Isla Mint 100 mq N30 sorma tablet

Dərman formasıSorma tablet
Farmakoloji təsirBoğaz ağrılarında istifadə olunan preparatlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu preparatı istifadə etməyə başlamazdan əvvəl içlik vərəqəsini diqqətlə oxumanız xahiş olunur. İçlik vərəqəsini saxlayın, belə ki, onu yenidən oxumaq lazım gələ bilər. Əlavə məlumat və ya məsləhət almaq üçün həkimə və ya əczaçıya mürəciət edin. İSLA-MİNT pastillər ISLA-MINT

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq islandiya mamırının sulu ekstrakti (2-4:1) vardır. Köməkçi maddələr:kristallaşmayan sorbit məhlulu 70% (E 420), aspartam (E 951), аksiya (ərəbistan kitrəsi), istiotlu nanə yağı, suda həll olan xlorofillin (E 141), yüngül duru parafin, təmizlənmiş su.

Təsviri

Yastı, qeyri-bərabər dairəvi, linza şəkilli, tünd yaşıl rəngli, istiotlu nanə dadlı pastillərdir. Pastillərdə hava qabarcıqlarının olması yol veriləndir.

Farmakoterapevtik qrupu

Boğaz ağrılarında istifadə olunan preparatlar.

İstifadəsinə göstərişlər

Boğazın infeksion-iltihabi xəstəlikləri: faringit, laringit, o cümlədən, allergik mənşəli (quru, qıcıqlandırıcı öskürək, xırıltılı səs); kəskin və xroniki bronxit və bronxial astma zamanı kompleks terapiyada quru öskürəyin simptomatik terapiyası. Səs tellərində yüksək gərginlik (müğənnilərdə, müəllimlərdə, lektorlarda). Ağız boşluğunun və boğazın selikli qişalarının quruluğu və qıcıqlanması (otaqlarda qızdırılma dövründə quru, kifayət qədər nəm olmayan havanın udulması, kondisionerlə təchiz olunmuş otaqlarda, məhdud burun nəfəsalması zamanı, eləcə də, idman müsabiqələri zamanı).

Əks göstərişlər

Fenilketonuriya olduqda, preparatın tərkibində aspartamın şirin maddəsinin olduğunu nəzərə almaq lazımdır. Fruktozaya qarşı dözümsüzlük zamanı təyin etmək olmaz. Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq zamanı təyin etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İsla-Mint preparatının tərkibində olan bitki ekstraktları bəzən bu dərman vasitəsinin rəngində və dadında olan kənaraçıxmalara səbəb ola bilər ki, bu da, onun terapevtik effektivliyinə heç bir təsir göstərmir. İsla-Mint preparatının tərkibində şəkər yoxdur, bu səbəbə görə şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə təyin etmək olar. Bütün digər farmasevtik preparatlarla olduğu kimi İsla-Mint preparatını hamiləlik və laktasiya dövründə, yalnız həkimlə əvvəlcədən məsləhətləşdikdən sonra istifadə etmək olar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil.

İstifadə qaydası və dozası

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara hər saatda 1 pastil (gündə 12 pastilə qədər), 4-12 yaşlı uşaqlara hər 2 saatdan bir 1 pastil (gündə 6 pastilə qədər) ağızda tədricən həll olmaqla təyin edilir. İsla-Mint dərman vasitəsinin çarpaz keçiriciliyini nəzərə alaraq, onu heç bir təhlükə olmadan uzun müddət istifadə etmək olar. Bundan başqa, hətta xəstəliyin simptomları itdikdə belə, İsla-Minti davamlı terapevtik effekt əldə etmək məqsədilə bir neçə gün ərzində qəbul etmək lazımdır. 4-5 gün ərzində xəstəliyin davamlı simptomları azalmazsa və ya əksinə pisləşərsə, təngnəfəslik, qızdırma, eləcə də, irinli və qanlı bəlğəm zamanı həkimlə məsləhətləşmək vacibdir.

Əlavə təsirləri

Çox nadir hallarda allergik reaksiyalar yarana bilər. Preparatın tərkibində sorbit olduğu üçün çox nadir hallarda işlədici təsir göstərə bilər.

Buraxılış forması

10 pastil, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Engelhard Arzneimittel GmbH & Co. KG”. Ünvan Almaniya, 61138 Niderdorfelden, Hersberqştrasse 3.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Isla Mint 100 mq N30 sorma tablet” üçün ilk rəyi siz yazın.