KARVEDI-DENK 6.25 MG N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Alfa -və beta- adrenoblokatorlar |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,74 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkim və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə əczaçıya və ya tibb bacısına bu barədə məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. KARVEDİ-DENK 6,25 tabletlər CARVEDI-DENK 6,25 Beynəlxalq patentləşdirilməmiş adı: Carvedilol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 6,25 mq karvedilol vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, maqnezium stearat, kolloidal susuz silisium dioksid.
Təsviri
Ağ rəngli, dairəvi, bir tərəfində bölmə xətti olan tabletlərdir. Tablet iki bərabər hissəyə bölünə bilər.
Farmakoterapevtik qrupu
Alfa -və beta- adrenoblokatorlar. ATC kodu: C07AG02.
Farmakoloji xüsusiyyətləri
Karvedi-Denk 6,25 preparatı beta blokatorlar qrupuna aiddir (yüksək təzyiq və ya artan ürək döyüntülərinin müalicəsində istifadə olunan dərman vasitələri). Karvedi-Denk 6,25 preparatı ürək/qan dövranı xəstəliklərində istifadə olunur. Farmakodinamikası Karvedilol vazodilatator təsirə malik olan və periferik damarların müqavimətini azaldan qeyri- selektiv beta-blokatordur. Vazodilatasiya ilk növbədə selektiv alfa-1 reseptorlarının blokadası nəticəsində yaranır. Karvedilol daxili simpatomimetik aktivliyə malik deyil, propranolol kimi membranstabilləşdirici xüsusiyyətlərə malikdir. Karvedilolun β-adrenoreseptorlara blokadaedici təsiri β – və β -adrenoreseptorlara qarşı qeyri-1 2 selektivdir və (S)-(-)-enantiomerlə əlaqəlidir. Karvedilol β-adrenoreseptorlarını blokadaya almaqla, renin-angiotenzin-aldosteron sisteminin aktivliyini zəiflədir. Bu səbəbdən reninin azad olması zəifləyir. Farmakokinetikası Absorbsiyası Daxilə qəbul edildikdən sonra karvedilol preparatı intensiv ilk keçid metabolizminə məruz qalır, bu səbəbdən klinik cəhətdən sağlam insanlarda preparatın mütləq biomənimsənilməsi təxminən 25% təşkil edir. Karvedilol rasemik qarışıqdır; preparatın (S)(-)-enantiomeri (R)(+)-enantiomerə nisbətən daha tez metabolizmə uğrayır, bu səbəbdən (S)-(-)-enantiomerin peroral biomənimsənilməsi 31% (R)-(+)-enantiomerlə müqayisədə 15% təşkil edir. Paylanması Karvedilol yüksək lipofildir və preparatın təxminən 95%-i qan plazmasının zülalları ilə birləşir. Karvedilolun paylanma həcmi 1,5 l/kq- 2 l/kq təşkil edir. Biotransformasiyası İnsan orqanizmində karvedilol qaraciyərdə oksidləşmə və konyuqasiya yolları ilə metabolizmə uğrayır, müxtəlif metabolitlərə parçalanır və sonra bu metabolitlər orqanizmdən əsasən ödlə xaric olur. Demetilləşmə və hidroksilləşmə nəticəsində fenol halqasında β-adreneroreseptorları blokadaya alan 3 metabolit əmələ gəlir. Zəif metabolizatorlarda vazodilatasiya edən komponentin aktivliyi güclənə bilər. Xaric olması 50 mq karvedilol preparatını daxilə birdəfəlik qəbul etdikdən sonra istifadə edilən dozanın təxminən 60%-i orqanizmdən ödlə və 11 gün müddətində metabolit şəklində nəcislə xaric olur. Daxilə birdəfəlik qəbul edildikdən sonra qəbul edilən dozanın təxminən yalnız 16%-i karvedilol və ya metabolit şəklində orqanizmdən sidiklə xaric olur. Dəyişməz halda sidiklə 2%-dən az karvedilol xaric olur. Eyni sağlam könüllülərə 50 mq preparatın yarımxaricolma dövrü 6,5 saat olub ki, bu da kapsulların yarımsorulma dövrünə müvafiqdir.
