Ko-Roksera 10 mq / 10 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Kombinəolunmuş hipolipidemik vasitə (HMQ-KoA reduktaza inhibitorları + xolesterinin sorulma inhibitoru) |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
26,54 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KO-ROKSERA örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş və qruplaşdırılmış adı: Rosuvastatin + Ezetimibe
Tərkibi
Təsiredici maddələr: 10 mq/10 mq tabletlər:1 örtüklü tabletin tərkibində 10 mq rozuvastatin (rozuvastatin kalsium şəklində) və 10 mq ezetimib var. 20 mq/10 mq tabletlər:1 örtüklü tabletin tərkibində 20 mq rozuvastatin (rozuvastatin kalsium şəklində) və 10 mq ezetimib var. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza, mannitol, A tipli krospovidon, natrium kroskarmelloza, maqnezium stearat, povidon K 30, natirum laurilsulfat, susuz kollidal silisium dioksid. Örtük: monohidrat laktoza, hipromelloza, titan dioksid (E171), triasetin. Sarı dəmir oksidi boyası (E172) – yalnız 10 mq/10 mq üçün Qırmızı dəmir oksidi boyası (E172) – yalnız 20 mq/10 mq üçün
Təsviri
10 mq/10 mq tabletlər: Dairəvi, hər iki tərəfi azca qabarıq, kənarları çəp və bir tərəfində “R2” həkk edilmiş, açıq qəhvəyimtil-sarı və açıq qəhvəyi-sarı rəngli örtüklü tabletlərdir. 20 mq/10 mq tabletlər: Dairəvi, hər iki tərəfi azca qabarıq, kənarları çəp və bir tərəfində “R4” həkk edilmiş, açıq çəhrayı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Kombinəolunmuş hipolipidemik vasitə (HMQ-KoA reduktaza inhibitorları + xolesterinin sorulma inhibitoru). ATC kodu: C10BX06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Rozuvastatin Təsir mexanizmi Rozuvastatin HMQ-KoA-reduktazanın, 3-hidroksi-3-metilqlütaril A kofermentini mevalon turşusuna çevirən fermentin selektiv və rəqib inhibitoru olub, xolesterinin sələfidir. Rozuvastatinin xolesterinin (XS) səviyyəsinin aşağı düşməsinə səbəb olan əsas təsir hədəfi qaraciyərdir. Rozuvastatin ASLP zəbti və katabolizmini artıraraq, hüceyrələrin səthində aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) “qaraciyər” reseptorlarının sayını artırır ki, bu da öz növbəsində, ASLP və ÇASLP hissəciklərinin ümumi miqdarını azaltmaqla, çox aşağı sıxlıqlı lipoproteinlərin (ÇASLP) sintezinin inhibə olunmasına səbəb olur. Farmakodinamik təsirləri Rozuvastatin aşağı qatılıqlı xolesterin-lipoproteinlərinin (XS-ASLP), ümumi XS-nin, triqliseridlərin yüksək zərdab qatılığını azaldır, yüksək sıxlıqlı xolesterin-lipoproteinlərinin (XS-YSLP) zərdab qatılığını artırır, eləcə də, apolipoprotein B (ApoB), XS-qeyriÇASLP, çox aşağı sıxlıqlı xolesterin- lipoproteinlərin (XS-ÇASLP), TQ-ÇASLP-in zərdab qatılıqlarını azaldır, apolipoprotein A-I-in (ApoA-I) qatılığını artırır (bax: Cədvəl 1), XS-ASLP/XS-ÇASLP nisbətini, ümumi XS/XS-ASLP və XS-qeyriASLP/XS-ASLP-ni və ApoB/ApoA-I nisbətini azaldır. Cədvəl 1. İlkin hiperxolesterinemiyalı (Fredrikson üzrə növ IIa və IIb) xəstələrdə dozadan asılı təsir (ilkin qiymətlə müqayisədə orta düzəlişli faiz dəyişikliyi) Xəstələrin Ümumi XS- XS- Doza XS-ASLP TQ Apo В Apo А-I sayı XS YSLP qeyriASLP Plasebo 13 -7 -5 3 -3 -7 -3 0 5 mq 17 -45 -33 13 -35 -44 -38 4 10 mq 17 -52 -36 14 -10 -48 -42 4 20 mq 17 -55 -40 8 -23 -51 -46 5 40 mq 18 -63 -46 10 -28 -60 -54 0 Müalicə təsiri rozuvastatinlə müalicə başlandıqdan sonra bir həftə ərzində inkişaf edir, 2 həftə müalicədən sonra maksimum mümkün təsirin 90%-nə çatır. Maksimum müalicə təsiri, adətən müalicənin 4-cü həftəsində nail olunur və preparatın müntəzəm qəbulu zamanı dəstəklənir. Klinik təsirlilik və təhlükəsizli Rozuvastatin irqi mənsubiyyəti, cinsi və ya yaşından asılı olmayaraq hipertriqliseridemiyalı və onsuz hiperxolesterinemiyalı böyük xəstələrdə, eləcə də, şəkərli diabet və ailəvi hiperxolesterinemiyalı xəstələrdə təsirlidir. III faza tədqiqatların məlumatlarının birləşdirilmiş təhlilinin nəticələrinə əsasən müəyyən edilib ki, rozuvastatin Avropa Ateroskleroz Cəmiyyətinin (EAS; 1998) tövsiyə etdiyi məqsədli göstəricilərə əsasən IIa və IIb növ hiperxolesterinemiyalı (XS-ASLP-nin orta başlanğıc səviyyəsi – 4,8 mmol/l) xəstələrin əksəriyyətinin ümalicəsi üçün təsirlidir. Bu zaman, EAS tövsiyələrinə əsasən, xəstələrin təxminən 80%-i preparatın 10 mq dozada qəbulu fonunda xolesterin XS-ASLP-nin məqsədli səviyyəsinə (< 3 mmol/l) çatıb. Sürətli doza titrlənməsi ilə aparılan geniş miqyaslı tədqiqatda ailəvi heteroziqot hiperxolesterinemiyalı 435 xəstə 20-80 mq dozada rozuvastatin qəbul edib. Preparat bütün dozalarda lipid mübadiləsinin göstəricilərinə və məqsədli göstəricilər əldə edilənə qədər müalicəyə yaxşı təsir göstərib. Doza 40 mq günlük dozaya qədər seçildikdən sonra (müalicənin 12-ci həftəsi) XS-ASLP-nin səviyyəsinin 53% azalması qeydə alınıb. 33% xəstədə XS-ASLP-nin 3 mmol/l-dən aşağı olmayan səviyyəsinə nail olunub. Sürətli doza titrlənməsi ilə aparılan açıq klinik tədqiqatın məlumatlarına əsasən 20-40 mq dozada rozuvastatin qəbul etmiş ailəvi heteroziqot hiperxolesterinemiyalı 42 xəstədə XS-ASLP-nin səviyyəsinin orta azalması 22% təşkil edib. Ezetimib Təsir mexanizmi Ezetimib – hipolipidemik dərman vasitəsi olub, XS-nin və nazik bağırsaqda bəzi bitki stirollarının sorulmasının selektiv inhibitorudur. Ezetimib daxilə qəbul zamanı təsirlidir. Ezetimibin təsir mexanizmi hipolipidemik vasitələrin (məsələn, HMQ-KoA-reduktazanın inhibitorları (statinlər), sekvestrant öd turşuları, fibratlar və bitki stanolları) digər siniflərinin təsir mexanizmindən fərqlənir. Ezetimibin molekul hədəfi nazik bağırsaqda XS və fitoserolların sorulmasına görə məsuliyyət daşıyan nəqliyyat zülallarıdır (Niemann-Pick Cl-Like 1, NPC1L1). Ezetimib nazik bağırsağın dar fırça haşiyəsində yerləşir və XS-nin sorulmasına mane olur ki, bu da, XS-nin bağırsaqdan qaraciyərə keçməsinin azalmasına səbəb olur, statinlər isə xolesterinin qaraciyərdə sintezini azaldır. Bu fərqli mexanizmlər bir-birini qarşıqlı tamamlayan hipoxolesterinemik təsiri təmin edir. 2 həftəlik klinik tədqiqatda hiperxolesterinemiyalı 18 xəstədə ezetimib, XS-nin bağırsaqda sorulmasını, plasebo ilə müqayisədə, 54% azaldıb. Farmakodinamik təsirləri XS sorulmasının inhibə olunması ilə əlaqədar ezetimibin selektivliyini müəyyən etmək üçün bir sıra klinikayaqədərki tədqiqat aparılıb. Ezetimib [ C]-xolesterinin sorulmasını inhibə edib və TQ, yağ turşuları, öd turşuları, progesteron, etinilestradiol, yağda həll olan A və D vitaminlərinin sorulmasına təsir göstərməyib. Epidemioloji tədqiqatların nəticələri göstərib ki, ürək-damar xəstəlikləri və ölüm sayı ümumi XS- nin və XS-ASLP-in qatılıqlarından birbaşa və XS-YSLP-in qatılığından əks asılıdır. Ezetimibin statinlərlə birlikdə qəbulu anamnezində ürəyin işemik xəstəliyi və plasebo qəbul etmiş xəstələrlə müqayisədə, tədqiqatın zaman nöqtəsində XS-ASLP-nin məqsədli qiymətinə əhəmiyyətli dərəcədə daha tez-tez çatıb, müvafiq olaraq, 72% və 19%. XS-ASLP-nin qatılığının azalması əhəmiyyətli dərəcədə fərqlənib (ezetimib və plasebonun qəbulu zamanı, müvafiq olaraq, 25% və 4%). Bunda başqa, ezetimib, statinlə birlikdə qəbul zamanı, plasebo ilə müqayisədə, ümumi XS, Apo-B, TQ-nin səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb və XS-YSLP-nin səviyyəsini artırıb. Ezetimib və plasebo statinlə müalicəyə əlavə edilən zaman C-reaktiv zülaların səviyyəsinin medianını müvafiq olaraq 10% və 0% azaldıb. İlkin hiperxolesterinemiyalı 1719 xəstənin iştirakı ilə aparılan ikiqat kor randomizə olunmuş plasebo-nəzarətli 12 həftəlik iki tədqiqatda, 10 mq dozalı ezetimib, plasebo ilə müqayisədə, ümumi XS-nin (13%), XS-ASLP-nin (19%), Apo-B-nin (14%), TQ-nin (8%) səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb və XS-YSLP-nin (3%) səviyyəsini artırıb. Bundan başqa, ezetimib qan plazmasında yağda həll olan A, D və E vitaminlərinin qatılığına, protrombin zamanına təsir etməyib, digər hipolipidemik preparatlar kimi, böyrəküstü vəzilərin steroid hormonlarının əmələ gəlməsini pozmayıb. Rozuvastatin/ezetimib Klinik təsirliliyi və təhlükəsizliyi İlkin hiperxolesterinemiya İkiqat kor randomizə olunmuş plasebo-nəzarətli 6 həftəlik iki tədqiqatda 10 ezetimibin 5-10 mq və ya 10-20 mq-dan başlayan rozuvastatinlə birlikdə təhlükəsizliyi və təsirliliyi qiymətləndirilib. Birləşdirilmiş məlumatlar göstərib ki, rozuvastatinə əlavə edilmiş ezetimib xolesterin ASLP-nin səviyyəsini 21% azaldıb. Bunun əksinə olaraq, rozuvastatinin 10 mq və ya 20 mq-a qədər ikiqat çoxaldılması xolesterin ASLP-nin səviyyəsini 5,7% azaldıb. Ezetimib + 5 mq rozuvastatin xolesterin ASLP-ni, 10 mq rozuvastatindən daha çox azaldıb və bənzər olaraq, Ezetimib + 10 mq rozuvastatin xolesterin ASLP-ni, 20 mq rozuvastatindən daha