Konkor 10 mq N50 tablet

Dərman formasıTablet
Farmakoloji təsirSelektiv beta adrenoblokator.1-
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,53 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KONKOR 5 mq; 10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Bisoprolol

Tərkibi

Konkor 5 mq Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq bisoprolol fumarat (2:1) (bisoprolol hemifumarat) vardır. Köməkçi maddələr:susuz kolloidal silisium dioksid, maqnezium stearat, krospovidon, mikrokristallik sellüloza, qarğıdalı nişastası, susuz kalsium hidrofosfat. Örtük: sarı dəmir oksidi (E172), dimetikon 100, makroqol 400, titan dioksid (E171), hipromelloza 2910/15. Konkor 10 mq Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq bisoprolol fumarat (2:1) (bisoprolol hemifumarat) vardır. Köməkçi maddələr:susuz kolloid silisium dioksid, maqnezium stearat, krospovidon, mikrokristallik sellüloza, qarğıdalı nişastası, susuz kalsium hidrofosfat. Örtük: qırmızı dəmir oksidi (E172), sarı dəmir oksidi (E172), dimetikon 100, makroqol 400, titan dioksid (E171), hipromelloza 2910/15.

Təsviri

Konkor 5 mq Açıq sarı rəngli , ürəkşəkilli, hər iki tərəfi qabarıq, hər iki tərəfində bölmə xətti olan örtüklü tabletlərdir. Konkor 10 mq Açıq narıncı rəngli, ürəkşəkilli, hər iki tərəfi qabarıq, hər iki tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Selektiv beta adrenoblokator.1- ATC kodu: C07AB07.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Fərdi simpatomimetik aktivliyi olmayan, membranstabilləşdirici təsirə malik olmayan, yüksək adrenoblokatordur. Preparat, bronxların və damarların saya əzələlərininselektiv təsir göstərən beta1- beta adrenoreseptorlarına qarşı və eləcədə, metabolizmin tənzimlənməsində iştirak edən beta2- 2- adrenoreseptorlara qarşı əhəmiyyət kəsb etməyən oxşarlığa malikdir. Bu səbəbdən, bisoprolol tənəffüs yollarının müqavimətinə və beta -adrenoreseptorların iştirakı ilə gedən metabolik2 proseslərə qismən təsir göstərir. Dərman preparatlarının beta adrenoreseptorlara seçici təsiri terapevtik diapazondan kənarda da1- saxlanılır. Bisoprolol şiddətli mənfi inotrop təsirə malik deyil. Gündə 1 dəfə istifadə edildikdə, preparatın maksimal effektivliyi daxilə qəbul edildikdən 3-4 saat sonra əldə olunur. Preparatın terapevtik effekti, qan plazmasından 10-12 saatlıq yarımxaricolma dövrü hesabına 24 saat müddətində saxlanılır. Bir qayda olaraq, arterial təzyiqin (AT) maksimal aşağı düşməsi, müalicə başladıqdan 2 həftə sonra əldə olunur. Xroniki ürək çatışmazlığı (XÜÇ) əlamətləri qeyd olunmadan ürəyin işemik xəstəliyindən (ÜİX) əziyyət çəkən pasiyentlərdə 1 dəfə istifadə edildikdə, bisoprolol ürək yığılmalarının tezliyini (ÜYT) və ürəyin vurğu həcmini aşağı salır və nəticədə, atım fraksiyasının və miokardın oksigenə olan tələbatının azalmasına səbəb olur. Uzunmüddətli müalicə aparıldıqda, əvvəlcədən yüksək olan ümumi periferik damar müqaviməti (ÜPDM) aşağı düşür. Qan plazmasında renin aktivliyinin azalması, beta-adrenoblokatorların hipotenziv təsirinin komponentlərindən biri kimi qiymətləndirilir. Ürəyin beta adrenoreseptorlarını blokadaya alaraq, bisoprolol simpatoadrenal sisteminin (SAS)1- aktivliyinin aşağı düşməsinə səbəb olur. Bu, ürək döyünməsinin ləngiməsinə və ürəyin yığılma qabiliyyətinin zəifləməsinə səbəb olur və miokardın oksigenə olan tələbatının azalmasına gətirib çıxarır. Miokardın oksigenə olan tələbatının azalması, stenokardiya və ürəyin işemik xəstəliyi olan pasiyentlərin müalicəsində arzuolunan effektdir. Farmakokinetikası Sorulması Bisoprolol mədə-bağırsaq traktından demək olar ki, tamamilə sorulur (90 %-dən artıq). Daxilə qəbul edildikdən sonra, qaraciyərdən “ilk keçid” zamanı əhəmiyyətsiz (təxminən, 10 % səviyyəsində) metabolizmi nəticəsində preparatın biomənimsənilməsi 90 % təşkil edir. Qida qəbulu preparatın biomənimsənilməsinə təsir göstərmir. Paylanması Preparatın paylanma həcmi 3,5 l/kq təşkil edir. Qan plazmasının zülalları ilə birləşməsi təxminən 30 %-ə çatır. Metabolizmi və xaricolması Bisoprolol orqanizmdən iki eyni dərəcədə effektiv yollarla xaric olunur: 50 %-i qaraciyərdə qeyri- aktiv metabolitlərə qədər metabolizmə məruz qalır və daha sonra böyrəklər vasitəsi ilə xaric olunur; digər 50 %-i isə metabolizmə məruz qalmamış şəkildə böyrəklər vasitəsi ilə xaric olunur. Preparatın böyrəklər və qaraciyər vasitəsi ilə bərabər miqdarda xaricolmasını nəzərə alaraq, qaraciyər və ya böyrək funksiyalarının yüngül və orta dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə dozanın korreksiyası adətən, tələb olunmur. Preparatın ümumi klirensi 15 l/saat təşkil edir. Yarımxaricolma dövrü 10-12 saatdır. Bisoprololun kinetikası xəttidir və pasiyentin yaşından asılı deyildir. Xüsusi pasiyent qrupları Preparatın böyrəklər və qaraciyər vasitəsi ilə eyni dərəcədə xaricolmasını nəzərə alaraq, qaraciyər funksiyalarının yüngül və ya orta dərəcəli pozğunluqları və ya yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə dozanın korreksiyası tələb olunmur.

