Irdapin Plus 150 mq / 5 mq / 12.5 mq N28 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Angiotenzin II reseptorlarının antaqonistləri və kalsium kanallarının blokatorları |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,07 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İRDAPİN 150 mq/5 mq, 150 mq/10 mq, 300 mq/10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Irbesartan/Amlodipine
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 150 mq irbesartan, 5 mq amlodipinə müvafiq 6,945 mq amlodipin bezilat və ya 150 mq irbesartan, 10 mq amlodipinə müvafiq 13,89 mq amlodipin bezilat və ya 300 mq irbesartan, 10 mq amlodipinə müvafiq 13,89 mq amlodipin bezilat vardır. Köməkçi maddələr: sellaktoza 80 (laktoza monohidrat + toz sellüloza), mikrokristallik sellüloza PH 102, prejelatinləşdirilmiş nişasta, kolloidal susuz silisium dioksid (Aerosil 200), natrium kroskarmelloza, hidroksipropilmetilsellüloza 615 (hipromelloza) (Farmakoat 615), maqnezium stearat. Örtük: İrdapin 150 mq/5 mq: Kollikoat IR ağ II (Kollikoat IR, Kollidon VA 64, titan dioksid (Е171), kaolin (Е559), natrium laurilsulfat). ® ® İrdapin 150 mq/10 mq və İrdapin 300 mq/10 mq: Kollikoat IR ağ II (Kollikoat IR, Kollidon VA 64, titan dioksid (Е171), kaolin (Е559), natrium laurilsulfat), Kollikoat IR sarı (Kollikoat IR, Kollidon VA 64, titan dioksid (Е171), kaolin (Е559), natrium laurilsulfat, sarı dəmir oksidi (E172)).
Təsviri
İrdapin 150 mq/5 mq: ağ rəngli, oval formalı, ikitərəfli qabarıq örtüklü tabletlərdir. İrdapin 150 mq/10 mq: sarı rəngli, oval formalı, ikitərəfli qabarıq örtüklü tabletlərdir. İrdapin 300 mq/10 mq: sarı rəngli, oval formalı, ikitərəfli qabarıq örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Angiotenzin II reseptorlarının antaqonistləri və kalsium kanallarının blokatorları. ATC kodu: C09DB05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası İrdapin angiotenzin II reseptorlarının antaqonisti olan irbesartandan və kalsium kanallarının blokatoru olan amlodipindən ibarət kombinasiyadır. İrbesartan İrbesartan angiotenzin II reseptorlarının (AT alt qrupu) peroral aktiv, güclü və selektiv1 antaqonistidir. Angiotenzin II mənşəyindən və sintez yolundan asılı olmayaraq, AT reseptorları1 vasitəsilə həyata keçirilən bütün funksiyalarını blokada etdiyi güman edilir. Angiotenzin II (AT )1 reseptorlarının selektiv antaqonizmi nəticəsində plazmada renin və angiotenzin II səviyyəsi yüksəlir, aldosteron səviyyəsi isə azalır. Elektrolit disbalansının yaranma riski olmayan xəstələrdə məsləhət olunan dozada təyin edildikdə irbesartan plazmada kalium səviyyəsinə əhəmiyyətli təsir göstərmir. İrbesartan angiotenzin II yaranmasında iştirak edən və bradikinini qeyri-aktiv metabolitlərə çevirən angiotenzinçevirici fermenti (AÇF) inhibə etmir. İrbesartanın təsiri üçün metabolik aktivləşməyə ehtiyac yoxdur. Amlodipin Amlodipin, dihidropiridin qrupu kalsium ion axınının inhibitorudur («ləng» kanalların blokatoru və ya kalsium ionlarının antaqonisti), ürəyə və damarların saya əzələlərinə kalsium ionlarının transmembran axınını inhibə edir. Amlodipinin antihipertenziv təsir mexanizmi damarların saya əzələlərinə bilavasitə relaksasiyaedici təsir göstərməsi ilə bağlıdır. Amlodipinin stenokardiya tutmasının yüngülləşməsində dəqiq təsir mexanizmi tam olaraq müəyyən edilməmişdir. Amlodipin aşağıdakı iki təsiri vasitəsilə ümumi işemik yüklənməni azaldır: 1) Amlodipin periferik arteriolaları genişləndirir və beləliklə də, ürəyin onlara qarşı yönəltdiyi ümumi periferik müqaviməti (yüklənmə) azaldır. Ürək ritmi sabit qaldığından və ürəyin yüklənməsinin azaldılması nəticəsində, miokard tərəfindən enerjisinin istifadəsi və oksigen tələbatı azalır. 2) Ehtimal edilir ki, amlodipinin təsir mexanizmi həm normal, həm də işemik nahiyələrdə əsas koronar arteriyaların və koronar arteriolaların genişlənməsini təmin edir. Bu dilatasiya koronar arteriya spazmı olan xəstələrdə (Prinsmetal və ya variant stenokardiyası) miokarda oksigenin çatdırılmasını artırır. Hipertoniyalı xəstələrdə tək doza 24 saat ərzində həm uzanaraq, həm də ayaqüstü vəziyyətdə arterial təzyiqin klinik cəhətdən əhəmiyyətli dərəcədə azalmasını təmin edir. Təsirin yavaş başlanması səbəbindən kəskin hipotoniya amlodipinin qəbulu üçün xas deyil. Stenokardiyası olan xəstələrdə gündəlik olaraq amlodipinin qəbulu ümumi hərəkət vaxtını, stenokardiyanın başlanğıcını və ST seqmentinin 1 mm qədər enməsinə qədər vaxtı artırır və həmçinin stenokardiyanın tutmalarının tezliyini və nitroqliserin qəbulunu azaldır. Amlodipin qəbulu plazma lipidlərinin