Kendo 200 mq 12,5 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Kendo iltihabı və yüksək hərarəti aradan qaldıran analgetik təsirli qeyri-stereod iltihabəleyhinə preparatdır (QSİƏP) |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,83 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KENDO oral damcı KENDO
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 200 mq ibuprofen vardır. Köməkçi maddələr: saxaroza, qliserin, kalium hidroksid, susuz natrium sulfit, polisorbit 20, metilparahidroksibenzoat, natrium sitrat dihidrat, natrium saxarin, dinatrium edetat, naringi /limon / karamel aromatı, eritrozin (E127), distillə olunmuş su.
Farmakoterapevtik qrupu
Kendo iltihabı və yüksək hərarəti aradan qaldıran analgetik təsirli qeyri-stereod iltihabəleyhinə preparatdır (QSİƏP). ATC kodu: M01AE01.
Farmakoloji xüsusiyyətləri
İbuprofen analgetik və iltihabəleyhinə sintetik preparatdır, həmçinin qızdırmasalıcı aktivliyi vardır. O, kimyəvi cəhətdən iltihabəleyhinə təsiri olan Fenilpropion törəmələrinin ilkin formasıdır. O, narkotik analgetik deyil. İbuprofen prostaqlandin sintezinin güclü inhibitorudur və periferik toxumalarda onların sintezinin qarşısını almaqla təsir göstərir. İbuprofen oral qəbuldan sonra yaxşı absorbsiya olunur və plazmada maksimal səviyyəsinə çox tez çatır. İbuprofen tez və tam olaraq sidiklə ekskresiya olunur, təyin olunmuş dozanın 90%-i 24 saatdan sonra metabolitlər şəklində və ya digər birləşmələrin tərkibində ekskresiya olunur.
İstifadəsinə göstərişlər
– İnfeksion xəstəliklərin, o cümlədən, soyuqdəymə və qripin simptomatik müalicəsində yüksək qızdırmanı aradan qaldırmaq üçün; – Müxtəlif mənşəli ağrılar, habelə başağrısı, dişağrısı, nevralgiyalar, sümük-oynaq və əzələ ağrıları; – Dayaq-hərəkət sisteminin destruktiv-degenerativ xəstəliklərinin (revmatoid artrit, artrozlar, osteartroz, spondiloartrit, revmatizm, podaqranın kəskinləşməsi zamanı müşahidə olunan oynaq sindromu və s.) terapiyasında; – Burun-boğaz-qulaq xəstəlikləri zamanı ağrı və infeksiyon iltihabi proseslərdə; – Adneksit, alqodismenoreya və predmenstrual ağrılar zamanı və s.
Əks göstərişlər
– Təsiredici və ya köməkçi maddələrdən hər hansı birinə, eləcə də antirevmatik preparatlara (Asetilsalisil turşusu və s.) qarşı yüksək həssaslıq; – Hamiləlik və laktasiya dövrü (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın); – Kəskin qastroduodenal xora, yaxud digər mədə xəstəlikləri; – Əvvəllər aktiv müalicə ilə əlaqəli qastrointestinal qanaxma və ya anamnezində perforasiya yaxud residivləşən xora/qanaxma olan xəstələr; – Kəskin ürək çatışmazlığı; – Kəskin qaraciyər və böyrək çatışmazlığı; Xüsusi göstərişlə və ehtiyat tədbirləri – Anamnezində astma olan xəstələrdə bu preparat ehtiyatla, biləvasitə həkimin nəzarəti altında qəbul edilməlidir. – Kendo və digər QSİƏP-ın birgə istifadə edilməsi məsləhət görülmür. – Yaşlılarda və anamnezində xora olan xəstələrdə, xüsusilə də qanaxma və ya perforasiya ilə fəsadlaşmış şəxslərdə (“Əks göstərişlər” bölməsinə baxın) QSİƏP-ın dozaları nə qədər yüksək olarsa, qastrointestinal qanaxma, xora əmələ gəlməsi və ya perforasiya riski də bir o qədər yüksəkdir. Bu xəstələr müalicəni ən kiçik mövcud doza ilə başlamalıdırlar. Yanaşı olaraq qoruyucu agentlər (Mizoprostol və ya proton