KARDIOVIT 2ML N3 AMPUL
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Kompleks vitamin preparatı, karbon mübadiləsinin tənzimləyicisi |
| İstehsal ölkəsi | Gürcüstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,42 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KARDİOVİT inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz Beynəlxalq patentləşdirilməmiş adı:ATP + Cocarboxylase + Cyanocobalamine + Nicotinamide complex
Tərkibi
1 ampulda Təsiredici maddə: adenozin trifosfat dinatrium duzu (ATF) 10 mq kokarboksilaza hidroxlorid 50 mq nikotinamid 20 mq sianokobalamin 0,5 mq Köməkçi maddələr: qlisin, metilparahidroksibenzoat. Həlledici: lidokain hidroxlorid. Köməkçi maddələr: (həlledici): inyeksiya üçün su.
Təsviri
Quru, məsaməli, çəhrayı rəngli, hiqroskopik, iofilizəolunmuş kütlədir.
Farmakoterapevtik qrupu
Kompleks vitamin preparatı, karbon mübadiləsinin tənzimləyicisi. ATC kodu: A11JC.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat metabolik maddələr və vitaminlər kompleksidir. Toxumaların metabolizmini və enerji təminatını yaxşılaşdırır. Adenozin trifosfat dinatrium duzu (ATF) adenozindən hazırlanmışdır, metabolik prosesləri stimullaşdırır. Koronar damarlar da daxil olmaqla hipotenziv və antiaritmik, damar genişləndirici təsir göstərir. ATF təsiri altında A/T aşağı düşür, hamar əzələlərdə boşalma baş verir, sinir impulslarının keçməsi yaxşılaşır. Kokarboksilaza orqanizmə kənardan daxil olan tiamindən (B1 vitamini) əmələ gələn kofermentdir. Karbon mübadiləsində mühüm rol oynayır, α-ketoturşuların karboksilləşməsini və dekarboksilləşməsini kataliz edən karboksilaza fermentinin tərkibinə daxildir. Dolayı yolla nuklein turşularının, zülalların və lipidlərin sintezinə kömək edir. Orqanizmdə süd və piroüzüm turşularının səviyyəsini aşağı salır, qlükozanın həzm olunmasına kömək edir. Sinir toxumasının trofikasını yaxşılaşdırır. Sianokobalamin (B12 vitamini) orqanizmdə aktiv formaya – yüksək bioloji aktivliyə malik adenozilkobalaminə və ya kobamidə çevrilir. Zülalın orqanizmdə sintezini artırır və onun toplanmasına yardım edir. Karbon və lipid mübadiləsini aktivləşdirir. Qanda xolesterinin miqdarını aşağı salır, qaraciyərin piy infiltrasiyasının qarşısını alır. Qanyaradıcı orqanların normal işləməsi üçün lazımdır, eritrositlərdə tərkibində sulfohidril qruplar olar birləşmələrin hemolizə davamlılığını artıraraq toplanmasına kömək edir. Toxumaların regenerasiya qabiliyyətini artırır. Qaraciyərin, sinir sisteminin, arteriyaların funksiyasına müsbət təsir göstərir. Nikotinamid PP vitaminin formalarından biridir, hüceyrədəki oksidləşmə0bərpa proseslərində iştirak edir, toxumanın nəfəs almasını tənzimləyir, karbon və azot mübadiləsini yaxşılaşdırır, lipid mübadiləsini normallaşdırır, qanda aterogen lipoproteinlərin səviyyəsini aşağı salır. Farmakokinetikası Adenozin trifosfat dinatrium duzu (ATF) – Parenteral yeritmədən sonra orqanların hüceyrələrinə nüfuz edir, burada enerjini buraxıb adenozinə və qeyri-üzvi fosfata çevrilir. Sonra parçalanma məhsulları ATF resintezinə qoşulur. Kokarboksilaza – Əzələ daxili vurulmadan sonra sürətlə absorbsiya olunur. orqanizmin əksər toxumalarına nüfuz edir. Metabolik parçalanmaya məruz qalır. Metabolizm məhsulları əsas etibarilə böyrəklər vasitəsilə xaric olunur. Sianokobalamin – Sianokobalamin qanda I və II transkobalaminlərlə reaksiyaya girir, həmin maddələr də onu toxumalara daşıyır. Əsas etibarilə qara ciyərdə depozitlənir. Plazma zülalları ilə reaksiya 0.9% təşkil edir. Əzələ daxili və dəri altı vurulmadan sonra sürətlə və tam mənimsənir. Əzələ daxili vurulmadan sonra Cmax 1 saatdan sonra əldə olunur. Qara ciyərdən öd vasitəsilə bağırsaq sisteminə xaric edilir və yenidən qana sorulur. T1/2 – 500 gün. Böyrəklərin funksiyası normal olduqda 7-10% böyrəklər vasitəsilə, 50% yaxın bağırsaq sistemi vasitəsilə, böyrəklərin funksiyası zəif olduğu hallarda 0- 7% böyrəklər vasitəsilə, 70 – 100% bağırsaq sistemi vasitəsilə xaric olunur. Cift baryerindən ana südünə də nüfuz edir. Nikotinamid – Sürətlə bütün toxumalara paylanır. Cift baryerindən ana südünə nüfuz edir. Qara ciyərdə metabolizə edərək niktonamid – N – metilnikotiamid əmələ gətirir. Böyrəklər vasitəsilə xaric olunur. Plazmanın T1/2 – 1.5 saata yaxın təşkil edir.
İstifadəsinə göstərişlər
Müxtəlif mənşəli nevritlər və nevralgitlər; neyropatiyalar (o cümlədən, şəkər diabeti, pernisioz anemiya zamanı) və angiopatiyalar; lümbaqo və radikulit; mialgiya və işialgiya; bursitlər və tendinitlər; ürəyin işemik xəstəliyi, miokarditlər və miokardiopatiyalar; ürək-damar sisteminin xroniki xəstəliklərinin kompleks müalicəsi.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə və ya həllediciyə qarşı yüksək həssaslıq; – ürək-damar xəstəlikləri (kəskin ürək çatışmazlığı, kəskin miokard infarktı, nəzarət olunmayan arterial hipertenziya, arterial hipotenziya, bradiaritmiyanın ağır formaları, II-III dərəcəli AV- blokada, xroniki ürək çatışmazlığı (NYHA üzrə III-IV funksional sinif), kardiogen şok və digər şok növləri, QT uzanma sindromu, tromboemboliya, hemorragik insult); – ağ ciyərin soyuqdəymə xəstəlikləri, ağ ciyərin xroniki obstruktiv xəstəliyi, bronxial astma; – 18 yaşa qədər uşaqlar; – hiperkoaqulyasiya (o cümlədən, kəskin trombozlar zamanı), eritremiya, eritrositoz; – podaqra; – hepatit, qaraciyər sirrozu. Stenokardiya zamanı preparat ehtiyatla istifadə edilməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
– Preparatın məhlulu hazırlandıqdan sonra dərhal yeridilməlidir! Preparatın məhlulunun rəngi dəyişərsə, onu istifadə etmək olmaz (təzə hazırlanmış məhlulun rəngi al qırmızı olmalıdır). – Preparatla müalicə zamanı sistem şəklində qanın analizi aparılmalıdır. Eritrositoz və leykositozun inkişaf etməsi halında preparatın dozası azaldılır və ya müvəqqəti olaraq istifadəsindən imtina olunur. Həmçinin qanın laxtalanma qabiliyyəti yoxlanmalı və tromb əmələ gəlmə meylliliyi olduqda ehtiyatla davranmaq lazımdır. – Kəskin tromboemboliya xəstəlikləri zamanı sianokobalamin vurmaq olmaz. Stenokardiyalı xəstələrə preparat ehtiyatla və az doza ilə təyin olunmalıdır (120 mkq sianokobalaminə qədər, yəni bir inyeksiyaya preparatın 0.5 ml məhlulu). – Uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi tədqiq edilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Biquanidlər qrupundan hipoqlikemik vasitələr (metformin) qəbul edən xəstələrdə sianokobalaminin MBT-dən sorulma pozuntusu ilə əlaqədar olaraq sianokobalaminin qanda miqdarının azalması – mədə və ya on iki barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə fazasında müşahidə