IPIGRIKS 15MG/ML N10 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Parasimpatomimetik vasitələr, xolinesterazanın inhibitorları |
| İstehsal ölkəsi | Slovakiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,97 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İPİQRİKS 5 mq/ml; 15 mq/ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ipidacrinum
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq və ya 15 mq ipidakrin hidroxlorid (susuz maddə hesabı ilə) vardır. Köməkçi maddələr: pH 2,8-4,0-ə qədər 1 M xlorid turşusu məhlulu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Parasimpatomimetik vasitələr, xolinesterazanın inhibitorları. ATC kodu: N07AA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası İpidakrin xolinesterazanın geri dönən inhibitorudur. Membranların kalium kanallarını blokadaya alaraq, impulsların bilavasitə MSS-də və sinir-əzələ sinapslarında ötürülməsini stimulə edir. İpidakrin, yalnız asetilxolin mediatorlarının deyil, eləcə də adrenalinin, serotoninin, histaminin və oksitosinin saya əzələyə təsirini gücləndirir. İpidakrinin əsas farmakoloji effektləri: – sinir-əzələ keçiriciliyinin bərpası və stimulyasiyası; – blokadaya səbəb olan müxtəlif faktorların təsirilə pozulması nəticəsində periferik sinir sistemində impulsların keçiriciliyinin bərpası (travma, iltihab, yerli anesteziyaedici vasitələrin, bəzi antibiotiklərin və kalium xloridin təsiri və s.); – kalium xloriddən başqa bütün aqonistlərin təsiri altında orqanların saya əzələsinin yığılmasının artması; – ayrı-ayrı sedativ təsirli təzahürlərin kombinasiyası ilə MSS-in spesifik mülayim stimulyasiyası; – yaddaşın yaxşılaşması. Uşaqlarda preparatın istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər klinik tədqiqat məlumatları yoxdur. Farmakokinetikası Sorulması Preparat daxilə qəbul edildikdən sonra mədə-bağırsaq sistemindən tez sorulur. Sorulma əsasən onikibarmaq bağırsaqdan, az miqdarda nazik bağırsaqdan baş verir. Preparat 10 mq dozada qəbul edildikdən sonra təsiredici maddə plazmada maksimal konsentrasiyaya 1 saatdan sonra çatır. Paylanması Təsiredici maddənin 40-55 %-i plazma zülalları ilə birləşir. İpidakrin toxumalara tez çatır, tarazlıq vəziyyətində plazmada təsiredici maddənin, yalnız 2 %-ə qədər aşkar edilir. Biotransformasiyası Preparat qaraciyərdə metabolizmə uğrayır. Xaric olması İpidakrinin xaric olması böyrəklər vasitəsilə, eləcə də ekstrarenal baş verir, sidiklə ekskresiya üstünlük təşkil edir. İpidakrinin eliminasiyanın yarımdövrü 40 dəqiqə təşkil edir. Böyrəklərdən sidiklə ekskresiya əsasən böyrək kanalcıqlarına sekresiya yolu ilə baş verir və preparatın, yalnız 1/3 hissəsi yumaqcıq filtrasiyası yolu ilə xaric olur. Peroral qəbul edildikdən sonra sidiklə dəyişilməmiş şəkildə dozanın 3,7 %-i, parenteral yeridildikdən sonra dozanın 34,8 %-i xaric olur.
