Kaptopril 25 mq N40 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Angiotenzinçevirici fermentin inhibitorları (AÇF) |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,14 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KAPTOPRİL tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Captopril
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 12,5 mq, 25 mq və ya 50 mq kaptopril vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, laktoza monohidrat, stearin turşusu, natrium kroskarmelloza.
Təsviri
Kaptopril 12,5 mq Ağ və ya demək olar ki, ağ rəngli, oval formalı, hər iki tərəfi qabarıq, bir tərəfində tabletin bölünməsini asanlaşdıran xətti, digər tərəfində “CTP 12,5” yazısı olan tabletlərdir. Kaptopril 25 mq Ağ və ya demək olar ki, ağ rəngli, oval formalı, hər iki tərəfi qabarıq, bir tərəfində tabletin bölünməsini asanlaşdıran xətti, digər tərəfində “CTP 25” yazısı olan tabletlərdir. Kaptopril 50 mq Ağ və ya demək olar ki, ağ rəngli, oval formalı, hər iki tərəfi qabarıq, bir tərəfində tabletin bölünməsini asanlaşdıran xətti, digər tərəfində “CTP 50” yazısı olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Angiotenzinçevirici fermentin inhibitorları (AÇF). ATC kodu: C09AA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Kaptopril – angiotenzinçevirici fermentin (AÇF) yüksək selektiv rəqabətli inhibitorudur. Preparat renin-angiotenzin-aldosteron sisteminin (RAAS) aktivliyini aşağı salır. AÇF-i inhibə etməklə kaptopril angiotenzin I-in angiotenzin II-yə çevrilməsini tormozlayır və sonuncunun arterial və venoz damarlara vazokonstriktor təsirini aradan qaldırır. Angiotenzin II-nin konsentrasiyasının aşağı düşməsi nəticəsində qan plazmasında reninin aktivliyinin ikincili yüksəlməsi (mənfi əks əlaqənin aradan qaldırılması hesabına) və böyrəküstü vəzilərin qabıq maddəsi tərəfindən aldos-teron sekresiyasının azalması baş verir. Kaptoprilin antihipertenziv effekti, qan plazmasında reninin aktivliyindən asılı deyil. Hormonun aktivliyi normal və hətta aşağı düşmüş olduqda belə, AT-nin (arterial təzyiqin) aşağı düşməsi qeyd olunur ki, bu da toxuma RAAS-a təsiri ilə əlaqədardır. Kaptopril, AÇF-in təsiri nəticəsində bradikininin parçalanmasını aşağı salır və orqanizmin toxumalarında onun miqdarını artırır. AÇF-in inhibə olunması nəticəsində dövr edən və toxuma kallikrein-kinin sisteminin aktivliyi yüksəlir ki, bu da bradikininin (şiddətli vazodilatasiyaedici təsirə malik peptid) toplanması və E2 prostaqlandinin sintezinin artması hesabına periferik vazodilatasiyaya səbəb olur. Göstərilən mexanizm, kaptoprilin antihipertenziv təsirinə müəyyən töhfə verə bilər və həmçinin, bəzi arzuolunmayan reaksiyaların meydana çıxmasına səbəb ola bilər. Arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə kaptopril, ürək yığılmalarının tezliyini (ÜYT), orqanizmdə mayenin və natrium ionlarının ləngiməsini kompensator artırmadan, arterial təzyiqi (AT) aşağı salır. Bir dəfə daxilə qəbul edildikdən sonra, preparatın maksimal antihiper- tenziv effekti 60-90 dəqiqədən sonra müşahidə olunur. “Ayaq üstə” və “uzanıqlı” vəziyyətdə arterial təzyiqin aşağı düşmə dərəcəsi eynidir. Antihipertenziv effektin davametmə müddəti preparatın dozasından asılıdır. Kaptoprilin antihipertenziv effekti zamanla əlaqəli güclənə və müalicə aparıldıqda, bir neçə həftədən sonra optimal göstəricilərə çata bilər. Ortostatik hipotenziya nadir hallarda, əsasən, dövr edən qan həcminin (DEQH) aşağı düşməsi müşahidə olunan pasiyentlərdə inkişaf edir. Kaptoprilin istifadəsinin qəflətən dayandırılması, bir qayda olaraq, “ləğvetmə” sindromunun inkişaf etməsinə gətirib çıxarmır. Arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə kaptopril böyrək qan dövranını artırır və bu zaman, yumaqcıq filtrasiyasının sürəti adətən, dəyişmir. Uzun müddət ərzində istifadə edildikdə, sol mədəcik miokardı hipertrofiyasını aşağı salır. Kaptoprili sublinqval yolla istifadə etdikdə, ağırlaşmamış hipertonik kriz qeyd olunan pasiyentlərdə antihipertenziv təsirin başlanması 15-30 dəqiqədən sonra müşahidə olunur; maksimal antihipertenziv effekt isə 60-90 dəqiqədən sonra qeyd olunur. Xroniki ürək çatışmazlığından (XÜÇ) əziyyət çəkən pasiyentlərdə kaptopril ümumi periferik damar müqavimətini (ÜPDM) əhəmiyyətli dərəcədə aşağı salır və venoz həcmi artırır (və beləliklə, ürəyin pre- və postyüklənməsini aşağı salır), sağ qulaqcıqda və kiçik qan dövranında təzyiqi aşağı salır, ürəyin dəqiqəlik həcmini artırır və fiziki iş yüklənməsinə qarşı tolerantlığı yaxşılaşdırır. Plasebo-nəzarətli klinik tədqiqatlarda, keçirilmiş infarktdan sonra sol mədəcik disfunksiyası (sol mədəciyin atım fraksiyası ≤ 40 %) qeyd olunan pasiyentlərdə kaptopril, sağqalma göstəricisini artırmışdır, klinik şiddətli ürək çatışmazlığının inkişafını ləngitmişdir və ürək çatışmazlığı ilə əlaqəli hospitalizasiyaların tezliyini aşağı salmışdır. Miokard infarktından əziyyət çəkən böyük pasiyent qrupunun iştirakı ilə aparılan digər plasebo- nəzarətli tədqiqatda göstərilmişdir ki, plasebo ilə müqayisədə, kaptopril (istifadəsi, miokard infarktından sonra 24 saat müddətində başladıqda və 1 ay ərzində istifadə edildikdə) 5 həftədən sonra, ümumi ölüm göstəricisini əhəmiyyətli dərəcədə aşağı salmışdır. Kaptoprilin ümumi ölüm göstəricisinə müsbət təsiri, hətta bir il müddətində aparılan müalicədən sonra belə, saxlanılır. Müalicənin birinci günü erkən ölüm göstəricisinə preparatın mənfi təsirini təsdiq edən heç bir məlumat əldə olunmamışdır. Pasiyentin yaşından və cinsindən, infarktın lokalizasiyasından və infarktdan sonrakı dövrdə effektivliyi təsdiq olunmuş preparatların (trombolitik preparatlar, β-blokatorlar, asetilsalisil turşusu) eyni zamanda istifadəsindən asılı olmayaraq, kaptopril kardioprotektor təsir göstərir. 1-ci tip şəkərli diabet, diabetik nefropatiya, retinopatiya və ≥ 500 mq/sutkada proteinuriya müşahidə olunan pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatda kaptopril, proteinuriyanı azaltmışdır və diabetik neyropatiyanın proqressivləşmə sürətini aşağı salmışdır. Kaptoprilin böyrək funksiyalarının qorunmasına təsiri, arterial təzyiqin aşağı salınması hesabına əldə olunan üstünlüklərə bir əlavədir. Uşaqlarda kaptoprilin istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir. Farmakokinetikası Sorulması Daxilə qəbul edildikdən sonra, kaptopril farmakoloji aktivlik nümayiş etdirir, biotransformasiyası tələb olunmur. Preparatın orta biomənimsənilməsi təxminən 75 % təşkil edir. Qida qəbulu preparatın mənimsənilməsini təxminən 30-40 % aşağı salır. Qan plazmasında maksimal konsentrasiyası, daxilə qəbul edildikdən sonra 60-90 dəqiqə müddətində əldə olunur. Paylanması Preparatın təxminən 25-30 %-i qan plazmasının zülalları ilə birləşir. Preklinik tədqiqatlarda göstərilmişdir ki, kaptopril hematoensefalik baryerdən keçmir. Kaptoprilin qəbul edilən dozasının 0,002 %-dən azı, ana südü ilə sekresiya olunur. Xaric olması Kaptoprilin yarımxaricolma dövrü (T ) təxminən 2 saat təşkil edir. Preparat orqanizmdən1/2 əsasən, böyrəklər vasitəsi ilə – 50 %-ə qədəri dəyişilməmiş halda, qalan hissəsi – metabolit şəklində xaric olunur. Kaptoprilin təxminən 95 %-i böyrəklər vasitəsi ilə ilk sutkalar ərzində xaric olunur – 40-50 %-i dəyişilməmiş halda, qalan hissəsi isə metabolit şəklində. Xüsusi pasiyent qruplarında farmakokinetikası Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Xroniki böyrək çatışmazlığı zamanı kaptopril kumulyasiya olunur; bu səbəbdən, böyrək funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə kaptoprilin dozasını aşağı salmaq və/və ya preparatın qəbulu arasında vaxt intervalını uzatmaq lazımdır.
