qan plazmasında nifedipinin konsentrasiyasının azalmasının və onun effektivliyinin aşağı düşməsinin mümkünlüyünü istisna etmək olmaz. CYP3A4 izofermentinin inhibitorları Makrolidlər qrupundan olan antibiotiklər (məsələn, eritromisin) Nifedipinin və makrolidlər qrupundan olan antibiotiklərin qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır. Bəzi makrolid antibiotiklər vasitəsi ilə CYP3A4 izofermentinin inhibə olunması məlumdur. Bu səbəbdən, nifedipinin və makrolid qrupundan olan antibiotiklərin eyni zamanda istifadəsi müddətində qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsi ehtimalını istisna etmək olmaz. Makrolidlər qrupu antibiotiklərinə aid olan azitromisin, CYP3A4 izofermentini inhibə etmir. İİV proteazasının inhibitorları (məsələn, ritonavir) Nifedipinin və İİV proteazasnın inhibitorları arasında qarşılıqlı təsirin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır. Göstərilən sinif preparatları vasitəsi ilə CYP3A4 izofermentinin inhibə olunması məlumdur. Bundan əlavə, qeyd edilmişdir ki, in vitro şəraitdə göstərilən sinif preparatları nifedipinin CYP3A4 izoferment vasitəsi ilə metabolizmini tormozlayır. Nifedipinlə eyni zamanda istifadə edildikdə, qaraciyərdən “ilk keçid” effektinin zəifləməsi və xaricolmanın ləngiməsi hesabına qan plazmasında nifedipinin konsentrasiyasının əhəmiyyətli yüksəlməsini istisna etmək olmaz. Azol qrupundan olan göbələkəleyhinə preparatlar (məsələn, ketokonazol) Nifedipinin və azol qrupundan olan göbələkəleyhinə preparatların qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır. Göstərilən sinif preparatları vasitəsi ilə CYP3A4 izofermentinin inhibə olunması məlumdur. Nifedipinlə eyni zamanda istifadə edildikdə, qaraciyərdən “ilk keçid” effektinin zəifləməsi hesabına nifedipinin sistem biomənimsənilməsinin əhəmiyyətli yüksəlməsi qeyd oluna bilər. Simetidin və ranitidin Müəyyən edilmişdir ki, simetidin və ranitidin CYP3A4 izofermentini inhibə edir və qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsinə (müvafiq olaraq, 80 % və 70 %) səbəb olur və bununla, onun antihipertenziv effektini gücləndirirlər. Diltiazem Diltiazem nifedipinin klirensini aşağı salır. Preparatların göstərilən kombinasiyası ehtiyatla istifadə edilməlidir. Nifedipinin dozasının aşağı salınması tələb oluna bilər. Fluoksetin Nifedipinin və fluoksetinin qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır. Məlumdur ki, in vitro şəraitdə fluoksetin, nifedipinin CYP3A4 izoferment vasitəsi ilə əlaqəli metabolizmini tormozlayır. Bu səbəbdən, nifedipinin və fluoksetinin eyni zamanda istifadəsi nəticəsində qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsi ehtimalı istisna edilməməlidir. Nefazodon Nifedipinin və nefazodonun qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır. Məlumdur ki, nefazodon CYP3A4 izoferment vasitəsi ilə digər preparatların metabolizmini inhibə edir. Bu səbəbdən, nifedipinin və nefazodonun eyni zamanda istifadəsi nəticəsində qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsi ehtimalı istisna edilməməlidir. Xinidin Xinidinlə eyni zamanda istifadə