Konkor 2,5 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Selektiv beta -adrenoblokator.1 |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KONKOR KOR örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Bisoprolol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq bisoprolol hemifumarat (2:1) (bisoprolol fumarat) vardır. Köməkçi maddələr:susuz kolloial silisium dioksid, maqnezium stearat, krospovidon, mikrokristallik sellüloza, qarğıdalı nişastası, susuz kalsium hidrofosfat. Örtük: hipromelloza 2910/15, dimetikon 100, makroqol 400, titan dioksid (E171).
Təsviri
Ağ rəngli, ürəkşəkilli, hər iki tərəfi qabarıq, hər iki tərəfində xətti olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Selektiv beta -adrenoblokator.1 ATC kodu: C07AB07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Fərdi simpatomimetik aktivliyi olmayan, membranstabilləşdirici təsirə malik olmayan, yüksək selektiv təsir göstərən beta -adrenoblokatordur. Preparat, bronxların və damarların saya1 əzələlərinin beta -adrenoreseptorlarına qarşı və eləcədə, metabolizmin tənzimlənməsində iştirak2 edən beta -adrenoreseptorlara qarşı əhəmiyyət kəsb etməyən oxşarlığa malikdir. Bu səbəbdən,2 bisoprolol tənəffüs yollarının müqavimətinə və beta -adrenoreseptorların iştirakı ilə gedən2 metabolik proseslərə ümumi təsir göstərmir. Dərman preparatının beta -adrenoreseptorlara seçici təsiri terapevtik diapazondan kənarda da1 saxlanılır. Xroniki ürək çatışmazlığı (XÜÇ) əlamətləri qeyd olunmadan ürəyin işemik xəstəliyindən (ÜİX) əziyyət çəkən pasiyentlərdə 1 dəfə istifadə edildikdə, bisoprolol ürək yığılmalarının tezliyini (ÜYT) və ürəyin vurğu həcmini aşağı salır və nəticədə, atım fraksiyasının və miokardın oksigenə olan tələbatının azalmasına səbəb olur. Uzunmüddətli müalicə aparıldıqda, əvvəlcədən yüksək olan ümumi periferik damar müqaviməti (ÜPDM) aşağı düşür. Farmakokinetikası Sorulması Bisoprolol mədə-bağırsaq traktından demək olar ki, tamamilə sorulur (90 %-dən artıq). Paylanması Preparatın paylanma həcmi 3,5 l/kq təşkil edir. Qan plazmasının zülalları ilə birləşməsi təxminən 30 %-ə çatır. Metabolizmi və xaricolması Bisoprolol orqanizmdən iki yolla xaric olunur. Preparatın təxminən 50 %-i qaraciyərdə qeyri- aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizmə məruz qalır ki, bunlar da daha sonra, böyrəklər vasitəsi ilə xaric olunur. Digər 50 %-i isə dəyişilməmiş şəkildə sidiklə xaric olunur. Preparatın ümumi klirensi 15 l/saat təşkil edir. Yarımxaricolma dövrü 10-12 saat təşkil edir və bu, dozanın sutkada bir dəfə istifadəsindən sonra, preparatın 24-saatlıq effektini təmin edir. Bisoprololun kinetikası xəttidir və pasiyentin yaşından asılı deyildir. Xüsusi pasiyent qrupları Preparatın böyrəklər və qaraciyər vasitəsi ilə eyni dərəcədə xaricolmasını nəzərə alaraq, qaraciyər funksiyalarının pozğunluqları və ya böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə dozanın korreksiyası tələb olunmur. Stabil xroniki ürək çatışmazlığından (XÜÇ) və böyrək və ya qaraciyər funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərdə preparatın farmakokinetikası öyrənilməmişdir. Xroniki ürək çatışmazlığından (Nyu-York Ürək Assosiasiyasının (NYHA) təsnifatına əsasən III funksional sinif) əziyyət çəkən pasiyentlərdə bisoprololun qan plazmasında konsentrasiyası və yarımxaricolma dövrü, sağlam könüllülərin göstəriciləri ilə müqayisədə, daha yüksək olmuşdur. Preparatın gündəlik dozası 10 mq olduqda, tarazlıq vəziyyətində qan plazmasında maksimal konsentrasiyası 64 + 21 nq/ml, yarımxaricolma dövrü isə 17 + 5 saat təşkil edir.