İstifadəsinə göstərişlər
Arterial hipertenziya. Diuretiklərlə, ehtiyac olduqda, üskükotu qlikozidlərilə və beta-adrenoblokatorlarla kombinasiyada, mədəciklərin yığılma qabiliyyətinin azalması ilə durğunluq ürək çatışmazlığı. Kəskin miokard infarktı: infarkt anından ilk 24 saat ərzində klinik stabil vəziyyət zamanı. Ürək çatışmazlığının klinik təzahürlü yaranma tezliyinin azalması üçün keçirilmiş miokard infarktından sonra klinik stabil pasiyentlərdə simptomsuz sol mədəciyin disfunksiyası (sol mədəciyin atma fraksiyası ≤ 40%), xroniki ürək çatışmazlığı zamanı sağqalmanın artması və hospitalizasiyanın tezliyinin azalması. I tip şəkərli diabet fonunda diabetik nefropatiya (proteinuriyalı (˃ 500 mq/gün) pasiyentlərdə).
Əks göstərişlər
Preparatın istənilən komponentinə, digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq. AÇF inhibitorlarının qəbulu ilə əlaqədar anamnezdə angionevrotik ödem (Kvinke ödemi) və irsi/idiopatik angionevrotik ödem. Qaraciyər və/və ya böyrəklərin ağır pozuntuları. Refrakter hiperkaliemiya. Böyrək arteriyalarının ikitərəfli stenozu, güclənən azotemiya ilə yeganə böyrəyin arteriyalarının stenozu. Böyrəklərin transplantasiyasından sonrakı vəziyyət. Aorta mənsəbinin stenozu və analoji dəyişikliklər, qanın sol mədəcikdən çətin axını. Şəkərli diabetli və/və ya böyrəklərin funksiyasının ağır pozuntusu (kreatininin klirensi (KK) bədən səthinin sahəsinə 60 ml/dəqiqə/1,73 m -dən az olduqda) olan pasiyentlərdə aliskirenlə və tərkibində aliskiren olan preparatlarla eyni vaxtda istifadəsi. Diabetik nefropatiyalı pasiyentlərdə angiotenzin II reseptorlarının (APA II) antaqonistlərilə eyni vaxtda istifadəsi. Angionevrotik ödemin inkişafının yüksək riskilə əlaqədar neytral endopeptidazanın inhibitorları (məsələn, tərkibində sakubitril olan preparatlar) ilə eyni vaxtda istifadəsi. Angionevrotik ödem. Hamiləlik. Laktasiya dövrü. 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib). Laktozaya qarşı dözümsüzlük, laktaza defisiti və qlükoza-qalaktoza malabsorbsiyası sindromu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Arterial hipotenziya. Xroniki ürək çatışmazlığı. Ürəyin işemik xəstəliyi və ya serebrovaskulyar xəstəlik. Birincili hiperaldosteronizm. Qaraciyər funksiyasının pozulması. Birləşdirici toxumanın sistem xəstəlikləri (sistem qırmızı qurdeşənəyi, sklerodermiya və s.), sümük iliyi qanyaranmasının zəifləməsi, immunosupressiv terapiya, allopurinolla və ya prokainamidlə eyni vaxtda istifadəsi və ya qeyd edilən ağırlaşan faktorların (neyropatiyanın və aqranulositozun inkişafı riski) kombinasiyası. Böyrəklərin funksiyasının pozulması. Hemodializdə olan pasiyentlər. Hiperkaliemiya. Şəkərli diabet. Anamnezdə ağır allergiya və ya anamnezdə angionevrotik ödem. Zarqanadlıların zəhərindən olan allergenlə eyni vaxtda aparılan desensibilizasiya. Dekstran sulfatın istifadəsilə kiçik sıxlıqlı lipoprotein (KSLP) aferez prosedurunun eyni vaxtda aparılması. Yüksək axınlı membranın istifadəsilə hemodializ. Dövr edən qanın həcminin azalması ilə müşayiət olunan vəziyyət (o cümlədən, diuretiklərlə terapiya zamanı, xörək duzunun məhdudlaşması ilə pəhriz saxlamaq, diareya və ya qusma). Böyük cərrahi müdaxilələr zamanı istifadəsi və ya ümumi anesteziyanın aparılması. Kalium tərkibli diuretiklərlə, kalium preparatları ilə, xörək duzunun kalium tərkibli əvəzedicilərilə eyni vaxtda istifadəsi. Litium preparatları ilə eyni vaxtda istifadəsi. Neqroid irqindən olan pasiyentlərdə istifadəsi. Ahıl yaşlı pasiyentlərdə (65 yaşdan yuxarı) istifadəsi. Arterial hipotenziya Arterial hipotenziyadan əziyyət çəkən pasiyentlərdə kaptoprildən istifadə etdikdə, ağır dərəcəli arterial hipotenziya nadir hallarda müşahidə olunur. Maye itkisi artdıqda və hiponatriemiya qeyd olunduqda (məsələn, diuretiklərin istifadəsi ilə aparılan intensiv müalicədən və xörək duzunun istifadəsi məhdudlaşdırıldıqdan sonra, dializ proseduraları qəbul edən pasiyentlərdə və həmçinin diareya və ya qusma müşahidə olunan pasiyentlərdə), bu vəziyyətin inkişaf etmə ehtimalı yüksəlir. Duzun məhdudlaşdırılması ilə və ya duzsuz pəhriz saxlayan pasiyentlərə kaptoprili ehtiyatla təyin etmək lazımdır. Kaptoprili təyin etməzdən əvvəl, dövr edən qanın həcmini və qanda natriumun miqdarını korreksiya etmək vacibdir. Preparatın istifadəsinə başlamazdan əvvəl, diuretikin istifadəsini (4-7 gün əvvəl) dayandırmaqla və ya orqanizmə natrium xloridin daxil olmasını (preparatın qəbuluna başlamazdan, təxminən 1 həftə əvvəl) artırmaqla və ya müalicənin əvvəlində kaptoprili aşağı dozada (6,25- 12,5 mq/sutkada) təyin etməklə, arterial təzyiqin kəskin aşağı düşməsi ehtimalını minimuma endirmək olar. Kaptoprilin istifadəsi ilə müalicəyə başlamazdan əvvəl və müalicə müddətində müntəzəm olaraq, böyrək funksiyalarına nəzarət etmək lazımdır. Hipotenziv preparatların istifadəsi nəticəsində arterial təzyiqin həddindən artıq aşağı düşməsi, ürəyin işemik xəstəliyindən və ya beyin damarları xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə, miokard infarktının və ya insultun inkişaf etməsi riskini yüksəldə bilər. Arterial hipotenziya inkişaf etdiyi halda, pasiyentin ayaqlarını bir qədər qaldırmaqla horizontal vəziyyətə keçirmək lazımdır. Vena daxilinə 0,9 %-li natrium xlorid məhlulunun yeridilməsi tələb oluna bilər. XÜÇ-dən əziyyət çəkən pasiyentlərdə AT-in ilkin səviyyəyə nisbətən 20 %-dən artıq tranzitor aşağı düşməsi, müşahidə olunan halların təxminən yarısında qeyd olunur. Müalicənin erkən mərhələlərində (kaptoprilin bir neçə dozasının qəbulundan sonra) AT-in aşağı düşmə dərəcəsi maksimaldır və müalicə başladıqdan sonra, 1-2 həftə müddətində normalaşır. Adətən, preparatın terapevtik effektivliyi aşağı düşmədən, AT 2 ay müddətində ilkin səviyyəyə qayıdır. XÜÇ-dən əziyyət çəkən pasiyentlərdə müalicəni, həkim nəzarəti altında kaptoprilin aşağı dozalarının istifadəsindən (6,25-12,5 mq/sutkada) başlamaq lazımdır. Kaptoprilin dozasının artırılmasını xüsusi ehtiyatla həyata keçirmək vacibdir. Tranzitor arterial hipotenziya özlüyündə, müalicənin dayandırılması üçün əsas deyildir. Arterial hipotenziya stabil xarakter aldığı hallarda, diuretik preparatın və/və ya kaptoprilin dozasını aşağı salmaq və/və ya istifadəsini dayandırmaq lazımdır. Aortal və ya mitral stenoz/hipertrofik obstruktiv kardiomiopatiya Vazodilatasiyaedici təsirə malik bütün digər dərman preparatları kimi, sol mədəcikdən qan axını yollarının obstruksiyası müşahidə olunan pasiyentlərdə, AÇF inhibitorlarını