səviyyəsinə mənfi metabolik təsir və ya onların səviyyəsinin dəyişməsi ilə müşayiət olunmur və astma, diabet və podaqrası olan xəstələrdə istifadə üçün yararlıdır. Farmakokinetikası İrbesartan Absorbsiyası İrbesartan peroral təyin zamanı yaxşı sorulur: tədqiqatlar mütləq biomənimsənilməsinin təqribən 60-80% olduğunu göstərir. Qida ilə birlikdə qəbul edilməsi irbesartanın biomənimsənilməsinə əhəmiyyətli təsir göstərmir. Paylanması İrbesartanın plazma proteinləri və cüzi miqdarda qan komponentləri ilə birləşməsi təqribən 96% təşkil edir. Paylanma həcmi 53-93 litrdir. C irbesartanın peroral və ya venadaxili təyinindən sonra dövr edən irbesartanın 80-85% dəyişilmir. Biotransformasiyası İrbesartan qaraciyərdə qlükuronidlə konyuqasiya və oksidləşmə yolu ilə metabolizmə uğrayır. Dövr edən əsas metaboliti irbesartan qlükuroniddir (təqribən 6%). In vitro tədqiqatlar göstərir ki, irbesartan sitoxrom P CYP2C9 vasitəsilə oksidləşir; CYP3A4 izofermenti bu prosesdə cüzi450 iştirak edir. Xəttilik İrbesartan 10-600 mq doza arasında xətti və dozaya mütənasib farmakokinetika nümayiş etdirir. 600 mq-dan yüksək dozada (məsləhət olunan maksimal dozadan iki dəfə artıq) peroral sorulması mütənasib yüksəlmədən daha azdır; bunun mexanizmi məlum deyil. Maksimal plazma konsentrasiyasına peroral qəbuldan 1,5-2 saat sonra çatır. Eliminasiyası Ümumi bədən və böyrək klirensi müvafiq olaraq 157-176 və 3-3,5 ml/dəq-dir. Terminal yarımxaricolma dövrü 11-15 saatdır. Gündə 1 dəfə dozalanma rejimində sabit konsentrasiyaya qəbuldan sonra 3 gün ərzində çatır. Gündə 1 dəfədən çox dozalanma rejimində irbesartanın plazmada məhdud toplanması (< 20%) müşahidə edilir. Tədqiqatlar zamanı qismən yüksək plazma konsentrasiyası hipertenziya ilə qadın xəstələrdə müşahidə edilmişdir. Lakin, irbesartanın yarımxaricolma dövrü və toplanmasında fərq müşahidə edilməmişdir. Qadın xəstələrdə doza düzəlişinə ehtiyac yoxdur. İrbesartanın AUC və C göstəriciləri yaşlı xəstələrdə (≥65 yaş)max cavanlara (18-40 yaş) nisbətən yüksəkdir. Lakin, terminal yarımxaricolma dövrü əhəmiyyətli dərəcədə dəyişmir. Yaşlı xəstələrdə doza düzəlişinə ehtiyac yoxdur. İrbesartan və onun metabolitləri həm öd, həm də böyrək yolu ilə eliminasiya edilir. C irbesartanın peroral və ya venadaxili təyinindən sonra nişanlanmış irbesartanın 20%-i sidikdə və yerdə qalan hissəsi nəcisdə tapılmışdır. Dozanın 2%-dən az hissəsi dəyişilməmiş irbesartan şəklində sidiklə xaric olunur. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı və ya hemodializ xəstələrində irbesartanın farmakokinetikası əhəmiyyətli dərəcədə dəyişmir. İrbesartan hemodializ vasitəsilə orqanizmdən kənarlaşdırılmır. Qaraciyər çatışmazlığı Yüngül və orta ağır qaraciyər çatışmazlığı olan xəstələrdə irbesartanın farmakokinetik parametrləri əhəmiyyətli dərəcədə dəyişmir. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə tədqiqatlar aparılmamışdır. Amlodipin Absorbsiyası, paylanması, plazma zülalları ilə birləşməsi Terapevtik dozalarda peroral qəbuldan sonra amlodipin yaxşı absorbsiya olunur və 6-12 saat ərzində plazmada pik səviyyələrinə çatır. Mütləq biomənimsənilməsi 64-80% arasındadır. Paylanma həcmi təxminən 21 l/kq təşkil edir. In vitro tədqiqatlar göstərir ki, sirkulyasiya edən amlodipin təxminən 97,5% plazma zülalları ilə birləşir. Amlodipinin biomənimsənilməsi qida qəbulundan asılı deyil. Biotransformasiyası/eliminasiyası Plazmadan terminal yarımxaricolma dövrü təxminən 35-50 saat təşkil edir və birdəfəlik gündəlik doza ilə uyğun gəlir. Amlodipin qaraciyərdə qeyri-fəal metabolitlərə qədər metabolizm olunur, əsas maddələrin 10% və metabolitlərin 60% sidiklə xaric olunur. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin qəbulu ilə bağlı çox məhdud klinik məlumatlar mövcuddur. Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin klirensinin azalması nəticəsində yarımxaricolma dövrünün artması və AUC göstəricisinin təxminən 40-60% yüksəlməsi müşahidə olunur. Yaşlılar Amlodipinin pik plazma konsentrasiyalarına çatma vaxtı yaşlı və gənc qruplarda eynidir. Yaşlı xəstələrdə amlodipinin klirensi azalmağa meyillidir və əyri altında sahənin (AUC) sonrakı yüksəlməsi və yarımxaricolma dövrünün uzanması ilə nəticələnir. Durğunluq ürək çatışmazlığı olan xəstələrdə AUC göstəricisinin və yarımxaricolma dövrünün yüksəlmələri müvafiq yaş qruplarda gözlənildiyi kimi olmuşdur.
İstifadəsinə göstərişlər
İrdapin essensial hipertenziyanın müalicəsində istifadə olunur. Bu kombinasiya qan təzyiqi tək irbesartan və ya amlodipin ilə kifayət qədər nəzarət oluna bilməyən xəstələrdə istifadə olunur.