İstifadəsinə göstərişlər
Xroniki ürək çatışmazlığı.
Əks göstərişlər
• Bisoprolola və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Kəskin ürək çatışmazlığı, inotrop müalicənin aparılmasını tələb edən dekompensasiya mərhələsində olan xroniki ürək çatışmazlığı. • Kardiogen şok. • Elektrokardiostimulyator olmadan II və III dərəcəli atrioventrikulyar blokada (AV). • Sinus düyününün zəifliyi sindromu. • Sinoatrial blokada. • Simptomatik bradikardiya. • Simptomatik arterial hipotenziya. • Ağır bronxial astma. • Arterial qan dövranının periferik okklyuzion zədələnməsinin ağır forması və ya Reyno sindromu. • Müalicə olunmayan feoxromositoma. • Metabolik asidoz. • 18 yaşa qədər şəxslər (bu yaş qrupunda effektivlik və təhlükəsizliyinə dair kifayət qədər məlumat yoxdur).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xroniki ürək çatışmazlığının bisoprololun istifadəsi ilə müalicəsini dozanın tədricən titrlənməsi sxeminə müvafiq başlamaq lazımdır. Həkim məsləhəti olmadan, Konkor Kor dərman preparatı ilə müalicəni, xüsusilə, ÜİX-dən əziyyət çəkən pasiyentlərdə qəflətən dayandırmaq və preparatın tövsiyə olunan dozasını dəyişmək olmaz, çünki bu, ürək fəaliyyətinin müvəqqəti pisləşməsinə gətirib çıxara bilər. Müalicənin dayandırılması tələb olunduğu halda, dozanı tədricən aşağı salmaq lazımdır. Konkor Kor preparatı ilə aparılan müalicənin başlanğıc mərhələlərində pasiyentlər daimi müşahidə altında olmalıdırlar. Hazırda, aşağıda göstərilən xəstəliklər və patoloji vəziyyətlər qeyd olunan pasiyentlərdə xroniki ürək çatışmazlığının müalicə təcrübəsi yoxdur: – insulindən asılı şəkərli diabet (I tip diabet); – şiddətli böyrək çatışmazlığı; – şiddətli qaraciyər çatışmazlığı; – restriktiv kardiomiopatiya; – anadangəlmə ürək qüsurları; – ürək qapaqlarının qazanılmış hemodinamik cəhətdən əhəmiyyətli qüsurları; – son 3 ay müddətində keçirilmiş miokard infarktı. Aşağıda göstərilən hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: – bronxospazm (bronxial astma, tənəffüs yollarının obstruktiv xəstəlikləri); – qanda qlükoza konsentrasiyalarının əhəmiyyətli dəyişkənliyi qeyd olunan şəkərli diabet – qlükoza konsentrasiyasının şiddətli aşağı düşməsinin (hipoqlikemiya) simptomları, məsələn, taxikardiya, ürək çırpınması və ya tər ifrazının yüksəlməsi maskalana bilər; – ciddi pəhriz; – uzun müddət ərzində davam edən desensibilizasiyaedici müalicə. Digər beta-blokatorlar kimi, bisoprolol da allergenlərə qarşı həssaslığın yüksəlməsinə və anafilaktik reaksiyaların ağırlıq dərəcəsinin artmasına səbəb ola bilər. Epinefrinin istifadəsi ilə müalicənin aparılması, hər zaman gözlənilən terapevtik effekti təmin etmir; – I dərəcəli AV-blokada (atrioventrikulyar); – Prinsmetal stenokardiyası – koronar damarların spazmı halları müşahidə olunmuşdur. Preparatın yüksək dərəcəli beta -selektivliyə malik olmasına baxmayaraq, Prinsmetal1 stenokardiyası qeyd olunan pasiyentlərə bisoprololu təyin etdikdə, stenokardiya tutmalarının meydana çıxmasını tamamilə istisna etmək