IPIGRIKS 20 MG № 50 (TABLETKI) (GRINDEX) (LATVIYA)
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antixolinesteraz vasitələr |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
25,07 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İPİQRİKS 20 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ipidacrinum
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq ipidakrin hidroxlorid (susuz maddəyə nəzərən) vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, qurudulmuş kartof nişastası, kalsium stearat.
Təsviri
Dairəvi, yastı silindrşəkilli ağ və ya demək olar ki, iti tərəfli tabletlərdir.
Farmakoterapevtik qrupu
Antixolinesteraz vasitələr. ATC kodu: N07AA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası İpidakrin xolinesterazanın geridönən inhibitorudur. Membranların kalium kanallarını bloka- daya alaraq, impulsların bilavasitə MSS-də və sinir-əzələ sinapslarında ötürülməsini stimulə edir. İpidakrin təkcə asetilxolin mediatorlarının deyil, eləcə də adrenalin, histamin və oksitosinin saya əzələyə təsirini gücləndirir. İpidakrinin əsas farmakoloji effektləri aşağıdakılardır: – sinir-əzələ keçiriciliyinin bərpası və stimullaşması; – bəzi faktorlardan (travma, iltihab, yerli anestetiklərin, antibiotiklərin və kalium xloridin və s. təsiri) yaranan blokadadan sonra periferik sinir sistemində impulsların nəqlinin bərpası; – kalium xloriddən başqa bütün aqonistlərin təsiri altında orqanların saya əzələsinin yığılmasının artması; – ayrı-ayrı sedativ təsirli təzahürlərin kombinasiyası ilə MSS-in orta spesifik stimullaşması; – yaddaşın yaxşılaşması. Uşaqlarda preparatın istifadəsinin təhlükəsizliyini təsdiq edən statistik məlumatlar yoxdur. Farmakokinetikası Sorulması Preparatın peroral qəbulundan sonra mədə-bağırsaq traktından tez sorulur. Sorulma əsasən, onikibarmaq bağırsaqda baş verir, az miqdarda nazik bağırsaqdan sorulur. Preparat 10 mq dozada qəbul edildikdən sonra 1 saat ərzində təsiredici maddə plazmada maksimal konsen- trasiyaya çatır. Paylanması İpidakrinin 40-55 %-i plazma proteinləri ilə birləşir. İpidakrin toxumalara tez çatır, tarazlıq halında plazmada, yalnız 2 %-ə qədər aşkar edilir. Metabolizmi Preparat qaraciyərdə metabolizmə uğrayır. Xaricolması İpidakrinin xaricolması renal və ekstrarenal baş verir, sidiklə ekskresiya üstünlük təşkil edir. Preparatın yarımxaricolma dövrü 40 dəqiqə təşkil edir. Böyrəklərdən sidiklə ekskresiya əsasən, böyrək kanalcıqlarına sekresiya yolu ilə mümkün olur və ancaq 1/3 saatdan sonra preparat yumaqcıqlarda filtrasiya olunaraq xaric olur. Peroral qəbul edildikdən sonra sidik-lə dəyişilməmiş şəkildə dozanın 3,7 %-i, parenteral istifadədən sonra dozanın 34,8 %-i xa-ric olur.
İstifadəsinə göstərişlər
– Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit, nevropatiya, poliradikuloneyro- patiya, miasteniya və müxtəlif etiologiyalı miastenik sindrom). – Bulbar ifliclər və parezlər. – Hərəki pozğunluqlarla müşayiət olunan MSS-in üzvi zədələnməlirindən sonra bərpa dövrü. – Demielinləşmiş xəstəliklərin kompleks müalicəsi. – Müxtəlif mənşəli yaddaş pozğunluqları (Altsheymer xəstəliyi və qocalıq demensiyası- nın digər formaları). – Bağırsağın atoniyası.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. – Epilepsiya. – Hiperkinezli ekstrapiramid pozğunluqlar. – Stenokardiya. – Bradikardiya. – Bronxial astma. – Bağırsaq və ya sidikçıxarıcı yolların keçməzliyi. – Kəskinləşmə dövründə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi. – Vestibülyar pozğunluqlar. – Hamiləlik və laktasiya dövrü. – Uşaqlar və 18 yaşa qədər yeniyetmələr. Əgər Sizdə yuxarıda sadalanan xəstəliklər və ya hallar olarsa, bu haqda preparatı qəbul etməzdən əvvəl həkimə məlumat verin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: – anamnezdə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi tireotoksikoz, ürək-damar sisteminin xəstəlikləri; – eləcə də anamnezində tənəffüs sisteminin xəstəlikləri və tənəffüs yollarının kəskin xəstəlikləri olan pasiyentlərdə. Preparatın tərkibbində laktoza monohidrat vardır. Bu səbəbə görə preparatı qalaktozaya qarşı nadir anadangəlmə dözümsüzlüyü, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərə təyin etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