çox azaldıb. Ürəyin yüksək işemik xəstəliyi riski olan xəstələrdə 40 mq rozuvastatinin tək və ya 10 mq ezetimiblə kombinasiyada qəbulunun təsirliliyi və təhlükəsizliyinin 6 həftəlik randomizə olunmuş tədqiqatı aparılıb. Yalnız rozuvastatin qəbul edənlərdən əhəmiyyətli dərəcədə daha çox rozuvastatin-ezetimib qəbul etmiş xəstə, yüksək risk dərəcəsi olan xəstələrdə özünün xolesterin ASLP ATF III məqsədinə və əlavə xolesterin ASLP məqsədinə (< 70 mq/dl) çatıb. Rozuvastatin/ezetimib kombinasiyası xolesterin ASLP-nin səviyyəsini, rozuvastatinlə müqayisədə, əhəmiyyətli dərəcədə azaldıb. Lipid/lipoprotein profilli digər komponentlər rozuvastatin/ezetimiblə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Farmakokinetikası Rozuvastatin Sorulması Qan plazmasında rozuvastatinin maksimal qatılığına daxilə qəbul edildikdən təxminən 5 saat sonra nail olunur. Mütləq biomənimsənilmə təxminən 20% təşkil edir. Paylanması Əsasən, xolesterini sintez edən və XS-ASLP-ni metabolizə edən əsas orqan olan qaraciyərdə metabolizə olunur. Rozuvastatinin paylanma həcmi təxminən 134 l təşkil edir. Rozuvastatinin təxminən 90%-i qan plazmasının zülalları ilə, əsasən də albuminlə, birləşir. Metabolizmi Məhdud metabolizmə məruz qalır (təxminən 10%). Rozuvastatin Р sitoxrom sisteminin qeyri-450 səciyyəvi substradır. Rozuvastatinin metabolizmində iştirak edən əsas izoferment CYP2C9-dur. CYP2С19, CYP3А4 və CYP2D6 izofermentləri isə metabolizmə daha az dərəcədə cəlb olunub. N- desmetilrozuvastatin və lakton metabolitləri aşkar olunan əsas metabolitlərdir. N-desmetilrozuvastatin rozuvastatindən təxminən 50% daha az fəaldır, lakton metabolitləri farmakoloji cəhətdən qeyri-fəaldır. Plazma HMQ-KoA-reduktazasının inhibə olunması üzrə farmakoloji fəallığın 90%-i rozuvastatin, qalanları isə metabolitlər tərəfindən təmin olunur. Rozuvastatinin dozasının təxminən 90%-i bağırsaq vasitəsi ilə nəcislə (sorulmuş və sorulmamış rozuvastatin daxil olmaqla) dəyişilməz şəkildə xaric olunur. Qalan hissəsi isə böyrəklər vasitəsi ilə xaric olunur. Qan plazmasından yarımxaricolma müddəti (t ) təxminən 19 saat təşkil edir½ (preparatın dozası artırıldığı zaman dəyişmir). Orta plazma həndəsi klirensi 50 l/s təşkil edir (variasiya əmsalı – 21,7%). HMQ-KoA-reduktazanın digər inhibitorlarında olduğu kimi, rozuvastatinin “qaraciyər” zəbti prosesinə, rozuvastatinin qaraciyərdən xaric olunmasında mühüm rol oynayan xolesterin OATP-C-nın membran daşıyıcısı cəlb olunub. Xəttilik Rozuvastatinin sistem ekspozisiyası dozaya mütənasib şəkildə artır. Gündəlik qəbul zamanı farmakokinetik göstəricilər dəyişməyib. Ayrı-ayrı xəstə qruplarında farmakokinetikası Yaş və cins Böyük xəstələrdə yaş və cins rozuvastatinin farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərmir. Ailəvi heteroziqot hiperxolesterinemiyalı uşaq və yeniyetmələrdə rozuvastatinin farmakokinetikası böyük könüllülərdəki farmakokinetikaya bənzər olub (bax: yarım-bölmə “Uşaqlar”). Etnik qruplar Farmakoloji tədqiqatlar göstərib ki, monqoloid irsinə mənsub xəstələrdə (yaponlar, çinlilər, filippinlilər, vyetnamlılar və koreyalılar), avropoid irqinin nümayəndələri ilə müqayisədə, rozuvastatinin qan plazmasında AUC medianası (“qatılıq-zaman” əyrisi altında sahələr) və maksimum qatılıq (C təxminən iki dəfə artıb; hindlilərdə AUC medianası və C -nın təxminənmax) max 1,3 dəfə artması göstərilib. Farmakokinetik təhlil avropoid və neqroid irqinə mənsub xəstələr arasında farmakokinetikada klinik əhəmiyyətli fərqlər aşkar etməyib. Böyrək çatışmazlığı Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə rozuvastatin və ya N- desmetilrozuvastatinin plazma qatılıqlarının həcmi əhəmiyyətli dərəcədə dəyişmir. Ağır böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi [KK] < 30 ml/dəq.), sağlam könüllülərlə müqayisədə, qan plazmasında rozuvastatinin qatılığı 3 dəfə, N-desmetilrozuvastatinin qatılığı 9 dəfə çox olub. Hemodializdə olan xəstələrin qan plazmasında rozuvastatinin qatılığı, sağlam könüllülərlə müqayisədə, təxminən 50% daha çox idi. Qaraciyər çatışmazlığı Çayld-Pyu şkalası üzrə 7 və daha aşağı ballı qaraciyər çatışmazlığı olan xəstələrdə rozuvastatinin sistem ekspozisiyasının artması aşkar edilməyib. Çayld-Pyu şkalası üzrə 8 və 9 ballı qaraciyər çatışmazlığı olan iki xəstədə sistem ekspozisiyasının, ən az, 2 dəfə artması qeydə alınıb. Çayld-Pyu şkalası üzrə 9 baldan yuxarı qaraciyər çatışmazlığı olan xəstələrdə rozuvastatinin istifadə təcrübəsi yoxdur. Genetik polimorfizm HMQ-Ko-A-reduktaza inhibitorları, eləcə də, rozuvastatin, OATP1B1 (hepatositlər tərəfindən statinlərin zəbtində iştirak edən üzvi anionların polipeptid nəqli) və BCPR (efflüks daşıyıcı) nəqliyyat zülalları ilə birləşir. SLCO1B1 (ОАТР1В1) с.521СС və ABCG2 (BCRP) c.421АА genotiplərinin daşıyıcılarında rozuvastatinin ekspozisiyasının, (AUC), SLCO1B1 с.521ТТ и ABCG2 c.421СС ilə müqayisədə, müvafiq olaraq, 1,6 və 2,4 dəfə artması qeydə alınıb. Klinik təcrübədə xüsusi genotipləşdirmə müəyyən edilməyib, bununla belə, göstərilən polimorfizm növləri olan xəstələrdə rozuvastatinin daha aşağı gündəlik dozada qəbulu tövsiyə olunur. Uşaqlar 10-17 və ya 6-17 yaşlı ailəvi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda (cəmi 214 xəstə) rozuvastatinin (tabletin dərman formasında) iki farmakokinetik tədqiqatının məlumatlarına əsasən müəyyən olunub ki, uşaqlarda ekspozisiya böyük xəstələrdəki ekspozsiyadan aşağı və ya müqayisə edilə bilən olub. Rozuvastatinin ekspozisiyası 2 ildən daha çox müddət ərzində doza nəzərə alınmaqla proqnozlaşdırıla bilən olub. Ezetimid Sorulması Daxilə qəbuldan sonra ezetimib tez sorulur və ekstensiv şəkildə farmakoloji fəal fenol qlükuronidə (ezetimib-qlükuronid) konyuqasiya edir. Preparatın daxilə qəbulundan sonra ezetimibin qan plazmasında maksimum qatılığı (C ) 4-12 saatdan sonra, qlükuronid-ezetimibin – 1-2 saat ərzindəmax çatır. Ezetimibin qəti biomənimsənilməni müəyyən etmək mümkün deyil, çünki o, inyeksiya üçün istifadə olunan su həlledicilərindən heç birində ərimir. Qida qəbulu (tərkibində aşağı və ya yuxarı dərəcəli yağ olan) ezetimibin biomənimsənilməyə təsir etmir. Ezetimibi yemək zamanı və ya qidasız qəbul etmək olar. Paylanması Ezetimib və ezetimib-qlükuronimid qan plazmasının zülalları ilə, müvafiq olaraq, 99.7% və 88-92% birləşir. Metabolizmi Ezetimibin ilkin metabolizmi nazik bağırsaqda və qaraciyərdə qlükuronidin konyuqasiyası yolu ilə baş verir (II fazalı reaksiya), sonra ödlə xaric olur. Minimum oksidləşdirici metabolizm (I fazalı reaksiya) ezetimibin transformasiyasının bütün mərhələlərində müşahidə olunur. Preparatın əsas törəmələri olan ezetimib və ezetimib-qülkuronid preparatın qan plazmasındakı ümumi tərkibinin, müvafiq olaraq, 10-20%-i və 80-90%-ni təşkil edir. Ezetimib və ezetimib-qlükuronid bağırsaq- qaraciyər təkrar dövriyəsi prosesində qan plazmasından yavaş-yavaş xaric olur. Ezetimib və ezetimib-qlükuronidin yarım-parçalanma müddəti təxminən 22 saat təşkil edir. 20 mq ezetimibin daxilə qəbulundan sonra qan plazmasında ezetimibin ümumi qəbul edilən dozasının 93%-i aşkar edilib. Qəbul edilmiş dozanın, müvafiq olaraq, 78%-i və 11%-i 10 gün ərzində bağırsaqlar və böyrəklər vasitəsi ilə xaric olur. Ayrı-ayrı xəstə qruplarında farmakokinetikası Uşaqlar 6 yaşdan böyük uşaqlarda ezetimibin farmakokinetikası böyüklərin farmakokinetikasına bənzərdir. 6 yaşdan kiçik uşaqlarda farkakokinetik məlumatlar əlçatan deyil. Yaşlı xəstələr 65 yaşdan böyük xəstələrdə qan plazmasında ümumi ezetimibin qatılığı 18-45 yaşlı xəstələrdə olduğundan təxminən 2 dəfə çoxdur. Ezetimib qəbul edən yaşlı və daha gənc xəstələrdə ASLP və təhlükəsizlik profilinin azalma səviyyəsi təxminən eynidir. Buna görə də, yaşlı xəstələr üçün dozaya düzəliş etmək tələb olunmur. Qaraciyər çatışmazlığı olan xəstələr Yüngül qaraciyər çatışmazlığı olan xəstələr üçün dozaya düzəliş tələb olunmur. Ümumi ezetimibin qatılığının artmasının nəticələri məlum olmadığı üçün orta və ağır qaraciyər çatışmazlığı (Çayld- Pyu şkalası üzrə 9 baldan yuxarı) olan xəstələrə Alneksin qəbulu tövsiyə olunmur. Böyrək çatışmazlığı olan xəstələr Ağır böyrək çatışmazlığı olan xəstələrdə (KK ≤ 30 ml/dəq.) 10 mq ezetimibin daxilə bir dəfə qəbuldan sonra orta AUC, sağlam xəstələrlə müqayisədə, 1.5 dəfə artıb. Bu nəticə klinik əhəmiyyətli hesab edilməyib. Böyrəklərinin funksiyası zəifləmiş xəstələrdə dozaya düzəliş tələb olunmur. Cins Ezetimibin ümumi qatılığı qadınlarda kişilərinkindən təxminən 20% yüksək olub. ASLP-X və təhlükəsizlik profilinin səviyyəsinin düşməsi ezetimib qəbul edən kişilərdə və qadınlarda təxminən eynidir. Buna görə də, cinsi məsnubiyyət dozaya düzəliş etmək üçün səbəb deyil.
