Klimadynon N60 tablet Bionorica

Təsiredici maddə: CIMICIFUGA RACEMOSA
Təsiredici maddəCIMICIFUGA RACEMOSA
Dərman formasıTablet
Farmakoloji təsirDigər ginekoloji preparatlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl təlimatları diqqətlə oxuyun, çünki orada Sizin üçün vacib məlumatlar var. Həmişə bu dərman preparatını bu təlimatlarda göstərildiyi kimi və ya müalicə həkiminin tövsiyələrinə uyğun olaraq istifadə edin. • Bu istifadə təlimatlarını saxlayın. Onu yenidən oxumağınız lazım ola bilər. • Əlavə məlumat və ya məsləhətə ehtiyacınız olarsa, əczaçı və ya həkiminizə müraciət edin. • Əgər sizdə hər hansı əlavə təsir yaranarsa, həkiminizlə və ya əczaçı ilə danışın. Bunlara bu təlimatlarda qeyd olunmayan hər hansı mümkün əlavə təsirlər daxildir. “Əlavə təsirlər” bölməsinə baxın. • Özünüzü 6-8 həftədən sonra yaxşı hiss etmirsinizsə və ya daha pis hiss edirsinizsə, mütləq həkiminizlə danışmalısınız. KLİMADİNON örtüklü tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində Simisifuqanın kökümsov gövdəsinin (Cimicifuga racemosa (L.) Nutt., rhizoma) 2,8 mq quru ekstraktı (5-10:1). Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, maqnezium stearat, kalsium hidrofosfat dihidrat, talk, titan dioksid (E 171), sarı dəmir oksidi (E 172), qırmızı dəmir oksidi (E 172), makroqol 6000, ammonium metakrilat kopolimer (Tip A) (ammonium metakrilat kopolimer (Tip A), sorbin turşusu, natrium hidroksid).

Təsviri

Çəhrayı rəngli, yuvarlaq, hər iki tərəfi qabarıq, hamar səthə malik örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Digər ginekoloji preparatlar. ATC Kodu: G02CX04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi və ya tərkib hissəsi ilə əlaqəli menopauza əlamətlərinin aradan qaldırılması haqqında məlumatlar yoxdur. Klinik farmakoloji tədqiqatlar göstərir ki, menopauza şikayətləri (qızdırma, yuxusuzluq, həddindən artıq tərləmə, müvəqqəti əhval-ruhiyyə dəyişikliyi) Simisifuqanın kökümsov gövdələrindən hazırlanan dərmanların istifadəsi ilə aradan qaldırıla bilər. Dərman preparatının təhlükəsiz istifadəsi ilə əlaqəli preklinik məlumatlar. Siçanlar üzərində aparılmış 6 aylıq sınaqda izopropanol ekstraktının müşahidə olunmamış təsir səviyyəsi 21,06 mq/kq olmuşdur. İn vitro və in vivo farmakoloji sınaqların nəticələrinə əsasən Simisifuqanın kökümsov gövdələrindən hazırlanan ekstraktı süd vəzi xərçənginin inkişafına və latentliyinə təsir göstərmir. Eyni zamanda, in vitro digər tədqiqatlarda əks nəticələr əldə edilmişdir. Şiş hüceyrələrinə malik olan genetik cəhətdən dəyişdirilmiş dişi siçanlar Simisifuqanın kökümsov gövdələri (40 mq kökümsov gövdələr və kökümsov gövdələrə ekvivalent izopropanol ekstraktı) ilə qidalanmış və metastatik ağciyər şişi olan siçanların sayı nekropsiya zamanı nəzarət qrupundakı siçanlardan daha çox olmuşdur. Eyni zamanda, eyni təcrübədə süd vəzilərinin böyüməsi müşahidə edilməmişdir. Etanoldakı ekstraktın (4,5-8,5:1, etanol 60% (h/h)) genotoksik tədqiqi (AMES testi) 1 mq/damar konsentrasiyasında aparılmışdır. Test cari tələblərə cavab vermədiyi üçün bu nəticələrin təhlükəsizlik qiymətləndirmələri üçün uyğunluğu sual altındadır. Kanserogenlik və reproduktiv toksiklik üzrə heç bir araşdırma aparılmamışdır. Farmakokinetikası Məlumatlar yoxdur.

İstifadəsinə göstərişlər

Bitki mənşəli dərman preparatı istibasma və bol tərləmə kimi menopauza şikayətlərinin aradan qaldırılması üçün nəzərdə tutulmuşdur.