oluna bilər. Sianokobalamin askorbin turşusu ilə, ağır metalların duzları ilə, tiaminlə, tiamin bromidlə, piridoksinlə, riboflavinlə, folium turşusu ilə uyğunlaşmır. Sianokobolamini qanın laxtalanma qabiliyyətini artıran preparatlarla eyni vaxtda qəbul etmək olmaz. Bundan başqa, sianokobalamini xloramfenikolla eyni vaxtda qəbul etmək tövsiyə olunmur. Aminoqlikozidlər, salisilatlar, epilepsiya əleyhinə dərman vasitələri, kolxisin, kalium preparatları sianokobalaminin absorbsiyasını zəiflədir. Tərkibində ATF olan preparatlarla müştərək şəkildə qəbul edilmə zamanı dimiramidolun, əsas etibarilə vazodilatasiya təsiri artır. Dimiramidol ATF effektini gücləndirir. Preparat purindən hazırlanmış maddələrlə (kofein, teofillin) birlikdə qəbul olunduqda müəyyən antaqonizm nəzərə çarpır. Ürək-damar sistemi tərəfdən yan təsirlərin inkişaf riski artığına görə böyük dozalarda ürək qlikozidləri eyni vaxtda qəbul etmək olmaz. Ksantinol nikotinamidlə eyni vaxtda qəbul olunduqda preparatın effekti azalır. Nikotinamid trankvilizatorların, sedativ, habelə hipotenziv vasitələrin təsirini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparat yalnız ana üçün gözlənən faydanın döl üçün potensial riskdən yüksək olduğu hallarda tətbiq edilir. Preparatla müalicə dövründə ana südü ilə qidalandırma dayandırılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri MSS-də əlavə təsirlərin əmələ gəlməsi halında (başgicəllənmə, şüurun dumanlanması) nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Preparatın məhlulu bilavasitə vurulmadan öncə hazırlanır, əzələdaxili yeridilir. Yaşlılara hər gün və ya günaşırı 1 – 2 ampul istifadə edilir. Dozalanma, müalicə müddəti və təkrar müalicə xəstəliyin gedişindən və ağırlığından asılı olaraq həkimin göstərişi ilə aparılır.
Əlavə təsirləri
İmmun sistemə: nadir hallarda – allergik reaksiyalar (dəridə səpgi, nəfəs almanın çətinləşməsi, anafilaktik şok, Kvinke odemi). Ümumi pozuntular və inyeksiya yerində pozulmalar: nadir hallarda – preparatın vurulduğu yerdə qıcıqlanma, ağrı və yandırma, zəiflik ola bilər. Sinir sisteminə: çox nadir hallarda – baş gicəllənmə, baş ağrısı, qıcıqlanma, şüurun dumanlanması. Ürək-damar sisteminə: çox nadir hallarda – taxikardiya; bəzi hallarda bradikardiya, aritmiya; tezlik məlum deyil – ürək nahiyəsində ağrılar, üz dərisinin və bədənin yuxarı hissəsinin qızarması, iynə batma və yandırma hissi, “dalğa gəlişi” MBT-yə: çox nadir hallarda – qusma, diarreya. Dəri və dərialtı toxumalara: çox nadir hallarda – güclü tərləmə, akne, qaşınma, övrə. Sümük – əzələ sisteminə və birləşdirici toxumaya: çox nadir hallarda – qıcolmalar. Kəskin arzuolunmaz reaksiyalar inkişaf etdikdə preparatdan imtina edilməlidir.
Doza həddinin aşılması
Simptomları: preparatın əlavə təsirlərinin artması Müalicəsi: preparatın dayandırılması və simptomatik müalicə
Buraxılış forması
Liofilizəolunmuş toz, ampulda. 2 ml həlledici, ampulda. 3 ampul toz və 3 ampul həlledici, ayrı- ayrı PVC qablaşdırmada. 2 qablaşdırma (1 toz və 1 həlledici), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C temperaturdan yüksək olmayan, işıqdan qorunan yerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Biofarm” SC. Ünvan Gürcüstan Respublikası, Tibilsi, 0160, Qotua 3. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.