edildikdə, qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsi barədə məlumatlar daxil olmuşdur. Bu səbəbdən, xinidinin və nifedipinin eyni zamanda istifadəsi müddətində arterial təzyiqin ciddi nəzarəti aparılmalıdır. Zərurət yarandığı halda, nifedipinin dozası aşağı salınmalıdır. Kvinupristin/dalfopristin Kvinupristinin/dalfopristinin eyni zamanda istifadəsi, qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Valproy turşusu Nifedipinin və valproy turşusunun qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır. Valproy turşusu, quruluşuna görə LKKB ilə oxşar olan nifedipinin qan plazmasında konsentrasiyasını yüksəldir və bu səbəbdən, qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsi və onun təsirinin güclənməsi ehtimalı istisna edilməməlidir. Qreypfrut şirəsi Qreypfrut şirəsi CYP3A4 izofermentini inhibə edir və nifedipinin metabolizminin tormozlanmasına səbəb olur. Preparatın qreypfrut şirəsi ilə eyni zamanda istifadəsi, qaraciyərdən “ilk keçid” effektinin aşağı düşməsi və klirensin azalması nəticəsində qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxarır. Bu zaman, nifedipinin antihipertenziv effekti güclənə bilər. Qreypfrut şirəsindən müntəzəm istifadə edildikdə, göstərilən effekt şirənin son dəfə istifadəsindən sonra 3 gün müddətində saxlanıla bilər. Nifedipinlə müalicə müddətində qreypfrut meyvəsinin/qreypfrut şirəsinin istifadəsi əks göstərişdir. CYP3A4 izofermentinin substratları Nifedipinlə eyni zamanda istifadə edildikdə, CYP3A4 izofermentinin substratları (məsələn, sizaprid, takrolimus, benzodiazepinlər, imipramin, propafenon, terfenadin, varfarin) CYP3A4 izofermentinin inhibitorları kimi təsir göstərə bilər və qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Sizaprid Nifedipinin və sizapridin eyni zamanda istifadəsi, qan plazmasında nifedipinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Nifedipinin digər dərman preparatlarına təsiri Xinidin Eyni zamanda istifadə edildikdə, nifedipin qan plazmasında xinidinin konsentrasiyasının azalmasına səbəb olur. Nifedipinin istifadəsi dayandırıldıqdan sonra, qan plazmasında xinidinin konsentrasiyasının kəskin yüksəlməsi qeyd oluna bilər. Bu səbəbdən, nifedipini əlavə müalicə şəklində istifadə etdikdə və ya nifedipinin istifadəsi dayandırıldığı halda, qan plazmasında xinidinin konsentrasiyasına nəzarət etmək və zərurət yarandığı halda, onun dozasını korreksiya etmək lazımdır. Diqoksin Nifedipinin və diqoksinin eyni zamanda istifadəsi diqoksinin klirensinin azalmasına və bu səbəbdən, qan plazmasında diqoksinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Doza həddinin aşılması simptomlarının meydana çıxmasını vaxtında aşkar etmək məqsədi ilə pasiyentin vəziyyətini müşahidə etmək və zərurət yarandığı halda, qan plazmasında diqoksinin konsentrasiyasına nəzarət etməklə, onun dozasını aşağı salmaq lazımdır. Teofillin Eyni zamanda istifadə edildikdə, nifedipin qan plazmasında teofillinin konsentrasiyasını yüksəldir və bu səbəbdən, qan plazmasında teofillinin konsentrasiyasına nəzarət etmək lazımdır. Eyni zamanda istifadə edildikdə, preparatlardan heç birinin klinik effekti dəyişmir. Takrolimus