Izokort 15 q krem
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Yerli kortikosteroid və antifunqal |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,34 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İZOKORT xaricə istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Diflucortolone + isoconazole
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq (1%) isokonazol nitrat, 1 mq (0,1%) diflukortolon valerat vardır. Köməkçi maddələr: isokonazol nitrat, diflukortolon valerat, setostearil spirti, parafin məhlulu, duru parafin, makroqolqliserol hidroksistearat, polisorbat, sorbiton monostearat, dinatrium EDTA, ionsuzlaşdırılmış su.
Təsviri
Ag rəngli, qeyri-şəffaf kremdir.
Farmakoterapevtik qrupu
Yerli kortikosteroid və antifunqal. ATC kodu: D01AC20.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası İltihabələyhinə,antibakterial, antifunqal təsir göstərir. İzokonazol – imidazolun sintetik törəməsidir.Yerli göbələkələyhinə və antibakterial təsir göstərir.Funqistatik təsirə malikdir. Dermafitlərə qarşı (Trychophyton spp., Microsporum spp.,Epidermophyton spp.), kif, maya göbələklərinə və mayayabənzər göbələklərə (Candida spp.,Pityrosporum spp.), həmçinin eritrazma törədicisinə (Corynebacterium minutissimum), Qram- müsbət bakteriyalara (Staphylococcus spp., Streptococcus spp.) qarşı aktivdir. İzokonazol digər imidazol qrupu antimikotik dərmanlar kimi mikrobun hüceyrə divarında erqosterol sintezini pozmaqla, funqistatik və funqisid təsir göstərir. Diflukortolon valerat iltihabi və allergik dəri xəstəlikəri zamanı iltihabın qarşısını alır və qaşınma, göynəmə və agrı hissini aradan qaldırır. Farmakokinetikası Farmakokinetika üzrə tədqiqatlar aparılmamışdır.
İstifadəsinə göstərişlər
İZOKORT kremi dərinin göbələk, iltihabi və allergik xəstəliklərinin müalicəsində xaricə istifadə edilən dərman vasitəsidir. Şiddətli iltihabi və ya ekzematoz reaksiyalarla müşayiət olunan səthi göbələk dəri zədələnmələri (eləcə də, dəri büküşlərində, barmaqarası məsafələrdə, qasıq nahiyəsində və xarici cinsiyyət orqanlarında).
Əks göstərişlər
Əsas və köməkçi maddələrə izokonazol nitrata, diflukortolon valerata və s. qarşı yüksək həssaslıq; Vərəm və ya sifilis; virus infeksiyaları (məsələn, suçiçəyi, herpes zoster), üz dərisinin xronik iltihabı, dəri xəstəliyi (rozasea), agız ətrafındaki dərinin iltihabı (perioral dermatit) və ya müalicə olunacaq nahiyənin dərisində peyvənddən sonrakı dəri reaksiyası varsa. Hamiləliyin ilk trimestri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat yalnız xaricə istifadə olunur . Əgər; Sizdə bakterial infeksiya ilə müşayiət edilən dəri xəstəliyi varsa əlavə uygun müalicə tələb olunur. İZOKORT krem üz nahıyəsinə çəkildiyi təqdirdə, kremin gözlərə düşməsinə yol verilməməlidir. Sizdə əvvəllər qlaukoma xəstəliyi olmuşdursa, həkiminizə bu barədə məlumat verin. Tərkibində mikonazol,ekonazol və tiokonazol olan dərmanlar qəbul edirsinizsə, həkiminizə bu barədə məlumat verin. Yerli istifadə edilən qlükokortikoidlərin bədənin geniş nahiyələrinə, xüsusən də sargı altında, uzun müddətə çəkilməsi əlavə təsirlərin riskini xeyli artıra bilər. Üz, qasiq və qoltuqaltı nahiyələrə çəkildiyi və uşaqlarda istifadə edildiyi zaman əlavə təsirlərin meydana çıxma riski nəzərə alınaraq ehtiyatla istifadə edilməlidir.Həmçinin, uşaqlarda sistem sorulma ehtimalı da nəzərə alınmalıdır. Sistem qlükokortikoidlərdən məlum oldugu kimi, yerli qlükokortikoidlərin istifadəsi də (məsələn,böyük dozalarda və ya uzun müddət tez-tez istifadə, qapalı sargı texnikaları zamanı və ya gözətrafı dəriyə çəkildikdə) qlaukomanın yaranmasına səbəb ola bilər. Güclü təsirə malik