KAPRIFLOKS 500MG N7 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Sistem istifadə üçün antibakterial vasitə. Flüorxinolonlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,38 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KAPRİFLOKS 500 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Levofloxacin hemihydrate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent miqdarda levofloksasin hemihidrat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza PH 101 (Avicel PH 101), hidroksipropilmetil sellüloza 6 cps (Pharmacoat 606), mikrokristallik sellüloza PH 200 (Avicel PH 200), krospovidon, susuz kolloidal silisium dioksid (Aerosil 200), maqnezium stearat. Örtük: sarı opadri II (85G32281) (polivinil spirti, talk, titan dioksid, PEG 3350, lesitin, sarı dəmir oksidi, talk/qırmızı dəmir oksidi).
Təsviri
Açıq şaftalı rəngli, uzunsov, bir tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial vasitə. Flüorxinolonlar. ATC kodu: J01MA12.
Farmakoloji xüsusiyyətləri
Geniş təsir spektrli antibakterial maddədir. Levofloksasin bakterial topoizomeraza IV və DNT- giraza fermentlərini inhibə etməklə bakterisid təsir göstərir. Bakteriyalarda DNT-nin replikasiyası, transkripsiyası, rekombinasiyası üçün vacib olan II tip izomerazanı inaktivləşdirir. Aerob qrammüsbət mikroorqanizmlər: Enterococcux faecails, Staphylococcus aureus (metisillinə rezistent ştammlar), Staphylococcus Saprophyticus, Streptococcus pneumonia (o cümlədən penisilinə rezistent ştammlar), Streptococcus pyogenes, Staphylococcus haemolyticus, Staphylococcus epidermidis, Streptococcus (metisillinə rezistent ştammlar), Streptococcus agalacticae, Viridans qrupundan olan streptokokklar. Aerob qrammənfi mikroorqanizmlər: Enterobacter cloacae, Legionella pneumophilia, Esherichia coli, Moraxella catarrhalis, Haemophilus influenzae, Proteus mirabilis, Haemophilus parainfluenzae, Pseudomonas aeruginosa, Klebsiella pneumonia, Serratia marcescens, Acinetobacter baumannil, Clebsiella oxytoca, Acinetobacter calcoacetiucs, Morganella Morganii, Acinetobacter ivoffil, Enterobacter aggiomerans, Bordetella pertussis, Proteus Vulgaris, Citrobacter Koseri, Providencia rettgeri, Citrobacter freudii, Provedencia stuartii, Enterobacter aerogenes, Pseudomonas flurescens, Enterobacter sakazakii, Serratia marcescens. Digər mikroorqanizmlər: Chlamidia pneumonia, Mycoplasma pneumonia, Legionella pneumophilia. Anaerob qrammüsbət mikroorqanizmlər: Clostridium perfringens. Levofloksasin peroral qəbuldan sonra tez və tamamilə sorulur. Plazmada yüksək konsentrasiyası oral qəbuldan 1-2 saat sonra yaranır. Levofloksasinin biomənimsənilməsi 500 mq qəbul etdikdə 99% təşkil edir. Levofloksasinin farmakokinetikası birdəfəlik və çoxsaylı qəbul zamanı dəyişilmir. Qida qəbulundan asılı olmadan qəbul edilə bilər. Levofloksasin toxuma və orqanlarda yaxşı paylanılır. Levofloksasin sidik kisəsi, eləcə də ağciyər toxumasına yaxşı keçir. Dəridə levofloksasinin konsentrasiyası plazmadakı konsentrasiyasından 2-5 dəfə yüksək toplanır. Levofloksasin təqribən 24-38% plazma zülalları ilə birləşir. Oral yolla qəbul zamanı dozanın 87%-i dəyişilməmiş şəkildə sidiklə 48 saat ərzində, 4%-i isə nəcislə 72 saat ərzində xaric olunur. Qəbul olunmuş dozanın 5%-dən az hissəsi sidiklə metabolitlər şəklində xaric olunur. Levofloksasinin yarımxaricolma dövrü 6-8 saatdır. Xüsusi xəstə qrupları Levofloksasinin farmakokinetikası yaşdan, cinsdən və irqdən asılı deyil. Dərman çox az metabolizmə uğradığından qaraciyər funksiyası pozğunluğu zamanı levofloksasinin farmakokinetikasında heç bir dəyişiklik gözlənilmir. Böyrək xəstəlikləri Renal funksiyanın azalması zamanı (kreatinin klirensi 50 ml/dəq) levofloksasi-nin klirensi və plazma eliminasiyası azala bilər. Bu xəstələrdə dozanın azaldılması tələb olunur. Levofloksasin nə hemodializ zamanı, nə də davamlı ambulator peritoneal dializ zamanı qandan xaric olmur. Bu səbəbdən də hər hemodializdən sonra əlavə doza verilməsi lazım gəlmir.