olmaz; – periferik arterial qan dövranının yüngül və orta dərəcəli pozğunluqları (müalicənin əvvəlində simptomların şiddətlənməsi meydana çıxa bilər). Ümumi anesteziya Ümumi anesteziya aparılan pasiyentlərdə giriş narkozu və intubasiya zamanı və əməliyyatdan sonrakı dövr müddətində beta-adrenergik reseptorların blokadaya alınması, aritmiyaların və miokard işemiyasının inkişaf etmə tezliyinin aşağı düşməsinə səbəb olur. Hazırda, əməliyyat müddətində beta-adrenergik reseptorların dəstəkləyici blokadaya alınmasının davam etdirilməsi tövsiyə olunur. Digər dərman preparatları ilə qarşılıqlı təsir ehtimalını nəzərə alaraq, pasiyentin beta-adrenergik reseptorların blokatorlarından istifadə etməsi barədə həkim-anestezioloqu məlumatlandırmaq lazımdır, çünki, digər preparatlarla qarşılıqlı təsir bradiaritmiyaların inkişaf etməsinə, reflektor taxikardiyanın zəifləməsinə və orqanizmin reflektor olaraq, qan itkisini kompensasiya etmək qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Cərrahi müdaxilədən əvvəl bisoprololun istifadəsi ilə müalicənin dayandırılması tələb olunduğu halda, preparatın istifadəsi tədricən dayandırılmalı və ümumi anesteziyadan 48 saat əvvəl tamamilə sona çatdırılmalıdır. Tənəffüs sistemi Kardioselektiv (β ) beta-blokatorların qeyri-selektiv beta-blokatorlarla müqayisədə, ağciyərlərin1 funksiyalarına daha az təsir göstərə bilməsinə baxmayaraq, bütün digər beta-blokatorlar kimi, onların istifadəsi üçün son dərəcədə zəruri səbəblər olmadığı təqdirdə, tənəffüs yollarının obstruktiv xəstəlikləri qeyd olunan pasiyentlərdə onlardan istifadə edilməməlidir. Qeyd olunan səbəblər mövcud olduqda, bisoprololu ehtiyatla istifadəsi mümkündür. Tənəffüs yollarının obstruktiv xəstəlikləri qeyd olunan pasiyentlərdə bisoprololun istifadəsi ilə müalicəni mümkün olan ən aşağı dozadan başlamaq lazımdır. Bundan əlavə, yeni simptomların (məsələn, təngnəfəslik, fiziki yüklənməyə qarşı dözümsüzlük, öskürək) vaxtında aşkar edilməsi məqsədi ilə pasiyentlərin hərtərəfli monitorinqi aparılmalıdır. Bronxial astma və ya simptomların meydana çıxmasına səbəb ola bilən digər xroniki obstruktiv ağciyər xəstəlikləri qeyd olunduqda, eyni zamanda bronxodilatasiyaedici preparatlar təyin edilməlidir. Astmalı pasiyentlərdə tənəffüs yollarının müqavimətinin yüksəlməsi qeyd oluna bilər və bu səbəbdən, beta -stimulyatorların2 dozalanmasının artırılması tələb oluna bilər. Psoriaz Psoriazdan əziyyət çəkən pasiyentlərə və ya anamnezlərində psoriaz qeyd olunan pasiyentlərə beta-blokatorları (məsələn, bisoprololu) yalnız, fayda və risk nisbəti hərtərəfli qiymətləndirildikdən sonra, təyin etmək olar. Feoxromositoma Böyrəküstü vəzilərin şişi (feoxromositoma) olan pasiyentlərə Konkor Kor preparatını yalnız, alfa-adrenoblokatorların istifadəsi fonunda təyin etmək mümkündür. Hipertireoz Konkor Kor preparatı ilə müalicə zamanı qalxanabənzər vəzinin hiperfunksiyasının (hipertireozun) simptomları maskalana bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatlarının eyni zamanda