İstifadəsinə göstərişlər
Ürək-damar xəstəliklərinin profilaktikasi Ko-Roksera ürək-damar xəstəliyi riskini azaltmaq üçün ürəyin işemik xəstəliyi (ÜİX) və anamnezda kəskin koronar sindromu (KKS) olan xəstələrdə, eyni dozanın eyni vaxtda qəbul etmiş ayrıca dərmanlarla adekvat idarə olunan xəstələrdə əvəzedici terapiya kimi göstərişdir. İlkin Hiperxolesterinemiya/Homozigot Ailəvi Hiperxolesterinemiya Ko-Roksera preparatı rozuvastatin və ezetimibin Ko-Roksera preparatı ilə eyni dozalarda qəbulu fonunda vəziyyətinə adekvat şəkildə nəzarət olunan böyük xəstələrdə əvəzedici müalicə üçün göstərişdir; ilkin hiperxolesterinemiya (ailəvi və qeyri-ailəvi heteroziqot) və ya ailəvi homoziqot hiperxolesterinemiyanın müalicəsi zamanı pəhrizə və digər qeyri-medikamentoz müalicə üsullarına (məsələn, fiziki məşqlər, bədən kütləsinin azalması) əlavə müalicə kimi.
Əks göstərişlər
− Təsiredici maddələrə və ya “Tərkibi” bölməsində göstərilən köməkçi maddələrdən istənilən birinə qarşı yüksək həssaslıq; − Fəal fazada qaraciyər xəstəliyi (qan zərdabında “qaraciyər” transaminazalarının fəallığının davamlı yüksəlməsi və “qaraciyər” transaminazalarının normanın yuxarı həddi (NYH) ilə müqayisədə 3 dəfə artması daxil); − Ağır böyrək çatışmazlığı (kreatinin klirensi (KK) < 30 ml/dəq); − Miopatiya; − Sofosbuvir/velpatasvir/voksilaprevir ilə eyni vaxtda qəbul (4.5 bölümünə bax). − Siklosporinin birlikdə qəbulu; − Hamiləlik, laktasiya dövrü, adekvat kontraseptiv vasitələr qəbul etməyən uşaq doğum yaşında olan qadınlar tərəfindən qəbulu; − Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası sindromu; – 18 yaşa qədər. Ehtiyatlı istifadə Miopatiya/rabdomiolizin inkişaf riskinin olması – anamnezində böyrək çatışmazlığı, hipotireoz, irsi əzələ xəstəliyi (eləcə də, ailəvi) və HMQ-KoA-reduktazanın digər inhibitorları və ya fibratların qəbulu zamanı əzələ toksikliyi anamnezi; spirtli içkilərin həddindən artıq istifadəsi; 65 yaşdan yuxarı; rozuvastatinin plazma qatılığının artması qeydə alınan vəziyyətlər; irqi mənsubiyyət (monqoloid irsi – yaponlar və çinlilər); fibratlar, dolayı antikoaqulyantlar (varfarin və fluindion daxil) ilə birlikdə qəbul; anamnezində qaraciyər xəstəliyi; sepsis; arterial hipotenziya; geniş cərrahi müdaxilələr; travmalar; ağır metabolik, endokrin və ya elektrolit pozulmalar və ya idarə oluna bilinməyən qıcolmalar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrəklərin funksiyasına təsiri Rozuvastatinin yüksək dozalarını (xüsusilə də, 40 mq/gün) qəbul edən xəstələrdə zolaq-testlərin köməyi ilə aşkar edilən və əksər hallarda dövri və ya qısamüddətli olan boru proteinuriyası müşahidə olunub. Belə proteinuriya böyrəklərin kəskin xəstəliyinə və ya irəliləyən müşayiətedici xəstəliyinə dəlalət etmir. Rozuvastatinin postmarketinq öyrənilməsi zamanı qeyd alınan böyrəklərin funksiyasının ciddi pozulması tezliyi 40 mq/gün dozanın qəbulu zamanı daha yüksək olub. Rozuvastatini 40 mq/gün dozada qəbul edən xəstələrdə müalicə zamanı böyrəklərin funksiyasının göstəricilərinə nəzarət etmək tövsiyə olunur. Dayaq-hərəkət aparatına təsiri Rozuvastatinin bütün dozalarda, xüsusilə də, 20 mq/gün-ü keçən dozalarda qəbulu zamanı dayaq- hərəkət aparatına aşağıdakı təsirlər haqqında məlumat verilib: mialgiya, miopatiya, nadir hallarda rabdomioliz. HMQ-KoA-reduktazanın inhibitorları və ezetimibin birlikdə qəbulu zamanı çox nadir rabdomioliz halları qeydə alınıb. HMQ-KoA-reduktazanın digər inhibitorlarında olduğu kimi, rozuvastatinin postmarketinq tətbiqi zamanı rabdomiolizin tezliyi 40 mq/gün dozada qəbul zamanı daha yüksək olub. Ezetimibin postmarketinq tətbiqi zamanı miopatiya və rabdomiolizin inkişaf halları haqqında məlumat verilib. Rabdomioliz inkişaf etmiş xəstələrin əksəriyyəti statini ezetimiblə birlikdə tətbiq ediblər. Ko-Roksera preparatı təyin edilən bütün xəstələrə miopatiya və rabdomiolizin inkişaf riski haqqında xəbərdarlıq etmək lazımdır. Onlar izah olunmayan əzələ ağrıları, xəstəliklər və ya zəiflik təzahürləri haqqında yubanmadan həkimə məlumat verməlidir. KFK-nin fəallığının müəyyən olunması KFK-nin zərdab fəallığını intensiv fiziki gərginlikdən sonra və onun fəallığının artması üçün digər mümkün səbəblər olduğu zaman müəyyən etmək olmaz. Bu, əldə olunan nəticələrin səhv təfsirinə səbəb ola bilər. KFK-nin ilkin zərdab fəallığı həddi aşdığı zaman (NYH-dən 5 dəfə yuxarı), 5-7 gündən sonra təkrar analiz götürmək lazımdır. Təkrar analizin nəticələri KFK-nin ilkin yüksək zərdab fəallığını (NYH-ni 5 dəfədən çox keçibsə) təsdiqləyirsə, müalicəyə başlamaq olmaz. Müalicəyə başlamazdan əvvəl Tərkibində HMQ-KoA-reduktazanın inhibitorları olan digər preparatlar kimi, Ko-Roksera preparatı miopatiya/rabdomioliz risk amili olan xəstələrə ehtiyatla təyin edilməlidir. Bu amillərə aiddir: − böyrəklərin funksiyasının pozulması; − hipotireoz; − anamnezdə (eləcə də, ailə anamnezində) əzələ xəstəlikləri; − anamnezdə HMQ-KoA-reduktazanın digər inhibitorları və ya fibratların qəbulu zamanı miotoksik təzahürlər; − spirtli içkidən ifrat istifadə; − 70-dən yuxarı yaş; − qan plazmasında rozuvastatinin qatılığının artması mümkün olan vəziyyətlər; − fibratların birlikdə qəbulu. Belə xəstələrdə müalicənin riskini və mümkün faydasını qiymətləndirmək lazımdır. Eyni zamanda, klinik monitorinq keçirmək tövsiyə olunur. KFK-nin ilkin zərdab fəallığı NYH ilə müqayisədə 5 dəfədən çox olubsa, preparatla müalicəyə başlamaq olmaz. Skelet əzələlərinə təsiri Xəstələri, əzələ ağrıları, əzələ zəifliyi və ya spazmalar, xüsusilə də, naxoşluq və qızdırma ilə birlikdə, gözlənilmədən təzahür etidyi zaman dərhal həkimə məlumat verməli olduqları barədə məlumatlandırmaq lazımdır. Belə xəstələrdə KFK-nin zərdab qatılığını müəyyən etmək lazımdır. KFK-nin zərdab qatılığı əhəmiyətli dərəcədə artıbsa (NYH ilə müqayisədə 5 dəfədən çox) və ya əzələlər tərəfindən simptomlar qabarıqdırsa və gündəlik narahatlıq yaradırsa (hətta, əgər KFK-nin zərdab fəallığı NYH-ni 5 dəfədən az keçibsə), müalicəni dayandırmaq lazımdır. Simptomlar itərsə və KFK-nin zərdab fəallığı normaya qayıdarsa, diqqətli tibbi müşahidə altında Ko-Roksera preparatının və HMQ-KoA-reduktazanın digər inhibitorlarının qəbulunun yenilənməsi məsələsini nəzərdən keçirmək lazımdır. Simptomlar olmadığı zaman KFK-nin zərdab fəallığına nəzarət etmək məqsədəuyğun deyil. Bəzi statinlər, eləcə də, rozuvastatinlə müalicə zamanı və sonra immun-vasitəli nekrotik miopatiya (İVNM) halları haqqında çox nadir məlumatlar qeydə alınıb. Klinik olaraq, İVNM proksimal əzələlərin zəifliyi və statinlərlə müalicəin dayandırılmasına baxmayaraq saxlanılan KFK-nin fəallıq göstəricilərinin artması ilə səciyyələnir. Rozuvastatinin qəbulu və müşayiətedici müalicə zamanı skelet əzələlərinə təsirin çoxalması ilə bağlı göstəricilər qeydə alınmayıb. Bununla belə, HMQ-KoA-reduktazanın digər inhibitorlarını fibrik turşusunun törəmələri (məsələn, hemfibrozil), siklosporin, lipidazaldan dozalarda (1 q/gün- dən çox) nikotin turşusu, göbələkəleyhinə vasitələr – azol törəmələri, proteaza inhibitorları və makrolid antibiotikləri ilə birlikdə qəbul edən xəstələrdə miozit və miopatiya hallarının sayının çoxalması haqqında məlumat verilib. HMQ-KoA-reduktazanın bəzi inhibitorları ilə birlikdə qəbul edildiyi zaman hemofibrozil miopatiyanın inkişaf riskini artırır. Beləliklə, Ko-Roksera preparatı və hemfibrozilin birlikdə qəbulu tövsiyə olunmur. Ko-Roksera preparatının fibratlar və ya lipidazaldan dozalarda nikotin turşusu ilə kombinəolunmuş qəbulu zamanı lipidlərin plazma qatılığının sonrakı dəyişmə üstünlüyü, mümkün risk nəzərə alınmaqla, diqqətlə ölçülməlidir. Rozuvastatinin 40 mq/gün dozası