nasosunun inhibitorları) istifadə edən, eləcə də kiçik dozada Aspirin və ya qastrointestinal problemlər (“Dərmanların qarşılıqlı təsiri” bölməsinə baxın) riskini artıran digər preparatlar qəbul edən xəstələrdə bunları nəzərə almaq lazımdır. – Anamnezində qastrointestinal toksiklik olan xəstələr, xüsusən də yaşlı xəstələr hər hansı qeyri-adi qastrointestinal simptom (xüsusilə qastrointestinal qanaxma) baş verən zaman məlumat verməlidirlər. – Anamnezində qastrointestinal xəstəliklər (xoralı kolit, Kron xəstəliyi) olan xəstələrdə QSİƏP-lar ehtiyatla istifadə edilməlidir, çünki onlar bu xəstəlikləri fəsadlaşdıra bilər (“Əlavə təsirləri” bölməsinə baxın). KENDO istifadə edilərkən qastrointestinal qanaxma və ya xora əmələ gələrsə, bu preparatla müalicəni dayandırmaq lazımdır. – Xora əmələ gəlməsə və ya qanaxma təhlükəsini artıran oral kortikosteroid kimi, antikoaqulyantların nümayəndəsi olan Varfarin kimi, eləcə də antiaqreqant Aspirin kimi dərman preparatlarının yanaşı istifadəsi zamanı xüsusilə diqqətli olmaq lazımdır (“Əlavə təsirləri” bölməsinə baxın). – Anamnezdə ürək nasazlığları, yaxud insult olarsa və ya Sizdə bu patologiyalar üçün risk amilləri (məsələn, yüksək qan təzyiqi, qanda şəkərin və ya xolesterinin yüksək olması) olduğunu düşünürsünüzsə, o zaman bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. – Hamilə olmağa cəhd edən qadınların KENDO və ya digər prostaqlandin sintezinin və siklooksigenazanın inhibitorlarının istifadə edilməsi məsləhət görülmür. – QSİƏP istifadəsi zamanı dəri reaksiyaları, dəridə səpgilər, selikli qişalarda zədələnmələr baş verə bilər. Yüksək həssaslığın hər hansı digər əlamətini ilk dəfə görən kimi KENDO ilə müalicə dayandırılmalıdır. – Bu preparatın tərkibində Saxaroza vardır; əgər sizin bəzi şəkərlərə qarşı dözümsüzlüyünüz varsa, bu dərman preparatını qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Bu preparatın tərkibində natrium-sulfit vardır ki, bu substansiya həssas fərdlərdə (xüsusən də astmalı xəstələrdə) allergik reaksiyalara və astma tutmalarına səbəb ola bilər. Dəgər dərman vasitələri ilə qarşılıqlı təsiri Reseptlə, yaxud reseptsiz əldə edib hal-hazırda və ya son zamanlar qəbul etdiyiniz hər hansı digər dərman preparatı haqda, zəhmət olmasa, həkiminizə və ya əczaçıya məlumat verin. • Kumarin antikoaqulyant əsaslı müalicə (Varfarin, Dikumarol və s.) qəbul edərkən KENDO istifadəsi üçün mütləq məsləhət alın. • Kortikosteroidlər: qastrointestinal qanaxma, xora əmələ gəlməsi riskini artırır (“Xüsusi xəbərdarlıqlar” bölməsinə baxın). • Antikoaqulyant agentlər: QSİƏP varfarinə bənzər preparatların antikoaqulyant təsirini gücləndirə bilər (“Xüsusi xəbərdarlıqlar” bölməsinə baxın). • Antiaqreqant agentlər və Serotoninin geriyə udulmasının selektiv inhibitorları: qastrointestinal qanaxma riskini artırır (“Xüsusi xəbərdarlıqlar” bölməsinə baxın). • Diuretiklər, AÇF-inhibitorları və angiotenzin II antaqonistləri: QSİƏP diuretiklər və digər antihipertenziv preparatların effektini zəiflədə bilər. Böyrək funksiyaları pozulmuş bəzi xəstələrdə (dehidratasiyaya məruz qalmış, yaxud böyrək funksiyaları pozulmuş yaşlı xəstələrdə) AÇF-inhibitorları, angiotenzin II antaqonistləri və siklooksigenaza sistemini inhibə edən agentlərin yanaşı istifadəsi renal funksiyaların