Kestres forte N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KESTRES FORTE tabletlər
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 150 mq Tikanlı yemişan hamaşçiçəyi (Crataegi inflorescentia), 30 mq yemişan meyvələri (Crataegi fructus), 100 mq damotu (Leonuri herba), 40 mq xəşəmbul otu (Meliloti herba) vardır. Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, kartof nişastası. 1 tabletin tərkibində hiperozidə hesablamada 1,25 mq – dan az olmayaraq flavonoid vardır.
Təsviri
Hər iki tərəfi qabarıq, dairəvi, qeyri-bərabər yaşılımtıl-qəhvəyi rəngli tabletlərdir.
Farmakoloji xüsusiyyətləri
Yemişanın tərkibində olan farmakoloji aktiv maddələr tac damarlarda və miokardda qan dövranını gücləndirir. Preparat ürək yığılmalarının gücünü və sayını artırır (müsbət ino-, xrono-, dromotrop effektlərə və mənfi batmotrop təsirə malikdir). Əlavə olaraq sidikqovucu, ödeməleyhinə və sedativ təsir göstərir.
İstifadəsinə göstərişlər
Nevroz və nevrasteniyalar, neyrosirkulyator distoniya (NSD), həyəcan, qorxu, yuxu pozğunluqları, miqren, klimakterik və predmenstrual dövr. Yüngül və orta dərəcəli koronar çatışmazlıqlar, kardionevrozlar.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
2 həftədən artıq istifadə etdikdə preparatın təkrar istifadəsinin məqsədəuyğunluğu haqqında həkimlə məsləhətləşmək lazımdır. Taxikardiya zamanı preparatdan istifadə həkim tərəfindən fərdi olaraq təyin olunur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsinin mümkünlüyü haqqında həkimlə məsləhətləşmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Gündə 3 dəfə yeməkdən sonra kifayət qədər su ilə 1-2 tablet qəbul edilir.
Əlavə təsirləri
Mədə-bağırsaq pozuntuları və allergik reaksiyalar mümkündür.
Doza həddinin aşılması
Baş ağrıları yarana bilər.
Buraxılış forması
10 tablet, blisterdə. 2, 3 və ya 5 blister, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə, bağlı qablaşdırmada saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseprsiz buraxılır.
İstehsalçı
Pharmaceutical Laboratory Labofarm. Ul. Lubichowska k. 176 b, 83-200 Starogard Gdanski, Polşa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.