fibratlarla birlikdə qəbul zamanı əks göstərişdir. Fuzid turşusu Ko-Roksera preparatı ilə müalicəni fuzid turşusu preparatları ilə müalicə ilə eyni zamanda və ya müalicə dayandırıldıqdan sonra 7 gün ərzində aparmaq olmaz. Birlikdə qəbula ehtiyac olduğu zaman fuzid turşusu müalicəsi müddəti ərzində rozuvastatinin qəbulunu dayandırmaq lazımdır. Fuzid turşusunu statinlə birlikdə qəbul edən xəstələrdə rabdomioliz (eləcə də, ölümlə nəticələnən) haqqında məlumat əldə edilib. Hər hansı əzələ zəifliyi, həssaslıq və ya ağrı simptomu təzahür etdiyi zaman xəstə dərhal həkimə müraciət etməlidir. Fuzid turşusunun son dozasının qəbulundan 7 gündən sonra statinlərlə müalicə yenilənə bilər. İstisna hallarda, fuzid turşusu ilə davamlı sistem müalicə gərəkli olduğu zaman, məsələn, ağır infeksiyaları müalicə etmək üçün, Ko-Roksera preparatı və fuzid turşusunun birlikdə qəbuluna ehtiyac hər bir müəyyən halda nəzərdən keçirilməli və həkimin ciddi nəzarəti altında həyata keçirilməlidir. Rabdomioliz riskinin artması ilə əlaqədar, Ko-Roksera preparatını, miopatiya və ya böyrək çatışmazlığının inkişafına meyilli olan vəziyyətlərə (məsələn, sepsis, arterial hipotenziya, geniş cərrahi müdaxilələr, travmalar, ağır metabolik, endokrin və elektorit pozulmalar və ya idarə oluna bilməyən qıcolmalar) səbəb ola biləcək kəskin vəziyyətdə olan xəstələrə tətbiq etmək olmaz. Qaraciyər funksiyasına təsiri Tərkibində HMQ-KoA-reduktazanın inhibitorları olan digər preparatlar kimi, Ko-Roksera preparatını həddindən artıq miqdarda spirtli içki qəbul edən və/və ya anamnezində qaraciyər xəstəliyi olan xəstələrdə ehtiyatla tətbiq etmək lazımdır. Müalicəyə başlayana qədər və onun başlanmasından 3 ay sonra qaraciyərin funskional əyarlarının müəyyən olunmasını həyata keçirmək lazımdır. Qan zərdabında “qaraciyər” transaminazlarının fəallığı NYH-dən 3 dəfə çox olarsa, Ko-Roksera preparatının qəbulunu dayandırmaq və ya dozasını azaltmaq lazımdır. Qaraciyər funksiyasının ciddi pozulma halları (əsasən, “qaraciyər” transaminazlarının fəallığının artması) haqqında məlumatların verilmə tezliyi rozuvastatinin 40 mq dozada qəbulu zamanı daha çox olub. Hipotireoz və ya nefrotik sindrom nəticəsində hiperxolesterinemiyalı xəstələrdə Ko-Roksera preparatı ilə müalicənin başlanmasına qədər əsas xəstəliyin müalicəsini aparmaq lazımdır. Ezetimib və statinin birlikdə qəbulu ilə aparılan nəzarətli klinik tədqiqatlarda xəstələrdə “qaraciyər” transaminazlarının fəallığının ardıcıl surətdə artması (NYH-dən 3 və daha çox dəfə yuxarı) müşahidə olunub. Etnik xüsusiyyətlər Monqoloid irqinin nümayəndələrində aparılan farmakokinetik tədqiqatların gedişatında, avropoid irqinin nümayəndələri ilə müqayisədə, rozuvastatinin plazma qatılığının artması qeydə alınıb. Proteaza inhibitorları Rozuvastatini proteaza inhibitorları və ritonavirlə birlikdə qəbul edən xəstələrdə rozuvastatinin sistem ekspozisiyasının artması müşahidə olunub. Rozuvastatinin proteaza qəbul edən İİV-ə yoluxmuş xəstələrdə rozuvastatinin qəbulu zamanı və ya rozuvastatinin dozasının titrlənməsi zamanı lipidlərin qatılığının azalmasından gözlənilən faydanı, müalicənin əvvəlində rozuvastatinin qan plazmasında qatılığının artma potensialını nəzərə almaq lazımdır. Rozuvastatinin dozası nizama salınana qədər proteaza inhibitorları ilə birlikdə qəbul tövsiyə olunmur. İnterstisial ağciyərlər xəstəliyi HMQ-KoA-reduktazanın bəzi inhibitorlarının, xüsusilə də, uzun müddət qəbulu zamanı, tək-tük interstisial ağciyərlər xəstəliyi halı haqqında məlumat verilib. Xəstəliyin təzahürləri təngnəfəslik, quru öskürək və ümumi əhvalın pisləşməsi (zəiflik, çəkinin azalması və qızdırma) ola bilər. İnterstisial ağciyərlər xəstəliyi ilə bağlı şübhə olduğu zaman HMQ-KoA-reduktaza inhibitorları ilə müalicəni dayandırmaq lazımdır. Şəkərli diabet Bəzi məlumatlar əsasında təxmin etmək olar ki, statinlər qanda qlükozanın qatılığının artmasına imkan yaradır, yüksək risk qrupundan olan bəzi xəstələrdə isə şəkərli diabetin inkişaf riski hiperqlikemiyaya səbəb ola bilər və bu zaman şəkərli diabet səbəbi ilə müalicə tələb oluna bilər. Bununla belə, bu risk statinlərin qəbulu zamanı damar riskinin azalması ilə kompensasiya oluna bilər və statinlərlə müalicənin dayandırılması üçün əsas deyil. Risk qrupu xəstələrinə münasibətdə (qlükozanın qatılığı acqarına 5,6-6,9 mmol/l, BKİ > 30 kq/m , triqliseridlərin qatılığının artması, arterial hipertenziya) vəziyyətin və biokimyəvi göstəricilərin milli tövsiyələr əsasında klinik nəzarətini aparmaq lazımdır. JUPİTER klinik tədqiqatında şəkərli diabetin inkişaf tezliyi, əsasən də, qlükozanın qatılığı acqarına 5,6-6,9 mmol/l olan xəstələrdə, rozuvastatinin tətbiq olunduğu qrupda 2,8% və plasebo qrupunda 2,3% təşkil edib. Fibratlar Ezetimibin fibratlarla birlikdə qəbulunun təhlükəsizliyi və təsirliliyi müəyyən olunmayıb. Ko-Roksera preparatı və fenofibratı birlikdə qəbul edən xəstədə öd daşı xəstəliyi şübhəsi olduğu zaman öd kisəsinin tədqiqi və bu müalicənin dayandırılması göstərişdir. Siklosporin Ko-Roksera preparatının siklosporinlə birlikdə qəbulunu ehtiyatla tətbiq etmək lazımdır. Ko- Roksera preparatını və siklosporini birlikdə qəbul edən xəstələrdə qan plazmasında siklosporinin qatılığına mütəmadi nəzarət etmək lazımdır. Dolayı antikoaqulyantlar Ko-Roksera preparatı və varfarinin, bu sıradan olan digər kumarin antikoaluyantları və ya fluindionun birlikdə qəbulu zamanı BNƏ göstəricilərinə nəzarət etmək lazımdır. Ağır dəri əlavə təsirləri Stivens-Conson sindromu və həyat üçün təhlükəli və ya ölümcül ola biləcək eozinofiliya və sistemik simptomlar (DRESS sindromu) ilə dərman reaksiyası da daxil olmaqla rosuvastatin qəbul edərkən ağır dəri əlavə reaksiyalar haqqında məlumatlar vardır. Dərman təyinatında xəstələr ağır dəri reaksiyalarının əlamətləri və simptomları haqqında məlumatlandırılmalı və ciddi həkim nəzarəti altında olmalıdırlar. Bu əlamətlər və simptomlar ortaya çıxsa, dərman qəbulunu dərhal dayandırmalı və alternativ müalicəni nəzərdən keçirməlisiniz. Co-Roksera dərman vasitəsini qəbul edərkən xəstədə ağır dəri əlavə reaksiyası meydana gəlirsə (Stivens-Conson sindromu və ya DRESS sindromu kimi), bu xəstədə dərman vasitəsinin istifadəsi heç vaxt davam etdirilməməlidir. Köməkçi maddələr üzrə xüsusi məlumat Ko-Roksera preparatının tərkibində laktoza var, buna görə də, laktaza defisiti, laktozaya qarşı dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası olan xəstələrə tətbiq etmək olmaz. Ko-Roksera preparatının tərkibində 1 tabletdə 1 mmol natrium (23 mq) var, yəni preparat əsasən “natriumsuz”dur. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Rozuvastatin Digər dərman vasitələrinin qəbulunun rozuvastatinə təsiri Transport zülallarının inhibitorları Rozuvastatin bəzi transport zülalları üçün, eləcə də OATP1B1 “qaraciyər” zəbtinin daşıyıcısı və BCRP efflüks daşıyıcısının substratıdır. Bu transport zülallarının inhibitorları olan preparatların birlikdə qəbulu rozuvastatinin qan plazmasında qatılığının artması və miopatiyanın inkişaf riskinin artması ilə müşayiət oluna bilər (bax: bölmələr “İstifadə qaydası və dozalar”, “Xüsusi göstərişlər” və Cədvəl 4). Siklosporin Rozuvastatin və siklosporinin birlikdə qəbulu zamanı rozuvastatinin AUC-u sağlam könüllülərdə qeyd olunan qiymətdən orta hesabla 7 dəfə çox olur (bax: Cədvəl 4). Rozuvastatinlə birlikdə qəbul siklosporinin qan plazmasında qatılığına təsir etmir. Siklosporin qəbul edən xəstələrə rozuvastatinin istifadəsi əks göstərişdir (bax: bölmə “Əks göstərişlər”). Rozuvastatin və proteaza inhibitorlarının bəzi kombinasiyalarının birlikdə qəbulu yalnız rozuvastatinin ekspozisiyasının gözlənilən artması əsasında rozuvastatinin dozasına diqqətli düzəlişdən sonra mümkündür (bax: bölmələr “İstifadə qaydası və dozalar”, “Xüsusi göstərişlər” və Cədvəl 4). Proteaza inhibitorları Dəqiq qarşılıqlı təsir mexanizminin müəyyən olunmamasına baxmayaraq, proteaza inhibitorlarının birlikdə qəbulu rozuvastatinin ekspozisiyasını əhəmiyyətli dərəcədə artıra bilər (bax: Cədvəl 4). Sağlam könüllülərdə 10 mq rozuvastatin və iki proteaza inhibitoru kombinasiyasının (300 mq atazanavir/100 mq ritonavir) birlikdə qəbulu rozuvastatinin taraz AUC və C -ının, müvafiq(0-24s) max olaraq, 3-7 dəfə artması ilə müşayiət olunur. Rozuvastatin və proteaza inhibitorlarının bəzi kombinasiyalarının birlikdə qəbulu yalnız rozuvastatinin ekspozisiyasının gözlənilən artması əsasında rozuvastatinin dozasına diqqətli düzəlişdən sonra mümkündür (bax: bölmələr “İstifadə qaydası və dozalar”, “Xüsusi göstərişlər” və Cədvəl 4). Hemfibrozil və digər hipolipidemik vasitələr Rozuvastatin və hemfibrozilin birlikdə qəbulu rozuvastatinin AUC və C -ının qan(0-24s) max plazmasında 2 dəfə artmasına səbəb olur (bax: bölmə “Xüsusi göstərişlər”). Xüsusi qarşılıqlı təsir üzrə məlumatlara əsasən, fenofibratla farmakokinetik əhəmiyyətli qarşılıqlı təsir gözlənilmir, amma farmakodinamik qarşılıqlı təsir mümkündür. Hemfibrozil, fenofibrat, digər fibratlar, eləcə də, lipid- azaldan dozalarda nikotin turşusu (>1 q/gün) HMQ-KoA-reduktaza inhibitorları ilə birlikdə qəbul zamanı miopatiyanın əmələgəlmə riskini artırıb, ola bilər, o səbəblə ki, onlar monoterapiyada miopatiya törədə bilər. Belə xəstələrdə müalicə 5 mq dozadan başlamalıdır. Fibratlar və gündəlik 40 mq dozada rozuvastatinin birlikdə qəbulu əks göstərişdir (bax: bölmələr “Əks göstərişlər”, “Xüsusi göstərişlər”). Antasidlər Rozuvastatin və tərkibində aliminium və maqnezium hidroksid olan antasidlərin birlikdə qəbulu rozuvastatinin plazma qatılığının təxminən 50% azalmasına səbəb olur. Antasidlər rozuvastatinin qəbulundan 2 saat sonra qəbul edilən zaman bu təsir daha zəif özünü göstərir. Bənzər qarşılıqlı təsirin klinik əhəmiyyəti öyrənilməyib. Eritromisin Rozuvastatin və eritromisinin birlikdə qəbulu rozuvastatinin AUC –nun 20% və C -ın 30%(0-4) max azalmasına səbəb olur. Bənzər qarşılqlı təsir eritromisinin qəbulunun törətdiyi bağırsağın motorikasının güclənməsi nəticəsində əmələ gələ bilər. P sitoxrom sisteminin izofermentləri450 In vivo və in vitro şəraitində aparılan tədqiqatların nəticələri göstərib ki, rozuvastatin P sitoxrom450 sisteminin izofermentlərinin nə inhibitoru, nə də induktoru deyil. Bundan başqa, rozuvastatin bu izoferment sistemi üçün zəif substratdır. Buna görə də, P sitoxrom sistemi izofermentlərinin450 iştirakı baş verən metabolizm səviyyəsində rozuvastatinin digər dərman vasitələri ilə qarşılıqlı təsiri gözlənilmir. Rozuvastatin ilə flukonazol (CYP2C9 və CYP3A4 izofermentlərinin inhibitoru) və ketokonazol (CYP2A6 və CYP3A4 izofermentlərinin inhibitoru) arasında klinik əhəmiyyətli qarşılıqlı təsir qeydə alınmayıb. Rozuvastatinin dozasına düzəliş tələb edən dərman vasitələri ilə qarşılıqlı təsir (bax: Cədvəl 4) Rozuvastatinin ekspozisiyasını artıran dərman vasitələri ilə birlikdə qəbuluna ehtiyac olan zaman rozuvastatinin dozasına düzəliş etmək lazımdır. Ekspozisiyanın 2 və daha artıq dəfə artması gözlənilirsə, rozuvastatinin ilkin dozası gündə 1 dəfə 5 mq təşkil etməlidir. Rozuvastatinin gözlənilən ekspozisiyası rozuvastatinlə qarşılıqlı təsirə girən dərman vasitələrinin eyni zamanda təyini olmadan qəbul olunan 40 mq doza üçün olanı keçməməsi üçün rozuvastatinin maksimum gündəlik dozasına düzəliş etmək tələb olunur. Məsələn, rozuvastatinin maksimum gündəlik dozası hemfibrozillə birlikdə qəbulu zamanı 20 mq (ekspozisiyanın 1,9 dəfə artması), ritonavir/atazanavirlə ilə 10 mq (ekspozisiyanın 3,1 dəfə artması) təşkil edir. Tikaqrelor Tikaqrelor böyrək çatışmazlığına səbəb ola bilər və rosuvastatinin böyrəklər tərəfindən ifraz olunmasına mane ola bilər və bu da rosuvastatin yığılma riskini artırır. Bəzi hallarda tikaqrelor və rosuvastatinin eyni vaxtda istifadəsi böyrək funksiyasının azalmasına, KFK səviyyəsinin artmasına və rabdomiyolizə səbəb olub. Tikaqrelor və rosuvastatinin eyni vaxtda istifadəsi zamanı böyrək funksiyasını və KFK-ya nəzarət etmək tövsiyə olunur. Əgər rozuvastatinin AUC-un artımı 2 dəfədən az müşahidə olunursa, ilkin dozanı azaltmaq lazım deyil, lakin rosuvastatin dozasının 20 mq-dən çox təyin olunması zamanı ehtiyatlı olmaq lazımdır. Cədvəl 2. Müşayiətedici müalicənin rozuvastatinin ekspozisiyasına təsiri (AUC göstəriciləri azalan sıra ilə verilib) – nəşr olunmuş klinik tədqiqatların nəticələri Rozuvastatinin təsirini (AUC) 2 və ya daha çox dəfə artımı Yanaşı müalicə rejimi Rozuvastatinin dozalama Rozuvastatinin AUC- rejimi də dəyişiklik * 10 mq, birdəfəlik 7.4 dəfə artımSofosbuvir/velpatasvir/voksilaprevir (400 mq/100 mq/100 mq) + Voksilaprevir (100 mq) 15 gün ərzində gündə 1 dəfə Siklosporin 6 ay ərzində gündə 75 mq-dan Gündə 1 dəfə 10 mq, 10 gün 7,1 dəfə artım 200 mq-a qədər gündə 2 dəfə Darolutamid 600 mq 5 gün ərzində gündə 2 5 mq, birdəfəlik 5,2 dəfə artım dəfə Reqorafenib 160 mq 14 gün ərzində gündə 1 5 mq, birdəfəlik 3,8 dəfə artım ↑ dəfə Atazanavir 300 mq/ritonavir 100 mq 8 gün 10 mq, birdəfəlik 3,1 dəfə artım ərzində gündə bir dəfə Simeprevir 150 mq 7 gün ərzində gündə bir 10 mq, birdəfəlik 2,8 dəfə artım ↑ dəfə Velpatasvir 100 mq gündə bir dəfə 10 mq, birdəfəlik 2,7 dəfə artım ↑ Ombitasvir 25 mq/paritaprevir 5 mq, birdəfəlik 2,6 dəfə artım ↑ 150 mq/ritonavir 100 mq gündə 1 dəfə/dasabuvir 400 mq gündə iki dəfə 14 gün ərzində Qrazoprevir 50 mq/elbasvir 200 mq 11 gün 10 mq, birdəfəlik 2,3 dəfə artım ↑ ərzində gündə 1 dəfə Qlekaprevir 400 mq/pibrentasvir 120 mq 7 7 gün ərzində gündə 1 dəfə 2,2 dəfə artım ↑ gün ərzində gündə 1 dəfə 5 mq Lopinavir 100 mq/ritonavir 400 mq 17 gün Gündə 1 dəfə 20 mq, 7 gün 2,1 dəfə artım ərzində gündə 2 dəfə Klopidoqrel 300 mq (yükləmə dozası), 20 mq, birdəfəlik 2,0 dəfə artım ↑ növbəti 24 saatdan sonra 75 mq 80 mq, birdəfəlik 1,9 dəfə artım Qemfibrozil 600 mq 7 gün ərzində gündə 2 dəfə Rozuvastatinin təsirini 2 dəfədən az artımı Yanaşı müalicə rejimi Rozuvastatinin dozalama Rozuvastatinin AUC- rejimi də dəyişiklik * Eltrombopaq 75 mq 5 gün ərzində gündə 1 10 mq, birdəfəlik 1,6 dəfə artım dəfə Darunavir 600 mq / ritonavir 100 mq 7 gün Gündə 1 dəfə 10 mq, 7 gün 1,5 dəfə artım ərzində gündə 2 dəfə Tipranavir 500 mq / ritonavir 200 mq 11 gün 10 mq, birdəfəlik 1,4 dəfə artım ərzində gündə 2 dəfə Dronedaron 400 mq gündə 2 dəfə Məlumat yoxdur 1,4 dəfə artım ** İtrakonazol 200 mq 5 gün ərzində gündə bir 10 mq və ya 80 mq 1,4 dəfə artım dəfə birdəfəlik ** Ezetimib 10 mq 14 gün ərzində gündə bir 14 mq gündə 1 dəfə, 10 mq 1,2 dəfə artım dəfə Rozuvastatinin təsirinin azaldılması Yanaşı müalicə rejimi Rozuvastatinin dozalama Rozuvastatinin AUC- rejimi də dəyişiklik * Eritromisin 500 mq 7 gün ərzində gündə 4 80 mq birdəfəlik 20% dəfə Baykalin 50 mq 14 gün ərzində gündə 3 dəfə 20 mq birdəfəlik 47% * AUC-də bir qat dəyişikliyi olaraq təqdim olunan məlumatlar, bu göstəricinin yanaşı terapiya fonunda rosuvastatin ilə monoterapiya ilə göstəricinin dəyərinə nisbətidir. % şəklində dəyişmə kimi təqdim olunan məlumatlar, eyni zamanda terapiya fonunda AUC dəyəri ilə rosuvastatin monoterapiyası ilə göstəricinin dəyəri arasındakı % fərqidir. Artım “↑”, heç bir dəyişiklik “↔”, azalma “↓” kimi göstərilir. ** Fərqli dozada rosuvastatin ilə qarşılıqlı təsir göstərən bir neçə tədqiqat olmuşdur, ən əhəmiyyətli nisbət cədvəldə göstərilmişdir. Aşağıdakı dərmanlar/dərman birləşmələri