İstifadəsinə göstərişlər

• Arterial hipertenziya. • Ürəyin işemik xəstəliyi: stabil stenokardiya. • Хroniki ürək çatışmazlığı.

Əks göstərişlər

• Bisoprolola və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Kəskin ürək çatışmazlığı, inotrop müalicənin aparılmasını tələb edən dekompensasiya mərhələsində olan xroniki ürək çatışmazlığı. • Kardiogen şok. • Elektrokardiostimulyator olmadan II və III dərəcəli atrioventrikulyar blokada (AV). • Sinus düyününün zəifliyi sindromu. • Sinoatrial blokada. • Simptomatik bradikardiya. • Simptomatik arterial hipotenziya. • Ağır bronxial astma. • Arterial qan dövranının periferik okklyuzion zədələnməsinin ağır forması və ya Reyno sindromu. • Müalicə olunmayan feoxromositoma. • Metabolik asidoz. • 18 yaşa qədər şəxslər (bu yaş qrupunda effektivlik və təhlükəsizliyinə dair kifayət qədər məlumat yoxdur).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

dərman preparatı ilə müalicəni, xüsusilə, ÜİX-dən əziyyətHəkim məsləhəti olmadan, Konkor çəkən pasiyentlərdə qəflətən dayandırmaq və preparatın tövsiyyə olunan dozasını dəyişmək olmaz, çünki bu, ürək fəaliyyətinin müvəqqəti pisləşməsinə gətirib çıxara bilər. Arterial hipertenziya və ya ürəyin işemik xəstəliyi Hipertoniya və ya stenokardiya və eləcədə, yanaşı ürək çatışmazlığı qeyd olunan pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir. XÜÇ olan pasiyentlərin müalicəsini, titrləmə sxeminə müvafiq başlamaq lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). Konkor preparatı ilə aparılan müalicənin başlanğıc mərhələlərində pasiyentlər daimi müşahidə altında olmalıdırlar. Hazırda, aşağıda göstərilən xəstəliklər və patoloji vəziyyətlər qeyd olunan pasiyentlərdə xroniki ürək çatışmazlığının müalicə təcrübəsi yoxdur: – insulindən asılı şəkərli diabet (I tip diabet); – şiddətli böyrək çatışmazlığı; – şiddətli qaraciyər çatışmazlığı; – restruktiv kardiomiopatiya; – anadangəlmə ürək qüsurları; – ürək qapaqlarının qazanılmış hemodinamik cəhətdən əhəmiyyətli qüsurları; – son 3 ay müddətində keçirilmiş miokard infarktı. Aşağıda göstərilən hallarda preparatı ehtiyyatla istifadə etmək lazımdır: – qanda qlükoza konsentrasiyalarının əhəmiyyətli dəyişkənliyi qeyd olunan şəkərli diabet – qlükoza konsentrasiyasının şiddətli aşağı düşməsinin (hipoqlikemiya) simptomları, məsələn, taxikardiya, ürək çırpınması və ya tər ifrazının yüksəlməsi maskalana bilər; – ciddi pəhriz; – uzun müddət ərzində davam edən desensibilizasiyaedici müalicə. Digər beta-blokatorlar kimi, bisoprolol da allergenlərə qarşı həssaslığın yüksəlməsinə və anafilaktik reaksiyaların ağırlıq dərəcəsinin artmasına səbəb ola bilər. Epinefrinin istifadəsi ilə müalicənin aparılması, hər zaman gözlənilən terapevtik effekti təmin etmir; – I dərəcəli AV-blokada (atrioventrikulyar); – Prinsmetal stenokardiyası – koronar damarların spazmı halları müşahidə olunmuşdur. Preparatın selektivliyə malik olmasına baxmayaraq, Prinsmetal stenokardiyası qeydyüksək dərəcəli beta1- olunan pasiyentlərə bisoprololu təyin etdikdə, stenokardiya