ISILDUR N1 AMP

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSistem istifadə üçün kortikosteroidlər. Qlükokortikosteroidlər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,58 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İSİLDUR əzələdaxili, oynaqdaxili, oynaqətrafı yeridilmə üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone

Tərkibi

Təsiredici maddə: 1 ampul suspenziyanın tərkibində 6,43 mq betametazon dipropionat (5 mq betametazona ekvivalent), 2,63 mq betametazon natrium fosfat (2 mq beta- metazona ekvivalent) vardır. Köməkçi maddələr: dinatrium edetat, susuz natrium fosfat, natrium xlorid, polisorbat 80, xlorid turşusu, benzil spirti, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, natrium karmelloza, polietilenqlikol 3350, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz, yüngül özlü mayedir, içərisində ağ və ya demək olar ki, ağ rəngli hissəciklər vardır və onlar asanlıqla suspenziya halına keçir, kənar qarışıqlardan azaddır.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün kortikosteroidlər. Qlükokortikosteroidlər. ATC kodu: H02AB01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İsildur qlükokortikosteroid (QKS) preparatdır, yüksək qlükokortikosteroid və əhəmiyyətsiz dərəcədə mineralokortikoid aktivliyə malikdir. Preparat iltihabəleyhinə, allergiyaəleyhinə və immunodepressiv təsirlərə malikdir, həmçinin karbohidrat homeostazını və su-elektrolit balansını tənzimləyir. Farmakokinetikası Betametazon natrium fosfat yeridilmə yerindən praktiki olaraq tez absorbsiya olunur ki, bu da müalicəvi təsirin tez başlamasını təmin edir. Yeridildikdən sonra bir gün müddətində orqanizmdən tam xaric olunur. Betametazon dipropionat inyeksiya yerində yaranan depodan ləng absorbsiya olunur və tədricən metabolizə olunur ki, bu da preparatın uzunmüddətli təsir göstərməsinə səbəb olur, buna görə də, 10 gündən artıq müddət ərzində orqanizmdən xaric olur. Betametazonun plazma zülalları ilə birləşməsi 62,5% təşkil edir. Əsas qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə qaraciyərdə metabolizmə uğrayır. Bilavasitə böyrəklər vasitəsi ilə orqanizmdən xaric olur.

İstifadəsinə göstərişlər

QKS -lə müalicə zamanı adekvat klinik effekt almaq üçün vəziyyətlərin və xəstəliklərin müalicəsi (nəzərə almaq lazımdır ki, bəzi xəstəliklərdə QKS ilə müalicə əlavə müalicə rolu oynayır və standart müalicəni əvəz etmir). • Sümük-əzələ sisteminin və yumşaq toxumaların xəstəlikləri, o cümlədən revmatoid artrit, osteoartroz, bursitlər, ankilozlaşdırıcı spondiloartrit, epikondilit, radikulit, koksiqodiniya, işialgiya, lümbaqo, əyriboyunluq, qanqlioz kista, ekzostoz, fassiit, pəncə xəstəliyi. • Allergik xəstəliklər, o cümlədən bronxial astma, ot qızdırması (pollinoz), allergik bronxit, mövsümi və ya ilboyu davam edən allergik rinit, medikamentoz allergiya, zərdab xəstəliyi, həşarat dişləmələrinə qarşı reaksiyalar. • Dermatoloji xəstəliklər, o cümlədən atopik dermatit, pulşəkilli ekzema, neyrodermitlər, kontakt dermatit, ifadə olunmuş fotodermatit, övrə, qırmızı yastı dəmrov, insulin lipodistrofiyası, yuvalı alopesiya, diskoid qırmızı qurdeşənəyi, psoriaz, keloid çapıqlar, adi qabar, herpetik dəmrov, kistoz çivzələr. • Birləşdirici toxumanın sistem xəstəlikləri, həmçinin sistem qırmızı qurdeşənəyi, sklerodermiya, dermatomiozit, düyünlü periartriit. • Hemoblastozlar (böyüklərdə leykozun və linfomaların palliativ müalicəsi, uşaqlarda kəskin leykoz). • Böyrəküstü vəzilərin qabıq maddəsinin birincili və ikincili çatışmazlığı (mineralokortikoidlərlə məcburi birgə yeridilməsi zamanı). • Sistem QKS ilə müalicə tələb edən digər xəstəliklər və patoloji vəziyyətlər (adrenogenital sindrom, xoralı kolit, regionar ileit, malabsorbsiya sindromu, gözün selikli qişasının zədələnməsi zamanı konyunktival kisəyə preparatın yeridilməsi zəruri olduqda, qanın patoloji dəyişiklikləri zamanı QKS-dən istifadə zəruri olduqda, nefrit, nefrotik sindrom).