eyni vaxtda istifadə edildikdə rosuvastatinin AUC-də klinik cəhətdən əhəmiyyətli bir təsir göstərməmişdir: aleqlitazar 0,3 mq 7 gün; fenofibrat 67 mq 7 gün ərzində gündə 3 dəfə; flukonazol 200 mq 11gün ərzində gündə bir dəfə; fosamprenavir 700 mg/ritonavir 100 mq 8 gün ərzində gündə 2 dəfə; ketokonazol 200 mq 7 gün ərzində gündə 2 dəfə; rifampisin 450 mq 7 gün ərzində gündə bir dəfə; silimarin 140 mq 5 gün ərzində gündə 3 dəfə. Rozuvastatinin qəbulunun digər preparatlara təsiri K vitamininin antaqonistləri HMQ-KoA-reduktazanın digər inhibitorlarınının qəbulu zamanı olduğu kimi, eyni zamanda K vitamininin antaqonistlərini (məsələn, varfarin və ya digər kumarin antaqonistləri) qəbul edən xəstələrdə rozuvastatinlə müalicənin əvvəli və ya onun dozasının artırılması beynəlxalq normallaşdırılmıış əlaqənin (BNƏ) artmasına səbəb ola bilər. Rozuvastatinin dayandırılması və ya dozasının azaldılması BNƏ-nin azalmasına səbəb ola bilər. Belə hallarda BNƏ-yə nəzarət etmək tövsiyə olunur. Daxilə qəbul edilən kontraseptivlər/əvəzedici hormonal müalicə (ƏHM) Rozuvastatin və daxilə qəbul edilən kontraseptivlərin birlikdə qəbulu etinilestradiolun və norgestrelin AUC-nu, müvafiq olaraq, 26% və 34% artırır. Qan plazmasında qatılıqların belə artması hormonal kontraseptivlərin dozasının seçimi zamanı nəzərə alınmalıdır. Rozuvastatin və ƏHM-nin birlikdə qəbulu üzrə farmakokinetik məlumatlar yoxdur, buna görə də, bu kombinasiyanın qəbulu zamanı da analoji təsiri istisna etmək olmaz. Bununla belə, bənzər kombinasiya klinik tədqiqatlar aparılan zaman geniş tətbiq olunub və xəstələr tərəfindən yaxşı qəbul olunmuşdur. Digər dərman vasitələri Diqoksin Rozuvastatinin diqoksinlə klinik əhəmiyyətli qarşılıqlı təsiri gözlənilmir. Fuzid turşusu Rabdomioliz də daxil olmaqla, miopatiyanın inkişaf riski sistem təsirli fuzid turşusu və statinlərin birlikdə qəbulu zamanı arta bilər. Bu qarşılıqlı təsir mexanizmi (farmakodinamik, farmakokinetik və ya hər iki variant) müəyyən olunmayıb. Bu kombinasiyanı qəbul edən xəstələrdə rabdomioliz (eyni zamanda ölümlə nəticələnən) haqqında məlumat verilib. Birlikdə qəbul gərəkli olan zaman fuzid turşusunun müalicəsi dövründə rozuvastatinin qəbulunu dayandırmaq lazımdır (bax: bölmə “Xüsusi göstərişlər”). Uşaqlar Rozuvastatinin qarşılıqlı təsirinin qiymətləndirilməsi üzrə tədqiqatlar yalnız uşaqların iştirakı ilə aparılıb. Uşaqlarda qarşılıqlı təsir dərəcəsi müəyyən deyil. Ezetimib Klinikayaqədərki tədqiqatlarda göstərilib ki, ezetimib dərman vasitələrinin metabolizmində iştirak edən P sitoxrom sisteminin izofermentlərini induksiya etmir. Ezetimib və CYP1A2, CYP2D6,450 CYP2C8 və CYP3A4 və ya N-asetiltransferaza izofermentləri tərəfindən metabolizə olunan dərman vasitələri arasında klinik əhəmiyyətli qarşılıqlı təsir müşahidə olunmayıb. Birlikdə qəbul zamanı ezetimib dapson, dekstrometorfan, diqoksin, peroral kontraseptivlər (etinilestradiol və levonorgestrel), qlipizid, tolbutamid və midazolamın farmakokinetikasına təsir göstərməyib. Antasidlər Antasidlərin birlikdə qəbulu ezetimibin sorulma sürətini aşağı salır, amma onun biomənimsənilməyə təsir göstərmir. Sorulma sürətinin belə azalması klinik əhəmiyyətli hesab olunmur. Kolestiramin Kolestiraminin birlikdə qəbulu cəmi ezetimibin (ezetimib + ezetimib-qlükuronid) AUC qiymətini təxminən 55% azaldıb. Ezetimib və kolestiraminin birlikdə qəbulu nəticəsində XS-ASLP qatılığının əlavə azalması bu qarşılıqlı təsir nəticəsində azala bilər. Fibratlar Fenofibrat və ezetimibi birlikdə qəbul edən xəstələr öd daşı xəstəliyi və öd kisəsinin xəstəliklərinin inkişaf riskinin mümkünlüyü haqqında xəbərdar edilməlidir. Fenofibrat və ezetimib qəbul edən xəstədə öd daşı xəstəliyi ilə bağlı şübhə olduğu zaman öd kisəsinin tədqiqini aparmaq və bu müalicəni dayandırmaq tövsiyə olunur. Fenofibratın və ya hemfibrozilin birlikdə qəbulu ümumi ezetimibin qatılığını artırıb (müvafiq olaraq, təxminən 1,5 və 1,7 dəfə). Ezetimib və digər fibratların birlikdə qəbulu tədqiq olunmayıb. Fibratlar XS-nin ödə xaric olmasını artıraraq, öd daşı xətəliyinin inkişafına səbəb ola bilər. Heyvanlar üzərində aparılan tədqiqatlarda ezetimib bəzən öd kisəsində XS qatılığını artırıb, amma bütün növlərdə deyil. Ezetimibin qəbulu ilə əlaqədar daş əmələgəlməsini istisna etmək olmaz. Siklosporin Böyrək transplantasiyasından sonra KK > 50 ml/dəq olan, siklosporin qəbul edən 8 xəstədə ezetimibin 10 mq dozada bir dəfə qəbulu ümumi ezetimibin AUC qiymətinin, digər tədqiqatdan ezetimibi monoterapiyada qəbul edən sağlam könüllülərdə verilən göstərici ilə müqayisədə (n = 17), 3,4 dəfə artırıb (2,3-7,9 dəfə). Böyrək transplantasiyasından sonra böyrəklərinin funksiyası ağır dərəcədə pozulmuş, siklosporin də daxil olmaqla, kompleks müalicə qəbul edən 1 xəstədə, yalnız ezetimib qəbul edən nəzarətli xəstələr qrupu ilə müqayisədə, 12 dəfə çoxalması müşahidə olunub. 8 gün ərzində, 100 mq siklosporin dozasının bir dəfəlik qəbulu ilə, gündə 1 dəfə 20 mq dozada ezetimib qəbul edən 12 sağlam xəstənin iştirakı ilə aparılan iki dövrlü çarpaz tədqiqatda müalicənin 7-ci günündə siklosporinin AUC qiymətinin, siklosporini monoterapiyada 100 mq dozada bir dəfə qəbul edən xəstələrdə verilən göstərici ilə müqayisədə, 15% artması (10%-ə qədər azalmaqdan 51% artmaya qədər) qeydə alınıb. Böyrək transplantasiyasından sonra xəstələrdə ezetimib və siklosporinin birlikdə qəbulunun nəzarətli tədqiqatı aparılmayıb. Ezetimib və siklosporinin birlikdə tətbiqini ehityatla həyata keçirmək lazımdır. Ezetimiblə birlikdə qəbul zamanı siklosporinin qatılığına nəzarət etmək lazımdır. Antikoaqulyantlar Ezetimibin birlikdə qəbulu (gündə 1 dəfə 10 mq) 12 sağlam könüllü ilə aparılan tədqiqatda varfarinin biomənimsənilmə və protrombin zamanına əhəmiyyətli təsir göstərməyib. Bununla belə, qeydiyyatdan sonrakı dövrdə ezetimib və varfarin və ya fluindionu birlikdə qəbul edən xəstələrdə BNƏ-nin artması haqqında məlumat əldə edilib. Ezetimib və varfarinin, bu sıradan olan digər kumarin antikoaluyantları və ya fluindinlər birlikdə qəbulu zamanı BNƏ-yə nəzarət etmək lazımdır. Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi Ko-Roksera preparatı hamiləlik zamanı və laktasiya dövründə əks göstərişdir. Hamiləlik Reproduktiv yaşda olan qadınlar adekvat kontrasepsiya vasitələrindən istifadə etməlidir. Xolesterin və xolesterindən sintez olunan maddələr dölün inkişafı üçün vacib olduğu üçün HMQ- KoA-reduktazanın döl üçün potensial inhibə olunma riski preparatın hamiləlik zamanı ana üçün faydasından artıqdır. Heyvanlar üzərində aparılan tədqiqatların gedişatında reproduktiv toksiklik haqqında məhdud məlumatlar əldə edilib. Hamiləlik baş verdiyi zaman müalicə prosesində preparatın qəbulunu dərhal dayandırmaq lazımdır. Hamiləlik zamanı ezetimibin qəbulu ilə bağlı klinik məlumat yoxdur. Laktasiya dövrü Siçovullarda rozuvastatin və ezetimib südə keçir. İnsanda rozuvastatin və ezetimibin südə keçməsi ilə bağlı məlumat yoxdur. Fertillik Ezetimibin insanda fertilliyə təsiri üzrə aparılan klinik tədqiqatların məlumatları yoxdur. Ezetimib erkək və dişi siçovullarda fertilliyə təsir göstərməyib. Nəqliyyat vasitələrini və digər potensial təklükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsiri Rozuvastatin və ezetimibin nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsirinin öyrənilməsi ilə əlaqədar tədqiqatlar aparılmayıb. Bunula belə, rozuvastatinin farmakodinamik xüsusiyyətlərini nəzərə almaqla, onun bu qabiliyyətlərə təsir etməsi az ehtimal olunur. Nəqliyyat vasitələrini idarə edən və mexanizmlərlə işləyən zaman ezetimiblə müalicə dövründə başgicəllənməsinin mümkünlüyünü nəzərə almaq lazımıdır.