Takrolimus CYP3A4 izoferment vasitəsi ilə metabolizmə məruz qalır. Az müddət əvvəl dərc olunan məlumatlarda göstərilmişdir ki, nifedipinlə eyni zamanda istifadə edildikdə, takrolimusun konsentrasiyası ayrı-ayrı hallarda yüksələ bilər. Takrolimusu və nifedipini eyni zamanda istifadə etdikdə, qan plazmasında takrolimusun konsentrasiyasına nəzarət etmək və zərurət yarandığı halda, onun dozasını aşağı salmaq lazımdır. Vinkristin Nifedipin orqanizmdən vinkristinin xaricolmasını ləngidir və vinkristinin əlavə təsirlərinin güclənməsinə səbəb ola bilər. Preparatların eyni zamanda istifadəsi tələb olunduğu halda, vinkristinin dozası aşağı salınmalıdır. Qanda zülallarla birləşən preparatlar Nifedipin yüksək birləşmə dərəcəsi ilə xarakterizə olunan preparatları (o cümlədən, dolayı təsirli antikoaqulyantları – kumarin törəmələrini və indandionu, qıcolmaəleyhinə preparatlar, qeyri- steroid iltihabəleyhinə preparatları, xinini, salisilatları, sulfinpirazonu) zülallarla birləşmələrdən sıxışdırıb çıxara bilər və nəticədə, qan plazmasında həmin preparatların konsentrasiyası yüksələ bilər. Sefalosporinlər Sefalosporinləri (məsələn, sefiksimi) və nifedipini eyni zamanda istifadə etdikdə, probandlarda sefalosporinlərin biomənimsənilməsi 70 % yüksəlmişdir. Farmakodinamik qarşılıqlı təsirləri Arterial təzyiqi aşağı salan preparatlar Antihipertenziv preparatlarla, məsələn, diuretiklərlə, beta-adrenoblokatorlarla, angiotenzinçevirici fermentin (AÇF) inhibitorları və angiotenzin II reseptorlarının antaqonistləri (A II RA), digər LKKB ilə, alfa-adrenoblokatorlarla, fosfodiesteraza-5 fermentinin inhibitorları və metildopa ilə eyni zamanda istifadə edildikdə, nifedipinin antihipertenziv effekti güclənə bilər. Bəzi hallarda xroniki ürək çatışmazlığının gedişinin ağırlaşması ehtimalını nəzərə alaraq, nifedipini və beta-adrenoblokatorları eyni zamanda istifadə etdikdə, pasiyentin vəziyyətinə nəzarət etmək lazımdır. İnhalyasion anestetiklərin və trisiklik antidepressantların eyni zamanda istifadəsi müddətində AT-in enmə dərəcəsi güclənir. Nitratlar Preparatı nitratlarla eyni zamanda istifadə etdikdə, taxikardiya güclənir. Aritmiyaəleyhinə preparatlar LKKB aritmiyaəleyhinə preparatların, məsələn, amiodaronun və xinidinin mənfi inotrop təsirinin güclənməsinə səbəb ola bilər. Mənfi inotrop effektin güclənməsi ehtimalını nəzərə alaraq, nifedipini dizopiramidlə və flekainidlə eyni zamanda ehtiyatla istifadə etmək lazımdır. Maqnezium sulfat AT-in həddindən artıq aşağı düşməsinin həm ana üçün, həm də döl üçün təhlükəli olmasını nəzərə alaraq, nifedipini və vena daxilinə təyin olunan maqnezium sulfatı hamilə qadınlarda eyni zamanda istifadə etdikdə, AT-ə diqqətlə nəzarət edilməlidir. Fentanil Nifedipinin və fentanilin eyni zamanda istifadəsi şiddətli arterial hipotenziyanın baş verməsinə gətirib çıxara bilər. Mümkün olduğu halda, fentanilin istifadəsi ilə anesteziyanın aparılmasından minimum 36 saat əvvəl nifedipinin istifadəsini dayandırmaq məsləhət görülür. Kalsium preparatları Eyni zamanda istifadə edildikdə, nifedipinin effektivliyi aşağı düşür. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) QSİƏP prostaqlandinlərin sintezinin tormozlanması və eləcədə, orqanizmdə natriumun və mayenin ləngiməsi nəticəsində nifedipinin antihipertenziv effektinin aşağı düşməsinə səbəb olur. Simpatomimetiklər Simpatomimetik preparatlar nifedipinin antihipertenziv effektini zəiflədir. Estrogenlər Estrogenlər, orqanizmdə mayenin ləngiməsi nəticəsində nifedipinin antihipertenziv effektinin zəifləməsinə səbəb olur. Litium preparatları LKKB-ni litium preparatları ilə eyni zamanda istifadə etdikdə, sonuncuların neyrotoksiklik təzahürlərinin (ürəkbulanma, qusma, diareya, ataksiya, tremor, qulaqlarda küy) güclənməsi mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Hamilə qadının klinik vəziyyəti nifedipinlə müalicənin aparılmasını tələb edən hallar istisna olmaqla, hamiləlik dövründə nifedipindən istifadə etmək olmaz. Standart müalicəyə cavab verməyən ağır arterial hipertenziyadan əziyyət çəkən qadınlarda nifedipinin “rezerv müalicə” vasitəsi şəklində istifadəsini nəzərdən keçirilməsi mümkündür. Laktasiya dövrü Nifedipin ana südünə daxil olur. Nifedipinin ana südündə konsentrasiyası, onun ananın qan zərdabında konsentrasiyası ilə müqayisə edilə bilər. Ana südü ilə xaric olunan preparatın uşaq orqanizminə təsiri məlum deyil. Bu səbəbdən, laktasiya dövründə nifedipinin istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq məsləhət görülür. Fertilliyi Ekstakorporal mayalanma zamanı nifedipin də daxil olmaqla, LKKB-in istifadəsi, tək-tək hallarda spermatozoidlərin başcıqlarında geridönən biokimyəvi dəyişikliklərlə əlaqəli olmuşdur ki, bu da spermanın funksional pozğunluqlarına gətirib çıxara bilər. Müvəffəqiyyətsiz ekstrakorporal mayalanma cəhdləri qeyd olunduqda və dölsüzlüyün digər səbəbləri istisna edildikdə, nifedipin də daxil olmaqla, LKKB-in spermatozoidlərin vəziyyətinə təsir ehtimalını nəzərdən keçirmək lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bəzi pasiyentlərdə, xüsusilə müalicənin əvvəlində nifedipin başgicəllənməyə səbəb ola bilər ki, bu da, nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə etmək qabiliyyətini azaldır. Sonralar məhdudiyyətin səviyyəsi nifedipinin fərdi dözümsüzlüyündən asılıdır. Müalicə dövründə, xüsusilə müalicənin əvvəlində və ya dozanın dəyişdirilməsi zamanı nəqliyyat idarə edərkən, yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq vacibdir.

İstifadə qaydası və dozası

Preparat daxilə, yeməkdən sonra, çeynənilmədən və kifayət qədər maye ilə birlikdə istifadə edilməlidir. Preparatın dozası, xəstəliyin ağırlıq dərəcəsindən və pasiyentin preparata qarşı həssaslığından asılı olaraq, həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Eyni zamanda ağır serebrovaskulyar xəstəlikləri qeyd olunan pasiyentlərdə və yaşlı pasiyentlərdə preparatın dozasını aşağı salmaq lazımdır. Eyni zamanda qəbul edilən qida, preparatın təsiredici maddəsinin mədə-bağırsaq sistemindən sorulmasını ləngidir, lakin zəiflətmir. Böyüklər üçün məsləhət görülən dozalanma sxemi Stabil stenokardiya və vazospastik stenokardiya (Prinsmetal stenokardiyası, variant stenokardiya) Preparat gündə 2 dəfə 20 mq (1 tablet) təyin