İstifadəsinə göstərişlər
˗ İşemik və ya qeyri-işemik (qan dövranının pozulmasından asılı və ya olmayan) stabil xroniki ürək çatışmazlığının bütün dərəcələri. Diuretiklər və AÇF inhibitorları və lazım olduqda üskükotu preparatları (ürək və damar sisteminə təsir edən dərman vasitələri) ilə kombinasiyada istifadə olunur. Ürək çatışmazlığı olan pasiyentlər, Karvedi-Denk 6,25 preparatı ilə müalicəyə başlamazdan əvvəl təxminən 4 həftə ərzində ürək çatışmazlığının standart müalicəsində (məsələn, diuretiklər, üskükotu preparatları, AÇF inhibitorları) klinik olaraq stabil olmalıdırlar.
Əks göstərişlər
˗ Karvedilola və ya prepartın tərkibində olan hər hansı digər komponentə qarşı allergiya (“Tərkibi” bölməsinə baxın), ˗ ürək funksiyasının ağır pozğunluğu (kardiogen şok), ˗ proqressivləşən ürək çatışmazlığı (qeyri-stabil/dekompensasiya edilmiş ürək çatışmazlığı), ˗ kəskin ağciyər emboliyası, ˗ ürək koronar damarların daralması səbəbindən meydana gələn Prinsmetal stenokardiyası adlanan sinə ağrısının qeyri-adi forması, ˗ aşağı qan təzyiqi (sistolik qan təzyiqi 85 mmHg-dən aşağı), ˗ ürək döyüntülərinin sayının azalması (dəqiqədə < 50 vurğu), ˗ müalicə olunmamış ürək çatışmazlığı və ya ürək keçiriciliyinin əsas pozğunluğu (məsələn, II- ci və ya III-cü dərəcəli atrioventrikulyar (AV) blokada (kardiostimulyator olmadıqda)), ˗ sino-atrial blokada daxil olmaqla sinus düyününün zəifliyi sindromu, ˗ tənəffüs xəstəliyindən sonra yaranan ürək çatışmazlığı (“ağciyər ürəyi”), ˗ bronxial astma və ya tənəffüs yollarının spazmatik daralmasına meyilli olan pasiyentlərdə digər tənəffüs yollarının xəstəlikləri (məsələn, xroniki obstruktiv ağciyər xəstəliyi), ˗ müalicə olunmamış feoxromositoma, ˗ ağır qaraciyər xəstəliyi, ˗ hiperasidoz (metabolik asidoz), ˗ MAO B inhibitorlarından istisna olmaqla, digər MAO inhibitorları ilə eyni vaxtda müalicə, ˗ verapamil, diltiazem və ya digər antiaritmik preparatlarının venadaxili istifadəsi, ˗ laktasiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Karvedi-Denk 6,25 preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Aşağıdakı hallar olduqda, Karvedi-Denk 6,25 preparatı istifadə edilməməlidir. ˗ Qeyri-stabil və ya orqanla əlaqəli yüksək qan təzyiqi (ikincili hipertenziya), ˗ ürək keçiriciyinin qüsurları, ˗ ayaqüstü və ya uzanıqlı vəziyyətdə qan təzyiqinin əhəmiyyətli dərəcədə aşağı düşməsi, başgicəllənmə və halsızlıq (ortostatik hipotenziya), ˗ kəskin iltihablı ürək xəstəlikləri, ˗ ürək qapaqlarında və ya ürək çıxış yollarında hemodinamik olaraq aktiv dəyişikliklər, ˗ periferik arterial qan dövranının pozğunluğunun son mərhələsi, ˗ alfa-1 reseptor antaqonistləri və ya alfa-2 reseptor aqonistləri ilə eyni zaman müalicə. Aşağıdakı hallar və ya xəstəliklərdən hər hansı biri olduqda və ya keçmişdə olduqda həkimə bu barədə məlumat verin: ˗ xroniki ürək çatışmazlığı, ˗ böyrək funksiyasının pozğunluğu, ˗ son zamanlarda