Kalsium qlukonat 10 % 10 ml N10 inyeksiya Nelson
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | İltihabəleyhinə, antiallergik vasitə. Kalsium ionlarının mənbəyi |
| İstehsal ölkəsi | Çin |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,56 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KALSİUM QLÜKONAT 10% inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə:10 ml məhlulun (1 ampul) tərkibində 1000 mq kalsium qlükonat vardır. Köməkçi maddə: kalsium hidroksid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
İltihabəleyhinə, antiallergik vasitə. Kalsium ionlarının mənbəyi. ATC kodu: A12AA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Kalsium orqanizmin mühüm elektrolitidir. Sinir və əzələlərin funksional tamlığı üçün lazımdır və əzələlərin yığılması, ürək funksiyası və qanın laxtalanması üçün vacibdir. Kalsium homeostazı əsasən üç endokrin faktorla tənzimlənir: qalxanabənzər ətraf vəzinin hormonu plazmada kalsiumun konsentrasiyasının azalmasına cavab olaraq ifraz olunur və sümükdən kalsium köçürülməsini sürətləndirərək və bağırsaqda onun absorbsiyasını və böyrək reabsorbsiyasını artırmaqla təsir göstərir; kalsitonin sümük rezorbsiyasını azaltmaqla və ionun böyrək ekskresiyasını artırmaqla plazmada kalsiumun səviyyəsini azaldır; vitamin D bağırsaqda kalsiumun absorbsiyasını stimullaşdırır və onun böyrək ekskresiyasını azaldır. Preparat kalsium əvəzedicisidir. Kalsium sinir və əzələnin normal oyanıqlığını saxlaya bilər; sinir uclarında asetilxolinin sekresiyasına səbəb olur. Zərdabda kalsiumun səviyyəsi azaldıqda sinir və əzələlərin normal oyanıqlığı yüksələ bilər. Bu, həmçinin qıcolmalara səbəb ola bilər. Əgər qan zərdabında kalsiumun səviyyəsi yüksəkdirsə, oyanıqlıq azalır. Kalsium ionu hüceyrə membranlarının keçiriciliyini dəyişdirə, kapilyar kompaktlığını artıra bilər, eksudasiyanı azalda və antiallergik funksiyaya malik ola bilər. Kalsium ionu skelet və dişlərin kalsifikasiyasına səbəb olur. Yüksək konsentrasiyalı kalsium ionu və maqnezium ionu rəqabət qabiliyyətinə malikdir, buna görə də kalsium-qlükonat maqneziumla zəhərlənməni müalicə etmək üçün istifadə edilə bilər. Kalsium ionu və flüoroz həll olunmayan kalsium flüorid formalaşdıra bilər, ona görə kalsium-qlükonat flüoroz zəhərlənməsini müalicə etmək üçün istifadə edilə bilər. Farmakokinetikası Zərdabda kalsiumun təxminən 40-50% -i plazma zülalları (əsasən albumin) ilə, 8-10% anionlarla birləşmiş və 45-50% isə ionizə olunmuş formada olur. Qan zərdabında kalsiumun normal ümumi konsentrasiyası 2,25-2,5mmol / litr (9-11mq / 100ml) arasında dəyişir. Paratireoid hormonun aktiv metaboliti kalsitonin və vitamin D, qanda kalsiumun stabilliyini qoruyur. Kalsium əsasən nəcislə (təxminən 80%), qismən sidiklə (təxminən 20-30%) xaric olur. Vitamin D kalsiumun absorbsiyasına kömək edə bilər. Kalsium tər, öd, tüpürcək, süd, sidik və nəcislə xaric oluna bilər.