İstifadəsinə göstərişlər
– Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit, polinevropatiya, poliradikulonevropatiya). – Müxtəlif etiologiyalı miasteniya və miastenik sindrom. – Bulbar iflic və parezlər. – MSS-in hərəki pozulmalarla müşayiət edilən üzvi zədələnmləri zamanı bərpa dövrü. – Demielinizəedici xəstəliklərin kompleks terapiyası. – Müxtəlif mənşəli yaddaş pozuntusu (Alzheymer xəstəliyi və qocalıq demensiyasının digər formaları). – Bağırsaq atoniyası.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. – Epilepsiya. – Hiperkinezlə ekstrapiramid pozuntular. – Stenokardiya. – İfadəolunmuş bradikardiya. – Bronxial astma. – Bağırsaq və ya sidikçıxarıcı yolların keçməzliyi. – Mədə və ya onikibarmaq bağırsaq xorasının kəskinləşməsi. – Vestibülyar pozuntular. – Hamiləlik. – Laktasiya dövrü. – 18 yaşınadək uşaqlarda və yeniyetmələrdə istifadəsi. Pasiyentdə yuxarıda sadalanan xəstəliklər və ya hallar olduqda, preparatın istifadəsindən əvvəl bu barədə həkimə məlumat verilməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İpidakrini anamnezində mədə və onikibarmaq bağırsağın xorası olan, tireotoksikozu, ürək-damar sisteminin xəstəlikləri olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Tənəffüs sisteminin kəskin xəstəlikləri və ya anamnezində tənəffüs sisteminin xəstəlikləri olan pasiyentlərə preparatı təyin edərkən ehtiyatlı olmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İpidakrinin MSS-i zəiflədən dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı sedativ effekt güclənir. İpidakrinin xolinesterazanın və M-xolinomimetik vasitələrlə eyni vaxtda istifadəsi zamanı preparatın təsiri və arzuolunmayan reaksiyaları güclənir. Myasthenia gravis olan pasiyentlərdə ipidakrinin digər xolinergik preparatlarla eyni vaxtda istifadəsi zamanı xolinergik krizin inkişafı riski güclənir. İpiqriks dərman vasitəsilə müalicədən əvvəl beta-blokatorlar istifadə edildikdə, bradikardiyanın yaranma riski artır. Serebrolizin ipidakrinin mental aktivliyini yaxşılaşdırır. Alkoqol dərman vasitəsinin arzuolunmayan əlavə təsirlərini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İpidakrin miometriyanın tonusunu artırır və vaxtından əvvəl doğuşa səbəb ola bilər, bu səbəbə görə hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Bu dərman vasitəsi laktasiya dövründə əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri İpidakrin sedativ təsir göstərə bilər. Bu səbəbə görə preparatın bu təsirləri yaranan pasiyentlər ehtiyatlı olmalıdırlar.
İstifadə qaydası və dozası
Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, fərdi müəyyən edilir. Tərkibində 5 mq/ml və 15 mq/ml ipidakrin olan məhlul əzələdaxili və dərialtı yeridilir. ● Miastenik sindromla periferik sinir sisteminin xəstəlikləri Sutkada 1-2 dəfə əzələdaxili və ya dərialtı 5-15 mq dozada ipidakrin təşkil edir (inyeksiya üşüm 1 ml İpiqriks 5 mq/ml və ya İpiqriks 15 mq/ml). Müalicə kursunun müddəti 1-2 təşkil edir. Ehtiyac olduqda, kurslar arasında 1-2 aylıq fasilə ilə müalicə kursunu təkrar etmək olar. ● Ağır sinir-əzələ keçiriciliyi zamanı miastenik krizin inkişafının qarşısını almaq üçün İpidakrin 15-30 mq qısa müddətə parenteral yeridilir (1-2 ml İpiqriks 15 mq/ml inyeksiya üçün məhluluna müvafiqdir). Sonra müalicə ipidakrinin tablet forması ilə davam etdirilir və doza sutkada 5-6 dəfə 20-40 mq-a (1 tabletdən 20 mq-lıq 2 tabletə qədər) qədər artırılır. ● Müxtəlif mənşəli yaddaş