KARIPAZIM 350 PE TOZ RUS
| Dərman forması | Toz |
|---|---|
| Farmakoloji təsir | Proteolitik preparat |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,16 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KARİPAZİM VİFİTEX 350 PV xaricə istifadə etmək üçün məhlul hazırlamaq üçün liofilizat
Tərkibi
Təsiredici maddə: 1 flakonda 350 PV papain vardır.
Təsviri
Sarımtıl çalarlı ağ rəngli, zəif spesifik qoxulu liofilizə olunmuş toz və ya məsaməli kütlədir.
Farmakoterapevtik qrupu
Proteolitik preparat. ATC kodu: D03В.
Farmakoloji xüsusiyyətləri
Karipazim preparatı lateksdən (qovunağacının (papayya) – Carica papaya L., papayya ailəsi – Caricaceae, dəyməmiş meyvələrinin qurudulmuş südəbənzər şirəsindən) əldə olunur. Kimyəvi quruluşuna görə preparat, suda həll olan proteolitik fermentlərin cəmidir; onun aktiv komponentlərinə papain, ximopapain A, ximopapain B, peptidaza A, peptidaza B fermentləri aiddir. Preparat, geniş təsir spektrli proteolitik aktivliyə malikdir. Preparat, kollagen qığırdaq toxumalara təsir göstərir, fəqərəarası disk toxumalarının regenerasiyasını gücləndirir, nekrozlaşmış toxumaları parçalayır, qatı selikləri, eksudatları, qan laxtalarını durulaşdırır. Təsirinə görə lekozimə və onun tərkib hissəsinə bənzəyir.
İstifadəsinə göstərişlər
III-a dərəcəli yanıqlar (qartmaqların xaricolmasını və yara səthlərinin irinli-nekrotik toxumaların qalıqlarından təmizlənməsinin sürətlənməsi və ya yara səthlərində və yataq yaraları proseslərində qranulyasiyanın sürətləndirilməsi üçün).
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq. Vena daxilinə və əzələ daxilinə, toxumalarda gedən kəskin iltihabi proseslərdə, kəskin virus xəstəliklərində, elektrod ilə təmas nahiyəsində dəri xəstəlikləri olduqda preparatı istifadə etmək olmaz. Disk yırtığının sekvestrləşməsi və yırtığın foraminal yerləşməsi karipazim ilə müalicənin təyin olunması üçün mütləq əks göstəriş deyil. Hamiləlik və laktasiya dövrü.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı litium xlorid ilə birlikdə aparılan müalicədə istifadə etdikdə, eyni zamanda voltarenlə müalicə aparmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Xüsusi tədqiqatlar aparılmadığına görə hamiləlik və laktasiya dövründə istifadə etmək tövsiyə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.
İstifadə qaydası və dozası
Ambulator şəraitdə və ya stasionarda istifadə edilir. Dərinin irinli-iltihabi zədələnmələrinin müalicəsi zamanı: qartmağın qalınlığından asılı olaraq, 0,5 %-li, 1 %-li və ya 2 %-li məhlul şəklində. Məhlulları 0,5 %-li novokain məhlulu ilə və ya natrium xloridin izotonik (fizioloji) məhlulu ilə hazırlamaq lazımdır. Preparatla isladılmış salfeti, yanıq və ya yataq yarası səthinin üzərinə yerləşdirmək və nəmkeçirməyən sarğı ilə bağlamaq lazımdır. Ümumi bədən səthinin 30 %-dən çoxunu preparatla eyni zamanda işləmək olmaz. Sarğını sutkada 1 dəfə və ya 2 gündə 1 dəfə dəyişmək və bu zaman qopan nekrotik toxumaları kənarlaşdırmaq lazımdır. Müalicə kursu 4-12 gündür.
Əlavə təsirləri
Allergik reaksiyalar baş verə bilər və müalicə zamanı 5-ci və 8-ci proseduralar arasında əsas xəstəliyin müvəqqəti kəskinləşməsi mümkündür.
Doza həddinin aşılması
Doza həddi aşıldıqda, əlavə effektlərin güclənməsi baş verə bilər. Qaşınma və bədən temperaturunun yüksəlməsi ilə meydana çıxan həssaslığın yüksəlməsi zamanı, antihistaminlə müalicə aparmaq lazımdır (tavegil, diazolin və s., yerli hidrokortizondan və ya “Linin” məlhəmindən istifadə etmək olar).
Buraxılış forması
Xaricə istifadə etmək üçün məhlul hazırlamaq üçün liofilizat. 350 PV 10 ml həcmli şüşə flakonlarda. 1 və ya 10 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15° С-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “Vifitex” QSC. Ünvan 142279, Moskva vilayəti, Serpuxovskiy r-nu, Obolensk qəs., TM DEM. Tel.:/Faks: (495) 716-15-81, 716-15-90.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.