Əks göstərişlər

• Preparatın komponentlərinə və ya digər QKS-ə qarşı yüksək həssaslıq. • Sistem mikozlar. • Oynaqdaxili yeridilmə zamanı: qeyri-stabil oynaq, infeksion artrit. • Tərkibində benzil spirti olduğu üçün 3 yaşına qədər olan uşaqlarda istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın istənilən yeridilməsi (yumşaq toxumalara, zədələnmə ocağına, oynaqdaxili və b.k.) aydın ifadə olunmuş yerli təsir zamanı sistem təsirə gətirib çıxara bilər. Hipotireoz zamanı, qaraciyərin sirrozunda, gözlərin herpetikzədələnməsində, mədənin və 12-barmaq bağırsağın xora xəstəliyində, qeyri-spesifik xoralı kolitdə, böyrək çatışmazlığında, arterial hipertenziyada, osteoporozda, ağır miasteniyada, trombositopenik purpurada (əzələdaxili yeridilmə) İsildur preparatı ehtiyatla təyin edilməlidir. QKS-in parenteral yeridilməsi zamanı anafilaktoid reaksiyaların inkişaf ehtimalını nəzərə alaraq, preparatın yeridilməsindən əvvəl, xüsusilə anamnezdə allergik reaksiyaların olduğu təqdirdə ehtiyat tədbirləri görülməlidir, İsildur -un şəkərli diabeti olan xəstələrə təyini zamanı hipoqlikemik müalicəyə düzəliş edilməsi tələb oluna bilər. Qlükokortikosteroid alan xəstələrə çiçəyə qarşı peyvənd edilməməlidir, həmçinin digər immunizasiya aparmamalıdır. Nevroloji fəsadların inkişaf riskini və cavab olaraq aşağı immun reaksiyanı (anticisimlərin əmələ gəlməməsi) nəzərə alaraq, kortikosteroid alan (xüsusilə böyük dozalarda) xəstələrə digər immunizasiya həyata keçirmək tövsiyə edilmirsə, əvəzedici müalicə zamanı (məsələn, böyrəküstü vəzilərin qabıq maddəsinin birincili çatışmazlığı zamanı) immunizasiyanın aparılması mümkündür, immuniteti tormozlayan dozalarda betametazon alan pasiyentlər su çiçəyi və qızılcası olan xəstələrlə təmasdan qaçmaq lazımdır (bu, xüsusilə, preparatı uşaqlara təyin edərkən vacibdir). Aktiv vərəm zamanı preparat yalnız ildırımsürətli və ya disseminəolunmuş vərəm halında adekvat vərəm əleyhinə müalicə ilə birlikdə təyin oluna bilər. Latent vərəmi olan pasiyentlər və ya tuberkulin sınağına müsbət reaksiya verən pasiyentlər əvvəlcə həkimlə vərəməleyhinə profilaktik müalicə məsələsini həll etməlidirlər. Preparatdan istifadə zamanı nəzərə almaq lazımdır ki, QKS infeksion xəstəliyin əlamətlərini gizlədə, həmçinin orqanizmin infeksiyalara qarşı müqavimətini azalda bilər. QKS-in uzunmüddətli istifadəsi arxa subkapsulyar kataraktaya (xüsusilə uşaqlarda), görmə sinirinin mümkün zədələnməsi ilə qlaukomaya gətirib çıxara və ikincili göz infeksiyasına (göbələk və virus) səbəb ola bilər. Vaxtaşırı olaraq xüsusilə 6 aydan artıq İsildur alan pasiyentlərdə oftalmoloji müayinə aparmaq lazımdır. İsildur preparatından istifadə fonunda xüsusilə emosional qeyri-stabil və ya psixozlara meylli pasiyentlərdə psixikanın pozulması mümkündür. QKS-lə müalicənin çox sürətlə dayandırılması ilə əlaqədar olaraq böyrəküstü vəzilərin qabıq maddəsinin ikinçili çatışmazlığının inkişafı müalicənin bitməsindən bir neçə ay sonra baş verir. Bu dövr ərzində stress vəziyyətləri yaranarsa və ya bu vəziyyətin yaranması təhlükəsi olarsa, preparatla müalicəni bərpa etmək lazımdır. Arterial təzyiq yüksəldikdə, mayenin və natrium xloridin toxumalarda ləngiməsi zamanı və kaliumun orqanizmdən xaric olması yüksəldikdə pasiyentlərə xörək duzunun məhdudlaşdırılması ilə pəhriz saxlamağı tövsiyə etmək və əlavə olaraq kaliumtərkibli preparatlar təyin etmək