keçirilmiş ürək tutması və nəticədə yaranan ürək çatışmazlığı, ˗ diabet – preparatın dozası tənzimlənməlidir və qanda şəkərin aşağı səviyyəsinin əlamətləri maskalana bilər, ˗ Reyno sindromu (əvvəlcə mavi, sonra ağ və nəhayət qırmızı rəngdə olan əl və ayaqların barmaqlarında ağrılar), ˗ qalxanvari vəzin hiperaktivliyi (hipertireoz və ya tireotoksikoz), ˗ anesteziya və ya cərrahiyyə əməliyyatından əvvəl, ˗ orta dərəcəli ürək blokadası (1-ci dərəcəli), ˗ ağır hiperhəssaslıq reaksiyaları (allergiya) və ya müəyyən allergenlərə qarşı desensibilizasiya müalicəsi alındıqda, ˗ psoriaz- simptomları ağırlaşa bilər, ˗ toksik epidermal nekroliz (TEN) və Stivens-Conson sindromu (SCS) kimi ağır dəri reaksiyaları olan pasiyentlərdə Karvedi-Denk 6,25 preparatının istifadəsi dayandırılmalıdır, ˗ ürəyin ritminin müalicəsi üçün diltiazem, verapamil və ya digər preparatların istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri ” bölməsinə baxın), ˗ feoxromositoma (qan təzyiqinin qəfil yüksəlməsinə səbəb olan şiş), ˗ kontakt linzaların istifadəsi – karvedilol gözyaşını azaldır və gözlərin qurumasına səbəb olur. Müalicə zamanı ürək dərəcəsi dəqiqədə 55 vuruşdan aşağı düşdükdə, Karvedi-Denk 6,25 preparatının dozası azaldılmalıdır. Karvedi-Denk 6,25 preparatı ilə müalicə birdən dayandırılmamalıdır. Bu, xüsusən, işemik ürək xəstəliyindən əziyyət çəkən pasiyentlər üçün vacibdir. Uşaqlar və yeniyetmələr (18 yaşdan aşağı) Karvedi-Denk 6,25 preparatı uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Uşaqlarda və yeniyetmələrdə karvedilolun effektivliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumat yoxdur. Yaşlılar Yaşlılar karvedilola daha həssas ola bilərlər və daha yaxından izlənilməlidirlər. Karvedi-Denk 6,25 qida və içkilərlə. Karvedi-Denk 6,25 preparatı alkoqolun təsirini artıra bilər. Bu səbəbdən preparatın istifadəsi zamanı alkoqol qəbul edilməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkim və ya əczaçıya bu barədə məlumat verin. Aşağıdakı dərman vasitələri xüsusi ehtiyatla istifadə edilməlidir və onlardan birini istifadə etdikdə bu barədə həkimə məlumat verin: ˗ diqoksin və ya diqitoksin (ürək zəifliyinin müalicəsində istifadə olunan preparatlar); ˗ yüksək təzyiqin müalicəsində istifadə olunan digər dərman vasitələri; ˗ psixi xəstəliklər (fenotiazinlər), depressiya (trisiklik antidepressantlar, monoaminoksidaza inhibitorları [MAOİ], fluoksetin), epilepsiyanın müalicəsi üçün (barbituratlar) və ya damarların genişləndirməsi üçün istifadə olunan dərman vasitələri; ˗ klonidin, rezerpin, quanetidin, metildopa, quanfasin (bir çox nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri); ˗ siklosporin (immunosupressant); ˗ ürək ritmini tənzimləyən amiodaron, verapamil, diltiazem və ya digər preparatlar; ˗ amlodipin, felodipin, nifedipin və oxşar kalsium kanal blokatorları (yüksək təzyiqin müalicəsində istifadə olunan preparatlar); ˗ qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP); ˗ diabet xəstəliyinin müalicəsində istifadə olunan insulin və ya digər dərman vasitələri; ˗ simetidin, hidrazalin və alkoqol; ˗ rifampisin; ˗ bronxolitik təsir göstərən preparatlar. Anesteziya və ya əməliyyat keçirmək lazım olduqda Karvedi-Denk 6,25 preparatını qəbul etdiyinizi həkimə söyləyin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər Siz hamiləsiniz və ya uşaq əmizdirirsiniz, hamilə ola biləcəyinizi güman edirsiniz və ya hamilə qalmağı planlaşdırırsınız, bu dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Müvafiq təcrübə olmadığı üçün, həkim preparatın qəbulunu vacib hesab etmədikdə, Karvedi-Denk 6,25 preparatı, hamiləlik dövründə qəbul edilməməlidir. Beta-blokatorlarla müalicə gözlənilən doğuş tarixindən 72-48 saat əvvəl dayandırılmalıdır. Bu mümkün deyilsə, yeni doğulmuş körpə ilk 48-72 saat izlənilməlidir. Laktasiya Karvedilolun ana südünə keçib-keçmədiyi məlum deyil, laktasiya zamanı Karvedi-Denk 6,25 preparatı istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müxtəlif reaksiyalar (məsələn, başgicəllənmə, yorğunluq) nəticəsində pasiyentlərin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyəti pozula bilər. Müalicənin əvvəlində, dozanın artırılması zamanı və ya preparatın dəyişdirilməsi zamanı, həmçinin müalicə müddətində alkoqoldan istifadə etdikdə, bu xüsusilə vacibdir.
İstifadə qaydası və dozası
Preparatı həmişə həkimin dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Karvedi-Denk 6,25 tabletini iki bərabər hissəyə bölmək olar. Yüksək dozalara uyğun tabletlər mövcuddur. Preparatın qəbulu Preparat çeynəmədən, bütöv maye ilə qəbul olunur. Karvedi-Denk 6,25 preparatını yemək zamanı qəbul etmək tövsiyə olunur. Bu zaman, təsiredici maddə daha yavaş sorulur və ayağa qalxdıqda başgicəllənmə riski azalır (ortostatik təsir). Həkim tərəfindən başqa qaydada təyin edilmədikdə, adi doza Stabil xroniki ürək çatışmazlığı Karvedilolun gündəlik dozası Başlanğıc doza Birinci 14 gün: – 3,125 mq səhər və 3,125 mq axşam Adi doza – Başlanğıc dozaya dözümlülük olduqda, doza aşağıdakı qaydada, ən azı 2 həftə interval ilə artırılmalıdır: – 6,25 mq səhər və 6,25 mq axşam, sonra – 12,5 mq səhər və 12,5 mq axşam, sonra – 25 mq səhər və 25 mq axşam. Hədəf dozası pasiyentin dözümlülüyü olan ən yüksək doza olmalıdır. Maksimal doza – 25 mq səhər və 25 mq axşam. Yalnız ciddi monitorinq altında bədən çəkisi 85 kq-dan yuxarı, yüngül və orta dərəcəli stabil xroniki ürək çatışmazlığı olan pasiyentlərdə, doza gündə maksimum 2×50 mq-a qədər artırıla bilər. Karvedi-Denk 6,25 preparatının dozası yalnız klinik vəziyyəti qənaətbəxş və stabil olan pasiyentlərdə artırılmalıdır. Bu o deməkdir ki, ürək çatışmazlığının ağırlaşması və ya klinik cəhətdən əhəmiyyətli əlavə təsirlər (məsələn, qan təzyiqinin düşməsi, başgicəllənmə) yoxdur. Həkim dozanı artırmadan əvvəl hər dəfə pasiyenti müayinə