edilir. Kifayət qədər effekt olmadıqda, preparatın dozasını 40 mq (2 tablet) gündə 2 dəfəyə qədər tədricən artırmaq olar. Maksiumal sutkalıq doza 80 mq-dır (gündə 4 tablet). Arterial hipertenziya Preparat 20 mq (1 tablet) gündə 2 dəfə təyin edilir. Kifayət qədər klinik effekt olmadıqda, preparatın dozas 40 mq (2 tablet) gündə 2 dəfəyə qədər tədricən artırılır. Maksimal sutkalıq doza 80 mq-dır (gündə 4 tablet). Preparatın ikinci dəfə təyini zamanı qəbul arasındakı interval orta hesabla 12 ssat təşkil etməlidir. Preparatın qəbulu arasındakı minimal interval 4 saatdan az olmamalıdır. Müalicə kursunun müddəti həkim tərəfindən təyin edilir. Preparatın yüksək dozalarda və/və ya yüksək dozalarda qəbul edildiyi hallarda ləğvetmə sindromunun qarşısını almaq üçün müalicə tədricən dayandırılır. Bəzi pasiyentlərə nifedipinin daha yüksək dozalarının istifadəsi tələb oluna bilər. Nifedipinin sutkalıq dozasının 120 mq-dan artıq təyin olunması məsləhət görülmür. Arterial hipertenziyanın və ya stenokardiyanın müalicəsi üçün nifedipinin 40 mq-dan artıq sutkalıq dozasının istifadəsi üçün zərurət yarandığı halda, nifedipin preparatlarının 40 mq və ya 60 mq dozalanmada təsiredici maddəsindən tədricən azad olan tablet formalarının təyin olunması məsləhət görülür. Xüsusi pasiyent qrupları Uşaqlar və yeniyetmələr Preparatın 18 yaşdan aşağı uşaqlar və yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə (65 yaşdan yuxarı) nifedipinin farmakokinetikası dəyişir və bu səbəbdən, gənc yaşlı pasiyentlərlə müqayisədə, yaşlı pasiyentlərdə preparatın dəstəkləyici dozasının aşağı salınması mümkündür. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Qaraciyər funksiyalarının yüngül pozğunluqları qeyd olunan pasiyentlərdə nifedipinin dozası aşağı salınmalıdır. Mülayim və ağır qaraciyər çatışmazlığı qeyd olunan pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən B və C sinfi) preparatın istifadəsi əks göstərişdir. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə nifedipinin dozalarının korreksiyası tələb olunmur.

Əlavə təsirləri

Əlavə təsirlər rastgəlmə tezliyindən asılı olaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsnifatına əsasən orqan sistemləri üzrə təsnif edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozuntular: nadir hallarda-trombositopeniya, trombositopenik purpura; çox nadir hallarda-anemiya; məlum deyil-leykopeniya, aqranulositoz. İmmun sistemdə baş verən pozuntular: bəzən-allergik reaksiyalar, allergik reaksiyanın/angionevrotik ödemin (Kvinke ödemi) (qırtlağın ödemi daxil olmaqla*) inkişafı ilə əlaqədar ödem; nadir hallarda-dəri qaşınması, dəri səpgisi, övrə; çox nadir hallarda-autoimmun hepatit; məlum deyil-anafilaktik/anafilaktoid reaksiyalar. Maddələr mübadiləsində və qidalanmada baş verən pozuntular: çox nadir hallarda- hiperqlikemiya, bədən çəkisinin artması. Psixikanın pozulması: bəzən-həyəcan, yuxunun pozulması. Sinir sistemində baş verən pozuntular: tez-tez-başağrı, zəiflik; bəzən-miqren, başgicəllənmə; nadir hallarda-paresteziya, dizesteziya; məlum deyil- hipesteziya, yuxululuq, yüksək yorğunluq. Yüksək dozaların uzun müddət qəbulu