pozuntusu (Alzheymer xəstəliyi və qocalıq demensiyasının digər formaları) Doza və müalicənin müddəti fərdi müəyyən edilir. Maksimal sutkalıq doza 200 mq-a qədər artırıla bilər. Müalicənin müddəti 1 aydan 1 ilədək təşkil edə bilər. ● Bağırsaq atoniyası Doza sutkada 2-3 dəfə 10-20 mq ipidakrin təşkil edir. Müalicə kursunun müddəti 1-2 həftədir. Pediatrik populyasiya Uşaqlarda və 18 yaşadək yeniyetmələrdə bu dərman vasitəsinin istifadəsinin təhlükəsizliyi istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi bu preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin onlar hamıda baş vermir. Dərman vasitəsinə qarşı dözümlülük yaxşıdır. Mümkün əlavə təsirlər M- xolinoreseptorların oyanması ilə əlaqədardır. Əlavə təsirlər aşağıdakı müvafiq olaraq orqan sistemləri təsnifatı və MedDRA üzrə rastgəlmə tezliyilə qeyd edilmişdir: tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistemdə baş verən pozuntular Məlum deyil: yüksək həssaslıq reaksiyaları (allergik dermatit, anafilaktik şok, astma, toksik epidermal nekroliz, eritema, övrə, xışıltılı tənəffüs, qırtlağın ödemi, inyeksiya nahiyəsində səpgi daxil olmaqla). Sinir sistemində baş verən pozuntular Bəzən: başgicəllənmə, başağrı, yuxululuq (preparatın yüksək dozalarının istifadəsi zamanı). Ürək funksiyasının pozulması Tez-tez: ürəkdöyünmənin güclənməsi, bradikardiya. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular Bəzən: bronxların sekresiyasının güclənməsi. Mədə-bağırsaq sistemində baş verən pozuntular Tez-tez: hipersalivasiya, ürəkbulanma. Bəzən: qusma (preparatın yüksək dozalarının istifadəsi zamanı). Nadir hallarda: diareya, epiqastriya nahiyəsində ağrı. Dəridə və dərialtı toxumada baş verən pozuntular Tez-tez: güclü tərləmə. Bəzən: allergik dəri reaksiyaları (qaşınma, səpgi) (yüksək dozaların istifadəsi zamanı). Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular Bəzən: əzələ qıcolması (yüksək dozaların istifadəsi zamanı). Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular Bəzən: zəiflik (yüksək dozaların istifadəsi zamanı). Ağızsulanmanı və bradikardiyanı xolinoblokatorlarla (məsələn, atropin) azaltmaq olar. Arzuolunmayan əlavə təsirlərin yarandığı zaman preparatın dozasını azaltmaq və ya dərman vasitəsinin istifadəsini qısa müddətə (1-2 gün ərzində) dayandırmaq lazımdır.
Doza həddinin aşılması
Sİmptomları Doza həddinin aşılmasının ağır formasında “xolinergik kriz” inkişaf edə bilər ki, bunun simptomlarına bronxospazm, gözün sulanması, güclü tərləmə, göz bəbəklərinin daralması, nistaqm, spontan defekasiya və sidiyəgetmə, qusma, bradikardiya, ürəyin blokadası, aritmiya, arterial hipotenziya, narahatlıq, həyəcan hissi, oyanıqlıq, qorxu hissi, ataksiya, qıcolma, koma, aydın olmayan nitq, yuxululuq, ümumi zəiflik, qıcolma və koma aiddir. Simptomlar zəif təzahürlü ola bilər. Müalicəsi Dərman vasitəsilə zəhərlənmə və ya doza həddinin nisbətən aşılması zamanı terapiya simptomatikdir. M-xolinoblokatorlardan istifadə edilir (atropin, triheksifenidin, metasin).
Buraxılış forması
5 ampul yuvalı qablaşdırmada. 2 yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə kartonqutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
HBM Farma s.p.o. Sklabinska k., 30, Martin, 036 80, Slovakiya. Qeydiyyat vəsiqəsinn sahibi/Ərizəçi “Grindeks” SC. Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Tel.: +371 67083 205. Faks: +371 67083 505. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.