tutmalarının meydana çıxmasını tamamilə istisna etmək olmaz; – periferik arterial qan dövranının yüngül və orta dərəcəli pozğunluqları (müalicənin əvvəlində simptomların şiddətlənməsi meydana çıxa bilər). Tənəffüs sistemi ) beta-blokatorların qeyri-selektiv beta-blokatorlarla müqayisədə, ağciyərlərinKardioselektiv (β1 funksiyalarına daha az təsir göstərməsinə baxmayaraq, bütün digər beta-blokatorlar kimi, onların istifadəsi üçün son dərəcədə zəruri səbəblər olmadığı təqdirdə, tənəffüs yollarının obstruktiv xəstəlikləri qeyd olunan pasiyentlərdə onlardan istifadə edilməməlidir. Qeyd olunan səbəblər mövcud olduqda, Konkor preparatını ehtiyatla istifadə etmək olar. Bronxial astma və ya simptomlarla müşayiət olunan digər xroniki obstruktiv disfunksiyalar qeyd olunduqda, eyni zamanda bronxolitik müalicənin aparılması göstərişdir. Astmalı pasiyentlərdə nadir hallarda tənəffüs yollarının müqaviməti yüksələ bilər və bu zaman, β simpatomimetiklərin dozalarının2- artırılması tələb olunur. Ümumi anesteziya Ümumi anesteziya aparılan pasiyentlərdə giriş narkozu və intubasiya zamanı və əməliyyatdan sonra beta-blokatorların istifadəsi, aritmiyanın və miokard infarktının meydana çıxma riskinin aşağı düşməsinə səbəb olur. Hazırda, əməliyyat müddətində beta-blokatorların istifadəsinin davam etdirilməsi tövsiyyə olunur. Pasiyentin beta-blokatorlardan istifadə etməsi barədə həkim- anestezioloqu məlumatlandırmaq lazımdır, çünki, digər dərman preparatları ilə qarşılıqlı təsir ehtimalı mövcuddur ki, bu da bradiaritmiyaya, reflektor taxikardiyanın zəifləməsinə və eləcədə, qanaxmanın dayanmasına səbəb olan reflektor qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Əməliyyatdan əvvəl beta-blokatorların istifadəsi ilə müalicənin dayandırılması tələb olunduğu halda, preparatın istifadəsi tədricən dayandırılmalı və anesteziyadan təxminən 48 saat əvvəl tamamilə sona çatdırılmalıdır. Psoriaz Anamnezlərində psoriaz qeyd olunan pasiyentlərə beta blokatorları (məsələn, bisoprololu) yalnız, fayda/risk nisbəti hərtərəfli qiymətləndirildikdən sonra, təyin etmək olar. Feoxromositoma Böyrəküstü vəzilərin şişi (feoxromositoma) olan pasiyentlərə Konkor preparatını yalnız, alfa- adrenoblokatorların istifadəsi fonunda təyin etmək mümkündür. Tireotoksikoz Konkor preparatı ilə müalicə zamanı qalxanabənzər vəzinin hiperfunksiyasının (tireotoksikozun) simptomları maskalana bilər. dərman preparatının istifadəsi, dopinq-nəzarət zamanı müsbət nəticələrin əldə edilməsinəKonkor səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman preparatlarının eyni zamanda istifadəsi, bisoprololun effektivliyinə və biomənimsənilməsinə təsir göstərə bilər. Qeyd olunan qarşılıqlı təsir iki dərman preparatının qısa müddət ərzində istifadəsi zamanı meydana çıxa bilər. Digər dərman preparatlarının istifadəsi barədə, hətta onlar həkim tərəfindən təyin edilmədiyi halda belə (yəni, aptekdən reseptsiz buraxılan preparatlar), həkimi məlumatlandırmaq lazımdır. Tövsiyyə olunmayan kombinasiyalar Xroniki ürək çatışmazlığının müalicəsi