İstifadəsinə göstərişlər
Kalsium ionlarının yüksək konsentrasiyasının farmakoloji təsirinin tələb olunduğu hallarda, məsələn, kəskin hipokalsiemiya, ürək reanimasiyası və neonatal tetaniyanın bəzi hallarında kalsiumun parenteral yeridilməsi göstərişdir. Kalsiumun venadaxili inyeksiyaları, qurğuşunla zəhərlənmə zamanı akut kolitin müalicəsində və flüorla kəskin zəhərlənmənin müalicəsində köməkçi vasitə kimi istifadə edilmişdir. Həmçinin mübadilə transfuziyalarında hipokalsiemiyanın profilaktikası üçün. Allergik xəstəliklər, qanaxmalar, damarların yüksək keçiriciliyi, maqnezium və oksalat duzları ilə zəhərlənmə.
Əks göstərişlər
Kalsium qlükonatın təsiri ilə ampul şüşəsində olan alüminium oksid şüşədən sızaraq qələvilik yarada bilər. Alüminiumun pasiyentlərə, xüsusən böyrək funksiyası pozulmuş pasiyentlərə və uşaqlara (18 yaşdan kiçik) təsirini məhdudlaşdırmaq üçün “Hameln pharmaceuticals ltd Calcium Gluconate Injection BP” ümumi parenteral qidalanma (ÜPQ) preparatının hazırlanmasında istifadə üçün nəzərdə tutulmamışdır. Bu preparat, alüminiumun təsirinə məruz qalma riski ilə əlaqədar olaraq uşaqlarda (18 yaşdan kiçik) və xüsusilə böyrək funksiyası pozulmuş uşaqlarda venadaxili infuziya da daxil olmaqla, təkrar və ya uzun müddətli müalicə üçün istifadə edilməməlidir. Bu preparatın ağır böyrək çatışmazlığı, hiperkalsiemiya (məsələn, hiperparatireoz, hipervitaminoz D, sümüyün dekalsifikasiyası ilə şiş xəstəliyi zamanı), ağır hiperkalsiuriya və ürək qlikozidləri qəbul edən , laxtalanmaya meylli , aterosklerozu olan pasiyentlərdə istifadəsi əks göstərişdir. .Aşağıdakı hallarda kalsium qlükonat inyeksiyası seftriaksonla birlikdə istifadə edilməməlidir: •41 həftəlik yaşına (hamiləlik həftələri + həyat həftələri) çatmayan erkən doğulmuş yenidoğulmuş körpələr • vaxtında doğulan yenidoğulmuş körpələr (28 günlüyə qədər), belə ki, seftriakson-kalsium çöküntüsünün yaranma riski mövcuddur.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kalsiumun xüsusən uşaqlarda, xroniki böyrək çatışmazlığı zamanı və ya sidik yollarında daşların əmələ gəlməsinə dair əlamətlər olduqda, parenteral istifadəsi zamanı plazmada kalsiumun səviy- yəsinə və kalsiumun xaric olmasına nəzarət edilməlidir. Əgər plazmada kalsiumun miqdarı bir litrə 2,75mol-dan artıq olarsa və ya 24 saat müddətində sidiklə xaric olan kalsiumun miqdarı 5 mq / kq-dan çox olarsa, müalicə dərhal dayandırılmalıdır, belə ki, bu səviyyələrdə ürək aritmiyası meydana çıxa bilər. Kalsium duzları böyrək funksiyası pozulmuş və ya nefrokalsinozlu epinefrin qəbul edən pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Ürək xəstəliyi olan pasiyentlərdə də ehtiyatlı olmaq tələb olunur. Böyrək çatışmazlığı hiperkalsiemiya və ikincili hiperparatireoidizmlə əlaqəli ola bilər. Buna görə bu xəstələrdə parenteral kalsium diqqətli şəkildə istifadə olunmalıdır. Kalsium duzları qıcıqlandırıcı təsir göstərir. Ekstravazasiya nəticəsində zədələnmənin baş vermə- diyinə əmin olmaq üçün infuziya yerinə müntəzəm olaraq nəzarət etmək lazımdır. Kalsium qlükonat bir çox digər birləşmələrlə fiziki cəhətdən uyuşmur. Kalsium qlükonat və onunla uyuşmayan dərmanları bir sistemdə və ya ayrı-ayrılıqda istifadə zamanı qan dövranında qarışmasına yol verməmək üçün ehtiyatlı olmaq lazımdır. Fiziki cəhətdən uyuşmayan məhlulların və ya tərkibində kalsium və fosfat olan ümumi parenteral qidalanma məhlullarının ayrı-ayrı yeridilməsindən sonra orqanizmdə həll olmayan kalsium duzlarının mikrokristallaşmasından sonra ölüm halları da daxil olmaqla, ciddi fəsadlar baş vermişdir. 