Əks göstərişlər
− Təsiredici maddələrə (irbesartan və amlodipin), köməkçi maddələrdən hər hansı birinə və ya dihidropiridinlərə (amlodipin dihidropiridin kalsium kanalları blokatorlarına aiddir) qarşı yüksək həssaslıq; − hamiləlik; − laktasiya; − ağır hipotoniya; − şok (kardiogen şok daxil olmaqla); − sol mədəciyin çıxış dəliyinin obstruksiyası (məsələn, yüksək dərəcəli aorta stenozu); − kəskin miokard infarktından sonra hemodinamik qeyri-sabit ürək çatışmazlığı; − şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə angiotenzin II reseptorlarının blokatorları (ARB) və ya angiotenzin çevirici fermentinin (AÇF) inhibitorlarının aliskiren ilə birgə istifadəsi (YFS ˂ 60 ml/dəq/1,73 m ) əks göstərişdir; − 18 yaşdan kiçik yeniyetmələr və uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İrbesartan Damardaxili həcmin azalması (hipotoniya) Xüsusilə ilk dozadan sonra yaranmış simptomatik hipotenziya həcm və/və ya duzun pəhriz ilə məhdudlaşdırılması, davamlı diuretiklərlə müalicə, ishal və qusma ilə azalmış natriumun səviyyəsi olan xəstələrdə yarana bilər. Belə vəziyyətlər İrdapin ilə müalicəyə başlamadan əvvəl korreksiya olunmalıdır. Belə hallarda müalicəyə ən aşağı dozalar ilə başlanmalıdır. Renovaskulyar hipertenziya Böyrək arteriyasının ikitərəfli stenozu və tək funksional böyrəyin arteriyasının stenozu olan xəstələr renin-angiotenzin sisteminə təsir edən dərman preparatları ilə müalicə olunduğu zaman ağır hipotenziya və böyrək çatışmazlığı riski mövcuddur. İrdapin istifadə edən xəstələrdə belə bir təsirin olmamasına baxmayaraq, eyni təsir angiotenzin II reseptorlarının antaqonistlərinin qəbulunda gözlənilir. Böyrək çatışmazlığı və böyrək transplantasiyası İrdapin böyrək funksiyası pozulmuş xəstələrdə istifadə edildikdə, plazmada kalium və kreatinin səviyyəsinə mütəmadi olaraq nəzarət məsləhət görülür. Son zamanlarda böyrək transplantasiyası keçirmiş xəstələrdə irbesartanın istifadəsinə aid təcrübə yoxdur. Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası Həssas fərdlərdə AÇF inhibitorlarının ARB-lər ilə birgə istifadəsi zamanı hipotenziya, bayılma, insult, hiperkaliemiya və böyrək funksiyasında dəyişikliklərin (kəskin böyrək çatışmazlığı daxil olmaqla) baş verməsi barədə məlumatlar vardır. RAAS-ın ikili blokadasına səbəb olduğundan, aliskiren ilə ARB və ya AÇF inhibitorlarının birgə istifadəsi tövsiyə olunmur. Şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə ARB və ya AÇF inhibitorları ilə aliskirenin birgə istifadəsi əks göstərişdir (QFS ˂ 60 ml/dəq/1,73 m ). İkili blokada müalicə növü xəstə üçün mütləq şəkildə zəruri hesab edilərsə, bu müalicə yalnız mütəxəssis nəzarəti altında və böyrək funksiyası, elektrolitlər və qan təzyiqinin daim yaxından izlənilməsi ilə aparılmalıdır. AÇF inhibitorları və ARB-lər diabetik nefropatiyası olan xəstələrdə yanaşı istifadə edilməməlidir. Hipertenziv kriz Effektivliyi və şəkərli təhlükəsizliyi müəyyən edilməmişdir. 2-ci tipli diabet və böyrək xəstəliyi olan hipertenziyalı xəstələr İrəliləmiş böyrək xəstəliyi olan xəstələr üzərində keçirilmiş tədqiqatda irbesartanın həm böyrək, həm də ürək-damar hadisələrinə təsiri alt qruplar üzrə fərqli olmuşdur. Xüsusilə qadınlar və ağdərili olmayanlar arasında bu təsirlər daha az faydalı olmuşdur. Hiperkaliemiya Renin-angiotenzin-aldosteron sisteminə təsir edən digər dərman vasitələrində olduğu kimi, xüsusilə böyrək çatışmazlığı, diabet ilə böyrək xəstəliyinə bağlı yüksək proteinuriya və/və ya ürək çatışmazlığı səbəbindən İrdapin ilə müalicə zamanı hiperkaliemiya baş verə bilər. Risk altında olan xəstələrdə zərdabda kaliumun səviyyəsinə ciddi nəzarət məsləhət görülür. Hipoqlikemiya İrbesartan xüsusilə də şəkərli diabetli xəstələrdə hipoqlikemiyaya səbəb ola bilər. Müalicəsində insulin və ya antidiabetik dərmanlar istifadə olunan xəstələrdə qanda qlükoza səviyyəsi daim yaxından izlənilməlidir; simptomlar özünü göstərdikdə insulin və ya antidiabetik dərmanların dozasının tənzimlənməsi tələb oluna bilər. Qaraciyər funksiyası pozulmuş xəstələrdə istifadəsi Digər kalsium kanallarının blokatorları ilə olduğu kimi, qaraciyər funksiyasının pozulması olan xəstələrdə amlodipinin yarımxaricolma dövrü uzanır; bu xəstələr üçün doza uyğunlaşmasının tövsiyələri müəyyən olunmamışdır. Buna görə də İrdapin ilə müalicəyə aşağı doza diapazonunda başlamaq lazımdır. Müalicənin başlanğıcında və dozanın artırılması zamanı ehtiyatlı olmaq lazımdır. Qaraciyər funksiyasının ağır pozulması olan xəstələrdə dozanın yavaş titrlənməsi və ciddi nəzarət tələb oluna bilər. Ürək çatışmazlığı olan xəstələrdə istifadə edilməsi Amlodipinin də daxil olmaqla kalsium kanallarının