lazımdır. İsildur və ürək qlikozidlərinin və ya plazmanın elektrolit tərkibinə təsir göstərən preparatların birlikdə istifadəsi zamanı su-elektrolit balansına nəzarət etmək tələb olunur. Hipoprotrombinemiya zamanı asetilsalisil turşusu İsildur preparatı ilə kombinasiyada ehtiyatla təyin edilir. Oynaqdaxili yeridilmə: oynaq boşluğunda maye olduqda septik prosesi istisna etmək lazımdır. Ağrının hissolunacaq dərəcədə güclənməsi, ödem, ətraf toxumaların temperaturunun yüksəlməsi və oynağın hərəkətliliyinin sonrakı məhdudlaşması infeksion artritin olduğunu göstərir. Diaqnoz təsdiq olunduqda antibakterial müalicə təyin etmək lazımdır. Bu preparat minimal effektli dozada və mümkün olan qısa müddətdə istifadə olunmalıdır. QKS preparatın vətər daxilinə yeridilməsi zamanı keçdikcə vətərin cırılmasına aparıb çıxarır, oynaq daxilinə onun təkrar yeridilməsi isə oynağın dağılması riskini artıra bilər. QKS preparatının istifadəsi fonunda spermatozoidlərin miqdarı və hərəkətliliyi azala bilər. QKS preparatının uzun müddətli istifadəsi halında preparatın parenteral formasından peroral formasına keçməni nəzərdə tutmaq lazımdır (bu halda fayda/risk nisbəti qimətləndirilməlidir).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Eyni zamanda fenobarbitalın, rifampisinin, fenitoinin və ya efedrinin istifadəsi preparatın metabolizmini gücləndirə və beləliklə, onun müalicəvi aktivliyini aşağı sala bilər. Qlükokortikosteroidlərlə estrogenlərin birlikdə istifadəsi zamanı preparatın dozasına düzəliş edilməsi lazım gələ bilər (doza həddinin aşılması təhlükəsinə görə). Kaliumqovucu diuretiklərlə birlikdə istifadə zamanı hipokaliemiyanın inkişaf riski yüksəlir. Ürək qlikozidləri ilə birlikdə istifadə zamanı aritmiyanın inkişaf riskinin artmasına və ya üskükotu intoksikasiyasına (hipokaliemiya nəticəsində) səbəb olur. Dolayı təsirli antikoaqulyantlarla birlikdə istifadəsi qanın laxtalanma sürətinin dəyişməsinə səbəb ola bilər ki, bu da dozanın korreksiyasını tələb edə bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlarla, etanolla və ya tərkibində etanol olan preparatlarla kombinəolunmuş şəkildə istifadəsi zamanı mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələrinin meydana çıxma tezliyinin yüksəlməsinə səbəb ola bilər. Betametazon amfoterisin B tərəfindən kaliumun xaric edilməsini gücləndirə bilər. QKS ilə birlikdə istifadə zamanı qan plazmasında salisilatların konsentrasiyasım aşağı sala bilər. İsildur və somatotropinin birlikdə yeridilməsi sonuncunun absorbsiyasının ləngiməsinə səbəb ola bilər (betametazonun gündə 0,3-0,45 mq/m bədən səthinə dozadan yüksək dozalarda yeridilməsindən qaçmaq lazımdır).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın təyin edilməsi üçün zərurət yaranarsa, müalicənin yalnız ana üçün fayda/ döl (uşaq) üçün mümkün potensial təhlükə nisbəti hərtərəfli qiymətləndirildikdən sonra təyin etmək lazımdır. Laktasiya dövründə İsildur preparatının təyin edilməsi üçün zərurət yaranarsa, o zaman müalicənin ana üçün vacibliyini nəzərə almaqla ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır (uşaqlara mümkün arzuolunmaz təsirinə görə). Pediatriyada istifadəsi Preparatla müalicə alan uşaqlar ciddi tibbi müşahidə altında olmalıdırlar, çünki, boy artımında geri qalma və böyrəküstü vəzilərin qabıq maddəsinin ikincili çatışmazlığının inkişafı mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