istifadəsi, bisoprololun effektivliyinə və tolerantlığına təsir göstərə bilər. Qeyd olunan qarşılıqlı təsir iki dərman preparatının qısa müddət ərzində istifadəsi zamanı meydana çıxa bilər. Digər dərman preparatlarının istifadəsi barədə, hətta onlar həkim tərəfindən təyin edilmədiyi halda belə (yəni, aptekdən reseptsiz buraxılan preparatlar), həkimi məlumatlandırmaq lazımdır. Tövsiyə olunmayan kombinasiyalar Bisoprololla eyni zamanda istifadə edildikdə, ləng kalsium kanallarının blokatorları (LKKB), məsələn, verapamil və nisbətən az dərəcədə diltiazem miokardın yığılma qabiliyyətinin zəifləməsinə və AV-keçiriciliyin pozulmasına gətirib çıxara bilər. Xüsusilə, beta- adrenoblokatorlardan istifadə edən pasiyentlərə vena daxilinə verapamilin yeridilməsi, şiddətli arterial hipotenziyanın və AV-blokadanın meydana çıxmasına səbəb ola bilər. Bisoprololla eyni zamanda istifadə edildikdə, I sinif aritmiyaəleyhinə preparatlar (məsələn, xinidin, dizopiramid, lidokain, fenitoin; flekainid, propafenon) ürəyin AV-keçiriciliyini və yığılma qabiliyyətini zəiflədə bilər. Mərkəzi təsirli hipotenziv preparatlar (məsələn, klonidin, metildofa, moksonidin, rilmenidin) ÜYT-nin azalmasına və ürək atımının aşağı düşməsinə və eləcədə, mərkəzi simpatik tonusun aşağı düşməsi nəticəsində vazodilatasiyaya gətirib çıxara bilər. Preparatın isitfadəsinin, xüsusilə, beta-adrenoblokatorların istifadəsi dayandırıldıqdan əvvəl qəflətən dayandırılması, “rikoşet” arterial hipertenziyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Xüsusi ehtiyat tədbirlərinin aparılmasını tələb edən kombinasiyalar Bisoprololla eyni zamanda istifadə edildikdə, dihidropiridin törəmələri olan LKKB (məsələn, felodipin və amlodipin) arterial hipotenziyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. XÜÇ-dən əziyyət çəkən pasiyentlərdə gələcəkdə ürəyin yığılma fəaliyyətinin pisləşməsi riskini istisna etmək olmaz. III sinif aritmiyaəleyhinə preparatlar (məsələn, amiodaron) AV-keçiriciliyin pozulmasının güclənməsinə səbəb ola bilər. Yerli istifadə üçün beta-adrenoblokatorların (məsələn, qlaukomanın müalicəsi üçün istifadə olunan göz damcıları) təsiri nəticəsində bisoprololun sistem effektləri (AT-in (arterial təzyiqin) aşağı düşməsi, ÜYT-nin azalması) güclənə bilər. Bisoprololla eyni zamanda istifadə edildikdə, parasimpatomimetiklər AV-keçiriciliyin pozulmasının güclənməsinə və bradikardiyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. İnsulinin və daxilə qəbul etmək üçün hipoqlikemik preparatların hipoqlikemik təsiri güclənə bilər. Hipoqlikemiya əlamətləri, xüsusilə, taxikardiya maskalana bilər və ya tormozlana bilər. Anesteziyaedici preparatlar reflektor taxikardiyanın zəifləməsinə və arterial hipotenziya riskinin yüksəlməsinə səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Bisoprololla eyni zamanda istifadə edildikdə, ürək qlikozidləri impulsun keçirilməsi müddətini uzadırlar və beləliklə, bradikardiyanın inkişaf etməsinə gətirib çıxara bilərlər. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) bisoprololun hipotenziv effektinin aşağı düşməsinə səbəb ola bilər. Konkor Kor preparatının beta-adrenomimetiklərlə (məsələn, izoprenalinlə, dobutaminlə) eyni zamanda istifadəsi, hər iki preparatın effektlərinin zəifləməsinə gətirib çıxara bilər. Bisoprololun və beta- və alfa-adrenoreseptorlara təsir göstərən adrenomimetiklərin (məsələn, norepinefrinlə, epinefrinlə) eyni zamanda istifadəsi, həmin preparatların alfa-adrenoreseptorların iştirakı ilə meydana çıxan vazokonstriktor effektlərini gücləndirə bilər və AT-in yüksəlməsinə gətirib çıxara bilər. Qeyri-selektiv beta-adrenoblokatorların istifadəsi zamanı oxşar qarşılıqlı təsirlərin meydana çıxması ehtimalı daha yüksəkdir. Antihipertenziv effektləri ehtimal edilən digər preparatlar (məsələn, trisiklik antidepressantlar, barbituratlar, fenotiazinlər) kimi, antihipertenziv preparatlar da bisoprololun hipotenziv effektini gücləndirə bilər. Xüsusi diqqət tələb edən kombinasiyalar Bisoprololla eyni zamanda istifadə edildikdə, mefloxin bradikardiyanın inkişaf etmə riskini yüksəldir. MAO (monoaminooksidaza) fermentinin inhibitorları (MAO-B fermentinin inhibitorları istisna olmaqla) beta-adrenoblokatorların hipotenziv effektini gücləndirə bilər. Bundan əlavə, preparatların eyni zamanda istifadəsi hipertonik krizin inkişaf etməsinə gətirib çıxara bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Bisoprololun farmakoloji təsiri hamiləliyə və/və ya dölə/yenidoğulmuşa neqativ təsir göstərə bilər. Bir qayda olaraq, beta-adrenergik reseptorların blokatorları plasentar qan dövranını azaldır ki, bu da, inkişafın ləngiməsi, bətndaxili ölüm, uşaqsalma və ya vaxtından əvvəl doğuşa səbəb ola bilər. Arzuolunmayan effektlər (məsələn, hipoqlikemiya və bradikardiya) döldə və yenidoğulmuşda yarana bilər. Beta-adrenergik reseptorların blokatorları ilə müalicə vacib olduqda, beta -adrenoreseptorların selektiv blokatorlarının istifadəsinə üstünlük verilir.1 Hamiləlik dövründə bisoprololdan istifadə etmək olmaz, buna ehtiyac olduğu hallar istisna olmaqla. Bisoprololla müalicə vacib edildiyi halda bətndaxili-plasentar qan dövranına və dölün böyüməsinə nəzarət etmək lazımdır. Hamiləliyə və ya dölə neqativ təsir etdikdə, alternativ terapevtik tədbirləri nəzərdən keçirmək lazımdır. Doğuşdan sonra yenidoğulmuşu ciddi müayinə etmək lazımdır. Həyatının ilk üç günü bradikardiya və hipoqlikemiya simptomları yarana bilər. Laktasiya Bisoprololun ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Bu səbəbə görə qadınlara laktasiya dövründə Konkor Kor preparatının qəbulu məsləhət görülmür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ÜİX olan pasiyentlərdə tədqiqatlar zamanı Konkor Kor preparatının avtonəqliyyat idarə etmək qabiliyyətinə təsiri aşkar edilməyib. Lakin fərdi reaksiyaların nəticəsində nəqliyyat idarə etmək və ya texniki mürəkkəb mexanizmlərlə işləmək qabiliyyəti pozula bilər. Buna müalicənin əvvəlində eləcə də, alkoqolla eyni vaxtda istifadəsi zamanı xüsusi diqqət yetirmək lazımdır.