bir qədər də pozulmasına səbəb ola bilər ki, bu da adətən geri dönə bilən böyrək çatışmazlığı ilə özünü biruzə verir. Belə qarşılıqlı təsirlər AÇF-inhibitorları, angiotenzin II antaqonistlərini KENDO preparatı ilə yanaşı tətbiq etdikdə nəzərə alınmalıdır. Beləliklə, kombinasiyalar ehtiyatla təyin edilməlidir, xüsusilə də yaşlı xəstələrdə. Xəstələr kifayət qədər maye ilə təmin olunmalıdırlar və müvafiq müalicə başlandıqdan sonra böyrək funksiyalarının izlənməsi nəzərdə saxlanmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə KENDO preparatını qadınlar ancaq o vaxt istifadə edə bilərlər ki, həkimlə məsləhətləşib fərdi risk/fayda nisbəti qiymətləndirilsin. Əgər Siz hamilə olmağınıza şübhəlisinizsə, yaxud planlaşdırırsınızsa, həkiminizlə məsləhətləşin. Prostaqlandinlərin sintezinin inhibə edilməsi hamiləliyə və/yaxud embriona/dölə mənfi təsir edə bilər. Epidemioloji tədqiqatların nəticələri göstərir ki, prostaqlandin sintezinin inhibitorlarının hamiləliyin erkən mərhələlərində istifadəsindən sonra düşüklər, ürək qüsurlarının inkişafı və qastroşizis riski artmış olur. Hamiləliyin üçüncü trimestrində bütün prostaqlandin sintezinin inhibitorları döldə kardiopulmonar toksikliyə (Botal axacağının vaxtından əvvəl bağlanması və pulmonar hipertenziya), böyrək disfunksiyasına; (oliqohidramnion ilə yanaşı gedən renal funksiyaların posulması), hamiləliyin sonunda ana və uşaqda qanaxma vaxtının uzanması və hətta çox kiçik dozalarda baş verə bilən antiaqreqant effektə, doğuş zamanı uşaqlığın yığılmasının ləngiməsi və nəticədə doğuşun gecikməsi və ya uzanmasına səbəb ola bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bir qayda olaraq, bu preparat sürücülük qabiliyyətinə və mexanizmlərin idarə olunmasına təsir etmir. Lakin oyaq olmağı tələb edən işləri həyata keçirərkən ehtiyatlı olmaq məsləhət görülür. İstifadə qaydası Preparatın qablaşdırıldığı flakon uşaqlar üçün təhlükəsiz formadadır. Flakonun qapağını açmaq üçünonu flakona sıxmaqla saat əqrəbinin əksinə fırlatmaq lazımdır. (şəkil 1). İstifadə edərkən məhlulun damcılarla aşağıya doğru axması üçün flakonu ağzı aşağı olmaqla şaquli vəziyyətdə tutaraq bir neçə saniyə gözləyin (şəkil 2). Dərmanı istifadə etməzdən əvvəl flakonu azca çalxalayın. Dozası KENDO 12 yaşa qədər uşaqlarda cədvəldə göstərilmiş dozalarla qəbul edilir: o o Yaş Hərarət: ≤ 39 C Hərarət: ≥ 39 C Doza: 5 mq/kq Doza: 10 mq/kq 6-11 aylıq 3 damcı (25 mq) 6 damcı (50 mq) 12-23 ay 6 damcı (50 mq) 12 damcı (100 mq) 2-3 yaş 9 damcı (75 mq) 18 damcı (150 mq) 4-5 yaş 12 damcı (100 mq) 25 damcı (200 mq) 6-8 yaş 15 damcı (125 mq) 31 damcı (250 mq) 9-10 yaş 18 damcı (150 mq) 37 damcı (300 mq) 11-12 yaş 25 damcı (200 mq) 50 damcı (400 mq) Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrdə Kendo 25-50 damcı gündə 2 və ya 3 dəfə (25 damcı = 200 mq İbrupofen) qəbul edilir. Xəbərdarlıq: əgər həkiminiz tərəfindən məsləhət görülməyibsə, dozanı gündə 3 dəfə olmaqla 50 damcıdan çox artırmayın. Yaşlı xəstələr yuxarıda qeyd olunmuş dozanın aşağı həddini istifadə etməlidirlər. Dadı yaxşılaşdırmaq üçün müəyyən miqdarda su ilə qarışdırıb qəbul etmək olar. Bu dərman preparatını yeməkdən sonra qəbul etmək lazımdır. Əgər müalicədən 3 gün sonra əldə olunan nəticələr qaneedici deyilsə, həkiminizlə əlaqə saxlayın.