yerli kortikosterodlərin geniş nahiyələrdə, uzun müddət, sargı altında və ya qaraciyər çatışmazlıgı olan xəstələrdə istifadəsı hipofiz – böyrəküstü vəzi sistemində geriyə dönə bilən pozuntulara səbəb olur. İnfeksiya əl və ya ayaq barmaqlarının arasında oldugu halda,İZOKORT kremini tənzif parçasına çəkib barmaqların arasına yerləşdirmək tövsiyə edilir. İnfeksiyanın təkrarlanmasının qarşısını almaq üçün xəstənin istifadə etdiyi şəxsi camaşırları (əl-üz və bədən dəsmalları, alt paltarları və s.) hər gün dəyişdirilməli və qaynadılmalıdır. Ayaqlarda göbələk xəstəliyi varsa, ayaqlar yuyulduqdan sonra, barmaqlar və barmaqaraları yaxşıca qurudulmalı və corablar hər gün dəyişdirilməlidir. Əgər yuxarıda sadalanan xəbərdarlıqlar hətta keçmişdə olsa belə, sizdə müşahidə olunmuşdur- sa,lütfən, həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda hər hansı digər dərman qəbulu edirsinizsə və ya bu yaxınlarda qəbul etmişsinizsə, bu barədə həkminizi və ya əczaçınızı məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin birinci üç ayı preparatların xaricə istifadəsi əks göstərişdir. Bu preparatın II və III trimesrində və laktasiya dövründə istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Xüsusilə də dərmanı bədənin geniş nahiyələrində çəkmək və uzun müddət istifadə etmək olmaz. Əgər uşaq əmizdirirsinizsə, İZOKORT kremini döşlərinizə çəkməyin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İZOKORT kremi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
İZOKORT kremi böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda xaricə, dərinin zədələnmiş nahiyələrinə çəkilərək istifadə edilir. İZOKORT kremi dərinin lazım olan nahiyələrinə nazik təpəqə şəklində gündə 2 dəfə – səhər və axşam yüngül şəkildə sürtülür.Müalicənin maksimum müddəti 2 həftədir.
Əlavə təsirləri
Tərkibində kortikosteroidlərin oldugu yerli istifadə edilən preparatların geniş sahəyə (bədən səthinin 10%-dən artiq hissəsinə) və ya uzunmüddətli (4 həftə və daha artıq) istifadəsi aşagıdaki əlavə təsirlərin yaranmasına səbəb ola bilər: dərinin incəlməsi (atrofiyası) dəridə kiçik səthi qan damarlarının genişlənməsi ( teleangioektaziya), dəridə çatlar, sivilcəyə bənzər dəyişikliklər və kortikosteroidlərin resorbsiyası ilə əlaqədar olan sistem dəyişiklikləri. Nadir hallarda: Allergik kontakt dermatit; Tük follikullarının iltihablanması (follikulit), bədəndə tük örtüyünün artması (hipertrixoz), agız ətrafındaki dərinin iltihabı (perioral dermatit), dərinin rənginin dəyişməsi, səpgilər, qaşınma, yanma hissi kimi yerli simptomlar.Qızartı (eritema) və ya dəridə iltihablı qovuqcuqların olması ( vezikulların yaranması), dəridə qıcıqlanma, quruluq, dərinin yumşalması (maserasiyası), səpgilər. Bu hallar digər yerli istifadə edilən kortikosteroidlərin istifadəsi zamanı rast gəlinən yüngül və keçici əlavə təsirlərdir; müalicə davam etdirildikdə simptomlar aradan qalxır.Yerli istifadə zamanı xəstələrin təxminən 1%-də qaşınma və yanma hissi kimi simptomlara rast gəlinə bilər. Tərkibində diflukortolon valerat olan preparatlarla müalicə alan xəstələrin 0,5 – 4%-də yerli qıcıqlanma və yanma hissi müşahidə olunur.
Doza həddinin aşılması
Birdəfəlik yüksək doza (geniş dəri sahəsinə birdəfəlik çəkilmə) və ya təsadüfən udulma zamanı hər hansı bir riskin olması məlum deyil.
Buraxılış forması
15 q krem, alüminium tübda.1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Vem İlaç San. Ve Tic A.Ş Türkiyə. Ünvan Çerkezköy Organize Sanayi Bölgesi Karaağaç Mahallesi Fatih Bulvari N0 38 Kapakli/Tekirdag/Turkey. Eksklüziv distribütor Pharma Trade MMC. Bakı,Azərbaycan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.