İstifadə qaydası və dozası
Ko-Roksera preparatı ilə müalicəyə başlamazdan əvvəl xəstə standart hipoxolesterinemik pəhriz saxlamağa başlamalı və müalicə zamanı ona riayət etməyə davam etməlidir. Günün istənilən vaxtı, qida qəbulundan asılı olmayaraq, daxilə qəbul etmək mümkündür. Ko- Roksera preparatının tövsiyə olunan dozası gündə 1 tabletdir. Ko-Roksera preparatı başlanğıc müalicə kursuna uyğun deyil. Müalicənin əvvəlində və ya dozaya düzəliş etmək lazım olduğu zaman rozuvastatin və ezetimibi monopreparatlar şəklində qəbul etmək lazımdır, monopreparatların adekvat dozaları müəyyən edildikdən sonra tərkibində eyni dozalarda rozuvastatin və ezetimib olan sabit kombinasiyaya keçid mümkündür. Ko-Roksera preparatı ilə müalicəyə keçid zamanı monopreparatların daimi dozalarının birlikdə qəbulu zamanı xəstənin vəziyyətinə adekvat şəkildə nəzarəti əldə etmək lazımdır. Ko-Roksera preparatının dozası keçid zamanı sabit kombinasiyanın tərkibinə daxil olan monopreparatların dozaları ilə müəyyən olunmalıdır. Öd turşularının sekvestrantları ilə birlikdə qəbul Ko-Roksera preparatını öd turşularının sekvestrantlarının qəbulundan ən az 2 saat əvvəl və ya 4 saat sonra qəbul etmək lazımdır. Ayrı-ayrı xəstə qrupları Yaşlı xəstələr 70 yaşdan yuxarı xəstələrə rozuvastatinin tövsiyə olunan ilkin dozası 5 mq təşkil edir. Yaşla əlaqədar dozaya digər düzəlişlər tələb olunmur. Böyrəklərin funksiyasının pozulması Böyrəklərin funksiyası yüngül və orta dərəcədə pozulmuş xəstələrdə dozaya düzəliş tələb olunmur. Böyrəklərin funksiyası orta dərəcədə pozulmuş (KK< 60 ml/dəq.) xəstələrə rozuvastatinin tövsiyə olunan ilkin dozası 5 mq təşkil edir. Böyrəklərin funksiyası orta dərəcədə pozulmuş xəstələrə 40 mq rozuvastatini qəbul etmək əks göstərişdir. Böyrəklərin funksiyası ağır dərəcədə pozulmuş (KK< 30 ml/dəq.) xəstələrə Ko-Roksera preparatının qəbulu əks göstərişdir. Qaraciyər funksiyasının pozulması Çayld-Pyu şkalası üzrə ≤ 7 bal qaraciyər çatışmazlığı olan xəstələrdə rozuvastatinin sistem ekspozisiyası artmayıb. Eyni zamanda, sistem ekspozisiyasının artması Çayld-Pyu şkalası üzrə 8-9 ballıq qaraciyər çatışmazlığı olan xəstələrdə müşahidə olunub. Belə xəstələrdə böyrəklərin funskional vəziyətini qiymətləndirmək lazımdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalası üzrə > 9 bal) olan xəstələrdə rozuvastatinin qəbul təcrübəsi yoxdur. Orta (Çayld-Pyu şkalası üzrə 7-9 bal) və ya ağır (Çayld-Pyu şkalası üzrə > 9 bal) dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrə Ko-Roksera preparatının qəbulu tövsiyə olunmur. Fəal fazada qaraciyər xəstəliyi olan xəstələrə Ko-Roksera preparatı əks göstərişdir. Etnik qruplar Monqoloid irqinə mənsub xəstələrdə rozuvastatinin sistem ekspozisiyasının artması qeydə alınıb. Monqoloid irqinə mənsub xəstələr üçün rozuvastatinin başlanğıc dozası 5 mq təşkil edir, rozuvastatinin 40 mq dozada qəbulu əks göstərişdir. Genetik polimorfizm Genetik polimorfizmin müəyyən növləri rozuvastatinin ekspozisiyasının artmasına səbəb ola bilər (bax: bölmə “Farmakokinetika”). Polimorfizmin bu növləri müəyyən olunan xəstələrə rozuvastatinin daha aşağı gündəlik dozalarını qəbul etmək tövsiyə olunur. Miotoksik ağırlaşmalara meyilli xəstələr Miopatiyanın inkişafına meyilli olan xəstələr üçün rozuvastatinin tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir. Belə xəstələrdən bəzilərinə 40 mq doza əks göstərişdir. Müşayiətedici müalicə Rozuvastatin müxtəlif nəqliyyat zülalları (xüsusilə də, OATP1B1 və BCPR) ilə birləşir. Rozuvastatinin nəqliyyat zülalları ilə qarşılıqlı təsir sayəsində qan plazmasında rozuvastatinin qatılığını artıran dərman preparatları (siklosporin, insanın immunçatışmazlığı virusunun (İİV) bəzi proteazaları kimi, ritonavirin atazanavir, lopinavir və/və ya tipranavirlə kombinasiyası daxil) ilə birlikdə qəbulu miopatiyanın (rabdomioliz daxil) inkişaf riskini artıra bilər. Belə hallarda alternativ müalicənin qəbulu və ya rozuvastatinin qəbulunun müvəqqəti dayandırılması imkanını qiymətləndirmək lazımdır. Yuxarıda qeyd olunan preparatların qəbulu mütləq olarsa, rozuvastatinlə müşayiətedici müalicənin fayda və risk nisbətini qiymətləndirmək və onun dozasında düzəliş etmək imkanını nəzərdən keçirmək lazımdır. Uşaqlar 18 yaşdan kiçik uşaqlarda Ko-Roksera preparatınının qəbulunun təhlükəsizliyi və təsirliliyi müəyyən olunmayıb.18 yaşdan kiçik xəstələrə Ko-Roksera preparatını qəbul etmək tövsiyə olunmur.
Əlavə təsirləri
Rozuvastatinin qəbulu zamanı müşahidə olunan arzuolunmaz reaksiyalar, adətən, əhəmiyyətsiz təzahür edir və öz-özünə keçir. Arzuolunmaz reaksiyaların inkişafı səbəbi ilə rozuvastatin qəbul edən xəstənlərin 4%-dən azı vaxtından əvvəl aparılan nəzarətli klinik tədqiqatlardan seçilib. Rozuvastatinə qarşı arzuolunmaz reaksiyaların profili klinik tədqiqatların məlumatları və böyük qeydiyyatdan sonrakı tətbiq təcrübəsi əsasında təqdim edilib. Arzuolunmaz reaksiyalar ezetimibin plasebonun qəbulu zamanı olan analoji tezlikdən (n = 1159) çox tezlikdə monoterapiyada qəbulu zamanı (n = 2396) və ya ezetimibin statinin monoterapiyada qəbulu zamanı olan analoji tezlikdən (n = 9361) çox tezliklə statinlə birlikdə qəbulu zamanı (n = 11308) müşahidə olunub. Ezetimibə qarşı qeydiyyatdan sonrakı arzuolunmaz reaksiyalar ezetimibin monoterapiyada və ya statinlə birlikdə qəbulu üzrə hesabatların məlumatları əsasında təqdim olunub. Ümumdünya səhiyyə təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan əlavə təsirlərin inkişaf tezliyinin təsnifatı: çox tez-tez ≥1/10, tez-tez ≥ 1/100-dən <1/10-a qədər, bəzən ≥1/1000-dən <1/100-ə qədər, nadir hallarda ≥ 1/10000-dən <1/1000-ə qədər, çox nadir hallarda ≥ 1/10000, qeyri-müəyyən tezlik (mövcud məlumatlar əsasında müəyyən etmək mümkün deyil). MedDRA Rast gəlinmə tezliyi Əlavə təsirlər Orqanlar sistemi sinfi Rozuvastatin Ezetimib Qan və limfa sisteminin Nadir hallarda Tezlik məlum funksiyasının pozulması deyilTrombositopeniya İmmun sisteminin funksiyasının Angionevrotik ödem də daxil Nadir hallarda Tezlik məlum pozulması olmaqla, hiperhəssaslıq reaksiyaları deyil Endokrin sistemin funksiyasının Tez-tez -1 2-ci növ şəkərli diabet pozulması Psixikanın pozulması Tezlik məlum Tezlik məlum Depresiya deyil deyil Sinir sisteminin funksiyasının Baş ağrısı Tez-tez Tez-tez pozulması Tez-tez Tezlik məlum Başgicəllənmə deyil Çox nadir – Poineyropatiya hallarda Çox nadir – Yaddaşın itirilməsi hallarda Tezlik məlum – Periferik neyropatiya deyil Yuxunun pozulması (yuxusuzluq və Tezlik məlum – dəhşətli yuxugörmələr daxil) deyil Paresteziya – Bəzən Tənəffüs sistemi, döş qəfəsi Tezlik məlum – Öskürək orqanları və divararasının deyil funksiyasının pozulması Tezlik məlum Tezlik məlum Təngnəfəslik deyil deyil Həzm sisteminin funksiyasının Tez-tez Tezlik məlum Qəbizlik pozulması deyil Ürəkbulanma Tez-tez – Qarın ağrısı Tez-tez – Nadir hallarda Tezlik məlum Pankreatit deyil Tezlik məlum – İshal deyil Ağız boşuluğunun selikli qişasının – Bəzən quruluğu Qastrit – Bəzən Qaraciyər və öd yollarının “Qaraciyər” transaminazalarının Nadir hallarda – funksiyasının pozulması fəallığının artması Sarılıq Nadir hallarda – Nadir hallarda Tezlik məlum Hepatit deyil – Tezlik məlum Öddaşı xəstəliyi deyil – Tezlik məlum Xolesistit deyil Dəri və dərialtı toxumanın Qaşınma Bəzən Bəzən funksiyasının pozulması Səpgi Bəzən Bəzən Övrə Bəzən Bəzən Tezlik məlum – Stivens-Conson sindromu deyil – Tezlik məlum Çoxformalı eritema deyil Eozinofiliya və sistemik Tezlik məlum – simptomlarla dərman reaksiyası deyil (DRESS sindromu) Skelet-əzələ və