İsildur əzələdaxili, oynaqdaxili, oynaqətrafı, intrabursal, dəridaxili, toxumadaxili və ocaqdaxili yeridilmə üçün istifadə olunur. Preparat venadaxili və dərialtı yeridilmə üçün nəzərdə tutulmamışdır! İnfeksiyalaşmış səthə və fəqərəarası boşluğa yeridilməsi tövsiyə edilmir. Dozalanma rejimi və yeridilmə qaydası individual olaraq müəyyən edilir: göstərişdən, xəstəliyin ağırlıq dərəcəsindən və pasiyentin reaksiyasından asılı olaraq. Sistem istifadə zamanı İsildur-un başlanğıc dozası əksər hallarda 1-2 ml təşkil edir. Pasiyentin vəziyyətindən asılı olaraq, zəruri hallarda yeridilmə təkrar edilir. Əzələdaxili yeridilməni əzələnin dərinliyinə yeritmək lazımdır, bu zaman iri əzələ seçmək və digər toxumalara düşməkdən çəkinmək lazımdır (toxumaların atrofiyasının qarşısını almaq üçün). Preparat əzələdaxili yeridilir. – Ağır vəziyyətlərdə, təcili müalicə tələb olduqda, preparatın başlanğıc dozası 2 ml təşkil edir. – Müxtəlif dermatoloji xəstəliklər zamanı adətən, 1 ml yeridilmə kifayət edir. – Tənəffüs sisteminin xəstəliklərində. Preparatın təsiri suspenziyanın əzələdaxili yeridilməsindən sonra bir neçə saat ərzində başlayır. – Bronxial astma, ot qızdırması, allergik bronxit və allergik rinit zamanı vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması 1-2 ml preparatın yeridilməsindən sonra baş verir. – Kəskin və xroniki bursitlərdə əzələdaxili yeridilmə üçün başlanğıc doza 1-2 ml suspenziya təşkil edir. Zəruri hallarda, bir neçə təkrar inyeksiya edilir. Əgər müəyyən zaman kəsiyindən sonra qənaətbəxş effekt meydana çıxmazsa, İsildur preparatı ilə müalicəni dayandırmaq və digər müvafiq müalicəyə başlamaq lazmdır. Yerli istifadə zamanı eyni vaxtda həm də yerli anesteziyaedici preparatın istifadəsi yalnız nadir hallarda lazım gəlir. Əgər yerli anesteziyaedici maddənin eyni zamanda yeridilməsi arzuolunandırsa, o zaman tərkibində metilparaben, propilparaben, fenol və digər bənzər maddələr olmayan 1 %-li və ya 2%-li prokain hidroxlorid və ya lidokain məhlulu istifadə edilir. Bu zaman qarışdırılma şprisdə həyata keçirilir, əvvəlcə flakondan şprisə İsildur suspenziyasının lazım olan dozası yığılır, sonra bu şprisə ampuldan lazım olan miqdarda yerli anestetik yığılır və qısa müddət ərzində çalxalanır. Kəskin bursitlərdə (subdeltayabənzər, kürəkaltı, dirsək və dizqapağıönü) 1-2 ml suspenziyanın sinovial çantaya yeridilməsi bir neçə saat ərzində