İstifadə qaydası və dozası
Konkor Kor preparatının tabletlərini sutkada 1 dəfə səhər yeməyindən əvvəl, səhər yeməyi zamanı və ya səhər yeməyindən sonra az miqdar maye ilə birlikdə daxilə qəbul etmək lazımdır. Tabletləri çeynəmək və ya xırdayalaraq, toz halına salmaq olmaz. Həkimin xroniki ürək çatışmazlığının müalicəsi təcrübəsinə malik olması tövsiyə olunur. Dozalanma rejimi XÜÇ-nin standart müalicə sxemi angiotenzinçevirən ferment (AÇF) inhibitorlarının və ya angiotenzin II reseptorlarının antaqonistlərinin (AÇF inhibitorlarının dözümsüzlüyü qeyd olunduğu halda), beta-adrenoblokatorların, diuretiklərin və fakultativ olaraq, ürək qlikozidlərinin istifadəsini əhatə edir. Bisoprolol ilə müalicənin başlanması üçün stabil xroniki ürək çatışmazlığının qabaqlayıcı kəskinləşmə əlamətlərinin qeyd olunmaması və pasiyentin vəziyyətinin stabil olması mühüm amildir. Konkor Kor preparatı ilə xroniki ürək çatışmazlığının müalicəsini aşağıda göstərilən titrləmə sxeminə müvafiq başlamaq lazımdır. Bu zaman, pasiyentin təyin olunan dozanı nə dərəcədə yaxşı keçirməsindən asılı olaraq, fərdi adaptasiya tələb oluna bilər; bu isə o deməkdir ki, dozanı yalnız, əvvəlki doza pasiyent tərəfindən yaxşı keçirildiyi halda, artırmaq mümkündür. 1-ci həftə 1,25 mq Bisoprolol fumarat (1/2 tablet Konkor Kor 2,5 mq), hər gün gündə 1 dəfə 2-ci həftə 2,5 mq Bisoprolol fumarat (1 tablet Konkor Kor 2,5 mq), hər gün gündə 1 dəfə 3-cü həftə 3,75 mq Bisoprolol fumarat (1,5 tablet Konkor Kor 2,5 mq), hər gün gündə 1 dəfə 4-7-ci həftə 5 mq Bisoprolol fumarat, hər gün gündə 1 dəfə* 8-11-ci həftə 7,5 mq Bisoprolol fumarat, hər gün gündə 1 dəfə* 12-ci həftə və daha sonra 10 mq Bisoprolol fumarat, hər gün gündə 1 dəfə*, dəstəkləyici müalicə şəklində * Konkor Kor 2,5 mq preparatı – stabil xroniki ürək çatışmazlığının başlanğıc müalicəsi üçün uyğundur. Bisoprolol fumaratın maksimal tövsiyə olunan dozası gündə 1 dəfə 10 mq təşkil edir. Dozanın titrlənməsi mərhələsi müddətində və ondan sonra, ürək çatışmazlığının müvəqqəti pisləşməsi, hipotenziya və ya bradikardiya müşahidə oluna bilər. Bu səbəbdən, həyat fəaliyyəti göstəricilərinin (qan təzyiqi, ÜYT) və proqressivləşən ürək çatışmazlığı simptomlarının hərtərəfli müşahidəsinin aparılması tələb olunur. Simptomlar, müalicənin başlanmasının artıq ilk günü meydana çıxa bilər. Müalicənin modifikasiyası XÜÇ-ün gedişinin müvəqqəti pisləşməsi, arterial hipotenziya və ya bradikardiya meydana çıxdığı halda, eyni zamanda istifadə edilən müalicə preparatlarının dozalarının korreksiyasını aparmaq tövsiyə olunur. Bundan əlavə, Konkor Kor preparatının dozasının müvəqqəti aşağı salınması və ya preparatın istifadəsinin dayandırılması tələb oluna