birləşdirici Mialgiya Tez-tez Tez-tez toxumanın funksiyasının Nadir hallarda Tezlik məlum Miopatiya (miozit daxil) pozulması deyil Nadir hallarda Tezlik məlum Rabdomioliz deyil Çox nadir – Artralgiya hallarda Tezlik məlum – İmmun-vasitəli nekrotik miopatiya deyil Vətərlərin funksiyasının pozulması, Tezlik məlum – bəzən qırılmaqla ağırlaşır deyil Kürəkdə ağrı – Bəzən Əzələ zəifliyi – Bəzən Əl və ayaqlarda ağrı – Bəzən Qurdeşənəyi sindromu Nadir hallarda – Əzələ çırılması Nadir hallarda – Böyrəklərin və sidik yollarının Çox nadir – Hematuriya funksiyasının pozulması hallarda Cinsi orqanlar və süd vəzilərinin Çox nadir – Ginekomastiya funksiyasının pozulması hallarda Yeridilmə yerində ümumi Asteniya Tez-tez Bəzən narahatlıqlar və pozulmalar Tezlik məlum Bəzən Şiş deyil Laboratoriya və instrumental Alaninaminotransferaza (ALT) – Tez-tez məlumatlar və/və ya aspartataminotransferazanın (AST) fəallığının artması Rastgəlinmə tezliyi risk amilinin olub-olmamasından asılıb olacaq (qanda qlükozanın qatılığı acqarına ≥5,6 mmol/l, bədən kütləsinin indeksi (BKİ) > 30 kq/m , qan plazmasında tirqliseridlərin yüksək qatılığı, anamnezdə arterial hipertenziya). HMQ-KoA-reduktazanın digər inhibitorlarının qəbulu zamanı olduğu kimi, əlavə təsirlərin əmələgəlmə tezliyi, əsasən, dozadan-asılı xüsusiyyət daşıyır. Ayrı-ayrı arzuolunmaz reaksiyaların təsviri Böyrəklərin və sidik yollarının funksiyasının pozulması Rozuvastatinlə müalicə qəbul edən xəstələrdə proteinuriya aşkar edilə bilər. Sidikdə zülalın miqdarının dəyişməsi (++ qədər və daha çox miqdarda izlərin olması və ya olmaması) 10-20 mq rozuvastatin qəbul edən xəstələrin 1%-dən azında və 40 mq rozuvastatin qəbul edən xəstələrin təxminən 3%-də müşahidə olunur. Sidikdə zülalın miqdarının əhəmiyyətsiz dərəcədə dəyişməsi 20 mq dozanın qəbulu zamanı qeydə alınıb. Əksər hallarda proteinuriya müalicə prosesində azalır və ya itir, kəskin böyrək xəstəliyinin əmələ gəlməsi və mövcud olanın irəliləməsi demək deyil. Rozuvastatinin qəbulu fonunda hematuriya müşahidə olunub, klinik tədqiqatların məlumatlarına əsasən onun tezliyi aşağı olub. Skelet-əzələ sisteminin funksiyasının pozulması Skelet əzələlərinin funksiyasının pozulması, məsələn, mialgiya, miopatiya (miozit daxil) və nadir hallarda rabdomioliz, ağır böyrək çatışmazlığı ilə və ya onsuz, xəstələrdə rozuvastatinin istənilən dozasının, xüsusilə də, 20 mq-dan çox dozanın qəbulu zamanı qeydə alınıb. Qan plazmasında kreatinfosfokinazanın (KFK) fəallığının dozadan-asılı artması rozuvastatin qəbul edən az sayda xəstədə müşahidə olunub. Əksər hallarda o, əhəmiyyətsiz, simptomsuz və müvəqqətidir. Qan plazmasında KFK-nin fəallığı normanın yuxarı həddini 5 dəfə çox keçərsə, müalicəni dayandırmaq lazımdır. Qaraciyərin funksiyasının pozulması Rozuvastatinin qəbulu zamanı, HMQ-KoA-redukatazanın digər inhibitorlarının qəbulu zamanı olduğu kimi, əhəmiyyətsiz sayda xəstədə qan plazmasında “qaraciyər” transaminazaların fəallığının dozadan-asılı artması müşahidə olunur. Əksər hallarda, bu, əhəmiyyətsiz, simptomsuz və müvəqqətidir. HMQ-KoA-redukatazanın inhibitorlarının bəzilərinin (statinlər) qəbulu zamanı aşağıdakı arzuolunmaz hallar haqqında məlumat verilib: seksual disfunksiya, ağciyərlərin tək-tük interstisial xəstəlikləri, xüsusilə də, preparatların uzunmüddətli qəbulu zamanı (bax: bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Rabdomioliz, böyrəklərin və qaraciyərin (əksərən, “qaraciyər” transaminazalarının fəallığının artması) funksiyasının ciddi pozulmaları haqqında məlumatların daxilolma tezliyi preparatın 40 mq dozada qəbulu zamanı daha çox olub. Laboratoriya məlumatları Nəzarətli klinik tədqiqatlarda qan zərdabında “qaraciyər” transaminazalarının fəallığının klinik əhəmiyyətli ardıcıl artma tezliyi (ALT və/və ya AST fəallığı NYH-ni 3 və daha artıq dəfə keçib) ezetimibin monoterapiyada qəbulu zamanı (0,5%) və plasebonun qəbulu zamanı (0,3%) müqayisə edilə bilən olub. Kombinəolunmuş müalicənin təhlükəsizliyinin öyrənilməsi zamanı qan zərdabında “qaraciyər” transaminazalarının fəallığının klinik əhəmiyyətli artma tezliyi ezetimibi statinlə birlikdə qəbul edən xəstələrdə 1,3% və statini monoterapiyada qəbul edən xəstələrdə 0,4% təşkil edib. Qan zərdabında “qaraciyər” transaminazalarının fəallığının artması, adətən, simptomsuz keçib, xolestazın inkişafı ilə müşayiət olunmayıb və həm müalicə davam edən zaman, həm də preparatın qəbulu dayandırıldıqdan sonra ilkin səviyyəsinə qayıdıb. Ezetimibin qəbulu ilə aparılan klinik tədqiqatlarda, plasebo qəbul edən 786 xəstədən 1-i ilə (0,1%) müqayisədə, ezetimibi monoterapiyada qəbul edən 1674 xəstədən 4-ündə (0,2%), eləcə də, statini monoterapiyada qəbul edən 929 xəstədən 4-ü (0,4%) ilə müqayisədə, ezetimibi statinlə birlikdə qəbul edən 917 xəstədən 1-ində (0,1%) KFK fəallığının NYH-ni 10 və daha çox dəfə keçməsi haqqında məlumat verilib. Müvafiq nəzarət qrupu (plasebo və ya statin) ilə müqayisədə, ezetimibin qəbulu ilə əlaqəli miopatiya və ya rabdomiolizin inkişaf tezliyinin artması müşahidə olunmayıb. Uşaqlar 52 həftəlik klinik tədqiqatda rozuvastatinin qəbulu zamanı KFK-nin fəallığının artması NYH-dən 10 dəfə yuxarı olmasını və fiziki gərginlikdən və ya yüksək fiziki fəallıqdan sonra əzələlərdə simptomların təzahürü, böyüklərlə müqayisədə, uşaqlarda və yeniyetmələrdə daha tez-tez müşahidə olunub. Digər məsələlərdə, uşaqlarda və yeniyetmələrdə rozuvastatinin təhlükəsizlik profili böyüklərdəki ilə bənzər olub. Ailəvi və ya qeyri-ailəvi heteroziqot hiperxolesterinemiyalı uşaqların (6-10 yaş) (n=138) iştirakı ilə aparılan ezetimibin qəbulu ilə bağlı tədqiqatda ALT və/və ya AST fəallığının ardıcıl artması (NYH- dən 3 və daha artıq dəfə çox), plasebo qrupundakı 0% ilə müqayisədə, ezetimib qəbul edən xəstələrin 1,1%-də (n=1) müşahidə olunub. KFK fəallığının NYH-dən 10 və daha artıq dəfə çox artması qeydə alınmayıb. Miopatiya halları haqqında məlumat verilməyib.
Doza həddinin aşılması
Rozuvastatinin doza həddi aşıldığı zaman xüsusi müalicə yoxdur. Doza həddi aşıldığı zaman simptomatik müalicə aparmaq və həyati əhəmiyyətli funksiyaların dəstəklənməsinə istiqamətləndirilmiş tədbirlər görmək tövsiyə olunur. Qaraciyərin funksiyasına və KFK-nin zərdab fəallığına nəzarət etmək lazımdır. Klinik tədqiqatlarda ezetimibin 14 gün ərzində 15 sağlam könüllüdə gündə 50 mq/gün dozada və ya 56 gün ərzində ilkin hiperxolesterinemiyalı 18 xəstədə gündə 40 mq qəbulu zamanı preparata qarşı yaxşı dözümlülük qeydə alınıb. Ezetimibin siçovul və siçanlarda 5000 mq/kq, itlərdə 3000 mq/kq dozada bir dəfə daxilə yeridilməsi zamanı toksikliyin təzahürü müşahidə olunmayıb. Bəzi ezetimibin doza həddinin aşılması halları haqqında məlumat verilib ki, onlardan əksəriyyəti arzuolunmaz halların inkişafı ilə müşayiət olunmayıb, onlar əmələ gəldiyi zaman isə arzuolunmaz hallar ciddi olmayıb. Doza həddi aşıldığı zaman simptomatik müalicə aparmaq və dəstəkləyici tədbir görmək lazımdır.
Buraxılış forması
Örtüklü tabletlər, 10 mg/10 mg, 20 mg/10 mg. 10 tablet blisterdə. 3 blister (hərəsində 10 tablet olmaqla) istifadə üçün təlimatla birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 25C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada saxlayın. Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra preparatı istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi KRKA, d.d., Novo mesto, Smarjeska c. 6, 8501 Novo Mestro, Slovenia. Azərbaycanda Nümayəndəlik Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi. Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.