ağrını yüngülləşdirir və oynağın hərəkətliliyini bərpa edir. Xronik bursitlərdə kəskinlik aradan qaldırıldıqdan sonra preparatın aşağı dozalarından istifadə edilir. Kəskin tendosinovitlərdə, tendinitlərdə və peritendinitlərdə preparatın bir inyeksiyası xəstənin vəziyyətini yaxşılaşdırır; xronik hallarda – pasiyentin reaksiyasından asılı olaraq inyeksiya təkrar edilir. Preparatın birbaşa vətərə yeridilməsindən qaçmaq lazımdır. Revmatoid artrit və osteoartroz zamanı İsildur-un 0,5-2 ml dozada oynaqdaxili yeridilməsi ağrını, oynaqların ağrılığını və hərəkət məhdudluğunu yeridildikdən sonra 2-4 saat müddətində azaldır. Preparatın müalicəvi təsir müddəti əhəmiyyətli dərəcədə dəyişir və 4 həftə və daha çox təşkil edə bilər. Böyük oynaqlara yeridilmə zamanı preparatın tövsiyə olunan dozaları 1 -2 ml təşkil edir; orta oynaqlara – 0,5-1 ml; kiçik oynaqlara – 0,25-0,5 ml. Bəzi dermatoloji xəstəliklər zamanı preparatın bilavasitə zədələnmiş ocağa dəridaxili yeridilməsi effektivdir, doza 0,2 ml/sm təşkil edir. Zədələnmiş nahiyə tuberkulin şprisi və təqribən 0,9 mm diametrli tuberkulin iynəsinin köməyi ilə bərabər dərəcədə iynələnir. Bütün yeridilmə nahiyələrinə 1 həftə ərzində yeridilmiş preparatın məcmu dozası 1 ml-dən çox olmamalıdır. Zədə ocağına yeritmək üçün tuberkulin şprisindən və 26 kalibrli iynədən istifadə etmək tövsiyə olunur. Preparatın tövsiyə olunan birdəfəlik dozaları (yeridilmələrarası interval 1 həftə) bursitlərdə, bərk döyənək zamanı 0,25-0,5 ml (adətən 2 inyeksiya effektivdir), şpor zamanı – 0,5 ml, pəncənin böyük barmağının hərəkətliliyinin məhdudlaşması zamanı- 0,5 ml, sinovial kista zamanı – 0,25-0,5 ml, tendosinovit zamanı – 0,5 ml, kəskin podaqra artriti zamanı – 0,5-1 ml təşkil edir. Əksər inyeksiya üçün tuberkulin şprisi və 25 kalibrli iynə yarayır. Müalicəvi effekt əldə edildikdən sonra dəstəkləyici doza məhlulda betametazonun konsentrasiyasım azaltmaqla başlanğıc dozanın tədricən azaldılması yolu ilə seçilir və müvafiq zaman intervallarında yeridilir. Dozanın azaldılması minimal effektiv doza əldə olunana qədər davam etdirilir. Stress vəziyyəti yarandıqda və ya yaranma qorxusu olduqda (hansı ki, xəstəliklə əlaqədar deyildir) ola bilər ki, preparatın dozasının yüksəldilməsinə ehtiyac yaransın. Uzunmüddətli müalicədən sonra preparatdan istifadənin dayandırılması dozanın tədricən azaldılması yolu ilə həyata keçirilməlidir.