Bisoprololla eyni zamanda istifadə edildikdə, I sinif aritmiyaəleyhinə preparatlar (məsələn, xinidin, dizopiramid, lidokain, fenitoin; flekainid, propafenon) ürəyin AV-keçiriciliyini və yığılma qabiliyyətini zəiflədə bilər. preparatının bütün göstərişlərə görə istifadəsiKonkor Bisoprololla eyni zamanda istifadə edildikdə, ləng kalsium kanallarının blokatorları (LKKB), məsələn, verapamil və nisbətən az dərəcədə diltiazem miokardın yığılma qabiliyyətinin zəifləməsinə və AV-keçiriciliyin pozulmasına gətirib çıxara bilər. Xüsusilə, beta- adrenoblokatorlardan istifadə edən pasiyentlərə vena daxilinə verapamilin yeridilməsi, şiddətli arterial hipotenziyanın və AV-blokadanın meydana çıxmasına səbəb ola bilər. Mərkəzi təsirli hipotenziv preparatlar (məsələn, klonidin, metildofa, moksonidin, rezerpin) ÜYT- nin seyrəlməsinə və ürək atımının aşağı düşməsinə və eləcədə, mərkəzi simpatik tonusun aşağı düşməsi nəticəsində vazodilatasiyaya gətirib çıxara bilər. Dərman preparatının isitfadəsinin, xüsusilə, beta-adrenoblokatorların istifadəsi dayandırıldıqdan əvvəl qəflətən dayandırılması, “rikoşet” arterial hipertenziyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Xüsusi ehtiyyat tədbirlərinin aparılmasını tələb edən kombinasiyalar Arterial hipertenziyanın və stenokardiyanın müalicəsi Bisoprololla eyni zamanda istifadə edildikdə, I sinif aritmiyaəleyhinə preparatlar (məsələn, xinidin, dizopiramid, lidokain, fenitoin; flekainid, propafenon) ürəyin AV-keçiriciliyini və yığılma qabiliyyətini zəiflədə bilər. Konkor preparatının bütün göstərişlərə görə istifadəsi Bisoprololla eyni zamanda istifadə edildikdə, LKKB (məsələn, nifedipin, felodipin və amlodipin) arterial hipotenziyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. XÜÇ-dən əziyyət çəkən pasiyentlərdə gələcəkdə ürəyin yığılma qabiliyyətinin pisləşməsi riskini istisna etmək olmaz. III sinif aritmiyaəleyhinə preparatlar (məsələn, amiodaron) AV-keçiriciliyin pozulmasının güclənməsinə səbəb ola bilər. Bisoprololla eyni zamanda istifadə edildikdə, parasimpatomimetiklər AV-keçiriciliyin pozulmasının güclənməsinə və bradikardiyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Yerli istifadə üçün beta-adrenoblokatorların (məsələn, qlaukomanın müalicəsi üçün istifadə olunan göz damcıları) təsiri nəticəsində bisoprololun sistem effektləri güclənə bilər. İnsulinin və daxilə qəbul etmək üçün hipoqlikemik preparatların hipoqlikemik təsiri güclənə bilər. Hipoqlikemiya əlamətləri, xüsusilə, taxikardiya maskalana bilər və ya tormozlana bilər. Anesteziyaedici preparatlar reflektor taxikardiyanın zəifləməsinə və arterial hipotenziya riskinin yüksəlməsinə səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Bisoprololla eyni zamanda istifadə edildikdə, ürək qlikozidləri impulsun keçirilməsi müddətini uzadırlar və beləliklə, bradikardiyanın inkişaf etməsinə gətirib çıxara bilərlər. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) bisoprololun hipotenziv effektinin aşağı düşməsinə səbəb ola bilər. Konkor preparatının beta-adrenomimetiklərlə (məsələn, orsiprenalinlə, dobutaminlə) eyni zamanda istifadəsi, hər iki preparatın effektlərinin zəifləməsinə gətirib çıxara bilər. Allergik reaksiyaların müalicəsi üçün adrenalinin daha yüksək dozalarının istifadəsi tələb oluna bilər. α- və β-reseptorları aktivləşdirən simpatomimetiklər (məsələn, adrenalin, noradrenalin) – qan təzyiqinin yüksəlməsi və növbələnən axsaqlığın kəskinləşməsi müşahidə oluna bilər. Qeyri-selektiv beta-adrenoblokatorların istifadəsi zamanı oxşar qarşılıqlı təsirlərin meydana çıxması daha çox ehtimal edilir. Antihipertenziv effektləri ehtimal edilən digər preparatlar (məsələn, trisiklik antidepressantlar, barbituratlar, fenotiazinlər) kimi, antihipertenziv preparatlar da bisoprololun hipotenziv effektini gücləndirə bilər. Xüsusi diqqət tələb edən kombinasiyalar Bisoprololla eyni zamanda istifadə edildikdə, mefloxin bradikardiyanın inkişaf etmə riskini yüksəldir. MAO (monoaminooksidaza) fermentinin inhibitorları (MAO-B fermentinin inhibitorları istisna olmaqla) beta-adrenoblokatorların hipotenziv effektini gücləndirə bilər. Preparatların eyni zamanda istifadəsi hipertonik krizin inkişaf etməsinə gətirib çıxara bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Bisoprololun farmakoloji təsiri hamiləliyə və/və ya dölə/yenidoğulmuşa neqativ təsir göstərə bilər. Bir qayda olaraq, beta-adrenergik reseptorların blokatorları plasentar qan dövranını azaldır ki, bu da, inkişafın ləngiməsi, bətndaxili ölüm, uşaqsalma və ya vaxtından əvvəl doğuşa səbəb ola bilər. Arzuolunmayan effektlər (məsələn, hipoqlikemiya və bradikardiya)döldə və yenidoğulmuşda yarana bilər. Beta-adrenergik reseptorların blokatorları ilə müalicə vacib olduqda, beta1- adrenoreseptorların selektiv blokatorlarının istifadəsinə üstünlük verilir. Hamiləlik dövründə Konkor preparatını, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda döldə və/və ya uşaqda əlavə effektlərin inkişafı riskindən üstün olsun. Bir qayda olaraq, beta-adrenoblokatorlar plasentada qan dövranını azaldır və dölün inkişafına təsir edə bilər. Plasentada və uşaqlıqda qan dövranını izləmək lazımdır, eləcə də, gələcək körpənin böyüməsini və inkişafıni müşahidə etmək və hamiləlik dövründə və/və ya döldə arzuolunmayan hallar baş verdikdə, alternativ terapevtik tədbirlər seçmək lazımdır. Doğuşdan sonra yenidoğulmuşu ciddi müayinə etmək lazımdır. Həyatının ilk üç günü bradikardiya və hipoqlikemiya simptomları yarana bilər. Laktasiya Bisoprololun ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Bu səbəbə görə qadınlara laktasiya dövründə Konkor preparatının qəbulu məsləhət görülmür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ÜİX olan pasiyentlərdə tədqiqatlar zamanı Konkor preparatının avtonəqliyyat idarə etmək qabiliyyətinə təsiri aşkar edilməyib. Lakin fərdi reaksiyaların nəticəsində nəqliyyat idarə etmək və ya texniki mürəkkəb mexanizmlərlə işləmək qabiliyyəti pozula bilər. Buna müalicənin əvvəlində eləcə də, alkoqolla eyni vaxtda istifadəsi zamanı xüsusi diqqət yetirmək lazımdır.