zamanı: ətrafların paresteziyası, həyəcan hissi, ekstrapiramidal (parkinsonik) pozuntular (ataksiya, “maskayabənzər” üz, şaqqıltılı yeriş, biləklərdə və əl barmaqlarında tremor, udmanın çətinləşməsi), depressiya. Görmə orqanında baş verən pozuntular: bəzən-görmənin pozulması (o cümlədən, nifedipinin qan plazmasında maksimal konsentrasiyası fonunda görmənin tranzitor itməsi); məlum deyil- gözlərdə ağrı. Ürəkdə baş verən pozuntular: bəzən-taxikardiya, ürəkdöyünmə hissi; nadir hallarda-bəzi pasiyentlərdə, xüsusilə müalicənin əvvəlində stenokardiya tutmalarının yaranması mümkündür ki, bu da, preparatın ləğv edilməsini tələb edir; miokard infarktı barədə tək-tək hallar qeyd edilmişdir; məlum deyil-aritmiya, döş sümüyünün arxasında ağrı. Damarlarda baş verən pozuntular: tez-tez-periferik ödem daxil olmaqla, həddindən artıq vazodilatasiyanın təzahürü (AT-nin simptomsuz azalması, ürək çatışmazlığının inkişafı və ya gedişatının dərinləşməsi (çox vaxt artıq mövcud olan), üzə qan axını, üz dərisinin hiperemiyası, istilik hissi); bəzən-AT-in ifadəolunmuş azalması, bayılma. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular: bəzən-burun qanaxması, burun tutulması; nadir hallarda-tənəffüsün çətinləşməsi, öskürək; çox nadir hallarda- bronxospazm; məlum deyil-təngnəfəslik, ağciyər ödemi**. Mədə-bağırsaq sistemində baş verən pozuntular: tez-tez-qəbizlik; bəzən-qastrointestinal və abdominal ağrı, dispepsiya (ürəkbulanma, diareya və ya qəbizlik), ağız boşluğunun selikli qişasında quruluq, meteorizm; nadir hallarda-damağın hiperplaziyası (qansızma, ağrı, ödem); məlum deyil-qusma, qastroezofageal sfinkter çatışmazlığı, iştahanın artması. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular: bəzən-“qaraciyər” transaminazalarının aktivliyinin artması; nadir hallarda-uzun müddətli qəbulu zamanı qaraciyər funksiyasının pozulması (qaraciyərdaxili xolestaz). Dəridə və dərialtı toxumada baş verən pozuntular: bəzən-eritema; nadir hallarda-eksfoliativ dermatit, fotodermatit; məlum deyil-toksik epidermal nekroliz (layell sindromu), purpura. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: bəzən-əzələ qıcolması, oynaqların ödemi; nadir hallarda-artralgiya, mialgiya; məlum deyil-artrit. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozuntular: bəzən-poliuriya, dizuriya; məlum deyil-böyrək funksiyasının pisləşməsi (böyrək çatışmazlığı olan pasiyentlərdə). Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozuntular: bəzən-erektil disfunksiya; çox nadir hallarda-ginekomastiya (yaşlı pasiyentlərdə, preparatın ləğv edilməsindən sonra tamamilə itir), qalaktoreya. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: tez-tez-asteniya, zəiflik; bəzən-qeyri- spesifik ağrı, titrətmə. *Həyat üçün təhlükəli olan vəziyyətə səbəb ola bilər. **Bu hallar hamiləlik dövründə tokolitik vasitə qismində istifadəsi zamanı qeyd edilmişdir (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Bədxassəli arterial hipertenziyalı və ya vazodilatasiyanın yaranması nəticəsində dövr edən qanın həcminin azalması olan hemodializdə olan pasiyentlərdə AT-nin ifadəolunmuş azalması yarana bilər.