blokatorları, durğunluq ürək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır, çünki onlar gələcəkdə ürək-damar hadisələri və ölüm riskini artıra bilər. Ağciyər ödeminin rastgəlmə tezliyini artıran dərman preparatları Aliskirenlə müalicə zamanı bəzi xəstələrdə RAAS blokatorları (AÇF inhibitorları və ya ARB) kimi angioödem əmələ gətirə bilən dərman preparatlarının istifadəsindən sonra angioödem və ya angioödemə səbəb ola bilən simptomlar anamnezdə qeyd olunmuşdur. Postmarketinq təcrübədə AÇF inhibitorları və/və ya ARB aliskiren ilə birgə istifadə edildiyi zaman angioödem və ya angioödemə oxşar reaksiyalar müşahidə edilmişdir. Aortal və mitral qapaq stenozu, obstruktiv hipertrofik kardiomiopatiya Digər vazodilatatorlarla olduğu kimi, aorta və mitral qapaq stenozu olan və ya obstruktiv hipertrofik kardiomiopatiya ilə xəstələrdə xüsusi ehtiyat tövsiyə edilir. Birincili aldosteronizm Birinci aldosteronizm ilə xəstələr ümumiyyətlə renin-angiotenzin sistemini blokada edən antihipertenziv dərman preparatları ilə müalicəyə cavab verməyəcəklər. Buna görə də, bu xəstələrdə İrdapin -in istifadəsi tövsiyə olunmur. Litium İrdapin və litiumun kombinasiyası tövsiyə olunmur. Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə dozanın artırılması ehtiyatla aparılmalıdır. Uşaq populyasiyasında istifadə Effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir. Ümumi Damar tonusu və böyrək funksiyası əsasən renin-angiotenzin-aldosteron sisteminin funksiyasından asılı olan xəstələrdə (məsələn, ağır durğunluq ürək çatışmazlığı və ya böyrək arteriyası stenozu da daxil olmaqla, əsasən böyrək xəstəliyi olan xəstələr) bu sistemə təsir edən AÇF inhibitorlarının və ya ARB-lərin tətbiqi kəskin hipotenziya, azotemiya, oliquriya və ya nadir hallarda kəskin böyrək çatışmazlığına gətirib çıxara bilər. Hər hansı bir antihipertenziv dərman preparatlarında olduğu kimi, işemik kardiopatiya və ya işemik ürək-damar xəstəliyi olan xəstələrdə qan təzyiqi həddindən artıq enərsə, miokard infarktı və ya insult baş verə bilər. Amlodipinin vazodilatator təsiri tədricən artır. Buna görə, amlodipinin peroral qəbulundan sonra kəskin hipotenziya nadir hallarda qeyd olunmuşdur. Hər hansı digər periferik vazodilatator ilə olduğu kimi, xüsusilə ağır aorta stenozu olan xəstələrdə İrdapin qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Amlodipin Hipertenziv kriz zamanı amlodipinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Ürək çatışmazlığı olan xəstələr Ürək çatışmazlığı olan xəstələr ehtiyatla müalicə edilməlidir. Ağır ürək çatışmazlığı olan xəstələrdə (NYHA III və IV dərəcə) aparılan uzunmüddətli plasebo nəzarətli tədqiqatda amlodipin qəbul edən xəstə qrupunda ağciyər ödeminin tezliyinin plasebo xəstə qrupuna nisbətən daha yüksək səviyyədə olması müəyyən edilib. Kalsium kanalı blokatorlarının, o cümlədən amlodipinin gələcəkdə ürək- damar hadisələri və ölüm riskini artırmaq ehtimalı olduğundan, durğunluq ürək çatışmazlığı olan xəstələrdə diqqətli şəkildə istifadə edilməlidir. Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər funksiyası pozulmuş xəstələrdə amlodipinin yarımxaricolma dövrü uzanır və AUC dəyərləri daha da artır; bu zaman tövsiyə olunan doza müəyyən edilməyib. Buna görə də, amlodipinin qəbulu doza diapazonunun aşağı həddində başlanmalı və həm ilkin müalicə zamanı, həm də dozanın artırılması zamanı diqqətli şəkildə istifadə edilməlidir. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın yavaş titrlənməsi və diqqətli izlənməsi tələb oluna bilər. Yaşlı xəstələr Yaşlılarda doza ehtiyatlı şəkildə artırılmalıdır. Böyrək çatışmazlığı olan xəstələr Belə xəstələrdə amlodipin normal dozalarda tətbiq oluna bilər. Amlodipinin plazma konsentrasiyasındakı dəyişikliklər böyrək çatışmazlığının dərəcəsi ilə korrelyasiya etmir. Amlodipin dializlə xaric olunmur. Köməkçi maddələr Laktoza ® ® Hər örtüklü tabletin tərkibində 22,055 mq (İrdapin 150 mq/5 mq) və ya 15,110 mq (İrdapin 150 mq/10 mq) və ya 44,110 mq (İrdapin 300 mq/10 mq) selaktoza 80 var. Qalaktoza dözümsüzlüyü, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan xəstələr bu dərman preparatını qəbul etməməlidirlər. Natrium Bu dərman preparatının hər bir tabletində 1 mmoldan az natrium (23 mq) vardır, digər sözlə əsasən “natriumsuz” deməkdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İrbesartan Digər antihipertenziv dərman preparatları Digər antihipertenziv dərman preparatları ilə birgə istifadəsi zamanı irbesartanın antihipertenziv təsiri arta bilər. Buna baxmayaraq, irbesartan beta-blokatorlar, uzunmüddətli təsirə malik kalsium kanalı blokatorları və tiazidlər kimi antihipertenziv vasitələr ilə yanaşı