İstifadə qaydası və dozası

Konkor preparatının tabletlərini sutkada 1 dəfə səhər yeməyindən əvvəl, səhər yeməyi zamanı və ya səhər yeməyindən sonra az miqdar maye ilə daxilə qəbul etmək lazımdır. Tabletləri çeynəmək və ya xırdayalaraq, toz halına salmaq olmaz. Dozalanma rejimi Müalicəni preparatın aşağı dozasının istifadəsindən başlamaq və tədricən artırmaq lazımdır. Bütün hallarda preparatın dozalanma rejimini və dozasını həkim hər bir pasiyent üçün fərdi qaydada, əsasən, ÜYT-in və pasiyentin vəziyyətini nəzərə alaraq, təyin etməlidir. Arterial hipertenziya Konkor preparatının başlanğıc dozası adətən, gündə 1 dəfə 5 mq təşkil edir. Hipertoniyanın yüngül formalarında (diastolik arterial təzyiqin 105 mm.c. s-dən aşağı olması) preparatın gündə 1 dəfə 2,5 mq dozasının istifadəsi yetərli ola bilər. Zərurət yarandıqda, dozanı gündə 1 dəfə 10 mq-a qədər artırmaq olar. Dozalanmanın növbəti artırılması yalnız müstəsna hallarda əsaslandırıla bilər. Preparatın tövsiyyə olunan maksimal dozası gündə 1 dəfə 20 mq təşkil edir. Ürəyin işemik xəstəliyi (stenokardiya) Preparatın tövsiyyə olunan dozası gündə 1 dəfə 5 mq təşkil edir. Zərurət yarandıqda, doza gündə 1 dəfə 10 mq-a qədər artırıla bilər. Dozalanmanın növbəti artırılması yalnız müstəsna hallarda əsaslandırıla bilər. Preparatın tövsiyyə olunan maksimal dozası sutkada 1 dəfə 20 mq təşkil edir. Xroniki ürək çatışmazlığı XÜÇ-nin standart müalicə sxemi angiotenzinçevirən ferment (AÇF) inhibitorlarının və ya angiotenzin II reseptorlarının antaqonistlərinin (AÇF inhibitorlarının dözümsüzlüyü qeyd olunduğu halda), beta-adrenoblokatorların, diuretiklərin və fakultativ olaraq, ürək qlikozidlərinin istifadəsini əhatə edir. Konkor preparatı ilə müalicənin əvvəlində stabil xroniki ürək çatışmazlığının qabaqlayıcı kəskinləşmə əlamətlərinin qeyd olunmaması mühüm amildir. Konkor preparatı ilə müalicəni aşağıda göstərilən titrləmə sxeminə müvafiq başlamaq lazımdır. Bu zaman, pasiyentin təyin olunan dozanı keçirməsindən asılı olaraq, fərdi adaptasiya tələb oluna bilər; bu isə o deməkdir ki, dozanı yalnız, əvvəlki doza pasiyent tərəfindən yaxşı keçirildiyi halda, artırmaq mümkündür. Müalicənin başlanğıc mərhələlərində titrləmə prosesini təmin etmək üçün tablet dərman forması şəklində bisoprololun 2,5 mq dozasının istifadəsi tövsiyyə olunur. Preparatın tövsiyyə olunan başlanğıc dozası gündə 1 dəfə 1,25 mq təşkil edir. Fərdi tolerantlıqdan asılı olaraq, dozanı gündə 1 dəfə 2,5 mq-a, 3,75 mq-a, 5 mq-a, 7,5 mq-a və 10 mq-a qədər tədricən artırmaq olar. Dozanın hər bir növbəti artırılması, ən azı 2 həftədən bir həyata keçirilməlidir. Dozanın artırılması pasiyent tərəfindən pis keçirildiyi halda, dozanı aşağı salmaq lazımdır. preparatının maksimal tövsiyyə olunan dozası gündə 1 dəfə 10XÜÇ-in müalicəsi zamanı Konkor mq təşkil edir. Dozanın titrlənməsi aparıldıqda, AT-ə, ÜYT-nə və XÜÇ simptomlarının ağırlıq dərəcəsinə müntəzəm nəzarət etmək tövsiyyə olunur. XÜÇ simptomlarının dərinləşməsi, preparatın istifadəsinin artıq ilk günlərindən müşahidə oluna bilər. Pasiyent tərəfindən maksimal tövsiyyə olunan doza pis keçirildiyi halda, dozanı tədricən aşağı salmaq lazımdır. Titrləmə mərhələsi müddətində və ondan sonra müvəqqəti olaraq, XÜÇ-ün gedişinin pisləşməsi, arterial hipotenziya və ya bradikardiya meydana çıxa bilər. Belə hallarda ilk olaraq, eyni zamanda aparılan müalicə preparatlarının dozalarının korreksiyasını aparmaq tövsiyyə olunur. Bundan əlavə, Konkor preparatının dozasının müvəqqəti aşağı salınması və ya preparatın istifadəsinin dayandırılması tələb oluna bilər. Pasiyentin vəziyyəti stabilləşdikdən sonra, dozanın təkrar titrlənməsini aparmaq və ya müalicəni davam etdirmək lazımdır. Müalicənin davam etmə müddəti Müalicənin davametmə müddəti məhdudlaşdırılmamışdır. Müalicənin davametmə