Əlavə təsirləri

Ürək-damar sisteminə Xroniki ürək çatışmazlığı (meyilli pasiyentlərdə), arterial təzyiqin yüksəlməsi. Sümük əzələ sisteminə Əzələ zəifliyi, steroid miopatiya, əzələ kütləsinin itməsi, ağır psevdoparalitik miasteniya zamanı miastenik simptomların güclənməsi, osteoporoz, bud və ya bazu sümüklərinin başlığının aseptik nekrozu, borulu sümüklərin patoloji sınıqları, vətərlərin qırılması, oynaqların qeyri-stabilliyi (təkrar oynaqdaxili yeritmə zamanı). Həzm sisteminə Mədə-bağırsaq traktının sonrakı mümkün perforasiya və qanaxması ilə eroziv-xoralı zədələnməsi, pankreatit, meteorizm. Mərkəzi sinir sisteminə Qıcolmalar, görmə siniri diskinin ödemi ilə kəllədaxili təzyiqin yüksəlməsi (adətən müalicə qurtardıqdan sonra), başgicəllənmə, başağrısı, eyforiya, əhvalın dəyişməsi, depressiya (ifadə olunmuş psixotikreaksiyalaria), yüksək qıcıqlanma, yuxusuzluq. Endokrin sisteminə Menstrual siklin pozulması, İtsenko-Kuşinq sindromu, karbohidratlara qarşı tolerantlığın azalması, steroid şəkərli diabet və ya latent şəkərli diabetin təzahürü, insulinə və ya peroral hipoqlikemik preparatlara qarşı tələbatın artması, bətndaxili inkişafın pozulması, uşaqlarda boy artımının və cinsi inkişafın ləngiməsi. Maddələr mübadiləsinə Hipermatriemiya, kaliumun xaric olmasının yüksəlməsi, kalsiumun xaric olmasının artması, hipokaliemik alkaloz, toxumalarda mayenin ləngiməsi, mənfi azot balansı (zülalların katabolizmi nəticəsində), lipomatoz (o cümlədən mediastinal və epidural lipomatoz, hansı ki, nevroloji fəsadlar törədə bilərlər). Görmə orqanına Arxa subkapsulyar katarakta, gözdaxili təzyiqin yüksəlməsi, qlaukoma, ekzoftalm. Nadir hallarda -görmənin pozulması (preparatın üz və baş nahiyələrinə yeridilməsi zamanı). Dermatoloji reaksiyalar Yaraların sağalmasının pozulması, dərinin atrofiyası və nazilməsi, petexiyalar, ekximozlar, tər ifrazının güclənməsi, dermatit, səpgi. Allergik reaksiyalar Anafilaktik reaksiyalar, şok, angionevrotik ödem, arterial təzyiqin azalması. Digər İnyeksiyadan sonra (və ya oynaqdaxili yeridilmədən sonra) qanın üzə dolması, neyrogen artropatiya. Nadir hallarda – hiper- və ya hipopiqmentasiya, dərialtı və ya dəri atrofiyası, aseptik absseslər.

Doza həddinin aşılması

Simptomları: betametazonun doza həddinin kəskin aşılması həyat üçün təhlükəli vəziyyətlərin yaranmasına səbəb olmur. Bir neçə gün müddətində qlükokortikosteroidlərin yüksək dozalarda yeridilməsi arzuolunmaz nəticələrə səbəb olmur (çox yüksək dozalarda və ya şəkərli diabet zamanı, qlaukoma zamanı, MBT-nın eroziv-xoralı zədələnmələrinin kəskinləşməsi zamanı və ya üskükotu preparatları ilə, dolayı təsirli antikoaqulyantlarla və ya kaliumqovucu diuretiklərlə eyni zamanda müalicə alan pasiyentlərdə istifadəsi istisna olmaqla) Müalicəsi: xəstənin vəziyyətinə hərtərəfli nəzarət etmək lazımdır. Optimal maye istifadəsini saxlamaq və plazmada və sidikdə elektrolit tərkibinə (xüsusilə orqanizmdə natriumun və kaliumun balansına) nəzarət etmək lazımdır. Bu ionların dizbalansı aşkar edildiyi zaman müvafiq müalicə aparılmalıdır.

Buraxılış forması

1 ml inyeksiya üçün suspenziya, rəngsiz şüşə ampulda. 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Mefar İlaç Sanayii A.Ş., Türkiyə. Ünvan Ramazanoğlu mah., Ensar cad. N:20, 34906 Kurtköy-Pendik, İstanbul. Qeydiyyat sertifikatının sahibi Azerimed şirkətidir.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ISILDUR N1 AMP” üçün ilk rəyi siz yazın.