1 aylıqdan az yaşlı, vaxtında və vaxtından əvvəl yenidoğulmuşlarda ağciyər və böyrəklərdə kalsium-seftriakson çöküntülərinin əmələ gəlməsi ilə ölümcül reaksiyaların baş verməsi təsvir edilmişdir. Onlardan ən azı biri müxtəlif vaxtlarda və fərqli venadaxili xətlərlə seftriakson və kalsium almışdır. Mövcud elmi məlumatlarda, seftriaksonla və kalsium tərkibli məhlullarla və ya hər hansı digər kalsium tərkibli preparatla müalicə olunan yenidoğulmuş körpələrdən başqa, digər pasiyentlərdə təsdiqlənmiş damardaxili çöküntülər barədə məlumat yoxdur. In vitro tədqiqatlar göstərmişdir ki, yenidoğulmuş uşaqlarda seftriakson-kalsium çöküntüsünün yaranma riski digər yaş qruplarına nisbətən daha yüksəkdir. Hipovolemiya zamanı tərkibində seftriakson və kalsium olan vasitələrin ardıcıl infuziyalarına yol verilməməlidir. Hər yaşda olan pasiyentlərdə seftriaksonu hər hansı kalsium tərkibli venadaxili məhlullarla qarışdırmaq və ya eyni vaxtda, hətta müxtəlif infuziya xətləri vasitəsilə və ya fərqli infuziya yerlərinə yeritmək olmaz. Lakin, 28 günlükdən yuxarı pasiyentlərdə infuziya xətləri fərqli yerlərdə istifadə olunarsa və ya infuziya xətləri dəyişdirilərsə və ya çöküntünün yaranmasının qarşısını almaq üçün yeridilmələr arasında fizioloji duz məhlulu ilə yuyularsa, seftriakson və kalsium tərkibli məhlullar ardıcıl olaraq istifadə oluna bilər. Hər bir ampulu məhlulun şəffaflığına görə yoxlayın. Yalnız şəffaf olduqda istifadə edin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digoksinin və digər ürək qlikozidlərinin təsiri kalsiumun təsirindən güclənə və ciddi üskükotu intoksikasiyası ilə nəticələnə bilər. Tiazidlərlə birlikdə istifadə zamanı hiperkalsiemiya riski artır. Birlikdə istifadə zamanı kalsium-qlükonat kalsium kanallarının blokatorlarının təsirini azaldır. Verapamildən əvvəl və ya sonra kalsium-qlükonatın venadaxili yeridilməsi verapamilin hipotenziv təsirini azaldır, lakin, onun antiaritmik effektinə təsir göstərmir.Kalsium və epinefrinin birgə tətbiqi ürək əməliyyatı keçirən xəstələrdə postoperativ epinefrinin β adrenergik təsirlərini azaldır. Fiziki uyuşmazlıq: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Kalsium qlükonat inyeksiyası, yalnız həkim tərəfindən zəruri sayıldığı təqdirdə hamiləlik dövründə istifadə edilməlidir. Kalsium ana südü ilə xaric olunur və körpələrini ana südü ilə qidalandıran qadınlara kalsium təyin edilərkən bunları nəzərə almaq lazımdır. Döl üçün zərərli ola biləcək hiperkalsemiyanın qarşısını almaq üçün istifadə olunan doza diqqətli incələnməli, kalsiumun plazma konsentrasiyası davamlı yoxlanılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İstifadə qaydası və dozası