etməlidir (məsələn böyrək funksiyası, bədən çəkisi, qan təzyiqi, ürək döyüntüləri və ürək ritmi). Karvedi-Denk 6,25 preparatı səbəbindən ürək çatışmazlığının və ya əlavə təsirlərin pisləşməsi çox vaxt müvəqqəti olur. Bu Karvedi-Denk 6,25 preparatının dozasının müvəqqəti azaldılmasına və ya zərurət olduqda onun dayandırılmasına səbəb ola bilər. Dəstəkləyici doza, ciddi bir tibbi nəzarət altında hər bir pasiyent üçün fərdi olaraq təyin olunmalıdır. Uzunmüddətli müalicə üçün hər pasiyentin dözümlülüyü olan ən yüksək doza istifadə edilməlidir. Karvedi-Denk 6,25 prepratı ilə müalicə 1 həftədən çox müddətə dayandırılırsa, müalicə yenidən daha aşağı doza ilə başlanmalıdır. Karvedi-Denk 6,25 preparatı ilə müalicə 2 həftədən çox müddətə dayandırılırsa, müalicə yenidən ilkin doza ilə başlanmalıdır. Hər iki halda doza yavaş artırılmalıdır (yuxarıdakı cədvələ baxın). Xroniki ürək çatışmazlığı və böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Doza hər bir pasiyent üçün fərdi olaraq təyin olunmalıdır. Yalnız ürək çatışmazlığı üçün karvedilolun farmakokinetik xüsusiyyətlərinə əsaslanaraq, doza tənzimlənməsinə ehtiyac yoxdur. Müalicə müddəti Müalicə müddəti həkim tərəfindən təyin olunur. Karvedi-Denk 6,25 preparatı ilə müalicə adətən uzunmüddətli olur və birdən dayandırılmamalıdır. Müalicə tədricən, 1-2 həftə ərzində dayandırılmalıdır. Stenokardiyanın ağırlaşmasının qarşısını almaq üçün, Karvedi-Denk 6,25 preparatı tədricən dayandırıldığı vaxtda əvəzedici müalicə təyin edilə bilər. Karvedi-Denk 6,25 preparatının istifadəsi unudularsa Tabletin qəbulu unudulduqda, növbəti dozanı öz vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Karvedi-Denk 6,25 preparatı ilə müalicə dayandırılarsa Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişmək tövsiyə olunmur. Həkimlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz. Karvedi-Denk 6,25 preparatl ilə müalicə birdən dayandırılmamalıdır. Lazım olduqda həkim müalicəni yavaş-yavaş azaldmalıdır. Bu dərman preparatının istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Başgicəllənmə, görmə anormallıqları və bradikardiya istisna olmaqla, əlavə təsirlərin tezliyi dozadan asılı deyildir. Karvedilol ilə əlaqəli əksər əlavə təsirlərin riski bütün göstərişlər üçün eynidır. Çox tez-tez (10 pasiyentdən ən azı 1-də) ˗ başgicəllənmə, baş ağrısı, ürək çatışmazlığı, aşağı qan təzyiqi, zəiflik (asteniya). Tez-tez (100 pasiyentdən ən azı 1-də) ˗ bronxit, pnevmoniya, yuxarı tənəffüs yollarının infeksiyaları, sidik yollarının infeksiyaları, ˗ anemiya (qırmızı qan hüceyrələrinin sayının azalması), ˗ çəki artması, qanda xolesterinin səviyyəsinin yüksəlməsi, qanda şəkərinin səviyyəsinin yüksəlməsi və ya azalması (diabet pasiyentlərində), ˗ depressiya, depressiv əhval, ˗ qısamüddətli bayılma (sinkop), ˗ görmə pozğunluqları, gözyaşının azalması (gözlərdə quruluq), gözdə qıcıqlanma, bradikardiya, ödem (bədənin