İstifadəsinə göstərişlər
Kəskin bakterial sinusit Bronx sisteminin xəstəlikləri (xroniki bronxitin kəskinləşməsi, pnevmoniya) Nozokomial pnevmoniya Dəri və yumşaq toxumaların ağırlaşmış və ağırlaşmamış infeksiyaları Sidikçıxarıcı yolların ağırlaşmış və ağırlaşmamış infeksiyaları Xroniki bakterial prostatit Kəskin pielonefrit Müalicəyə başlamazdan öncə kultura və həssaslıq testləri ilə levofloksasinə olan həssaslıq müəyyənləşdirilməlidir. Digər antibiotiklərdə olduğu kimi Pseudomonas aeruginosanın bəzi ştammları levofloksasinə qarşı da tez rezistentlik qazana bilər. Buna görə də, müalicə müddətində fasilələrlə həssaslıq testləri aparılmalıdır.
Əks göstərişlər
Kaprifloks levofloksasinə, xinolon qrupu antibiotiklərinə və preparatın tərkibində olan hər hansı bir maddəyə qarşı həssaslığı olanlara əks göstərişdir. • Epilepsiyalı xəstələr, • anamnezində flüorxinolonun qəbulu ilə bağlı vətər pozğunluqları olan xəstələr, • uşaqlar və yeniyetmələr (18 yaşa qədər), • hamiləlik dövrü, • laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr, hamilə qadınlar və süd verən analarda levofloksasinin qəbulu barədə heç bir məlumat yoxdur. Siçovul və itlərə levofoksasinin verilməsi osteoxondroz əmələ gəlməsini və ağırlaşmalarını artırır. Digər flüorxinolonlar da müxtəlif növ heyvanlarda ağırlıq daşıyan oynaqlarda eroziyaya və artropatiyalara səbəb olur. Levofloksasin daxil olmaqla xinolon törəməsi qəbul edən xəstələrdə qıcolma və toksik psixozlar müəyyən olunmuşdur. Xinolonlar kəllədaxili təzyiqin artmasına və mərkəzi sinir sisteminin (MSS) stimullaşmasına səbəb ola bilər. Belə hallarda müalicə dayandırılmalı və uyğun müalicə aparılmalıdır. Kaprifloks MSS – də qıcolma ocağı olan xəstələrdə diqqətlə istifadə olunmalıdır. Xinolonlarla müalicə müddətində anafilaktik tipli kəskin hipersensibilizasiya reaksiyaları ola bilər. Allergiyanın ilk əlamətləri meydana çıxan kimi Kaprifloks-la müalicə dayandırılmalıdır. Ciddi anafilaktik reaksiyaların müalicəsində adrenalin, oksigen, venadaxili məhlullar, antihistamin, kortikosteroidlər, vazopressor amillər və intubasiya lazımdır. Bütün antibiotiklərlə aparılan müalicə zamanı Clostridium difficile ilə əlaqədar psevdomembranoz kolit inkişaf edə bilər. Belə hallarda Kaprifloks dayandırılmalı, uyğun müalicə başlanmalıdır. Yüngül hallarda dərmanın kəsilməsi kifayət edir. Daha ağır hallarda su və elektrolitlər, zülallar və Clostridium difficile-yə qarşı təsirli bir antibiotik lazım ola bilər. Peristaltikanı zəiflədən preparatların istifadəsi əks göstərişdir. Levofloksasin daxil olmaqla xinolonlar qəbul edən xəstələrdə çiyin, əl və ayaqlarda vətər qırılmaları ola bilər. Kortikosteroidlər qəbul edən, xüsusilə də yaşlı xəstələrdə bu risk daha yüksəkdir. Hər hansı bir vətərdə ağrı, iltihab və ya qırılma əlamətləri olarsa Kaprifloks qəbulu dayandırılmalı və zədələnmiş vətərin immobilizasiyası təmin