MSS-i zəiflədən dərman vasitələri ilə eyni vaxtda istifadə edildikdə, sedativ təsiri artırır. Xolinesterazanın digər inhibitorları və m-xolinomimetik vasitələrlə eyni vaxtda istifadəsi təsiri və əlavə effektləri artırır. Digər xolinergik vasitələrlə birgə istifadəsi zaman miasteniyalı pasiyentlərdə xolinergik kriz riski artır. Beta-adrenoblokatorlar ipidakrinin törətdiyi bradikardiya təzahürünü gücləndirir. Serebrolizin ipidakrinin psixikaya təsirini gücləndirir. Alkoqol preparatın əlavə təsirlərini gücləndirir. Pasiyent preparatın istifadəsindən əvvəl qəbul etdiyi digər dərman vasitələri haqda həkimə məlumat verməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İpidakrin uşaqlığın tonusunu gücləndirir və vaxtından əvvəl doğuşa səbəb ola bilər, bu səbəbdən preparatı hamiləlik dövründə istifadə etmək olmaz. Preparatın laktasiya dövründə istifadəsinin təhlükəsizliyi barədə məlumat olmadığı üçün bu dovrdə onu istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İpidakrin sedativ təsir göstərə bilər. Buna görə preparatın qəbulu zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Preparat kifayət qədər maye ilə daxilə qəbul edilir. Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq fərdi müəyyən olunur. Böyüklər Periferik sinir sisteminin xəstəlikləri, miasteniya və miastenik sindrom: gündə 1-3 dəfə 10-20 mq təyin edilir. Müalicə müddətinin davamlılığı 1-2 ay təşkil edir. Birdəfəlik 10 mq doza qəbulu üçün başqa dərman formasından istifadə edilir (1 ml-də 5 mq ipidakrin olan, 2 ml-lik inyeksiya üçün məhlul). Miastenik krizin inkişafının qarşısını almaq məqsədilə sinir-əzələ keçiriciliyinin ağır pozuntusu zamanı qisa müddətə parenteral 15-30 mq yeridilir (1 ml-də 15 mq ipidakrin olan 1-2 ml-lik inyeksiya üçün məhlul). Müalicə preparatın tablet forması ilə davam etdirilir, doza gündə 5-6 dəfə 20-40 mq-a (1-2 tablet) qədər artırılır. Maksimal sutkalıq doza 240 mq-a (12 tablet 6 qəbula) qədər çatdırıla bilər. Müxtəlif mənşəli yaddaş pozuntusu (Alsheymer xəstəliyi və qocalıq demensiyasının digər formaları): maksimal sutkalıq doza 200 mq-a (10 tablet 5 qəbula) qədər çatdırıla bilər. Müalicə kursunun davamlılığı 1-12 ay təşkil edir. Bağırsaq atoniyası: Doza 1-2 həftə ərzində gündə 2-3 dəfə 20 mq təşkil edir. Yaşlı və qaraciyər və/və ya böyrək fəaliyyətinin pozulması olan pasiyentlərdə dozaya düzəliş edilməsi tələb edilmir. Uşaqlar: preparatın istifadəsinin təhlükəsizliyi öyrənilmədiyi üçün uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir. Növbəti dozanın qəbulu unudularsa, preparatın qəbulu pasiyentin yadına düşən kimi dərhal həmin dozanı qəbul etməlidir. əgər növbəti doza qəbulunun vaxtı yaxınlaşırsa, ötürülən dozanı qəbul etmək olmaz. Preparatın dozasını ikiqat artırmadan həkim təyinatı ilə qəbul etmək lazımdır.
Əlavə təsirləri
Preparat orqanizm tərəfindən yaxşı qəbul edilir. Əlavə təsirlər əsasən M-xolinoreseptorların oyanıqlığı ilə əlaqədardır, hamıda təzahür etməyə bilər. Əlavə təsirlər baş verdikdə, doza azaldılır və ya az müddətə (1-2 gün) qəbulu dayandırılır. Aşağıda sadalanan əlavə təsirlərin təsnifatı və tezliyi MedDRA-nın bazasındakı təsnifata uyğun sıralanmışdır: Çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000), çox nadir hallarda (< 1/10000); məlum deyil– mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil. Sinir sistemində baş verən pozğunluqlar: Bəzən: başgicəllənmə, başağrısı, yuxululuq (preparatın yüksək dozalarının qəbulu zamanı). Ürəkdə baş verən pozğunluqlar: Tez-tez: ürəkdöyünmə, bradikardiya*. Tənəffüs sistemində, döş qəfəsində və divararalığında baş verən pozğunluqlar: Bəzən: bronxlarda güclənmiş sekresiya. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: Tez-tez: ağızın sulanması*, ürəkbulanma. Bəzən: qusma (preparatın yüksək dozalarının qəbulu zamanı). Nadir hallarda: ishal, epiqastral nahiyədə ağrı. Dəriyə və dərialtı toxumada baş verən pozğunluqlar: Tez-tez: yüksək tərləmə. Bəzən: allergik dəri reaksiyaları (qaşınma, səpgi) (yüksək dozalarının qəbulu zamanı). Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: Bəzən: əzələ qıcolması (yüksək dozasının qəbulu zamanı). Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində reaksiyalar: Bəzən: zəiflik (yüksək dozalarının qəbulu zamanı). *Ağızın sulanmasını və bradikardiyanı azaltmaq üçün xolinoblokatorlardan (məsələn, atropin) istifadə edilir. Yuxarıda sadalanan əlavə təsirlərin təzahürü zamanı və ya təlimatda qeyd edilməyən əlavə təsirlər baş verdikdə, həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Simptomları Doza həddinin aşılmasının ağır formasında xolinergik krizin yaranması mümkündür (bronxospazm, gözün sulanması, yüksək tərləmə, göz bəbəyinin daralması, nistaqm, spontan defekasiya və sidiyəgetmə, qusma, bradikardiya, ürəyin blokadası, aritmiya, hipotenziya, nara- hatlıq, həyəcan hissi, oyanıqlıq, qorxu hissi, ataksiya, qeyri-müəyyən nitq, yuxululuq, zəiflik, qıcolmalar və koma). Simptomlar zəif təzahür edə bilər. Müalicəsi Simptomatikdir. M-xolinoblokatorlar (atropin, siklodol, metasin və s.) təyin edilir. Doza həddinin aşılması zamanı dərhal həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
25 tablet, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq la-zımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı və Qeydiyyat vəsiqəsinn sahibi “Grindeks” SC, Latviya. Ünvan Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Tel.: +371 67083205. Faks: +371 67083505. El. ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.