Doza həddinin aşılması

Simptomları Nifedipin şiddətli və ehtimal ki, uzunmüddətli sistem arterial hipotenziya ilə müşayiət olunan periferik vazodilatasiyanın meydana çıxmasına səbəb olur: baş ağrısı, üz dərisinin hiperemiyası, AT-in uzunmüddətli şiddətli aşağı düşməsi, sinus düyünü fəaliyyətinin tormozlanması, bradikardiya və/və ya taxikardiya, bradiaritmiya. Ağır zəhərlənmə baş verdiyi halda – şüurun itməsi və koma. Müalicəsi Doza həddinin aşılmasının müalicəsi preparatın orqanizmdən standart xaric edilməsi prosedurlarından ibarətdir. Aktivləşdirilmiş kömürün daxilə təyin edilməsi, mədənin yuyulması (zərurət yarandığı halda – nazik bağırsağın yuyulması), stabil hemodinamik göstəricilərin bərpa olunması göstərişdir. Uzunmüddətli təsirə malik nifedipin preparatlarının istifadəsi nəticəsində doza həddinin aşılması baş verdiyi halda, preparatın orqanizmdən mümkün qədər tam xaric olunmasını təmin etmək lazımdır – təsiredici maddənin davamlı sorulmasının qarşısını almaq məqsədi ilə nazik bağırsağın yuyulması təyin oluna bilər. İşlədici maddələrdən istifadə etdikdə nəzərə almaq lazımdır ki, LKKB bağırsaq əzələlərinin tonusunun aşağı düşməsinə və hətta, bağırsaq atoniyasının inkişaf etməsinə səbəb ola bilər. Nifedipinin antidotu – kalsium preparatlarıdır. Vena daxilinə 10-20 ml 10 %-li kalsium xlorid və ya kalsium qlükonat məhlullarının yeridilməsi və daha sonra pasiyentin uzunmüddətli infuziyanın istifadəsinə keçirilməsi göstərişdir. Kalsium preparatlarının istifadəsindən sonra AT- in kifayət qədər yüksəlməsini əldə etmək mümkün olmadığı halda, alfa-adrenomimetiklərin (dopaminin, norepinefrinin) təyin edilməsi mümkündür. Bradiaritmiya zamanı – v/d (vena daxilinə) atropinin, beta-adrenomimetiklərin yeridilməsi. Həyat üçün təhlükəli bradiaritmiyalar zamanı müvəqqəti elektrokardiostimulyatorun yerləşdirilməsi məsləhət görülür. Ürək çatışmazlığı inkişaf etdiyi halda – v/d strofantinin yeridilməsi. Ürəyin həcm yüklənməsinin riskini nəzərə alaraq, infuzion müalicəni ehtiyatla həyata keçirmək məsləhət görülür. Ürək, ağciyər və ifrazat sisteminin fəaliyyətinə diqqətlə nəzarət etmək laızmdır. Qanda qlükozanın konsentrasiyasına (insulinin azadolması zəifləyə bilər) və elektrolitlərin (kaliumun, kalsiumun) miqdarına nəzarətin aparılması məsləhət görülür. Preparatın qan plazmasının zülalları ilə yüksək birləşmə dərəcəsi və nisbətən aşağı paylanma həcmi ilə əlaqəli hemodializin aparılması qeyri-effektivdir. Plazmaferezin aparılması mümkündür.

Buraxılış forması

Uzun müddətli təsirə malik örtüklü tabletlər 20 mq. 10 tablet, blisterdə (PVX/alüminium). 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır, qutuya əlavə olaraq qoruyucu yapışqan vurula bilər. 50 və ya 100 tablet, «AWD» relyef yazılı aşağı sıxlıqlı ağ rəngli PE tıxaclı qəhvəyi şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır, qutuya əlavə olaraq qoruyucu yapışqan vurula bilər.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Pliva Hrvatska d.o.o., Republic of Croatia Prilaz baruna Filipovica 25.10000 Zagreb, Republic of Croatia. Qeydiyyat vəsoqəsinin sahibi Teva Pharmaceutical Industries Ltd., Israel. 5 Basel St., PO Box 3190, Petah Tikva 4951033 Israel. İstehlakçılardan iradları qəbul edən təşkilat “Teva” MMC. 115054, Moskva, Valovaya k., 35. Tel.: + 7 (495) 644 22 34. Faks: + 7 (495) 644 22 35. İnternet ünvanı: www.teva.ru

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Korinfar retard 20 mq N50 tablet” üçün ilk rəyi siz yazın.