müddəti xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən asılıdır. Müalicəni, xüsusilə, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə qəflətən dayandırmaq və ya tövsiyyə olunan dozanı dəyişdirmək tövsiyyə olunmur, çünki bu, pasiyentin sağlamlıq vəziyyətinin müvəqqəti pisləşməsinə gətirib çıxara bilər. Müalicənin dayandırılması tələb olunduğu halda, dozanı tədricən aşağı salmaq (məsələn, bir həftə intervalı ilə dozanı iki dəfə azaltmaq) lazımdır. Xüsusi pasiyent qrupları Qaraciyər və böyrək funksiyalarının pozulması Qaraciyər və ya böyrək funksiyalarının yüngül və ya orta dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə arterial hipertenziyanın və ya ürəyin işemik xəstəliyinin (ÜİX) müalicəsi aparıldıqda, preparatın dozasının korreksiyası adətən, tələb olunmur. Böyrək funksiyalarının ağır pozğunluqları (KK (kreatinin klirensi) 20 ml/dəqiqədən aşağı) və ağır qaraciyər xəstəlikləri qeyd olunan pasiyentlərdə preparatın maksimal sutkalıq dozası 10 mq təşkil edir. Dializ proseduraları qəbul edən pasiyentlərdə bisoprololun yalnız məhdud istifadə təcrübəsi mövcuddur. Dozalanma rejiminin dəyişdirilməsinin zəruriliyini göstərən heç bir məlumat yoxdur. Qaraciyər və ya böyrək funksiyalarının pozğunluqları ilə müşayiət olunan XÜÇ-dən əziyyət çəkən pasiyentlərdə bisoprololun farmakokinetikasının dəyişməsi barədə məlumat yoxdur. Bu səbəbdən, qeyd olunan pasiyent qruplarında dozanın artırılmasını xüsusi ehtiyatla həyata keçirmək lazımdır. Yaşlı pasiyentlər Preparatın dozasının korreksiyası tələb olunmur.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Ürək-damar sistemində baş verən pozuntular Çox tez-tez: bradikardiya (XÜÇ olan pasiyentlərdə). Tez-tez: ətraflarda keyləşmə və soyuq hissi, XÜÇ gedişi simptomlarının dərinləşməsi (XÜÇ olan pasiyentlərdə), ortostatik hipotenziya (xüsusilə ürək çatışmazlığı olan pasiyentlərdə). Bəzən: bradikardiya (AT və ÜİX olan pasiyentlərdə), AV keçiriciliyin pozulması, XÜÇ-in gedişatının simptomlarının dərinləşməsi (AT və ÜİX olan pasiyentlərdə). Mərkəzi sinir sistemində baş verən pozuntular Tez-tez: başgicəllənmə*, başağrı*. Nadir hallarda: huşun itməsi. Psixi pozuntular Bəzən: depressiya, yuxunun pozulması. Nadir hallarda: halüsinasiya, qorxulu yuxular. Görmə orqanında baş verən pozuntular Nadir hallarda: gözsulanmanın azalması (kontakt linzalardan istifadə zamanı nəzərə almaq lazımdır). Çox nadir hallarda: konyunktivit. Eşitmə orqanında baş verən pozuntular Nadir hallarda: eşitmənin pozulması. Tənəffüs sistemində baş verən pozuntular Bəzən: anamnezində bronxial astma və ya tənəffüs yollarının obstruksiyası olan pasiyentlrdə bronxospazm. Nadir hallarda: allergik rinit. Həzm sistemində baş verən pozuntular Tez-tez: ürəkbulanma, qusma, diareya, qəbizlik. Nadir hallarda: hepatit. Sümük-əzələ sistemində baş verən pozuntular Bəzən: əzələ zəifliyi, əzələ qıcolması. Dəri örtüyündə baş verən pozuntular Nadir hallarda: dəri qaşınması, səpgi, dəri örtüyünün hiperemiyası və angionevrotik ödem kimi yüksək həssaslıq reaksiyaları. Çox nadir hallarda: alopesiya. Beta-adrenoblokatorlar psoriazın gedişatının simptomlarının kəskinləşməsinə və ya psoriazabənzər səpginin yaranmasına səbəb ola bilər. Reproduktiv sistemdə və süd vəzilərində baş verən pozuntular Nadir hallarda: erektil disfunksiya. Ümumi pozuntular Tez-tez: asteniya (XÜÇ olan pasiyentlərdə), yüksək yorğunluq*. Bəzən: asteniya (AT və ÜİX olan pasiyentlərdə). Laborator göstəricilər Nadir hallarda: triqliseridlərin konsentrasiyasının və qanda “qaraciyər” transaminazalarının (aspartataminotransferaza (AST), alaninaminotransferaza (ALT)) aktivliyinin yüksəlməsi. *Bir qayda olaraq, AT və ÜİX olan pasiyentlərdə bu simptomlar terapiyanın əvvəlində yaranır. Onlar yüngül xarakter daşıyır və 1-2 həftə ərzində keçib gedir.

Doza həddinin aşılması

Simptomları Doza həddinin aşılmasının ən çox rast gəlinən simptomları bradikardiya, hipotenziya, bronxospazm, kəskin ürək çatışmazlığı və hipoqlikemiyadır. Bu günə qədər bradikardiya və/və ya hipotenziya əlamətlərilə hipertoniya və/və ya ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə bisoprololla doza həddinin aşılmasının bir neçə halı məlumdur (maksimal doza 2000 mq). Bütün pasiyentlər sağalmışlar. Bisoprololun yüksək dozasının birdəfəlik qəbuluna qarşı həssaslıq ayrı-ayrı pasiyentlərdə variasiya edir və ehtimal edilir ki, XÜÇ olan pasiyentlər yüksək həssaslığa malikdirlər. Müalicəsi Doza həddinin aşılması baş verdikdə, hər şeydən əvvəl preparatın qəbulunu dayandırmaq və dəstəkləyici simptomatik terapiyaya başlamaq lazımdır. Məhdud, lakin əldə olan məlumatlar bisoprololun dializin köməyilə demək olar ki, xaric olmamasını ehtimal etməyə imkan verir. Ehtimal edilən farmakoloji təsirdən və digər beta-blokatorlar üzrə tövsiyyələrdən çıxış edərək, müvafiq klink göstəriş zamanı aşağıdakı ümumi tədbirləri nəzərdən keçirmək vacibdir. Bradikardiya: venadaxili atropin yeridilir. Effekt kifayət qədər olmadıqda, ehtiyatla orsiprenalin və ya müsbət xronotrop təsirə malik digər maddələr yeritmək olar. Bəzi hallarda ritmin süni aparıcısı transvenoz implantasiya tələb edilə bilər. Hipotenziya: vazopressorların venadaxili infuziyası və yeridilməsi. Eləcə də, venadaxili qlükaqon effektiv ola bilər. AV-blokada (ikinci və ya üçüncü dərəcəli): pasiyentlər ciddi nəzarət altında olmalı, eləcə də, onlara orsiprenalinin köçürülməsi vacibdir. Ehtiyac olduqda, müvəqqəti kardiostimulyator implant etmək lazımdır. XÜÇ-in gedişatının kəskinləşməsi: diuretiklərin, müsbət inotrop effektli preparatların, eləcə də, vazodilatatorların venadaxili yeridilməsi. Bronxospazm zamanı: bronxodilatatorların təyini, o cümlədən, orsiprenalin, beta2- adrenomimetiklərin və/və ya aminofillinin. Hipoqlikemiya zamanı: qlükozanın venadaxili yeridilməsi.

Buraxılış forması

30, 25 və ya 10 tablet, alüminium folqalı və PVX blisterdə. 1 (30×1), 2 (25×2) və ya 3 (10×3) blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Merck Healthcare KGaA, Germany. Frankfurter Strasse 250, 64293 Darmstadt, Germany.

Qeydiyyat vəsiqəsinin sahibi

LLC «Merck», Russian. Valovaya Str. 35, 115054, Moscow, Russian Federation. Dərman vasitəsinin Azərbaycan Respublikası ərazisində keyfiyyəti üzrə istehlakçılardan iradları qəbul edən təşkilat Azərbaycandakı nümayəndəliyi “Asino Farma AQ” (Acino Pharma AG). Bakı ş., Azərbaycan, İzmir k., 1033. HYATT Tower II, 1-ci mərtəbə. Tel.: +994 (12) 504 00 44. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Konkor 10 mq N50 tablet” üçün ilk rəyi siz yazın.