olunmalıdır. Ehtiyat tədbirləri Qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı olan xəstələr Qlükozo – 6 – fosfatdehidrogenazın latent və ya manifestasiyalı çatışmazlığı olan xəstələrdə xinolonlar ilə müalicə zamanı hemolitik reaksiyalara meylilik olur ki, bu da Kaprifloksun müalicəsi zamanı nəzərə alınmalıdır. Periferik neyropatiya Xinolonları və flüorxinolonları qəbul edən xəstələrdə paresteziyaya, hipesteziyaya (aşağı həssaslıq), dizesteziyaya və ya zəifliyə səbəb olan sensor və ya sensor polineyropatiya halları haqqında məlumat verilmişdir. Levofloksasin istifadə edən xəstələrdə ağrı, yanma, sancma, keyimə və ya zəiflik kimi nevropatiya əlamətləri inkişaf etdikdə müalicəni davam etdirməzdən əvvəl həkimlərinə məlumat vermək tövsiyyə olunur. Qaraciyər çatışmazlığı Ağır əvvəlki xəstəlikləri olan xəstələrdə (məsələn, sepsis) həyat üçün təhlükəli vəziyyətlərə qədər qaraciyər nekrozu halları qeyd edilmişdir. Qaraciyər çatışmazlığı (anoreksiya, sarılıq, tünd sidik, qaşınma) əlamətləri inkişaf etdikdə xəstələrə dərman qəbulunu dayandırmaq və müalicə həkiminə müraciət etmək tövsiyyə olunur. Aorta anevrizmi və aortanın laylanması Epidemioloji tədqiqatlarda, xüsusilə yaşlı xəstələrdə, flüorxinolonların tətbiqindən sonra anevrizmin inkişaf etməsi və aortanın laylanmasının artması riski barədə məlumatlar mövcuddur. Kaprifloksla müalicə zamanı yüksək qatılıqlı sidiyin əmələ gəlməməsi üçün çoxlu miqdarda maye qəbul etmək lazımdır. Böyrək çatışmazlığı olan (kreatinin klirensi 50 ml/dəqiqədən az) xəstələrdə Kaprifloks diqqətlə istifadə olunmalıdır. Doza korreksiyası tələb edilir. Xinolonlarla müalicə əsnasında fototoksik reaksiyalar ola bilər. Xəstələr preparatla müalicə zamanı və müalicə dayandırıldıqdan sonra 48 saat ərzində həddən artıq günəş şüaları və ya süni ultrabənöşəyi şüalanmaya məruz qalmamaları barədə məlumatlandırılmalıdırlar və ilkin fotoallergik əlamətlər meydana çıxan kimi levofloksasin qəbulu dayandırılmalıdır. Levofloksasin epilepsiya ocağı olan mərkəzi sinir sistemi xəstəlikləri zamanı ehtiyatla istifadə olunmalıdır. Oral antidiabetik və ya insulin müalicəsi alan xəstələrdə qanda qlukozanın miqdarı yoxlanılmalıdır, hipoqlikemiya olarsa, levofloksasinin qəbulu dayandırılmalı və uyğun müalicəyə başlanmalıdır. Levofloksasin daxil olmaqla xinolonların istifadəsi zamanı EKQ-də QT intervalının uzanması və az hallarda aritmiyalar ola bilər. Aritmiya riskini azaltmaq üçün QT intervalını uzadan preparatlardan I A və III sinif antiaritmik preparatlardan istifadə etmək olmaz. Hipokaliemiya, ağır bradikardiya mövcud olarsa, Kaprifloks-dan istifadə olunmamalıdır. Levofloksasin psevdoparalitik miasteniya (myastenia gravitis) xəstəliyi olanlarda ehtiyatla istifadə edilməlidir. Levofloksasin təyin olunmuş xəstələrin sidiyində opiatların müayinəsi yanlış müsbət nəticə verə bilər, odur ki, onların təyini üçün