təhlükəsiz istifadə olunmuşdur. Yüksək dozalı diuretiklərlə əvvəlki müalicə irbesartan ilə terapiyaya başladıqda dövr edən qanın həcminin azalması və hipotenziya riski ilə nəticələnə bilər. Aliskiren tərkibli dərman vasitələri və AÇF inhibitorları Şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə ARB və ya AÇF inhibitorları ilə aliskirenin birgə istifadəsi əks göstərişdir (YFS ˂ 60 ml/dəq/1,73 m ). Klinik tədqiqatların nəticələri göstərir ki, AÇF inhibitorlarının, ARB-lərin və ya aliskirenin birgə istifadəsi ilə renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası RAAS-a təsir göstərən bir dərman vasitəsinin istifadəsi ilə müqayisədə hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının pozulması (kəskin böyrək çatışmazlığı daxil olmaqla) kimi əlavə təsirlərin daha yüksək tezlikdə baş verməsi ilə müşayiət olunur. Kalium əlavələri və kaliumtutucu diuretiklər Renin-angiotenzin-aldosteron sisteminə təsir edən dərman vasitələrindən istifadə təcrübəsinə əsaslanaraq, kaliumtutucu diuretiklərin, kalium əlavələrinin, tərkibində kalium olan duz əvəzedicilərinin və ya digər dərman vasitələrinin (məsələn, heparin) yanaşı istifadəsi zərdabda kalium səviyyəsini artıra bilər, bu səbəbdən də onların birgə istifadəsi tövsiyə edilmir. Litium AÇF inhibitorları ilə birgə litiumun tətbiqi zamanı litium konsentrasiyasının zərdabda artması və toksikliyinin yüksəlməsi barədə məlumatlar verilmişdir. Bu günə qədər irbesartan ilə bənzər təsirlər nadir hallarda qeyd olunmuşdur. Bundan əlavə, litiumun böyrək vasitəsilə xaric olunması tiazidlərin təsiri nəticəsində azalır, buna görə də litiumun toksiklik riski İrdapin qəbulunda yüksələ bilər. Buna görə litium və İrdapin kombinasiyasının birgə qəbulu tövsiyə edilmir. Kombinasiya zəruri olduğu halda, litiumun zərdabda səviyyələrinə diqqətlə izləmək tövsiyə olunur. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) ARB-lərin antihipertenziv təsiri QSİƏP-lərin (məsələn, selektiv SOG-2 inhibitorları, asetilsalisil turşusu (3 q/gün) və qeyri-selektiv QSİƏP) birgə tətbiqi ilə azala bilər. AÇF inhibitorları ilə olduğu kimi, ARB-lər və QSİƏP-lərın birgə istifadəsi böyrək çatışmazlığı daxil olmaqla böyrək funksiyasının pozulmasına və zərdabda kaliumun artmasına səbəb ola bilər, xüsusilə də mövcud olan böyrək funksiyası zəifləmiş xəstələrdə. Bu kombinasiya xüsusilə yaşlılarda ehtiyatla tətbiq edilməlidir. Xəstələr kifayət qədər hidratasiya olunmalıdır və onların böyrək funksiyası birgə müalicəyə başladıqdan sonra və ondan sonrakı müddətdə mütəmadi olaraq nəzarət olunmalıdır. Repaglinid Klinik tədqiqatda irbesartan repagliniddən 1 saat əvvəl təyin olunduqda repaglinidin C və AUCmax səviyyəsini müvafiq olaraq 1,8 və 1,3 dəfə artırdığı bildirilmişdir. Başqa bir araşdırmada, hər iki dərmanın yanaşı istifadəsi zamanı heç bir müvafiq farmakokinetik qarşılıqlı təsir qeyd edilməmişdir. Bu səbəbdən, repaglinid kimi antidiabetik dərmanın dozasının tənzimlənməsi tələb oluna bilər. İrbesartanın digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında əlavə məlumat Klinik tədqiqatlarda irbesartanın farmakokinetikasına hidroxlorotiazid təsir göstərməmişdir. İrbesartan əsasən CYP2C9 və daha az dərəcədə qlükuronlaşma ilə metabolizm olunur. İrbesartan əsasən CYP2C9 ilə metabolizm olunan dərman preparatı olan varfarin ilə birgə tətbiq edildikdə əhəmiyyətli dərəcədə farmakokinetik və ya farmakodinamik təsirlər müşahidə edilməmişdir. Rifampisin kimi CYP2C9 induktorların irbesartanın farmakokinetikasına təsiri qiymətləndirilməmişdir. Diqoksinin farmakokinetikası irbesartanla birgə tətbiqi zamanı dəyişməmişdir. Amlodipin CYP3A4 inhibitorları Amlodipinin güclü və ya orta dərəcəli CYP3A4 inhibitorları (proteaza inhibitorları, azollar, eritromisin və ya klaritromisin kimi makrolidlər, verapamil və ya diltiazem) ilə eyni vaxtda istifadəsi amlodipinin təsirini əhəmiyyətli artıra bilər və bu da hipotenziya riskinin artması ilə nəticələnə bilər. Bu farmakokinetik qarşılıqlı təsir yaşlılarda özünü daha aydın büruzə verə bilər. Bu səbəbdən, klinik monitorinq və dozanın tənzimlənməsi tələb oluna bilər. CYP3A4 induktorları CYP3A4 induktorları ilə birgə istifadəsi plazmada amlodipinin konsentrasiyalarının dəyişməsinə səbəb ola bilər. Amlodipin xüsusilə güclü CYP3A4 induktorları (rifampisin, dazıotu kimi) ilə birlikdə tətbiq edildiyi zaman qan təzyiqinə nəzarət edilməli və lazım olduqda dozaya düzəliş edilməsi nəzərdə tutulmalıdır. Amlodipinin qreypfrut və ya qreypfrut şirəsi ilə birgə qəbul edilməsi tövsiyə olunmur, çünki bəzi xəstələrdə biomənimsənilmə göstəriciləri yüksələ bilər, bu isə öz növbəsində arterial təzyiqin aşağı düşmə