xüsusi ehtiyatla istifadə etmək lazımdır. Hemodinamik əhəmiyyətli obstruksiya qeyd olunduğu halda, kaptoprilin istifadəsi tövsiyə olunmur. Böyrək funksiyalarının pozulması Böyrək xəstəliklərindən, xüsusilə, böyrək arteriyasının ağır dərəcəli stenozundan əziyyət çəkən bəzi pasiyentlərdə, arterial təzyiq aşağı düşdükdən sonra, qan zərdabında sidik cövhəri azotunun və kreatininin konsentrasiyalarının yüksəlməsi müşahidə olunur. Kaptoprilin istifadəsi ilə aparılan müalicə dayandırıldıqda, konsentrasiyanın göstərilən yüksəlməsi adətən, geri dönəndir. Belə hallarda, kaptoprilin dozasının aşağı salınması və/və ya diuretikin istifadəsinin dayandırılması tələb oluna bilər. Pasiyentlərin təxminən 20 %-də, kaptoprilin uzunmüddətli istifadəsi fonunda, norma ilə və ya başlanğıc göstərici ilə müqayisədə, qan zərdabında sidik cövhəri və kreatinin konsentrasiyalarının 20 %-dən artıq yüksəlməsi müşahidə olunur. Pasiyentlərin 5 %-dən azında, xüsusilə, ağır dərəcəli nefropatiyalar zamanı, kreatinin konsentrasiyasının yüksəlməsini nəzərə alaraq, müalicənin dayandırılması tələb olunur. Renovaskulyar hipertenziya Böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu müşahidə olunan pasiyentlərdə AÇF inhibitorlarından istifadə etdikdə, arterial hipotenziyanın və böyrək çatışmazlığının inkişaf etmə riski yüksəkdir. Başlanğıc olaraq, böyrək çatışmazlığı yalnız, qan plazmasında kreatinin miqdarının kiçik dəyişiklikləri ilə meydana çıxa bilər. Həmin pasiyentlərdə kaptoprilin istifadəsi tövsiyə olunmur. Böyrək transplantasiyası Az müddət əvvəl böyrək transplantasiyası keçirən pasiyentlərdə kaptoprilin istifadə təcrübəsi barədə heç bir məlumat yoxdur. Bu səbəbdən, həmin pasiyentlərdə kaptoprilin istifadəsi tövsiyə olunmur. Proteinuriya Kaptoprildən istifadə etdikdə, pasiyentlərin 0,7 %-də sutkada 1000 mq-dan artıq proteinuriya qeyd olunmuşdur. 90 % hallarda proteinuriya, böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə və həmçinin, kaptoprilin yüksək dozalarından (sutkada 150 mq-dan artıq) istifadə etdikdə, meydana çıxmışdır. Proteinuriya qeyd olunan pasiyentlərin təxminən 20 %-də nefrotik sindrom inkişaf etmişdir. Kaptoprildən istifadə etdikdə, preparatın istifadəsinin dayandırılmasından və ya davam etdirilməsindən asılı olmayaraq, proteinuriya əksər hallarda, 6 ay müddətində aradan qalxmışdır və ya onun ağırlıq dərəcəsi aşağı düşmüşdür. Proteinuriya müşahidə olunan pasiyentlərdə böyrək funksiyalarının göstəriciləri (qanda sidik cövhəri azotunun və kreatininin konsentrasiyaları) demək olar ki, hər zaman norma çərçivəsində olmuşdur. Böyrək xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə müalicəyə başlamazdan əvvəl və müalicə kursu müddətində vaxtaşırı, sidikdə zülalların miqdarını müəyyən etmək lazımdır. Qaraciyər funksiyalarının pozulması Nadir hallarda, AÇF inhibitorlarının istifadəsi, xolestatik sarılığın və ya hepatitin meydana çıxması ilə başlayan və bəzən ölümlə nəticələnən fulminant qaraciyər nekrozuna qədər proqressivləşən sindromun inkişaf etməsi ilə müşayiət olunmuşdur. Göstərilən sindromun inkişaf etmə mexanizmi aydın deyil. AÇF inhibitorları ilə müalicə qəbul edən pasiyentlərdə, sarılıq inkişaf etdiyi və ya “qaraciyər” fermentlərinin aktivliyinin əhəmiyyətli dərəcədə yüksəlməsi qeyd olunduğu halda, kaptoprilin istifadəsi ilə aparılan müalicəni dayandırmaq və müvafiq köməkçi müalicə təyin etmək lazımdır. Pasiyenti müvafiq nəzarət altında saxlamaq lazımdır. Neytropeniya/aqranulositoz/trombositopeniya/anemiya AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə neytropeniya/aqranulositozun, trombositopeniyanın və anemiyanın inkişaf etməsi halları qeyd olunmuşdur. Normal böyrək funksiyaları müşahidə olunan pasiyentlərdə və digər pozğunluqlar qeyd olunmadığı halda, neytropeniyaya nadir hallarda rast gəlinir. Böyrək çatışmazlığı qeyd olunduğu zaman, kaptoprilin və allopurinolun eyni zamanda istifadəsi, neytropeniyaya gətirib çıxarmışdır. Birləşdirici toxumanın sistem xəstəliklərindən (sistem qırmızı qurdeşənəyi, sklerodermiya və s.) əziyyət çəkən pasiyentlərdə, immunosupressorlardan, allopurinoldan və ya prokainamiddən istifadə edənlərdə və ya göstərilən ağırlaşdırıcı faktorların kombinasiyasında, xüsusilə, böyrək funksiyalarının pozulması əvvəlcədən meydana çıxdığı hallarda, kaptoprili xüsusi ehtiyatla istifadə etmək lazımdır. Bəzi pasiyentlərdə, bir sıra hallarda antibiotiklərin istifadəsi ilə intensiv müalicəyə cavab verməyən, ciddi infeksion xəstəliklər inkişaf etmişdir. Kaptoprili neytropeniya/aqranulositozun inkişaf etmə riski yüksək olan pasiyentlərdə istifadə etdikdə, qanda leykositlərin miqdarına müntəzəm nəzarət etmək tövsiyə olunur. Pasiyentlər məlumatlandırılmalıdırlar ki, infeksion xəstəliyin istənilən əlamətləri meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Hiperhəssaslıq reaksiyaları/angionevrotik ödem Kaptopril daxil olmaqla, AÇF inhibitorlarından istifadə etdikdə, nadir hallarda üz nahiyəsinin, ətrafların, dodaqların, dilin, səs tellərinin və/və ya qırtlağın angionevrotik ödemi müşahidə olunmuşdur. Müalicə prosesində angionevrotik ödem istənilən zaman inkişaf edə bilər. Angionevrotik ödem inkişaf etdiyi halda, kaptoprilin istifadəsini dərhal dayandırmaq və simptomlar tam aradan qalxana qədər, pasiyentin vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Ödem üz nahiyəsində lokallaşdığı halda, adətən, xüsusi müalicənin aparılması tələb olunmur (simptomların ağırlıq dərəcəsini aşağı salmaq məqsədi ilə, antihistamin preparatlardan istifadə etmək olar). Hətta ödem, respirator distress-sindrom inkişaf etmədən, yalnız dil nahiyəsində müşahidə olunduğu hallarda, pasiyentlərin uzunmüddətli müşahidəsi tələb oluna bilər, çünki, antihistamin preparatların və kortikosteroidlərin istifadəsi ilə aparılan müalicə kifayət etməyə bilər. Qırtlağın və dil nahiyəsinin ödemi ilə əlaqəli angionevrotik ödem, çox nadir hallarda, ölüm nəticəsinə gətirib çıxara bilər. Ödem dil nahiyəsinə, udlağa və ya qırtlağa yayıldıqda və tənəffüs yollarının obstruksiyasının inkişaf etmə təhlükəsi meydana çıxdığı halda, dəri altına dərhal epinefrin (adrenalin) məhlulu yeritmək və/və ya tənəffüs yollarının keçiriciliyini təmin etmək (intubasiya və ya traxeostomiya) lazımdır. Anamnezlərində AÇF inhibitorlarının istifadəsi ilə əlaqəsi olmayan angionevrotik ödem qeyd olunan pasiyentlər, AÇF inhibitorlarının istifadəsi ilə aparılan müalicə fonunda, angionevrotik ödemin inkişaf etmə riskinə daha yüksək dərəcədə