bilər. Pasiyentin vəziyyəti stabilləşdikdən sonra, dozanın təkrar titrlənməsini aparmaq və ya müalicəni davam etdirmək lazımdır. Müalicəni qəflətən dayandırmaq və tövsiyə olunan dozanı dəyişdirmək tövsiyə olunmur, çünki bu, ürəyin vəziyyətinin müvəqqəti pisləşməsinə gətirib çıxara bilər. Müalicənin dayandırılması tələb olunduğu halda, dozanı tədricən aşağı salmaq lazımdır. Konkor Kor preparatının istifadəsi ilə müalicə – uzunmüddətli terapiyadır. Xüsusi pasiyent qrupları Böyrək və ya qaraciyər funksiyalarının pozulması Qaraciyər və ya böyrək çatışmazlığı ilə müşayiət olunan xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə bisoprololun farmakokinetikası barədə heç bir məlumat yoxdur. Bu səbəbdən, qeyd olunan pasiyent qruplarında dozanın titrlənməsini ehtiyatla həyata keçirmək lazımdır. Yaşlı pasiyentlər Preparatın dozasının korreksiyası tələb olunmur.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); Ürək-damar sistemində baş verən pozuntular Çox tez-tez: bradikardiya. Tez-tez: XÜÇ gedişi simptomlarının dərinləşməsi, ətraflarda keyləşmə və soyuq hissi, AT-nin ifadəolunmuş enməsi, ortostatik hipotenziya. Bəzən: AV keçiriciliyin pozulması. Mərkəzi sinir sistemində baş verən pozuntular Tez-tez: başgicəllənmə, başağrı. Nadir hallarda: huşun itməsi. Psixi pozuntular Bəzən: depressiya, yuxunun pozulması. Nadir hallarda: halüsinasiya, qorxulu yuxular. Görmə orqanında baş verən pozuntular Nadir hallarda: gözsulanmanın azalması (kontakt linzalardan istifadə zamanı nəzərə almaq lazımdır). Çox nadir hallarda: konyunktivit. Eşitmə orqanında baş verən pozuntular Nadir hallarda: eşitmənin pozulması. Tənəffüs sistemində baş verən pozuntular Bəzən: anamnezində bronxial astma və ya tənəffüs yollarının obstruksiyası olan pasiyentlrdə bronxospazm. Nadir hallarda: allergik rinit. Həzm sistemində baş verən pozuntular Tez-tez: ürəkbulanma, qusma, diareya, qəbizlik. Nadir hallarda: hepatit. Sümük-əzəl sistemində baş verən pozuntular Bəzən: əzələ zəifliyi, əzələ qıcolması. Dəri örtüyündə baş verən pozuntular Nadir hallarda: dəri qaşınması, səpgi, dəri örtüyünün hiperemiyası və angionevrotik ödem kimi yüksək həssaslıq reaksiyaları. Çox nadir hallarda: alopesiya. Beta-adrenoblokatorlar psoriazın gedişatının simptomlarının kəskinləşməsinə və ya psoriazabənzər səpginin yaranmasına səbəb ola bilər. Reproduktiv sistemdə və süd vəzilərində baş verən pozuntular Nadir hallarda: erektil disfunksiya. Ümumi pozuntular Tez-tez: asteniya, yüksək yorğunluq. Laborator göstəricilər Nadir hallarda: triqliseridlərin konsentrasiyasının və qanda “qaraciyər” transaminazalarının (aspartataminotransferaza (AST), alaninaminotransferaza (ALT)) aktivliyinin yüksəlməsi.