təsirinin yüksəlməsinə gətirib çıxarır. Dantrolen (infuziya) Verapamil və damardaxili dantrolenin tətbiqindən sonra heyvanlarda ventrikulyar fibrilyasiya və hiperkaliemiya ilə birgə ürək-damar kollapsı müşahidə olunmuşdur. Hiperkaliemiya riski səbəbindən, bədxassəli hipertermiyası olan xəstələrə və bədxassəli hipertermiyanın müalicəsi zamanı tərkibində kalsium kanalı blokatoru olan İrdapin kimi preparatların birgə istifadəsindən çəkinmək tövsiyə olunur. Takrolimus Amlodipinlə eyni vaxtda istifadə edildikdə qanda takrolimusun səviyyəsinin artması riski olsa da, bu qarşılıqlı təsirin farmakokinetik mexanizmi tam öyrənilməmişdir. Toksikliyinin qarşısını almaq üçün takrolimusla müalicə olunan xəstələrdə amlodipinin tətbiqi qanda takrolimusun səviyyəsinin monitorinqini və lazım gəldikdə takrolimusun dozasının tənzimlənməsini tələb edir. Rapamisin (mTOR) inhibitorlarının mexaniki hədəfi Sirolimus, temsirolimus və everolimus kimi mTOR inhibitorları CYP3A substratları hesab olunur. Amlodipin zəif təsirli CYP3A inhibitorudur. mTOR inhibitorlarının yanaşı istifadəsi zamanı amlodipin mTOR inhibitorlarının təsirini artıra bilər. Siklosporin Siklosporinin konsentrasiyasının dəyişkən artması (orta hesabla 0-40%) müşahidə olunan böyrək transplantasiyası olunmuş xəstələr istisna olmaqla, sağlam şəxslərdə və ya digər şəxslərdə siklosporin və amlodipinlə dərman qarşılıqlı təsiri üzrə tədqiqatlar aparılmamışdır. Amlodipin qəbul edən böyrək transplantasiyası olunmuş xəstələrdə siklosporinin səviyyəsinin monitorinqi aparılmalı və lazım olduqda siklosporinin dozası azaldılmalıdır. Simvastatin 80 mq simvastatin ilə 10 mq amlodipinin çoxsaylı dozalarının birgə qəbulu simvastatinin təsirinin 77% artmasına gətirib çıxarmışdır. İrdapin -lə müalicə qəbul edən xəstələrdə simvastatin dozası gündə 20 mq qədər məhdudlaşdırılmalıdır. Dərmanlarla qarşılıqlı təsir üzrə klinik tədqiqatlarda amlodipin atorvastatin, diqoksin, varfarin və ya siklosporinin farmakokinetikasına təsir göstərməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik İrdapin -in hamiləlik zamanı istifadəsi əks göstərişdir. ARB müalicəsinin davam etdirilməsi zəruri hesab edilmədikcə, hamiləlik planlaşdıran xəstələrə tətbiq olunan müalicə metodu hamiləlikdə istifadəsi üçün müəyyən edilmiş təhlükəsizlik profilli alternativ antihipertenziv müalicə növlərinə dəyişdirilməlidir. Hamiləlik aşkar edildikdə, ARB ilə müalicə prosesi dərhal dayandırılmalı və lazım olduqda alternativ müalicəyə başlanmalıdır. ARB-lərin istifadə edilməsi hamiləliyin ikinci və üçüncü trimestrlərində əks göstərişdir. Məlumdur ki, hamiləliyin ikinci və üçüncü trimestrlərində ARB istifadəsi insanlarda fetotoksikliyə (böyrək funksiyasının zəifləməsi, oliqohidramnioz, kəllənin sümükləşməsinin gecikməsi) və neonatal toksikliyə (böyrək çatışmazlığı, hipotenziya, hiperkaliemiya) səbəb ola bilər. ARB-lərin təsirinə məruz qalma hamiləliyin ikinci trimestrindən etibarən baş verərsə, yenidoğulmuşda böyrək funksiyasının və kəllə sümüyünün ultrasəs müayinəsi tövsiyə olunur. Anaları ARB qəbul etmiş körpələr hipotenziya üçün yaxından izlənilməlidir. Hamiləlik dövründə amlodipinin təhlükəsizliyi müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda yüksək dozalarda reproduktiv toksiklik müşahidə edilmişdir. Laktasiya İrdapin laktasiya dövründə əks göstərişdir. İrbesartanın və ya onun metabolitlərinin ana südünə nüfuz edib-etməməsi məlum deyil. Ana südü ilə qidalanma zamanı irbasartandan istifadə ilə bağlı heç bir məlumat olmadığından irbasartandan istifadə tövsiyə edilmir və xüsusən də yenidoğulmuş və ya vaxtından əvvəl doğulmuş körpələr əmizdirilərkən ana südü ilə qidalanma zamanı daha yaxşı müəyyən edilmiş təhlükəsizlik profilli alternativ müalicə metodlarına üstünlük verilir. Amlodipin ana südünə nüfuz edir. Amlodipinin körpələrə təsiri məlum deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İrbesartan/amlodipinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair heç bir tədqiqat aparılmamışdır. Farmakodinamik xüsusiyyətlərinə əsasən, irbesartanın insanın nəqliyyat vasitələri və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmə ehtimalı azdır. Nəqliyyat vasitələrini və ya mexanizmləri idarə edərkən nəzərə alınmalıdır ki, müalicə zamanı başgicəllənmə və ya yorğunluq halları yarana bilər. İrdapin -in tərkibində olan amlodipin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə az və ya orta dərəcədə təsir göstərə bilər. İrdapin -i qəbul edən xəstələrdə başgicəllənmə, yuxusuzluq, baş ağrısı, yorğunluq və ya ürəkbulanma varsa, reaksiya qabiliyyəti pozula bilər. Xüsusilə müalicənin başlanğıcında diqqətli olmaq məsləhət görülür.