daha spesifik üsullar lazım ola bilər. Levofloksasin Mycobacterium tuberculosis-in inkişafını blokada edə bilər, nəticədə vərəmin bakterioloji diaqnozu saxta-mənfi nəticə verə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antasidlər, sukralfat, dəmir duzları, multivitaminlər, didanozin Maqnezium və aliminium tərkibli antasidlər, sukralfat, dəmir kimi metal duzları, ginko tərkibli multivitamin preparatları və didanozin levofloksasinin absorbsiyasına təsir edərək aşağı salır. Bu dərmanlar levofloksasindən 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilir. Teofillin Klinik tədqiqatlar zamanı levofloksasinin teofillinlə heç bir qarşılıqlı təsiri aşkar olmayıb. Lakin digər xinolonlar teofillinin plazmadakı səviyyəsini yüksəltdiyinə görə iki preparatın birlikdə istifadəsi zamanı teofillinin qanda səviyyəsi yoxlanılmalıdır. Lazım gəldikdə doza nizamlanması aparılmalıdır. Varfarin Klinik tədqiqatlar zamanı varfarin və levofloksasin arasında heç bir qarşılıqlı təsiri aşkar olmayıb. İki preparatın birlikdə istifadəsi zamanı xəstədə koaqulyasyon testlər yoxlanılmalıdır. Klinik araşdırmalar nəticəsində protrombin indeksində uzanma və qanaxma hadisələri rast gəlinmişdir. Siklosporin və diqoksin Sağlam könüllülər üzərində aparılan tədqiqatların nəticəsi bu preparatlarla levofloksasin arasında klinik əhəmiyyət daşıyan qarşılıqlı təsirin olmamasını göstərmişdir. Buna görə də doza nizamlanmasına ehtiyac yoxdur. Probenesid və Simetidin Simetidin və probenesid levofloksasinin böyrək klirensini azaldır. Lakin bu təsirə görə levofloksasinin dozasının nizamlanmasına ehtiyac yoxdur. Qeyri – steroid iltihab əleyhinə preparatlar Qeyri–steroid iltihab əleyhinə preparatlarla levofloksasinin birlikdə istifadəsi MSS-nin stimulyasiyasını və epilepsiya riskini artırır. Antidiabetik preparatlar Oral antidiabetik preparatlar xinolonlarla birlikdə istifadə edildikdə plazmada qlukozanın səviyyəsində hiperqlikemiya və ya hipoqlikemiya ola bilər. Ona görə də qanda şəkərin miqdarı yoxlanılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Levofloksasinin hamilələrə təsirinin öyrənilməsi üçün hamilə qadınlar üzərində kifayət qədər tədqiqatlar yoxdur. Kaprifloks hamilələrdə istifadə edilməməlidir. Levofloksasin ana südündə aşkar olunmayıb. Lakin dərmanın ana südünə keçmə ehtimalı yüksəkdir. Laktasiya dövründə ya levofloksasinlə müalicəni ya da ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatrik xəstələr Levofloksasinin uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir. Heriatrik xəstələr Yaşlılarda böyrək funksiyası zəiflədiyindən doza seçimində ehtiyatlı olmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Levofloksasin bəzi xəstələrdə nevroloji əlavə təsirlərə (başgicəllənmə və s.) səbəb ola bilər. Xəstələr maşın və ya mexanizmləri idarə etməzdən əvvəl dərmanın onlara necə təsir göstərməsini öyrənməlidirlər.