Əlavə təsirləri
Kendo preparatı istifadə edilən zaman nadir hallarda aşağıdakı əlamətlərin biri və ya bir neçəsi baş verə bilər. Dəri örtüyü: səpgilər (eritema, qaşınma və övrə) inkişaf edə bilər. Qastrointestinal patologiyalar: ən çox rast gələn arzuolunmaz effektlər qastrointestinal təbiətlidir. Həzm pozğunluqları, ürəkbulanma, qusma, ishal, köpmə, qəbizlik, dispepsiya, abdominal ağrı, anamnezində peptik xora olan xəstələrdə perforasiya və ya qastrointestinal qanaxma müşahidə oluna bilər. Kardiovaskulyar patologiyalar: QSİƏP istifadə edildiyi müddətdə ödem, hipertenziya və ürək çatışmazlığı kimi halların olması haqda məlumatlar vardır. Mərkəzi sinir sisteminə: başağrısı, başgicəllənmə, yuxusuzluq, oyanıqlıq, depressiya. Tənəffüs sisteminə: bronxospazm, təngnəfəslik. Sidik-ifrazat sisteminə: nefrotik sindrom, kəskin böyrək çatışmazlığı, nefrit, poliuriya, sistit. Qanyaradıcı sistemə: anemiya, leykopeniya, trombositopeniya Hissiyyat orqanlarına: görmə sinirinin geridönən toksik nevriti, görmənin dəqiq olmaması, diplopiya, gözlərin quruması və qıcıqlanması, eşitmənin zəifləməsi, qulaqlarda küy. Digər: güclü tərləmə Belə hallar müalicənin dayandırılması ilə adətən geri dönür. Qutunun içərisindəki içlik vərəqədə yazılan təlimatlara əməl etdikdə əlavə təsirlərin riski azalmış olur. Əgər hər hansı əlavə təsir getdikcə artarsa, yaxun Sizə bu məlumat vərəqində təsvir olunmayan hər hansı bir əlavə təsir rast gələrsə, o zaman həkiminizə və ya əczaçı ilə əlaqə saxlayın.
Doza həddinin aşılması
Əgər Siz təsadüfən KENDO preparatının artıq dozasını qəbul etmisinizsə, o zaman dərhal həkimi məlumatlandırın və ya yaxınlıqdakı xəstəxanaya müraciət edin. Bu içlik vərəqəsini də özünüzlə götürün. Sağlamlığı idarə etmək üçün qeydlər:doza həddinin aşılmasında mədənin yuyulması, qan elektrolitlərinin korreksiyası edilə bilər. İbuprofen üçün spesifik antidot yoxdur. Əgər Siz KENDO istifadə etməyinizə şübhəlisinizsə, həkiminiz və ya əczaçı ilə məsləhətləşin.
Buraxılış forması
12,5 ml və ya 20 ml 20% -li məhlul flakonda damcıladıcı içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
C-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq25 lazımdır. Dərman vasitəsi ilə bağlı məlumat sizə həmişə lazım ola bilər, odur ki, həm içlik vərəqəni və həm də qutunu saxlayın. Dərmanları axar suya və ya ev tullantıları ilə birgə atmayın. Bu tədbirlər ətraf mühitin qorunmasına köməklik edəcəkdir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Qablaşdırmanın üzərində göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Son istifadə tarixi dərman vasitəsinin öz orijinal qablaşdırmasında düzgün saxlanmasına əsaslanır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
ABC Farmaceutici S.p.A. Via Cantone Moretti, 29 – Localita San Bernardo – 10015 Ivrea (Torino) – İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.