INGALIPT SPREY 20ML
| Dərman forması | Sprey |
|---|---|
| Farmakoloji təsir | Orofaringeal antiseptiklər |
| İstehsal ölkəsi | Moldova |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,57 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəsini sona qədər və diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumatlar vardır. ● Bu dərman vasitəsini içlik vərəqədə qeyd edildiyi və ya həkim və ya əczaçı təyin etdiyi kimi qəbul edin. ● Bu içlik vərəqəsini saxlamaq lazımdır. Onu təkrar oxumaq lazım gələ bilər. ● Əlavə suallar yarandıqda, əczaçıya müraciət etmək lazımdır. ● Hər hansı əlavə təsir yarandıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Bu, həmçinin içlik vərəqə qeyd edilməyən əlavə təsirlərə də şamil edilir (“Əlavə təsirləri” bölməsinəbax). ● Sİz özünüzü yaxşı hiss etmədikdə və ya 3 gün ərzində daha da pis hiss etdikdə, həkimlə məsləhətləşməyiniz lazımdır. İNHALİPT FLUMED orofaringeal sprey INHALYPT FLUMED Beynəlxalq patentləşdirilməmiş adı: Sulfanilamide solubile/Sulfathiazole sodium
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,025 mq həll olan sulfanilamid (streptosid), 0,025 mq sulfatiazol (norsulfazol) natrium vardır. Köməkçi maddələr:timol, evkalipt yağı, nanə yağı, etanol 96%, şəkər, qliserin, polisorbat 80, təmizlənmiş su.
Təsviri
Şəffaf, açıq-sarı rəngdən tünd-sarı rəngə qədər, xarakterik qoxulu məhluldur.
Farmakoterapevtik qrupu
Orofaringeal antiseptiklər. ATC kodu: R02AA20.
Farmakoloji xüsusiyyətləri
Preparatın tərkibinə daxil olan təsiredici maddələr, ağız boşluğu və boğaz xəstəliklərini törədən və kiçik toksikliyə malik və yaxşı klinik dözümlülüyə malik qrammüsbət və qrammənfi bakteriyalara qarşı mikrobəleyhinə təsir göstərir.
İstifadəsinə göstərişlər
Tonzillit, laringit, aftoz və xoralı stomatit və ağız boşluğunun selikli qişasının digər patoloji iltihabi prosesləri.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; – hamiləlik və laktasiya dövrü; – 3 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İnqalipt Flumed preparatını istifadə etməzdən əvvəl həkimə, əczaçıya və ya tibb bacısına müraciət emək lazımdır. Preparatla müalicə zamanı əlavə təsirlərin yaranmasının monitorinqini aparmaq məsləhət görülür. Dərman vasitəsini istifadə etməzdən əvvəl ağız boşluğunu ilıq qaynanmış su ilə yaxalamaq vacibdir. Ağız boşluğunun zədələnmiş (xoralı, eroziyalı səthi) sahəsi steril pambıq tamponun köməyilə nekrotik ərp ehtiyatla təmizlənir. Dərman vasitəsinin tərkibində əhəmiyyətsiz dərəcədə etanol və şəkər vardır. Pasiyentə bəzi karbohidratlara qarşı dözümsüzlüyün olması barədə xəbərdarlıq edildiyi halda preparatı istifadə etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda və ya yaxınlarda istifadə olunan və ya istifadəsi planlaşdırılan hər bir dərman vasitəsi barədə, eləcə də, reseptsiz buraxılan, həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. İnqalipt Flumed digər preparatlarla uyuşur; digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdıqda, dərman vasitəsini qəbul etməzdən əvvəl həkimə və ya əczaçıya müraciət etməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir. Dərman vasitəsinin tərkibində etanol vardır, bu səbəbə görə preparatın istifadəsi alkoqol testinin nəticəsini təhrif edə bilər.
İstifadə qaydası və dozası
Bu dərman vasitəsini həmişə həkim və ya əczaçının təyinatı üzrə istifadə etmək lazımdır. Əminlik olmadıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Yerli istifadə edilir. Qoruyucu qapaq flakondan çıxardılır. Püskürdücünün sərbəst ucu ağız boşluğuna yerləşdirilir və flakonun qapağına 1-2 saniyə ərzində basılır. Preparat böyüklərdə gündə 3-4 dəfə, uşaqlarda 1-2 dəfə, qida qəbulundan sonra və ya qida arasındakı vaxt ərzində istifadə edilir. Dərman vasitəsinin istifadəsi zamanı flakonu şaquli istiqamətdə tutmaq lazımdır. İnhalipt Flumed preparatının istifadəsi unudulduqda Preparatın istifadəsinin ötürülməsi pasiyent üçün təhlükə törətmir. Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz. İnhalipt Flumed preparatının istifadəsini dayandırıldıqda Müalicəni özbaşına saxlamaq olmaz. Müalicəni dayandırmadan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Bu dərman vasitəsinə aid hər hansı sual yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi bu preparatın da əlavə təsirləri vardır, lakin onlar hamida təzahür etmir. Nadir hallarda (1000 pasiyentdən 1-də yarana bilər) Allergik reaksiyalar, yanğı hissi və ya davamsız qıcıqlanma mümkündür. Əlavə təsirlər haqqında məlumatın verilməsi Pasiyentdə istənilən əlavə təsir baş verdikdə, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Bu, eləcə də, içlik vərəqədə sadalanmayan əlavə təsirlərə aiddir. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Pasiyent preparatı məsləhət görülən dozadan artıq istifadə etdikdə, həkimə müraciət etməlidir. Doza həddinin aşılması özünü ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı ilə biruzə verir. Preparatı həkim təyin etdiyi dozada istifadə etmək vacibdir. Həkim məsləhət olmadan dozanı artırmaq və ya azaltmaq olmaz.
Buraxılış forması
20 ml məhlul, püskürdücü qurğunun və şəffaf qapağın köməyilə hermetik bağlanmış şüşə flkonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorumaq üçün orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitəsini məişət tullantıları ilə birlikdə və ya axar sulara atmaq olmaz. Lazım olmayan dərman preparatının qalıqlarının ləğv olunması tələb olunduğu halda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısının alınmasına kömək edir
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın sonuncu gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
SC “Flumed-Farm” SRL. Çetatya Albe k. 176, Kişinyov ş., Moldova Respublikası.
Qeydiyyat vəsiqəsinin sahibi
SC “Flumed-Farm” SRL. Çetatya Albe k. 176, Kişinyov ş., Moldova Respublikası. Tel.: (+373 22) 52 28 69. Faks: (+373 22) 52 14 52. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.