İstifadə qaydası və dozası
İstifadə qaydası İrdapin tabletləri peroral qəbul üçün nəzərdə tutulub. Gündə bir dəfə, qida ilə və ya qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Böyüklər Qan təzyiqi irbesartan və ya amlodipin ilə kifayət qədər nəzarət oluna bilməyən xəstələrdə İrdapin gündə bir dəfə qida ilə və ya onsuz qəbul edilə bilər. İrdapin 150 mq/5 mq doza ilə qan təzyiqinə nəzarət edilə bilməyən xəstələrdə doza tədricən gündə bir dəfə 150 mq/10 mq, 300 mq/5 mq və ya 300 mq/10 mq-a qədər artırıla bilər. Gündə bir dəfə İrdapin 300 mq/10 mq-dan yüksək dozanı qəbul etmək tövsiyə olunmur. Xüsusi qrup xəstələr Böyrək çatışmazlığı Böyrək funksiyasının pozulması olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Qaraciyər çatışmazlığı İrdapin ağır qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə dozalanma kombinasiyanın ən aşağı dozaları ilə başlanmalıdır. Yaşlılar Yaşlı xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur.
Əlavə təsirləri
Əlavə təsirlər orqan sistemlərinə və rastgəlmə tezliyinə uyğun olaraq göstərilmişdir. Rastgəlmə tezliyi göstərilən meyarlara əsasən təsnif edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100-dən < 1/10-a qədər); bəzən (≥ 1/1000-dən < 1/100-ə qədər); nadir (≥ 1/10000-dən < 1/1000-ə qədər); çox nadir (< 1/10000); məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirmək mümkün deyil). İrbesartan Qan və limfa sistemi tərəfindən pozulmalar Məlum deyil: anemiya, trombositopeniya. İmmun sistemi tərəfindən pozulmalar Məlum deyil: angioödem, səpgi, üzün qızarması, övrə, anafilaktik reaksiya, anafilaktik şok kimi yüksək həssaslıq reaksiyaları. Metabolizm və qidalanma pozulmaları Məlum deyil: hiperkaliemiya, hipoqlikemiya. Sinir sistemi tərəfindən pozulmalar Tez-tez: başgicəllənmə, ortostatik başgicəllənmə. Məlum deyil: vertiqo, baş ağrısı. Qulaq və labirint tərəfindən pozulmalar Məlum deyil: tinnitus. Kardioloji pozulmalar Bəzən: taxikardiya. Damar pozulmaları Tez-tez: ortostatik hipotenziya. Bəzən: qızarma. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanları tərəfindən pozulmalar Bəzən: öskürək. Mədə-bağırsaq pozulmaları Tez-tez: ürəkbulanma/qusma. Bəzən: diareya, dispepsiya/qıcqırma. Məlum deyil: disgevziya (dad hissinin təhrif olunması). Hepatobiliar pozulmalar Bəzən: sarılıq. Məlum deyil: hepatit, qaraciyər funksiyasının pozulması. Dəri və dərialtı toxuma tərəfindən pozulmalar Məlum deyil: leykositoklastik vaskulit. Sümük-əzələ sistemi və birləşdirici toxuma tərəfindən pozulmalar Tez-tez: sümük-əzələ ağrısı. Məlum deyil: artralgiya, mialgiya (bəzi hallarda plazmada yüksəlmiş kreatinkinaza səviyyəsi ilə müşayiət olunur), əzələ spazmaları. Böyrəklər və sidik yolları tərəfindən pozulmalar Məlum deyil: risk altındakı xəstələrdə böyrək çatışmazlığı hadisələri də daxil olmaqla böyrək funksiyasının pozulması. Reproduktiv sistem və süd vəziləri tərəfindən pozulmalar Bəzən: cinsi disfunksiya. Ümumi pozulmalar Tez-tez: yorğunluq. Bəzən: döş qəfəsində ağrı. Müayinələr Çox tez-tez: hiperkaliemiya irbesartan ilə müalicə olunan diabetik xəstələrdə plasebo ilə müqayisədə daha çox rast gəlmişdir. Tez-tez: irbesartan ilə müalicə olunan xəstələrdə plazma kreatinkinaza səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlmə müşahidə edilmişdir (1,7%). Bu yüksəlmələrin heç biri sümük-əzələ sistemi tərəfindən aşkar klinik hadisələr ilə müşayiət edilməmişdir; İrbesartan ilə müalicə olunan irəli mərhələdə diabetik böyrək xəstəliyi olan hipertenziyalı xəstələrin 1,7%-də hemoqlobinin səviyyəsinin klinik əhəmiyyətli olmayan aşağı düşməsi müşahidə edilmişdir. Amlodipin Müalicə zamanı müşahidə olunan ən çox yayılmış əlavə təsirlər yuxululuq, başgicəllənmə, baş ağrısı, ürək döyüntüsü, qızarma, qarın ağrısı, ürəkbulanma, oynaqların şişməsi, ödem və yorğunluq idi. Qan və limfa sistemi tərəfindən pozulmalar Çox nadir: trombositopeniya, leykopeniya. İmmun sistemi tərəfindən pozulmalar Çox nadir: allergik reaksiya. Metabolizm və qidalanma tərəfindən pozulmalar Çox nadir: hiperqlikemiya. Psixi pozulmalar Bəzən: yuxusuzluq, əhval ruhiyyənin pozulmaları (narahatlıq daxil olmaqla), depressiya. Nadir: təlaş (çaşqınlıq). Sinir sistemi tərəfindən pozulmalar Tez-tez: yuxululuq, mürgüləmə, baş ağrısı (xüsusilə müalicənin başlanğıcında). Bəzən: tremor, disgevziya, bayılma, hipesteziya, paresteziya. Çox nadir: hipertoniya, periferik neyropatiya. Məlum deyil: ekstrapiramid pozulmalar. Göz tərəfindən pozulmalar Tez-tez: görmədə pozulmalar (diplopiya daxil olmaqla). Qulaq və labirint tərəfindən pozulmalar Bəzən: qulaqlarda küy. Kardioloji pozulmalar Tez-tez: ürəkdöyünmə. Bəzən: aritmiya (bradikardiya, mədəcik taxikardiyası və qulaqcıqların fibrilyasiyası daxil olmaqla). Çox nadir: miokard infarktı. Damar pozulmaları Tez-tez: qızarma. Bəzən: hipotenziya. Çox nadir: vaskulit. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanları tərəfindən pozulmalar Tez-tez: təngnəfəslik. Bəzən: öskürək, rinit. Mədə-bağırsaq pozulmaları Tez-tez: abdominal ağrı, ürəkbulanma, dispepsiya, defekasiyada dəyişikliklər (ishal və qəbizlik daxil olmaqla). Bəzən: qusma, ağızda quruluq. Çox nadir: damaq hiperplaziyası, pankreatit, qastrit. Hepatobiliar pozulmalar Çox nadir: hepatit, sarılıq və qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi (çox vaxt xolestaza uyğun). Dəri və dərialtı toxuma tərəfindən pozulmalar Bəzən: alopesiya, purpura, tər ifrazının çoxalması, qaşınma, dərinin rənginin dəyişməsi, səpgi, ekzantema, övrə. Çox nadir: angioödem, multiformalı eritema, övrə, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, işığa qarşı həssaslıq. Məlum deyil: Toksik epidermal nekroliz. Sümük-əzələ sistemi və birləşdirici toxuma tərəfindən pozulmalar Tez-tez: oynaqlarda şişkinlik, əzələ spazmları. Bəzən: artralgiya, mialgiya, bel ağrıları. Böyrəklər və sidik yolları tərəfindən pozulmalar Bəzən: sidiyə getmənin pozulması, sidik ifrazının tezləşməsi, gecə sidiyə getmə. Reproduktiv sistem və süd vəziləri tərəfindən pozulmalar Bəzən: impotensiya, ginekomastiya. Ümumi pozulmalar Çox tez-tez: ödem. Tez-tez: yorğunluq, asteniya. Bəzən: döş qəfəsində ağrı, halsızlıq, ağrı. Müayinələr Bəzən: bədən kütləsinin artması/azalması. DƏRMAN QƏBULU ZAMANI ARZUOLUNMAZ REAKSİYALAR YARANDIQDA HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞİN!
Doza həddinin aşılması
8 həftə ərzində gündə 900 mq-dək dozada qəbul olunduqda intoksikasiya halları aşkar edilməmişdir. Doza həddinin aşılması zamanı ən çox gözlənilən hal hipotenziyanın və taxikardiyanın olmasıdır. Doza həddinin aşılması zamanı bradikardiya da yarana bilər. İrbesartanla doza həddinin aşılmasının spesifik müalicəsi barəsində məlumat yoxdur. Xəstəyə diqqətlə nəzarət olunmalı və müalicə simptomatik və dəstəkləyici olmalıdır. Təklif olunan tədbirlərə qusma törədilməsi/və ya mədənin yuyulması da daxildir. Aktivləşdirilmiş kömürün qəbulu doza həddinin aşılmasının müalicəsində faydalı ola bilər. İrbesartan hemodializlə xaric olunmur. Amlodipinin insanlarda qəsdən həddindən artıq dozada qəbulunun təcrübəsi məhduddur. Mövcud məlumatlar göstərir ki, çox yüksək dozaların qəbulu həddindən artıq periferik vazodilatasiya və reflektor taxikardiya ilə nəticələnə bilər. Nəzərəçarpan və uzanmış hipotenziya nəticəsində ölümlə nəticələnən şok barədə məlumat verilmişdir. Nadir hallarda amlodipinin doza həddinin aşılması nəticəsində qeyri-kardiogen ağciyər ödeminin yaranması müəyyən olunmuşdur, onun ilkin simptomları özünü gec (qəbul edildikdən 24-48 saat sonra) göstərə bilər və ağciyərlərin süni ventilyasiyası tələb oluna bilər. Qan dövranını və ürəyin funksional vəziyyətini saxlamaq üçün erkən reanimasiya tədbirləri (çoxlu maye köçürülməsi daxil olmaqla) faydalı ola bilər. Tövsiyə olunan dozadan artıq qəbul edilmiş amlodipin səbəbindən yaranmış klinik əhəmiyyətli hipotenziyada ürək və tənəffüs funksiyasının sıx monitorinqi, ətrafların yüksək vəziyyətə gətirilməsi, dövr edən maye həcminə və sidik ifrazına nəzarət daxil olmaqla fəal ürək-damar dəstəyi tələb olunur. Vazokonstriktor dərman preparatları (istifadəsinə əks göstəriş olmadıqda) damar tonusu və qan təzyiqinin bərpa olunmasında faydalı ola bilərlər. Damardaxili kalsium qlükonat kalsium kanalları blokadasının təsirlərinin geri dönməsində faydalı ola bilər. Bəzi hallarda mədənin yuyulması faydalı ola bilər. Sağlam könüllülərdə 10 mq amlodipinin qəbulundan sonra aktivləşdirilmiş kömürün 2 saatadək müddətə istifadəsi amlodipinin absorbsiya dərəcəsini azaldır. Amlodipin plazma zülalları ilə yüksək dərəcədə birləşdiyindən, dializin faydalı olacağı gözlənilmir.
Buraxılış forması
İrdapin 150 mq/5 mq örtüklü tabletlər. 14 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. İrdapin 150 mq/10 mq örtüklü tabletlər. 14 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. İrdapin 300 mq/10 mq örtüklü tabletlər. 14 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sancaklar 81100 Düzce/Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.