İstifadə qaydası və dozası
Kaprifloks yeməkdən əvvəl və ya sonra istifadə edilə bilər. Böyrək funksiyası normal olan xəstələrdə dozalanma sxemi: Kaprifloks 500 mq tablet üçün dozalanma sxemi aşağıdakı kimidir. Dozalanması 24 saatdan bir 500 mq (1 tablet) təşkil edir. Bu doza böyrək funksiyası normal olan xəstələr üçündür (kreatinin klirensi 50 ml/dəq-dən çox). Birdəfəlik Dozalararası Müalicə Ümumi İnfeksiya doza interval müddəti gündəlik doza Xroniki bronxitin 500 mq 24 saat 7 gün 500 mq bakterial kəskinləşməsi Nozokomial pnevmoniya 750 mq 24 saat 7 – 14 gün 750 mq Xəstəxanadan kənar 500 mq 24 saat 7 – 14 gün 500 mq pnevmoniya Kəskin bakterial sinusit 500 mq 24 saat 10 – 14 gün 500 mq Dərinin və yumşaq toxumanın ağırlaşmış 750 mq 24 saat 7 – 14 gün 750 mq infeksiyaları Dərinin və yumşaq toxumanın ağırlaşmamış 500 mq 24 saat 7 -10 gün 500 mq infeksiyaları Xroniki bakterial 500 mq 24 saat 28 gün 500 mq prostatit Sidikçıxarıcı yolların 250 mq 24 saat 10 gün 250 mq ağırlaşmış infeksiyaları Kəskin pielonefrit 250 mq 24 saat 10 gün 250 mq Sidikçıxarıcı yolların ağırlaşmamış infeksi- 250 mq 24 saat 3 gün 250 mq yaları Kaprifloks ilə maqnezium və alminium tərkibli antasidlər, sukralfat, dəmir, tərkibində sink olan multivitamin preparatları və didanozin kimi tabletlərin birgə istifadələri arasında 2 saat fasilə olmalıdır. Böyrək funksiyası zəifləmiş xəstələrdə dozalanma sxemi Kreatinin klirensi 80 ml/dəq-dən az olan xəstələrdə aşağıdakı dozalanma sxemi tətbiq olunur. Böyrək funksiyası zəifləmiş xəstələrdə doza Böyrəyin vəziyyəti Başlanğıc doza Sonrakı doza Xroniki bronxitin bakterial kəskinləşməsi/Xəstəxanadankənar pnevmoniya/Kəskin bakterila sinusit/Dərinin və yumşaq toxumanın ağırlaşmamış infeksiyaları/Xroniki bakterial prostatit Dozanın nizamlanmasına Dozanın nizamlanmasına CL 50-80 ml/dəqiqə cr ehtiyac yoxdur ehtiyac yoxdur CL 20-49 ml/dəqəqiqə 500 mq 24 saatdan bir 250 mqcr CL 10-19 ml/dəqiqə 500 mq 48 saatdan bir 250 mqcr Hemodializ 500 mq 48 saatdan bir 250 mq Xroniki ambulator peritoneal 500 mq 48 saatdan bir 250 mq dializ Dərinin və yumşaq toxumanın ağırlaşmış infeksiyaları/Nozokomial pnevmoniya Dozanın nizamlanmasına Dozanın nizamlanmasına CL 50-80 ml/dəq cr ehtiyac yoxdur ehtiyac yoxdur CL 20-49 ml/dəqiqə 750 mq 48 saatdan bir750 mqcr CL 10-19 ml/dəqiqə 750 mq 48 saatdan bir500 mqcr Hemodializ 750 mq 48 saatdan bir500 mq Xroniki ambulator peritoneal 750 mq 48 saatdan bir500 mq dializ Sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları/Kəskin pielonefrit Dozanın nizamlanmasına Dozanın nizamlanmasına CL 20 ml/dəqiqədən böyük cr ehtiyac yoxdur ehtiyac yoxdur CL 10-19ml/dəqiqə 250 mq 48 saatdan bir 250 mqcr Sidikçıxarıcı yolların Dozanın nizamlanmasına ağırlaşmamış infeksiyaları ehtiyac yoxdur CL –Kreatinin klirensicr
Əlavə təsirləri
Klinik tədqiqatlar zamanı əmələ gələn əlavə təsirlərin sıxlığı 6,3%-dir. Levofloksasin qəbul edən xəstələrin 4%-də əlavə təsirlərə görə müalicə dayandırılmışdır. Aşağıdakı əlavə təsirlərin levofloksasin qəbulu ilə əlaqədar olduğu düşünülür. Ürəkbulanma 1,3%, diareya 1%, vaginitlər 0,8%, yuxusuzluq 0,4%, qarın ağrısı 0,5%, qaşınma 0,3%, dispepsiya 0,3%, dəri səpgiləri 0,3%, dadbilmənin pozulması 0,2%, göbələk infeksiyası 0,1%, başağrısı 0,1%, əsəbilik 0,1%, eritrematoz səpgilər 0,1%, urtikar səpgilər 0,1%, makulopopulyar səpgilər 0,1%. Ürəyə: nadir hallarda – sinus taxikardiyası, sürətli ürək döyüntüsü; tezliyi məlum deyil – mədəcik taxikardiyası, ürəyin dayanmasına, mədəcik aritmiyasına və “torsade de pointes”-ə (QT intervalının uzanmasına risk faktoru olan xəstələrdə əsasən rast gəlinmişdir), QT intervalının uzanmasına səbəb olur. Damarlara: tez-tez flebit (yalnız venadaxili yeridilməyə aiddir); nadir hallarda-arterial təzyiqin azalması. Qana və limfa sisteminə: bəzən – leykopeniya, eozinofiliya; nadir hallarda – neytropeniya, trombositopeniya; məlum deyil-pansitopeniya, aqranulositoz, hemolitik anemiya. Sinir sisteminə*: tez-tez baş ağrısı, başgicəllənmə; bəzən – yuxululuq, titrəmə, disgevziya: nadir hallarda – paresteziya,qıcolmalar; tezliyi məlum deyil – periferik sensor neyropatiya, periferik sensomotor neyropatiya, diskineziya, ekstrapiramidal pozuntular, parosmiya (iybilmə qabiliyyətinin pozulması, xüsusilə obyektiv olmayan subyektiv qoxu hissiyyatının pozuntusu), o cümlədən iybilmənin itirilməsi, sinkope, idiopatik kəllə daxili hipertenziya. Görmə orqanına*: nadir hallarda – dumanlı görmə; məlum deyil – görmə qabiliyyətinin müvəqqəti itirilməsi. Eşitmə orqanına*: bəzən – vertigo; nadir hallarda-qulaqlarda səs; məlum deyil – eşitmə qabiliyyətinin aşağı düşməsi, eşitmənin pozulması. Tənəffüs sisteminə və döş qəfəsi orqanlarına: tez-tez olmayan hallarda – təngnəfəslik; məlum deyil – bronxospazm, allergik pnevmonit. Mədə-bağırsaq sisteminə: tez–tez – ishal, qusma, ürəkbulanma; bəzən qarın ağrısı, dispepsiya, köpmə, qəbizlik; tezlik məlum deyil- çox nadir hallarda enterokolit, o cümlədən psevdomembranoz kolit, pankreatit əlaməti ola bilən hemorragik ishal. Böyrəklərə və sidik yollarına: bəzən – qan zərdabında kreatinin miqdarının artması; nadir hallarda – kəskin böyrək çatışmazlığı (məsələn, nefritin inkişafı nəticəsində). Dəriyə və dərialtı toxumalara: bəzən – səpgilər, qaşınma, övrə, həddindən artıq tərləmə; tezlik məlum deyil – zəhərli epidermal nekroliz, Stiven-Conson sindromu, çoxformalı eritema, fotosensibilizasiya reaksiyaları, leykositoklastik vaskulit, stomatit. Dəri və selikli təbəqələrin reaksiyaları dərmanın ilk dozasını qəbul etdikdən bir neçə dəqiqə sonra inkişaf edə bilər. Skelet-əzələ sisteminə və birləşdirici toxumaya*: bəzən – artralgiya, mialgiya – tendenit də daxil olmaqla vətərlərin (məsələn axill vətərinin) zədələnməsi, əzələ zəifliyi, onlar ağır miasteniyası olan xəstələrdə xüsusilə təhlükəli ola bilər; tezlik məlum deyil – rabdomioliz, vətərlərin qırılması (məsələn, axill vətərinin), bağların qırılması, əzələlərin qırılması, artrit. Endokrin sistemə: çox nadir hallarda-antidiuretik hormonun qeyr-adekvat sekresiyası. Maddələr mübadiləsinə: bəzən – anoreksiya; nadir hallarda – hipoqlikemiya, xüsusilə şəkərli diabet xəstələrində, məlum deyil -hiperqlikemiya, hipoqlikemik koma. İnfeksiyalar və invaziyalar: bəzən – göbələk infeksiyaları (o cümlədən, kandida ilə), patogen mikroorqanizmlərin müqavimətinin inkişafı. Ümumi pozuntu*: tez-tez- yeridilmə nahiyəsində reaksiyalar (məs., ağrı, qızartı); bəzən – asteniya; nadir hallarda- bədən hərarətinin artması, tezliyi məlum deyil- ağrılar (kürəkdə, sinədə və ətrafdakı ağrılar da daxil olmaqla). İmmun sistemə: nadir hallarda – angionevrotik ödem, hiperhəssaslıq reaksiyaları; məlum deyil – anafilaktik şok, anafilaktoid şok. Anafilaktik və anafilaktoid reaksiyaları bəzən dərmanın ilk qəbulundan sonra da inkişaf edə bilər. Qaraciyərə və öd yollarına: tez-tez qanda “qaraciyər” fermentlərinin aktivliyinin artması (məsələn ALAT, ASAT); bəzən – bilirubinin qanda qatılığının artması; məlum deyil – sarılıq və ağır qaraciyər çatışmazlığı, o cümlədən kəskin qaraciyər çatışmazlığı, xüsusilə ağır əsas xəstəliyi (məsələn, sepsis ilə) olan xəstələrdə, hepatit. Psixi pozuntular*: tez – tez yuxusuzluq; bəzən – qıcıqlanma, həyəcan, konfuziya, əsəbilik, şüurun qarışması; nadir hallarda – psixi pozuntular (halüssinasiyalar, paranoyya ilə), depressiya, həyəcan, qeyri- adi yuxular, qorxulu gecə yuxuları; məlum deyil – intihar düşüncələri və intihar cəhdləri də daxil olmaqla, özünə ziyan vurmaqla psixi və davranış pozğunluqları. Bütün flüorxinolonlara aid olan digər mümkün arzuolunmaz təsirlər: Artıq bu xəstəlikdən əziyyət çəkən xəstələrdə porfiriya tutmaları. *Xinolonların və flüorxinolonların istifadəsi ilə bağlı bəzi hallarda əvvəlki risk amillərinin mövcud olmasından asılı olmayaraq çox nadir, uzun müddətli, (bir neçə ay və ya il qədər davam edən), əlilliyə səbəb olan, müxtəlif, bəzən bir neçə orqanizm sistemlərinə və hissiyyat orqanlarına təsir etməklə potensial dönməz ciddi arzu olunmayan reaksiyaların (tendinit, vətərlərin qırılması artralgiya, ətraflarda ağrılar, yerişin pozulması, paresteziya ilə assosiasiya olunan nevropatiya, depressiya, zəiflik, yaddaşın, yuxunun, eşitmənin, görmənin, dad və iybilmənin pozulması) inkişafı haqqında məlumat əldə edilmişdir.
Doza həddinin aşılması
Levofloksasinin kəskin toksiklik potensialı aşağıdır. Doza həddi aşıldıqda mədə yuyulmalı, xəstənin hidratasiya vəziyyətinə diqqət yetirilməli, simptomatik və dezintoksikasion müalicə aparılmalıdır. Levofloksasinin antidotu yoxdur. Hemodializ və peritoneal dializ o qədər də əhəmiyyətli deyil.
Buraxılış forması
Kaprifloks 500 mq örtüklü tabletlər. 7 örtüklü tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək olmayan otaq temperaturunda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biofarma İlaç San.ve Tic. A.Ş. Akpınar Mah.Osmangazi Cad. No: 156 Sancaktepe / İstanbul / Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.