Preparatı inyeksiya üçün 10%-li qlükoza və ya 0,9%-li NaCl məhlulu ilə durulaşdırın, tədrici (<5ml / dəq) venadaxili inyeksiya yolu ilə istifadə edin. Bikarbonat, fosfat və sulfat tərkibli məhlullar ilə durulaşdırmayın. Əgər preparat böyüklər üçün hipokalsiemiyanın müalicəsi üçün hər dəfə 1q dozada istifadə olunursa, dəfələrlə istifadə edilə bilər. Əgər o, hipermaqneziemiyanın müalicəsi üçün hər dəfə 1-2 q istifadə olunursa, dəfələrlə istifadə edilə bilər. Əgər flüorozu müalicə etmək üçün hər dəfə 1q dozada venadaxili inyeksiya yolu ilə istifadə olunarsa, onu, bir saatdan sonra təkrar istifadə etmək olar, əgər eyni zamanda tetaniya da olarsa, preparat hər dəfə 3 q dozada venadaxili inyeksiya şəklində istifadə edilməlidir. Əgər dəri toxuması flüorla zədələnmişsə, zədələnmiş dərinin hər kvadrat santimetrinə 50 mq 10%-li kalsium qlükonat istifadə edilməlidir. Preparat uşaqlarda hipokalsiemiyanı müalicə etmək üçün venadaxili inyeksiya şəklində tədricən 25mq / kq (6,8 mq kalsium) dozada istifadə olunur. Lakin, preparat güclü qıcıqlandırıcı təsirə malik olduğundan, uşaqlarda istifadəsi tövsiyə edilmir.
Əlavə təsirləri
Venadaqxili inyeksiya bədən temperaturunun yüksəlməsinə səbəb ola bilər. Kalsium duzlarının sürətlə venadaxili yeridilməsi ürəyin aritmiyası, hətta ürək dayanması, bradikardiyaya, qusma və ürək bulanmaya səbəb ola bilər. Preparat hiperkalsiemiyaya səbəb ola bilər. Hiperkalsiemiyanın erkən təzahürü qəbizlik, yuxululuq, davamlı baş ağrısı, anoreksiya, pasiyentin ağzında metal dadı və ağızda quruluqdur; gec mərhələdə təzahürü şüurun qarışması, hipertenziya, gözlərin və dərinin işığa həssaslığı, qusma, ürəkbulanma və ürəyin ritminin pozulmasıdır (aritmiya).
Doza həddinin aşılması
Kalsium duzlarının həddindən artıq miqdarda istifadə edilməsi hiperkalsiemiyaya səbəb olur. Hiperkalsiemiyanın simptomlarına anoreksiya, ürəkbulanma, qusma, qəbizlik, qarın ağrısı, əzələ zəifliyi, polidipsiya, poliuriya, psixi pozğunluqlar, sümük ağrısı, nefrokalsinoz, böyrək daşları və ağır hallarda ürək ritminin pozulması və koma daxil ola bilər. Ağır hiperkalsiemiya, hüceyrədən- kənar maye həcmini artırmaq üçün, venadaxili natrium xloridin izotonik məhlulunun infuziyası ilə müalicə edilməlidir. Kalsiumun xaric olmasını artırmaq üçün natrium-xloridin izotonik məhlulu furosemidlə birlikdə və ya onun ardınca yeridilə bilər. Bu müalicə uğursuz olarsa, istifadə edilə bilən digər dərmanlar arasında kalsitonin, bifosfonatlar, dinatrium edetat, fosfatlar vardır. Hemodializ son vasitə kimi nəzərdən keçirilə bilər.Damardaxili yeridilmə çox sürətli olarsa təbaşir dadı, istilik (qızartı) və hipotenziya yarana bilər. Doza həddi aşılmasının müalicəsi zamanı zərdab elektrolitləri diqqətlə izlənilməlidir.
Buraxılış forması
İnyeksiya üçün 10%-li məhlul. 10 ml məhlul, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Reyoung Pharmaceutial Co.,Ltd., P.R.C.” No.1 Ruiyang Road, Yiyuan County, Shandong Province, People’s Republic of China.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nelson Worldwide AG., Switzerland”. Birkenstrasse 49, 6343 Rotkreuz, Switzerland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.