məruz qala bilərlər. AÇF inhibitorlarından istifadə etdikdə, angionevrotik ödemin inkişaf etmə halları digər irq nümayəndələri ilə müqayisədə, neqroid irqinin nümayənlərində daha yüksək tezliklə qeyd edilmişdir. AÇF inhibitrolarını mTOR (mammalian Target of Rapamycin – məməlilərin hüceyrələrində rapamisin hədəfi) inhibitorları (temsirolimus, sirolimus, everolimus), IV tip dipeptidilpeptidaza fermentinin inhibitorları (sitaqliptin, saksaqliptin, vildaqliptin, linaqliptin), estramustin, neytral endopeptidaza fermentinin inhibitorları (rasekadotril, sakubitril) və plazminogenin toxuma aktivatorları kimi dərman preparatları ilə eyni zamanda istifadə edən pasiyentlərdə angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsi müşahidə olunmuşdur. Zarqanadlıların zəhərindən əldə olunmuş allergen ilə desensibilizasiya aparıldıqda, müşahidə olunan anafilaktoid reaksiyalar AÇF inhibitorlarının istifadəsi ilə aparılan müalicə fonunda, zarqanadlıların zəhərindən əldə olunmuş allergen ilə desensibilizasiya kursu keçən pasiyentlərdə nadir hallarda, həyat üçün təhlükəli anafilaktoid reaksiyalar qeyd olunmuşdur. Həmin pasiyentlərdə, desensibilizasiya aparılmazdan əvvəl, AÇF inhibitorunun istifadəsi ilə aparılan müalicəni müvəqqəti dayandırmaqla, göstərilən reaksiyaların qarşısını almaq mümkün olmuşdur. Arı zəhəri ilə immunoterapiya qəbul edən pasiyentlərdə kaptoprilin istifadəsindən çəkinmək lazımdır. Aşağı sıxlıqlı lipoproteinlərin aferezi (ASLP-aferezi) aparılan müddət ərzində müşahidə olunan anafilaktoid reaksiyalar Dekstran sulfatın istifadəsi ilə aparılan ASLP-in aferezi müddətində, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə, nadir hallarda həyat üçün təhlükəli anafilaktoid reaksiyalar müşahidə olunmuşdur. Hər bir ASLP-aferezi prosedurasından əvvəl, AÇF inhibitorlarının qəbulunun müvəqqəti dayandırmaqla, göstərilən reaksiyaların inkişaf etməsinin qarşısını almaq mümkündür. Yüksəkaxarlı membranların istifadəsi ilə aparılan hemodializ AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə dializ proseduraları aparıldığı halda, yüksəkaxarlı poliakrilonitril dializ membranlarının istifadəsindən çəkinmək lazımdır, çünki, bu zaman anafilaktoid reaksiyaların inkişaf etmə riski yüksəlir. Belə hallarda, digər növ dializ membranlarından istifadə etmək və ya digər sinif hipotenziv preparatlarından istifadə etmək lazımdır. Şəkərli diabet Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə AÇF inhibitorlarını və daxilə qəbul etmək üçün hipoqlikemik preparatları və ya insulini eyni zamanda istifadə etdikdə, qanda qlükozanın konsentrasiyasına müntəzəm nəzarət etmək vacibdir. AÇF inhibitorlarının istifadəsinə başlamazdan əvvəl, daxilə qəbul etmək üçün hipoqlikemik preparatlardan və ya insulindən istifadə edən pasiyentlər məlumatlandırılmalıdırlar ki, yuxarıda göstərilən dərman preparatlarını eyni zamanda istifadə etdikdə, xüsusilə müalicənin birinci ayı müddətində qanda qlükoza konsentrasiyasına (hipoqlikemiyaya) müntəzəm nəzarət etmək lazımdır. Öskürək AÇF inhibitorlarından istifadə etdikdə, tez-tez səciyyəvi öskürək qeyd olunur. Bir qayda olaraq, meydana çıxan öskürək, qeyri-məhsuldar, müntəzəm xarakter daşıyır və preparatın istifadəsi dayandırıldıqdan sonra, aradan qalxır. Quru öskürəyin differensial diaqnostikası aparıldıqda, AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli öskürəyi nəzərə almaq lazımdır. Cərrahi müdaxilələr/ümumi anesteziya İrimiqyaslı cərrahi müdaxilələr aparıldıqda və həmçinin, antihipertenziv təsirə malik ümumi anesteziya üçün preparatlardan istifadə etdikdə, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə arterial təzyiqin həddindən artıq aşağı düşməsi qeyd oluna bilər (nəzərə almaq lazımdır ki, kaptopril, reninin kompensator azadolması nəticəsində, angiotenzin II-nin əmələ gəlməsini blokadaya alır). Belə hallarda, aşağı düşmüş arterial təzyiqin korreksiyası məqsədi ilə, dövr edən qanın həcminin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi vacibdir. Hiperkaliemiya Bəzi hallarda, AÇF inhibitorlarının, o cümlədən, kaptoprilin istifadəsi fonunda qan zərdabında kaliumun miqdarının artması qeyd olunur. Hiperkaliemiyanın inkişaf etməsinin risk faktorlarına böyrək çatışmazlığı, pasiyentin yaş dövrü (65 yaşdan yuxarı), şəkərli diabet, eyni zamanda müşahidə olunan bəzi vəziyyətlər (DEQH-nın azalması, kəskin ürək çatışmazlığının dekompensasiya mərhələsi, metabolik asidoz), kaliumqoruyucu diuretiklərin (məsələn, spironolakton, triamteren və ya amilorid kimi) və həmçinin, kalium preparatlarının, kalium-tərkibli xörək duzu əvəzedicilərinin və qan plazmasında kaliumun miqdarının artmasına səbəb olan digər dərman preparatlarının (məsələn, heparin, takrolimus, siklosporin, ko-trimoksazol (trimetoprim + sulfametoksazol) tərkibli preparatların) eyni zamanda istifadəsi aiddir. Kalium əlavələrinin, kaliumqoruyucu diuretiklərin və ya kalium-tərkibli xörək duzu əvəzedicilərinin, xüsusilə, böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə, qan zərdabında kaliumun miqdarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər. Hiperkaliemiya, bəzi hallarda ölümlə nəticələnə bilən, ürək ritminin ciddi pozğunluqlarının meydana çıxmasına səbəb ola bilər. Kaliumqoruyucu diuretiklərin və kalium preparatların eyni zamanda istifadəsindən çəkinmək tövsiyə olunur. Kaptoprilin və yuxarıda sadalanan kaliumqoruyucu diuretiklərin və ya qan plazmasında kaliumun miqdarının artmasına səbəb olan dərman preparatlarının eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, ehtiyat tədbirlərinə riayət etmək və qan zərdabında kaliumun miqdarına müntəzəm nəzarət etmək lazımdır. Hipokaliemiya AÇF inhibitorlarını tiazid diuretiklərlə eyni zamanda istifadə etdikdə, hipokaliemiyanın inkişaf etmə riskini istisna etmək olmaz. Bu səbəbdən, belə hallarda, müalicə müddətində qanda kaliumun miqdarının müntəzəm monitorinqinin aparılması vacibdir. Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası RAAS-ın ikili blokadasının arterial hipotenziya, hiperkaliemiya, böyrək funksiyalarının aşağı düşməsi (kəskin böyrək çatışmazlığı daxil olmaqla) kimi əlavə effektlərin inkişaf etmə tezliyinin yüksəlməsi ilə assosiasiya olunmasını nəzərə alaraq, RAAS-a təsir göstərən (RAAS-ın ikili blokadası) müxtəlif qrup dərman preparatlarının eyni zamanda istifadəsi tövsiyə olunmur. AÇF inhibitorlarının və aliskiren-tərkibli dərman preparatlarının eyni zamanda istifadəsi, şəkərli diabetdən və/və ya orta dərəcəli və ya ağır dərəcəli böyrək çatışmazlığından (KK 60 ml/dəqiqədə/1,73 m bədən səthi sahəsindən aşağı olduqda) əziyyət çəkən pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərə tövsiyə olunmur. AÇF inhibitorlarının angiotenzin II reseptorlarının antaqonistləri (A II RA) ilə eyni zamanda istifadəsi, diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərə tövsiyə olunmur. RAAS-a təsir göstərən iki dərman preparatının eyni zamanda təyin olunması zəruri hesab edildiyi hallarda, həmin preparatların istifadəsini xüsusi ehtiyatla, həkim nəzarəti altında və böyrək funksiyalarına, AT göstəricilərinə və qan plazmasında elektrolitlərin miqdarına müntəzəm nəzarət etməklə, həyata keçirmək lazımdır. Litium preparatları Litium preparatları ilə birlikdə istifadə edildikdə, onların toksiklik riskinin güclənməsi riskini nəzərə alaraq, kaptoprilin və litium preparatlarının eyni zamanda istifadəsi tövsiyə olunmur. Etnik fərqlər Avropeoid irqindən olan pasiyentlərlə müqayisədə, neqroid irqinin nümayənlərində AÇF inhibitorlarının effektivliyi daha aşağı ola bilər ki, bu da neqroid irqinin nümayəndələrində renin aktivliyinin aşağı olmasının daha geniş yayılması ilə əlaqəli ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası A II RA-nın, AÇF inhibitorlarının və ya aliskirenin (renin inhibitoru) istifadəsi ilə RAAS-ın ikili blokadası, arterial hipotenziyanın, bayğınlığın, hiperkaliemiyanın və böyrəklərin funksional pozğunluqlarının (o cümlədən, kəskin böyrək çatışmazlığının) inkişaf etmə riskinin yüksəlməsi ilə assosiasiya olunur. Kaptoprildən və RAAS-a təsir göstərən dərman preparatlarından eyni zamanda istifadə edən pasiyentlərdə AT-ə, böyrək funksiyalarına və qanda elektrolitlərin miqdarına müntəzəm nəzarət etmək vacibdir. AÇF inhibitorlarının və aliskiren-tərkibli dərman preparatlarının eyni zamanda istifadəsi, şəkərli diabetdən və/və ya orta dərəcəli və ya ağır dərəcəli böyrək çatışmazlığından (KK 60 ml/dəqiqədə/1,73 m bədən səthi sahəsindən aşağı olduqda) əziyyət çəkən pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərdə tövsiyə olunmur. AÇF inhibitorlarının angiotenzin II reseptorlarının antaqonistləri (A II RA) ilə eyni zamanda istifadəsi, diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərə tövsiyə olunmur. Kaliumqoruyucu diuretiklər, kalium preparatları, kalium-tərkibli xörək duzu əvəzediciləri və qan zərdabında kaliumun miqdarının yüksəlməsinə səbəb ola bilən digər dərman preparatları Kaptoprilin kaliumqoruyucu diuretiklərlə (məsələn, spironolakton, triamteren, amilorid kimi), kalium preparatları, kalium-tərkibli xörək duzu əvəzediciləri və qan zərdabında kaliumun miqdarının yüksəlməsinə səbəb ola bilən digər dərman preparatları (angiotenzin II reseptorlarının antaqonistləri, heparin, takrolimus, siklosporin, ko-trimoksazol (trimetoprim + sulfametoksazol) tərkibli preparatlar daxil olmaqla) ilə eyni zamanda istifadəsi, qan plazmasında kaliumun miqdarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər. Kaliumqoruyucu diuretiklərin (məsələn, spironolaktonun, triamterenin, amiloridin), kalium preparatlarının, kalium-tərkibli xörək duzu əvəzedicilərinin (tərkiblərində əhəmiyyət kəsb edən miqdarda kalium ionları vardır) istifadəsi zamanı hiperkaliemiyanın inkişaf etmə riskini yüksəltməsini nəzərə alaraq, kaptoprilin istifadəsi ilə aparılan müalicə müddətində həmin preparatları yalnız, təsdiq olunmuş hipokaliemiya zamanı təyin etmək mümkündür. Kalium qorumayan diuretiklər (tiazid və “ilgək” diuretikləri) Diuretik preparatlardan istifadə edən pasiyentlərdə kaptopril antihipertenziv təsiri gücləndirə bilər. Buna oxşar təsiri həmçinin, xörək duzunun istifadəsinin məhdudlaşdırılması (duzsuz pəhrizlərin saxlanılması), hemodializ göstərə bilər. Adətən, arterial təzyiqin həddindən artıq aşağı düşməsi, kaptoprilin təyin olunan ilk dozasının qəbulundan sonra, 1 saat müddətində müşahidə olunur. Digər hipoteziv dərman preparatları Kaptoprildən və digər hipotenziv müalicədən eyni zamanda istifadə etdikdə, additiv effekt müşahidə oluna bilər. Kaptoprili digər hipotenziv preparatlarla (məsələn, beta-adrenoblokatorlar və ya uzunmüddətli təsirə malik “ləng” kalsium kanallarının blokatorları kimi) birlikdə təhlükəsiz istifadə etmək olar. Kaptoprili (diuretiklə birlikdə və ya diuretiksiz) və simpatik sinir sisteminə təsir göstərən dərman preparatlarını (məsələn, qanqlioblokatorları, alfa-adrenoblokatorları) birlikdə təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Vazodilatatorlar Arterial təzyiqin həddindən artıq aşağı düşmə riskini nəzərə alaraq, kaptopril ilə birlikdə vazodilatatorları (məsələn, nitroqliserini) ən aşağı effektiv dozalarda istifadə etmək lazımdır. Trisiklik antidepressantlar/neyroleptiklər AÇF inhibitorlarının antihipertenziv təsirinin güclənməsi (eyni zamanda istifadə edildikdə, AT- in davamlı aşağı düşməsi) və ortostatik hipertenziyanın inkişaf etməsi riskinin yüksəlməsi müşahidə oluna bilər. Alfa- və beta-adrenomimetiklər Epinefrin (adrenalin), izoproterenol, dobutamin, dopamin kimi alfa- və beta-adrenomimetiklər (simpatomimetiklər) AÇF inhibitorlarının antihipertenziv effektinin aşağı düşməsinə səbəb ola bilərlər. Litium preparatları AÇF inhibitorlarını (xüsusilə, diuretiklərlə birlikdə) və litium preparatlarını eyni zamanda istifadə etdikdə, qan zərdabında litiumun miqdarının artması və bu səbəbdən, litium preparatlarının kardiotoksik və neyrotoksik təsirlərinin güclənməsi qeyd oluna bilər. Litium- tərkibli preparatların və AÇF inhibitorlarının eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, qan zərdabında litiumun miqdarını vaxtaşırı müəyyən etmək lazımdır. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), o cümlədən, siklooksigenaza-2 (SOG-2) fermentinin selektiv inhibitorları və yüksək dozalarda (≥ 3 q/sutkada) asetilsalisil turşusu QSİƏP, o cümlədən, siklooksigenaza-2 (SOG-2) fermentinin selektiv inhibitorları və ≥ 3 q/sutkadan başlayaraq, yüksək dozalarda asetilsalisil turşusu diuretiklərin və digər hipotenziv preparatların antihipertenziv effektini aşağı sala bilərlər. Kaptoprildən və indometasindən (və ehtimal olunur ki, digər qeyri-steroid iltihabəleyhinə preparatlardan, məsələn, asetilsalisil turşusundan) eyni zamanda istifadə edildikdə, xüsusilə, reninin aktivliyinin aşağı düşməsi ilə müşayiət olunan arterial hipertenziya zamanı, preparatın antihipertenziv təsirinin aşağı düşməsi qeyd oluna bilər. Risk faktorları (yaşlı pasiyentlər, hipovolemiya, diuretiklərin eyni zamanda istifadəsi, böyrək funksiyalarının pozulması) qeyd olunan pasiyentlərdə qeyri-steroid iltihabəleyhinə preparatların (siklooksigenaza-2 fermentinin inhibitorları daxil olmaqla) və AÇF inhibitorlarının (kaptopril daxil olmaqla) eyni zamanda istifadəsi, kəskin böyrək çatışmazlığına qədər inkişaf edən, böyrək funksiyalarının pisləşməsinə gətirib çıxara bilər. Adətən, belə hallarda böyrək funksiyalarının pozulması geri dönən olur. Kaptoprili və qeyri-steroid iltihabəleyhinə preparatları birlikdə istifadə edən pasiyentlərdə, böyrək funksiyalarına müntəzəm nəzarət etmək lazımdır. Antiaqreqant preparat şəklində asetilsalisil turşusu ilə kombinasiyada kaptoprilin istifadəsi, əks göstəriş deyil. Hipoqlikemik dərman preparatları Kaptopril daxil olmaqla, AÇF inhibitorları insulinin və daxilə qəbul etmək üçün hipoqlikemik preparatların (məsələn, sulfonilkarbamid törəmələri kimi) hipoqlikemik effektini gücləndirə bilərlər. Peroral yolla istifadə etmək üçün hipoqlikemik dərman preparatlarından və ya insulindən istifadə edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə, xüsusilə kaptoprillə eyni zamanda istifadəsinin ilk ayı müddətində, qanda qlükozanın konsentrasiyasına müntəzəm nəzarət etmək və zərurət yarandığı halda, hipoqlikemik dərman preparatının dozasını korreksiya etmək lazımdır. Allopurinol, prokainamid, sitostatiklər, immunodepressantlar, qlükokortikosteroidlər (sistem istifadə zamanı) Allopurinoldan və ya prokainamiddən istifadə edən pasiyentlərdə kaptoprilin istifadəsi, neytropeniyanın/aqranulositozun və/və ya Stivens-Conson sindromunun inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur. İmmunodepressantlardan (məsələn, siklofosfamiddən və ya azatioprindən) istifadə edən pasiyentlərdə kaptoprilin istifadəsi, hematoloji pozğunluqlar riskinin yüksəlməsinə səbəb olur. Qızıl preparatları Parenteral yolla yeritmək üçün qızıl preparatlarından (natrium aurotiomalatdan) və kaptopril daxil olmaqla, AÇF inhibitorlarından eyni zamanda istifadə etdikdə, üz nahiyəsinə qan “axınlarını”, ürəkbulanmasını, qusmanı və arterialhipotenziyanı əhatə edən simptomlar kompleksi (nitratabənzər reaksiyalar) təsvir olunmuşdur. MTOR inhibitorları (məsələn, temsirolimus, sirolimus, everolimus) AÇF inhibitorlarından və mTOR inhibitorlarından (temsirolimus, sirolimus, everolimus) eyni zamanda istifadə edən pasiyentlərdə, angionevrotik ödemin inkişaf etmə tezliyinin yüksəlməsi müşahidə edilmişdir. IV tip dipeptidilpeptidaza (DPP-IV) fermentinin inhibitorları (qliptinlər), məsələn, sitaqliptin, saksaqliptin, vildaqliptin, linaqliptin) AÇF inhibitorlarından və IV tip dipeptidilpeptidaza fermentinin inhibitorlarından (qliptinlərdən) eyni zamanda istifadə edən pasiyentlərdə, angionevrotik ödemin inkişaf etmə tezliyinin yüksəlməsi müşahidə olunmuşdur. Estramustin AÇF inhibitorları ilə eyni zamanda istifadə edildikdə, angionevrotik ödemin inkişaf etmə tezliyinin yüksəlməsi müşahidə olunmuşdur. Neytral endopeptidaza (NEP) fermentinin inhibitorları AÇF inhibitorlarından və rasekadotrildən (enkefalinaza fermentinin inhibitorları) eyni zamanda istifadə etdikdə, angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsi barədə məlumatlar daxil olmuşdur. AÇF inhibitorlarını sakubitril-tərkibli dərman preparatları ilə (neprilizinin inhibitoru) eyni zamanda istifadə etdikdə, angionevrotik ödemin inkişaf etmə riski yüksəlir və bu səbəbdən, göstərilən preparatların eyni zamanda istifadəsi əks göstərişdir. AÇF inhibitorlarını sakubitril- tərkibli preparatların istifadəsi dayandırıldıqdan sonra, 36 saatdan tez təyin etmək olmaz. AÇF inhibitorlarından istifadə edən pasiyentlərə və həmçinin, AÇF inhibitorlarının istifadəsi dayandırıldıqdan sonra, 36 saat müddətində sakubitril-tərkibli preparatların təyin olunması əks göstərişdir. Plazminogenin toxuma aktivatorları Observasion tədqiqatlarda, işemik insultun trombolitik müalicəsi üçün alteplaza preparatını istifadə etdikdən sonra, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə angionevrotik ödemin inkişaf etmə tezliyinin yüksəlməsi aşkar edilmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik dövründə Kaptopril preparatının istifadəsi əks göstərişdir. Kaptoprili hamiləliyin I trimestrində istifadə etmək olmaz. Hamilələrdə AÇF inhibitorlarının istifadəsi üzrə müvafiq nəzarət edilən tədqiqatlar aparılmayıb. Hamiləliyin I trimestrində preparatın təsiri barədə olan məhdud məlumatlar onu göstərir ki, AÇF inhibitorlarının istifadəsi döldə fetotoksikliklə əlaqədar qüsurların inkişafına səbəb olmur. Hamiləliyin I trimestrində AÇF inhibitorlarının təsirindən sonra teratogenlik riskinin olmasının epidemioloji məlumatları inandırıcı olmamışdır, lakin bəzi risklərin artması istisna olunmur. Hamiləliyin II və III trimestrində AÇF inhibitorlarının uzun müddət istifadəsi dölün inkişafının pozulmasına (böyrək funksiyasının azalması, oliqohidramnion, kəllə sümüyünün ləng ossifikasiyası), dölün ölümünə və yenidoğulmuşda ağırlaşmaların inkişafına (neonatal böyrək çatışmazlığı, arterial hipotenziya, hiperkaliemiya) səbəb ola bilər. Kaptoprildən istifadə zamanı hamiləlik baş verdikdə, preparatın istifadəsini mümkün qədər tez dayandırmaq və dölün inkişafının müntəzəm monitorinqinin aparılması vacibdir. Pasiyent hamiləliyin II və III trimestrində kaptopril qəbul etdiyi halda, dölün kəllə sümüyünün və böyrək funksiyasının vəziyyətini qiymətləndirmək üçün ultrasəsli tədqiqat aparmaq məsləhət görülür. Hamiləlik dövründə anaları kaptopril qəbul edən yenidoğulmuşlar, arterial hipotenziya, oliquriya və hiperkaliemiyanın yaranması zəminində ciddi müayinə olunmalıdırlar. Hamiləlik planlaşdıran qadınlar, AÇF inhibitorları (kaptopril daxil olmaqla) istifadə etməməlidirlər. Həddi-buluq yaşında olan qadınlara hamiləlik dövründə AÇF inhibitorlarının (kaptopril daxil olmaqla) istifadəsinin təhlükəsi barədə məlumat verilməlidir. AÇF inhibitorunun istifadəsi vacib olduqda, hamiləlik planlaşdıran pasiyentləri hamiləlik dövründə istifadə üçün təhlükəsizlik profili müəyyən edilmiş alternativ hipotenziv terapiyaya keçirmək lazımdır. Laktasiya dövrü Kaptoprilin qəbul edilən dozasının təqribən 1%-i ana südündə aşkar edilir. Uşaqda ciddi əlavə təsirlərin inkişafı riskilə əlaqədar ana südü ilə qidalandırmanı və ya kaptopril preparatı ilə terapiyanı (laktasiya dövründə) dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır, belə ki, başgicəllənmə mümkündür, xüsusilə başlanğıc dozanın qəbulundan sonra.