Doza həddinin aşılması
Simptomları Doza həddinin aşılması baş verdiyi halda (məsələn, preparatı sutkalıq 7,5 mq əvəzinə 15 mq dozada istifadə etdikdə) üçüncü dərəcəli atrioventrikulyar blokada, bradikardiya və başgicəllənmə müşahidə olunmuşdur. Beta-blokatorların istifadəsi nəticəsində ən tez-tez meydana çıxan simptomlar əsasən, bradikardiya, hipotenziya, bronxospazm, kəskin ürək çatışmazlığı və hipoqlikemiya olmuşdur. Hazırda, hipertoniyadan və/və ya bradikardiya və/və ya hipotenziya əlamətləri ilə müşayiət olunan ürəyin koronar xəstəliyindən əziyyət çəkən pasiyentlərdə bisoprololun (maksimal doza – 2000 mq) istifadəsi ilə əlaqəli doza həddinin aşılmasının bir neçə hadisəsi məlumdur; doza həddinin aşılması baş verdikdən sonra, pasiyentlərin hamısı sağalmışdır. Bisoprololun birdəfəlik yüksək dozasına qarşı həssaslığın böyük fərdi dəyişkənliyi mövcuddur və ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər, ehtimal ki, çox yüksək həssaslığa malikdirlər. Bu səbəbdən, həmin pasiyentlərin Konkor Kor preparatı ilə müalicəsini, “İstifadə qaydası və dozası” bölməsində təqdim edilmiş sxemə müvafiq olaraq, dozanın tədricən artırılmasından başlamaq mütləqdir. Müalicəsi Doza həddinin aşılması baş verdiyi halda, Konkor Kor preparatı ilə aparılan müalicəni dayandırmaq və dəstəkləyici və simptomatik müalicəyə başlamaq lazımdır. Bisoprololun dializ vasitəsi ilə demək olar ki, xaric olunmaması barədə məhdud məlumatlar mövcuddur. Digər beta- blokatorlara dair ehtimal edilən farmakoloji təsirləri və tövsiyələri əsas götürərək, müvafiq klinik göstərişlər əsasında aşağıda göstərilən ümumi tədbirlərin aparılması nəzərdən keçirilməlidir. Bradikardiya: vena daxilinə atropinin yeridilməsi. Aparılan müalicəyə qarşı kifayət qədər reaksiya əldə edilmədikdə, izoprenalindən və ya müsbət xronotrop xüsusiyyətlərə malik digər preparatdan ehtiyatla istifadə etmək olar. Bəzi hallarda transvenoz kardiostimulyatorun yerləşdirilməsi tələb oluna bilər. Arterial hipotenziya: vena daxilinə məhlullar və damardaraldıcı preparatlar yeridilməlidir. Bundan əlavə, vena daxilinə qlükaqonun yeridilməsi faydalı ola bilər. Atrioventrikulyar blokada (ikinci və ya üçüncü dərəcəli): infuziya şəklində izoprenalin yeridilən və ya transvenoz kardiostimulyator yerləşdirilən pasiyentlərin hərtərəfli monitorinqini və müalicəsini təmin etmək lazımdır. Ürək çatışmazlığının (kəskin) pisləşməsi: vena daxilinə diuretiklərin, inotrop preparatların və damargenişləndirici preparatların yeridilməsi. Bronxospazm: bronxodilatatorların və izoprenalin, beta -simpatomimetiklər və/və ya aminofillin2 kimi preparatların eyni zamanda istifadəsi ilə müalicə. Hipoqlikemiya: vena daxilinə qlükozanın yeridilməsi.
Buraxılış forması
2,5 mq örtüklü tabletlər. 30 və ya 10 tablet, alüminium folqalı və PVX blisterdə. 1 (1×30) və ya 3 (3×10) blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merck Healthcare KGaA, Germany. Frankfurter Strasse 250, 64293 Darmstadt, Germany.
Qeydiyyat vəsiqəsinin sahibi
LLC «Merck», Russia. Dərman vasitəsinin Azərbaycan Respublikası ərazisində keyfiyyəti üzrə istehlakçılardan iradları qəbul edən təşkilat Azərbaycandakı nümayəndəliyi “Asino Farma AQ” (Acino Pharma AG). Bakı ş., Azərbaycan, İzmir k., 1033. HYATT Tower II, 1-ci mərtəbə. Tel.: +994 (12) 504 00 44. e-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.