Istiotlu nanə (Myata perecnoy) cövhəri 25 ml Yaroslav

Dərman formasıDamcı
Farmakoloji təsirBitki mənşəli spazmolitik vasitə.

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,19 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İSTİOTLU NANƏ CÖVHƏRİ tinktura (cövhər)

Tərkibi

Təsiredici maddə: 1000 ml məhlulun tərkibində 50 q istiotlu nanə yarpaqlarının tinkturası. Köməkçi maddələr: mentol tərkibli istiotlu nanə yağı 50%, etanol (etil spirti) 90%.

Təsviri

İyli, yaşıl rəngli şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Bitki mənşəli spazmolitik vasitə. ATC-kodu: A03

Farmakoloji xüsusiyyətləri

Mədə-bağırsaq traktına yüngül spazmolitik təsir və yüngül sedativ təsir göstərir.

İstifadəsinə göstərişlər

Ürəkbulanma, qusma, mədə-bağırsaq traktının saya əzələlərinin spazmları zamanı simptomatik vasitə kimi istifadə edilir.

Əks göstərişlər

Dərman vasitəsinin komponentlərinə qarşı yüksək həssaslıq.18 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman vasitəsinin qəbulu fonunda simptomlar saxlandıqda həkimə müraciət etmək lazımdır. Dərman vasitəsinin maksimal birdəfəlik dozasında 0,25q mütləq spirt var, maksimal gündəlik dozada – 0,9 q mütləq spirt. Dərman vasitəsinin istifadəsi dövründə yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb olunan potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır. Ehtiyatla Qaraciyər xəstəlikləri, alkoqolizm, kəllə-beyin travması, baş beyin xəstəlikləri.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil. Homeopatik dərman vasitələrinin effektivliyini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın tərkibində etil spirti var. Hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görül- mür.

İstifadə qaydası və dozası

Böyüklərdə daxilə bir qəbula 10-15 damcı qəbul edirlər (simptomlar itənə qədər, lakin gündə 3-4 dəfədən çox olmayaraq).Qəbul müddəti 1-2 həftədir.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.

Doza həddinin aşılması

İndiyə qədər doza həddinin aşılması halları qeyd edilməmişdir.

Buraxılış forması

25 ml tinktura, narıncı rəngli şüşə flakonda və ya narıncı şüşə damcıtökəni olan flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qrup qablaşdırılır.

Saxlanma şəraiti

15-25°C temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehlakçı “Yaroslavl Əczaçılıq Fabriki” QSC. Rusiya Federasiyası 150030, Yaroslavl şəh., 1-ci Putevaya küç., 5. Tel.:/Faks (4852) 44-38-56.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Istiotlu nanə (Myata perecnoy) cövhəri 25 ml Yaroslav” üçün ilk rəyi siz yazın.