İstifadə qaydası və dozası
Daxilə, yeməkdən bir saat əvvəl qəbul etmək lazımdır. Preparatın dozası, pasiyentin müalicəyə cavabından asılı olaraq, fərdi qaydada seçilir. Preparatın tövsiyə olunan maksimal sutkalıq dozası, sutkada 150 mq təşkil edir. Arterial hipertenziya Kaptoprili sutkada 2 dəfə 12,5 mq başlanğıc dozada təyin etmək lazımdır. Zərurət yarandıqda, optimal effektin əldə olunması məqsədi ilə, preparatın dozasını tədricən (2 həftəlik intervaldan az olmamaqla), 2 dəfəyə qəbul edilən 100-150 mq maksimal sutkalıq dozaya qədər artırmaq olar. Renin-angiotenzin-aldosteron sisteminin yüksək aktivliyi qeyd olunan pasiyentlərdə (hipovolemiya, renovaskulyar hipertenziya, dekompensasiya olunmuş ürək çatışmazlığı) müalicəni 6,25 mq və ya 12,5 mq birdəfəlik dozasının istifadəsindən başlamaq tövsiyə olunur. Müalicəni diqqətli həkim nəzarəti altında başlamaq lazımdır. Gələcəkdə, həmin dozanı sutkada 2 dəfəyə qəbul etmək olar. Dozanı tədricən, sutkada bir və ya iki dəfə qəbul edilən 50 mq-a qədər, zərurət yarandıqda isə, bir və ya iki dəfəyə qəbul edilən 100 mq-a qədər artırmaq olar. Kaptoprili monoterapiya şəklində və ya digər hipotenziv dərman preparatları ilə (məsələn, tiazid diuretiklərlə) birlikdə istifadə etmək olar. Diuretiklərdən istifadə edən pasiyentlərə kaptoprili xüsusi ehtiyatla, həkim nəzarəti altında sutkada 1 dəfə təyin etmək lazımdır. Durğunluq ürək çatışmazlığı (kombinəolunmuş müalicə) Xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə kaptoprilin istifadəsi ilə müalicəni, diqqətli həkim nəzarəti altında başlamaq lazımdır. Kaptoprili əksər hallarda, diuretiklərlə və (göstərişlər olduğu halda) ürək qlikozidləri ilə birlikdə istifadə etmək lazımdır. Kaptoprili təyin etməzdən əvvəl diuretik müalicə aparıldığı halda, qanda natriumun miqdarının və/və ya dövr edən qanın həcminin (DEQH) şiddətlə aşağı düşməsinin mövcudluğunu istisna etmək vacibdir. Adətən, təyin olunan başlanğıc doza, sutkada 2 və ya 3 dəfəlik qəbula bölünmüş 6,25 mq-dan 12,5 mq-a qədər təşkil edir. Həmin dozanın dəstəkləyici (sutkada 75 mq-dan 150 mq-a qədər) dozaya qədər artırılmasını, pasiyentin reaksiyasından, klinik vəziyyətindən və preparata qarşı tolerantlığından asılı olaraq, həyata keçirmək vacibdir; maksimal doza, sutkada bir neçə dəfəlik qəbula bölünmüş 150 mq-dan artıq olmamalıdır. Pasiyentin reaksiyasının qiymətləndirilməsi məqsədi ilə, dozanı tədricən, 2 həftəlik intervaldan az olmamaqla artırmaq lazımdır. Kəskin miokard infarktı: klinik stabil vəziyyətdə infarkt baş verdiyi andan sonra 24 saat müddətində Kəskin miokard infarktı zamanı pasiyentin vəziyyəti stabil olduğu halda, kaptopril preparatının istifadəsi ilə müalicəni mümkün qədər tez başlamaq lazımdır. Preparat 6,25 mq test dozasında təyin olunur; hemodinamik pozğunluqlar müşahidə olunmadığı halda, 2 saatdan sonra preparatı 12,5 mq dozada, 12 saatdan sonra isə preparatı 25 mq-lıq dozalanmada təyin etmək lazımdır. Növbəti gündən başlayaraq, Kaptopril preparatını 4 həftə müddətində 2 dəfəyə qəbul edilən 100 mq/sutkada dozada təyin etmək lazımdır. 4 həftəlik müddət keçdikdən sonra, pasiyentin vəziyyətini və təyin olunan müalicəni yenidən qiymətləndirmək tələb olunur. Keçirilmiş miokard infarktından sonra klinik stabil vəziyyət olduqda, sol mədəcik disfunksiyası (sol mədəcik atım fraksiyası ≤ 40 %) Klinik stabil vəziyyət müşahidə olunan pasiyentlərdə keçirilmiş miokard infarktından artıq 3 gün sonra, kaptoprilin istifadəsi ilə müalicəyə başlamaq olar. Kaptoprilin ilk dozası sutkada 1 dəfə 6,25 mq təşkil edir. Daha sonra, kaptoprilin dozasını sutkada 3 dəfə 12,5 mq-a qədər artırmaq olar. Gələcəkdə kaptoprilin dozasını tədricən, bir neçə gündən – bir neçə həftəyə qədər müddət ərzində (preparata qarşı tolerantlıqdan asılı olaraq) sutkada 75 mq-a qədər (2-3 dəfəyə qəbul edilən), maksimal sutkalıq 150 mq dozaya (sutkada 3 dəfə 50 mq) qədər çatdıraraq, artırmaq olar. Kaptoprilin dozalanmasının sutkada 75 mq-a qədər artırılmasını, stasionar şəraitdə, diqqətli həkim nəzarəti altında həyata keçirmək tövsiyə olunur. Hipotenziya simptomları inkişaf etdiyi halda, məsələn, ürək çatışmazlığı nəticəsində, kaptoprilin fiksasiya olunmuş dozasının dəstəklənməsi məqsədi ilə, diuretiklərin və/və ya birlikdə təyin olunan vazodilatasiyaedici təsirə malik digər preparatların dozalarının aşağı salınması mümkündür. Zərurət yarandıqda, kaptoprilin dozasını pasiyentin klinik reaksiyasına müvafiq, seçmək lazımdır. Miokard infarktının müalicəsi üçün kaptoprili, məsələn, trombolitiklər, β- adrenoblokatorlar və asetilsalisil turşusu kimi digər dərman preparatları ilə birlikdə təyin etmək olar. 1-ci tip şəkərli diabet fonunda inkişaf edən diabetik nefropatiya (proteinuriya qeyd olunan pasiyentlərdə) 1-ci tip şəkərli diabet zamanı nefropatiya qeyd olunduğu halda, kaptoprilin tövsiyə olunan sutkalıq dozası, bir neçə dəfəyə qəbul edilən 75 mq-dan 100 mq-a qədər təşkil edir. Gələcəkdə, arterial təzyiqin daha əhəmiyyətli dərəcədə aşağı salınması tələb olunduğu halda, digər hipotenziv preparatların əlavə olunması mümkündür. Xüsusi pasiyent qruplarında istifadəsi Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Kaptoprilin əsasən böyrəklər vasitəsi ilə xaric olmasını nəzərə alaraq, böyrək çatışmazlığı zamanı onun xaricolması pozulur. Böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə preparatın dozasını, aşağı dozaların istifadəsi ilə və/və ya dozalanmanın artırılması arasında daha uzunmüddətli (1-2 həftədən az olmamaqla) intervalların saxlanılması ilə xüsusi ehtiyatla artırmaq lazımdır. Arzuolunan terapevtik effekt əldə olunduqdan sonra, kaptoprilin dəstəkləyici dozasını aşağı salmaq və/və ya preparatın istifadəsi arasında vaxt intervalını uzatmaq lazımdır. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə əlavə müalicənin aparılması tələb olunduqda, üstünlüyü tiazidlər sırasından olan diuretiklərə deyil, “ilgək” diuretiklərinin (məsələn, furosemidin) istifadəsinə vermək lazımdır. Ağır dərəcəli böyrək çatışmazlığı qeyd olunduğu halda, kaptoprilin kumulyasiyasının qarşısını almaq məqsədi ilə, aşağıda göstərilən dozalanma rejimi tövsiyə olunur. KK (ml/dəq/1,73 m ) Başlanğıc sutkalıq Maksimal sutkalıq doza (mq) doza (mq) > 40 25 – 50 150 21 – 40 25 100 10 – 20 12,5 75 < 10 6,25 37,5 Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə kaptoprilin istifadəsini, sutkada 2 dəfə 6,25 mq dozadan başlamaq tövsiyə olunur. Gələcəkdə kaptoprilin dozasının tədricən artırılması mümkündür. Terapevtik cavabdan asılı olaraq preparatın dozasının müntəzəm korreksiyası və arterial təzyiqin müvafiq nəzarətini təmin edən kaptoprilin ən aşağı dozalarının istifadəsi tövsiyə olunur.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozğunluqlar: çox nadir hallarda-neytropeniya/aqranulositoz, pansitopeniya, xüsusilə böyrək funksiyası pozulmuş pasiyentlərdə, anemiya (aplastik və hemolitik anemiya daxil olmaqla), trombositopeniya, limfatik düyünlərin böyüməsi, eozinofiliya, autoimmun pozuntular və/və ya antinüvə antitellərinin müsbət titri. Maddələr mübadiləsində baş verən pozğunluqlar: nadir hallarda-anoreksiya; çox nadir hallarda- hiperkaliemiya, hipoqlikemiya. Psixikanın pozulması: tez-tez-yuxunun pozulması; çox nadir hallarda-amensiya, depressiya. Sinir sistemində baş verən pozğunluqlar: tez-tez-dadbilmənin pozulması, başgicəllənmə; bəzən- başağrı, paresteziya; nadir hallarda-yuxululuq,; çox nadir hallarda-serebrovaskulyar hallar, o cümlədən, insult, bayılma. Görmə orqanında baş verən pozğunluqlar: çox nadir hallarda-dumanlı görmə. Ürəkdə baş verən pozğunluqlar: bəzən-taxikardiya və ya taxiaritmiya, arterial təzyiqin ifadəolunmuş enməsi, stenokardiya, ürəkdöyünmə; çox nadir hallarda-ürəyin dayanması, kardiogen şok. Damarlarda baş verən pozğunluqlar: bəzən-Reyno sindromu, üzə qan “axını”, avazıma. Tənəffüs sistemi, döş qəfəsi və divararalığında baş verən pozğunluqlar: tez-tez-öskürək (quru qeyri-produktiv), təngnəfəslik; çox nadir hallarda-bronxospazm, rinit, allergik alveolit/eozinofilli pnevmoniya. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: tez-tez-ürəkbulanma, qusma, mədənin selikli qişasının qıcıqlanması, qarın nahiyəsində ağrı, diareya, qəbizlik, ağız boşluğunun selikli qişasında quruluq, mədənin xora xəstəliyi, dispepsiya; nadir hallarda-stomatit/aftoz xora, nazik bağırsağın angioödemi; çox nadir hallarda-qlossit, pankreatit. Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: çox nadir hallarda-qaraciyərin disfunksiyası və xolestaz (o cümlədən, sarılıq), hepatit, o cümlədən, nekrotik, “qaraciyər” fermentlərinin aktivliyinin və bilirubinin səviyyəsinin artması. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: tez-tez-səpgi və ya səpgisiz dəri qaşınması, dəri səpgisi, alopesiya; bəzən-ətraflarda, üzdə, dodaqlarda, selikli qişalarda, dildə, udlaqda və qırtlaqda angionevrotik ödem; çox nadir hallarda-övrə, Stivens-Conson sindromu, multiformalı eritema, işığa həssaslıq, eritrodermiya, dərinin suluqlu zədələnməsi və eksfoliativ dermatit. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: çox nadir hallarda- əzələ ağrısı, oynaqlarda ağrı. Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: nadir hallarda-böyrək funksiyasının pozulması (böyrək çatışmazlığı daxil olmaqla), poliuriya, oliquriya, sidiyəgetmənin tezliyinin artması; çox nadir hallarda-nefrotik sindrom. Reproduktiv sistem və süd vəzilərində baş verən pozğunluqlar: çox nadir hallarda-impotensiya, ginekomastiya. Sistem pozğunluqlar: bəzən-sinədə ağrı, yorğunluq, ümumi süstlük; çox nadir hallarda-qızdırma. Laborator və instrumental göstəricilər: çox nadir hallarda-proteinuriya, eozinofiliya, qanda kaliumun səviyyəsinin yüksəlməsi, hiponatriemiya, qan plazmasında azot sidik cövhərinin konsentrasiyasının artması, qan zərdabında kreatininin və bilirubinin konsentrasiyasının yüksəlməsi, hemoqlobinin və hematokritin konsentrasiyasının azalması, leykositopeniya və trombositopeniya, antinüvə antitellərinin titrinin yüksəlməsi, EÇS-in artması.
Doza həddinin aşılması
Simptomları Arterial təzyiqin kəskin enməsi, şok, stupor, bradikardiya, su-elektrolit balansının pozulması, böyrək çatışmazlığı. Müalicəsi Mədənin yuyulması, preparatın qəbulundan sonra 30 dəqiqə ərzində adsorbentlərin və natrium sulfatın yeridilməsi, 0,9%-li natrium xlorid məhlulunun və ya digər plazma əvəzedici məhlulların (pasiyenti əvvəlcədən uzatmaq, ayaqlarını bir qədər qaldırmaq və sonra QEQH-nin doldurulması üzrə tədbirlər görmək) yeridilməsi, hemodializ. Bradikardiya və ya ifadə olunmuş vaqus reaksiyaları zamanı atropinin yeridilməsi. Elektrokardiostimulyatorların istifadəsi nəzərdən keçirilə bilər. Kaptoprilin orqanizmdən xaric olması üçün peritoneal dializ effektiv deyil.
Buraxılış forması
Kaptopril 12,5 mq 30 tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Kaptopril 25 mq 40 tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Kaptopril 12,5 mq 20 tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Jelfa Əczaçılıq Müəssisəsi” S.A. 58-500 Yelenya Qura, V. Polya k. 21, Polşa.
Qeydiyyat vəsiqəsinin sahibi
“Valeant” MMC. 115162, Moskva, Şabolovka k, ev 31, bina 5, Rusiya. İradları qəbul edən təşkilat “Valeant” MMC. 115162Ş Moskva, Şabolovka k., ev 31, bina 5, Rusiya. Tel.:/Faks: +7 (495) 510-28-79.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.