və ya bədənin hissələrinin şişməsi), mayenin yığılması, hipervolemiya, ayaqüstü vəziyyətdə və ya oturanda aşağı qan təzyiqi (ortostatik hipotenziya), qan təzyiqinin yüksəlməsi, ˗ tənəffüs problemləri, ağciyərin ödemi (ağciyərlərdə mayenin yığılması), tənəffüs yollarının spazmatik daralmasına meyilli olan pasiyentlərdə nəfəs problemləri və astma, ˗ ürəkbulanma, qusma, ishal, dispepsiya, mədə ağrısı, ˗ ağrılar (məsələn, qol və ayaqlarda), ˗ böyrək disfunksiyası və böyrək çatışmazlığı, sidik ifrazında çətinlik, ˗ ümumi ağrılar, ˗ ətraflarda qan dövranının pozğunluğu (əl və ayaq barmaqlarında), ˗ Reyno sindromu (əvvəlcə mavi rəngə çevrilən, sonra ağarmış və sonda qızarmış ağrılı əl və ya ayaq barmaqları). Bəzən (1000 pasiyentdən ən azı 1-də) ˗ yuxu pozğunluğu, qarabasmalar, hallü sinasiyalar, konfuziya, ˗ ətraflarda uyuşma (paresteziya), ˗ ürək blokadası, sinə ağrısı (stenokardiya), ˗ qəbizlik, ˗ dəri reaksiyaları, ˗ erektil disfunksiya. Nadir (10 000 pasiyentdən ən azı 1-də) ˗ qanda trombositlərinin sayının azalması, ˗ burunun tutulması, ağızda quruluq. Çox nadir (10 000 pasiyentdən 1-dən azında) ˗ psixoz, ˗ ağ qan hüceyrələrinin sayının azalması, ˗ hiperhəssaslıq reaksiyaları (allergiya), ˗ qanda qaraciyər fermentlərinin artması, ˗ qadınlarda məcburi sidiyəgetmə, preparatın istifadəsi dayandırıldıqda geri dönəndir. Məlum deyil (mövcud məlumatlara görə başvermə tezliyini müəyyən etmək mümkün deyil). ˗ ağır dəri reaksiyaları (məsələn, multiformalı eritema, Stiven-Conson-sindromu, toksik epidermal nekroliz [TEN]), ˗ saçın tökülməsi. Diabet xəstələri üçün qeyd Beta-reseptorların blokatorları ilə müalicə zamanı gizli şəkərli diabeti aşkar edilə bilər, diaqnoz qoyulmuş diabet daha da pisləşə bilər və qanda şəkərinin səviyyəsini tənzimləyən mexanizmlər pozula bilər. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə, əczaçıya və ya tibb bacısına məlumat verin. Əlavə təsirlərin bildirilməsi Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07- 12). Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Doza həddinin aşılması qan təzyiqinin aşağı düşməsinə, ürək döyüntülərinin azalmasına, ürək çatışmazlığı, kardiogen şok və ürək tutmasına səbəb ola bilər. Bundan əlavə, nəfəs darlığı, bronxların daralması, qusma, huşun itməsi və qıcolmalar baş verə bilər. Karvedi-Denk 6,25 preparatını tövsiyə olunduğundan daha çox qəbul etdikdə, həkimə bu barədə məlumat verin. Həkim doza həddinin aşılmasının ciddiliyindən asılı olaraq, lazım olan tədbir barədə qərar verəcəkdir.
Buraxılış forması
10 tablet, aluminium blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanlar çirkab suları və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Artesan Pharma GmbH & Co. KG Wendlandstr. 1 29439 Lüchow Germany.
Qeydiyyat vəsiqəsinin sahibi
DENK PHARMA GmbH & Co. KG Prinzregentenstr. 79 81675 München Germany.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.