Əks göstərişlər

Dərmanın hər hansı köməkçi maddələrinə və ya hər hansı digər komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Klimadinon preparatı qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə xüsusi ehtiyatla istifadə edilməlidir. Müalicəyə başlamazdan əvvəl qaraciyər funksiyaları yoxlanılmalıdır. Sarılıq, tünd rəngli sidik ifrazı, qarnın yuxarı hissəsində ağrı, ürəkbulanma, iştahsızlıq və yorğunluq kimi ilkin simptomlar varsa, dərhal Klimadinon qəbulunu dayandırmaq və müalicə həkimi ilə əlaqə saxlamaq lazımdır. Cinsiyyət yollarından qanaxma və ya hər hansı digər əlamətlər müşahidə edildikdə, həkimlə məsləhətləşmək lazımdır, çünki belə simptomlar zamanı pasiyent həkim nəzarəti altında olmalıdır. Klimadinon həkimlə əvvəlcədən məsləhətləşmədən estrogenlərlə birlikdə istifadə edilməməlidir. Döş xərçəngi və ya hormondan asılı olan digər şişlər üçün müalicə almış və ya hazırda müalicə alan pasiyentlər həkim məsləhəti olmadan Klimadinon istifadə etməməlidirlər. ® ® Klimadinon preparatının tərkibində laktoza var. Klimadinon qalaktoza intolerantlığı, ümumi laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərdə istifadə edilməməlidir. Uşaqlar Verilmiş terapevtik göstərişlərdə Klimadinon preparatı uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə istifadəsi üçün göstəriş deyildir. Bu dərman preparatının hər örtüklü tabletinin tərkibində 1 mmol-dan (23 mq) az natrium var ki, bu da demək olar ki “natriumsuzdur” anlamına gəlir. Şəkərli diabet xəstələri üçün məlumat: bir dozada (1 tablet) həzm olunan karbohidratların tərkibi 0,04 Çörək Vahidindən (ÇV) azdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərmanlarla qarşılıqlı təsirləri hazırda məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə dərman preparatının istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Klinik məlumatların olmaması səbəbindən hamiləlik və laktasiya dövründə preparatın istifadəsi tövsiyə edilmir. Hamilə qalma ehtimalı olan qadınlar müalicə dövründə effektiv kontraseptiv dərmanlar qəbul etməyi düşünməlidirlər. Fertilliyə təsiri ilə əlaqəli heç bir araşdırma aparılmamışdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Klimadinon peparatının avtomobili idarə etmək və ya digər potensial təhlükəli mexanizmlərlə məşğul olmaq qabiliyyətinə təsirləri ilə əlaqəli heç bir araşdırma aparılmamışdır.

İstifadə qaydası və dozası

Dozalanma rejimi: 1 tablet gündə 2 dəfə (səhər və axşam) eyni vaxtda. Tablet daxilə, çeynəmədən, lazım olduqda, az miqdarda su ilə (1 stəkan) qəbul edilir. Xüsusi qrup populyasiyalarda istifadəsi Uşaqlar və 18 yaşdan kiçik yeniyetmələr Klimadinon preparatı uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə istifadə üçün göstəriş deyildir. Böyrək funksiyaları pozulmuş pasiyentlərdə istifadəsi Böyrək çatışmazlığı olan pasiyentlərdə dozalanma rejiminə dair xüsusi tövsiyələr vermək üçün kifayət qədər klinik məlumatlar yoxdur. Qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə istifadəsi Klimadinon qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər. Müalicə müddəti Preparatın istifadəsi dövründə simptomlar kəskinləşərsə, müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Simisifuqanın kökümsov gövdəsini həkim məsləhəti olmadan 6 aydan çox qəbul etmək olmaz.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Bütün digər dərman vasitələri kimi, Klimadinon preparatı da hər kəsdə olmasa da, müəyyən əlavə təsirlərə səbəb ola bilər. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Rastlanma tezliyi məlum deyil (mövcud məlumatlara əsasən rastlanma tezliyinin dəyərləndirilməsi mümkün deyil): mədə-bağırsaq simptomları (dispeptik pozğunluqlar, diareya). Hepatobiliar pozğunluqlar Rastlanma tezliyi məlum deyil (mövcud məlumatlara əsasən rastlanma tezliyinin dəyərləndirilməsi mümkün deyil): qaraciyər toksikliyi (hepatit, sarılıq, qaraciyər funksiyası testlərinin pozulması daxil olmaqla) Cimicifuga rhizoma tərkibli məhsulların istifadəsi ilə əlaqələndirilir. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Rastlanma tezliyi məlum deyil (mövcud məlumatlara əsasən rastlanma tezliyinin dəyərləndirilməsi mümkün deyil): allergik dəri reaksiyları (övrə, qaşınma, ekzantema), üzdə şişkinlik (ödem) Ümumi pozğunluqlar və tətbiqi yerindı vəziyyətlər Rastlanma tezliyi məlum deyil (mövcud məlumatlara əsasən rastlanma tezliyinin dəyərləndirilməsi mümkün deyil): periferik ödem Əgər Siz təlimatlarda sadalanan hər hansı əlavə təsirlər müşahidə etsəniz və ya daha da pisləşirsinizsə və ya təlimatlarda qeyd olunmayan hər hansı digər əlavə təsirləri müşahidə edirsinizsə, zəhmət olmasa, müalicə həkiminizə müraciət edin. Əlavə təsirlər barədə məlumat verməklə siz bu dərmanın təhlükəsizliyi haqqında daha çox məlumatlar toplamağa köməklik edə bilərsiniz.

Doza həddinin aşılması

Doza həddinin aşılmasına dair məlumatlar bildirilməyib. Doza həddinin aşılması hallarında simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

15 tablet blisterdə. 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Kerschensteinerstrasse 11-15 92318 Neumarkt, Almaniya. Tel.: +49 (0)9181 231-90. Faks: +49 (0)9181 231-265. E-Mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Klimadynon N60 tablet Bionorica” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar