Kamagra 100 mq N4 tablet

Dərman formasıTablet
Farmakoloji təsirErektil pozğunluqların müalicəsi üçün preparat
İstehsal ölkəsiHindistan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,70 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KAMAQRA 100 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Sildenafil

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq sildenafil vardır. Köməkçi maddələr: natrium nişasta qlukolyatı, povidon, mikrokristallik sellüloza, təmizlənmiş talk, maqnezium stearat, opadray II 85F510003 yaşıl.

Təsviri

Yaşıl rəngli, romb şəkilli örtüklü tabletlərdir. Tabletlərin bir tərəfində “ap”, digər tərəfində “KGR 100” yazılmışdır.

Farmakoterapevtik qrupu

Erektil pozğunluqların müalicəsi üçün preparat. ATC kodu: G04BE03.

Farmakoloji xüsusiyyətləri

Sildenafil sitrat 5-ci tip siklik quanozinmonofosfat (sQMF) asılı fosfodiesterazanın spesifik inhibitorudur. Kişi cinsiyyət orqanının ereksiyasının fizioloji mexanizmi, seksual stimul olduğu zaman, kavernoz cisimdə azot oksidin (NO) yaranması ilə bağlıdır. Azot oksidi quanilatsiklaza yüksəlməsinə, kavernal cismin əzələlərininfermentini aktivləşdirir, bu da sQMF-in səviyyəsinin boşalmasına və kişi cinsiyyət üzvünə qan axınının artmasına gətirib çıxarır. Sildenafil bilavasitə kavernal cismin boşalmasına təsir göstərmir. Sildenafil 5-ci tip fosfodiesterazanı inhibə edir və bununla azot oksidinin kavernal cismə boşaldıcı təsirini artırır. Seksual ehtiras zamanı sildenafilin təsiri altında lokal olaraq NO azad olur, 5-ci tip fosfodiesteraza inhibə olunur və bu da sQMF-in artmasına qətirib çıxarır. Bunun nəticəsində kişi cinsiyyət orqanına qan axını güclənir. Sildenafil qəbuldan sonra tez bir zamanda sorulur. Maksimal biomənimsənilmə 41- 61% təşkil edir. Sildenafil qaraciyərdə metabolizmə uğrayır, əsas metaboliti N-desmetilmeta- bolitdir. Qəbul olunmuş dozanın 80%-i nəcislə, 13% -i isə sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Kişilərdə erektil disfunksiya halları.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, uzun müddət azot oksid donatorları, üzvi nitratlar qəbul edən şəxslər. Aşağıdakı hallarda Sildenafilin təhlükəsizliyi öyrənilmədiyi üçün istifadəsi əks göstərişdir: – qeyri-arterik anterior işemik optik nevropatiya səbəbindən ( bu halın əvvəllər FDE5 inhibitorlarının istifadəsi ilə əlaqəsindən asılı olmayaraq) bir gözündə görmə qabiliyyətini itirmiş xəstələrdə; – kəskin qaraciyər çatışmazlığında; – hipotenziya (arterial qan təzyiqi <90/50mm Hg); – son zamanlar baş vermiş insult və ya miokard infarktı anamnezli xəstələrdə; – irsi degenerativ retinal patologiyalarda (retinis pigmentosa);

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

– Preparat 18 yaşından aşağı şəxslərdə istifadə üçün nəzərdə tutulmayıb. – Cinsi aktivliyi arzu olunmayan xəstələrə istifadəsi məsləhət görülmür. – Preparatın kanserogen təsiri yoxdur. – Kişi cinsiyyət orqanının anatomik deformasiyası olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. – Preparat qadınların istifadəsi üçün nəzərdə tutulmayıb. – Sildenafil ancaq seksual stimulyasiya fonunda effektlidir. – Bu preparatı təyin etməzdən əvvəl xəstənin ürək-qan damar sisteminin statusu yoxlanılmalıdır (ürək çatmazlığı, qeyri-stabil stenokardiya, təhlükəyə səbəb ola bilən ürək aritmiyaları hallarında ehtiyatla istifadə edilməlidir). – Priapizmə meyilli hallarda (məsələn, anemiya, leykoz, trombositopeniya və s.) ehtiyatla istifadə edilməlidir. – Qanaxmaya meyilli xəstələrdə, o cümlədən aktiv peptik xorası olan xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Simetidin sildenafilin qandakı konsentrasiyasını 56% artırır. Sildenafilin eritromisinlə, sankvinovirlə eyni vaxtda qəbulu sildenafilin qandakı konsentrasiyasını artıra bilər. Sildenafil nitratların hipotenziv təsirini artıra bilər. Sildenafil etanolun hipotenziv təsirini artırmır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idaretmə qabiliyyətinə təsiri Preparatın əlavə təsirləri – AT-in aşağı düşməsi, xromatopsiya, bulanıq görmə nəzərə alınmaqla fərdi yanaşma vacibdir. Bu əlavə təsirlər baş verdiyi halda nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat daxilə qəbul olunur. Məsləhət görülən başlanğıc doza – cinsi aktivlikdən 1 saat öncə 50 mq sildenafil. Preparata qarşı həssaslıqdan və preparatın effektivliyindən asılı olaraq, preparatın dozası 100mq-a qədər artırıla və ya 25 mq-a qədər azaldıla bilər. Preparatın sutkada 1 dəfə qəbul olunması məsləhət görülür.

Əlavə təsirləri

Ən çox rast gəlinən arzuolunmaz təzahürlər baş ağrısı, hiperemiya, dispepsiya, burun tutqunluğu, başgicəllənmə, ürəkbulanma, istilikbasma hissi, görmənin pozulması, sianopsiya və qeyri dəqiq görmədir. Əlavə təsirlərin tezlik təsnifatı: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100 və < 1/10), hərdən (≥ 1/1 000 və < 1/100), nadir (≥ 1/10 000 və < 1/1000). İnfeksiyon və parazitar xəstəliklər: hərdən – rinit. İmmun sistemə: hərdən – hiperhəssaslıq. Sinir sisteminə: çox tez-tez – baş ağrısı; tez-tez – başgicəllənməsi; hərdən – yuxululuq, hipesteziya; nadir – beyin qan dövranının kəskin pozulması, tranzitor işemik həmlə, qıcolma tutmaları, qıcolma tutmaların residivləri, bayılma. Görmə orqanına: tez-tez – rəngli görmənin pozulması (xloropsiya, xromatopsiya, sianopsiya, eritropsiya və ksantopsiya), görmənin pozulması, qeyri dəqiq görmə; hərdən – göz yaşı ifrazı ilə əlaqəli pozulmalar (gözlərin quruluğu, göz yaşı vəzinin funksiyasının pozulması və çoxalmış göz yaşarması), göz ağrısı, fotofobiya, fotopsiya, göz hiperamiyası, parlaq görmə qavrayışı, konyunktivit; nadir – görmə sinirinin qeyri arteriit ön işemik neyropatiyası (GSQAÖİN), torlu qişanın damarlarının okklüziyası, torlu qişanın qanaxması, arteriosklerotik retinopatiya, torlu qişanın xəstəlikləri, qlaukoma, görmə sahəsinin qüsuru, diplopiya, görmə itiliyinin azalması, miopiya, astenopiya, şüşəyəbənzər cismin üzən bulanmaları, qüzehli qişanın xəstəliyi, midriaz, görmə sahəsində rəngli halqaların olması, gözün ödemi, gözün şişməsi, göz xəstəliyi, konyunktivanın hiperemiyası, gözün qıcıqlanması, gözdə qeyri-adi hissiyyat, göz qapağının ödemi, sklera rənginin dəyişməsi. Eşitmə orqanına və vestibulyar aparata: hərdən – vertiqo, qulaqlarda küy; nadir – karlıq. Ürəyə: hərdən – taxikardiya, ürək döyünməsi; nadir – qəfil ürək ölümü, miokard infarktı, mədəcik aritmiyası, qulaqcıqların fibrilyasiyası, qeyri-sabit stenokardiya. Damara: tez-tez – hiperemiya, istilikbasma hissi; hərdən – arterial hipertenziya, arterial hipotenziya. Tənəffüs sisteminə, döş qəfəsinə və divararası orqanlara: tez-tez – burun tutqunluğu; hərdən – burun qanaxması, burun ciblərinin tutqunluğu; nadir – boğazda sıxılma hissi, burun ödemi, burun selikli qişasının quruluğu. Mədə-bağırsaq traktına: tez-tez – ürəkbulanma, dispepsiya; hərdən – qastro-ezofageal reflüks xəstəliyi, qusma, qarının yuxarı nahiyəsində ağrı, ağızda quruluq; nadir – oral hipesteziya. Dəriyə və dərialtı toxumalara: hərdən – səpgi; nadir – Stivens-Conson sindromu (SCS), toksik epidermal nekroliz (TEN). Skelet-əzələ sisteminə və birləşdirici toxumalara: hərdən – mialgiya, ətraflarda ağrı. Böyrəklərə və sidik çixarıcı yollara: hərdən – hematuriya. Cinsi orqanlarına və süd vəzisinə: nadir – kişi cinsi üzvünün qanaxması, priapizm, hematospermiya, ereksiyanın artması. Ümumi pozğunluqlar və yeridilmə sahəsində pozulmalar: hərdən – döş qəfəsində ağrı, artmış yorğunluq, istilik hissi; nadir – qıcıqlanma. Laborator və instrumental məlumatlar: hərdən – ürəyin yığılma tezliyinin artması.

Doza həddinin aşılması

Preparat 800 mq qəbul olunduqda, az dozada olduğu kimi əlavə təsirlər qeydə alınır. Müalicəsi: ehtiyac yaranarsa, simptomatik müalicə təyin olunur.

Buraxılış forması

4 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-30°C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Ajanta Pharma Limited. B-4/5/6, M.I.D.C. Area, Paithan, Aurangabad – 431128, Maharashtra, Hindistan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kamagra 100 mq N4 tablet” üçün ilk rəyi siz yazın.